Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Letoon
Letoon (q.yun. Λητῶον) ― Likiyada, qədim şəhər Ksantos yaxınlığında Letoya həsr olunmuş ziyarətgah. Bura bölgədəki ən əhəmiyyətli dini mərkəzlərdən biri olmuşdur. Ziyarətgah Türkiyənin Muğla ilinin Fethiye rayonunda, Kumluova kəndinin cənubunda yerləşir. Letoon Ksantos çayı boyunca yerləşən eyniadlı şəhərin təxminən dörd kilometr cənubundadır. Abidə 1988-ci ildə Ksnatos ilə birlikdə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Tarix == Heç vaxt tam məskunlaşılmış yaşayış yeri olmayan, sadəcə dini bir mərkəz olaraq qalan ərazidəki arxeoloji tapıntılar eramızdan əvvəl VI əsrin sonlarına aiddir. Bu, Likiyada dördüncü əsrin əvvəllərində başlayan Yunan mədəni hegemonluğundan əvvəl idi. Ksantus vadisində Apolloya erkən pərəştişin olması tarix və ya arxeologiya baxımından təsdiqlənilməsə də, iddia hər ikisi "Likus" adlı şəxslə bağlı iki mifdən qaynaqlanmışdır. Ərazinin müqəddəsliyi Appianın VI Mitridatla əlaqəli yazdığı lətifə ilə əlaqəlidir.
Retro
Retro ( lat. Retro «geriyə», «geriyə yönəlmiş») — mədəni və maddi dəyər kəsb edən, gündəlik həyatda az rast gəlinən, köhnə əşyaları və ya halları xarakreiska etmək üçün abstrakt bədii-tarixi termin. «Стиль ретро» в Интерактивной Энциклопедии современного языка Жаргон.
Sintiya Rotrok
Sintiya Enn Kristin Rotrok (ing. Cynthia Ann Christine Rothrock, Delaver ştatı, Uilminqton şəhəri, ABŞ, 8 mart 1957) – Amerikalı aktrisa, prodüser və döyüş sənətləri ustasıdır. Sintiya Rotrok 1957-ci ildə ABŞ-nin Delaver ştatında anadan olmuşdu. Pensilvaniyada (Skrepton şəhəri) yaşamışdı. 13 yaşında idmanla məşğul olmağa başladı. Onun böy ölçüsü cəmi 160 sm-dir. Buna baxmayaraq Sintiya 1981-1985-ci illər arası məğlub olmadan beş dəfə karate üzrə dünya çempionu olmuşdur. Bu illər ərzində çin və koreyanın döyüş sənətləri üzrə altı qara kəmərə sahib olmuşdur. Sintiya Rotrok müxtəlif silahlarla döyüşə bilir. Onun ən sevimli silahı qarmaqlı qılıncdır.
Retro Gamer
"Retro Gamer" — Birləşmiş Krallıq aylıq videooyun jurnalı. "Future plc" tərəfindən nəşr olunur. Fərdi kompüterlər, "ZX Spectrum", "NES", "PlayStation" və başqaları kimi oyun konsolları üçün retrogeyminq və klassik oyunlar üzrə ixtisaslaşmışdır. "Retro Gamer" 2003-cü ilin dekabrından nəşr edilir. Jurnalın əsas mövzusu, əsasən, 1980–1990-cı illərdə buraxılmış köhnə oyunlardır. İlk illərdə jurnalın nömrələrində əlavə materiallardan ibarət CD də verilirdi, lakin sonradan bu, ləğv edilmiş, əvəzinə jurnalın vebsaytı fəaliyyətə başlamışdır. Jurnal öz dizaynında köhnə kompüter qrafikasının stilizasiyasından istifadə edir. "Retro Gamer"in ilk naşiri "Live Publishing" idi, lakin nəşriyyat 2005-ci ilin avqustunda müflis olmuş və jurnalın naşiri "Imagine Publishing" olmuşdur. 2016-cı ildən jurnal "Imagine Publishing" nəşriyyatını öz üzərinə götürmüş "Future plc" tərəfindən nəşr olunur. "Retro Gamer" 2010-cu ildə "İlin ən yaxşı jurnalı" kateqoriyasında "Games Media Awards" mükafatını qazanmışdır.
Retro (veriliş, 1979)
"Retro" — 1983-cü ildən 2001-ci ilə qədər Azərbaycanın AzTV və ANS TV kanallarında yayımlanan film verilişi. Verilişin aparıcıları 1983-cü ildən 1985-ci ilə qədər kinorejissor Ayaz Salayev, 1985-ci ildən 2001-ci ilə qədər aktrisa Həmidə Ömərova olub. Veriliş ilk dəfə 1983-cü il mayın 5-də yayımlanıb. Verilişin ilk buraxılışında ABŞ-nin 1941-ci ildə çəkilmiş "Günəşli vadinin serenadası" tamaşaçılara nümayiş edilib.
