Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qara
Qara – rənglərdən biri. Ən tünd rəng olub işığın səthdən əks olunmaması yəni bütün işığın absorbsiyası nəticəsində yaranır. Soyuq, qəmli rəng hesab olunur və ağ rəngin, aydınlığın, işıq rəmzinin əksidir. Bir çox xalqlarda matəmi tərənnüm edir. Bu rəng geyimlərə ciddilik, rəsmilik verir. == Ümumi məlumat == Ağ rəngin əksi, müxalifi olan qara rəngin cəmiyyətdə, məişətdə daşıdığı məna, qoşulduğu sözlər bütün rənglərdəkindən çoxdur. Arxada qara rəngin kainatın quruluş modelində Yerin alt qatını bildirdiyini demişdik. Bu elə indinin özündə də belə düşünülür və həmin təsəvvür dilimizdə işlənən ifadələrdə də özünü qorumaqdadır: "Qara yerə girəsən", "Başını qara yer oğurlasın", "Qara yer otağın olsun", "Qaranlıq dünyanın qara küncündə qaralasan", "Qara qəbir evin olsun", "Qara qəbrin dar qazılsın", "Qara yerdə çürüyəsən". Sayını istənilən qədər artıra biləcəyimiz bu nümunələrdə qara rəngin yeraltı dünyanı – qaranlığı bildirməsi şəksizdir. Bundan savayı, bilavasitə mənəviyyatla bağlı "qaraüz"; tale təyinli "qara-bəxt", "qaragünlü", "qaraduvaq", "qaranişan"; xasiyyət əlamətli "qaradinməz", "qaraqabaq", "qaraniyyət", "qarayaxa", "qaragüruh"; cəmiyyətin aşağı təbəqəsinə aid edilən "qara camaat", "qara kütlə" və s.
Eyyub Qara
Eyyub Qara (ivr. ‏איוב קרא‏‎; 12 mart 1955) — İsrail siyasətçisi və ictimai xadimi. O, 15, 16, 18, 19 və 20-ci çağırış Knessetin üzvü olmuşdur. Qara 15-ci çağırışda Knessetin vitse-prezidenti vəzifəsində çalışmışdır. O, İsrailin 32-ci hökumətində Negev və Qalileyanın inkişafı üzrə nazir müavini vəzifəsində çalışmışdır. Qara 28 may 2017-ci ildə rabitə naziri vəzifəsinə təyin edilmişdir.
Hacı Qara
Yaşayış məntəqələriHacıqara (Quqark) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Quqark rayonunda kənd.
Həsən Qara
Sadıq Həsən oğlu Həsənzadə (1906, Bakı – 1979, Bakı) — aktyor, Azərbaycan SSR əməkdar artisti (1958). == Həyatı == Əməkdar artist olub. Gəncə teatrının qüdrətli xarakterlər ustası kimi şöhrət qazanıb. Otuz ılə yaxın Gəncə teatrında işləyib və yaşlı vaxtlarında Sumqayıt teatrında, "Azərbaycanfilm" studiyasında çalışıb. Gəncə teatrında ifa etdiyi əsas rollar: Elxan və Yanardağ, Uryadnik, Şərif və Aftil ("Od gəlini", "1905-ci ildə" və "Almaz", Cəfər Cabbarlı), Vəli ("Bahar", Məmmədhüseyn Təhmasib), Qurbanov, Mirzə Qərənfil ("Aşnalar" və "Xoşbəxtlər", Sabit Rəhman), Əbdək ("Nizami", Mehdi Hüseyn), Nüsrət ("Qatır Məmməd", Zeynal Xəlil), Montano və Yaqo ("Otello", Vilyam Şekspir), Hacı Qara, Xan ("Hacı Qara" və "Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Zeynəboğlu ("Vəfa", Rəsul Rza), Dev ("Məlik Məmməd", Əyyub Abbasov), Rzaqulu ("Hacı Fərəc", Nəcəf bəy Vəzirov), Şapur, Qacar ("Fərhad və Şirin" və "Vaqif", Səməd Vurğun), Xacə Süleyman ("Qərq edilmiş daşlar", İlo Mosaşvili), Ağasəlim ("Atayevlər ailəsi", İlyas Əfəndiyev), Tahir ("Xəyanət", Həsən Bicari və Qulamrza Cəmşidi), Qənbərov ("Günəş", Lütfəli Həsənov), Qulam ("Vicdan", Bəxtiyar Vahabzadə), Cjou Pu Yuan ("Tufan", Tsao Yuy), Əfrasiyab ("Səyavuş", Hüseyn Cavid), Cönendro ("Qanq qızı", Rabindranat Taqor), Tumacov ("Kişilər", Altay Məmmədov), Ömər ("Şücayət qəbul edilmir", Toktobolat Əbdülmöminov), Farsadan ("Tariyel", Məmmədəli Nəsirov), Sarvan ("Kəndçi qızı", Mirzə İbrahimov), komissar ("Anacan", Yusif Əzimzadə), Gəray bəy ("Komsomol poeması", İsgəndər Coşqun), Milton Sterlinq ("Sarı əlcək", Əfqan Əsgərov), Dərviş ("Nəsrəddin", Yusif Əzimzadə), Kazım ("Ürək yanarsa...", Teymur Məmmədov), Mark Tuysk ("Azmış oğul", Eqon Rannet), Yanar ("Ürək sevərsə... ", Əlyar Yusifli), Braun ("Üç qəpiklik opera", Bertolt Brext). == Filmoqrafiya == Azərbaycan naminə (film, 2005) Bayquş gələndə... (film, 1978) Bir cənub şəhərində (film, 1969) Biri vardı, biri yoxdu... (film, 1967) Dənizə çıxmaq qorxuludur (film, 1973) Dörd bazar günü (film, 1975) Firəngiz (film, 1975) Gecə söhbəti (film, 1971) Həyat bizi sınayır (film, 1972) Xoşbəxtlik qayğıları (film, 1976) İki dəfə iki (film, 1973) Qanun naminə (film, 1968) Qatır Məmməd (film, 1974) Qayınana (film, 1978) Qızıl qaz (film, 1972) Mezozoy əhvalatı (film, 1976) Nəsimi (film, 1973) O qızı tapın (film, 1970) Od içində (film, 1978) Putyovka (film, 1975) Səmt küləyi (film, 1973) Tütək səsi (film, 1975) Var olun, qızlar... (film, 1972) Yeddi oğul istərəm...
Maaday-Qara
Maaday-Qara - həcminə görə ən böyük – 7738 sətirdən ibarət Altay qəhrəmanlıq dastanıdır. Nəzm şəklindədir. “Maaday-Qara” mətnlərindən biri 1963-cü ildə S.S.Surazakovun A.Q.Qalkindən yazıya aldığı variant hesab edilir. İki hissədən ibarət olan dastanın birinci – giriş hissəsində Qara-Qula xanın qoca bahadır Maaday-Qaranın yurduna basqını və onu əsir aparmağından danışılır. İkinci – əsas hissədə Maaday-Qaranın dağda qoca qarı tərəfindən böyüdülmüş oğlu Köqüdey-Merqenin qəhrəmanlıqlarından bəhs olunur. Baş qəhrəmanın Köqüdey-Merqen olmağına baxmayaraq, dastan yaşlı atanın adı ilə yaranmışdır. Süjet quruluşuna, məzmununa görə belə adlanma genetik-tipoloji xüsususiyyət kimi özünü türk xalqlarının qəhrəmanlıq dastanlarında geniş səviyyədə göstərir. Buna səbəb ural-altay xalqlarının qədim ortaq inanclarına görə, əcdad kultunun tanrı qavrayışından sonra ən müqəddəs səviyyədə tutulmağı təsəvvürüdür. “Maaday-Qara”da qədim türk dastanlarına xas süjet tipi, poetika xüsusiyətlərinə, motvlərə, şamançılıq mifologiyası elementlərinə, kultlara çox rast gəlinir. Qeyd olunan ortaq cəhətlər nəticəsində V.V.Radlovun XIX əsrin ortalarında yazıya aldığı “Xan Pudey” və A.Q.Qalkinin “Maaday-Qara” dastanları arsında çox yaxınlıqlar var.
Qara Daş
Qara daş — Məkkədə Kəbə Evinin bir bucağında yerləşdirilmişdir. Müsəlmanlar bu daşın Cənnətdən endirildiyi inancındadırlar.
