Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Haram
Haram (ərəb. حرام‎) — yerinə yetirildikdə günah yazılan, ondan çəkindikdə isə axirət savabı yazılan əməl, yaxud böyük günah. Hər dində haramın nə olduğu haqqında fərqli görüşlər var. Bəzən eyni bir dinin məzhəbləri arasında belə bir şeyin haram olub-olmaması mübahisə doğura bilir. Bununla belə, əksər dinlərdə yalan, cinayət, əxlaqsızlıq, paxıllıq, oğruluq, sehr kimi şeylər günah sayılır. Bəzi əməllər isə bir dində savab sayıldığı halda digərində haramdır. Məsələn, bütü sındırmaq islamda böyük savab olduğu halda bütpərəslikdə haramdır. Allahın qəti şəkildə, açıq dəlillərlə bildirdiyi və qəti qadağan etdiyi əməllərdir. Qumar oynamaq, yalan danışmaq, içki içmək, qeybət etmək, başqalarının haqqını tapdalamaq, dedi-qodu etmək kimi, Qadağan olunmuş əməlləri işləmək günahdır, bu günahı tərk etmək (işləməmək) isə savabdır, Haram buyurulmuş bir işi inkar edib halal hesab edən insan dindən çıxmış olur. Yəhudilikdən fərqli olaraq Xristianlıqda haram anlayışına o qədər də önəm verilməmişdir.
Haram (dəqiqləşdirmə)
Haram — yerinə yetirildikdə günah yazılan, ondan çəkindikdə isə axirət savabı yazılan əməl, yaxud böyük günah.
Haram qalası
Qala İsmayıllı rayonunun Sulut kəndi yaxınlığında, Haram çayının sağ sahilində, çox da hündür olmayan və təbii cəhətdən son dərəcə mənzərəli bir sahədə yerləşir. Yerli sakinlər bu qalaya "Qırxotaq" və ya "Qırxqız" qəsri də deyirlər. Kirəc məhlulundan istifadə etməklə tikilən bu abidə olduqca yaxşı mühafizə olunub. Müəyyən hissələrini nəzərə almasaq abidənin divarları bütünlüklə salamat qalıb. Abidə "Qırxotaq" adlandırılsa da, oradakı otaqların sayı 40-dan çoxdur. İri dəhliz yerləri aydın görünür. Rəvayətə görə Şirvan xanları hər otaqda bir gözəl qız (hərəm) saxlayırmış və onların bir – birindən xəbəri olmazmış. Belə fikir yürüdülür ki, "Haram qalası" doğrudan həm də hərəm qalası olub. Qalaya Sulut kəndinə qədər avtomobillə kənddən qalaya qədər yolu isə piyada və ya atla getmək lazımdır.
Boko Haram
Boko Haram (əsl adı: Camaat’u Əhlus-Sünnə lid-Da’va vəl Cihad) - Nigeriyanın radikal islam sektası. 2002-ci ildə Nigeriyanın şimalında Məhəmməd Yusif adlı şəxs tərəfindən yaradılıb. Əsas məqsədi bütün Nigeriya ərazisində şəriətin tətbiqi və qərb həyat tərzinin silinməsidir. 2014-cü ilin may ayında BMT Təhlükəsizlik Şurası tərəfindən terror təşkilatları siyahısına salınıb. == Təşkilatın məqsədi == Boko Haram müsəlmanların qərb cəmiyyətinə bənzər istənilən siyasi və ictimai fəaliyyətini "haram" sayaraq, qadağan edir. Boko Haram Nigeriya dövlətinin imansızlar tərəfindən idarə edildiyini hesab edir. Qrupun rəsmi adı "Cama'atu Əhlis Sünnə Liddə'əvəti vəl-Cihad" ərəbcə "Peyğəmbərin təlimini və cihadı təbliğ etməyə əqidəli olanlar" deməkdir. Qruplaşmanın yerləşdiyi ölkənin şimal-şərqində yerləşən Maiduguri şəhərinin sakinləri bu təşkilatı daha qısa adla - Boko Haram deyərək çağırırlar. Hausa dillindən bu ad "Qərb təhsili haramdır" kimi tərcümə edilir. Əvvəlcə "boko" saxta demək idi, amma Qərb təhsili mənasını daşımağa başladı.
