Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rita Dravuç
Rita Dravuç (14 aprel 1980, Solnok) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Rita Dravuç, Macarıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, Afina Olimpiadasını altıncı pillədə başa vurdu. Daha sonra Rita Dravuç, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu. Rita Dravuç, Macarıstan yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:14 hesabı ilə məğlub olan Macarıstan yığması, London Olimpiadasını dördüncü pillədə başa vurdu.
Rita Heyvort
Rita Heyvort (ing. Rita Hayworth, 17 oktyabr 1918, Nyu-York, ABŞ — 14 may 1987, Nyu-York, ABŞ) — ABŞ aktrisası.
Rita Kestxey
Rita Kestxey (d. 10 noyabr 1991) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Rita Kestxey, Macarıstan yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:14 hesabı ilə məğlub olan Macarıstan yığması, London Olimpiadasını dördüncü pillədə başa vurdu. Daha sonra Rita Kestxey, Macarıstan yığmasının heyətində 2016-cı ildə Braziliyanın ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 18:20 hesabı ilə məğlub olan Macarıstan yığması, Rio-de-Janeyro Olimpiadasını dördüncü pillədə başa vurdu.
Rita Ora
Rita Ora (ing. Rita Sahatçiu Ora; 26 noyabr 1990, Priştina, Kosovo) — ingilis müğənni və aktrisa. 2012-ci ildə ilk albomu Ora, Birləşmiş Krallıqda siyahılarda birinci yerə yüksəldi. Albomun ən məşhur sinqlları R.İ.P və How We Do(Party) olmuşdur. Rita Ora, arxa-arxaya üç dəfə zirvədə olmaqla UK Singles Chartda bir nömrə olan ən çox sinqla malik müğənni oldu Həmçinin 2015-ci ildə The Voice UK dördüncü sezonunda jüri stulunda əyləşmişdir.
Rita Renuar
Rita Renoir (16 yanvar 1934, 15-ci Paris dairəsi[d] – 4 may 2016, XVIII arondisman (Paris)[d]) — fransız kino və teatr aktrisası. == Həyatı == Rita Renuar 1938-ci ildə Parisda anadan olmuşdur.Aktrisa 1960-cı illərdə "Crazy Horse Saloon"da çalışmağa başlasa da, son 10-15 ildə teatrda işləməyə üstünlük vermişdir.. 4 may 2016-cı ildə 78 yaşında vəfat edib. == Kino == 1953: Les Compagnes de la nuit 1958: Le Sicilien 1962: Commandant X (TV) 1963: Mondo di notte n. 3 1963: Dragées au poivre 1964: Ni figue ni raisin (TV) 1964: Qırmızı səhra, rejissor Mikelancelo Antonioni 1966: Chappaqua 1967: Fantomas Skotland-Yarda qarşı 1970: Cannabis 1975: Le Futur aux trousses 1981: Sois belle et tais-toi 1982: The Angel 1984: Lire c'est vivre: Élie Faure, Vélasquez et les Ménines (TV) == Teatr == 1965: Du vent dans les branches de sassafras, rejissor René Dupuy; Miriam 1967: Le Désir attrapé par la queue, Pablo Pikasso 1973: Et moi qui dirai tout, Le Diable, Théâtre de Plaisance, Paris == Biblioqrafiyası == J'aime le strip-tease, Frank Horvat-Patrick Lindermohr, Éditions Rencontres, 1962 Entretien avec Rita Renoir, in Plexus, la revue qui décomplexe, n. 3, Paris, 1966 Homenaje a una joven bruja, Julio Cortázar, Territorios, Mexico-Madrid-Buenos Aires, Siglo Veintiuno, 1978 Le Diable et la Licorne: métaphysique du strip-tease, Jean-Pierre Georges, Paris, La Table ronde, 2004, 153 pagg. == İstinadlar == == Xarici keçidlər == Rita Renuar — IMDb səhifəsi Jean-Michel Palmier, «Rita Renoir: Les Voyeurs attrapés par la queue», in Politique Hebdo.