Qara Drin
Qara Drin (mak. Црн Дрим, alb. Drini i Zi) — Şimali Makedoniyada və Albaniyada çay. Mənbəyi Oxrid gölü olub, Şimali Makedoniyanın Struqa şəhərindən keçməklə Albaniyanın Kukes şəhəri yaxınlığında Ağ Drin çayı ilə birləşərək Drin çayını əmələ gətirir. == Ümumi məlumat == Çay Oxrid gölündən dəniz səviyyəsindən 695 metr hündürlükdən axır və göldən çıxan yeganə su mənbəyidir. Şimali Makedoniya ərazisində çay üzərində 2 böyük su anbarı tikilib: Qlobovise və Spile. Bənd üzərində SES fəaliyyət göstərir. Spile su anbarı Debar şəhərində Debar gölü ilə birləşir. Debar gölünə Qara Drinin əsas qolu olan Radika çayı tökülür. Su anbarından sonra Qara Drin bir neçə km Şimali Makedoniya ilə Albaniya sərhəddi boyu axaraq Albaniyanın Kukes və Dibra vilayətləri ərazisinə daxil olur.
Qara Dəniz
Qara dəniz (bolq. Черно море, ukr. Чорне море, rum. Marea Neagră, türk. Karadeniz, gürc. შავი ზღვა, abx. Амшын/Амшын Еиқәа, q.yun. Εὔξενος Πόντος, yun. Μαύρη Θάλασσα, lat. Pontus Euxinus) Krım yarımadası və Kiçik Asiya yarımadası arasında yerləşən daxili dəniz.
Qara Dərviş
Qara Dərviş (11 oktyabr 1990, Bakı) — azərbaycanlı musiqiçi. == Həyatı == Qara Dərviş təxəllüsü ilə tanınan Hikmət Poladzadə 1990-cı il 11 oktyabrda Bakıda pedaqoq ailəsində doğulub. Seyid Cəfər Pişəvəri adına fars təmaüllü gimaziyada orta təhsilini tamamladıqdan sonra ali təhsilini Azərbaycan Memarlıq və İnşaat Universitetində davam etdirən Qara uşaq yaşlarından musiqiyə böyük maraq göstərir. O, Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil almaqla yanaşı Bakı Musiqi Akademiyasında Opera vokal və Ümumi bəstəkaralıq dərsləri də almışdır. == Fəaliyyəti == Qara 2008-ci ildə dahi Azərbaycan şairi və filosofu İmadəddin Nəsiminin "Sığmazam", "İstəmə" qəzəllərinə olan bəstələrinin də yer aldığı ilk Demo proyektini dinləyicilərinə təqdim edir. Beləki, bu bəstələr Azərbaycanda və eləcə də dünyada metal janrının qəzəl ilə ilk sintezidir. 2010-cu ildə Sumqayıtda ilk solo konsertini edən Qara Dərviş, "Yuxu"-dan sonra Azərbaycanda dərin yuxuya getmiş roku yenidən oyadır. Elə həmin ildə Amerikanın məşhur qruplarından olan "Brazzaville" ilə eyni səhnəni paylaşaraq Azərbaycan rokunu təmsil edən Qara ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə üz tutur. 1 illik aradan sonra yenidən yaradıcılığa qayıdan Qara Dərviş bu dəfə sözləri Anara, bəstəsi Emin Sabitoğluya aid "İncəbellim"-i (Dədə Qorqud Dastanından – Bamsı Beyrəyin mahnısı) yenidən aranjeman və ifa edir. Dinləyiciləri arasında çox səs-küy salan ifadan sonra Qara 2013-cü ildə "TEDx Baku" layihəsində səhnə alır.
Qara Fatma
Qara Fatma (Fatma Səhər; 1888, Ərzurum, Ərzurum vilayəti – 2 iyul 1955, İstanbul) — Qurtuluş Döyüşü qəhrəmanı qadın Kürd əsgər, İstiqlal Medalı sahibi. == Həyatı == Qara Fatma ləqəbiylə tanınan Fatma Səhər xanım 1888-ci ildə Ərzurumda doğulmuşdur. Atasının adı Yusif Ağa, ərinin adı isə Dərviş Bəydir. Əri da əsgər (Mayor) olan Fatma Səhər xanım Ədirnədə yoldaşıyla birlikdə Balkan Hərbində fəaliyyət göstərirdi. Daha sonra isə öz ailəsindən 10-a yaxın qadını həvəsləndirərək I Dünya Müharibəsinə qatılmışdır. Həyat yoldaşı Dərviş bəyin Sarıqamışda şəhid olduğu xəbərini aldıqdan sonra məmləkəti Ərzuruma qayıdır. 1919-cu il gərgin günlərdə Mustafa Kamalla şəxsən görüşə bilmək üçün Sivasa gəlir. Milis Komandiri olaraq qərb cəbhəsində vəzifələndirilir. Aldığı talimatla İstanbula gedir, silah və adam qaçırma fəaliyyətlərində iştirak edir. İzmirin Yunan işğalına məruz qalması ilə İzmirə gedərək qurtuluş üçün döyüşür.300 adamdan çox komandası ilə I və II İnönü Müharibəsi, Sakarya Meydan Müharibəsi ilə Dumlupınar Meydan Müharibəsində vuruşur.
Qara Fətəliyev
Qara Hüseyn oğlu Fətəliyev — AMEA Zoologiya İnstitutu, biologiya elmləri doktoru, dosent, Parazitologiya laboratoriyasının müdiri. == Həyatı == Qara Hüseyn oğlu Fətəliyev 1940-cı ildə Azərbaycan Respublikası Cəbrayıl rayonunun Sarıcallı kəndində anadan olmuşdur. Atası Cəfərov Hüseyn Fətəli oğlu Kolxozda işləmiş, 1941-ci ildə Böyük Vətən Müharibəsinə getmiş, döyüşlərdə yaralanmış və aldığı yaradan vəfat etmişdir. Anası Kərimova Şahsoltan Həmzə qızı da uzun illər kolxozda işləmiş və 1998-ci ildə Cəbrayıl rayonunun Sarıcallı kəndində vəfat etmişdir. Qara Fətəliyev 1958-ci ildə Cəbrayıl rayonu Soltanlı kənd orta məktəbini, 1963-cü ildə Bakı Kənd Təsərrüfatı Texnikumunun Aqranomiya şöbəsini, 1971-ci ildə isə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Biologiya fakultəsini bitirmişdir. O, 1963-1966-cı illərdə EA (indiki AMEA) Botanika İnstitutunun Nəbatət bağında aqranom, baş aqranom, bağban və laborant, 1966-1969-cu illərdə Azərbaycan EA Kibernetika İnstitutunda bağban işləmişdir. Qara Fətəliyev 1969-cu ilin sentyabrında Azərbaycan EA Zoologiya İnstitutunda işə qəbul olunmuşdur. == Elmi fəaliyyəti == Qara Fətəliyev elmi fəaliyyətinin ilk illərində AMEA Zoologiya İnstitutunun Biometod laboratoriyasına baş laborant vəzifəsinə işə qəbul olunmuşdur (1969-1971). 1971-ci il sentyabrından Ekoloji parazitologiya laboratoriyasına baş laborant vəzifəsinə keçirilmiş, 1972-ci ildə kiçik elmi işçi, 1983-cü ildən böyük elmi işçi, 2008-ci ildən Helmintologiya laboratoriyasının müdiri, hal-hazırda Parazitologiya laboratoriyasının müdiri vəzifəsində çalışır. Q.H.Fətəliyev 1980-ci ildə "Azərbaycanın Kiçik Qafqazında və Mil-Qarabağ düzündə təsərrüfat əhəmiyyətli xəzdərili heyvan helmintlərinin yayılmasının ekoloji-faunistik xarakteristikası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
Qara Göl
AzərbaycandaQaragöl (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonunda göl. Qaragöl (göl, Kəlbəcər) — Kəlbəcər rayonu ərazisində şirin sulu, axarlı göl. Qaragöl — İsmayıllı rayonu ərazisində şirin sulu kiçik göl. Qaragöl (Zəngilan) — Azərbaycan Respublikasının Zəngilan rayonunda kənd.
