Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nurulla Əliyev
Nurulla Arif oğlu Əliyev (25 sentyabr 1962, Dərbənd, Dağıstan MSSR) — ehtiyatda olan 1-ci dərəcəli kapitan, tarix elmləri doktoru, professor. Əliyev Nurulla Arif oğlu 1962-ci ilin sentyabr ayının 25-də RF-nın Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərində anadan olub. "Dərbənd" xeyriyyə cəmiyyətinin sədridir. Milli Müdafiə Universitetinin Hərbi Elmi-Tədqiqat İnstitutunun Humanitar elmlər şöbəsinin professoru. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının "Adyunktura və elm" şöbəsinin hərb tarixi üzrə professoru. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı ilə akademiyanın həqiqi (akademik) üzvü seçilib və onun fəxri üzvü statusu ilə təltif olunub. Türk dünyası hərb tarixi elminə verdiyi böyük töhfələrə və yüksəkixtisaslı zabit kadrların hazırlanması sahəsindəki xidmətlərinə görə akademiyanın "Beynəlxalq qızıl ulduz" medalına layiq görülüb. 1 ensiklopediya, 10 monoqrafiya, 45 kitab, 13 tədris proqramları və metodik vəsaitləri, 200-ə yaxın elmi məqalənin müəllifi. Akademiyanın Leybnic "Fəxri medalı"na layiq görülüb. 1969-cu il tarixində 1977-ci il tarixədək Bakı şəhərinin 68 saylı orta məktəbdə oxuyub.
Nurulla Ağayev
Nurulla Qurbanəli oğlu Ağayev (1913, Bülbülə, Bakı qəzası – 23 aprel 1990) — Azərbaycan-sovet dövlət xadimi və iqtisadçı alim. Azərbaycan SSR-də yüngül və yeyinti sənayesi, eləcə də tikinti sənayesində ixtisaslaşmış nazirliklərə başçılıq etmişdir. Nurulla Qurbanəli oğlu Ağayev 1913-cü ildə Bakı qəzasının Bülbülə kəndində anadan olmuşdur. 5 yaşında ikən, 1918-ci ildə atası Kərbəlayı Qurbanəli daşnaklarla savaşda qətlə yetirilmiş, böyük qardaşının himayəsində böyümüşdür. Nurulla Ağayev 1938-ci ilədək Zabratda Andreyev adına zavodda çalışmış, daha sonra rəhbər vəzifələrə keçirilmişdir. 13 mart 1942-ci ildə Azərbaycan K(b)P Bakı Şəhər Komitəsinin tikinti işləri üzrə katibi təsdiq edilmiş, Həmin ilin noyabrında isə Azərbaycan SSR xalq kommunal təsərrüfatı komissarı vəzifəsinə irəli çəkilmişdir. 1944-cü ilin may ayından ÜİK(b)P Mərkəzi Komitəsinin və SSRİ Nazirlər Sovetinin qərarı ilə İranda diplomatik işə göndərilmiş, SSRİ Ticarət Nümayəndəliyinin sədr müavini işləmişdir. 1949-cu ildə Azərbaycan SSR Dövlət Plan Komissiyası sədrinin birinci müavini təyin edilmiş, 1951-ci ilin oktyabr ayından 1953-cü ilin aprel ayınadək Azərbaycan SSR ət və süd sənayesi naziri, ardınca yüngül və yeyinti sənayesi naziri, sonrakı illərdə isə tikinti naziri və tikinti nazirinin müavini vəzifələrdə çalışmışdır. Sonrakı illərdə Nurulla Ağayev elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş, 1972-ci ilədək Azərbaycan Neft və Kimya İnstitutunda çalışmışdır. 1969-cu ildə texnika elmləri namizədi elmi dərəcəsini almış, bir sıra elmi məqalələrin, o cümlədən "2000-ci ilin iqtisadiyyatı" adlı irihəcmli elmin işin müəllifi olmuşdur.
Mirzə Nurulla xan Yekani
Mirzə Nurulla xan Yekani (1873-?) — İran Məşrutə hərakatının fəal üzvü. Mirzə Nurulla xan Ağa bəy oğlu 1873-cü ildə Yekan mahalının Yekan kəhrizi kəndində anadan olmuşdu. İbtidai təhsilini doğma kəndlərində almışdı. Şimali Azərbaycana gəlmiş burda bir müddət çalışmışdı. Mirzə Nurulla xan Məşrutə hərəkatına qoşulmuşdu. Qohumları Qoçəli xan, Baxşalı xan, Şirəli xan və başqaları ilə çiyin-çiyinə istibdada qarşı mübarizə aparmışdı. Mücahidlərə başçılıq etmişdi. Qaynaqlarda yazılır: “Qafqaz mücahidləri, beynəlmilçilərlə birlikdə Mirzə Nurulla xan Yekaninin və Qoçəli xanın başçılıq etdikləri mücahidlər Ələmdardan hərəkat edərək noyabrın 21-də Xoyun şimalında yerləşən Evoğlu kəndində toplandılar. Mücahidlərə qarşı göndərilmiş Maku qoşun hissələri bu kəndə yaxın olan Bilvar kəndində yerləşib mücahid dəstələrinin Xoya hərəkət etməsinə imkan verməli idilər. Lakin onlar mücahid dəstələrinin Xoya hücumunun qarşısını ala bilmədilər.
İncə-i Nurullah (Maku)
İncə-i Nurullah (fars. اينچه نوراله‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 39 nəfər yaşayır (7 ailə).
