Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nazim İbrahimov (naşir)
Nazim Sadıq oğlu İbrahimov (1 fevral 1935, Bakı – 1 sentyabr 2019, Bakı) — publisist, naşir, jurnalist, ictimai xadim, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1996), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1986). İbrahimov Nazim Sadıq oğlu 1935-ci ilin 1 fevralında Bakıda anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib. İxtisasca geoloq-geofizikdir, elmlər namizədi olmuşdur. İki övladı və dörd nəvəsi olmuşdur. 1957–1970-ci illərdə mühəndis-geoloq, partiya rəhbəri, ekspedisiya başçısı, Bakı şəhərinin Yasamal (keçmiş Oktyabr) rayonu partiya komitəsinin I katibi (1971–1980), Poliqrafiya və Kitab Ticarəti Komitəsinin (Mətbuat və İnformasiya Nazirliyi) sədri (1980–1988), 1991-ci ildə Azərbaycan Elmlər Akademiyası prezidentinin müavini, 1991–1992-ci illərdə Azərbaycan Dövlət Ensiklopediyasının baş redaktoru, 1993–2005-ci illərdə "Azərbaycan" nəşriyyatının baş direktoru olub. 1975-ci və 1990-cı illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı, Respublika Ali Sovetinin plan-büdcə komissiyasının sədri olub. Elmi tədqiqatla məşğul olub. "Prezident Heydər Əliyev", "Zərifə Əliyeva" kimi fundamental kitabların, həmçinin, "Üzeyir Hacıbəyov", "Cəlil Məmmədquluzadə" ensiklopediyalarının baş redaktoru və 10 cildlik Azərbaycan Ensiklopediyasının baş redaksiya heyətinin və Üzeyir Hacıbəyovun 100 və 110 illik yubileylərinin keçirilməsi üzrə dövlət komissiyalarının üzvü olub. Bir sıra kitabların müəllifi və tərtibçisi olub.
Nadir Məmmədli (nazir)
Nadir Cəlil oğlu Məmmədli (mart 1897, Yelizavetpol – 1937, Kirovabad) — Naxçıvan MSSR Xalq Səhiyyə Komissarı, Azərbaycan Tibb Universitetin rektoru. 1916-cı ildə Gəncədə səkkiz illik klassik gimnaziyanı bitirib. N. Məmmədli 1916–1917-ci illərdə Gəncə şəhərində müəllim, 1918–1919-cu illərdə isə Gəncə şəhər bələdiyyə idarəsində müvəkkil işləmişdir. 1920-ci ildə o, Bakı şəhərinə köçmüş və həmin ildən ömrünün axırına kimi əmək fəaliyyətini səhiyyə işi ilə bağlamışdır. Məmmədli 1920–1925-ci illərdə Azərbaycan Xalq səhiyyə komissarlığında əvvəl inzibati şöbənin böyük kargüzarı, sonra isə işlər müdiri vəzifəsində çalışmışdır. N. Məmmədli 1925-ci ildə Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə qəbul olunmuş və oranı bitirmişdir. 1930-cu ilin may ayında Azərbaycan SSR Xalq Komissarları Soveti Azərbaycan Dövlət Universitetinin tibb fakültəsini Azərbaycan Dövlət Tibb institutuna çevirmək haqqında qərar qəbul edir. Institutun ilk direktoru N. C. Məmmədli təyin olunur. O, institutda işlədiyi vaxtlarda respublikada ixtisaslı tibb kadrları hazırlamaq üçün Tibb institutunun nəzdində yeni fakültələrin açılması, ucqar rayonlar üçün həkimlərin hazırlanması, tədris bazalarının genişləndirilməsi və möhkəmləndirilməsi kimi məsələlərin həllində böyük təşkilatçılıq işi görür. Tibb institutu təşkil olunduqdan sonra bu yeni elm ocağı Milli tibb kadrlarının yetişdirilməsində böyük rol oynadı və N. Məmmədlinin bu işdə böyük xidməti xüsusi təqdirə layiqdir.
Nasir
Nasir — şəxs adı, yazıçı. Bu adı olan tanınmış şəxslər Nasir Salamov — montajçı Nasir Mənzuri — yazıçı, dilçi Nasir — Abbasi xəlifəsi.
Nadir
Nadir — Kişi adı və təxəllüs.
Nazir
Nazir — Kişi adı. Nazir Əhmədli — Kimya elmləri namizədi. Nazir Əliyev Nazir Rüstəmov Nazir Əkbərabadi — Hindistan şairi.
Taşir
Taşir, Vorontsovka, Kalinino — Ermənistanda şəhər. 1991-ci ildə adı dəyişdirilmiş və Taşir adlandırılmışdır. Şəhərdən İrəvan şəhərinə olan məsafə 174 km-dir. Vorontsovka rayonunun mərkəzi şəhər tipli Vorontsovka (Kalinino) qəsəbəsidir (1961-ci ildən şəhər tipli qəsəbədir). Vorontsovka adı 3 mart 1935-ci ildə dəyişdirilərək Kalinino adlandırılmışdır. Samir Əliyev — futbolçu.
Baş Nazir
Baş nazir — hökumətin başçısı. Bir sıra ölkələrdə bu dövlət postu praym-ministr adlanır. (Fransızca-le premier—birinci) — birinci, baş nazir. Dövlət başçısı postunun hökumət başçısı postundan ayrı olduğu ölkələrdə hökumət başçısı. Bəzi ölkələrdə baş nazir birbaşa parlament seçkilərində seçilir, bəzilərində dövlət başçısının təqdimatı ilə parlament təsiq edir. Bəzilərində parlamentin təqdimatı ilə dövlət başçısı təsdiq edir.Dualist və parlamentli respublikalarda icra hakimiyyətini Baş nazir həyata keçirir,prezident formal xarakter daşıyır. Türkiyə, Böyük Britaniya, Fransada Baş nazir, Rusiya Federasiyasında hökumətin sədri; Latviyada — nazirlərin prezidenti; Almaniya və Avstriyada — kansler; Bolqarıstanda — nazir - sədr adlanır. Baş nazir vəzifəsi ilk dəfə XVI — XVII əsrlərdə Qərbi Avropa ölkələrində təsis edilib. Fransada XVI—XVII əsrlərdə baş dövlət naziri vəzifəsi var idi. Türk dövlətlərində müvafiq olaraq vəzir və baş vəzir vəzifələri var idi.
