Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aleksandr Nekriç
Aleksandr Moiseyeviç Nekriç (1920[…], Bakı – 31 avqust 1993, Boston) — ABŞ-də yaşamış sovet tarixçisi, tarix elmləri doktoru, 20-ci əsrin hərb tarixi və Avropa tarixi üzrə mütəxəssis, ABŞ-yə mühacirət etdikdən sonra sovet tarixi üzrə mütəxəssis. O, 1967-ci ildə "1941. 22 iyun" kitabının tirajının nəşri və Sov.İKP-dən xaric edilməsi ilə əlaqədar xüsusi şöhrət qazanmışdır. == Həyatı == Aleksandr Nekriç 1920-ci il martın 3-də Bakıda jurnalist ailəsində anadan olub. Ailə sonradan Tbilisiyə, oradan da Moskvaya köçüb. 1937-ci ilin payızında Moskva Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuş, 1941-ci ildə bitirmişdir. Təhsilinin sonunda müharibənin başlaması ilə Nekriç könüllü olaraq milis sıralarına getdi. Stalinqraddan Köniqsberqə qədər müharibə keçmiş, 1942-1945-ci illərdə cəbhədə vuruşmuşdur. 1943-cü ilin martından Sov.İKP üzvü olmuşdur. 7 sentyabr 1945-ci ildə kapitan rütbəsi ilə ehtiyata buraxılmışdır.
Nefrit
Yəşim — qiymətli mineral daş. Yəşimin digər adı - nefrit - ispan dilindən tərcümədə "bel daşı" mənasını verir. Buna görə də bu daş sadəcə böyrək ağrılarında əvəz edilməzdir. Bundan başqa, nefrit dərini cavanlaşdırmaq, qırışıqları hamarlamaq qabiliyyətinə malikdir. Yaxşısı budur, bu daşları muncuqlarda, medalyonlarda və üzüklərdə daşıyasınız.
Nekroz
Nekroz (νέκρωσις "ölüm") — otoliz nəticəsində canlı toxumalarda hüceyrələrin erkən ölümünə səbəb olan hüceyrə ziyanının bir formasıdır. Nekroz hüceyrə və ya toxuma xaricində olan, infeksiya və ya travma kimi amillər, hüceyrə komponentlərinin nizamsız həzminə səbəb olur. Əksinə, apoptoz hüceyrə ölümünün təbii, proqramlaşdırılmış və hədəflənmiş bir səbəbidir. Apoptoz tez-tez bədənə faydalı təsir göstərsə də, nekroz demək olar ki, həmişə zərərlidir və ölümcül ola bilər . Nekroza görə hüceyrə ölümü apoptotik siqnalın ötürülmə yolunu izləmir, əksinə müxtəlif reseptorları aktivləşdirir, bu da hüceyrə membranının bütövlüyünün itirilməsinə gətirib çıxarır və hüceyrə ölümü məhsullarının hüceyrə xaricindəki boşluğa nəzarətsiz buraxılması . Bu, ətrafdakı toxumada leykositləri və fagositoz yoluyla ölü hüceyrələri məhv edən yaxınlıqdakı faqositləri cəlb edən iltihablı bir reaksiyaya başlayır. Bununla birlikdə, leykositlər tərəfindən sərbəst buraxılan mikroblara zərər verən maddələr ətrafdakı toxumalarda kollateral zədələnməyə səbəb ola bilər. Bu artıq təminat ziyanı şəfa prosesini maneə törədir. Beləliklə, müalicə olunmayan nekroz hüceyrə ölümü yerində və ya yaxınlığında çürüyən ölü toxuma və hüceyrə zibillərinin yığılması ilə nəticələnir. Klassik bir nümunə qanqrenadır.