Qara Hacılı
Qarahacılı (Balakən) — Azərbaycanın Balakən rayonunun inzibati ərazi vahidində kənd. Qarahacılı (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Qara Kitab
Qara kitab – ədəbiyyat üzrə Nobel mükafatı laureatı Orxan Pamukun 1990-cı ildə nəşr olan romanıdır. Ədibin 1985-1989-cu illərdə yazdığı "Qara kitab" özünün yazdığı kimi, "ilk türk dedektif romanı"dır. == Məzmunu == Romanın qəhrəmanı Qalib (Şeyx Qalib - XVIII yüzilliyin böyük sufi şairlərindən, Cəlaləddin Ruminin ardıcıllarından biri) İstanbulda məşhur jurnalist, kələkbaz, özgə sirlərinin araşdırıcısı, mürəkkəb təxəllüslərin həvəskarı olan əmisi oğlu Cəlal Saliki, xarici dedektivlərin vurğunu, qəflətən yoxa çıxmış uşaqlıq sevgisi, dostu, əmisi qızı, arvadı olan Röyanı (anası tərəfindən Məhəmməd peyğəmbərin nəslindəndir) qarlı bir qış günü axtarmağa başlayır. Uşaqlıq illərindən bəri yazılarını heyranlıqla oxuduğu yaxın qohumu, qəzetdə işləyən Cəlalın köşə yazıları bu axtarışda ona işarələr verəcək, yoldaşlıq edəcəkdir. Əmisi oğlunun iziylə gedən Qalib onun köhnə qeydlərində, şəhərin uşaqlıqdan hər ikisinə tanış olan guşələrində özünü axtarır, bununla da, Cəlalın obrazına girir, elə bil, onun yerini tutub yazıçı olur. "Niyə adamlar öz həyatlarını yox, kiminsə başqalarının həyatını istəyirlər?" – romanın əvvəlində özünə bu sualı verən Qalib axırda cavabı tapır: "İnsanın özü olması üçün yeganə vasitə - başqası olması, başqalarının tarixçələrində dolaşmasıdır". Cəlal da öz yazılarında hər şeylə birgə Mövlanənin, onun "üzünün və ruhunun güzgüsü" Şəms Təbrizinin sirrinə varmağa çalışır - Ruminin "Məsnəvi"si öldürülmüş Şəms Təbriziyə duyduğu kədərdən yaranıb. Oxucu bir yandan hər bacası, hər küçəsi, hər adamı başqa sirli aləmin əlamətlərinə çevrilən İstanbulda Qalibin axtarışlarını, rast gəldiyi adamları təqib edərkən, bir yandan da bu araşdırmaları ayrı-ayrı əlamətlərlə, qəribə əhvalatlarla tamamlayan Cəlalın köşə yazıları ilə qarşılaşır...
Qara Meşə
Qara Meşə (alman dilində Schwarzwald — "Qara Meşə") — Almaniyanın cənub-qərbində Baden-Vürtemberq torpağında yerləşir. == Coğrafiyası == Bu meşə Reyn çayının şimalından cənuba doğru geniş ərazini əhatə edir. Ən yüksək nöqtəsi 1493 m Feldberqdir. Burada çoxlu sayda bulaqlar, kurort zonası var. Bu Baden-Baden və ya Badenveylərdir. Bu zona mənbəsi Dunay çayı ətrafında yayılmışdır. == Tarixi == Antik dövrlərdə bura Abnob adlanırdı. Romalılar IV əsrdə buranı zəbt edir və həmin dövrdə Marciana Silva adlanır. 1516-cı ildə vəba xəstəliyi yayılmışdır. == Ədəbiyyat == Шварцвальд // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т.
Qara Mustafayev
Qara Teyfur oğlu Mustafayev (25 dekabr 1931 – 8 oktyabr 2018) — məşhur Azərbaycan alimi, biologiya elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin "Onurğalılar zoologiyası və bioekologiya" kafedrasının müdiri. == Həyatı == 25 dekabr 1931-ci ildə Kürdəmir rayonunda kolxozçu ailəsində anadan olub. 1954-cü ildə ADU-nun biologiya fakültəsini bioloq-zooloq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1954–1957-ci illərdə aspiranturada təhsil alıb. 1958-ci ildə elmlər namizədi (1958) və elmlər doktoru (1985) alimlik dərəcələrini və sonra professor elmi adını alıb. 1958–1960-cı illərdə AMEA-nın Zoologiya İnstitutunda elmi işçi, 1960–2018-ci illərdə Bakı Dövlət Universitetinin biologiya fakültəsində çalışmışdır. Bu müddətdə o baş müəllim, dosent, dekan müavini, dekan, professor vəzifələrində çalışıb, 1992-ci ildən "Onurğalılar zoologiyası və bioekologiya" kafedrasının müdiridir. Elmdə və təhsildəki xidmətlərinə görə o 30-dan çox tərifnamə, medal, fəxri fərman, diplom və digər mükafat və qiymətli hədiyyələrlə təltif olunmuş, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının akademiki seçilmiş və "Şöhrət Ordeni"nə layiq görülmüşdür. 3 övladı, 7 nəvəsi var idi. Qara Mustafayev 2018-ci il, 8 oktyabrda vəfat etmişdir.
Qara Məhəmməd
Qara Məhəmməd — Baharlılar sulaləsinin banisi olan Bayram Xocanın qardaşı oğlu Qara Məhəmməd 1380–1389-cu illərdə Qaraqoyunlu tayfa ittifaqının başçısı. == Həyatı və siyasi fəaliyyəti == Qara Məhəmməd Cəlairilərlə mövcud ziddiyəti aradan qaldırmaq məqsədilə Cəlairi Sultan Əhmədlə qohum oldu. Bu qohumluq hər iki tərəf arasında münasibətlərin yaxşılaşmasına kömək etdi. Vəziyyətdən istifadə edən Qara Məhəmməd mərkəzi Van olmaqla Qaraqoyunlu tayfa ittifaqı hakimiyyətinin əsasını qoydu. Sonradan Azərbaycanda öz hakimiyyətini yaymağa calışan Qara Məhəmməd bu qohumluğa əhəmiyyət vermədi və 1382-ci ilin sentyabrında böyük qoşunla Təbrizə hücum etdi. Şəhər ətrafında ciddi döyüşdə Qaraqoyunlu qüvvələri Cəlairi şahzadəsi Şeyx Əliyə qalib gəldi. 1384-cü ildə Qara Məhəmməd Mardin hökmdari Məcdəddin İsanın üzərinə yürüş etdi. Mardin hökmdarı müqavimət göstərmək istədi, lakin məğlub oldu və Qara Məhəmmədlə qohumluq münasibətləri yaratdı. Bunula da tərəflər arasında barışıq yarandı. 1385-ci ildə Qara Məhəmməd Mosul və Mardin arasındakı ərazinin sahibi olan Misir Xocanı Qahirəyə gondərək Sultan Bərqoqdan Suriyaya koçməyə razılıq aldı.
Qara Məşədiyev
Qara Məşədiyev (15 may 1939, Gədəbəy rayonu – 7 dekabr 2021, Bakı) — tanınmış dilçi alim, filologiya elmləri doktoru, professor. == Həyatı == Məşədiyev Qara İbrahim oğlu 1939-cu il may ayının 15-də Azərbaycan Respublikasının Gədəbəy rayonunun Göyəmli kəndində anadan olmuşdur. 1946-cı ildə Zamanlı kənd 7 illik məktəbinin 1-ci sinfinə daxil olub, 1956-cı ildə Çayrəsullu kənd orta məktəbini bitirib, 1958–1959-cu illərdə hərbi xidmətdə olub. 1959–1961-ci illərdə Bakı şəhərində 40 №-li evlər idarəsində işləyib. 1961–1966-cı illərdə Azərbaycan Pedaqoji Dillər İnstitutunda təhsil alıb. Təyinatla üç il 1966–1968-ci illərdə Gədəbəy rayonunun Maarif kənd səkkizillik məktəbində müəllim işləyib. Qara Məşədiyev 1968-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda çalışır. 1968-ci ildən 1989-cu ilədək Müasir Azərbaycan dili şöbəsində işləyib. 1968–1974-cü illərdə kiçik elmi işçi, 1974–1979-cu illərdə elmi işçi, 1979–1989-cu illərdə isə böyük elmi işçi vəzifəsində çalışıb. 1989–1992-ci illərdə Onomastika şöbəsinin, 1992–1998-ci illərdə Tətbiqi Dilçilik və Onomastika şöbəsinin müdiri işləyib.