Başir Rameev
Başir Rameev (tatar. Bəşir Iskəndər uğlı Rəmiev, Бәшир Искәндәр улы Рәмиев, rus. Баши́р Исканда́рович Раме́ев; d. 1 may 1918, Baymak, Başqırdıstan, Rusiya) — "Ural" hesablama maşınları ailəsinin baş konstruktoru. O, baş konstruktor olaraq öz kollektivi ilə birgə bir neçə universal və ixtisaslaşdırılmış hesablama maşını və 100-dən artıq müxtəlif periferiya qurğusu hazırlamışdır. Başir Rameev 1 may 1918-ci ildə Rusiyanın Başqırdıstan Respublikasının Baymak şəhərində anadan olub. Ziyalı tatar ailəsindən olan Başirin babası Zakar Rameev məşhur qızıl mədənçisi və Rusiya Dövlət Dumasının üzvü olub. Atası İsgəndər Rameev "Başzoloto" trest laboratoriyasının rəhbəri vəzifəsində çalışıb. 1935-ci ildə Başirin ailəsi Ufaya köçür. O, uşaqlıqdan radiotexnika ilə maraqlanır, zirehli qatarın radio ilə idarə olunan modelini hazırlayır və 17 yaşında Ümumittifaq İxtiraçılar Cəmiyyətinin üzvü olur.
Nadir Məmmədov
Nadir Məmmədov Gülməmməd oğlu (20 noyabr 1941, Ərkivan, Masallı rayonu – 10 yanvar 2023) — coğrafiya elmlər doktoru, professor. Məmmədov Nadir Gülməmməd oğlu 1941-ci il noyabr ayının 20-də Azərbaycan Respublikası Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. N. G. Məmmədov 1962-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetin Geoloji-Coğrafiya fakültəsinin coğrafiya-biologiya şöbəsinə qəbul olmuşdur. O, 1967-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirərək, təyinatla Azərbaycan SSR Elmlər Akademiyası Coğrafiya İnstitutuna göndərilmişdir. Nadir müəllim bir qayğıkeş müəllim, təcrübəli tədqiqatçı-metodist kimi respublikamızda tanınmaqla həm də gəncləri öz ətrafına toplayıb onlara öz xeyirxah məsləhətlərini verir. O, çox sadə və təvazökar bir insandır. Əziz Nesin demişkən "insanın sadəliyi onun böyüklüyündə və ucalığındadır". 1967-ci ilin noyabr ayının 15-dən Coğrafiya institutunun iqlimşünaslıq şöbəsində işləmişdir. 1968-ci ilin may ayından həmin institutun xəritəçilik və toponimika şöbəsində kiçik elmi işçi vəzifəsində çalışmışdır və 1969-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Xəritəçilik şöbəsinin "Coğrafi adları" (Toponimika) ixtisası üzrə əyani aspiranturasına qəbul olmuşdur. Üç il aspiranturada oxuduqdan sonra 1972-ci ilin mart ayından həmin şöbədə kiçik elmi işçi vəzifəsində çalışmışdır.
Nadir Nadirli
Nadir Arzu oğlu Nadirli (23 mart 1992; Şəmkir rayonu, Azərbaycan — 27 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Nadir Nadirli 1992-ci il martın 23-də Şəmkir rayonunun Qasımalılar kəndində anadan olub. 2009-2013-cü illərdə BDU-da "Biologiya" üzrə ali təhsil alıb. Ailəli idi. Azərbaycan Ordusunun əsgəri olan Nadir Nadirli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nadir Nadirli oktyabrın 10-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nadir Nadirli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Nadir Nadirli ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nadir Nadirli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Nadir Nadirov
Nadir Nadirov (qaz. Нәдір Кәрімұлы Нәдіров; rus. Надир Каримович Надиров; 6 yanvar 1932, Naxçıvan və ya Naxçıvan Muxtar Respublikası – 24 avqust 2021, Almatı) – Azərbaycan kürdlərindən olan Qazaxıstan mühəndisi. O, 6 yanvar 1932-ci ildə Sədərək, Naxçıvan MSSR-də anadan olmuşdur. Nadir Nadirovun ailəsi 1933-cü ildə Qazaxıstana deportasiya edilmişdir. O, Qazaxıstanda Kürd asosiasiyasının prezidenti və Qazaxıstan Mühəndislik Akademiyasının ilk vitse-prezidenti olmuşdur. O, həmçinin, Neft elmi mərkəzinin direktoru olmuşdur. 1992-ci ildə o, 1930 və 1940-cı illərdə keçmiş Sovet İttifaqında kürdlərin kütləvi deportasiya hesabları ilə ictimaiyyətə çatdırıldı. N.K. Nadirov, A.P. Popov, Neftdən zülal, ABŞ Ortaq Nəşrlər Araşdırma Xidməti, Sprinqfild, Virciniya, 1974. N.K. Nadirov, N. S. Nametkin, Podsolevye nefti Prikaspiĭskoĭ vpadiny, 302 pp., Izdvo Nauka Kazakhskoi SSR, 1983 (Rusiyada).
Nadir Nəbiyev
Nadir Nəbiyev (d. 18 iyul 1980, Tovuz) — Azərbaycan futbolçusu. 18 iyul 1980-ci ildə Tovuzda anadan olmuşdur. Azərbaycan milli futbol komandasının heyətində 27 oyun keçirmişdir.
