Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Polimiya
Polimiya — Qafqaz Albaniyasının çarı. Rostovlu Dimitrinin "Müqəddəslərin həyatları" əsərində adı çəkilir. == Hakimiyyəti == Rostovlu Dimitrinin "Müqəddəslərin həyatları" əsərinə görə Müqəddəs Varfolomey Alban ölkəsi hökmdarı Polimiyanın ürəyinə şeytanın hakim olduğu qızını sağaldır. Bundan sonra Alban hökmdarı bütün nəsli ilə birlikdə vəftiz olundu. Dmitri hadisələri bütün Qafqaz Albaniyasının xristianlığı qəbul etməsi kimi qələmə verir: "Çarın məsləhətinə əmə edərək ona yaxın və daha çox şəhər vəftizi qəbul etdi." Rostovlu Dimitrinin bu məlumatları hardan əldə etdiyi məlum deyil. Ola bilər ki, o, Müqəddəs Varfolomeyə aid daha qədim məlumatlara malik idi. Hal-hazırda kilsə elmində belə məlumatlar yoxdur. Hər halda Qafqaz Albaniyası və antik Ermənistan krallığının həmin dövrə aid mənbələrində Polimiya adlı çara rast gəlinmir. IV əsrə qədər ilk alban çarlarının adı bilinməsə də, xristianlığın bütün ailəsi və ətrafı ilə qəbul edən alban çarının tarixi mənbələrdə qeyd edilməməsi Polimiyanın alban çarı yox, vilayət hakimi olması hesab edilə bilər. == Paralel hekayələr == Oxşar hadisələr 91-109-cu illərdə hakimiyyətdə olmuş I Sanatruk üçün də qeyd edilir.
Politiya
Politiya (yun. πολιτεία) kəsb etdiyi əsas məna: Çoxluğun hakimiyyəti. İctimai hakimiyyə. Aristotelə görə çoxluğun ümumi mənafe naminə idarəetməsi. Oliqarxiya və Demokratiyanın yaxşı xüsusiyətlərini özündə birləşdirib, onların çatışmazlığından azaddır. == Ədəbiyyat == Георгиев П. В. Русский Панславизм XIX века и античная демократия: концепция политии М. С. Куторги // Ученые записки Казанского государственного университета. Сер. Гуманитарные науки. — 2008. — Т. 150, кн.
Boliviya
Boliviya (tam adı: Boliviya Çoxmillətli Dövləti; isp. Estado Plurinacional de Bolívia) — Cənubi Amerikada dövlət. Paytaxtı Sukre şəhəridir, La Pas, Koçabamba, Santa Cruz, Potosi kimi digər böyük şəhərləri də var. Ölkə Boliviya idarəçiliyi dövründə Yuxarı Peru adlandırılırdı. Sonradan ölkəyə Cənubi Amerikanı ispan əsarətindən qurtaran Simon Bolivarın şərəfinə Boliviya (Bolivarın ölkəsi) adı verilmişdir. Boliviyanın şimal və şimal-şərqdə Braziliya, cənub-şərqdə Paraqvay, cənubda Arqentina, cənub-qərb və qərbdə Çili və Peru ilə sərhədləri var. Cənubi Amerika ölkələr arasında dənizə çıxışı olmayan ən böyük ölkədir. Lakin 2010cu ildə Peru ilə imzalanmış sazişə əsasən Boliviyaya 99 illik icarəyə liman tikmək üçün dənizkanarı sahə verilib. == Tarix == Boliviya 1809-cu ildə İspaniyayadan müstəqilliyini elan etməsinə baxmayaraq, 1825-ci ildə Boliviya İstiqlal müharibəsi nəticəsində ispan əsgərlərinin ölkədən çıxarılması ilə mümkün oldu. Müstəqillik əldə etdikdən sonra Boliviyadakı siyasi hakimiyyət çox tez-tez dəyişilmişdir.
Molosiya
Molossiya, rəsmən Molossiya Respublikası (Republic of Molossia) — ABŞ-nin Nevada ştatının Deyton şəhəri yaxınlığında 1977-ci ildə Ceyms Spilman (Kral I Ceyms) və Kevin Bo (baş nazir) tərəfindən müstəqilliyi elan olunmuş virtual-dövlət.
Petisiya
Ərizə və ya petisiya (ing. petition) — bir adam və ya birliyin düşüncə və şikayətlərini, ya da müəyyən bir mövzudakı istəklərini səlahiyyətli orqanlara (əksəriyyətlə rəsmi) göndərilməsini təmin edən yazı.