Ümmü Haram
Ümmü Haram (ərəb. أم حرام بنت ملحان‎, Mədinə – Larnaka) — Türklər arasında , Xala Sultan və ya Ümmüxan Sultan kimi tanınan səhabə, İslam peyğəmbəri Məhəmməd peyğəmbərin bibi-əmiqızı əlaqəsi olan səhabə. Bəzi islam alimlərinin fikrincə, o, Məhəmmədin süd anasının bacısıdır. Digərləri bu qohumluğun ata və ya baba tərəfdən olduğunu iddia edirlər. Türklər arasında Xala Xatun adlanması ərəbcə xala sözü olan “hâ-le” sözündən gəlmədir. Bu gün də Anadolunun müxtəlif yerlərində ananın bacısı xala olaraq çağırılır. O, Ubadə ibn Samitin həyat yoldaşıdır. Uhud və Hüneyn kimi döyüşlərdə yaralı əsgərlərə xidmət etmişdir. Onun Suriya fəthlərində iştirak etmək üçün Şam bölgəsinə getdiyi də məlumdur. İslam tarixində ilk dəniz səfərləri başlayan xəlifə Osmanın dövründə həyat yoldaşı ilə birlikdə Kipr səfərlərində iştirak etmişdir.
Əl-Məscid əl-Haram
Məscidül-Həram (ərəb. المسجد الحرام‎) — Məkkə şəhərində məscid. Kəbəni daxilinə alan və "Hörmətli Məscid" mənasını verən bu "Məscidül-Həram" ifadəsi Quranda 16 yerdə işlənib. Kəbə İbrahim və İsmail peyğəmbərdən sonra bir çox dəyişikliklərə uğramışdır. Ayrı-ayrı dönəmlərdə qismən genişləndirilərək indiki duruma gəlib çıxmışdır. Hazırda Məscidül-Həramın sahəsi 361.000 m2-dır. Ümrə və həcc ziyarətinin rüknü olan səy əməlinin icra olunduğu Səfa və Mərva təpələri də bu məscidin ərazisindədir.
Əli
Əli (tam adı: Əli ibn Əbu Talib ərəb. علي بن أﺑﻲ طالب‎; 17 mart 599, Məkkə, Hicaz, Ərəbistan yarımadası – 29 yanvar 661, Kufə, Rəşidi xilafəti) – Məhəmmədin əmisi oğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi, ikinci şəxs. Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum. Xüsusən Şiə mənbələri başda olmaqla İslami mənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir. Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir. Əmisioğlu Məhəmməd tərəfindən himayə olunub və onun evində böyüyüb.
Əli Əsğər Əli oğlu
Dəmək
Dəmək — Azərbaycanın əsasən Şimal rayonlarında ev quşlarının saxlanması üçün tikiliyə verilən ad. Kiçik və alçaq ev mənasında; daxma. Heyvanların torpaq altında qazıdıqları yuva. 1. Heyvanların torpaq altında qazıdıqları yuva. Tülkü dəməyi. Siçan dəməyi. – Günorta vaxtı siçan öz dəməyində olur, ona binaən ol zaman mallar yeri tapdalamaqdan dəməklərin deşikləri tutulduğuna siçanın nəfəsi darıxıb boğulub tələf olur. \"Əkinçi\". 2.
Dev Əli
Dev Əli – Malazgird döyüşündən sonra Anadoluya köçüb, bu bölgəyə yerləşən türkmən obasının rəisi olaraq bilinir. Kayseri ilinə bağlı olan Devəli ilçəsinin adı Dev Əlidən qaynaqlanmaqdadır. Türbəsi bu ilçənin Yuxarı Devəli məhəlləsində yerləşir. Sultan Alparslanın qohumu olduğu bilinən Dev Əlinin soyundan gələnlər Devəlioğlu olaraq adlandırılmışdır. Əfsanəyə görə, Dev Əli adı ilə Xıdırellezdən Qala dağına atlanmağı düşünmüş və atlanarkən atınınayaq izləri dağda qalmışdır. Səlcuqlu sülaləsinin mənsub olduğu Oğuzların Qınıq boyundan olmuşdur.