Nadir Orucov
Orucov Nadir Oruc oğlu (13 yanvar 1957, Qafan) — "Zivər Nadir" MTK İstehsalat Kommersiya firmasının baş direktoru, Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan nümayəndəliyinin sədri (2008). Orucov Nadir Oruc oğlu 1957-ci il yanvarın 13-də Ermənistan Respublikasının (Qərbi Azərbaycan) Qafan şəhərində anadan olub. 1964–1974-cü illərdə Qafan şəhərinin 4 №-li məktəbində orta təhsil alıb. 1974-cü ildə orta məktəbi bitirib, İnşaat Mühəndislər İnstitutunun Sənaye tikinti və mülkü tikinti fakültəsinin axşam şöbəsinə daxil olub və 1981-ci ildə İnstitutu bitirib. 1975–1977-ci illərdə Monqolustan Respublikasında hərbi xidmətdə olub. 1974-cü ildən 1992-ci ilədək Azərbaycan Respublikası Sənaye Tikinti Nazirliyi 7 №-li Trestin kiçik mexanizasiya sahəsində sahə mexaniki, inşaat ustası, iş icraçısı və təchizat üzrə rəis müavini işləyib. 1992-ci ildən Xətai rayonu İcra Hakimiyyəti Mənzil Təsərrüfat İstehsalat İdarəsi 1 №-li İxtisaslaşdırılmış Podrat Təmir Tikinti İdarəsi Texniki təchizat şöbəsində şöbə müdiri işləyib. 1993-cü ildən 2002-ci ilə kimi Bakı şəhəri Xətai rayonu 1 №-li İxtisaslaşdırılmış Podrat Təmir Tikinti İdarəsində rəis işləyib. 2002-ci ildən bu günədək "Zivər Nadir" MTK İstehsalat Kommersiya firmasının baş direktoru işləyir, sahibkardır. 2008-ci il iyun ayının 21–23 Belçikanın Brüssel şəhərində keçirilən Dünya Azərbaycanlıları Konqresinin (DAK) X Birlik Qurultayında DAK-ın Azərbaycan nümayəndəliyinin sədri seçilib.
Nadir Qafarzadə
Nadir Qafarzadə (11 fevral 1971, Dəvəçi rayonu) — Azərbaycan müğənnisi. Nadir Qafarzadə 13 fevral 1971-ci ildə Azərbaycanın Şabran rayonunda anadan olmuşdur. Tatəsillidir. Ailəlidir 2 oğlu var. Musiqi təhsillidir, Asəf Zeynallı adına Musiqi Kollecini "Opera" müğənnisi və musiqi müəllimi ixtisası üzrə bitirmişdir. 1989-cu ildə Rusiyanın Murmansk Vilayətində həqiqi hərbi xidmətdə olmuşdur. Orta məktəbdə oxuduğu müddət ərzində musiqi ilə də məşğul olmuşdur. Belə ki, Azərbaycan Dövlət Tele-Radio Şirkətinin "Qırmızı Qərənfil" məktəblilər ansamblında solist kimi fəaliyyət göstərmişdir. Bir çox musiqi müsaqibələrinin və mahnı festivallarının qalibi olmuşdur, bunlardan: "Qızıl Buta", "Grand" (2 dəfə), "İllin mahnısı", "İlin müğənnisi" və "İlin klipi" kimi mükafatları göstərmək olar. 2006-cı ildə Yalta şəhərində keçirilən Beynəlxalq Mahnı Festivalında Azərbaycanı təmsil etmişdir.
Nadir Qasımov
Nadir Sadıq oğlu Qasımov (22 may 1928, Bakı – 10 mart 2000) — Azərbaycan Respublikasının Xalq rəssamı. Qasımov Nadir Sadıq oğlu 1928-ci il may ayının 22-də Bakıda anadan olmuşdur. 1941–1946-cı illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində təhsil almışdır. 1947–1953-cü illərdə isə Sankt-Peterburqda İ.E.Repin adına Rəssamlıq Akademiyasında (İohansonun emalatxanasında) təhsilini davam etdirmişdir. 1953–1954-cü illərin beynəlxalq və respublika sərgilərində portret və mənzərə əsərləri uğurla nümayiş etdirilmişdir. Onların sırasında SSRİ Xalq artistləri Bülbülün və Mərziyyə Davudovanın, qocaman neft ustası Gülbala Əliyevin portretlərini göstərmək olar. Rəssamın yaradıcılığında romantiklik ən çox bu səpkidən olan əsərlərdə duyulur. Bu növ rəngkarlıq nümunələrinə "Xəzərdə külək" (1991), "Dəniz coşur" (1975), "Xəzərin günəşi və küləyi" (1990), "Buludlu gün" (1991), "Dəniz və qayalar", "Xəzər dənizi" (1990) kimi əsərlərin adlarını çəkmək olar. "1990cı ildə Xəzər üzərində" adlı mənzərə əsərində 1990-cı ilin qanlı 20 Yanvar faciəsi əks etdirilmişdir. Bu əsər rəssamın mənzərə vasitəsilə xalqının faciəsini obrazlı şəkildə göstərmək istedadını üzə çıxarmışdır.
Nadir Qasımzadə
Nadir Hacıyusif oğlu Qasımzadə - professor Politexnik institutunun “Metallar texnologiyası” kafedrasının müdiri, texnika elmləri doktoru, professor Qızı Fəridə Qasımzadə Elyaz Babayevin həyat yoldaşıdır. Nadir Qasımzadə “ Metallar texnologiyası ” Bakı 1989.
Nadir Qazipur
Nadir Qazipur (1958, Urmiya) — siyasi xadim, İranın Milli Məclisinin üzvü. Nadir Qazipur 1958-ci ildə Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərində anadan olub. 2008-ci ildə seçkilərdə iştirak edib və İran Milli Məclisinə nümayəndə seçilib. Alovlu çıxışları ilə seçilir. Azərbaycan (türk) dilinin iranda təsrid olunması üçün fəaliyyət göstərib.
Nadir Qocabəyli
Nadir Qocabəyli (azərb. Quliyev Nadir Ədilağa oğlu‎) — yazıçı-tərcüməçi. Nadir Qocabəyli 1967-ci ilin 28 fevral tarixində Bakıda anadan olub. İmişli rayonundakı 5 saylı rus-azərbaycan orta məktəbinin Azərbaycan bölməsində oxumuş, 1984-cü ildə həmin məktəbi yüksək qiymətlərlə bitirmişdir. 1994-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1996-1998-cu illərdə Ankarada Əhməd Yəsəvi adına türk-qazax unversitetinin sosial elmlər institutunda türk dili və ədəbiyyatı ixrisası üzrə magistraturada təhsili almışdır. Azərbaycana qayıtdıqdan sonar bir müddət müəllimlik edib, İmişli şəhər 2 saylı orta məktəbdə işləyib. Daha sonar yazıçı-tərcüməçi kimi fəaliyyət göstərib. Şərq-Qərb, Qanun, TEAS Press Nəşriyyat evi, Çaşıoğlu nəşriyyatında çap olunmuş bir çox kitabların tərcüməçisidir. Nadir Qocabəyli dövri mətbuatda dərc olunan çoxsaylı ictimai-siyasi məzmunlu, publisistik, elmi, ədəbi məqalələrin müəllifidir.