Rita Taketsuru
Rita Taketsuru (竹鶴リタ, 14 dekabr 1896, Kirkintillox – 17 yanvar 1961, Yoiçi[d]) və ya əsl adı ilə Cessi Roberta Kovan – şotlandəsilli yaponiyalı iş qadını. O, "Yaponiya viskisinin anası" hesab olunur. == İlk illəri == Cessi Roberta Kovan 1896-cı ildə Şotlandiyanın Kirkintillox şəhərində həkim ailəsində doğulmuşdur. Onun İzabella və Luci adında iki bacısı, Kambell adlı bir qardaşı olmuşdur. Cessinin nişanlısı Birinci dünya müharibəsi zamanı Dəməşqdə öldürülmüş, atası isə 1918-ci ildə ürək tutmasından ölmüşdür. Buna görə müharibədən sonra ailə maddi problemlər yaşamağa başlamışdır. == Yaponiya == 1918-ci ildə onun ailəsinə qonaq olan və Şotlandiyaya viski sənayesini öyrənmək üçün gəlmiş yapon kimyaçı Masataka Taketsuru ilə tanış olmuşdur. Onlar 8 yanvar 1920-ci ildə Qlazqo şəhərində evlənmişdirlər. Cessi özünə Rita adını götürmüşdür.Evlilikdən 10 ay sonra onlar Yaponiyaya köçmüş və viski sənayesi ilə məşğul olmağa qərar vermişdirlər. O, ərinə "Nikka Whisky" şirkətini yaratmaqda və 1940-cı ildə Yaponiyada ilk viskisinin hazırlanmasında böyük dəstək göstərmişdir.
Rita Zeqiri
Rita Zeqiri (8 dekabr 1995) — Kosovolu üzgüçü. Rita Zeqiri Kosovonu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Rita Zeqiri birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 100 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 1:12.31 saniyəlik nəticəsi ilə 34-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Rita Əmirbəyova
Rita Cəmil qızı Əmirbəyova (d. 30 avqust 1955) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti. == Həyatı == Rita Əmirbəyova 30 avqust 1955-ci ildə Bakıda anadan olub. O, 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini (Cənnət Səlimovanın kursunu) bitirmişdir. == Fəaliyyəti == Rita Əmirbəyova 1978-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrında çalışır. Aktrisa teatr səhnəsində yaratdığı müxtəlif taleli qadın obrazlarının daxili sarsıntısını və psixoloji vəziyyətlərini nümayiş etdirə bilir. O, "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi kinofilmlərə də çəkilmişdir.
Rita Levi-Montalcini
Rita Levi-Montalcini (22 aprel 1909[…], Turin[…] – 30 dekabr 2012[…], Roma) — italiyalı alim. 1986-cı ildə Fiziologiya və tibb üzrə Nobel mükafatına layiq görülüb (Stenli Koen ilə birgə).
Anna Rita Del Piano
Anna Rita Del Piano (rəsmi adı Anna Rita Viapiano, it. Anna Rita del Piano; 26 iyul 1966, Kassano-delle-Murce) — İtaliya kino, televiziya və teatr aktrisası və teatr rejissoru. == Həyatı == Anna Rita Viapiano 1966-cı il iyulun 26-da İtaliyada anadan olub.