Retro (veriliş, 1983)
"Retro" — 1983-cü ildən 2001-ci ilə qədər Azərbaycanın AzTV və ANS TV kanallarında yayımlanan film verilişi. Verilişin aparıcıları 1983-cü ildən 1985-ci ilə qədər kinorejissor Ayaz Salayev, 1985-ci ildən 2001-ci ilə qədər aktrisa Həmidə Ömərova olub. Veriliş ilk dəfə 1983-cü il mayın 5-də yayımlanıb. Verilişin ilk buraxılışında ABŞ-nin 1941-ci ildə çəkilmiş "Günəşli vadinin serenadası" tamaşaçılara nümayiş edilib.
Etok abidəsi
Etok abidəsi və ya Duka-bek (Davoqo) abidəsi hündürlüyü 2,65 m olan, naxışlarla və oyma yazılarla örtülmüş qranit abidədir. Hazırlanmasının dəqiq vaxtı müəyyən edilməsə də, bəzi hesablamalara görə eramızın IV əsrinə məxsusdur. Mənbələrə görə isə, XII əsr və ya XV əsrin sonu — XVI əsrin əvvəllərinə məxsusdur. Abidə 1773-cü ildə I Guldenştedt tərəfindən Nalçik-Pyatiqorsk yolunun sağında, indiki Etoka kəndi yaxınlığında aşkar edilmişdir. 1881-ci ildə abidə Moskvaya, o vaxtdan bəri nümayiş etdirildiyi Tarix Muzeyinin XII zalına köçürülmüşdür. == Abidənin təsviri == Abidə ilk dəfə 1771–1773-cü illərdə Qafqazı gəzdikdən sonra alman səyyahı və təbiətşünası İohan Quldenştedt tərəfindən qeyd edilmişdir. 1773-cü ilin may-iyun aylarında Kabardaya səfəri zamanı Podkumka çayının sağ qolu olan Etoko çayının sahilində bir abidə görmüşdür. Bir kurqanın üstündə bir döyüşçü heykəli dayanmışdı və onun yaxınlığından bulaq axırdı və yol keçirdi. Abidənin şəkli ətraflı təsviri ilə birlikdə onun "Reisen durch Russland und im Caucasischen Gebürge" kitabında dərc edilmişdir. I Guldenştedt Etok heykəlinin runik yazısını çoxaltmış və abidənin ətraflı təsvirini vermişdir.
Reto Huq
Reto Huq (24 yanvar 1975) — İsveçrəni təmsil edən triatlonçu. Reto Huq İsveçrəni 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 8-ci pillədə başa vurdu. Daha sonra Reto Huq İsveçrəni 2004-cü ildə Afina şəhərində (Yunanıstan) baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 40-cı pillədə başa vurdu. Növbəti dəfə Reto Huq İsveçrəni 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 29-cu pillədə başa vurdu.
Şova Retro Qablaşdırma Muzeyi
Şova Retro Qablaşdırma Muzeyi (昭和レトロ商品博物館, Şova Retoro Şohin Hakubutsukan) – Yaponiyanın Ome şəhərində yerləşən muzey. Şova dövründə istifadə olunmuş məhsul qablaşdırmalarına həsr olunmuşdur. Muzey 1999-cu ildə Ome şəhərində açılmışdır. Muzeyin yerləşdiyi bina 1920-ci illərin əvvəlində mebel dükkanı kimi tikilmişdir və tarixi tikili hesab olunur. Muzey Yaponiyada 1926–1989-cu illərdə davam etmiş Şova dövründə istifadə olunmuş məhsul qablaşdırmalarının kolleksiyasına ev sahibliyi edir. Yerli şəxslərin də töhfə verdikləri muzey kolleksiyasına "Yeddi samuray" və "Tokio hekayəsi" kimi filmlərin posterləri, dərman reklamları, şirniyyat qablaşdırmaları, Coca-Cola məhsulları, Qodzilla və Ultramen kimi personajların kaycu fiqurları daxildir. Şova dövrünün retro məhsulları kolleksiyası ilə yanaşı muzeydə folklor haqqında sərgi yerləşir. Bu sərgi Lefkadio Hern tərəfindən populyarlaşdırılmış "Qar qadını" adlı hekayəyə həsr olunmuşdur. Belə ki, Lefkadio Hern bu hekayəni Omedə yaşayan bir fermerdən eşitmişdir.