Nadir Quliyev
Nadir Quliyev (tam adı: Nadir İmamnəzər oğlu Quliyev; 1928, Bakı – iyul 1993, Bakı) — Azərbaycanlı ictimai xadim, Azərbaycan SSR-in xalq deputatı, Lenin ordeni mükafatı laureatı (1979), "Şərəf nişanı" ordeni mükafatı laureatı (1981), "Oktyabr inqilabı" ordeni mükafatı laureatı (1986). Nadir İmamnəzər oğlu Quliyev 1928-ci ildə Bakı şəhərində anadan olub. 1936-cı ildən 1942-ci ilə qədər Buzovna qəsəbəsində yerləşən 125 nömrəli tam orta məktəbdə, 1945–1948-ci illərdə Bakı Energetika-Maşınqayırma Kollecində təhsil alıb. O, yeniyetmə yaşlarında kolxozda suçu, anbardar, "Buzovnaneft" mədənlərində boruçəkən və sürücü kimi işləyib. Daha sonra 38 nömrəli fəhlə-gənclər məktəbində təhsilini davam etdirib. 1972-ci ildə iqtisadçı ixtisası üzrə Moskva Mühəndis İqtisad İnstitutunu bitirib. Nadir Quliyev 1948-ci ildən 1953-cü ilə qədər "Buzovnaneft" trestinin Tikinti-Quraşdırılma kontorunda böyük mexanik vəzifəsində çalışıb. O, 1953–1954-cü illərdə Tikinti İdarəsində böyük mexanik vəzifəsini icra edib. O, müxtəlif illərdə sürücü, qaraj müdiri, avtoprofilaktoriyada rəis kimi fəaliyyət göstərib. 1964-cü ildən taxıl məhsullarının qəbulu, saxlanması, emalı və satışı sahəsi ilə məşğul olub.
Nadir Qəhrəmanov
Qəhrəmanov Nadir Fərrux oğlu (24 may 1945, Urud, Sisian rayonu) — Azərbaycanın tanınmış alimi, Sumqayıt Dövlət Universitetinin sabiq rektoru (2000-2013). BDU-nun "Ümumi fizika" kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru. Nadir Qəhrəmanov 1945-ci ildə Qərbi Azərbaycanın Sisyan rayonunun Urud kəndində anadan olub.1967 -Azərbaycan Dövlət Universitetinin (BDU fizika fakültəsini bitirmişdir.1968 −2000-BDU-nun "Ümumi fizika" kafedrasında, laborant, müəllim, dosent, professor, kafedra müdiri vəzifələrində çalışmışdır.1976-cı ildə — "İnS — monokristalının alınması və bəzi fiziki xassələri" — mövzusunda namizədlik dissertasiyası mudafiə edərək, Fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb.1985-ci ildə — Moskva, SSRİ Elmlər Akademiyasının Radioelektronika İnstitutunda " AI3 BIII5 CVI9 — tipli yeni üçqat yarımkeçirici birləşmələrin alınması" – mövzusunda doktorluq dissertasiyası mudafiə edərək, Fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi alıb.2003-cü ildən Avroaziya İnzibati Elmlər Akademiyasının həqiqi üzvüdür.325 — elmi əsərin müəllifidir,10-monoqrafiyanın müəllifidir, 16-dərslik və dərs vəsaitinin müəllifidir,54-müəlliflik şəhadətnaməsinin və ixtiranın müəllifidir. Nadir Qəhrəmanovun əsas tədqiqat sahəsi Qeyri-adi fiziki xassələrə malik — tipli yeni üçqat yarımkeçirici birləşmələrin alınması, onların fundamental fiziki xassələrinin tədqiqi və tətbiq sahələrinin müəyyənləşdirilməsidir. Bu günə kimi 35-magistrə elmi rəhbər olub və 11-elmlər namizədinə elmi rəhbər olub.2000–2013-cü illərdə Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsində olmuşdur. Seçilmiş əsərlər 1. Электронографические исследования тонких пленок Cu3Ga5Sе9, полученных вакуумным осаждением, Доклады АН Аз.ССР, 1988, том 44, № 10, с.11–13. 2. Полиморфози леотропной жидкокристаллической системы анфифил вода-спирт, ДАН Аз.Респ. 1992, том 49, № 1, с.
Nadir Rüstəmli
Nadir Rəşid oğlu Rüstəmli (8 iyul 1999, Salyan, Salyan rayonu) — Azərbaycanlı müğənni, Səs Azərbaycan yarışmasının qalibi və 2022-ci ildə keçirilmiş Avroviziya Mahnı Müsabiqəsinin təmsilçisi. 2019-cu ildə Youthvision Beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil etmiş, 21 ölkə arasında 2-ci yeri tutmuşdur. 8 iyul 1999-cu ildə Azərbaycanın Salyan şəhərində anadan olmuşdur. 2005–2016-cı illərdə Salyan rayonu 3 saylı tam orta məktəbdə təhsil alıb. 2016-cı ildə Azərbaycan Turizm və Menecment Universitetinə qəbul olub, 2021-ci ildə həmin universitetin məzunu olmuşdur. O, uşaq yaşlarından musiqi ilə məşğul olmağa başlamışdır. Məktəb illərində Qulu Əsgərov adına musiqi məktəbində piano və solfecio üzrə 7 illik musiqi təhsili alıb. 2017-ci ildə Tələbə Baharı Ümumrespublika Mahnı Festivalına qatılıb ikinci yerin qalibi olub. 2019-cu ildə eyni yarışmada yenidən iştirak edərək yarışmanın qalibi olmuşdur. 2019-cu ildə Youthvision Beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil etmiş, 21 ölkə arasında 2-ci yerin qalibi olmuşdur.