Div Əli
Dev Əli – Malazgird döyüşündən sonra Anadoluya köçüb, bu bölgəyə yerləşən türkmən obasının rəisi olaraq bilinir. Kayseri ilinə bağlı olan Devəli ilçəsinin adı Dev Əlidən qaynaqlanmaqdadır. Türbəsi bu ilçənin Yuxarı Devəli məhəlləsində yerləşir. Sultan Alparslanın qohumu olduğu bilinən Dev Əlinin soyundan gələnlər Devəlioğlu olaraq adlandırılmışdır. Əfsanəyə görə, Dev Əli adı ilə Xıdırellezdən Qala dağına atlanmağı düşünmüş və atlanarkən atınınayaq izləri dağda qalmışdır. Səlcuqlu sülaləsinin mənsub olduğu Oğuzların Qınıq boyundan olmuşdur.
Fəxrəddin Əli
Fəxrəddin Əli Vəli oğlu (10 may 1938, Nüvədi, Meğri rayonu – 8 fevral 2022, Bakı) — Əlyazmalar İnstitutunun baş rəssamı, miniatür sənətinin peşəkar davamçısı, Əməkdar rəssam. Fəxrəddin Əli Vəli oğlu 10 may 1938-ci ildə Zəngəzur mahalının Mehri rayonun Nüvədi kəndində sənətkar ailəsində doğulub. 1952-ci ildə yeddiillik kənd məktəbini bitirdikdən sonra Ordubad şəhəri Pedaqoji Məktəbində təhsilini davam etdirib. Əmək fəaliyyətinə İmişli rayonunun Cəfəri kənd orta məktəbində müəllim kimi başlayıb. 1958-ci ildə Bakı Rəssamlıq Məktəbinə, oranı bitirib hərbi xidməti başa vurduqdan sonra isə Rəssamlıq İnstitutuna daxil olub. 1969-cu ildə institutu bitirən gənc rəssamın "Babək" qobeleni diplom işi Moskva XTN sərgisində qızıl medala layiq görülüb. 8 fevral 2022-ci ildə axşam saatlarında vəfat edib. 1970-ci ildə "Həyatın gözəlliyi" adlı tablo ilə respublika sərgisində iştirak edib. Onlarla yağlı boya ilə çəkilmiş əsərləri respublikada və xarici ölkələrdə nümayiş etdirilib. M.Şəhriyarın "Heydərbabaya salam", "Dədə Qorqud", Nizami Gəncəvinin "Xəmsə"si, Saib Təbrizinin "Mehr və müştəri", Nəsrəddin Tusi, Füzuli, Aşıq Veysəl, Yunus Əmrə, M.F.Axundov, M.P.Vaqif, Əliağa Vahid və b.
Hz. Əli
Əli (tam adı: Əli ibn Əbu Talib ərəb. علي بن أﺑﻲ طالب‎; 17 mart 599, Məkkə, Hicaz, Ərəbistan yarımadası – 29 yanvar 661, Kufə, Rəşidi xilafəti) – Məhəmmədin əmisi oğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi, ikinci şəxs. Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum. Xüsusən Şiə mənbələri başda olmaqla İslami mənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir. Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir. Əmisioğlu Məhəmməd tərəfindən himayə olunub və onun evində böyüyüb.