Qara Namazov
Qara Namazov (azərb. Namazov Qara Mustafa oğlu‎; 8 may 1930, Əmirxeyir – 11 may 2016, Bakı) — tənqidçi-ədəbiyyatşünas, filologiya elmləri doktoru (1987), professor (1989), Bakı Dövlət Universitetinin "Dədə Qorqud" ETL-in rəhbəri, BDU-nun Mir Cəlal adına Klassik Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, Azərbaycan Respublikasının əməkdar müəllimi, qabaqcıl təhsil işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Aşıqlar Birliyi İdarə Heyətinin üzvü, "Şöhrət" ordeni laureatı. == Həyatı == Qara Namazov 8 may 1930-cu ildə Qazax qəzası Dilican rayonunun Əmirxeyir kəndində doğulub. 1939–1948-ci illərdə doğma kəndində və qonşu Gölkənd kəndində IX sinifə qədər təhsil almış, 1948-ci il deportasiyası ilə bağlı Ağstafaya köçərək Dağkəsəmən kəndində orta məktəbi bitirmişdir.Qara Namazov 1949–1950-ci illərdə ADPU-da təhsil alsa da, ordu sıralarına çağırılaraq (1951–1955) Abxaziyanın Suxumi şəhərində Aviatexnik məktəbdə oxumuş, sonra Türkmənistanın Nebit-Dağ şəhərində hərbi hissədə əvvəlcə təyyarə mühəndisi, sonra hərbi hissənin gizli şöbəsinin rəisi vəzifəsində işləmişdir. 1956–1961-ci illərdə Bakı Dövlət Universitetində təhsil alan Qara Namazov həmin illərdə yaradıcılığa şeirlə başlamışdır. İlk şeirləri "Sovet Ermənistanı" (1956), "Ədəbi Ermənistan", "Gənc qələmlər", "Aprel çiçəkləri", "Tər çiçəklər", "Gənclik nəğmələri", "Molodyoj Azerbaydjana" toplularında və qəzetlərində çap olunub. Onun Səməd Vurğunun ilk məhəbbətindən bəhs edən "Bir qərinədə" poeması da "Ədəbi Ermənistan" (1957) toplusunda işıq üzü görmüşdür. O, Yan Raynesin, Lesiya Ukrainkanın, Varvara Konstantinovnanın şeirlərindən nümunələri, 1902-ci ildə Şamaxıda baş verən zəlzələ haqqında Vladimir Şufun (Borey) "Şamaxının məhvi" ("Qibel Şamaxı" ("Salima") poemasını "Səlimə" adı ilə Azərbaycan dilinə çevirib geniş ön sözlə çap etdirmişdir. Qara Namazov 1962–1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutu Kitabxana və arxivinin direktoru işləməklə yanaşı, elmi yaradıcılığa da meyl göstərmişdir. O, 1965-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun şifahi xalq ədəbiyyatı şöbəsi üzrə qiyabi aspiranturasında təhsilini davam etdirmiş, 1968-ci ildə "Azərbaycan aşıq yaradıcılığı" (1920–1940-cı illər)" mövzusunda dissertasiya işi müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.
Qara Nuru
Qara Nuru (əvvəlki adları: Nikolayevka; Petropavlovka; Krasnoselski) — Azərbaycan Respublikasının Saatlı rayonu<nun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Saatlı rayonunun Krasnoselski kəndi Qara Nuru kəndi adlandırılmışdır.Kəndin adı 29 dekabr 1992-ci ilə qədər Krasnoselski olmuşdur. Kəndin keçmiş adlarından biri — Nikolayevka, rus çarı I Nikolayın şərəfinə qoyulmuşdu. Bu adın ona 1909-cu ildə verildiyi deyilir. Amma rusdilli əhalinin bura köçürülməsi 19-cu əsrin sonlarına təsadüf edir. == Əhalisi == Qara Nuru kəndi Saatlının ən iri yaşayış məntəqələrindən biridir. Əhalisinin sayı 2009-cu ildə 6258 nəfərdir. Sonrakı illərdə əhali sayı 7 min nəfəri keçmişdir. Əhalinin milli tərkibi də maraq doğurur. Kənddə azərbaycanlılardan başqa, az sayda Axısqa türkləri, ruslar, ukraynalılar, belaruslar da var.
Qara Nəsirov
Qara Eldəniz oğlu Nəsirov (5 yanvar 1999, Beyləqan rayonu – 8 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Qara Nəsirov 5 yanvar 1999-cu ildə Beyləqan rayonunda dünyaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanmışdır. Hərbi xidmət müddəti bitəndə mülki şəxs olaraq fəaliyyətini davam etdirmişdir. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Ordusunun əsgəri olan Qara Nəsirov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 8 noyabr 2020-ci ildə Şuşa şəhəri istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qara Nəsirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Qara Nəsirov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qara Nəsirov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Qara Qarabəyli
Qara bәy Qarabәyov və ya Qarabəyli (14 yanvar 1874, Şiştəpə, Yelizavetpol qəzası – 27 sentyabr 1953, Səmərqənd) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, İttihad Partiyasının və İttihad fraksiyasının sədri, ictimai xadim, həkim == Həyatı == Qara bəy Qarabəyov 1873-cü ilin yanvar ayının 14-də Yelizavetpol quberniyasının Yuxarı Ayıblı (indiki Şiştəpə)) kəndində İsmayıl ağa ilə Şeyda xanımın ailəsində anadan olmuşdur. Şəmkir alman-rus liseyini, daha sonra Tiflis klassik gimnaziyasını bitirmişdir. 1892-ci ildə Moskva Universitetinin Tibb fakültəsinə daxil olmuşdur. O, təhsilini H.Z.Tağıyevin hesabına alırdı. 1896-cı ildə "inqilabi" fəaliyyətinə görə bir il həbs cəzasına məhkum edilib, həbsdən sonra təhsilini Yuryev (Tartu) Universitetinin tibb fakültəsində davam etdirmişdir. 1899-cu ildə universiteti bitirdikdən sonra iki il Moskvada işləyib. 1901-ci ildə Bakıya qayıtdıqdan sonra şəhərdə ilk dəfə olaraq zöhrəvi xəstəliklərin müalicəsi üzrə kabinet açıb. === Repressiya === Aprel işğalından sonra Qara bəy Qarabəyli həbs edilərək Arxangelskdəki Solovki həbs düşərgəsinə göndərilib. Nəriman Nərimanovun xahişindən sonra Vladimir Leninin müdaxiləsi nəticəsində 1923-cü ildə həbsdən azad edilir. Moskvaya köçərək Rusiya fövqaladə komissarlığının xəstəxanasında həkim işləyib, Kreml xəstəxanasına rəhbərlik etmişdir.
Qara Qarayev
Qara Əbülfəz oğlu Qarayev (5 fevral 1918[…], Bakı, Bakı qəzası – 13 may 1982[…], Moskva[…]) — Azərbaycan-sovet bəstəkarı və pedaqoqu, Sosialist Əməyi Qəhrəmanı (1978), SSRİ xalq artisti (1959), Azərbaycan SSR xalq artisti (1958), Stalin mükafatı laureatı (1946, 1948), "Lenin" mükafatı laureatı (1967), SSRİ Ali Sovetinin IV–IX çağırış (1955–1976) deputatı, AMEA-nın akademiki. Qara Qarayev yaradıcılığında Nizami Gəncəvi, Səməd Vurğun, Rəsul Rza poeziyasıyla bərabər, Uilyam Şekspir, Aleksandr Puşkin və Ömər Xəyyam, Mixail Lermontov və Lope de Veqa obrazlarına müraciət etmiş, müasirləri olan Nazim Hikmət, Lenqston Hyuz, Vsevolod Vişnevski, Piter Abrahams kimi XX əsr sənətkarlarının əsərlərindən ilhamlanmışdır. == Həyatı == === Erkən illəri === Qara Qarayev 1918-ci il fevralın 5-də Bakı şəhərində məşhur həkim, təbabət professoru Əbülfəz Qarayev və Sona xanım Axundova-Qarayevin ailəsində anadan olmuşdur. Qara Qarayevin atası — əməkdar elm xadimi, Azərbaycanda ən öncül uşaq həkimi və Azərbaycan Demokratik Respublikası qurulanadək diaqnost, daha sonralar isə, nəzəriyyəçi kimi də böyük ad-san qazanmış, anası Sona xanım isə "Müqəddəs Nina" məktəbinin Bakı bölməsini bitirmişdi. O həm də fortepiano ifaçılığı təhsili almışdı.1925-ci ildə Qara Qarayev konservatoriya yanında musiqi məktəbində oxuduğu zaman pianoçu və pedaqoq Vladimir Mixayloviç Kozlov ilə tanış olmuşdu. Qara Qarayev V. M. Kozlovun Azərbaycandan çox-çox uzaqlarda tanınmasını yüksək qiymətləndirirdi. Bu haqda o belə demişdi: Qarayevin yaradıcılığında V. M. Kozlovun adı ilə bağlı əsərlərdən onun dünyadan köçdüyü 1960-cı ildə yazılmış və xatirəsinə həsr olunmuş violino ilə fortepiano üçün sonatanı göstərmək olar.1926-cı ildə Qara Qarayev Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbinə qəbul edilmişdir. 1930-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən Bakı musiqi fəhlə fakültəsinin fortepiano sinfinə (professor Georgi Şaroyevin sinfi) daxil olmuşdur. 1935-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində professor Leopold Rudolfun sinfində oxumuşdur. Təhsil müddətində professor Üzeyir Hacıbəyovdan Azərbaycan xalq musiqisinin əsasları üzrə dərs almışdır.