Nadir Rüstəmov
Nadir Həbib oğlu Rüstəmov — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR meliorasiya və su təsərrüfatı naziri (1974–1980), Azərbaycan SSR Nazirlər Soveti Dövlət Su Təchizatı, Su Ehtiyatlarının Mühafizəsi və İşlədilməsi İstehsalat Komitəsinin (1964–1974), Yerüstü və Yeraltı Su Ehtiyatlarını İşlətmə və Mühafizə Komitəsinin (1961–1964) sədri. Nadir Həbib oğlu Rüstəmov 1913-cü ildə Tərtərdə yoxsul kəndli ailəsində anadan olmuşdur. Valideynlərini erkən yaşda itirdiyi üçün Tərtərdə uşaq evinə qəbul edilmiş, 1920–1925-ci illəri burada keçirmişdir. Burada o, birinci dərəcəli məktəbi bitirmiş, sonra isə Şuşa Pedaqoji Texnikumuna oxumağa göndərilmişdir. 1929-cu ildə texnikumu bitirdikdən sonra Tərtər rayonundakı Evoğlu kənd məktəbinə direktor təyin edilmiş və burada 1931-ci ilin sentyabr ayınadək işləmişdir. 1931-ci ildə Nadir Rüstəmov Tiflisdəki Zaqafqaziya Mühəndis-Meliorasiya İnstitutuna daxil olmuş, 1933-cü ildə həmin institut Azərbaycan Kənd Təsərrüfatı İnstitutu ilə birləşdirildiyi üçün bu institutun Hidromeliorasiya fakültəsində təhsilini davam etdirmişdir. 1935-ci ildə fakültənin nəzəri kursunu bitirərək Tərtər HES tikintisində iş icraçısının köməkçisi vəzifəsində çalışmış və burada diplom işini başa çatdırıb müdafiə etmişdir. Nadir Rüstəmov 1938-ci ildə Bakıya gələrək Azərbaycan dəyirman tresti sistemində işləmiş, sonra Azərbaycan SSR Su Təsərrüfatı Xalq Komissarlığı Mexaniki Suvarma İdarəsinin tikinti qrupuna rəhbərlik etmişdir. 1944-cü ildə o, Azərbaycan SSR Dövlət Nəzarəti Nazirliyinə keçirilmiş, 1950-ci ildə SSRİ Dövlət Ərzaq və Material Ehtiyatları Nazirliyinin Azərbaycan ərazi idarəsi üzrə SSRİ Dövlət Nəzarəti Nazirliyinin baş nəzarətçisi təyin edilmişdir. Nadir Rüstəmov 1955–1957-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin kənd təsərrüfatı şöbəsi müdirinin müavini, daha sonra müdiri işləmişdir.
Nadir Sarıbacaq
Nadir Sarıbacaq (d. 14 sentyabr 1977, Ankara), teatr və kinoteatr aktyorudur. 2000-ci ildə Çanaqqala On Səkkiz Mart Universitetinin "Türk dili Müəllimliyi" fakultəsindən məzun olan Nadir Sarıbacaq,2000-2002-ci illərdə Ovçular Bələdiyyə Teatrında aktyorluq etmişdir. 2004-cü ildə Akademiya İstanbulun "Teatr" fakultəsini qurtardı. Daha sonra 2004-2006-cı illər ərzində Baxcaşəhər Universitetinin "İrəli Aktyorluq Magistr Proqramı"ndan məzun oldu. 2004-cü ildə qoşulduğu Samovar Kampaniyanın çoxlu teatr oyununda rol aldı.İndi isə Səyyar Səhnədə, Yeraltından Qeydlər adlı oyunu göstərilir. Üstəlik teatr aktyorluğu ilə yanaşı reklam, kinoteatr və televiziya işləri ilə də məşğuldur. 2012-2013-cü illərdə, EfLAtunfilm studiyasının hazırladığı və TRT 1 kanalında yayımlanan 32 seriyalı "Şubat" [1] yəni Fevral adlı serialda "Duble" yəni Davud yadlı şəxsi oynamışdır.
Nadir Seyidov
Nadir Miribrahim oğlu Seyidov (d. 28 aprel 1932, Naxçıvan şəhəri — ö. 5 oktyabr 2015, Bakı, Azərbaycan) — Azərbaycan alimi, kimya elmləri doktoru (1968), professor (1969), AMEA-nın müxbir üzvü (1989), AMEA-nın həqiqi üzvü (akademik) (2001). Nadir Seyidov 28 aprel 1932-ci ildə Azərbaycan SSR Naxçıvan MSSR Naxçıvan şəhərində anadan olmuşdur. 1955-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirib. 1960-cı ildə Azərbaycan SSR Elmlər Akademiyasının Neft İnstitutunun aspiranturasını bitirib. Baş elmi işçi (1960), elastomerler laboratoriyasının (1962-1978), şöbə rəhbəri (1979-1993), EA Olefinlər İnstitutu direktorunun elmi işlər üzrə müavini (1993-1997) vəzifələrində işləyib. 1997-ci ildən — baş elmi işçi, AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunda laboratoriya müdiri işləyir. 300 çapdan çıxmış elmi əsərləri vardır. 250 xaricdə çıxmış elmi əsəri, 102 patenti (xaricdə buraxılmış 16 patent daxil olmaqla) vardır.
Nadir Soltanov
Nadir Nəzir oğlu Soltanov (11 yanvar 1984; Şamaxı rayonu, Azərbaycan SSR — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Nadir Soltanov 1984-cü il yanvarın 11-də Şamaxı Şəhərində anadan olub. 1990-2001-ci illərdə Şamaxı şəhərində M. Hadi adına 9 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli idi. 2 qızı və 1 oğlu yadigar qaldı. Nadir Soltanov 2002-2003-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2005-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun giziri olan Nadir Soltanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nadir Soltanov sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Şamaxı şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Nasir Hicazi
Nasir Hicazi (Dekabr 19, 1949 — may 23,2011) — İranın azərbaycanlı əsilli populyar futbol qapıçısı və məşqçisidir. Onun atası Təbrizli ev və əmlak alverçisi idi. O, Asiya Futbol Konfederasiyasının verdiyi məlumata görə, Asiya qitəsinin XX əsrdəki ən yaxşı ikinci qapıçı tanınır. Nasir Hicazi 1 ildən çox ağciyər xərçəngi xəstəliyindən əziyyət çəkdikdən sonra, Tehranda dünyasını dəyişdi. Onun ölüm xəbəri Azərbaycan Respublikasında da geniş olaraq yayılmışdır.