İta Rina
İta Rina (sloven. Ita Rina 7 iyul 1907, Divaça[d], Avstriya-Macarıstan – 10 may 1979, Budva, Yuqoslaviya) — Yuqoslaviya aktrisası. == Bioqrafiyası == Avstriya-Macarıstanda (indiki Sloveniya) kiçik Divas şəhərində anadan olmuşdur. Birinci Dünya müharibəsinin başlanmasından qısa müddət sonra ailəsi Lyublyana köçür. Burada 1923-cü ildə Rina məktəbə gediR. 1926-cı ildə Miss Slovenia gözəllik yarışmasının qalibi olUR və bununla da Ümumqyuqoslav gözəllik yarışmasında iştirak etmək üçün növbəti mərhələyə keçir. Ancaq anası əvvəlcə onu Zaqrebə buraxmaq istəmir və Rina buna baxmayaraq yarışmaya gələndə artıq qalib seçilmişdi. Buna baxmayaraq, o, Zaqrebdəki ən böyük kinonun sahibi Adolf Müllerin diqqətini çəkir. Onun fotoşəkilini alman film prodüseri Peter Ostermeyerə göndərir. Gənc model onu maraqlandırdır və film çəkmək üçün Berlinə dəvət edilir. Ancaq Rinanın anası yenidən onun getməsinə qarşı çıxır.
Zita və Gita (film, 1972)
Zita və Gita (Seeta Aur Geeta) — 1972-ci ildə Hindistanda istehsal olunan komediya dram janrında film. == Məzmun == Uşaqlıqdan bir-birindən ayrılmış iki əkiz bacının dünya qədər köhnə olan hekayəsi. Qaraçılar tərəfindən oğurlanmış Gita (Hema Malini) rəqqasə olur. Zita isə varlı əmisi tərəfindən tərbiyə olunub və varlı varisə çevrilib....
Kita
Kita (Tokio) — Tokionun xüsusi rayonlarından biri.
Lita
Litva litası, lita (lit. litas, çox sayda litai, litų) — 1922-1940 və 1993-cü ildən Litvanın pul vahidi. 100 sentdən ibarətdir (lit. centas, çox sayda centai, centų). ISO 4217 sistemində beynəlxalq kodu LTL. == Tarixi == Birinci dünya müharibəsindən sonra müstəqil Litva Respublikası ərazisində digər dövlətlərin valyutaları dövriyyədə idi. Milli pul vahidi olan lit dövriyyəyə 2 oktyabr 1922-ci il tarixindən buraxıldı. Litva SSRİ tərkibinə qatıldıqdan sonra (1940), 25 mart 1941-ci ildən lit SSRİ rublu ilə əvəz edildi. Lit yenidən dövriyyəyə ikinci müstəqillik dövründə, 25 iyun 1993-cü il tarixindən buraxıldı. == Valyuta kursu rejimi == 25 iyun 1993-cü ildən 31 yanvar 2002-ci ilədək lit ABŞ dollarına 4:1 nisbəti ilə bağlanmışdı, 1 fevral 2002-ci ildən isə avroya 3,4528:1 nisbəti ilə bağlandı. Bu nisbət Litvada avronun istifadəsinə qədər qalacaqdır.
Oita
Oita (yap. 大分市) — Yaponiyanın Kyuşu regionunda (Kyuşu adası) yerləşən Oita prefekturasının eyniadlı paytaxtı.
Pita
Pita — Orta Şərq, Aralıq və Balkan mətbəxlərində məşhur olan girdə bir çörək növüdür.
Riqa
Riqa (latış. Rīga‎) — Latviyanın paytaxtı və Baltikyanı ölkələrdə ən böyük şəhər. Şəhər Dauqava çayı üzərində, Riqa körfəzinin yaxınlığında yerləşir. SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış ölkənin (1991) paytaxtında yaşayan rusların (180 000 nəfər) şəhəri tərk etməsi ilə şəhər əhalisinin sayı xeyli azalmışdır. Riqa ölkənin siyasi, iqtisadi və mədəni mərkəzidir. Qədim liman şəhəri olan Riqa yeni stildə tikililərlə bərabər illərdən bəri qorunub saxlanmış köhnə məhəllələrə də malikdir. == Tarixi == 1150-ci ildən isveçli tacirlər Dauqava çayı ətrafında, kiçik çay olan Ridzeneyə daimi olaraq alverə gəlirlər. Bu çay sonralar torpaqla doldurulur. Yalnız bu günkü küçələrin işləri əsasında bu çayın yerini təyin etmək mümkündür. XII əsrin sonuna yaxın alman tacirləri Latviyaya getməyə başlayırlar.