Şeyx Nurullah Nəcəfi-İsfahani
Şeyx Nurullah Nəcəfi-İsfahani (tam adı: Şeyx Nurullah Məhəmməd Baqir oğlu Nəcəfi-İsfahani, fars. نورالله نجفی اصفهانی‎; 17 dekabr 1859, İsfahan – 1927, Tehran) — Məşrutə inqilabının tərəfdarı, üləma. Son dövrlərin böyük fəqih və müctəhlərindən biri də Nurullah Nəcəfi-İsfahanidir. O, "Nur" və "Siqətülislam" adları ilə də tanınmışdı. Azadlığın vurğunu olan bu alim şeir və ədəbiyyatda da ustad idi. Atası Məhəmməd Baqir, qardaşları Məhəmmədtəqi İsfahani və Şeyx Məhəmmədəli vəfat etdikdən sonra Şeyx Nəcəfi "Siqətülislam" adlanmağa başladı. Ondan öncə qardaşı Məhəmmədtəqi İsfahani bu ləqəblə tanınırdı. Babası Şeyx Məhəmmədtəqi və onun atası Mirza Əbdürrəhim, İyvanəki və Vəramin məntəqələrində sakin olmuş, sonralar İsfahana köçmüşdülər. Hacı Nurullah da hicri təqivimlə 1278-ci ildə İsfahanda dünyaya göz açdı. Ədəbiyyat, sərf, nəhv, ərəb dili kimi ibtidai fənləri və üsuli-fiqhin bir hissəsini atasından öyrəndi.
Şeyx Nurullah Əfəndi Ziyarətgahı
Şeyx Nurullah Əfəndi ziyarətgahı — Şəki rayonu Baş Layısqı kəndində yerləşən ziyarətgah. Şeyx Nurullah Əfəndi ziyarətgahı Nəqşibəndi təriqətinin şeyxi olan və övliyalıq məqamına yüksələn Şeyx Mahmud Əfəndinin müridlərindən olan Hacı Nurullah əfəndinin adı ilə bağlıdır. Belə ki, Hacı Nurullah əfəndi 1896-cı ildə vəfat edib və bu ziyarətgahın olduğu ərazidə dəfn edilmişdir. Zaman keçdikdən sonra yerli bölgə əhalisi bu ərazini ziyarətgaha çevirmişlər.
Anar Nurullayev
Elnur Nurullayev
Elnur Fərhad oğlu Nurullayev (08 oktyabr 2000; Şəki, Kiş kəndi , Azərbaycan — 25 dekabr 2020; Qarabağ, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nurullayev Elnur Fərhad oğlu 2000-ci il oktyabr ayının 8-də Şəki rayonunun Kiş kəndində zəhmətkeş bir ailədə anadan olmuşdur. 25 dekabr 2020-ci ildə doğulduğu Kiş kəndində torpağa tapşırılıb. == Təhsili == 2006-cı ildə Şəki rayon Kiş kənd A.M.Məmmədov adına 2 N-li tam orta məktəbin birinci sinfinə qəbul olmuş, 2017- ci ildə məktəbi bitirmişdir. == Hərbi xidməti == Elnur 08 oktyabr 2018-ci ildə Şəki rayon hərbi komissarlığından hərbi xidmətə yola düşmüşdür. Gədəbəy rayonunda ön xəttə hərbi xidmət keçmişdir. Xidmət etdiyi müddət ərzində komandirlərinin və əsgər yoldaşlarının rəğbətini qazanmışdır. Bir sözlə nümunəvi xidmət yolu keşmişdir. 2020-ci il apelin 20-də hərbi xidmətini başa vurmuşdur. == Döyüş yolu == Ali Baş Komandanın rəhbərliyi altında 27 sentyabr 2020-ci ildə erməni silahlı qüvvələrinin təxribatına cavab olaraq əks hücum əməliyyatı - İkinci Qarabağ müharibəsi başladı.
Könül Nurullayeva
Könül Oruc qızı Nurullayeva (1 dekabr 1985, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin VI və Vİİ çağırış deputatı, Azərbaycan Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi (2009-2016), 2018-ci ildə İHİF-nin nəzdində əsası qoyulmuş "İdmanda Gender Bərabərliyi" Komitəsinin üzvü, İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin üzvü, Vankuver 2010 və Soçi Qış Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri, "Bakı 2020" Təşkilat Komitəsinin icraçı direktoru, "Bakı 2017" İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin katibi, Dünya Alpaqut Federasiyasının birinci vitse-prezidenti, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, Azərbaycan-Xorvatiya parlamentlərarası işçi qrupun rəhbəri, COP29 Təkilat Komitəsinin üzvü. == Həyatı == Könül Nurullayeva 1985-ci il dekabrın 1-də Bakı şəhərində anadan olub. 1992–2000-ci illərdə N.Tusi adına orta məktəbdə təhsil alıb. 2000–2003-cü illərdə 6 saylı orta məktəbi bitirdikdən sonra 2003–2008-ci illərdə Azərbaycan Dillər Universiteti Avropaşünaslıq və Beynəlxalq Əlaqələr bölməsində təhsilini davam etdirib. 2008–2010-cu illərdə Azərbaycan Dillər Universitetində Avropaşünaslıq və Beynəlxalq Əlaqələr üzrə magistr pilləsinə yiyələnib. 2015-ci ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində olan AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunda dissertantdır. 2019-cu ilin sentyabrından isə İsveçrə Biznes Universitetində MBA proqramı üzrə təhsil alır. == Siyasi-ictimai fəaliyyəti == === Milli Məclis === Azərbaycan Respublikası Milli Məclisinin VI və VII çağırış deputatı seçkilərində Könül Nurullayeva bitərəf namizəd olaraq Bakı şəhəri 24 saylı Nizami rayonu birinci seçki dairəsindən deputat seçilib. Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini, Azərbaycan-Xorvatiya parlamentlərarası işçi qrupunun isə rəhbəridir. Könül Nurullayeva 2020-ci ilin aprel ayından etibarən Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvüdür.
