Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Azərbaycan
Azərbaycan və ya rəsmi adı ilə Azərbaycan Respublikası — Şərqi Avropa və Qərbi Asiyanın sərhəddində yerləşən transkontinental ölkə. Azərbaycan Xəzər dənizi hövzəsinin qərbində, Cənubi Qafqazda yerləşir. Şimaldan Rusiya (Dağıstan), şimal-qərbdən Gürcüstan, qərbdən Ermənistan, cənub-qərbdən Türkiyə və cənubdan İran ilə həmsərhəddir. Azərbaycanın eksklavı olan Naxçıvan Muxtar Respublikası Ermənistanla şimal-şərqdə, İranla qərbdə və Türkiyə ilə şimal-qərbdən həmsərhəddir. Azərbaycan ərazisinin bir hissəsi (Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 inzibati rayon) 1988–1994-cü illərdə Ermənistan tərəfindən işğal olunmuş və burda heç bir ölkə tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ Respublikası yaradılmışdır. Uzunsürən sülh danışıqları nəticəsiz qalmış və 2020-ci il 27 sentyabrda Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatı ilə torpaqların bir hissəsi azad edilmiş və 10 noyabr Bakı vaxtı ilə 01:00-da imzalanan üçtərəfli bəyanat ilə başa çatmışdır. 19 sentyabr 2023-cü ildə Qarabağ tam olaraq Azərbaycanın nəzarətinə keçmişdir. Dövlət sərhədləri cənubdan İranla 765 km, Türkiyə ilə 15, şimaldan Rusiya ilə 391 km, şimal-qərbdən Gürcüstan ilə 471 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir. Onun 825 km-i su sərhəddidir. Sahil xəttinin uzunluğu 713 km-dir.
Azərbaycan (qəzet, Azərbaycan)
"Azərbaycan" (az-əbcəd. آذربایجان‎) — Azərbaycanın rəsmi dövlət qəzeti. AXC hökuməti 1918-ci il iyulun 3-də "Azərbaycan Cümhuriyyəti hökumətinin əxbarı" adı altında öz rəsmi orqanının dərcinə başlamaq haqqında qərar verdi. "Azərbaycan" qəzetinin parlament orqanı kimi ilk nömrəsi 15 sentyabr 1918-ci il tarixində — Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik işğalından azad etdiyi gün Gəncədə işıq üzü gördü. İlk redaktorlarından biri Üzeyir Hacıbəyli olub. Qəzet 1919-cu il dekabrın 28-nə qədər Üzeyir bəyin qardaşı Ceyhun bəy Hacıbəyli imzası ilə çıxıb. O dövrdə nəşrin ərsəyə gəlməsində Ceyhun bəy Hacıbəylinin əməyi və xidmətləri şəksizdir. Aprel işğalından Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ölkədən köçmək məcburiyyətində qalan Ceyhun bəy Hacıbəyli öz mühacirlik həyatında da eyni adlı qəzet buraxmağa çalışmış və 1951-ci ildə buna Münxendə nail olmuşdu. "Azərbaycan" qəzeti ondan əvvəl təxminən yarım əsrə yaxın bir müddət ərzində milli ziyalıların ölkənin adını daşıyan mətbuat orqanı yaratmaq, qəzet çıxarmaq təşəbbüslərinin də davamı, məntiqi nəticəsi idi. 1891-ci ildə tanınmış Azərbaycan ziyalısı Cəlal Ünsizadənin baş redaktoru olduğu "Kəşkül" qəzeti bağlandıqdan sonra "Azərbaycan" adlı qəzet çıxarmaq üçün rəsmi olaraq Tiflisdə Baş Mətbuat İşləri İdarəsinə müraciət etmək arzusu da baş tutmamışdı.
Azərbaycan, Azərbaycan (film, 1970)
Azərbaycan, Azərbaycan qısametrajlı sənədli filmi rejissor Yalçın Əfəndiyev tərəfindən 1970-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinopoema Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının yarım əsrlik yubileyinə həsr olunmuşdur. Kinopoema Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının yarım əsrlik yubileyinə həsr olunmuşdur. Lirik formada çəkilmiş filmin əsas hissəsi Azərbaycan xalqının qədim tarixindən və zəngin mədəniyyətindən bəhs edir. Tamaşaçı bugünkü Azərbaycana, onun şəhərlərinə, kəndlərinə, təkrarolunmaz Mingəçevir SES-nə, Sumqayıt Kimya Zavodlarına, möcüzələr adası sayılan Neft Daşlarına səyahət edir. İlk kadrlar dünyanın 150-165 yaşlı sakinlərindən, bizim Azərbaycan ağsaqqallarından danışır. Sonra ekranda qaya daşları-ibtidai insan izləri tapılmış Azıx mağarasının çöküntüləri, layları canlanır. Filmdə Şərqin qapısı sayılan 3500 yaşlı Naxçıvandan, şeir, sənət ocağı qədim Gəncədən, Təbrizdən, yadlara baş əyməyən Bərdə, Ərdəbil, Şuşa qalası, elm mərkəzi Marağa və Şamaxıdan, oradakı nadir abidələrdən bəhs olunur. Ekranda igid Babəkin, Koroğlunun, sərkərdə və şair Şah İsmayıl Xətainin yadellilərə qarşı apardıqları qəhrəmanlıq mübarizəsindən söhbət gedir.
Azərbaycan Metrologiya İnstitutu (Azərbaycan)
Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan
Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan — Planlanan 25 cildlik Azərbaycan Milli Ensiklopediyasının Azərbaycana dair xüsusi cildi. Bu cild Azərbaycanın təbiətini, əhalisini, iqlisadiyyatını, tarixini, elmini, incəsənətini və digər mühüm aspektlərini səciyyələndirən nəşrdir. Cildin hazırlanmasında respublikanın aparıcı alimləri, mədəniyyət və dövlət xadimləri iştirak etmişlər. “Azərbaycan” xüsusi cildi 2007-ci ildə xüsusi tərtibatla Almaniyanın "Sigloch" nəşriyyatında yüksək poliqrafik səviyyədə nəşr edilib. İlk nəşr funksionallıq və dizayn səviyyəsinə görə adi ensiklopediyadan fərqlənir. Bu nəşrdə Azərbaycan etnosunun təşəkkülü və inkişafı əks olunmuş, başqa ölkələrlə əlaqələrinə diqqət yetirilmiş, təbii və antropogen obyektlər ekoloji prinsip əsasında göstərilib. Ensiklopedik əsərdə Azərbaycan zəngin keçmişə malik, eyni zamanda möhtəşəm gələcəyini özü qurmağa qadir bir dövlət kimi təqdim olunur. Cəmiyyətin mənəvi-mədəni inkişaf tarixinin bir səhifəsi kimi, milli ideologiyanın möhkəmləndirilməsinə xidmət edən elmi əsər rus dilinə tərcümə edilərək rusdilli oxuculara da çatdırılmışdır. Azərbaycan Milli Ensiklopediyasının (AME) “Azərbaycan” (Azərbaycan və rus dillərində) xüsusi cildi (tirajı 25 min nüsxə olmaqla) kitabxana variantı nəşr edilmiş və təmənnasız olaraq respublikanın nazirlik, komitələrinin və digər təşkilatların kitabxanalarına, tədris müəssisələrinə paylanmışdır. AME-nin abunə variantının “Azərbaycan” cildi 2007-ci ildə nəşr edilib.