Neqril
Neqril — Yamaykanın qərb sahillərində Neqril çayının mənsəbində yerləşən elə də böyül olmayaq turistik yaşayış məntəqəsi. 11 km-lik çimərlik xəttinə malikdir. Burada hətta yayın ən isti günləri belə ağ çimərlik qumu tam qızmır. Burada ən qədim tikili 1894-cü ilə aid mayakdır. XX əsrin 70-ci illərində çimərlik Hippilər arasında məşhur olmuşdur. Müəyyən dövrlərdə insanların sayı beş mini keçirdi. Hazırda əla inkişaf etmiş mehmanxana şəbəkəsinə malikdir. Yazda otel, bar və piyvəxanalar amerikalı məktəblilərlə dolu olur.
Neyriz
Neyriz — İranın Fars ostanının şəhərlərindən və Neyriz şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 45,180 nəfər və 11,970 ailədən ibarət idi.
Neşid
Naşid yaxud İlahi Sinxron insan səslərindən ibarət daha çox dinə aid olan mahnı. Naşid (Ərəbcə: نشيد nashīd,), Bir vəya birdən artıq insan tərəfindən səsləndirilən dini mahnıdır. Naşiddə çalğı alətləri iştirak etmir.
Hebrid adaları
Hebrid adaları (ing. Hebrides [ˈhɛbrɨˌdiːz], şot.kelt Innse Gall) — Atlantik okeanında Şotlandiyanın qərb sahillərində yerləşən arxipelaqdır. Britaniya adaları qrupuna daxildir. Arxipelaqın iki ada silsiləsi - Daxili və Xarici Hebrid adaları, Litl-Minç və Nort-Minç boğazları, həmçinin daxili Hebrid dənizi ilə ayrılır. == Təsviri == Hebrid adaları 500-ə yaxın qayalı, əsasən hündür adalardan ibarət geniş səpələnmiş qrupdur, onlardan 100-ə yaxını məskunlaşıb. Səthinin sahəsi təxminən 7,2 min km²-dir, bunun təxminən 1,6 min km²-ni göllər tutur. Adaların səthinin çox hissəsini qayalı və ya bataqlıq düzənliklər (torf bataqlıqları) təşkil edir. 1009 m-ə qədər alçaq dağlar (Skay adasındakı Kullin-Hils dağı), həmçinin lava sahələri və qədim buzlaşmanın izləri (troqlar, karrlar) var. Rütubətli dəniz iqlimi, yanvarda orta temperatur 4-6 °C, iyulda 12-14 °C-dir. Çoxlu yağıntı düşür - ildə 2000 mm-ə qədər.
Hebrid dənizi
Hebrides dənizi (ing. Sea of the Hebrides) — Atlantik okeannın şimal-şərqində, Şotlandiyanın qərb sahilləri ilə Hebrid adaları arasında yerləşir. Hebrid dənizi və Litl-Minc boğazı, Nort-Minç boğazı adaları iki qrupa bölür: Daxili Hebrid və Xariçi Hebrid adaları. Dənizin sahəsi 47,000 km², orta dərinliyi 64 m, ən dərin yeri isə 137 m təşkil edir. == Həmçinin bax == Ardnamerxan == Ədəbiyyat == Johnson, Alison (1989) Islands in the Sound: Wildlife in the Hebrides: London. Victor Gollancz ISBN 0-575-04640-6 (Detail taken from Islands in the Sound……….").