Nurullahbəyli (Germi)
Nurullahbəyli (fars. نوراله بيگلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 93 nəfər yaşayır (20 ailə).
Razi Nurullayev
Razi Nurullayev (1 aprel 1971, Xəlfəli, İmişli rayonu) — azərbaycanlı siyasətçi, Milli Cəbhə Partiyasının və "Region Beynəlxalq Analitik Mərkəzi"nin (RBAM) sədri, Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı. 2015–2020-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrliyinə iddiaçı olmuş Nurullayev, 2018-ci il və 2024-cü il Azərbaycan prezidenti seçkilərində prezidentliyə namizəd kimi iştirak etmişdir. Razi Nurullayev 1 aprel 1971-ci ildə İmişli rayonunun Xəlfəli kəndində anadan olub. 1978–1988-ci illərdə İmişli rayonu Xəlfəli kənd məktəbində orta təhsil alıb.[mənbə göstərin] 1992–1997-ci illərdə Azərbaycan Dövlət Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) İngilis-fransız dilləri pedaqoji fakültəsində ali təhsil alıb.[mənbə göstərin] 2000–2005-ci illərdə Cənubi-Rusiya Humanitar İnstitutunun Hüquq fakültəsində ali təhsil alıb.[mənbə göstərin] 2004-cü ildə Kanadanın Montreal şəhərində John Abbott Collecində Beynəlxalq İnsan Hüquqları Təlimi Proqramı üzrə tam kursu, 2009-cu ildə isə ABŞ-nin Nyu York şəhərində Kolumbiya Universitetində Beynəlxalq və Dövlət Siyasəti Məktəbi ixtisasartırma kursunu bitirib.[mənbə göstərin] Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir.[mənbə göstərin] 1994-cü ilin yanvar ayından 1995 noyabr ayına qədər "ÇAĞ" qəzetində müxbir işləyib. Bu qəzetdə beynəlxalq siyasət, mədəniyyət, adət-ənənələr və inkişaf məsələləri ilə bağlı onlarla yazılar yazıb, "The Daily Mail", "The Times" və "The Guardian" kimi qəzetlərdən onlarla tərcümələr edib.[mənbə göstərin] 1995-ci ilin may ayından 1995-ci ilin noyabr ayına qədər Bakı şəhərində yerləşən "Hyatt Regency" hotelində VIP qonaqlarla iş üzrə çalışıb.[mənbə göstərin] 1995–1997-ci illərdə "McDermott Marine Construction"da tərcüməçi, anbar və alqı-satqıya nəzarətçi işləyib.[mənbə göstərin] "Çıraq 1" neft platformasında Quruda və dənizdə iş, baş mühəndisin köməkçisi və gəmi kapitanının tərçüməçisi olub.[mənbə göstərin] 1998-ci ilin yanvar ayından 1998-ci ilin may ayına qədər Rusiyanın Həştərxan şəhərində yerləşən "BUE Caspian Ltd." şirkətində ingilis, rus, Azərbaycan dilinə gəmi sənədlərinin və layihələrinin tərcüməçisi olub. Xəzər gəmiçiliyi, banklar və gömrük idarələri arasında danışıqların aparılması işini görüb.[mənbə göstərin] 1998-ci ildən 2001-ci ilə qədər "Baku Steel Company"də menecer köməkçisi və tərcüməçi olub.[mənbə göstərin] 2001-ci ilin may ayından 2003-cü ilin oktyabr ayına qədər Böyük Britaniyanın "International Alert" təşkilatının Azərbaycan üzrə məsləhətçisi olub.[mənbə göstərin] 2001-ci ildən 2003-cü ilə qədər Azərbaycan Dillər Universitetində İngilis dilinin qramatikasından mühazirələr deyib.[mənbə göstərin] 2002-ci ilin fevral ayından AMEA Beynəlxalq Münasibətlər İnstitutunda, 2003-cü ildən 2006-cı ilə qədər isə AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun "Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq" şöbəsində elmi işçi kimi fəaliyyət göstərib.[mənbə göstərin] 2001-ci ilin iyun ayından 2002-ci ilin yanvar ayına qədər Belçikanın Brüssel şəhərində yerləşən Beynəlxalq Xəzər Araşdırmaları Mərkəzinin icraçı direktoru olub.[mənbə göstərin] 1999-cu ilin sentyabr ayından 2011-ci ilə qədər Demokratik İslahatlar Uğrunda Cəmiyyətin həmsədri olub.[mənbə göstərin] 2007-ci ildən 2012-ci ilə qədər Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyasının kordinatoru olub.[mənbə göstərin] 2009-cu ilin sentyabr ayının 15-dən 2015-ci ilin fevral ayına qədər Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin xarici məsələlər üzrə müavini olub. 2012-ci ildən Region Beynəlxalq Analitik Mərkəzinin (RBAM) sədridir.[mənbə göstərin] 19 avqust 2015-ci ildə AXCP-də Əli Kərimlidən narazı qüvvələr sabiq müavin olan Razi Nurullayev və tərəfdarları AXCP Etimad Qurultayı Təşkilat Komitəsi (AXCP EQTK) yaratdıqlarını bəyan ediblər. 27 sentyabr 2015-ci ildə AXCP-nin qurultayında Əli Kərimlinin növbəti dəfə sədr seçilməsindən sonra AXCP EQTK bu qurultayı və seçkiləri tanımayıb, 17 oktyabr 2015-ci ildə qurultay keçirib və Razi Nurullayevi AXCP sədri seçib. 2020-ci ilin 28 iyul tarixində keçirilən onlayn qurultayda Razi Nurullayev AXCP adından imtina etdi və yeni Milli Cəbhə Partiyasını təsis etdi. 2005-ci il Azərbaycan Respublikasının Milli Məclisinə III çağırış seçkilərdə 8 saylı Binəqədi birinci seçki dairəsindən (SD) namizəd olub.