Polimniya
Polihimniya və ya polimniya ( yun. Πολυύμνια və ya yun. Πολυμνία) yunan mfologiyasına görə təntənə nəğmələrinin və ya himnlərin muzası sayılır. Əsasən uzun libasda ciddi və işarət barmağını ağzına yaxınlaşdırmış şəkildə düşüncəli təsvir edilmişdir.
Qalisiya
Qalisiya-İspaniyanın şimal qərbində yerləşən muxtar region. A Koruniya, Lugo, Ourense və Pontevedra əyalətlərindən ibarətdir.Cənubdan Portuqaliya ilə, şərqdən İspaniyanın muxtar birlikləri Kastiliya və Leon və Asturiya ilə, qərbdən Atlantik okeanı ilə, və şimaldan Biskay körfəzi ilə həmsərhəddir.2012-ci ildə əhalisi 2,778,913 nəfərdən ibarət idi və ümumi sahəsi 29574 km² dir.
Boliviya bayrağı
Boliviya bayrağı — Boliviyanın Dövlət bayrağı
Boliviya bolivianosu
Boliviya bolivianosu - (İspanca: boliviano; ISO 4217: BON) - Boliviyada istifadə edilən rəsmi pul vahididir. 1 Boliviya bolivianosu təqribən 100 centavoya bərabərdir. Boliviya bolivianosu Boliviya Mərkəzi Bankı tərəfindən dövriyyəyə buraxılır. Ölkənin 2009-cu ildəki inflyasiya səviyyəsi 4,3%-dir. 13 aprel 2019 tarixinə aid məzənnəyə görə, 1 Boliviya bolivianosu = 0.1429 ABŞ dolları.
Boliviya kinosu
Boliviya kinosu — ölkə daxilində və xaricdə boliviya kinomatoqrafçıları tərəfindən çəkilmiş kinolar nəzərdə tutulur. Boliviya kinosunun yaranması 1913-cü ildə sənədli filmlər çəkmiş, 1918-ci ildə isə ölkədə ilk "Andes films" kinostudiyasını yaratmış L. Kastilyonun adı ilə bağlıdır. Hindilərın həyatı ilk bədii filmlərin aparıcı mövzusu idi. (P. Sambarinonun "Aymara ürəyi", Kastilyo və A. Poznanskinin "İrqin şöhrəti"). İnk əfsanəsi əsasında çəkilmiş "Vara-vara" (1930, rejisor X.M. Velasko Maydana) səssiz filmlər dövrünün ən seçilən əsəridir. L. Basoberrinin "Çako müharibəsi" (1936) sənədli filmi səsli kinonun ilk təcrübəsi idi; 1940-cı illərdə vəsaitin olmaması səbəbindən onun inkişafı ləngidi. Bu dövrdə A. Roko ilə birgə 1941-ci ildə "Boliviya films" studiyasının əsasını qoymuş rejisor X. Ruisin rəhbərliyi altında sənədli filmlərin çəkilişi fəallaşdı. 1952–67 illərdə Boliviyada, əsasən, qısametrajlı filmlər çəkən Milli kino institutu fəaliyyət göstərirdi. Burada X. Ruis (1956 ildən direktor) "Qayıt, Sebastyana" (1953) rəngli etnoqrafik, tammetrajlı bədii "Bulaq" (1958) və s. filmləri çəkmişdir.
Felisiya Hardi
Qara pişik (ing. Black Cat) və ya əsl adı ilə Felisiya Hardi (ing. Felicia Hardy) – Marvel Comics tərəfindən nəşr olunan komikslərdə peyda olan uydurma personaj. Marv Volfman və Deyv Kokrum tərəfindən yaradılmış, ilk dəfə "The Amazing Spider-Man" komiksinin 194-cü sayında (iyul 1979) peyda olmuşdur. Qara pişik Hörümçək-adamın bir müddətlik sevgilisi, həm düşməni, həm də müttəfiqidir. Qara pişik "Wizard" jurnalının ən böyük komiks personajları siyahısında 152-ci yerdə göstərilmişdir. IGN personajı "Top-25 Hörümçək-adam" düşməni siyahısında 24-cü yerdə vermişdir. Comics Buyer's Guide "Komikslərdə 100 ən seksual qadın" siyahısında onu 27-ci yerdə göstərmişdir. Qara pişik bir neçə videooyun, animasiya serialı və məhsulda görünmüşdür. "Hörümçək-adam 4" filmində görünməsi planlaşdırılsa da, film ləğv olunmuşdur.