Həsən Əli
Həsənəli — Azərbaycanda kişi adı. Bu adı olan tanınmış insanlar Həsənəli Qaraqoyunlu — Qaraqoyunlu dövlətinin sonuncu sultanı və Cahanşah Həqiqinin oğlu. Həsənəli xan Ziyadlı-Qacar — İrəvan xanı Həsənəli bəy Əsgərxanov — şair, polis pristavı, "Georgi" xaçı kavaleri. Həsənəli bəy Vəlibəyov — Qarabağda quberniya katibi, dövlət məmuru. Həsənəli xan Qaradaği — görkəmli Azərbaycan maarifpərvəri, şair, pedaqoq.
Həzrət Əli
Əli (tam adı: Əli ibn Əbu Talib ərəb. علي بن أﺑﻲ طالب‎; 17 mart 599, Məkkə, Hicaz, Ərəbistan yarımadası – 29 yanvar 661, Kufə, Rəşidi xilafəti) – Məhəmmədin əmisi oğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi, ikinci şəxs. Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum. Xüsusən Şiə mənbələri başda olmaqla İslami mənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir. Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir. Əmisioğlu Məhəmməd tərəfindən himayə olunub və onun evində böyüyüb.
Həzrəti Əli
Əli (tam adı: Əli ibn Əbu Talib ərəb. علي بن أﺑﻲ طالب‎; 17 mart 599, Məkkə, Hicaz, Ərəbistan yarımadası – 29 yanvar 661, Kufə, Rəşidi xilafəti) – Məhəmmədin əmisi oğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi, ikinci şəxs. Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum. Xüsusən Şiə mənbələri başda olmaqla İslami mənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir. Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir. Əmisioğlu Məhəmməd tərəfindən himayə olunub və onun evində böyüyüb.
Kürd Əli
Kürdalı, Kürd Əli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. Abaran çayının sahilində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. 1728-ci ilə aid türkcə mənbədə Kürd Əli, lakin həmin vaxta aid ermənicə mənbədə Kurdali kimidir. Kəndin adı ya Əli adlı bir kürd (feodalın), ya da "Kürd eli", yə’ni "Kürd tayfası" mə’nasındadır. Kənddə 1873-cü ildə 132 nəfər, 1886-cı ildə 102 nəfər, 1897-ci ildə 143 nəfər, 1908-ci ildə 135 nəfər, 1914-cü ildə 260 nəfər, 1916-cı ildə 249 nəfər, 1918-ci ildə 135 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Leyla Əli
Leyla Əli (30 dekabr 1977) — təqaüdçü Amerikalı peşəkar boksçudur. O, Məhəmməd Əli, əfsanəvi Amerika boksçusunun üçüncü həyat yoldaşı Veronika Porş Əlidən qızıdır. http://www.eastsideboxing.com/news.php?p=522&more=1 http://forums.doghouseboxing.com/lofiversion/index.php/t112741.html Arxivləşdirilib 2011-07-25 at the Wayback Machine http://www.womenboxing.com/news062204commentsaliwolfe.htm Arxivləşdirilib 2006-11-12 at the Wayback Machine http://www.wban.org/biog/awolfe.htm Arxivləşdirilib 2015-05-07 at the Wayback Machine http://www.talkingboxing.com/interviews/2005/vondawardinterview.html http://www.imdb.com/name/nm0000738/bio http://www.netglimse.com/celebs/pages/laila_ali/index.shtml Arxivləşdirilib 2010-11-18 at the Wayback Machine http://findarticles.com/p/articles/mi_m1355/is_21_95/ai_54727854/ Arxivləşdirilib 2012-01-20 at the Wayback Machine http://proxy.mbc.edu:2380/hottopics/lnacademic/? http://proxy.mbc.edu:2572/entry/blackfirsts/boxing http://www.amazon.com/REACH-FINDING-STRENGTH-SPIRIT-PERSONAL/dp/0786887362 NetGlimse.com (2009). Laila Ali — Biography . Retrieved October 8, 2010 from http://www.netglimse.com/celebs/pages/laila_ali/index.shtml Arxivləşdirilib 2010-11-18 at the Wayback Machine CBS Interactive (2010). Laila Ali FOLLOWS BOXING CAREER OF LEGENDARY FATHER MUHAMMAD ALI. Retrieved October 10, 2010 from http://findarticles.com/p/articles/mi_m1355/is_21_95/ai_54727854/ Arxivləşdirilib 2012-01-20 at the Wayback Machine Andrew Rooney. (2003). Years of Minutes. New York: Essay Productions.