Ritm
Ritm (lat. rhythmus, q.yun. ῥυθμός, q.yun. ῥέω, mənası: ahəng, uyğunluq)— eyni bir hadisənin müxtəlif tərkib hissələrinin müəyyən bir zaman çərçivəsində ahəngdar şəkildə, təkrarlanmasıdır. Başqa sözlə, sözün və ya səsin proporsional şəkildə təkrarlanmalıdır. Ədəbiyyatda ritm – sənət əsərlərində ortaq ölçülü müxtəlif ünsürlərin ardıcıl uzlaşması, obyektiv aləmin ritmik proseslərinin əsərdə əks etdirilməsi. Şerdə ritm – sistematik və ölçülü təkrarlar, öz aralarında uyğun şəkildə səslənən nitiq vahidləri, antik şeirdə uzun və qısa hecaların misra daxilində eyni şəkildə təkrarı, sillabotonik şeirdə vurğulu və vurğusuz hecaların ahəngdar növbələşməsi və s. Belə ahəngdarlıq şeir dilinə xüsusi bir ölçü verir.Ritm hələ qədim zamanlarda insanlar arasında birlikdə görülən iş prosesində özünü göstərmişdir. Qədim insan işin ahəngini sahmana salmaq, onu tez, asan görmək üçün eyni sözlərin, səs və hərəkətlərin təkrarından istifadə etmişlər. Bu səs, söz təkrarları isə hamı tərəfindən eyni zamanda, ritmik surətdə deyilirdi.
Rişta
Rişta (lat. Dracunculus medinensis) Yumru qurdlar tipinin Nematodlar sinfinə aid olan növ. == Xarici quruluşu == Bu təhlükəli insan paraziti ağ kəndir şəklindədir, uzunluğu 32-100 sm-ə çatır.. == Həyat tərzi == Parazit həyat tərzi keçirir. Ağ rəngli sap şəklində olan qurd insanlarda dəri altında və aşağı ətraf oynaqlarında yaşayır. Bəzən yuxarı ətraf oynaqlarında və bədənin digər nahiyələrində də təsadüf olunur. Rişta dərialtı birləşdirici toxumalarda parazitlik edərək irinli yara əmələ gətirir. Yaranın içərisində dişi fərd çoxlu sürfələr doğur. Qurdun cinsi orqanları bədənin ön tərəfində yerləşir. insan suya girdikdə və yuyunduqda inkişaf etmiş sürfələr suya buraxılır.
Rota
Bölük — quru qüvvələrində inzibati baxımdan ən kiçik hərbi-taktiki vahiddir. Artilleriya qüvvələrində Batareya, sərhəd qüvvələrində Zastava, hava qüvvələrində Eskadrilya, dəniz qüvvələrində isə Eskadron adlanır. Bölüklər, bir bölük qərargahı və ən az iki (ümumiyyətlə üç, dörd) taqımdan ibarətdir. Şərtlərə və ehtiyaclara görə dəyişməklə birlikdə ən az 100 əsgərdən ibarət olan bir hərbi birlikdir. Komandiri Baş leytenant, ya da kapitandır. İkinci dünya müharibəsi ərəfəsində bölüklərin heyətləri genişlənmişdir, üç tüfəngli müharibə batalyonunun yanında yaxın dəstək atəşi təmin edən qrup silahlarını: minaatan, pulemyot, top istifadə edən bir sıra olaraq təşkil edilməyə başlanmışdır. Bu cür bölüklər 6 zabit, 187 əsgərdən meydana gəlir. İndiki vaxtda bölüklər müəyyən funksiyaları yerinə yetirmək üzrə müharibə, istehkam, kəşf kimi, və ya müəyyən bir sinif silahın: tank, minaatan, zenit, topçu təməlində olaraq təşkil edilir.
Ruta
Sədo (lat. Ruta) - sədokimilər fəsiləsinə aid bitki cinsi.