Azərbaycan Milli Mərkəzi (Azərbaycan)
Azərbaycan Milli Mərkəzi — Bakıda yaradılıb və fəaliyyət göstərən gizli təşkilat. Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin "Azərbaycan Milli Mərkəzinin işi" adı altında apardığı istintaq işinə görə, bu mərkəz sovet hakimiyyətini devirərək, müstəqil Azərbaycan Respublikası qurmaq məqsədilə 1924-cü ildə Bakıda yaradılmışdı. Mərkəzə ziyalılar, o cümlədən Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin keçmiş nazirləri və üzvləri, "Müsavat" və "İttihad" partiyalarının nümayəndələri rəhbərlik edirdilər. İstintaqa görə "AMM" gələcək müstəqil Azərbaycan Respublikası üçün iqtisadi baza yaratmaq məqsədilə hakim partiya və dövlətin şüarlarından öz xeyrinə istifadə etməli idi. "AMM" ilk mərhələdə əməli fəaliyyətini sənaye və kənd təsərrüfatının bütün sahələri üzrə milli kapitalın yerləşdirilməsi məsələsinə yönəltmişdi. Sovet hakimiyyətinin özünü məhv edəcəyinə və yenidən doğulacağına olan bütün ümidlərin itdiyi bərpa dövrü başa çatdıqdan sonra mərkəzin fəaliyyət taktikası fəal mübarizəyə və sənayenin birbaşa dağıdılmasına yönəldilmişdi. İstintaq işinə görə "AMM"in fəaliyyətinin ikinci dövrü üsyançı dəstələr yaratmaq, Azərbaycan diviziyasının milli hissələrində hərbi təşkilat yaratmaq və s. yollarla sovet hakimiyyətini devirmək uğrunda silahlı mübarizə dövrüdür. "AMM" sovet hakimiyyətinə qarşı birgə mübarizə aparmaq üçün "Birləşmiş Zaqafqaziya Komitəsi" yaratmış, "Müsavat" və "İttihad" partiyaları ilə birləşmişdi. Dağıstanda sovet hakimiyyətinə qarşı mübarizə aparan təşkilatla və kəndli partiyası ilə də əlaqə yaradılmışdı.
Culfa (Azərbaycan)
Culfa — Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Culfa rayonunda respublika tabeli şəhər, Culfa rayonunun inzibati mərkəzidir. Şəhər respublika paytaxtından 524 km cənub-qərb, muxtar respublika paytaxtından 36 km cənub-şərqdə, Araz çayının sol sahilində, İran İslam Respublikası ilə sərhəddə yerləşir. İran ərazisində, Araz çayının əks sahilində Culfa şəhərinə simmetrik şəkildə eyniadlı şəhər yerləşir. Bu, vaxtilə vahid şəkildə mövcud olmuş Culfa şəhərinin sonradan iki yerə bölündüyünü göstərir. Culfa Naxçıvan Muxtar Respublikasının ikinci ən böyük şəhəridir. Culfa Azərbaycanın qədim şəhərlərindən biridir. Tarixi mənbələrdə Culfa şəhərinin salınması bizim eranın VI əsrinə aid edilir. Tarixçi Şərafəddin Əli Yəzdi “Zəfərnamə” əsərində yazır ki, Culfa şəhəri Azərbaycanın şimal və cənub torpaqlarının göründüyü yerdə, Araz çayının dağın ətəyindən keçdiyi ərazidə yerləşir. Burada məşhur Ziya-ül-mülk körpüsü də salınmışdır. Culfa şəhəri qədim dövrlərdə onun indi yerləşdiyi ərazidən bir qədər aralıda qərar tutmuşdur.
Cəngavər (Azərbaycan)
Cəngavər — orta əsrlər dövründə, yəni Ağqoyunlu və Səfəvi imperiyaları zamanı orduda ağır süvariləri bildirmək üçün istifadə edilən söz. Termin qədim pəhləvi dilindən gələn iki sözdən yaranmış — Cəng (döyüş) və Vər’е (gedən)-, mənası döyüşə getmək deməkdir. Bu termin sadəcə at üzərində döyüşə gedən süvarilər ilə ağır silahlarla silahlanmış və ya zirehlər geyinmiş döyüşçüləri tərif etmək üçün istifadə edilmişdir. Ağqoyunlu və Səfəvi imperiyaları zamanı ordu əsasən qeyri-nizami hissələrdən təşkil edilirdi və müharibə zamanı müxtəlif türk tayfalarından toplanırdı. Səfəvilər dövründə cəngavərlər həm də qızılbaş hesab edilməklə birlikdə, şahın davamçıları mənasını verən müridlər — iman üçün döyüşən — kimi qəbul edilirdilər. Bu cəngavərlərin ən çox məşhurlaşdığı döyüşlərdən birinci Çaldıran döyüşüdür. Döyüşdə Səfəvi imperiyasının məğlub olmasına baxmayaraq, cəngavərlərin Osmanlı ordusunun yeniçəri və sipahilərinə qarşı inadlı müqavimətləri onların məşhurlaşmasına səbəb olmuşdu. Döyüş zamanı onlar yeniçərilərə və sipahilərə aramsız hücumlar edərək, ağır zərbələr vurur və dərhal da geri çəkilirdilər, Osmanlı ordusu onların öhtəsindən yalnız artilleriya atəşinin gücü ilə gələ bildi. Bu isə, Səfəvi ordusunda yox idi. I Şah Abbas dövründə yenidən başlayan Səfəvi-Osmanlı müharibələrində də cəngavərlərdən istifadə edilmiş və bu dəfə uğurlu olunmuşdur.
Cənubi Azərbaycan
Cənubi Azərbaycan ya da Güney Azərbaycan (az-əbcəd. گونئی آذربایجان‎) və ya sadəcə Azərbaycan (az-əbcəd. آذربایجان‎) və ya bölgənin İran ərazisində yerləşdiyinə görə digər adı İran Azərbaycanı (az-əbcəd. ایران آذربایجانی‎) — İran İslam Respublikasının şimal-qərbində, İraq Respublikası, Türkiyə Respublikası, Naxçıvan Muxtar Respublikası, Ermənistan Respublikası və Azərbaycan Respublikası ilə olan sərhədində yerləşən tarixi ərazi. İran Azərbaycanı rəsmi şəkildə 5 inzibati ərazi vahidinə bölünmüşdür – Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, Zəncan, Qəzvin, Həmədan, Mərkəzi ostanları. Bölgədə əsasən Azərbaycan türkləri yaşayır. Buna baxmayaraq, bölgənin ərazilərində kürd, erməni, tat, talış, aysor və fars azlıqlar da yaşayır. Cənubi Azərbaycan İran İslam Respublikasının şimal-qərb hissəsində yerləşir. Şimalda Azərbaycan Respublikası ilə sərhədi Araz çayı, Muğan düzü və Talış dağlarından keçir. Qərbdə Türkiyə və cənub-qərbdə isə İraqla həmsərhəddir.