Mirzə Əli
Mirzə Əli (təq. 1510, Təbriz – ən geci 1576) — illüminator, rəssam. Mirzə Əli 1510-cu ildə Təbrizdə doğulub. 1576-cı ildə vəfat edib. Welch, S. C. Persian Paintings: Five Royal Safavid Manuscripts of the Sixteenth Century. N-Y. 1976 Dickson M.B./Welch S.C. The Houghton Shahnameh. vol. 1—2, Cambridge, Mass. 1981.
Məhəmməd Əli
Məhəmməd Əli (ing. Muhammad Ali; doğum adı Kassius Marsellus Kley, ing. Cassius Marcellus Clay) — boks tarixçiləri, idman mütəxəssisləri, keçmiş və indiki boksçular və boks azarkeşləri tərəfindən "Bütün zamanların ən böyük boksçusu" olaraq qəbul edilən, ağır çəkidə çıxış etmiş afro-amerikan və irland əsilli əfsanəvi peşəkar ABŞ boksçusu. Dünya Boks Federasiyasının rəsmi səhifəsində bu sözlər yazılmışdır:"Səs birliyi ilə Məhəmməd Əli bütün zamanların gəlmiş keçmiş və gələcək ən böyük boksçusudur". Həmçinin, Məhəmməd Əli dünyada ikonlaşmış xarakterdir. İnsan hüquqları müdafiəçisi və ABŞ-də ilk İslam Təşkilatının liderlərindən biri olmuşdur, eyni zamanda şairdir. O, 1960-cı ildə Romada keçirilən XVII Yay Olimpiya Oyunlarında orta ağır çəkidə (81 kq) boks yarışlarının qalibi olmuşdur. TIME jurnalının açıqladığı "Tarixin ən dahi 100 şəxsiyyəti" arasında adı olan yeganə idmançıdır. Məşhur BBC kanalının apardığı sorğulara və araşdırmalara əsasən Məhəmməd Əli Adolf Hitler, Albert Eynşteyn və Makedoniyalı İsgəndər kimi şəxsiyyətləri geridə qoyaraq bəşər tarixinin ən çox tanınan və bilinən insanı seçilmişdir. Belə ki, Məhəmməd Əlini dünyanın ən inkişaf etmiş ölkələrindən, Afrikanın ən geridə qalmış yerlərinədək hər kəs tanıyır və sevir.
Pir Əli
Pirəli (Urmiya)
Qabar Əli
Qabarəli — İrəvan xanlığının Dərəçiçək mahalında kənd adı. 1830-cu ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. Əsli Kabar eli yə'ni Kabar tayfası. Mənşəcə Xəzərlərin Kabar (Kəbər) tayfasının adını əks etdirir. Azərbaycanda Kəbirli və Kəlbəcər rayonunda Havarlı (Qabarlıdan təhrif) kənd adları ilə mənşəcə eynidir.
Qara Əli
Qara Əli (türk. Kara Ali) — Osmanlı İmperiyasında yaşamış ən məşhur cəllad. Qara Əlinin yeniyetməlik və gənclik illəri haqqında məlumat yoxdur. XVII əsrin ortalarında yaşadığı və dövrünün ən məşhur cəlladı olduğu məlumdur. Qara Əli özündən əvvəl Osmanlı İmperiyasında cəlladbaşı olmuş cəllad Süleymanın yanında şagird vəzifəsində çalışmışdır. Həmin dövrdə yaşamış cəlladlar bir qayda olaraq qaraçılardan seçilirdi. Qara Əlinin də əslən qaraçı olduğu ehtimal edilir. Qara Əlinin görünüşü haqqında osmanlı mənbələridə bir sıra qeydlər vardır. Onun iri bədənli olduğu söylənilir. Edam zamanı istifadə etdiyi alətləri üstündə gəzirdiyi və Osmanlı sarayında xidmətçilərin görkəminə görə ondan qorxduqları qeyd edilmişdir.