Meyrid Korriqan
Meyrid Korriqan ing. Mairead Corrigan Maguire, (27 yanvar 1944, Belfast) — Nobel sülh mükafatı laureatı (1976) ("Sülh və əmin-amanlıq uğrunda cəsarətli səylərinə görə"). Meyrid Korriqan 1944-cü il yanvarın 27-də Belfast şəhərinin Follz-Roud rayonunda (Şimali İrlandiya) anadan olmuşdur. Endrü və Marqaret Korriqanın yeddi övladından ikincisi olan Meyrid katolik təhsilini evdə və Belfastın özəl məktəblərində almışdır. Şüşətəmizləyən olan atası təhsil pulunu ödəyə bilmirdi. Bu səbəbdən də Meyrid 14 yaşında məktəbi atmalı oldu və başqalarının uşaqlarına baxmaqla pul toplayıb kommersiya məktəbinə daxil oldu. Bir müddət mühasib köməkçisi işlədikdən sonra o, Belfastdakı Qinnes pivə zavodunun direktorunun katibəsi vəzifəsinə işə düzəldi. onda Meyridin 21 yaşı var idi. Meyrid Korriqanın Katolik xeyriyyə təşkilatı olan Mariya Legionuna daxil olması onu ictimai fəaliyyətə meylləndirdi. Valideynləri ilə birgə Belfastın yoxsul rayonu olan Andersonstauna köçən Meyrid Korriqan icma klubunun və uşaq bağçasının təşkilində də fəal iştirak etdi.
Nefrit (xəstəlik)
Nefrit (yun. νεφρός — böyrək) — müxtəlif etiopatogenezi, hər birinin özünəməxsus patomorfoloji və klinik xüsusiyyətləri olan böyrəklərin iltihabı xəstəlikləri qrupu. Nefrit böyrəklərdə glomeruli, borucuqları və ya interstisial böyrək toxumasını əhatə edən yerli və ya diffuz proliferativ və ya destruktiv proseslərə aiddir. Mənşəyinə görə ilkin nefrit (böyrəklərin ilkin patologiyası) və ikincili nefrit (başqa patoloji proseslə əlaqədar yaranan - şəkərli diabet, amiloidoz, birləşdirici toxuma sistemli xəstəlikləri, miyeloma xəstəliyi və s.) fərqlənir. Qlomerulonefrit İnterstisial nefrit (və ya tubulo-interstisial nefrit) böyrək borucuqları arasındakı boşluqların iltihabıdır. Nefrit tez-tez infeksiyalar və toksinlərdən, lakin ən çox böyrəklər kimi əsas orqanlara təsir edən otoimmün xəstəliklərdən qaynaqlanır. Pielonefrit — böyrəklərdə sidik yollarının infeksiyası nəticəsində yaranan iltihab. Lupus nefrit, immun sistemi xəstəliyi olan sistemik lupus eritematosusun (SLE) səbəb olduğu böyrəklərin iltihabı. İdman nefriti ağır idman nəticəsində baş verən nefritdir. Məşqdən sonra qanlı sidik, qırmızı qan hüceyrələrinin zədələnməsi və onların yırtılmasına səbəb olan və hemoglobinin sidikdə ifraz olunmasına səbəb olan gedişli hemoglobinuriya ilə də bağlı ola bilər.
Nehriq (Vərziqan)
Nehriq (fars. نهريق‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 592 nəfər yaşayır (120 ailə).
Nekres monastrı
Nekres monastırı — 6-cı yüzillikdə qurulan Kaxeti rayonunda yerləşən bir gürcü monastırıdır. Monastr 1811-ci ildə Rusiya İmperiyası tərəfindən qaldırılmasından qısa bir vaxt sonra bağlanıb. Təxmini iki əsrdən sonra monastır 2000-ci ildə yenidən fəaliyyətinə başlayıb. Nekres monastırı, Şilda kəndindən təxmini 3,7 km qərbdə yerləşir. Nekres monastırı 6-cı yüzillikdə qurulub. Kompleksin ilk kilsəsinin 4-cü yüzilliyə aid olduğu arxeoloji qazıntılar zamanı aşkar edilib. Başmələk kilsəsi, Nekres monastır kompleksinin cənub-şərq hissəsində yerləşir. 8–9-cu yüzilliklərdən qalma bir tikilidir.
Neqroid (irq)
Neqroid (irq)-Afrikada yaşayanların əkskariyerinin mənsub olduğu irq.
