Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Patriar
Patriarxal nəzəriyyəyə görə,dövlət xalqın ümumi səadətə çatmaq məqsədilə insanların əlaqəsinin ən yaxşı formasıdır.Dövlət ailə üzvlərinin sayının çoxalması nəticəsində yaranmışdır.Dövlətə ailənin başçısı olan ata(monarx) başçılıq edir və o,bütün üzvlərin(vətəndaşların) qayğısına qalır, tabe edir. Bu nəzəriyyəyə tərəfdar çıxan məşhur filosoflar arasında Aristotel,Filmer,Mixaylovski də olmuşdur.
Adrian (Moskva patriarxı)
Adrian (rus. Адриа́н) və ya Andrey (rus. Андрей; 1638, Moskva – 16 (27) oktyabr 1700[…], Perervinsk monastrı[d]) — 1690-cı ildən Moskva və bütün Rusun patriarxı. 1678–1686-cı illərdə Çudov monastırının arximandriti, 1686-cı ildən Kazan və Sviyajsk mitropoliti olmuşdur. O, saqqal kəsməyin, ətirli tüstü almaq üçün yandırılan maddələrdən istifadə, I Pyotrun rus milli geyimlərinin ləğvini pisləmişdir. Kilsə yazılarının müəllifi olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == '[Скворцов, Григорий Афанасьевич. Патриарх Адриан, его жизнь и труды в связи с состоянием русской церкви в последнее десятилетие XVII века. — Казань : Центр. тип., 1913.
Türkçülüyün patriarxı Əhməd bəy Ağaoğlu
Türkçülüyün patriarxı Əhməd bəy Ağaoğlu — türkçülük ideologiyasının banilərindən biri, müsəlman şərqində avropalaşma siyasətinin ən ardıcıl tərəfdarı olan görkəmli Azərbaycan mütəfəkkiri və ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyəti haqqında bəhs edən kitab Aydın Balayev tərəfindən yazılıb. Kitabda türkçülük ideologiyasının banilərindən biri, müsəlman Şərqində avropalaşma siyasətinin ən ardıcıl tərəfdarı olan görkəmli Azərbaycan mütəfəkkiri və ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyətindən danışılır. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü olan Əhməd bəy Ağaoğlu XX əsrin əvvəllərində Azərbaycan türklərinin milli oyanışında müstəsna xidmətlər göstərib. Tarix elmləri doktoru, Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiqatçısı, Azərbaycan xalqının milli məfkurəsinin formalaşması məsələləri ilə bağlı bir neçə monoqrafiyanın müəllifi olan Aydın Balayev tərəfindən yazılan bu əsər "TEAS Press" Nəşriyyat Evi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə nəşr edilib. Müəllif əsərdə qeyri-adi istedada malik bu şəxsiyyət barədə bioqrafik məlumatları, sadalamaqla kifayətlənməyərək, həmçinin geniş sənədli materiallara əsaslanaraq Əhməd bəy Ağaoğlunun ictimai-siyasi baxışlarının təkamülünü konkret zaman və məkan kontekstində izah edib. Kitab rus dilindədir və tarixçilər, etnoloqlar, politoloqlar, eləcə də milli tariximizlə maraqlananlar üçün nəzərdə tutulub.