Qalisiya dili
Qalisiya dili (galego) — Hind-Avropa dillərinin İber-roman dilləri qolunun bir parçası olan və İspaniyanın Qalisiya bölgəsində danışılan dil. Ən çox portuqal dilinə bənzəyir.
Qalisiya döyüşü
Qalisiya döyüşü və ya Lvov döyüşü— Birinci Dünya Müharibəsinin əvvəlində Rusiya və Avstriya-Macarıstan İmperiyası arasında baş verən döyüşdür. Avstriya-Macarıstan ordusunun məğlubiyyətindən sonra ruslar Lvov şəhərini ələ keçirdilər və şərqi Qalisiya bölgəsində nəzarəti təmin etdilər. == Döyüşdən əvvəlki vəziyyət == Avqustun əvvəlində Rusiya ilə müharibə demək olar ki, müəyyən olduqda, Avstriya-Macarıstan baş qərargah rəisi Conrad von Hötzendorf şimal ordularına (1-ci və 4-cü ordular) Polşa krallığına hücum etmək qərarına gəldi. Rus ordusunun tezliklə Şərq Cəbhəsi üçün böyük güc toplaya biləcəyindən qorxan Von Hötzendorf, yeganə həll yolunu dərhal əməliyyata başlamaqda gördü. Komandir Almaniyanın Polşa hücumunu da dəstəkləyəcəklərinə ümid etdi, ancaq bölgədəki məhdud sayda alman əsgərinin müdafiənin güclü olması bu ümidi pozdu. Beləliklə, Polşaya tək girməli olan 1-ci və 4-cü Avstriya-Macarıstan orduları, 4-cü və 5-ci rus orduları tərəfindən qarşılandı. Digər tərəfdən, Avstriya-Macarıstanın Lvov üzərində hərəkət edəcəyini düşünən Rusiya ordusunun cənub-qərb cəbhəsinin komandiri Nikolay İvanov 3-cü və 8-ci ordularla şərqi Qalisiya bölgəsinə hücum etməyi planlaşdırırdı. == Döyüş == Viktor Danklın rəhbərliyindəki 3-cü Avstriya-Macarıstan ordusu Lublində 4-cü Rusiya ordusu ilə görüşdü və Baron Salzanın nəzarəti altında bu qüvvəni geri çəkilməyə məcbur etdi. Krasnik döyüşü adlanan bu qarşıdurmada 6000 rus əsgəri əsir alındı. 4-cü Avstriya-Macarıstan ordusu, Çankmdan Denkl'e doğru irəliləyərək, Komarov döyüşü zamanı Pavel Plehve komandanlığı altında 5-ci Rusiya ordusunu geridə qoydu, 20,000 rus əsgərini əsir aldı.
Qalisiya regionalizmi
Qalisiya regionalizmi — Qalisiyada siyasi cərəyan. Bu cərəyan Qalisiyanizmin təkamül prosesinin aralıq mərhələsində baş vermişdir. Qalisiya vilayətçiliyi ilə Qalisiya milliyətçiliyi arasındadır.
Qalisiya sarışını
Qalisiya sarışını (qalis. Rubia galega; isp. Rubia gallega) — İspaniyanın Qalisiya bölgəsinə xas olan inək cinsi. Adını yer aldığı bölgədən və rəngindən alan bu cins sarı və qırmızı rənglə yanaşı başqa rənglərdə də ola bilir. Çəkisi 450-500 kq olub, orta ölçülüdür. Qalisiya sarışını əsasən ətinə görə saxlanılır. Südü isə ənənəvi Tetilla pendirinin hazırlanmasında istifadə olunur. Bu cins ilk dəfə 1933-cü ildə qeydə alınmışdır. 1900-cu illərdə simmental, İsveçrə qəhvəyisi və cənub Devons cinslərinin cütləşdirilməsi ilə yarandığı güman olunur.