FINCA Azərbaycan
"FINCA International" (ing. Foundation for International Community Assistance) — kredit təşkilatı Əsası 1984-cü ildə qoyulmuşdur. FINCA mikro kreditlərin əsas forması olan “Kənd bankçılığı metodu” və bütünlükdə mikromaliyyə sahəsindəki liderliyi ilə tanınır. Azərbaycanın Mərkəzi Bankı tərəfindən verilmiş məhdud lisenziya əsasında fəaliyyət göstərən "FINCA Azerbaijan" bütün Azərbaycanda müştərilərə biznes kreditləri təklif edən qeyri-bank kredit təşkilatıdır. "FINCA Azerbaijan" dünyanın 22 ölkəsində fəaliyyət göstərən mikro-maliyyə qurumu olan "FINCA International" şəbəkəsinin bir qoludur. "FINCA Azerbaijan" 1998-ci ildə Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə yaradılmışdır. Həmin vaxtdan bəri “FINCA Azerbaijan” təşkilatı böyüyərək 150,000 nəfərdən çox aktiv müştərisi ilə Azərbaycanın 60-dan çox bölgəsində xidmət göstərən aparıcı qeyri-bank kredit təşkilatına çevrilmişdir. Missiya FINCA-nın missiyası insanları öz vəsaitlərini artırmağa, iş yerlərini yaratmağa və həyat standartlarını yüksəltməyə köməklik edəcək davamlı həll yolları ilə təmin edərək yoxsulluğu azaltmaqdır. Baxış FINCA-nın baxışı dünya miqyasında insanların yaşayışını yaxşılaşdıracaq dayanıqlı, inkişafa meyilli və sosial yönümlü qurumların qlobal şəbəkəsini yaratmaqdan ibarətdir.
Guney Azərbaycan
Cənubi Azərbaycan ya da Güney Azərbaycan (az-əbcəd. گونئی آذربایجان‎) və ya sadəcə Azərbaycan (az-əbcəd. آذربایجان‎) və ya bölgənin İran ərazisində yerləşdiyinə görə digər adı İran Azərbaycanı (az-əbcəd. ایران آذربایجانی‎) — İran İslam Respublikasının şimal-qərbində, İraq Respublikası, Türkiyə Respublikası, Naxçıvan Muxtar Respublikası, Ermənistan Respublikası və Azərbaycan Respublikası ilə olan sərhədində yerləşən tarixi ərazi. İran Azərbaycanı rəsmi şəkildə 5 inzibati ərazi vahidinə bölünmüşdür – Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, Zəncan, Qəzvin, Həmədan, Mərkəzi ostanları. Bölgədə əsasən Azərbaycan türkləri yaşayır. Buna baxmayaraq, bölgənin ərazilərində kürd, erməni, tat, talış, aysor və fars azlıqlar da yaşayır. Cənubi Azərbaycan İran İslam Respublikasının şimal-qərb hissəsində yerləşir. Şimalda Azərbaycan Respublikası ilə sərhədi Araz çayı, Muğan düzü və Talış dağlarından keçir. Qərbdə Türkiyə və cənub-qərbdə isə İraqla həmsərhəddir.
Gürgan (Azərbaycan)
Gürgən — Azərbaycan Respublikasının Pirallahı rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Abşeron yarmadasının şərqində, Xəzər dənizinin sahilində, Bakı-Pirallahı avtomobil yolunun kənarında yerləşir. Quru subtropik iqlimə malikdir. Gürgan sözü fars və tat dilərində canavar mənasını verən "gürg" sözü ilə bağlıdır. Cəm şəkilçisi -an ilə birlikdə, qəsəbənin adı bu dillərdən "canavarlar" kimi tərcümə olunur. Gurgan qəsəbəsi Xəzər dənizi sahilində, Abşeron yarımadasındadır. Qəsəbə Zirə kəndindən ŞƏRQ-də yerləşən Gurgan burayonunun adı ilə adlandırılmışdır. Qədimdə bu ərazidə Gurgan Şəhəri olmuşdur. Xəzər dənizinin suyunun qalxması ilə Şəhər suya qərq olmuş, sonralar suyun səviyyəsinin enməsi ilə yenidən üzə çıxmışdır. Zirədən Şərqə gedən qədim yol Gurgan yolu, yaxınlıqdakı üzümlüklər isə Gurgan bağları adlanır.
Gürgən (Azərbaycan)
Gürgən — Azərbaycan Respublikasının Pirallahı rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Abşeron yarmadasının şərqində, Xəzər dənizinin sahilində, Bakı-Pirallahı avtomobil yolunun kənarında yerləşir. Quru subtropik iqlimə malikdir. Gürgan sözü fars və tat dilərində canavar mənasını verən "gürg" sözü ilə bağlıdır. Cəm şəkilçisi -an ilə birlikdə, qəsəbənin adı bu dillərdən "canavarlar" kimi tərcümə olunur. Gurgan qəsəbəsi Xəzər dənizi sahilində, Abşeron yarımadasındadır. Qəsəbə Zirə kəndindən ŞƏRQ-də yerləşən Gurgan burayonunun adı ilə adlandırılmışdır. Qədimdə bu ərazidə Gurgan Şəhəri olmuşdur. Xəzər dənizinin suyunun qalxması ilə Şəhər suya qərq olmuş, sonralar suyun səviyyəsinin enməsi ilə yenidən üzə çıxmışdır. Zirədən Şərqə gedən qədim yol Gurgan yolu, yaxınlıqdakı üzümlüklər isə Gurgan bağları adlanır.
Hüseynçilər (Azərbaycan)
Idman Azərbaycan
'İdman TV' — Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində yaradılan, Azərbaycanın ilk idman kanalı. İdman TV 2009-cu ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin şəxsi təşəbüsü ilə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində yaradılmışdı. Kanal 2009-cu il yanvarın 1-dən fevralın 1-nə qədər test yayımları keçirmişdir. Kanal öz tamaşaçılarına futbol, voleybol, güləş, cüdo, yüngül atletika və digər idman növləri üzrə beynəlxalq yarışları izləmək imkanı yaradır. İdman kanalının yaradılması ilə bağlı Milli Televiziya və Radio Şurasının elan etdiyi müsabiqənin nəticələri 2008-ci il iyulun 18-də açıqlanıb. Müsabiqəyə üç iddiaçı – Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti – "AzTV Sport", "Lider" televiziyası – "Olimp TV" və "Rebrandinq" MMC – Sport Kanal Klub (SKC) sənəd təqdim etmişdi. İdman TV kanalı bu günə kimi Azərbaycan milli futbol komandasının, Azərbaycan Premyer Liqasının, Azərbaycan Kubokunun, İngiltərə Premyer Liqası, La Liqanın, İspaniya Kral Kubokunun, İtaliya A Seriyasının, Bundesliqanın, Ukrayna Premyer Liqasının, UEFA Çempionlar Liqasının və UEFA Avropa Liqasının seçmə və əsas mərhələlərinin, UEFA Superkubokunun, UEFA Avropa Kubokunun, FİFA Dünya Kubokunun, Olimpiya oyunlarının və 2015 Avropa Oyunlarının oyunlarını və qarşılaşmalarını yayımlamışdır. 6 noyabr 2013-cü il tarixində 16:9 təsvir formatlı yayıma keçmişdir. 12 oktyabr 2015-ci il tarixində isə 24 saatlıq yayım rejiminə keçmişdir. 16 sentyabr 2019-cu il tarixində "İdman Azərbaycan" olan telekanalın adı dəyişdirələrək "İdman TV" olmuşdur.