Qara Qartallar
Qara Qartallar (kor. ブラックイーグルス)) — Koreya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. 12 dekabr 1994-cü ildə yenidən yaradılmışdır. Uçuşlar üçün Cessna A-37 Dragonfly təyyarələri istifadə olunurdu. 2007-ci ildə komanda müvəqqəti ləğv olunmuş, 2010-cu ildə isə T-50 Golden Eagle təyyarələri ilə yenidə qurulmuşdur. == Tarixi == İlk komanda 1 oktyabr 1953-cü ildə yaradılmışdır. Uçuşlar üçün 4 ədəd North American P-51 Mustang təyyarəsi istifadə olunurdu. 1959-cu ildə bu təyyarələr Lockheed T-33 ilə əvəz olundu. 1 oktyabr 1959-cu ildə North American F-86 Sabre təyyarələr ilə uçan komanda yaradıldı və Mavi Qılınclar adlandırıldı. 1978-ci ildə komanda ləğv olundu.
Qara Qışlaq
Qaraqışlaq (Zəngibasar) Qaraqışlaq (Soyuqbulaq) Qaraqışlaq (Salmas) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanının Mərkəzi bəxşinin Ləkistan qəsəbəsində yerləşib. Qaraqışlaq — Qərbi Azərbaycanda (indiki Ermənistanda) kənd.
Qara-qala
Qaraqala — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Məmmədrza Dizə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qaraqala kəndi Məzrə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Məmmədrza Dizə kəndi mərkəz olmaqla, Məmmədrza Dizə kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == == Tarixi == === Tarixi abidələri === Qaraqala kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 15 kilometr şimalda, düzənlikdə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalisi taxılçılıq, heyvandarlıq, meyvəçilik və quşçuluqla məşğuldur. == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə Qaraqala kənd tam orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Qara qarğa
Qara qarğa (lat. Corvus corone) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinin qarğa cinsinə aid heyvan növü. == Təsnifat == Qara qarğa ilk olaraq Karl Linney tərəfindən XVIII əsrdə "Systema Naturae" işi çərçivəsində növ olaraq qeydə alınmışdır. Bu gündə növün lanın adı ilkin variantını qoruyur. Latın adı olan Corvus corone lat. corvus "quzğun" və q.yun. κορώνη "qarğa" sözlərinin birləşməsindən əmələ gəlmişdir. Boz qarğalar kimi Qara qarğalarda ayrıca yarımnövlərə sahibdir. Bununla belə bir mübahisə yaranır ki, Avrasiyanın şərqində yaşayan qarğalarla, avropanın qərbinmdə yaşayanlar arasında nə fərq vardır. Bəzən boz və qara qarğaları eyni növə aid edirlər.
Qoşma
== Ədəbiyyat == Qoşma (ədəbiyyat janrı) — ədəbiyyatda janr. == Dilçilik == Qoşma (köməkçi nitq hissəsi) — 5 köməkçi nitq hissəsindən biri.
Qoşayarpaq qoşma
Qoşayarpaq — Azərbaycan şeirinin nisbətən az işlənən növlərindən biri.Beş bəndlik qoşmadır. Birinci bəndi çarpaz (abab), qalan bəndləri isə qoşmada olduğu kimidir (vvvb, qqqb və i. a.). Əsas özünəməxsus xüsusiyyəti 2, 3, 4 və 5-ci bəndlərin ilk misrasının hərəsində iki həmqafiyə sözün işlənməsi və onların digər iki misrada da daxili qafiyə şəklində təkrar olunmasıdır.
Qoşma (dəqiqləşdirmə)
== Ədəbiyyat == Qoşma (ədəbiyyat janrı) — ədəbiyyatda janr. == Dilçilik == Qoşma (köməkçi nitq hissəsi) — 5 köməkçi nitq hissəsindən biri.
Tovma Artsruni
Tovma Artsruni (erm. Թովմա Արծրունի), Foma Artsruni (dəqiq təvəllüd və ölüm tarixi bilinmir ) — IX—X əsr erməni tarixçisi. == Həyatı və yaradıcılığı == Tarixçinin tərcümeyi-halı məlum deyil. Yalnız məlumdur ki, görkəmli feodal sülaləsi olan Artsrunilər nəslindən olub. IX əsrin ikinci yarısında – X əsrin birinci onilliklərində yaşayıb-yaratmışdır. Zamanəmizə qədər gəlib çıxmış «Artsruni xanədanının tarixi» əsərini 880-cı ildə yazmağa başlamış və 910-cu ilə qədər davam etdirmişdir. Tədqiqatçıların fikrincə, «Artsruni xanədanının tarixi» əslində iki ayrı-ayrı müəllifin qələminin məhsuludur. Ehtimal olunur ki, kitabın ilk hissəsi 261-ci səhifəyə qədər Tovma tərəfindən yazılmışdır, yerdə qalan (262-ci səhifədən 305-ci səhifəyə qədər) hissəni isə hansısa anonim müəllif əlavə etmişdir, hansı ki hadisələrin xronologiyasını 940-cı ilə qədər aparıb çıxarmışdır. == İstinadlar == == Ədəbiyyat == Thomas Artsruni. History of the House of Artsrunik.
Avtomatik təkrar qoşma
Avtomatik təkrar qoşma (ATQ) — müəyyən edilmiş müddətdən sonra açılmış açarı yenidən qoşan elektroavtomatika vasitələrindən biridir və birdəfəli, ikidəfəli və ya üçdəfəli ola bilər (bəzi müasir sxemlərdə səkkiz tsiklə qədər mümkündür). == Tətbiqi == Elektrik şəbəkələrindəki bütün zədələnmələri iki növə bölmək olar: dayanıqlı və dayanıqsız . Dayanıqlı zədələnmələrə, əməliyyat personalının və ya qəza xidməti briqadasının müdaxiləsinə ehtiyacı olan zədələnmələr daxildir. Bu cür zədələnmələr zamanla öz-özünə aradan qalxmır və zədələnmiş şəbəkə hissəsinin istismarı mümkün deyil. Bu cür zədələnmələrə xətlərin qırılmaları, xətt hissələrinin, EVX-nin dayaqlarının, elektrik aparatlarının zədələnmələri daxildir. Dayanıqsız zədələnmələr baş verdikdən sonra qısa bir müddət ərzində öz-özünə aradan qalxması ilə xarakterizə olunur. Bu cür zədələnmələr, məsələn, təsadüfən naqillərin bir-birinə toxunması zamanı baş verə bilər. Bu zaman yaranan elektrik qövsü ciddi ziyan vurmağa imkan tapmır, çünki qısaqapanma meydana gəldikdən bir müddət sonra dövrə rele mühafizəsinin təsiri ilə açılır. Təcrübə göstərir ki, dayanıqsız zədələnmələr bütün zədələnmələrin 50–90% -ni təşkil edir.Şəbəkənin açılmış hissəsinin gərginliyə qoşulması təkrar qoşma adlanır. Şəbəkənin bu hissəsinin işdə qalmasından və ya təkrar açılmasından asılı olaraq təkrar qoşma uğurlu və uğursuz olur.