Qul Əli
Qul Əli (tatar. قل علی, Кол Гали, Qol Ğali, çuvaş Кул Али, 1183, İdil Bulqar xanlığı – 1236 və ya 1234, Bilyarsk, Tatarıstan) — XIII əsr şairi, "Qisseyi-Yusif" dastanının müəllifi. Şair Əlinin şəxsiyyəti, doğulduğu və yaşadığı yer haqqında dəqiq məlumat yoxdur. Şair Qisseyi-Yusif adlı əsərinin sonunda özü haqqında belə yazır "Bunu düzən zəif bəndə, adı Əli Yarlığağıl, əya rəhim, asi qul Yigirmi dörd rəqəm içrə saldı yılı Rəhmətindən mehribanlıq umar imdi." Bu misralardan şairin adının Əli olduğu aydın olur. Lakin təxəllüsü və harda doğulması bilinmir. Diqqətsizlik səbəbindən şair yanlışlıqla "Qul Əli" adlandırılıb. Bu səhv fikir şairin xatırlanan bəndindəki "asi quli", yəni "günahkar bəndəni" ifadələrinə istinadən söylənilib. Əslində buradakı "Qul" elementi sənətkarın ləqəbi və ya təxəllüsü, daha doğrusu, ad-titul komponenti olmayıb Allahın "bəndəsi, qulu" mənasındadır. Digər tərəfdən ədəbiyyatşünaslıqda onun milli mənsubiyyəti, yaşadığı ədəbi mühit və məkan barədə fərqli mülahizələr mövcuddur. Məsələn, "Qisseyi-Yusif"i tədqiqatçı alimlərdən X. Fleyşeir tatar-oğuz, M, Xautsma, H. Həziz Orta Asiya, K. Brokkelman qədim osmanlı, M. F. Köprülüzadə, Е. Bertels və Əmir Nəcib Xarəzm, Ş. Mərcani, B. Yafarov, Y. Aqişev və X. Usm""anov bulqar, B. Perc tatar abidəsi hesab edirlər.
Qurban Əli
Qurban Əli (bilinmir – 1550, Nargin adası, Abşeron rayonu) — Şirvanşah şahzadəsi. Haqqında çox məlumat yoxdur. Abdulla xan tezliklə Şirvanlıların yeni bir üsyanını yatırmalı oldu. Şirvan zadəganları Mehrabın qohumu Qurbanəlinin başçılığı ilə üsyan qaldıraraq, Xəzər dənizi adalarından birindəki Derov kəndinə qaçdılar. Abdulla xan çoxlu qızılbaş döyüşçüsü ilə üzərək adaya çatmış, onlara hücum edərək Qurbanəlinin və üsyançıların əksəriyyətini öldürmüş, onların mallarını ələ keçirib Şamaxıya qayıtmışdır.
Tariq Əli
Tariq Əli (urdu طارق علی; ing. Tariq Ali; 21 oktyabr 1943, Lahor, Pəncab[d], Britaniya Hindistanı) — İngilis-Pakistanlı yazıçı, tarixçi, publisist, kinorejissor, ssenari müəllifi, solçu trotskizm ictimai xadim, "New Left Review"un redaksiya heyətinin üzvü "The Guardian", "CounterPunch" и "London Review of Books" üçün müntəzəm olaraq yazır. Məşhur "Sivilizasiyaların Çatışması" (2002), "Babildə Bush" (2003), "Eduard Səid ilə Söhbətlər" (2005), "Karib Dəniz Quldurları:" Ümid oxu "(2006) və bir çox kitabın müəllifi.
Səymək (Uçalı)
Içmanqol (başq. Һәйтәк, rus. Сайтаково) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Uçalı kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Uçalı): 17 km, kənd sovetliyindən (Uçalı): 9 km. ən yaxın dəmiryol stansiyasından (Uçalı stansiyası): 10 km.