Nerkin Oratağ
Aşağı Oratağ (bir müddət işlənilən adı: Ortakənd, daha əvvəl: Aşağı Oratağ, daha əvvəl: Nerkin Oratağ) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Aşağı Oratağ kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Nerkin Oratağ kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Nerkin Oratağ kəndi Aşağı Oratağ kəndi adlandırılmışdır. "Aşağı Oratağ" toponiminin ikinci komponenti qədim İran dillərinin materialları əsasında "qala yeri" mənasında izah olunur. XIX əsrdə ermənilər burada məskunlaşdıqdan sonra kəndin adı tədricən erməniləşmış və Sovet hakimiyyəti illərində Nerkin (ermənicə "Aşağı") Oratağ kimi rəsmiləşmışdi. 1992-ci ildən kənd indiki adını daşıyır. Bir müddət kəndin adı Ortakənd kimi qeyd olunurdu. Kənd Ağdərə rayonunun tərkibində olub. Ağdərə ermənilər tərəfindən işğal edildikdən və Ağdərə rayonu ləğv edilib ərazisi qonşu rayonlar arqsında bölüşdürüldükdən sonra Tərtər rayonunun ərazisinə düşüb. 1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal edilib.
Nerkin Qılıçbağ
Aşağı Qılıçbağ (əvvəlki adı: Nerkin Qılıçbağ) — Azərbaycan Respublikasının Xocalı rayonunun Xanabad kənd inzibati ərazi dairəsində kənd. XIX əsrin 20-ci illərində İrandan köçüb gəlmış erməni ailələri məskunlaşdıqdan sonra kəndi Nerkin (erm. "Aşağı") Qılınçbağ adlandırmışdılar. 1992-ci ildə kəndin əvvəlki adı bərpa edilmişdir. Kənd 1826-1828-ci illərdə Rusiya-İran müharibəsində iştirak etmiş general Madatovun Şirvandan Qarabağa köçürdüyü Qılınclı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. 1829-cu ildə İrandan köçürülmüş ermənilər yerləşdikdən sonra Nerkin Qılıcbaq adlanmışdır. Mənşəcə qıpcaqların Kilic tayfasına mənsubdur. Rus salnamələrində bu tayfa ilk dəfə 1223-cü ildə Şimali Qafqazda Kalka çayı üzərində monqollarla qıpçaqların döyüşü münasibətilə cəkilir. 1588-ci ilə aid məlumata görə Qarabağın Ahiştabad qışlağında qışlayan bir el Qılıçlı adlanırdı. Bərdədə Qılıclı kəndi var.
Nerkin Sıznek
Aşağı Yemişcan (əvvəlki adı: Nerkin Sıznek) — Azərbaycan Respublikasının Xocalı rayonunun Qızıloba kənd inzibati ərazi dairəsində kənd. XIX əsrdə gəlmə ermənilər Sıznaq adlanan bu yerdə məskunlaşmış, kəndin adını da Nerkin Sıznək (Aşağı Siznək) kimi rəsmiləşdirmişdilər. 1992-ci ildə kəndə Aşağı Yemişcan adı verilmişdır. Toponimin ikinci komponenti "yemişan" sözünun tələffüz formasıdır. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Nerkin Sıznek kəndi Aşağı Yemişcan kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Aşağı Yemişcan kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətində olmuş, 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olunmuşdur. Kənd dəğətəyi ərazidə yerləşir.