Qoşma (ədəbiyyat janrı)
Qoşma janrı — aşıq yaradıcılığında çox geniş yayılmış janr. Hər bəndi dörd misradan, hər misrası on bir hecadan ibarət şeir şəklinə qoşma deyilir. Qoşma və gəraylının qafiyə sistemi eynidir. Üç, beş, yeddi bənddən ibarət olan qoşmaların birinci bəndinin I və III misraları sərbəst, II və IV misraları həmqafiyə olur. Digər bəndlərin ilk üç misrası bir-birilə, son misrası isə birinci bəndin son misrası ilə qafiyələnir: a b c b, ç ç ç b, d d d b, e e e b və s. Möhürbənd adlanan son bənddə şair öz təxəllüsünü söyləyir. Məsələn: Qoşmalar daha çox məhəbbət mövzusunda olsa da, ictimai-siyasi məzmunlu qoşmalara da rast gəlinir. Ayaqlı qoşma — aşıq musiqi–şeir yaradıcılığında ən geniş yayılmış janrlardan biri. Çox vaxt beş bənddən ibarət olur. Yazılı ədəbiyyatda Ş. İ. Xətai, M. P. Vaqif, M. V. Vidadi, Q. Zakir, S. Ə. Nəbati, S. Vurğun, O. Sarıvəlli, S. Rüstəm, B. Vahabzadə kimi şairlər qoşma janrından istifadə etmişlər.
Qoşma (nitq hissəsi)
Qoşma — ismin adlıq, yiyəlik, yönlük və çıxışlıq hallarına qoşularaq müəyyən məna çaları yaradan köməkçi nitq hissəsidir. Qoşmanı başqa köməkçi nitq hissələrindən fərqləndirən əsas cəhətlərdən biri onun qoşulduğu sözlə birlikdə cümlə üzvü olmasıdır və şəkilçi qəbul etməsidir. Həmçinin qoşmalar qoşulduğu sözlə cümlə üzvü olur və qoşma kimi qalır. == Qoşmanın məna növləri == Birgəlik, vasitə – ilə (-la, -lə), -ca (-cə) Zaman – əvvəl, qabaq, sonra, bəri. Məsafə – kimi, qədər, -dək, -can² İstiqamət – sarı, tərəf, doğru, qarşı. Bənzətmə – kimi, qədər, tək, təki, -ca. Fərqləndirmə –özgə, başqa, savayı, qeyri, əlavə. İstinad – görə, əsasən, istinadən Səbəb-məqsəd – üçün, ötrü, görə, uğrunda, naminə, sarı. Aidlik – aid, dair, məxsus, xas, haqqında, haqda, barədə. == Qoşmaların sinonimliyi == kimi, qədər, -dək, -can2; məsafə qoşmaları kimi, tək; bənzətmə, müqayisə mənasında əvvəl, qabaq; zaman mənasında tərəf, doğru, sarı; istiqamət mənasında -ca, qədər, kimi, -tək; bənzətmə mənasında -ca, ilə: birgəlik, vasitə mənasında və s.
Para Para
Para Para(yap: パラパラ) Yaponiya mənşəli bir qrup rəqsidir. Para Para, 1980-ci illərdən başlayaraq, Avropada İtalo-disko və Avro diskonun satılmağa başladığı dövrdən mövcud olmuşdur. Para Para və Avrobit bir-biri ilə sıx əlaqədədir. Avrobit sənətkarı Deyv Rocers, Para Para'nı Avrobitə qulaq asarkən rəqs edilə biləcək və əsasən çox cəld olan bir rəqs növü olaraq qeyd etmişdir.
Qara qovaq
Qaraqovaq — (lat. Populus nigra L.) — Söyüd fəsiləsinə adi bitki növü. == Ümumi yayılması: == Qafqaz Gürcüstan, Rusiyanın Avropa hissəsi, Qazaxıstan, Qərbi Avropa, Kiçik Asiya, İran və Şimali Amerikada təbii аrеаlı vаrdır. Azərbaycanda yаyılmаsı: Qubada, Naxçıvan MR-nın dağ və düzən yer-lərində, Diabar, Samur Dəvəçi ovalığı, St.yaylası, Alazan-Əyriçay çökəkliyində, Kür-Araz düzənliyi və ovalığında təbii hаldа yаyılmışdır. == Stаtusu: == Azərbaycanın nadir bitkisidir. LC. == Bitdiyi yеr: == Arandan başlayıb оrtа dаğ qurşağına qədər tuqay mеşələrində, çаy sаhili bоyuncа rast gəlinir. == Təbii еhtiyаtı: == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri: == İri, hündürlüyü 25–30 m-ə çаtаn еnli çətirli аğаcdır. Budаqlаrı gövdəsindən аrаlı dаyаnır. Gövdələrinin qаbığı qаlın, tündbоz rəngdə, üzərində çаtlаr vаrdır.
Dolma
Dolma və ya sarma — Geniş yayılmış xörək növlərindən biri olan dolmanın Azərbaycan mətbəxinə 30-dan çox növü məlumdur. == Dolmanın etimologiyası == Dolma sözü dilimizdə iki sözdən əmələ gəlib. Birinci dolmaq, doldurmaq felindəndir ki, bu da içərisi doldurulan pomidor, istiot, badımcan, heyva, soğan və s. dolmalardır ki, bu ad onların hazırlanma texnologiyaları ilə üst-üstə düşür. İkinci söz "dolamaq" felindəndir ki, bu da yarpağı içliyə dolamaqdan irəli gəlir. Bunlar kələm, üzüm yarpağı, fıstıq (pip) yarpağı, əvəlik yarpağı və s. bu kimi yarpaqlardan hazırlanan dolmalardır. Bu tip dolmalara Türkiyə türkcəsində "sarma" da deyirlər ki, bu da "dolmaq" feli ilə dilimizdə də eyni məna daşıyan "sarımaq", yəni bükmək felindədir. Qeyd edək ki, Azərbaycanın regionlarında eyni adlı dolmalar müxtəlif üsulla bişirilə bilir. Məsələn, kələm dolması Gəncədə sadə bişirilirsə, Şəkidə ona şəkər, Naxçıvanın bəzi kəndlərdə şabalıd qatılır .
Donma
Donma — dəri, dərialtı və daha dərin toxumaların soyuğun təsirindən yerli zədələnməsi. Donmalar zamanı toxumaların nekrozu soyuğun bilavasitə təsiri ilə deyil, yerli qan dövranının və innervasiyanın pozulması ilə şərtlənir: reaktivliyə qədərki dövrdə kapilyarların və kiçik arteriyaların spazmı, reaktiv dövrdə isə onların parezi, yerli qan dövranının zəifləməsi, qan damarlarında staz, kiçik damarlarda tromboz proseslərinin inkişafı. Sonralar damar divarında morfoloji dəyişikliklər başlayır: endotelin şişməsi, endotelial hüceyrələrin plazmatik hüceyrələr tərəfindən hopulması, nekrozun əmələ gəlməsi və sonra həmin nahiyənin çapıqlaşması və daha sonra damarların tutulması.Beləliklə, donma zamanı toxumaların nekrozu ikincilidir və onun inkişafı donmanın reaktiv fazasında da davam edir. Keçirilmiş donma nəticəsində damarlarda baş verən dəyişikliklər sonralar damarların obliterasiyaedici xəstəlikləri və trofik dəyişikliklər üçün zəmin yaradır. == Donmaların klinik gedişində iki dövr ayırd edilir == Reaktivliyə qədərki (gizli yaxud hipotermiya) dövrü. Reaktivlik dövrü (toxumaların isidilməyə başladığı andan sonrakı dövr).Reaktivliyə qədərki (gizli) dövrdə toxumalar hipotermiya vəziyyətində olurlar, belə ki, hələ soyuğun təsiri davam edir. Bu dövrdə klinik əlamətlər nəzərəçarpacaq dərəcədə aydın olmur: dəri avazımış, yaxud sianotik olur, əllədikdə soyuqdur və hissiyyat ya azalıb, ya da itmişdir. Bəzi hallarda ilk saatlarda spesifık soyuqluq hissiyyatı, iynəbatırma, göynəmə və paresteziyalar (ağrı hissiyyatının təhrif olunmuş formaları) qeyd edilir. Bu dövrdə donmaların dərəcəsini və sahəsini düzgün təyin etmək qeyri-mümkündür. Gizli (reaktivliyə qədərki) dövr nə qədər çox davam edərsə, toxumalar bir o qədər daha çox zədələnirlər.
