Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qırmızıdöş kazarka
Qırmızıdöş qaz (lat. Branta ruficollis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin vəhşi qaz cinsinə aid heyvan növü. Status. Nadir, nəsli kəsilmək qorxusu altında olan, qışlayan növdür. Yayılması. Xəzər dənizinin Lənkəran sahillərində, az miqdarda Kür-Araz ovalığının su hövzələrində qışlayır. Əsas toplandığı yer Qızılağac körfəzidir. Yamal yarımadasından Xatanqa çayına qədər Sibirin tundra və meşə-tundralarında yuvalayır. Yaşayış yeri. Dəniz sahilləri, göllər, çayların mənsəbi.
Qırmızıdöş qaqar
Qırmızıdöş qaqar (lat. Gavia stellata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinin qaqar cinsinə aid heyvan növü.
Qırmızıdöş qaz
Qırmızıdöş qaz (lat. Branta ruficollis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin vəhşi qaz cinsinə aid heyvan növü. Status. Nadir, nəsli kəsilmək qorxusu altında olan, qışlayan növdür. Yayılması. Xəzər dənizinin Lənkəran sahillərində, az miqdarda Kür-Araz ovalığının su hövzələrində qışlayır. Əsas toplandığı yer Qızılağac körfəzidir. Yamal yarımadasından Xatanqa çayına qədər Sibirin tundra və meşə-tundralarında yuvalayır. Yaşayış yeri. Dəniz sahilləri, göllər, çayların mənsəbi.
Qırmızıdöş zəlicə
Qırmızıdöş zəlicə (lat. Oulema melanopus) — Yarpaqyeyən böcəklər fəsiləsinə (lat. Chrysomelidae) mənsub olub, dənli bitkilərin əsas zərərvericilərindən biridir. İlk dəfə 1758-ci ildə Karl Linney tərəfindən təsvir olunub. Oliqofaq növdür. Demək olar ki, bütün yabanı və mədəni dənli bitkilərlə qidalanır. Lakin buğda, arpa, çovdar və yulafa daha çox ziyan vurur. İldə bir nəsil verir. Qışı keçirmiş yetkin dişi fərdlər yumurtalarını qrup şəklində və ya tək-tək yarpağa qoyurlar. Yumurtalar silindr və ya şarşəkilli olub, parlaq sarı rəngdən başlayaraq tədricən tündləşir.
Qırmızıdaş (Çaldıran)
Qırmızıdaş (fars. قرمزداش‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 135 nəfər yaşayır (26 ailə).
Qırmızıdaş qalası
Qırmızıdaş qalası — Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Çalxanqala kəndindən şimalda arxeoloji abidə. Qala qərbdən sıldırım qayalarla əhatə olunduğundan təbii mühafizəyə malikdir. Qalanın az müdafiə olunan digər hissələri iri daşlardan hörülmüş müdafiə divarı ilə möhkəmlən dirilmişdir. Sahəsi 3150 m²-dir. Abidə AMEA Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası tərəfindən qeydə alınmışdır. Mədəni təbəqənin qalınlığı 0,5-1,5 metr arasındadır. Qala divarı düzbucaqşəkilli çıxıntılarla möhkəmlən dirilmişdir. Orijinal arxitekturaya malik olan qalanın tikinti texnikası Naxçıvanın qədim qalaları üçün xarakterikdir. Qalanın içərisindəki binalar qala divarına birləşik olub, divar boyunca inşa olunmuşdur. Binaların bəzisi qalanın mərkəzi hissəsindədir.
Qırmızıdaş-i Anbar (Çaldıran)
Qırmızıdaş-i Anbar (fars. قرمزي داش انبار‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Qırmızıdağ
Qırmızıdağ-1 (Qızıldağ)
Qırmızıbaş dalğıc
Qırmızıbaş qaraördək
Qırmızıbaş qaraördək (lat. Aythya ferina) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaraördək cinsinə aid heyvan növü.
Qırmızıbaş qumluqca
Qırmızıbaş qumluqca (lat. Calidris ferruginea) — Mələrcüllütlər fəsiləsinə aid quş növü.
Qırmızıbaş qırxbuğum
Qırmızıbaş qırxbuğum (lat. Polygonum persicaria) - qırxbuğum cinsinə aid bitki növü.
Qırmızıdağ (dağ)
Qırmızıdağ - Babək rayonu ərazisində dağ (hünd. 1004,2 m). Naxçıvan dağarası çökəkliyinin cənub-şərq qurtaracağındakı Nehrəm platosunun cənub-qərb kənarında zirvə. Nehrəm kəndindən 4,5 km cənub-şərqdədir. Orta Miosenin Tarxan regiomərtəbəsinin alt hissəsinə aid Çaşırdağ lay dəstəsinin vulkanogen süxurlarından təşkil olunmuş günbəzvari sıldırım yamaclı yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin cavan çöküntüləri ilə örtülmüş Culfa qalxımının şimal-şərq qanadında yerləşir.
Qırmızıgöl (Azərşəhr)
Qırmızıgöl (fars. قرمزي گل‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 269 nəfər yaşayır (61 ailə).
Qırmızıgöz ağacqurbağası
Qırmızıgöz ağac qurbağası (Agalychnis callidryas) — ağac qurbağaları (Hylidae) fəsiləsindən bir qurbağa növü. Kiçik ölçülərdə bir ağac qurbağasıdır, təxminən maksimum 7 sm ə kimi uzanluğa çata bilərlər. Kürək səthi yaşılın müxtəlif kölgələri və qarın səthi ağdır. Bu qurbağanın yan tərəfləri ilə şaquli ağ xətlər uzanır və narıncı rəngli ayaq barmaqları nın bud ,bazu hissəsi bənövşəyi və ya mavi rənglidir. Qarınlarındakı dəri daha yumşaq və elastikdir , arxalarındakı isə daha qalın və kobuddur. Karnivordurlar və , əksərən böcəklərlə bəslənərlər. Cırcırama , Diptera, çəyirtkə və güvələri qida rasionuna aiddir. Bəzən kiçik qurbağaları da yeyərlər.Yəni Hannibaldırlar. Zəhərli deyildirlər. Gözləri qaranlıqda işıldadığından P-Fosforla zəngin olduğu və yaxşı gördüyü aydındır.
Qırmızıdağ-1 (Qızıldağ)
Qırmızıdağ - Babək rayonu ərazisində dağ (hünd. 1004,2 m). Naxçıvan dağarası çökəkliyinin cənub-şərq qurtaracağındakı Nehrəm platosunun cənub-qərb kənarında zirvə. Nehrəm kəndindən 4,5 km cənub-şərqdədir. Orta Miosenin Tarxan regiomərtəbəsinin alt hissəsinə aid Çaşırdağ lay dəstəsinin vulkanogen süxurlarından təşkil olunmuş günbəzvari sıldırım yamaclı yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin cavan çöküntüləri ilə örtülmüş Culfa qalxımının şimal-şərq qanadında yerləşir.
Qırmızıdağ-2 (Qızıltəpə)
Qırmızıdağ-2 (Qızıltəpə) - Babək rayonu ərazisində dağ (hünd. 945,9 m). Naxçıvan dağarası çökəkliyinin cənub-şərq qurtaracağındakı Nehrəm platosunun cənub-qərb kənarında zirvə. Nehrəm kəndindən 3 km-dək cənub-qərbdədir. Orta Miosenin Tarxan regiomərtəbəsinin alt hissəsinə aid Çaşırdağ lay dəstəsinin vulkanogen süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin cavan çöküntüləri ilə örtülmüş Culfa qalxımının şimal-şərq qanadında yerləşir.