Yusif Nurullayev
Yusif Nurullayev (Yusif Quşu oğlu Nurullayev; d. 1946, Lerik) — Bakı Dövlət Universitetinin “Ümumi fizika” kafedrasının professoru, Fizika Problemləri İnstitutunun direktor müavini, professor. Yusif Nurullayev 1946-ci ildə Azərbaycan Respublikasının Lerik rayonunun Kəlvəz kəndində anadan olmuşdur. 1974 - Namizədlik dissertasiyasının mövzusu “İon-radikal tetrasianxinodimetan duzlarının bəzi istilik və elektrik xassələrinin tədqiqi” 2005 - Doktorluq dissertasiyasının mövzusu “Qismən nizamsız kristallarda elektron-defekt qarşılıqlı təsiri” 1968 - Azərbaycan Dövlət Universitetinın fizika fakültəsini bitiribdir. 1968-1970 - Lerik rayonunda müəllim işləmişdir. 1970-1973 - Leninqrad Fizika Texnika İnstitutunda aspirant olmuşdur. 1973 - BDU-nun «Ümumi fizika» kafedrasında assisent, baş müəllim, dosent, professor ümumi fizika kursu, fizikanın tədrisi metodikası, yarımkeçiricilər fizikası kursundan mühazirə, seminar və laboratoriya dərsləri aparmışdır. 110 məqalə, 1 monoqrafiya, 12 kitabın müəllifidir. 2 elmlər namizədinin elmi rəhbəri olmuşdur. XVI-ый Международной конференции «Опто-.наноэлектроника, наноеехнологии и микросистемы» Ульяновск-2013.
Nurallar
Nurallar (əvvəlki adı: Nurullar) — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 11 iyun 2002-ci il tarixli, 341-IIQ saylı Qərarı ilə Yevlax rayonunun Qaramanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Nurullar kəndi Nurallar kəndi adlandırılmışdır.
Nurulular
Nurallar (əvvəlki adı: Nurullar) — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 11 iyun 2002-ci il tarixli, 341-IIQ saylı Qərarı ilə Yevlax rayonunun Qaramanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Nurullar kəndi Nurallar kəndi adlandırılmışdır.
Nəsrulla
Nəsrulla — kişi adı. Nəsrulla xan — hökmdar Nəsrulla Nəsrullayev — Azərbaycanın görkəmli ictimai xadimi Nəsrulla Şeyxov — maarifçi, teatr xadimi. Nəsrulla İmanquliyev — Azərbaycan jurnalisti, elm xadimi və ictimai xadim. Mirzə Nəsrulla xan — Müşirəddövlə Mirzə Nəsrulla Əmirov — Molla Nəsrulla Vaqif — XVI əsr Azərbaycan şairi.
Nutella
Nutella (amer. /nuːˈtɛlə/; brit. /nʌˈtɛlə/;) — fındıqlı kakao kremi markası. Nutella İtaliyanın Ferrero şirkəti tərəfindən istehsal olunur və ilk dəfə 1964-cü ildə təqdim edilib, lakin onun ilk iterasiyası 1963-cü ilə təsadüf edir. Pietro Ferrero fındıq istehsalı ilə tanınan İtaliyanın Alba şəhərində çörək zavoduna sahib idi. Nutellanın tərkibində çəkiyə görə 10,4 faiz doymuş yağ və 58 faiz emal edilmiş şəkər var.
Nurulu
Nurulu — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd.