Nerkin Çaylı
Aşağı Çaylı — Ağdərə rayonunun Yuxarı Çaylı inzibati ərazi vahidində kənd. Tərtər çayının sol sahilində yerləşən və əvvəllər Çaylı adlanan kəndin Aşağı hissəsidir. 1933-cu ildə Aşağı Çaylı kimi qeydə alınan bu kənd sonralar Nerkin (erm. "Aşağı") Çaylı adlandırılmışdı. ASÇC-nin (Azərbaycan Sosialist Şura Cümhuriyyəti və ya Azərbaycan SSR) 1933-cü il üçün inzibati bölgüsündə o zaman mövcud olmuş Muxtar Dağlıq Qarabağ Oblastın (Dağlıq Qarabağ Muxtar Vilayətinin) tərkibində Yuxarı Çaylı kənd şurası və qeyd olunan kənd şurasının tərkibində Aşağı Çayı və Yuxarı Çaylı məskun yerləri qeyd olunur. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 26 mart 1982-ci il tarixli Fərmanı ilə bir birinə birləşmiş Verin Çaylı və Nerkin Çaylı kəndlərinə Çaylı adı verilməsinin və bununla əlaqədar Çaylı kəndi mərkəz olmaqla, Verin Çaylı kənd Sovetinin Çaylı kənd Soveti adlandırılmasının təsdiq olunması qərara alınmışdı. Aşağı Çaylı kəndi 1828-ci ildə İrandan köcürülmüş ermənilərin Qarabağda (Tərtər çayı sahilində) yerləşdirilməsindən yaranmış kənddir. Ermənicə Nerkin (aşağı) Çaylı adlanmışdır.
Nesrin Akkoç
Nesrin Akkoç (d. 1964), kino və serial oyunçusu, aktivist. 1964-cü ildə doğan Nesrin Akkoç, Açık Öğretim Fakültesi, İqtisad fakültəsini bitirmişdir. İncəsənət həyatına teatr işləriylə başladısa da əsl karierinin başlanğıcını 1988-ci ildə Milliyyət qəzetinin açdığı bir gözəllik yarışmasında "kinosu kraliçası" seçilməsiylə etdi. Eyni il rejissorluğunu Ünal Küpeli'nin etdiyi "Həyat Oyunu" adlı filmlə kamera qarşısına keçən sənətçi, fasilələrlə serial və kino filmlərində müxtəlif rollarda oynadı. ÇASOD üzvü olan Akkoç, ÇYDD, şikəstlər Dərnəyi və s.
Neyriz şəhristanı
Neyriz şəhristanı— İranın Fars ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Neyriz şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 105,241 nəfər və 28,664 ailədən ibarət idi.
Optik nevrit
Optik nevrit- Optik nevrit görmə sinirinin kəskin demielinləşməsidir. Çox hallarda DS ilk dəfə optik nevrit ilə təzahür edir. Bəzi hallarda optik nevritin həmləsi simptomsuz olur. Digər hallarda isə o, göz ətrafında olan ağrılar və görmə qabiliyyətinin yayğınlıq, rənglərin çətin ayırd edilməsi kimi pozuntusu ilə müşahidə olunur. Hər bir ağrı ilə müşahidə olunan, ya olmayan görmə problemi olan pasiyent oftalmoloqun müayinəsindən keçməlidir. Başqa səbəbi olmayan optik nevrit diaqnozu müəyyən edilirsə və pasiyentdə Dağınıq skleroz ehtimalı varsa, bunu pasiyentlə müzakirə etmək və pasiyenti nevroloqa göndərmək lazımdır.
Qalateya (nereid)
Qalateya (yun. Γαλατεία süd kimi ağ) — yunan mifologiyasında nereida, Nerey və Doridanın qızı.
Echinops negrii
Echinops giganteus (lat. Echinops giganteus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü.
Luici Negri
Luici Negri (it. Luigi Negri; 5 noyabr 1947, Kodogno, İtaliya) — İtaliyalı siyasətçi və memar, Lega Nord Partiyasının üzvü. == Həyatı == 1956-cı ildə Kodognoda anadan olmuşdur. 1992–2001-ci illərdə İtaliya Deputatlar Palatasının üzvü olub. İncəsənət tarixinə olan marağı onu hər şeydən əvvəl çini araşdırmalarını genişləndirməyə və toplamağa yönəltdi.
Nedri (Bicar)
Nedri (fars. ندري‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 77 nəfər yaşayır (19 ailə). Əhalisini kürdlər təşkil edir.