Iran Azərbaycan
Cənubi Azərbaycan ya da Güney Azərbaycan (az-əbcəd. گونئی آذربایجان‎) və ya sadəcə Azərbaycan (az-əbcəd. آذربایجان‎) və ya bölgənin İran ərazisində yerləşdiyinə görə digər adı İran Azərbaycanı (az-əbcəd. ایران آذربایجانی‎) — İran İslam Respublikasının şimal-qərbində, İraq Respublikası, Türkiyə Respublikası, Naxçıvan Muxtar Respublikası, Ermənistan Respublikası və Azərbaycan Respublikası ilə olan sərhədində yerləşən tarixi ərazi. İran Azərbaycanı rəsmi şəkildə 5 inzibati ərazi vahidinə bölünmüşdür – Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, Zəncan, Qəzvin, Həmədan, Mərkəzi ostanları. Bölgədə əsasən Azərbaycan türkləri yaşayır. Buna baxmayaraq, bölgənin ərazilərində kürd, erməni, tat, talış, aysor və fars azlıqlar da yaşayır. Cənubi Azərbaycan İran İslam Respublikasının şimal-qərb hissəsində yerləşir. Şimalda Azərbaycan Respublikası ilə sərhədi Araz çayı, Muğan düzü və Talış dağlarından keçir. Qərbdə Türkiyə və cənub-qərbdə isə İraqla həmsərhəddir.
Jandarma (Azərbaycan)
Azərbaycan Daxili Qoşunları — Azərbaycanın Daxili İşlər Nazirliyinə tabe və Azərbaycan Silahlı Qüvvələrinə daxil olan hərbi birləşmədir. Azərbaycanın Daxili Qoşunları onlara həvalə olunmuş vəzifələri yerinə yetirən zaman şəxsiyyətin, cəmiyyətin və dövlətin mənafeyini, vətəndaşların Konstitusiya hüquqlarını və azadlıqlarını cinayət və digər hüquqa zidd qəsdlərdən qoruyur. Daxili Qoşunlarının hərbi qulluqçuları 1992–1994-cü illərdə baş verən 1-ci Qarabağ müharibəsində və 2020-ci ildə baş verən 2-ci Qarabağ müharibəsi savaşmışdılar. Birinci Qarabağ müharibəsi zamanı Ağdam, Ağdərə və Füzuli rayonlarının yaşayış məntəqələri Daxili Qoşunların Ağdam alayınnın şəxsi heyəti tərəfindən azad edilmiş və müdafiə olunmuşdur. 1992–1994-cü illərdə ümumi olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətindən 680 nəfər şəhid olmuşdur, 5 nəfər itkin düşmüşdür, 1177 nəfər isə yaralanmışdır. 8-i ölümündən sonra olmaqla 9 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Vətən müharibəsi zamanı isə Daxili Qoşunların şəxsi heyəti Murov zirvəsinin, həmçinin Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 44 gün ərzində ümumi olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətindən 66 nəfər şəhid olmuşdur, 346 nəfər isə yaralanmışdır 1-i ölümündən sonra olmaqla isə 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüşdür. Daxili Qoşunların hal-hazırda Azərbaycan ərazisində beş şəhərdə və doqquz rayonda hərbi hissələri mövcuddur. Həmçinin Daxili Qoşunların xüsusi təyinatlı hərbi qulluqçulardan (əsasən gizirlərdən və zabitlərdən) ibarət xüsusi təyinatlı dəstələri mövcuddur.
Komando (Azərbaycan)
M7 (Azərbaycan)
Naxçıvan-Sədərək magistral yolu — Azərbaycanı Türkiyə ilə birbaşa birləşdirən yeganə quru avtomobil yolu. Naxçıvan-Sədərək magistralının tikintisinə 2008-ci ilin martında başlanmışdır. Yolun tikintisi 2010-cu ilə qədər mərhələli şəkildə aparılmış və 2010-cu ilin oktyabrından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir. Dördzolaqlı yolun ümumi uzunluğu 87 kilometr, eni 23 metr, asfalt qatının eni 17,2 metrdir. Böyük İpək yolunun bir hissəsi sayılan bu magistral muxtar respublikanın Kəngərli, Şərur və Sədərək rayonlarını birləşdirir. Azəravtoyolun rəsmi saytında verilən məlumata görə yolun indeksi M-7-dir.
Miss Azərbaycan
Miss Azərbaycan Milli Gözəllik yarışması — (Miss Azerbaijan) Azərbaycanda ölkənin ən gözəl xanımını seçim məqsədi ilə keçirilən milli gözəllik müsabiqəsi. Qaliblər Azərbaycanı beynəlxalq gözəllik müsabiqələrində təmsil edirlər. Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfə 1996-cı ildə keçirilib. “Miss Azerbaijan” Milli gözəllik müsabiqələri Azərbaycanda 1996-cı ildən etibarən keçirilir. “Miss Azerbaijan” müsabiqəsində iştirak etmək hər bir gözəl qız qarşısında yeni imkanlar açır. Müsabiqənin qalibləri və finalçıları beynəlxalq podiumlarda çıxış edir, televiziya verilişləri aparıcısı, özəl şirkətlərin reklam siması olur, model və yaxud foto agentlikləri, internet saytları, jurnallar və s. yaradır. Ölkəmizdə həyata keçirilən Gender siyasəti qızlarımızın bu imkanlardan sərfəli istifadə edə bilməsinə geniş imkan yaradır və “Miss Azerbaijan” Milli gözəllik müsabiqəsinin keçirilməsi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. 2015-ci ildə keçirilən müsabiqədə oğlanlar da iştirak etdiyindən müsabiqənin adı yeniləndi. Hazırda müsabiqənin rəsmi adı “MISS & MISTER AZERBAIJAN”-dır.