Burulma çubuğu
Torsion bar və ya burulma çubuğu ümumiyyətlə tanklar və ya Zirehli transportyor kimi zirehli maşınlarda avtomobilin gövdəsi ilə yol arasında əlaqəni çevik vəziyyətə gətirmək üçün istifadə edilən bir cihazdır. Belə qurğular İkinci Dünya Müharibəsi zamanı tanklarda istifadə edilmiş qayçı və qıvrım yaylardan ibarət ənənəvi asqı (transmissiya) mexanizmlərini sadələşdirmək və təkmilləşdirmək məqsədilə hazırlanmışdır. İkinci Dünya Müharibəsi illərində tankların atış məsafəsinin və silah daşıma qabiliyyətinin artırılması zərurəti bu döyüş maşınlarının çəkisinin artması ilə nəticələndi. Ənənəvi asqı sistemləri öz çəkilərinə, strukturlarına görə yüksək keyfiyyətli metaldan istifadə zərurəti və istehsal çətinliklərinə görə kifayət etməmiş və bu mexanizmlərlə əvəz edilmişdirlər. 50-60 ton ağırlığında olan tanklar bu az yer tutan və daha ucuz başa gələn mexanizmlərin köməyi ilə daha effektiv döyüş maşınlarına çevrilmişdirlər. Burulma çubuqlu asqı sistemi, adından da göründüyü kimi, yükün təsiri ilə metal çubuğun burulması prinsipi ilə işləyir. Xüsusi metal ərintilərindən istehsal edilən burulma çubuqlarının bir ucu avtomobilin gövdəsinə, digər ucu isə palet və ya təkərə birləşdirilərək yol və avtomobil arasında çevik əlaqə təmin edilir. Burulma çubuğu asqı sistemləri bir müddət bəzi avtomobillərdə əsas asqı mexanizmi kimi istifadə edilmişdirlər. Bu gün oxşar birləşmələr hələ də müstəqil asqı sistemi olmayan bəzi avtomobillərin arxa oxlarında istifadə olunur.
Kurullu Edil
Kurilli Edil — Qədim Romada dövlət məmuru titulu, Adi Edildən fərqli olaraq daha çox hüquqa (bazar mübahisələri və müəyyən polis məsələlərində qərar vermək hüququna) malikdir. Bu baxımdan kurul kətilinə — (lat. sella curulis) malik olduğu üçün onu kurului Edil adlandırırdılar.
Nəsrulla Babayev
Babayev Nəsrulla Xanbaba oğlu (15 dekabr 1918, Bakı – 1975, Bakı) — texnika elmləri doktoru, professor, I dərəcəli SSRİ Dövlət mükafatı və Azərbaycanıən Dövlət mükafatı laureatı, həmçinin "Azərbaycanın əməkdar mühəndisi", "SSRİ fəxri neftçisi" adlarına layiq görülüb. O, iki dəfə Qırmızı Əmək Bayrağı, Lenin və "Şərəf Nişanı" ordenləri və s. ordenlərlə təltiv olunub. Babayev Nəsrulla Xanbaba oğlu Bakı şəhərində anadan olmuşdur. Şair Mikayıl Müşfiq Bakı şəhəri 18 saylı orta məktəbdə onun müəllimi olmuşdur. 1942-ci ildə Neft-mədən işi ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini fərqlənmə ilə bitirərək, Azneft İB-nin Molotovneft trestinin qazıma kontorunda qazıma üzrə mühəndis işləyib. Böyük Vətən Müharibəsi iştirakçısıdır. Cəbhədən qayıtdıqdan sonra Kaqanoviçneft trestinin quyuların əsaslı təmiri kontorunda böyük mühəndis, sex rəisi işləmişdir. 1945–1946-cı illərdə Kaqanoviçneft trestinin qazıma kontorunun direktoru əvəzi, İdarə Texniki Birliyinin (ПТО) rəhbəri olub. 1946–1949-cu illərdə Azərneft İB-nin dənizdə qazma trestinin Gürgan-dəniz qazıma kontorunun direktoru, Azərneftkəşfiyyat İB-nin Jiloy adasında qazıma kontorunun direktoru işləyib.
Nəsrulla Kəngərli
Nəsrulla Kəngərli (25 noyabr 1913 – 25 fevral 1991) — XX əsr Azərbaycan memarlığının görkəmli nümayəndələrindən biri, Bakının, Gəncənin, Sumqayıtın simasını gözəlləşdirən nadir tikililərin müəllifi, II Dünya müharibəsinin iştirakçısı, "Qırmızı Ulduz" ordeni ilə təltif edilmiş, Azərbaycan Respublikasının "Əməkdar inşaatçısı" fəxri adına layiq görülmüş, memar, pedaqoq. Nəsrulla Yaqub oğlu Kəngərli 1913-cü il noyabr ayının 25-də Naxçıvanda anadan olmuşdur. Babası İsmayıl ağa rus-türk müharibəsində hünər göstərmiş 200 nəfərlik süvari döyüşçüyə rəhbərlik etmiş, şücaətinə görə çar hökuməti ona poruçik rütbəsi və Naxçıvanda mülk vermişdir. Atası Yaqub Paşa cəmi dörd sinif oxusa da, elmlərə bələd, siyasətdən baş çıxaran bir adam kimi tanınmış, ərəb, fars, rus dillərini və osmanlıcanı bilməsi ilə seçilmişdi. İran və Osmanlı ziyalıları ilə əlaqələr saxlayan, zəngin kitabxana yaradan Yaqub Paşa Kəngərli rus şərqşünası Konstantin Smirnova "Naxçıvan elinin tarixi və etnoqrafiyasına dair materiallar" kitabını yazmaqda kömək göstərmişdir. 1918-ci ilin qanlı erməni basqınlarının qarşısının alınmasında ağıl və hünəri ilə fərqlənmişdi. Belə bir mühitdə və huşyar ailədə böyüyən Nəsrulla sovet dovrünün ilk illərində məktəb təhsili almış, 1929-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu və 1939-cu ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Neft Akademiyası) memarlıq-inşaat fakültəsini bitirdikdən sonra muxtar respublikanın kəndlərində dərs demişdi. Yaqub Paşa isə sovet quruculuğunda fəal iştirak etsə də İran vəTürkiyə ilə əlaqə saxlamaqda şərlənib 1939-cu ildə güllələnmişdi. Ailə Qazaxıstana sürgün olunmuş, yalnız 1964-cü ildə vətənə qayıda bilmişdi. Təhsil alması ilə bağlı Naxçıvandan kənarda olması Nəsrullanı bu sürgün və cəzadan xilas etmişdi.