Doqma
Doqma, və ya doqmat (q.yun. δόγμα, δόγματος "rəy, qərar, hökm") — kilsənin təsdiqlədiyi doktrinanın mövqeyi, tənqidə (şübhəyə) məruz qalmayan məcburi və dəyişməz bir həqiqəti elan etmə ifadəsi. == "Doqma", "doqmat" ifadələrinin istifadə tarixi == Tarixdə "doqma" ifadəsinin bu terminin müasir anlayışından fərqli olaraq müxtəlif mənalarda işlədildiyi dövrlər olmuşdur. Qədim ədəbiyyatda, Siseron tərəfindən, doqma sözü, ümumiyyətlə məlum olduğu üçün inkaredilməz bir həqiqət mənasına sahib olan belə təlimləri ifadə edirdi. Origen və St. Isidore, Sokratın bəzi nəticələrini adlandırdı. Platon və Stoiklərin təlimlərinə "dqma" da deyilirdi. Ksenofona görə, "doqma" həm komandirlərin, həm də adi əsgərlərin hamının mübahisəsiz itaət etməli olduğu bir əmrdir. Herodianın "doqma" sında Senatın tərifi yer alır və bütün Roma xalqı sorğu-sualsız itaət etməlidir.Bu məna 70 tərcüməçinin yunan dilində tərcüməsində bu mənanı qoruyub saxladı, burada Daniel peyğəmbər, Ester, Makkabi peyğəmbərinin kitablarında δόγμα kəlməsi dərhal icra edilməli olan bir kral fərmanından və hər mövzu üçün qeyd-şərtsiz məcburi olan bir kral və ya dövlət qanunundan bəhs edir.Yeni Əhdi-Cədiddə, Luka İncilində δόγμα, Sezarın Roma İmperiyası əhalisini siyahıya alma əmrini göstərir (Luka 2: 1) Müqəddəs Aktlarda Həvarilər "doqmalar" — kral qanunları. Kolosyalılara və Efeslilərə göndərilən məktublarda Musanın İlahi nüfuza sahib olan qanunları "doqmalar" dır.Nəhayət, Həvarilərin İşləri Kitabında (Həvarilərin İşləri 15: 20–28) ilk dəfə δόγμα sözü kilsənin üzvlərinin hər biri üçün mübahisəsiz səlahiyyət sahibi olmalı olan təriflərini ifadə edir.
Dovğa
Dovğa — Azərbaycanın milli yeməyi. == Tərkibi == Qatıq - 200q, xama - 40q, yumurta 1 əd., un - 8q, düyü - 20q, göy soğan - 18q, ispanaq - 40q, keşniş, şüyüd, kəvər - 30q, nanə - 15q, kərövüz - 10, duz. == Hazırlanma qaydası == Dovğa hazırlamaq üçün qatıq və xama un ilə çalınır, üzərinə yumurta və düyü əlavə edilir. Qatıq çürüməsin deyə, kütləni arası kəsilmədən bir qaydada bulaya-bulaya qızdırırlar. Qaynadıqdan sonra üzərinə narın doğranmış göyərti və duz töküb hazır olana qədər bişirirlər. Dovğa ətli və ətsiz hazırlanır. Ətli dovğa bişirmək üçün ayrı qazanda əvvəlcədən isladılmış noxud qaynadılır, ət qiyməsindən xırda küftələr hazırlanır və noxudla birlikdə hazır olana kimi bişirilir. Sonra bişmiş noxud və küftələr əsas dovğa ilə qarışdırılır.
Forma
Forma (yun. μορφή, lat. forma — qəbul edilmiş normativ xarici ölçü, görünüş. Forma (fəlsəfə) — materiyaya aid olan, məzmun anlayışına əks olan fəlsəfi kateqoriya. Forma (predmet) — predmetin konturlarının cizgisi. Forma (paltar), uniforma (lat. uniformis — ümumilik) — stilinə, tikilişinə, rənfinə, parçasına görə eyni olan vahid müəssisə geyimi. == Həmçinin bax == Format FormulyarForma – [lat. forma – görünüş, forma] 1)əşyanın xarici görünüşü, şəkli; 2)hər hansı bir şeyin onun məzmunu ilə müəyyənləşən görünüşü, nümunəsi, tipi, quruluşu, qurulma sistemi; 3)məcazi mənada: zahirən görünən, formallıq; 4)hər hansı bir şeyin nümunəsi, şablonu, qaydası; 5)əşyalara müəyyən formanın verilməsi üçün vasitə; 6)müəyyən edilmiş nümunədə paltar; 7)bədii əsərin növü, janrı, təsvir vasitələri və üsulları; 8)dilçilikdə qrammatik mənanın ifadə edilməsi; 9)zahiri görünüş; 10)quruluş, struktur; 11)ülgü, biçim, şablon, nümunə; 12)riyaziyyatda bütün hədləri eyni dərəcəli olan çoxhədli, formalar nəzəriyyəsi, cəbri həndəsə, ədədlər nəzəriyyəsi, diferensial həndəsə, riyaziyyatın başqa sahələrində və mexanikada işlədilir; 13)tip, quruluş, təşkilat sistemi; struktur; 14)rənginə, biçiminə və başqa əlamətlərinə görə müxtəlif kateqoriyalara mənsub şəxslər üçün vahid paltar tipi; rəsmi paltar, geyim. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova.
Qamma
Qamma - yunan əlifbasının üçüncü hərfi. Foton şüalanması bu hərflə işarələnir. Betadan sonra gələn hərfdir.
Qayma
Qayma- (rus. глыба, ing. block, massiph) 1) yer qabığının qırılmalarla ayrılmış hissəsi olub, digər sahələrdən quruluşuna, şaquli tektonik hərəkətlərin sürəti və istiqamətinə görə fərqlənir. Qalxmış Q.-horstlar, enmiş Q. – qrabenlərdir; 2) eni və uzunluğu bir neçə yüz metr, qalınlığı on metrlərlə olan ekzotik və yaxud buzlaq vasitəsilə qopardılmış (ayrılmış) belə Q. Buz-laqlar vasitəsilə ilkin yerlərindən 100 km-lərlə məsafəyə aparılır; 3) diametri 1 metrdən böyük olan süxur parçaları.
Qazma
Qazma — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. Kənd əhalisinin məşğuliyyətləri — Fındıq, Qoz, Qarğıdalı yığımı, maldarlıq, arıçılıq, Tütünçülük (son illərdə az sayda). == Tanınmışlar == Elnur Qebedov Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Vətən Müharibəsi Qəhrəmanı. == Təhsil == Qazma 1 saylı kənd tam orta məktəbi — Məktəbdə 1–11 siniflərdə olmaqla 400-ə yaxın şagird təhsil alır. == Din == Kənddə "Cümə" məscidi dini icması fəaliyyət göstərir.
Qelma
Qelma (ərəb. قالمة‎) — Əlcəzairin şimal-şərqində şəhər. Eyniadlı vilayətin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin şimal hissəsində, Saybuz çayının sağ sahilində, dəniz səviyyəsindən 256 metr yüksəklikdə yerləşir.Qelma ölkənin paytaxtı Əlcəzairdən təxminən 390 kilometr şərqdə yerləşir. == Əhalisi == 2008-ci il əhalinin siyahıya alınmasına əsasən, əhalisi 120,847 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Ən yaxın hava limanı Ənnabə şəhərində yerləşir.
Qodman
Qodman — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Qodman kənd inzibati ərazi dairəsi tərkibindəki Qodman kəndinin ərazisindən 41,33 ha (bundan bələdiyyə mülkiyyətində olan 1,0 ha və xüsusi mülkiyyətdə olan 40,33 ha) torpaq sahəsi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir. == Toponimiyası == Qodman kəndinin adı talış dilindəki "ğıdımon" - sözündən olub, mənası "gəlmələr" deməkdir. Kəndin əsasını aşağıbaşlılar (kəndin şərq hissəsi) qoymuşlar. Onlar bir neçə nəsildir və Lerik, Lənkəran bir də İrandan köçüb gəlmişlər. Qodman kəndinin tən ortasından bir küçə keçir ki, həmin küçənin qərbində seyidlər yaşayır. Onlar Məmmədrzakücə kəndindən buraya son zamanlar gəliblər. == Əhalisi == 1859-1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Lənkəran qəzasının Sığdaş və bu kənd sakinlərinin yeni saldıqları Qodman kəndində cəmi 57 evdə etnik talışlardan ibarət 339 nəfər (205 nəfəri kişi, 134 nəfəri qadın) şiə təriqətli müsəlman əhali yaşayırdı. Hazırda kənd əhalinin sayı 1255 nəfərdir.