NTV (Azərbaycan)
Naxçıvan TV və ya qısaca NTV — Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Azərbaycanın ilk regional televiziyası. Dövlət (hökumət) nəzarətində və idarəçiliyində olan televiziya kanalıdır. Naxçıvanda yerli radio 1930-cu ildən fəaliyyət göstərir. 1 aprel 1932-ci il tarixdə Naxçıvan Radio Verilişləri Komitəsi yaradılmışdır. 1963-cü ildə muxtar respublikada televiziyanın fəaliyyətə başlaması ilə komitə Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, 5 mart 1969-cu ildə Naxçıvan MSSR Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsi, 5 may 1971-ci ildə Naxçıvan MSSR Nazirlər Soveti yanında Televiziya və Radio Verilişləri Dövlət Komitəsi və 26 dekabr 1978-ci ildə isə Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi adlandırılıb. 2015-ci ildə HD formatlı yayıma keçmiş, həmin ilin iyul ayının 1-də loqotipini dəyişmiş və efir müddətini 1 saat artıraraq 17 saata çatdırmışdır. Hazırda Televiziya öz rəsmi internet səhifəsi üzərindən yayıma çıxır. 2018-ci ildən Televiziyanın nəzdində Naxçıvan MR-in ilk informasiya agentliyi olan "Nuhçıxan" İnformasiya Agentliyi yaradılmışdır. 1 aprel 2021-ci ildə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əsasında "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Naxçıvan Televiziyası gün ərzində 16 saat televiziya verilişləri ilə yayımda olur.
Ombudsman (Azərbaycan)
5 mart 2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti «Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi haqqında Fərman imzalamışdır. Ombudsman təsisatının yaradılması ilə bağlı qanunvericilikdə öz əksini tapmış bu yeniliklər 2002-ci il avqustun 24-də keçirilən ümumxalq səsverməsi (referendum) yolu ilə edilmiş dəyişikliklər nəticəsində ölkə Konstitusiyasında təsbit edildi. Elmira Süleymanova ilk dəfə 2002-ci il 2 iyul tarixində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikasının Prezidentinin təqdim etdiyi üç namizəd arasından 111 səslə (112 səsdən) seçilmişdir. Ombudsmanın seçilməsindən üç ay sonra, 2002-ci il oktyabrın 28-də artıq Ombudsman Aparatında ərizəçilərin qəbuluna və şikayətlərin araşdırılmasına başlanılmışdır.
Ordenli Azərbaycan
"Ordenli Azərbaycan" — Azərbaycan SSR-də buraxılmış kino jurnalı. Budyonnı Bakıda (film, 1952) (qısametrajlı sənədli film) Əmək və sülh mahnıları (film, 1952) (qısametrajlı sənədli süjet) Ordenli Azərbaycan № 30–31. Xüsusi buraxılış (film, 1942) (sənədli film) М.З. Рзаева. Документальное кино Азербайджана, Б., 1971, стр. 87. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər.
Quzey Azərbaycan
Azərbaycan və ya rəsmi adı ilə Azərbaycan Respublikası — Şərqi Avropa və Qərbi Asiyanın sərhəddində yerləşən transkontinental ölkə. Azərbaycan Xəzər dənizi hövzəsinin qərbində, Cənubi Qafqazda yerləşir. Şimaldan Rusiya (Dağıstan), şimal-qərbdən Gürcüstan, qərbdən Ermənistan, cənub-qərbdən Türkiyə və cənubdan İran ilə həmsərhəddir. Azərbaycanın eksklavı olan Naxçıvan Muxtar Respublikası Ermənistanla şimal-şərqdə, İranla qərbdə və Türkiyə ilə şimal-qərbdən həmsərhəddir. Azərbaycan ərazisinin bir hissəsi (Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 inzibati rayon) 1988–1994-cü illərdə Ermənistan tərəfindən işğal olunmuş və burda heç bir ölkə tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ Respublikası yaradılmışdır. Uzunsürən sülh danışıqları nəticəsiz qalmış və 2020-ci il 27 sentyabrda Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatı ilə torpaqların bir hissəsi azad edilmiş və 10 noyabr Bakı vaxtı ilə 01:00-da imzalanan üçtərəfli bəyanat ilə başa çatmışdır. 19 sentyabr 2023-cü ildə Qarabağ tam olaraq Azərbaycanın nəzarətinə keçmişdir. Dövlət sərhədləri cənubdan İranla 765 km, Türkiyə ilə 15, şimaldan Rusiya ilə 391 km, şimal-qərbdən Gürcüstan ilə 471 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir. Onun 825 km-i su sərhəddidir. Sahil xəttinin uzunluğu 713 km-dir.
Qəpik (Azərbaycan)
Qəpik (Azərbaycan) — Azərbaycan Respublikasında mübadilə olunan pul vahididir və Azərbaycan manatının 1⁄100 hissəsini təşkil edir. 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra, 1992-ci və 1993-cü illərdə ölkənin yeni pul vahidi olan Azərbaycan manatı ilə qəpik 5, 10, 20 və 50 nominallı sikkələr olaraq istifadəyə verilib. İnflyasiya, qəpiyin 1990-ci illərdə və 2000-ci illərin başında dəyərini itirməsinə və dövriyyədən çıxmasına səbəb olsa da, qanuni ödəmə vasitəsinin statusu saxlandı. 28 dekabr 2005-ci ildə Yeni Azərbaycan manatı istifadəyə verilincə, qəpik yenidən bərpa edilib. Yeni qəpik 1, 3, 5, 10, 20 və 50 nominallı sikkələr olaraq istifadəyə verilib.
Palto
Palto — Paltar, kostyum və s. üstündən geyilən uzun üst geyimi.
Kaleo Kihlenq
Palezo (rayon)
Palezo (fr. Palaiseau) — Fransanın İl-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Eson. Suprefektura — Palezo. Rayon əhalisi 2020-cı ildə 632 931 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 1230 nəf / km². Rayon ərazisi — 459 km².
Palto (hekayə)
"Palto" (rus. Шинель) 1842-ci ildə nəşr olunan Ukrayna əsilli rus müəllif Nikolay Qoqolun qısa bir hekayəsidir. Hekayə və müəllifinin rus ədəbiyyatı üzərində böyük təsiri olmuşdur. Ejen Melxior de Voqyue (tez-tez Fyodor Dostoyevski ilə səhv salınıb) Rus realist yazıçıları haqqında bir sitatda ifadə edildiyi kimi: "Hamımız Goqol'un" Palto"sundan çıxdıq." 1941-ci ildə yazıçı Vladimir Nabokov bunu "İndiyə qədər yazılmış ən böyük rus hekayəsi" adlandırdı. Hekayə müxtəlif səhnə və film süjetinə uyğunlaşdırılmışdır. Hekayə Rusiyada Sankt-Peterburqdakı yoxsul hökumət katibi Akaki Akakiyeviç Başmaçkının (rus. Акакий Акакиевич Башмачкин) həyat və ölümündən bəhs edir. Akaki işinə bağlı olsa da, şöbəsində zəhməti ilə az tanınır. Bunun əvəzinə, kiçik katiblər onu ələ salırlar və bacardıqları vaxt onu yayındırmağa çalışırlar. Onun iplik paltoları tez-tez zarafatların əsası olur.