Nəsrulla Nəsrullayev
Nəsrulla Hidayət oğlu Nəsrullayev (24 oktyabr 1920, Bakı – 26 aprel 1978, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi və alimi, Azərbaycan SSR yüngül sənaye naziri (1975–1978) və Azərbaycan SSR rabitə naziri (1969–1975). Nəsrulla Nəsrullayev 1920-ci ildə anadan olmuşdur. 1927-ci ildə təhsilinə başlayaraq əvvəlcə Bakı şəhərində 9 nömrəli məktəbdə, sonra isə Azərbaycan Sənaye Politexnikumunun elektrik texnikası şöbəsində, Azərbaycan Sənaye İnstitutunun energetika şöbəsində təhsil almış və buranı 1941-ci ildə bitirmişdir. Texnika elmləri namizədi, dosent olmuşdur. Nəsrulla Nəsrullayev əmək fəaliyyətinə 1936-cı ildə tələbə olarkən başlamış, Azərbaycan Energetika İdarəsi sistemində növbətçi texnik vəzifəsində işləmişdir. Xəzər Neftdaşıma Gəmiçiliyi İdarəsinin fabrik-zavod məktəbində və Bakı Neft Maşınqayırma texnikumunda pedaqoji fəaliyyət göstərmiş, müəllimlik etmişdir. 1941–1944-cü illərdə zavodda mühəndis, sex rəisi, baş energetik vəzifələrində işləmişdir. 1945–1947-ci illərdə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin əvvəlcə elektrik stansiyaları və elektrik sənayesi şöbəsində, sonra isə neft sənayesi şöbəsində təlimatçı olmuşdur. 1947–1960-cı illərdə Nəsrulla Nəsrullayev Bakı elektrik maşınqayırma zavodunun direktoru olmuşdur. 1960–1961-ci ildə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının Elektrotexnika Sənayesi İdarəsinin rəisi təyin edilmiş, 1961–1966-cı illərdə Azərbaycan KP Bakı Şəhər Komitəsinin birinci katibi işləmişdir.
Nəsrulla xan
Seyid Nəsrullah Bahadur xan ibn Heydər xan Manqıt(1806 — 1860) — Manqıtlar sülaləsindən Buxara əmirliyinin hökmdarı. Seyid Nəsrullah Bahadur xan ibn Heydər xan Manqıt 1806-cı ildə Buxara şəhərində anadan olmuşdu. Mükəmməl ailə təlim-tərbiyəsi almışdı. 15 yaşından başlayaraq hakimiyyət uğrunda mübarizə başlamışdı.1821-ci ilin yazından başlayaraq Buxara əmirliyinin ordusuna başçılıq etmişdi.Miyanqala üsyanının yatırılmasında iştirak etmişdi. Özbək tayfaları tərəfindən tutulmuş Kattakurqan şəhərini azad etmişdi. Onun əmri ilə 400 nəfərdən 700 nəfərədək adamın başı vurulmuşdu. Gizli olaraq hazırladıqları bu girişimdən nəticə ala bilməyən Kokand xanlığının müxalifləri, Buxara Əmiri Nasrullaha xəbər göndərərək, Onu Kokandı ələ keçirməsi üçün təşviq ətməyə başlamışdılar. Müxaliflərin yardımı ilə Kokand hakimi Məhəmmədəli xanın məmləkəti idarə edərkən zalımca tövr sərgiləməsi, atasının nikahlısını alması və səfihliği propaqandası aparan Əmir Nasrullah, Kokand xalqında hüzursuzluğun ortaya çıxmasına səbəbiyət vermişdir. Kokand daxilində uyğun ortamı hazırlayan Əmir Nasrulla, 18.000 əsgərdən ibarət olan bir orduyla hərəkətə keçmiş və Kokanda təqribən 25 km² uzaqda ordusunu əyləşdirmişdi. Buxaralıların üzərinə gəldiyini duyan Məhəmmədəli xan, müxaliflərin planı nəticəsində Əmir Nasrulla ilə qarşı-qarşıya gəlməkdən çəkinmiş, Kokandı tərk edərək Oşa çəkilmək məcburiyyətində qalmışdır.