Qovlar
Qovlar — Azərbaycan Respublikasının Tovuz rayonunun Qovlar şəhər inzibati ərazi dairəsində şəhər. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Qovlar qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Qovlar qəsəbəsinə kənd statusu verilmiş, Qovlar qəsəbə inzibati ərazi dairəsi Qovlar şəhər inzibati ərazi dairəsi hesab edilmişdir. == Toponimikası == == Tarixi == Tovuz rayonunda ikinci şəhər olan Qovlar rayondan Bakı şəhəri istiqamətində hərəkət edərkən Tovuz çayı körpüsünü keçdikdən sonra təxminən 4–5 km uzaqlıqda yolun sağ tərəfində yerləşir. Qovlar qəsəbəsi öz yerləşmə mövqeyinə və infrastruktur imkanlarına görə Tovuz rayonunun iqtisadi göstəricilərində son dərəcə mühüm və həlledici rol oynamışdır. Qovlar şəhər sakinlərinin də əsas fəaliyyət növü rayonun digər yerlərində olduğu kimi əkinçilik, maldarlıq və üzümçülükdür. Şəhərdə məktəblər, uşaq baxçaları ,xəstəxana, klinika və digər sosial təyinatlı obyektlər mövcuddur. Azərbaycan dəmiryol qovşağının Gürcüstan-Ermənistan xətti üzərində yerləşən Qovlar stansiyası Tovuz rayon dəmiryol qovşağının yük daşımaları sahəsində əsas stansiyası sayılır. === Tarixi abidələri === Şəhərdə Qədim Göytəpə yaşayış məskəni (Neolit dövrünə aid) yerləşir == Coğrafiyası və iqlimi == Şəhər rayon mərkəzindən 12 km uzaqlıqda yerləşir. == Əhalisi == === Şəhidləri === Həsənov Xətai Xaliq oğlu (2001-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Vəliyev Nurlan Habil oğlu (1994-2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Qovun
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Kovğa
Kovğa — təndirdə çörəkbişirmə işlərində istifadə edilən, dəmir materialdan hazırlanmış, bir ucu qarmaqşəkilli alət. Qulpunun uzunluğu 70-80 sm olan kovğanın digər ucu ərsin olur. Təsadüfi hallarda isə koğa ayrı, ərsin də ayrı hazırlanır. Kovğadan bir çox kəndlərimizdə hal-hazırda da geniş istifadə olunur ki, bu da həmin alətlərin Azərbaycan xalqının məişətində uzun müddət işlədildiyini göstərir.
Koxma
Koxma (rus. Кохма) — Rusiya Federasiyasında yerləşən şəhər, İvanovo vilayətinə daxildir.
Norma
Norma (lat. norma — hərfi tərcümə "bucaqlıq", mənaca "qayda") — fəaliyyət sahəsinin sərhədlərini göstərən tənzimləyici qayda. Norma anlayışı həmişə şərtidir, məqsəddən asılı olaraq norma həddi müxtəlif ola bilər. Norma hərəkət, inam və hissdir. Hər bir fəaliyyətin və qaydanın norması olmalıdır.
Poema
Poema — İri həcmli nəzm əsəri poema adlanır. Poemada, adətən, müəyyən bir hadisə və ya əhvalat təhkiyə üsulu ilə təsvir olunur, lakin poemada təsvir olunan hadisələrin gedişində lirik lövhələrə də geniş yer verilir. Məsələn, Füzulinin "Leyli və Məcnun" poemasında hadisələr əsas qəhrəmanların həyatı ilə bağlı vahid bir sujet əsasında inkişaf edir, lakin poemada qəhrəmanların daxili aləminə uyğun lirik şeirlər də verilmişdir. Beləliklə, poemada hadisənin epik təsviri ilə lirik tərənnüm üzvü surətdə birləşir. Hadisələrin epik təsvirinə geniş yer verilən poemalar epik-lirik əsər adlanır. Lirik düşüncələrin üstünlük təşkil etdiyi əsərlərə isə lirik-epik əsər deyilir. Məsələn: Nizaminin "Xosrov və Şirin", Ş. İ. Xətainin "Dəhnamə", M. Füzulinin "Leyli və Məcnun" poemaları epik-lirik, M. F. Axundzadənin "A. S. Puşkinin ölümü haqqında Şərq poeması" şeiri, S. Vurğunun "Bəsti", H. Arifin "Yolda","Dilqəm", H. Cavidin "Azər" poemaları lirik-epik növə aiddir.
Qovurma
Qovurma (qırğ. куурдак; qaz. қуырдақ/Qýyrdaq; türkm. gowurdak; uyğ. قورداق/қордақ/qordaq; özb. qovurdoq; monq. Хуурдаг; türk. kavurma; hind क़ोरमा; urdu قورمہ; benq. কোরমা; fars. قورمه‎) — Azərbaycan, Mərkəzi Asiya, Türkiyə, Bolqarıstan, Pakistan, Hindistan və İranda mətbəxlərinə aid olan xörək.
Gavia
Qaqar (lat. Gavia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinə aid heyvan cinsi. 5 növü var.
Gövdə
Gövdə — hər hansı mühitdə olursa-olsun (torpaq üstündə, torpaq altında, suda), üzərində normal və ya metamorfoziyaya uğramış halda olan, qoltuqlarında tumurcuq yerləşən orqandır. Ağacların və otların bir, kolların isə bir neçə gövdəsi olur. Yürüstü gövdənin vəzifəsi: yarpaqların əlverişli bir surətdə düzülməsi və bitkinin böyük sahə tutmasını təmin etmək, kök və yarpaqlar arasında hərəkət edən maddələri nəql etmək, cinsi və qeyri-cinsi çoxalmanı təmin edən orqanları əmələ gətirməkdən ibarətdir. Gövdə bitkilərin ehtiyat qida maddələrinin toplanması üçün əksər hallarda anbar vəzifəsini, maldili, ruskus, qulançar və sairədə isə yarpaq vəzifəsini görür. Bəzi bitkilərdə (dəvətikanı, göyəm, nar, yemişan və s.) gövdənin bir hissəsi tikana çevrilərək müdafiə, digərlərində (tənəkdə, qabaqkimilərdə) dırmanma vəzifəsini görür. Gövdələr formalarına görə müxtəlif olur: silindrşəkilli üçtilli dördtilli çoxtilliƏksərən gövdələr silindrşəkilli olur, məsələn, taxıl, yonca, pambıq və sairənin gövdələri kimi. Bəzilərində isə üçtilli və dördtilli olur, məsələn, cillərdə, dodaqçiçəklilərdə olduğu kimi. Çoxtilli olan gövdələr də vardır. Məsələn, bəzi maldili, günəbaxan, kəndalaş və sairədə olduğu kimi. Nadir hallarda gövdə yastı olur, məsələn, yastı maldilində olduğu kimi.
Qovan
Qovan (ing. Govan) — Qlazqo şəhərinin rayonu.
Qovaq
Qovaq (lat. Populus L.) — Söyüd fəsiləsindən bitki cinsi. === Yalançı ağqovaq — P.pseudonivea === Boyu 35 m. diametri 80 sm olan genişçətirli iri ağacdır. Uzanmış zoğlarının yarpağı hibrid qovağının yarpağına oxşayır. Qısa zoğlarının yarpaqları alt tərəfdən ağ və ya bozumtul-ağ rəngdə olub, sıx keçətükcüklüdür, üstdən seyrək tükcüklüdür, yumurtavari rombəşkillidir, kənarı dilimli və dişlidir, ucdan sivriləşmişdir. Dişicik sırğalarının oxu tükcüklüdür. Mart-aprel aylarında çiçəkləyir. Toxumu may-iyun aylarında yetişir. Qafqazda yayılıb.
Qovuç
Qoğuç - türk, yakut, qırğız və altay şamanizmində Şeytan çıxarma, Cin qovma, Şeytan qovalama (eksorsizm) mənalarını verən bir sözdür. Pis ruhların kənarlaşdırılması əməliyyatıdır. Qərb xristianlığında şeytan çıxarma əməliyyatı işgəncə də daxil hər cür üsulu mübah qəbul etmişdir və orta əsrlər bu tip proqramlara səhnə olmuşdur. Ancaq şamanist ənənədə isə belə hadisələr görülməz. Ruhları görüb insanlardan uzaqlaşdıra bilən kəslərə Qovucu/Quvuçu/Kuvucu/Kuğuçu/Kuğunçu deyilir. Pis ruhu bir dəfə tutan adam qovucu olmağa haqq qazanmış deməkdir. Söz, "qovmaq" feli ilə əlaqəlidir. Şaman tərəfindən cin dəyən adamın üzünə soyuq su səpilərək "qovuç, qovuç!" deyə müraciət ediləcəkdir. Üzərlik və öd ağacları yandırılaraq tütsü edilər, bununla xəstə və olduğu oda tütsülənir. "Qovuz" sözcüyü də cin vurmasına qarşı edilən efsun, üfürün, urasa kimi mənalara gəlir.