Edvard Qraham Paley
Edvard Qraham Peyli (3 sentyabr 1823 – 23 yanvar 1895, Lankaster[d]) — ingilis memar. Əsasən işlərini XIX əsrin 2-ci yarısında Lankaşirdə həyata keçirmişdir. 1838-ci ildə məktəbi tərk edəndən sonra Lançestrə getmiş, Edmund Şarpın tələbəsi olmuş və 1845-ci ildə Şarpa partneri olaraq qoşulmuşdur. 1851-ci ildə Şarp təqaüdçü olduqdan sonra Peyli tək qalmışdır. Daha sonra 1868-ci ildə Hurbert Austin və 1886-cı ildə öz oğlu Henri ona qoşulmuşdu. Onlar Peylinin 1895-ci ildə ölümünə qədər birlikdə işlədilər. Peylinin əsas işi yeni kilsə layihələri yaratmaq olub, lakin o həm də kilsələrin yenidən qurulması işlərində də iştirak edib. Onun şah əsəri ruhani kilsəsi olan Müqəddəs Petr Kilsəsi olub.(indiki Lançestr kilsəsi). Digər məşhur işi isə Royal Albert Xəstəxanasıdır. O, kilsələrin tikilməsində əsasən Qotik Revivial üslubundan istifadə edib.
Paseo del Prado
Paseo del Prado — İspaniyanın paytaxtı Madrid şəhərinin əsas bulvarlarından biridir. Bu şəhərin ən qədim şəhər dizaynlarından biridir və Bien de interes mədəni (BIC) statusuna malikdir. Plaza de Cibeles və Plaza del Emperador Carlos V arasında şimal-cənub istiqamətində yerləşir. Bu sıx ağaclı, geniş və mərkəzi prospekt, şəhər sakinləri üçün əlamətdar yer və üç muzeyi əhatə edən İncəsənət Qızıl Üçbucağı da daxil olmaqla şəhərdəki mühüm mədəni və turizm yerlərinin yerləşməsidir: Prado Muzeyi (ilə Diego Veláqueque'nin Las Meninas və Francisco de Goya'nın La Maja vestida və La Maja desnuda), Thyssen-Bornemisza Muzeyi (səkkiz əsr Avropa rəsmini əhatə edən bir kolleksiya) və Reina Sofia Muzeyi (Pablo Picassonun Guernica'nın asıldığı yer) 20-ci əsrin sənət kolleksiyası arasında). Yaxınlıqda Parque del Buen Retiro və Casón del Buen Retiro (Prado Muzeyinin 19-cu əsr kolleksiyasına ev sahibliyi edir), habelə Real Akademia Española (İspan dili akademiyası), Bolsa de Madrid'in qərargahı yerləşir. (şəhər birjası) və Congreso de los Diputados (milli konqres). Plan Xüsusi Recoletos-Prado kimi tanınan və Alvaro Sizanın başçılıq etdiyi beynəlxalq memarlar qrupu tərəfindən müəllif olan Paseo del Prado və Paseo de Recoletos'un hərtərəfli islahatı və canlandırılması ilə bağlı mübahisəli bir layihə 23 il tarixində şəhər məclisi tərəfindən təsdiq edildi. İyun 2005, lakin 2010-cu ilin dekabr ayından etibarən ətraf mühitə təsiri öyrənilməsi davam edir və yenidənqurma işlərinə başlanılmamışdır.
Xose Mariya Pales
Xose Mariya Pales (16 iyul 1963) — İspaniyanı təmsil edən stolüstü tennisçi. Xose Mariya Pales İspaniyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 17-ci pillənin sahibi olub.
Sen-Pale (Alye)
Sen-Pale (fr. Saint-Palais) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Yuryel kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03249. 2008-ci ildə əhalinin sayı 191 nəfər təşkil edirdi. 2007-ci ildə 104 yaşda (15–64 yaş arasında) 62 nəfər iqtisadi fəal, 42 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici — 59,6%, 1999-cu ildə 59,8%). Fəal olan 62 nəfərdən 55 nəfəri (28 kişi və 27 qadın), 7 nəfəri işsizdir (4 kişi və 3 qadın). Fəal olmayan 42 nəfər arasında 10 nəfər şagird və ya tələbə, 18 nəfər təqaüdçü, 14 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
The Pale Emperor
The Pale Emperor — Marilyn Mansonın onuncu studiya albomu.
Pale (Bosniya və Herseqovina)
Pale (bosn. Pale, serb. Пале / Pale, xorv. Pale) — Bosniya və Herseqovinanın paytaxtı Sarayevodan 10 km cənub-şərqdə yerləşir. Serb Respublikasına daxil olan Pale icmasının mərkəzidir. Şəhərdə dağ-kurortu fəaliyyət göstərir. Bosniya müharibəsi illərində şəhər Serb Respublikasının paytaxtı olaraq bilinirdi. Serb Respublikasının konstitusiyasına görə, Sarayevo bu respublikanın paytaxtıdır. Deyton sazişinə görə Bosniya və Herseqovina Federasiyasının tərkibinə daxildir. Hal-hazırda paytaxt əslində Banya Luka şəhərinə köçürülür.
Palo-Alto (film, 2013)
Palo-Alto (ing. Palo Alto) — Cia Koppolanın rejissorluğu ilə 2014-cü ildə çəkilmiş dram filmi. Ceyms Frankonun 2010-cu ildə yazdığı eyniadlı hekayə əsasında çəkilmişdir. Filmdə Emma Roberts, Cek Kilmer, Ceyms Franko, Net Vulff və Zoi Levin rol alıb. Film Kaliforniyada yaşayan üç gəncin həyatından bəhs edir. Emma Roberts — April Ceyms Franko — Mr. B Jack Kilmer — Teddy Nat Wolff — Fred Zoe Levin — Emily Val Kilmer — Stewart Keegan Allen — Archie "Skull" Margaret Qualley — Raquel Chris Messina — Mitch Claudia Levy — Shauna Olivia Crocicchia — Chrissy Micah Nelson — Michael Sandra Seacat — Tanya Palo-Alto — Internet Movie Database saytında.
Pale-Ruayal — Myüze-dyü-Luvr
Pale-Ruayal — Myüze-dyü-Luvr (fr. Palais Royal - Musée du Louvre) — Paris metrosunun 1-ci və 7-ci xəttlərinin I hissəsində yerləşən Ara dayanacaq. Köhnə kral sarayından və Louvre girişinin yaxınlığında yerləşən mövqedən adlandırıldı. Ara dayanacağın mərkəzinin tarixindəki ilk 1 nömrəli salon idi: 19 iyul 1900-də Paris Metrosunun ilk səkkiz stansiyası arasında baş verib. 1 iyul 1916-cı ildə 7 nömrəli zona açılıb, bunun nəticəsində ara dayanacaq mərkəzi yaradıldı. 1967-ci ildə köhnə adı Palais Royal ilə stansiyaya giriş. Müəllif fotoşəkili - Paolo Monti 1989-cu ilə qədər stansiya Palais-Royal adlandırıldı. Renovinq Luvra daxil olmaq üçün yeni bir yeraltı lobbisinin açıldı və qonşu stansiya isə Luvr-Rivoli adlandırıldı. 1-ci sinif salonu 2009-cu il 7-8-də avtomatlaşdırma işləri üçün bağlanıb.. RATP-nin məlumatına görə 2011-ci ildə girişdə olan stansiyadakı sərnişin trafiki 9559535 nəfər təşkil edib .