Oruro (Boliviya)
Oruro və ya Uru Uru , Boliviyada 264.683 əhalisi olan bir şəhərdir (2012 ), Altiplanoda La Pas və Sukrenin təxminən ortasında , dəniz səviyyəsindənn təqribən 3.709 metrə (12.169 ft) yüksəklikdə yerləşir.Santa Kruz de la Sierra, El Alto, La Pazls ve Koçabambadan sonra Boliviyanın əhalisinə görə ən böyük beşinci şəhəridir. Oruro Departmanının paytaxtı və Oruro Roma Katolik Yepiskopluğunun mərkəzidir . Oruro, başta qalay ,volfram , gümüş olmaqla mədən sənayesinə olan asılılığı səbəbiylə iqtisadiyyatında eniş və çıxışlar olmuşdur == Tarix == Şəhə, 1 noyabr 1606-da Don Manuel Castro de Padilla tərəfindən Urus bölgəsində bir gümüş mədəni mərkəzi olaraq quruldu.Bu əsnəda İspaniya hökümdarı III. Philip-dən sonra Real Villa de San Felipe de Austria adını aldı . Bir müddət başarılı oldu, ancaq sonunda gümüş mədənləri tükənəndə tərk edildi. Oruro, on doqquzuncu əsrin sonlarında Avropalı ​​Boliviyalılar tərəfindən bir qalay mədənçiliyi mərkəzi olaraq yenidən quruldu. Adını yerli qəbilə Uru-Urudan almışdır .Bir müddət üçün, La Salvadora qalay mədəni dünyadakı ən önəmli qalay qaynağıydı. Yavaş-yavaş, bu qaynaq daha az bol hala gəldikcə, Oruro yenidən düşüşə keçdi.İqtisadiyyatı hələ də mədən sənayesinə dayanmaqdadır. == İqtisadiyyat == Ənənəvi olaraq mədənçiliyə dayalı olsa da Oruro 20-ci əsrin sonlarından bu yana turizm üçün gedərək daha məşhur hala gəldi. 21-ci əsrkn başlarında Oruronun iqtisadiyyatı, özəlliklə Sahil okean bazarlarına məhsul ixrac etmək üçü Çili ilə ticari və iqtisadi bağlantılar yoluyla böyüdü.Xarici bazarlara yeni bağlantılar açmaq üçün məhsulu quru yoluyla Çili üzərindən Sakıt okeandakı İkikö limanına daşıdılar ; ihracat üçün Uyuni üzelərindən Antofaqasta limanına gedən dəmiryolu bağlantısını da istifadə etdilər .Artan yol inşaatı sayəsində Oruro, Braziliyanın Atlantik limanı Santostan Puerto Suárez və Santa Kruzdan paytaxt La Pasa . Şəhərə Oruro Hava limanı xidmət verməkdədir .
Alisiya Amxerst
Alisiya Amxerst (ing. Alicia Amherst; 30 iyul 1865, Pul, Dorset[d] – 14 sentyabr 1941, Pul, Dorset[d]) — Böyük Britaniya botaniki, bağban və ingilis bağçılığın tarixinə dair ilk elmi kitabın müəllifi. == Elmi fəaliyyəti == Alisiya Amxerst toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == "The History of Gardening in England" (1896) "Children'S Gardens" (1902) "London Parks and Gardens" (1907) "Children and Gardens" (1908) "Wild Flowers of the Great Dominions of the British Empire" (1935) "Some Canadian Wildflowers: Being the First Part of Wild Flowers of the Great Dominions of the British Empire" (1937) "Historic Gardens of England" (1938) == Şərəfinə adlandırılmalar == 1918-ci ildə Alisiya Amxerst Britaniya İmperiyası Ordeninə layiq görülmüşdür. "Hebe" cinsinə aid 'Alicia Amherst' (sinonim "H. veitchii") sortu .
Alisiya Lurteq
Alisiya Lurteq (isp. Alicia Lourteig; 17 dekabr 1913[…], Buenos Ayres – 30 iyul 2003[…], Buenos Ayres) — Argentina botaniki. == Elmi fəaliyyəti == Alisiya Lurteq toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == A Lourteig, Ca O'Donell. 1942. «Acalypheae argentinae (Euphorbiaceae)» Lilloa VIII A Lourteig, Ca O'Donell. 1943. «Euphoriaceae argentinae. Phyllantheae, Dalechampieae, Cluytiae, Manihoteae». Lilloa IX A Lourteig, Ca O'Donell.