Nasir Mustafazadə
Nasir Müqəddəm
Nasir Yaqub oğlu Müqəddəm (fars. سپهبد ناصر مقدم‎ Sepahbod Nasser Moghadam) (24 iyun 1921, Tehran – 11 aprel 1979, Tehran) — "SAVAK"ın 4-cü və sonuncu rəhbəri, general-leytenant. İranın 1970-ci il inqilabından sonra həbs edilmiş və daha sonra edam olunmuşdur. Nasir Müqəddəm 24 iyun 1921-ci il tarixində Qacarlar dövlətinin paytaxtı Tehran şəhərində anadan olmuşdur. Müqəddəm təhsilini hərbi məktəbdə almışdır və daha sonra Tehran Universiteti Fakültəsində qanun dərsi almışdır. 16 yanvar 1979-cu il tarixində Şah və ailəsi İrandan qaçmışdır. Fevralın 1-də Xomeyni sürgündən qayıtmış və inqilaba rəhbərlik etmişdir. Üç gün davam edən mübarizədən sonra Xomeyni idarəni ələ almışdır. Bunun nəticəsində, 11 aprel 1979 tarixində "SAVAK"ın bütün rəhbərləri (Həsən Pakrəvan, Nematolla Nəssiri və Nasir Müqəddəm) edam edilmişdir.
Nasir Məlikmütii
Nasir Məlikmütii (fars. ناصر ملک‌مطیعی‎ Naṣir Məlik-müṭī‘ī; 11 aprel 1930 və ya 29 mart 1930, Tehran – 25 may 2018, Tehran) — iranlı aktyor və rejissor. İran İslam İnqilabından (1979) qabaq, İranın ən məşhur aktyorlarından biri idi.
Nasir Mənzuri
Nasir Mənzuri (1953, İran, Miyana, Küləboz) — yazıçı, dilçi və sahibkar. Nasir Mənzuri 1953-cü ildə Güney Azərbaycanın Miyana şəhərinin Küləboz mahalında ziyalı ailəsində dünyaya gəlib. Ailə vəziyyəti ilə əlaqədar olaraq dörd yaşında olarkən köçəri həyat yaşamalı olub. Amma bu birdəfəlik köç olmayıb. İyirmi il ərzində o dəfələrlə doğma yurduna qayıdıb və yenidən köçməli olub. Bu cür köçəri bir həyat yaşadığına görə təhsil aldığı müddətdə müxtəlif yerlərdə müxtəlif xalqlar və onların mədəniyyətləri ilə tanış olub, 21 il ərzində 15 məktəb və universitet dəyişib. Nasir Mənzuri Təbriz Universitetinin Tikinti mühəndisliyi fakültəsini bitirmişdir. Tərcümeyi-halında humanitar elmlərdən uzaq olmaq üçün texniki elmlərə meyil göstərdiyini qeyd edir. Hazırda Nasir Mənzuri Humanitar Elmlər Akademiyasına inanmadığını bildirdiyinə görə öz təhsil bazasına müraciət etmir və formal karyerasından da imtina edib. Nasir Mənzuri 2018-ci ildə İde Şenaxtəfzar şirkətini təsis edərək dilsəl və qavramsal quruluşlara moldel dizayn və istehsal edir.
Nasir Purpirar
Naser Purpirar (ناصر پورپیرار) (ləqəbi) əsil adıyla Naser Bənakonənde (ناصر بناکننده) — İran yazıçısıdır. 1940-cı ildə Tehranda anadan olub. Onun yazıları, İran tarixi, Ərəblərin İrana hücumundan öncə və sonra, Şahnamə və Firdosi, Sədi, klassik tarix araşdərmacıların əksinə, üstə deyilən tarixi mövzuları yalan və yapma bilir və bu barədə yeni baxış ortaya qoyur. Purpirarın ali təhsilatına görə bilgi yoxdu. O İranın İSNA reportyoruna deyir: ((mən savadsızam və nəqədərdə savadsızlığım çoxsa, o qədər, mənim dediklərimə cavab verməyə qadir olmayan İran klasik tarixçilərinin savadsızlığına səbəb olur.)) Purpirar, peşəkarlığını bir mətbəədə başladı. Kiyanvərin dediyinə görə o İran Tudə Partiyası üzvüydü. Purpirar tədqiqat əsasında 33 cild kitab yazıb. İranın Mədəniyyət Nazirliyi (Fərhəng və İrşadi İslami) bu kitabların bir çoxunun çapına icazə verməyib və müəllif tədqiqatlarının bir hissəsini digər ölkələrdə nəşr etdirib. Onun kitabları İranda özünün və şərik olduğu 3 nəşriyyat tərəfindən çap edilib. Əsərlərindən bəzisi bunlardır: İran tarixinin quruluşuna dair müzakirələr — birinci cild — 12 əsr sükut (8 kitabda) İslam və qılınc Purpirar iranın bugünkü tarixini inkar edərkən yeni iddialar tərh edir ki hələ onların isbatlanmasına dayanaqcıl istinadlar verilməyib.
Nasir Xosrov
Nasir Xosrov və ya Əbu Muin Nasir ibn Xosrov ibn Faris əl-Kabadyani əl-Mərvəzi (fars. ناصرخسرو‎, 1004, Kubadiyan[d] – təq. 1088, Bədəxşan) — İran şairi. 1004-cü ildə Kubadiyanda doğulub. 1088-ci ildə Yamqanda vəfat edib. Şərqin görkəmli şair və mütəfəkkiri Nasir Xosrovun (1004–1088) "Səfərnamə" əsəri müəllifin ziyarət məqsədilə Xorasandan Məkkəyə qədər olan yolu piyada gedib-qayıtdığı yeddi illik müşahidələrinin məhsuludur. [[Fayl:SafarNamehNaserKhosrou.jpg|thumb|SafarNamehNaserKhosrou]] Nasir Xosrov doğrudan da filosof adlandırılmağa layiq şairdir. Bu şair bir tərəfdən dərin və incə mənalı söz ustası, bir tərəfdən etirazlardan üstün fikir sahibi, digər tərəfdən isə güclü dini əqidəyə malik bir şəxsiyyət olub. O, həmin dini etiqadlarına əsasən bu barədə ağız açmamalı idi, amma bütün bunlara baxmayaraq, onun divanında da bu məsələ ilə bağlı şeirlər vardır ki, onları bir növ əyləncə və zarafat və yaxud da "dəllal arif" hesab etmək lazımdır. O, bir şeirində belə deyir: Mənası: İlahi, əgər hamını gözəl yaratsaydın nə olardı?