Azerbaycan
Azərbaycan və ya rəsmi adı ilə Azərbaycan Respublikası — Şərqi Avropa və Qərbi Asiyanın sərhəddində yerləşən transkontinental ölkə. Azərbaycan Xəzər dənizi hövzəsinin qərbində, Cənubi Qafqazda yerləşir. Şimaldan Rusiya (Dağıstan), şimal-qərbdən Gürcüstan, qərbdən Ermənistan, cənub-qərbdən Türkiyə və cənubdan İran ilə həmsərhəddir. Azərbaycanın eksklavı olan Naxçıvan Muxtar Respublikası Ermənistanla şimal-şərqdə, İranla qərbdə və Türkiyə ilə şimal-qərbdən həmsərhəddir. Azərbaycan ərazisinin bir hissəsi (Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 inzibati rayon) 1988–1994-cü illərdə Ermənistan tərəfindən işğal olunmuş və burda heç bir ölkə tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ Respublikası yaradılmışdır. Uzunsürən sülh danışıqları nəticəsiz qalmış və 2020-ci il 27 sentyabrda Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatı ilə torpaqların bir hissəsi azad edilmiş və 10 noyabr Bakı vaxtı ilə 01:00-da imzalanan üçtərəfli bəyanat ilə başa çatmışdır. 19 sentyabr 2023-cü ildə Qarabağ tam olaraq Azərbaycanın nəzarətinə keçmişdir. Dövlət sərhədləri cənubdan İranla 765 km, Türkiyə ilə 15, şimaldan Rusiya ilə 391 km, şimal-qərbdən Gürcüstan ilə 471 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir. Onun 825 km-i su sərhəddidir. Sahil xəttinin uzunluğu 713 km-dir.
Azərbaycani
Azərbaycani — Azərbaycanda işlədilən təxəllüs.
Azərbaycanda balet
Azərbaycan baleti — baletin qollarından biri. Azərbaycan baletinin yaranma tarixi 1940-cı ildən – Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletinin səhnələşdirildiyi tarixdən hesablansa da, əslində onun rüşeymləri 1920-ci illərin əvvəllərində qoyulub. Azərbaycanda baletin yaranma tarixi 1940-cı ildən – Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletinin səhnələşdirildiyi tarixdən hesablansa da, əslində onun rüşeymləri 1920-ci illərin əvvəllərində qoyulub. Belə ki, 1923-cü ildə Bakıda özəl balet studiyası fəaliyyət göstərib. Qeyd etmək olar ki, Azərbaycanın ilk balerinası Qəmər Almaszadə balet sənətinin sirlərini bu məktəbdə öyrənib. Məktəbin məzunlarının ilk çıxışları klassik rus və Avropa baletlərinin Azərbaycanda tamaşaya qoyulması ilə bağlı olurdu. Azərbaycanın XKS-nın 1 iyul 1920-ci il tarixli qərarı ilə birləşmiş dövlət teatrı yaradıldı. 1924-cü ildə opera və balet truppası bu teatrdan ayrılaraq müstəqil opera və balet teatrına (Azərbaycan və rus bölmələri ilə) çevrildi. 1930-cu illərin sonlarında Azərbaycanda artıq milli baletin yaradılması üçün möhkəm zəmin var idi. 1939-cu ildə ildə Əfrasiyab Bədəlbəyli Bakı Xoreoqrafiya məktəbinin ilk buraxılışı münasibətilə uşaqlar üçün birpərdəli "Tərlan" baletini, bir ildən sonra isə məxsusi olaraq Qəmər Almaszadə üçün "Qız qalası" baletini yazmışdır.
Azərbaycan süitası (balet)
Azərbaycan süitası — Rauf Hacıyev tərəfindən 1972-ci ildə bəstələnmiş bir pərdəli balet (xoreoqrafik miniatür). Premyera 1972 ildə olub. Baletmeyster Rəfiqə Axundova və Maqsud Məmmədov, rəssam Tahir Tahirov. Soloları Rüfət Zeynalov və Tamilla Məmmədova, Çimnaz Babayeva və Vladimir Pletnyov oynayırdılar.
Aalen
Aalen (alm. Aalen‎) — Almaniyanın Baden-Vürtemberq torpağının Ştutqart inzibati dairəsində şəhər. Sahəsi 146.624 km2, əhalisi 66252 nəfərdir (2007). Burada Qədim Roma dövründən xarabalıqlar var. Dəmiryol qovşağıdır. Müxtəlif sənaye, dəzgah və alət zavodları var.
Aleko
Moskviç-2141 — Moskviç markasının yeni adı olaraq 1986-cı ildə bazara çıxan Rus avtomobilidir. İstehsalı 1988 və 2000 illəri arasında davam etmişdir. Bu anda müflisləşmiş vəziyyətdədir.
Balel
Mustafa Balel (d. 1 sentyabr 1945, Sivas) — Türkiyə yazıçısı, tərcüməçi. == Həyatı == Mustafa Balel 1945-ci ildə Türkiyənin Sivas şəhərində anadan olub. Ankara Qazi Ali Təhsil İnstitutunun Fransız dili şöbəsində təhsil aldıqdan sonra (1968), Türkiyənin Ardahan şəhərində fransız dili müəllimi kimi çalışıb. Sonradan məqsədli təqaüd qazanaraq Fransanın Poitiers Universitetində "müqayisəli dünya ədəbiyyatı" üzrə təhsil alıb. İstanbul Atatürk Ali Təhsil İnstitutunda XX əsr fransız ədəbiyyatı və tərcüməçiliyi (1978-1980), İstanbul Bağçalıevlər Liseyində fransız dili və ədəbiyyatı (1980-1997), Adnan Menderes Anadolu Liseyində ədəbiyyat (1997-2000) dərsləri deyib. Ədəbi aləmə 1972-ci ildə "Yeni Ortam" qəzetində yazdığı kitab resenziyaları və ədəbi-tənqidi məqalələri ilə qədəm qoyub. Qəzet və jurnallarda nəşr etdirdiyi hekayələri, ədəbi-tənqidi məqalələri və tərcümələri ilə məşhurlaşıb. Meydan Larousse, Görsel Büyük Genel Kültür Ansiklopedisi, Gelişim Büyük Larousse, Memo Larousse, Axis 2000 və s. ensiklopediyaların tərtib olunmasında iştirak edib.
Baler
Baler — Filippinin Aurora vilayətində şəhər və bələdiyyə və bu vilayətin mərkəzi.