Nəsrulla İmanquliyev
Nəsrulla Əsədulla oğlu İmanquliyev (22 dekabr 1911, Bakı – 7 mart 1998, Bakı) — azərbaycanlı jurnalist, elm xadimi və ictimai xadim, Azərbaycan SSR Əməkdar jurnalisti (1990), Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi (1976). Nəsirulla Əsədulla oğlu İmanquliyev 22 dekabr 1911-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1925-1926-cı illərdə Bakı şəhərində peşə məktəbini bitirmişdir. 1926-cı ildə Komsomol sıralarına qəbul edilmişdir. 1934-cü ildə Bakı şəhərində Lassal adına Neft Texnikumuna daxil olaraq təhsilini davam etdirmişdir. Dövri mətbuatda ilk yazıları tələbəlik illərində, yəni 1934-1952-ci illərdə çap olunmağa başlayır. Həmin illərdə o, "Kommunist", "Yeni yol", "Gənc işçi", "Vətənin səs" qəzetlərində ədəbi işçi, ədəbi şöbənin müdir müavini, şöbə müdiri, məsul katib, redaktor vəzifəsində çalışmışdır. İkinci dünya müharibəsi zamanı, 1942-ci ildə Nəsir İmanquliyev siyasi işçi kimi Krım cəbhəsinə göndərilmiş, orada o, "Vuruşan Krım" qəzetinin məsul katibi kimi fəaliyyət göstərmiş, eyni zamanda hərbi hissədə tərcüməçi kimi çalışmışdır. Bir il sonra, 1943-cü ildə Nəsir İmanquliyev "Kommunist" qəzetinə məsul katib təyin edilmiş, bu qəzetdə onun vətənpərvərlik mövzusuna həsr edilmiş bir çox məqalələri işıq üzü görmüşdür. O, 1944-cü ildə Sovet İttifaqı Kommunist Partiyası sıralarına qəbul olunmuşdur.
Nəsrulla Şeyxov
Nəsrulla Əsəd oğlu Şeyxov (1863, Naxçıvan ş. – 1921, İran, Rəşt ş.) – maarifçi, teatr xadimi. Uşaqlığı "Məddah" təxəllüsü ilə şeirlər yazan atası ilə birlikdə Naxçıvan da və Kərbəlada (İraq) keçmişdir. XIX əsrin 80–90-cı illərində C. Məmmədquluzadə ilə birlikdə Naxçıvanın teatr həyatında iştirak etmiş, M. F. Axundovun "Müsyö Jordan və dərviş Məstəli şah" komediyasında Hatəmxan ağa, E. Sultanovun "Azərbaycan qızı" pyesində Pəri rollarında oynamışdır. İran məşrutə hərəkatında yaxından iştirak etmiş, məşrutəçi kimi "Cəmşid" ləqəbi ilə tanınmışdır. Tiflis şəhərində "Hümmət" təşkilatı Naxçıvan şöbəsinin yaradılmasında mühüm rol oynamışdır. İranda, Həştərxanda həbsdə olmuşdur. İranın Rəşt şəhərində kommunist firqəsinin məsul katibi olan Ş. müxalif qüvvələrlə gedən vuruşmalarda faciəli surətdə həlak olmuşdur. Xəlilov Ə., Naxçıvan teatrının tarixi, B., 1964; Həbibbəyli İ., Cəlil Məmmədquluzadə: Mühiti və müasirləri, B., 1997.
Rufulla Abdullayev
Rufulla Fətulla oğlu Abdullayev (d.21 yanvar 1947, Neftçala ş.) — Həkim-kardioloq, Tibb elmləri doktoru (1992), Professor (1996). Rufulla Fətulla oğlu Abdullayev 1947-ci il yanvarın 21-də Neftçala şəhərində ziyalı ailəsində anadan olmuşdur. Rufulla Abdullayev Neftçala şəhəri 1№li orta məktəbini 1964-cü ildə qızıl medalla bitirmiş və həmin ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1970-ci ildə R.F. Abdullayev bu universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1970-1972 ci illərdə Rusiyanın Leninqrad şəhərində ( indiki Sankt-Peterburq) SSRİ Silahlı Qüvvələri sıralarında hərbi həkim işləmişdir. 1973-1975-ci illərdə R.F.Abdullayev Bakıya qayıdaraq Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklər kafedrasının klinik ordinatoru olmuşdur. 1975-ci ildən 1980-ci ilə qədər Bakı şəhəri 5№li klinik xəstəxanasında həkim-terapevt və şöbə müdiri vəzifəsində çalışmışdır. R.F.Abdullayev 1980-ci ildən başlayaraq indiyə qədər yeni yaradılmış C.Abdullayev adına ET Kardiologiya İnstitutunda kiçik elmi işçi, sonra isə böyük elmi işçi vəzifəsində fəaliyyət göstərmişdir. Hal-hazırda həmin institutun Ürəyin xronik işemik xəstəliyi və aritmiyalar şöbəsinin müdiridir. 1973-1994-cü illərdə Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklərin propedevtikası-2 kafedrasında tədis işi ilə məşğul olmuş, 1996-2005-ci illərdə isə həmin kafedrada professor vəzifəsində çalışmış, mühazirələr oxumuş və praktik məşğələlər aparmışdır.
Ruhulla Axundov
Ruhulla Əli oğlu Axundov (1 (13) yanvar 1897 və ya 1897, Şüvəlan, Bakı qəzası – 21 aprel 1938 və ya 1938, Kommunarka poliqonu[d], Moskva vilayəti) — Azərbaycan sovet dövlət və partiya xadimi, publisist, alim, 1919-cu ildən Azərbaycan Kommunist Partiyasının üzvü, Azərbaycan Kommunist Partiyasının I katibi (1925–1926). Azərbaycan dilinin elmi terminologiyasını işləyib hazırlayıb. Latın əlifbasına keçidin qızğın tərəfdarlarından və təşkilatçılarından biri olub. Marksın əsərlərini Azərbaycan dilinə ilk dəfə Ruhulla Axundov tərcümə edib. Azərbaycan SSR xalq artisti Nəcibə Məlikovanın dayısıdır.