Nasir Yeganə
Nasir Mirzə Qafar xan oğlu Yeganə (4 iyun 1921 – 15 noyabr 1993)—İran hüquqşünası və siyasətçisi. Nasir Mirzə Qafar xan oğlu Yeganə 4 iyun 1921-ci ildə Qəzvin şəhərində doğulmuşdu. İbtidai və orta təhsilini doğma şəhərində almışdı. Sonra Tehran Universitetində oxumuşdu. Hüquq bakalavrı diplomu almışdı. Sonra Fransaya yollanmış Sarbonna Universitetində magistr ixtisasını almışdı. Daha sonra ABŞ-yə getmiş ordakı hüquq sistemini mükəmməl öyrənmişdi. Nasir Yeganə 1979-cu ildə İslam inqilabından sonra ABŞ-yə mühacirət etmişdi. Nasir Yeganə 15 noyabr 1993-cü ildə Vaşinqton şəhərində vəfat edib.
Nasir Ətapur
Nasir Ətapur 1976-cı ildə İranin Təbriz şəhərində anadan olmuşdur. Uşaq yaşlarından ailə şənliklərində anasının mahnı söyləməsi onda musiqiyə böyük maraq oyatmışdır. Həmçinin anasının yaxşı qaval çalması bu aləti ona sevdirmişdir. Hələ 12 yaşında olarkən məktəblərində musiqi qrupunda çıxışlar etməyə başlamışdır. Təbrizdə keçirilən bir neçə festivalda iştirak edərək laureat olmuşdur. 1988-ci ildə Təbriz Radio və Televiziyasının uşaqlar üçün olan proqramlarında yeniyetmə kimi çıxışlar etmişdir. 1992-ci ildə Təbrizdə tələbələr arasında keçirilən müsabiqənin qalibi olmuşdur. 1993-cü ildə İranın Kirmanşah şəhərində keçirilən musiqi festivalında birinci yerə layiq görülmüşdür. 1991-ci ildən etibarən ustad Həsən Dəmirçinin özəl dərnəyində Azərbaycan xalq musiqisi ilə tanış olmaqa başlamışdır. Daha sonra mərhum sənətkar ustad Mahmud Şatiriyanın özəl dərnəyində yaranmış gənclər xalq çalqı alətləri ansamblında solist olaraq İranın bir çox şəhərlərində konsert proqramları ilə çıxışlar etmişdir.
Ən-Nasir
Əl-Nasir Lidinallah (6 avqust 1158 – 5 oktyabr 1225) — 1180-ci ildən 1225-ci ilədək hakimiyyətdə olan 34-cü Abbasi xəlifəsidir. Onun ləqəbinin mənası Allahın dinini müdafiə edən deməkdir. Digər Abbasi xəlifələrindən fərqli olaraq əl-Nasir hakimiyyətini hərbi yolla möhkəmləndirmədi. Xəlifə hakimiyyətini möhkəmləndirmək və müharibələr aparmaq özünü qədim Abbasi hakimləri kimi aparırdı. Bu yolla də rahatlıqla Abbasilərin keçmiş torpaqlarına hərbi yürüşləri qanuniləşdirirdi və ona aid olmayan torpaqları iqta kimi paylayırdı. Hakimiyyəti dövründə müxtəlif aralıqlarla Abbasi xilafətinin sərhədləri Mesopatamiyanın dərinliklərinə və İranın cənub sərhədlərinə qədər uzanmışdı. 47 illik hakimiyyəti dövründə dövləti möhkəmləndirmək üçün korrupsiya halları ilə mübarizə aparmış, Bağdadda sülhü bərqərar edə bilmişdi. Ən-Nasir sonuncu ən güclü Abbasi xəlifəsi sayılır. Dövründə Bağdadda mədrəsələr açılmışdır. Lakin öz dövlətinin möhkəmlənməsi və digər hakimlərin zəifləməsi üçün monqolları Azərbaycan və Xarəzm hökmdarları üzərinə hücuma dəvət etmişdir.
İlhamə Nasir
İlhamə Nasir (tam adı: İlhamə Nasir qızı Kərimova (Cəbrayılova) 27 aprel 1978, Qubadlı rayonu Diləli Müskənli kəndi)- yazıçı, müəllif, şair, redaktor, aparıcı. Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi, İraq Türkmən Yazarlar Birliyinin üzvü. "Vətən-TV.az" İnformasiya Agentliyinin təsisçisi, baş redaktoru. İlhamə Nasir (İlhamə Nasir qızı Kərimova) 27 aprel 1978-ci ildə Qubadlı rayonu Diləli Müskənli kəndində ziyalı ailəsində anadan olub. Yaradıcılığa 8 yaşından başlayıb. “Pioner”, “Göyərçin” jurnallarında, Qubadlı rayonun “Avanqard” qəzetində şeir və hekayələri dərc olunub. 1995-ci ildə Bakı Dövlət Universitetinin "Sosial elmlər və psixologiya" fakültəsinə daxil olub və 1999-cu ildə sosiologiya ixtisası ilə oranı bitirib. 1998-ci ildə Azərbaycan Dövlət Televiziyasında yayımlanan "Açar" verilişində aparıcılıq edib. Sonrakı illərdə dövrü mətbuatda redaktor kimi fəaliyyət göstərib. 2014-cü ildə Təbriz televiziyasında yayımlanan "Axşamlar" proqramının aparıcısı və redaktoru kimi çalışıb.
Çaşır
Çaşır (lat. Prangos) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. Cryptodiscus A.Schrenk Cryptodiscus Schrenk ex Fisch. & C.A.Mey.
Camal Əbdül Nasir
Camal Əbdül Nasir (ərəb. جمال عبد الناصر‎; 15 yanvar 1918[…], İsgəndəriyyə, Misir sultanlığı[d] – 28 sentyabr 1970[…], Qahirə, Birləşmiş Ərəb Respublikası) — Misir hərbi və dövlət xadimi, Misirin baş naziri (1954; 1954–1962; 1967–1970), Misirin 2-ci prezidenti (1956–1970), polkovnik, Sovet İttifaqı qəhrəmanı (1964). Əbdül Nasir 1918-ci il 15 yanvarda Misirin İsgəndəriyyə şəhərində kiçik poçt məmurunun ailəsində dünyaya göz açmışdı. Onun uşaqlığı İskəndəriyyədə keçmiş, orta məktəbi isə Qahirədə bitirmişdir. Ağlına, bacarığına görə yaşıdlarından seçilən Camal çox erkən yaşlarından ətrafında baş verənlərin, həmin dövrdə hökm sürən ingilis ağalığının, xalqının aşağılandığının fərqində idi. Və bütün bunlarla barışa bilmirdi. Məhz bunların nəticəsi idi ki, yeniyetməlik vaxtlarından heç nədən qorxmadan siyasi aksiyalara qoşulmağa başladı. İlk dəfə antibritaniya nümayişində iştirak edəndə onun cəmi 12 yaşı var idi. Amma illər irəlilədikcə anladı ki, ürəyindəki amalları həyata keçirmək üçün daha optimal yollardan istifadə etməlidir. İstəkləri onu 1936-cı ildə Qahirə hərbi məktəbinə gətirdi.