Alisiya Makkormak
Alisiya Makkormak(ing. Alicia McCormack; 7 iyun 1983, Sidney) — Avstraliyanı təmsil edən su poloçusu. Alisa McKormak, Avstraliya yığmasının heyətində 2008-ci ildə baş tutan XXIX Yay Olimpiya Oyunlarına və 2012-ci ildə baş tutan XXX Yay Olimpiya Oyunlarına qatılıb və 2 dəfə bürünc medal qazanıb. == Karyerası == Alisa McKormak, 2008-ci ildə Avstraliya yığması ilə birgə XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Macarıstan yığmasını 9:9 (3:2 penaltilər seriyasında) hesabı ilə məğlub edən Avstraliya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu. Alisa McKormak 2012-ci ildə Avstraliya yığması ilə birgə XXX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Macarıstan yığmasını 13:11 hesabı ilə məğlub edən Avstraliya yığması, XXX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu və Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Oliviya Hassi
Oliviya Hassi (ing. Olivia Hussey; 17 aprel 1951, Buenos Ayres) — Böyük Britaniya aktrisası. == Həyatı == Oliviya Hassi 17 aprel 1951-ci ildə Buenos Ayresdə anadan olmuşdur. Atası Andreas Osuna opera müğənnisi olmuş və İsvaldo Ribo təxəllüsü ilə tanınmışdı. Oliviyanın 2 yaşı olarkən valideynləri ayrılırlar. 5 ildən sonra anası kiçik qardaşı ilə birlikdə Oliviyanı Londona aparır. Məhz orada Oliviya anasının soyadını götürür və teatr məktəbində təhsil almağa başlayır. O, ilk televiziya rolunu 13 yaşı olarkən alır və tezliklə italyan rejissor Franko Zeffirellinin "Romeo və Cülyetta" filmində Cülyetta rolunu ifa edir. Oliviya həmin roluna görə "Qızıl qlobus" mükafatına layiq görülür. Oliviya Hassi 1971-ci ildə Los-Ancelesə gəlir və aktyor Din Martinin oğlu ilə ailə həyatı qurur.
Oliviya Holt
Oliviya Hastinqs Holt (5 avqust 1987, Cermantaun[d], Tennessi) Amerika yeniyetmə aktrisası və müğənnisidir.
Oliviya Kuk
Oliviya Keyt Kuk (ing. Olivia Kate Cooke; 27 dekabr 1993, Oldem[d]) — İngiltərə aktrisası. Əsasən "Bates Motel" (2013-17) dram-triller teleserialında Emma Desodi və "Vanity Fair" (2018) dram miniserialında Beki Şarp rolları ilə tanınır.
Oliviya Qonzalez
Oliviya Qonzalez (14 oktyabr 1978) — Meksikanı təmsil edən bədii üzgüçü. == Karyerası == Oliviya Qonzalez Meksikanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirdə Oliviya Qonzalez 8-ci pillənin sahibi olub.
Oliviya Rodriqo
Oliviya İzabel Rodriqo (20 fevral 2003, Marrieta[d], Kaliforniya) — amerikalı müğənni, bəstəkar və aktrisa. O, 2010-cu illərin sonlarlnda Disney televiziyasında yayımlanan Bizaardvark və High School Musical: The Musical: The Series seriallarında oynadığı baş rolları ilə tanınıb. Geffen və Interscope Records ilə müqavilə bağladıqdan sonra Rodriqo 2021-ci ildə debüt sinqlı "Drivers License"-i buraxdı və bu, müxtəlif rekordlar qırdı və ilin ən çox satılan mahnılarından biri oldu və onu əsas şöhrətə çatdırdı. O, "Deja Vu" və "Good 4 U" kimi daha uğurlu sinql ilə davam etdi və 21 may 2021-ci ildədə Sour albumunu çıxardı. Rodriqonun debüt studiya albomu Sour (2021) dünya miqyasında hit-paradlarda birinci yeri tutdu və geniş tənqidi bəyənmə ilə qarşılandı. O,64-cü İllik Qremmi Mükafatlarında yeddi kateqoriya üzrə, o cümlədən Ən Yaxşı Yeni Sənətçi, Sour üçün İlin Albomu və "Drivers License" üçün İlin Rekoru və İlin Mahnısı kimi namizədliklər əldə edib. == Həyatı == Oliviya İzabel Rodriqo 20 fevral 2003-cü ildə Kaliforniyanın Marrieta şəhərində anadan olub. Anası Cennifer müəllim, atası Kris isə ailə terapistidir. O, Kaliforniyanın Temekula şəhərində boya başa çatıb. Oliviya Filippin kökənlidir.
Oliviya Vayld
Oliviya Ceyn Vayld (ing. Olivia Jane Wilde; 10 mart 1984[…], Nyu-York, Nyu-York ştatı) — ABŞ aktrisası, fotomodeli və kino istehsalçısı.