Balet
Balet (fr. balleto - rəqs edirəm) — səhnə sənətinin bir növü, xoreoqrafiyanın ən yüksək pilləsi. Əsas ifadə vasitələri bir-biri ilə qırılmaz tellərlə bağlanmış musiqi və rəsqdir. Baletdə rəqs sənəti musiqili-səhnə tamaşaları səviyyəsinə yüksəlir. == Balet tarixi == Bu sintetik janrın kökləri çox qədimdir. İbtidai icma və quldarlıq cəmiyyətin həyatında onun rolu vacibdir. Misirin, Yunanıstanın, Hindistanın mədəni abidələri bunu təsdiq edir. Əvvəllər balet "çox ədəbli" saray şənliklərinin tərkib hissəsi olmuşdur (Lüllinin, Ramonun operabaletləri, Molyerin komediya-baletləri və b. buna daxildir). Adətən, baletin əsasında müəyyən bir süjet, dramaturji ideya dayanır, lakin süjetsiz baletlər də var.
Balto
Balto — bir vaxtlar Alyaskada yaşayıb. Balto it olmuşdur. O 1919-cu ildə nomda (alyaskada) doğulmuşdur. O bir çox insanın həyatını xilas edib. == Epidemiya == 1925-ci ildə nomda dəhşətli epidemiya yayıldı. Bu epidemiya bütün şəhəri xəstəliyə yoluxdurmuşdur. Həmin ildə nomdan nenenaya qatar göndərdilər. O qatar qarlı hava üzundən nenenaya çata bilmədi. Reyslər donmuşdu. Oraya it dəstasi göndərdilər.
Calea
Kaleya (lat. Calea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonim == Aschenbornia S.Schauer Brasilia G.M.Barroso Geissopappus Benth. Mocinna Lag.
Falco
Qızılquş (lat. Falco) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinə aid heyvan cinsi.
Fales
Kalço
Kalço:
Luleo
Luleo (isv. Luleå) — İsveçin şimal-şərqində, Baltik dənizi Botnik körfəzinin fyordunda yerləşən şəhər və liman. Norrbotten leninin və Luleo şəhərinin kommunasının inzibati mərkəzi. İqlimi subarktikdir, iyulun orta temperaturu 15 °C, orta maksimum 18 °C, yanvar ayının orta temperaturu −10 °C, minimum −14 °C. Bu adlı bir yaşayış yeri 13-cü əsrdən bəri bilinir, 1621-ci ildə bir şəhər elan edilmişdir. Ancaq 1649-cu ildə buzlaqozostatik proseslərlə əlaqəli dənizin geri çəkilməsi səbəbindən şəhər cənub-şərqə 10 km köçürüldü və köhnə yerdəki qəsəbə Qammelstad adı ilə tanındı. 1887-ci ildə şəhərdə güclü bir yanğın baş verdi, binaların çoxunu məhv etdi. Bundan sonra şəhər yenidən qurulmalı idi. Buraya şəhərin mərkəzində təqdis zamanı hökmranlıq edən monarx Oskar-Frederik adını verən bir neoqotik kilsə inşa edildi. 1904-cü ildə Luleo yeparxiyasının (İsveçin ən şimalı və ən yenisi) yaranmasından sonra kilsə bir kafedra oldu. Kilsə şpilinin uzunluğu 67 metrdir ki, bu da şəhərin ən hündür binasıdır.
Mareo
Mareo— Bolzanonun təxminən 50 kilometr şimal-şərqində yerləşən, Şimali İtaliyada Cənubi Tirolda yerləşən bir bələdiyyə. 30 noyabr 2010-cu il tarixinə əsasən ərazinin əhalisi 2,911 nəfər və sahəsi 161,6 kvadrat kilometr (62,4 km²) idi. Mareo aşağıdakı şəhərlərlə sərhədlənir: Badia, Pragz, Brunek, Kortina d'Ampezzo, La Val, Lüsen, St. Lorenzen, San Martin de Tor və Olang.
Galeon
Galeon köhnə Gecko əsaslı veb brauzerdir. GNOME-da təkmilləşdirmə məqsədləri üçün Marco Pesenti Gritti və komandası tərəfindən hazırlanmışdır. 2000-ci illərdə populyarlıq qazandı və paralel olaraq, çeviklik və yeni xüsusiyyətlərlə təkmilləşdirmələr edildi. 2002-ci ildə inkişaf qrupu fikir ayrılıqlarına görə ayrıldı. İnkişaf 2008-ci ilin sentyabrından dayandırılıb.
Paket
Paket (packet) – ümumi anlamda: şəbəkədə bir qurğudan başqasına ötürülən informasiya vahidi. Paket kommutasiyası şəbəkəsində bu termin belə təyin olunur: göndərilmək üçün nəzərdə tutulmuş ikilik rəqəmlərdən ibarət olan müəyyən olunmuş maksimal ölçülü verilənlər yığını; burada həm verilənlər, həm də idenfikator-nömrə, göndərənin və alanın ünvanı və bəzən xətalara nəzarət verilənləri olur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 623 s.
Malmö
Malmö () – İsveçin cənubunda yerləşən liman şəhəri. Əhalisi 635 min nəfərdir. Malmö bu göstərici ilə İsveçin ən böyük üçüncü şəhəridir. Danimarkanın paytaxtı Kopenhagen ilə Malmö arasında 20 kilometr uzunluğu olan boğaz vardır. Malmö İsveçin ən böyük üçüncü şəhəri olsa da, siyasi və iqtidasi baxımdan böyük önəmə sahibdir. Şəhər əhalisinin 25%-i müsəlmanlardan ibarətdir. Lund şəhərinində daxil olduğu Skane bölgəsinin mərkəzi Malmö şəhəridir. 2001-ci ildə Malmö və Kopenhagen arasında Oresund körpüsü istifadəyə verilmişdir. Hər iki şəhər arasında olan 20 kilmoterilik məsafə XVI əsrlərə aid olan mənbələrdə ərtaflı şəkildə təsvir edilmişdir. Həmin zamanlarda insanlar bir şəhərdən, digərinə bir gün müddətində gedə bilirdilər.
Qalen
Berqamalı Qalen (yun. Γαληνός, lat. Claudius Galenus; ən tezi 129 və ən geci 131, Pergamon, Qədim Roma – ən tezi 201 və ən geci 216, Roma) — yunan mənşəli romalı, həkim, filosof, Orta platonizmin tanınmış nümayəndəsi. Həkim kimi tanınmış, Roma əsilzadələrini müalicə edir və imperator Markus Avreliusun saray həkimi kimi tanınmışdır. Qalen bir çox xəstəliklərin təsnifatını vermiş, onların müalicə yollarını araşdırmış, təbabət və anatomiya üzrə çoxlu bilgilər əldə etmişdir. Onlardan Avropa təbibləri 1300 il ərzində istifadə etmişdir. O, həmçinin farmakologiya elminin əsaslarını qoymuşdur. Qalenin əsərləri müsəlman dünyasında təşəkkül tapmış təbabət elminin də inkişafında əhəmiyyətli rol oynamışdır. Müsəlman təbibləri və düşünürləri onun əsərlərini tərcümə etmiş və öz kitablarında onlara çoxlu istinadlar vermişdirlər. Qalen həm də filosof kimi tanınmışdır.