Neris çayı
Viliya (belar. Вілія; pol. Wilia), Neris (lit. Neris) — başlanğıcını Belarusdan başlataraq Litva ərazisində Neman çaya tökülən sağ qolu. Uzunluği 510 km təşkil edir və onun 228 kilometri Litva ərazisindən axır. 24942,3 km² hövzəyə malik olan çayın 13849,6 км² hövzəsi Litva ərazisində yerləşir. Çay ətrafında Vileyka və Smorqon şəhərləri yerləşir. Yuxarı Vileysk yaxınlığında Vileysk suanbarı mövcuddur. Anbar Minsk şəhərinin su təminatını təşkil edir. Çayın hövzəsi boyunca tarixi Povile vilayəti yerləşir.
Nəmrud
Nəmrud (q.yəh. נִמְרוֹד‎; e.ə. 1751 – e.ə. 1638) —Tövratda və Quranda xatırlanan şah, ovçu. (Bəqərə surəsi 158-ci ayə və sonrakı ayələr) Nəmrudun adı İbrahim peyğəmbərlə bərabər çəkilir. Millətinə bütlərin heç bir fayda verə bilməyəcəyini, dəfələrcə deyən və ancaq Uca Allahın üstün vəsflərə sahib olduğunu bildirən İbrahim (ə.s.) millətinin özünə inanmadığını gördükdə dərhal Nəmrudun yanına getdi. Qurani-Kərimdə adı keçməyən və o dövrdə millətin idarəçisi olan Nəmrud, sahib olduğu sərvət və səltənəti ilə özünü tanrı hesab edirdi. İbrahim (ə.s.) Nəmruda Allah inancı haqqında bəhs etdi. Ancaq o, rədd etdi və İbrahim (ə.s.) ilə Rəbbi haqqında mübahisə etdi. İbrahim (ə.s.) Allah təalanın həm dirildən həm də öldürən olduğunu dedikdə, Nəmrud da bunu edə biləcəyini dedi.
Təkrir
Təkrir — bədii əsərdə eyni sözün, söz qrupunun, ifadənin məqsədli şəkildə təkrar olunması. Təkririn iki növü var: anafora və epifora; anafora — misranın, cümlənin əvvəlində işlənən təkrirdir; epifora — misranın, cümlənin sonunda işlənən təkrirdir.
Fərid
Fərid — kişi adı.
Mərkid (Heris)
Mərkid (fars. مركيد‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 614 nəfər yaşayır (132 ailə).
Mərkid (Mərənd)
Mərkid (fars. مركيد‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 2,735 nəfər yaşayır (701 ailə).
Nəzrin Cavadzadə
Nəsrin Cavadzadə (30 iyul 1982, Bakı) — Əslən azərbaycanlı olan Türkiyəli serial və kino aktrisası. 1982-ci il iyulun 30-da Bakıda anadan olub. 11 yaşında ailəsi ilə birlikdə Türkiyəyə getmişdir. Mərmərə Universiteti Kino və Televiziya Fakültetinin məzunudur. Şahika Tekand Studio Oyunçularında 2 il aktyorluq təhsili alıb. 2007-ci ilin ATV'nin "Yersiz Yurdsuz" adlı serialında oynadı. Ertəsi il Hüseyn Qarabəyin "Getmək: Mənim Marlon və Brandom" və Camal Şanın "Dilbərin Səkkiz Günü" adlı filmlərində iştirak etdi. Daha sonra "Kiçik Ağa" adlı serialda rol aldı. 2014-cü ildə çəkildiyi "Quzu" adlı filmdə canlandırdığı Mədinə obrazı ilə 51-ci Antalya Qızıl Portağal Film Festivalının Ən Yaxşı Qadın aktrisa mükafatına layiq görüldü. Nəzrin Cavadzadə görkəmli alim Mirməmməd Cavadzadənin nəvəsidir.