SİTA
İTAR-TASS — Rusiya İnformasiya Teleqraf Agentliyi. 1992-ci ildə SİTA-nın bazası əsasında yaradılmışdır.
Vita
Vita Tbilisi BK — Tbilisidə Basketbol klubu.
Çita
Çita (rus. Чита) — Rusiya Federasiyasında şəhər, Zabaykal diyarının inzibati mərkəzi.
Bhaqavat Gita
Bhaqavat Gita (Bhaqavadgita, və ya sadəcə «Gita»; sanskr. भगवद्‌ गीता, Bhagavad GītāIAST «Tanrının nəğməsi») — Mahabharatanın altıncı kitabının (Bhişmaparva, 23-40-cı fəsillər) bir hissəsi olan sanskrit dilində qədim hind dini və fəlsəfi fikir abidəsi.18 fəsil və 700 şeirdən ibarətdir. Hinduizm fəlsəfəsinin əsas mətnlərindən biridir.
Birk Risa
Birk Risa (13 fevral 1998, Stavanqer[d]) — Bundesliqa təmsilçilərindən olan Köln klubunda müdafiəçi kimi çıxış edən peşəkar Norveçli futbolçudur. == Həyatı == Birk Risa 13 fevral 1998-ci ildə Norveçdə anadan olub. == Klub karyerası == === Köln === Risa Köln akademiyası vasitəsilə inkişaf etmişdir. Risa öz peşəkar karyerasında debütünü 10 dekabr 2017-ci ildə Frayburq klubuna qarşı oyunda etmişdir. O, 72-ci dəqiqədə Konstantin Rauşu əvəz etmişdir. Həmin görüşdə Köln liqa görüşündə rəqibinə 3-4 hesabı ilə məğlub olmuşdur. == Karyera statistikası == === Klub === 10 dekabr 2017 tarixində yenilənib1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Almaniya Superkuboku görüşləri daxildir.
FITA
Beynəlxalq Oxatma Federasiyası (fr. Fédération Internationale de Tir a l'Arc) — 1931-ci ildə Lvov şəhərində yaradılan və hazırda 156 ölkənin üzv olduğu federasiyadır. == Tarixi == FITA 4 sentyabr 1931-ci ildə Polşanın Lvov şəhərində (indiki Lvov, Ukrayna) yaradılıb. Onun yeddi təsisçi üzv dövləti Fransa, Çexoslovakiya, İsveç, Polşa, ABŞ, Macarıstan və İtaliya idi. Təşkilatın məqsədi oxatma üzrə müntəzəm çempionatlar yaratmaq və oxatmanı Olimpiya proqramına qaytarmaq idi. Nəhayət 1972 Yay Olimpiya Oyunlarında FITA buna nail oldu. 2011-ci ilin iyul ayında təşkilatın 80 illik yubileyinin qeyd edildiyi FITA Konqresində böyük əksəriyyət təşkilatın adının FITA-dan Beynəlxalq Oxatma Federasiyasına (ing. World Archery Federation) dəyişdirilməsinə səs verdi.Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra, 2022-ci ilin martında Federasiya elan etdi ki, Rusiya və ya Belarusdan olan heç bir idmançı, komanda rəsmisi və ya texniki işçinin hər hansı beynəlxalq oxatma tədbirində iştirakına icazə verilməyəcək, onların bayraqları və himnləri qadağan edilib və bu iki ölkədə oxatma yarışları keçirilməyəcək.
Arabıl-Arıta
Arabıl-Arıta — Anabar çayınin yatağında yerləşən elədə böyük olmayan ada. İnzibati cəhətdən Yakutiya ərazisində yerləşir. Ada çayın aşağı axarında yerləşir. Uzunsov formaya malik olan ada, şimal-şərqdən cənub-qərbə uzanır. Səthi hamardır. Cənub sahilləri uçurumludur. Burada hündürlük 5 metrə çatır. Üzərində elədə böyük olmayan göllər vardır. Bataqlıqlaşmış sahələrə sahibdir.