Məmməd Əli Nasir
Məmməd Əli Nasir Məhəmməd oğlu — Azərbaycan yazıçısı, "Qızıl qələm" mükafatçısı. Məmməd Əli Nasir 1931-ci ildə Şamaxı Şəhəri Cəmcəmli kəndində anadan olmuşdur. Kiçik yaşlardan onun ədəbiyyata olan marağı, onu yaşıdlarınıdan fərqləndirmişdir. 8-ci sinfi kənddə bitirib, Şamaxı şəhərində pedoqoji məktəbə daxil olmuşdur. Oranı da fərqlənməylə bitirib, bir müddət müəllimlik fəaliyyəti göstərmişdir. Sonra Bakı Dövlət Universtedinin jurnalistika fakültəsinə daxil olmuşdur. Onun istedadı və ədəbiyyata marağı yazdığı məqalələrlə, əsərlərdə aydın görülmüşdür. "Hərb və hikmət, Maksim və Kornac, Aşiq Nemət Dərbəndi". Universİtetdə təhsil ala-ala bir çox qəzetlerdə çıxan ədəbi bədii publistik məqalələri bir çoxlarını maraqlandırmışdı. Universiteti bitirdikdən sonra Bakı Ali Partiya məktəbinə daxil olmuş, oranıda əla qiymətlərlə bitirmisdir.
Nasir Məhəllə (Talış)
Nasir Məhəllə (fars. نصورمحله‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 368 nəfər yaşayır (80 ailə).
Nasir ibn Mərzban
Nasir ibn Mərzban — Salari şahzadəsi. Haqqında məlumat azdır. 960-cı ildə Vəhsudanın təkidi ilə üsyan etdiyi bilinir. Bu üsyan ölkədə çaxnaşma yaratdı və hər şəhərdə bir əmir öz müstəqilliyini elan etdi. Bu hadisələr işığında Cüstanla barışan Nasir torpaqlarını geri qaytarmaq üçün anaları ilə birgə Vəhsudanın yanına gedərək ondan kömək istədilər. Lakin Vəhsudan onları həbs edərək öz ordusunu oğlu İsmailə verdi. 960-cı ildə İsmail Azərbaycanı ələ keçirdi və Nasir isə qardaşı və anası ilə Vəhsudan tərəfindən edam olundu.
Nasir kəndi (Qoşaçay)
Nasir kəndi (fars. نصيركندي‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,878 nəfər yaşayır (413 ailə).
Yusif Kərimov (nasir)
Yusif Abbas oğlu Kərimov (5 may 1940, Bərdə – 15 oktyabr 2018) — nasir, publisist, 1978-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1963), "Yaddaş" milli mükafatı laureatı (2004), "Qızıl qələm" mükafatı laureatı (1975). Yusif Kərimov 1940-cı il mayın 5-də Bərdə şəhərində anadan olmuşdur. Burada 1 saylı orta məktəbi bitirdikdən sonra ADU-nun jurnalistika fakültəsində təhsil almışdır (1957–1962). Beyləqan rayonunda "Yüksəliş" adlı rayonlararası qəzetin redaksiyasında məsul katib (1962–1964), "Bakı" axşam qəzeti redaksiyasında şöbə müdiri (1964–1973), Azərbaycan televiziyasının gənclər üçün proqram Baş redaksiyasında şöbə müdiri, baş redaktor (1973–1978) işləmişdir. Bakı Ali Partiya Məktəbində təhsilini davam etdirmişdir (1978–1980). "Azərbaycan gəncləri" qəzetinin redaktoru olmuşdur (1981–1995). Mərkəzi seçki komissiyasının mətbuat katibi (1995–1997), Azərbaycan Respublikası Ticarət Nazirliyi Mətbuat Xidmətinin rəhbəri (1997–2001) işləmişdir. Hazırda İqtisadi İnkişaf Nazirliyində mütəxəssis vəzifəsində çalışır (2001-ci ildən). Azərbaycan Yazıçılar İttifaqı Təftiş komissiyasının sədri (1986), Respublika Jurnalistlər Birliyinin sədr müavini (1987-ci ildən) seçilmişdir. ÜİLKGİ-nin XIX, XX qurultaylarının nümayəndəsi olmuşdur.
İsmayıl İsmayılov (nasir)
İsmayıl Ələsgər oğlu İsmayılov (28 may 1924, İrəvan – 23 oktyabr 2003, Bakı) — nasir, 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1969), Əməkdar jurnalist (1985). İsmayıl İsmayılov 1924-cü il mayın 28-də İrəvanda bağban ailəsində doğulmuşdur. 1941-ci ildə burada orta məktəbi bitirmişdir. İkinci Dünya müharibəsi başlayan il səfərbərliyə alınmışdır: onun döyüş yolu Novorossiysk şəhəri uğrunda qanlı vuruşmalardan başlamış, Polşa, Çexoslovakiya və Almaniya ölkələrinin alınması ilə sona çatmışdır (1942–1946). 1947-ci ildə ordudan tərxis olunmuş, 1948–1953-cü illərdə "Sovet Ermənistanı" qəzeti redaksiyasıbda ədəbi işçi, stilist vəzifələrində işləmişdir. 1953-cü ildən Ermənistan Televiziya və Radio Verilişləri Komitəsində Azərbaycan dilində radio verilişləri redaksiyasına redaktor təyin olunmuşdur. Azərbaycanlıların Ermənistan ərazisindən deportasiyası zamanı Ermənistanı tərk etmişdir. Ədəbi fəaliyyətə 50-ci illərdən başlamışdır. Onun oçerk və hekayələri "Sovet Ermənistanı" qəzetində, "Ədəbi Ermənistan" almanaxında çap olunmuşdur. Onun heyakə və povestləri "Drujinaçı" (1965), "Müasirlərimiz" (1970), "Doğrulmayan etimad" (1978) kitablarında kütləvi tiraja buraxılmışdır.