Ruhulla Xomeyni
Ruhullah Mustafavi Musəvi Xomeyni (17 may 1900[…], Xomeyn, Mərkəzi ostanı – 3 iyun 1989, Tehran) – İran İslam Respublikasının 1-ci Ali Rəhbəri və qurucusu. Seyid. Ayətullah əl-üzma. Ayətullah Xomeyni 1902-ci ildə sentyabr ayının 24-də İranın Xomeyn şəhərində anadan olmuşdur. 5 aylığında ikən atası Seyyid Mustafanı, 15 yaşında isə anasını itirmişdir. Uşaq yaşlarından başlayaraq dini mədrəsələrdə ərəb dili və ədəbiyyatı, məntiq, fiqh, üsul və başqa elmləri öyrənmişdir. 1919-cu ildə Ərak Elmiyyə Mədrəsəsinə qəbul olunan Xomeyni burada bir müddət təhsil aldıqdan sonra Qum şəhərində Elmiyyə Mədrəsəsinə daxil olmuşdur. Fiqh və üsul dərslərində müvəffəqiyyət qazanaraq qısa zamanda ictihad (müctəhidlik) dərəcəsini əldə etmişdi. Ayətullah Xomeyni fəlsəfə, təhzibi nəfs və əxlaq kimi fənlərdən dərs deməyə başlamış və tanınmış Qum alimləri arasında yer almış, sonralar isə fiqh və üsul dərslərinin məşhur müəllimlərindən biri olmuşdur. Xomeyni o dövrdə hökumət əleyhinə olan şəxslərlə əməkdaşlıq edərək Rza şaha və Pəhləvi sülaləsinə qarşı mübarizə aparırdı.
Sidqi Ruhulla
Sidqi Ruhulla (tam adı: Ruhulla Fətulla oğlu Axundov; 28 mart (9 aprel) 1886, Buzovna, Bakı qəzası – 5 may 1959, Bakı) — Azərbaycan teatr aktyoru və rejissoru, SSRİ xalq artisti (1949). 1886-cı ilin aprel ayının 9-da Bakı qəzasının Buzovna kəndində müəllim ailəsində anadan olmuşdur. O, ibtidai təhsilini bir kənd müəllimindən almışdır. Atası Molla Fətulla Axundov oğlunun mənəvi inkişafında böyük rol oynamışdır. Elmə, sənətə, poeziyaya böyük həvəsi olan Molla Fətulla qış aylarında Bakıda, yayda isə Buzovna kəndində müəllimliklə məşğul olardı. O, klassik Azərbaycan poeziyasının vurğunu idi. Oxuduğu şerləri oğlu Ruhullaya izah edərdi. Uşaqlıq və gənclik illərini Buzovna kəndində keçirən Ruhullanı atası 1903-cü ildə Bakıda tacir dükanına şagird verdi. O, istəyirdi ki, oğlu ticarətçi olsun. Lakin atasından aldığı bilik onun mənəviyyatını tamam başqa istiqamətdə tərbiyələndirmişdir.
Əmrulla Saleh
Əmrulla Saleh (dəri və puşt. امرالله صالح; 15 oktyabr, 1972-ci il, Pəncşir vilayəti) — Əfqanıstan dövlət xadimi, siyasətçi, Əfqanıstanın Birinci Vitse-prezidenti (2020-2021), Əfqanıstan Daxili İşlər Naziri (2018-2019), Milli Təhlükəsizlik İdarəsinin rəisi (2004-2010). 17 Avqust 2021-ci ildə keçmiş prezident Əşrəf Qəni ölkədən qaçdıqdan sonra Əmrulla Saleh özünü prezident vəzifəsini icra edən elan etdi və Taliban yaraqlılarına müqavimət göstərməyə çağırdı. Əhməd Məsudla birlikdə Pəncşir Müqavimətini təşkil etmişdir. Əmrulla Saleh 15 oktyabr 1972-ci ildə Pəncşir vilayətidə anadan olub. Milliyətcə tacikdir. Siyasətçinin uşaqlıq və gənclik illəri haqqında demək olar ki, heç nə məlum deyil. 1980-ci illərdə Pakistanda yaşamış və təhsil almışdır. 1990-cı ildə Əfqanıstan müxalif qüvvələrinə qoşulmuş, Pakistanda hərbi təlim keçmişdir. O, Mücahidlərin səhra komandiri Əhməd Şah Məsudun başçılığı ilə müharibələrdə iştirak etmişdir.
Daniya Nurullina
Daniya Nurqayazovna Nurullina (tatar. Дания Нургаяз кызы Нуруллина; 23 avqust 1946, Kazan) — Sovet və rus tatar teatr xadimi, aktrisa. Tatarıstan Respublikasının xalq artisti (1991), Tatarıstan Respublikasının əməkdar artisti (1981). Rusiya Federasiyasının əməkdar artisti (2010), Tatarıstan Respublikasının Qabdulla Tukay adına Dövlət Mükafatı laureatı (2021). == Həyatı == Daniya Nurqayazovna Nurullina 23 avqust 1946-cı ildə Kazanda anadan olub. Onun Əsl adı Fidanyadır. O, fəhlə ailəsində səkkizinci uşaq olub. Daniya 13 yaşında anasını itirib, atası Böyük Vətən müharibəsi veteranı idi və uşaqlarını tək böyüdüb. Daniya Nurullina uşaqlıqdan mədəniyyət ocaqlarında müxtəlif dərnəklərə gedib, orada rəqs və gimnastika ilə məşğul olub. Məktəbin 9-cu sinfini bitirdikdən sonra ikinci dəfə Kazan Teatr Məktəbinə daxil olub.