Hamam
Hamam (ərəb. حمّام‎) — Osmanlı imperiyasının mədəniyyətinə və daha geniş İslam dünyasına aid ictimai çimərlik yeri. Təmizləmə və istirahət üsulu olaraq, hamamlar Viktoriya dövründə məşhur oldu və sonra Britaniya imperiyası və Qərbi Avropada yayıldı. Binalar termlərə (Roman hamamı) oxşayır. Rus saunalarından (banya) fərqli olaraq, hansı ki, mühit buxarını istifadə edir, hamamlarda suya üstünlük verilir.
Haramı
Birinci Haramı — Füzuli rayonunun qəsəbə inzibati ərazi dairəsi. 19 iyun 2009-cu ildən 1 №-li Qayıdış adlanır. İkinci Haramı — Füzuli rayonunun qəsəbə inzibati ərazi dairəsi. 19 iyun 2009-cu ildən 6 №-li Qayıdış adlanır. Haramı düzü — Füzuli rayonunda böyük bir sahəni əhatə edən ərazi. "Haramı" yarımstansiyası — Füzuli SES-ə aid elektrik yarımstansiyası. Haramı (İran) — İranda kənd. Haramı dağı — Ordubad rayonu ərazisində dağ. (Hünd. 1316,7 m.) Haramı aşırımı — Ordubad rayonu ərazisində aşırım.
Haran
Haran — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 85 nəfərdir. Lerik rayonunun Kirəvud inzibati ərazi vahidində yerləşən bu kənd dağətəyi ərazidədir.
Harar
Harar (Harer) — Efiopiyanın əsas islam şəhəri, daş divarlarla əhatə olunmuş məscidlər və rəngarəng bazarlar şəhəri, müsəlman elmi və məktəbləri mərkəzi. Əsrlər boyu Harardan Şərqi Afrikanı ərəb dünyası ilə əlaqələndirən ticarət karvanları keçib. Bu şəhərin çiçəklənmə dövrü XVI əsrdir. Şəhər o zaman böyük əraziyə malik, bugünkü Şərqi Efiopiyanı əhatə edən müstəqil Somali Sultanlığı olan Adalın paytaxtı olub, lakin vaxt ötdükcə Adal mövqelərini itirib. Hazırda Harara Efiopiya hökuməti nəzarət edir. Şəhərin "Cuqol" adlandırılan köhnə hissəsi son 400 il ərzində çiçiəklənmə vaxtı qonşuların hücumlarından müdafiə üçün dörd metr hündürlüyə malik divarlarla əhatə olunub. 2006-cı ildə 82 məscidə malik Cuqol YUNESKO-nun Dünya irsi siyahısına daxil edilib. 300 ildən çox müddət ərzində köhnə şəhərə giriş qeyri-müsəlmanlar üçün bağlı olub. Burada mövcud ənənəyə əsasən, köhnə şəhərdə sakinlər evlərin xarici divarlarını müxtəlif əlvan rənglərə boyayırlar. Evlər üç növdə tikilib; bəziləri Qırmızı dəniz sahilindəki ənənəvi ərəb şəhərləri memarlığını xatırladır.
Haray
Haray (roman) — Əlisəfa Məmmədovun 1984-cü ildə nəşr olunmuş ilk romanı. Haray (film) — müxtəlif illərdə çəkilmiş filmlər.
Həram
Məscidül-Həram — Məkkə şəhərində məscid. Həram (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Mirzə Əli Ləli
Mirzə Əli Ləli və ya Mirzə Əlixan İrəvani (1845, Təbriz və ya İrəvan, Gürcüstan-İmeretiya quberniyası – 1907, Tiflis və ya Təbriz) — azərbaycanlı şair, həkim. Mirzə Əli Ləli 1845-ci ildə Təbrizdə dünyaya gəlib. Ata-anası əslən irəvanlı olub. Təbriz mədrəsələrində təlim-tərbiyə alıb. Ərəb və fars dillərini öyrənib. Təbrizdə əttarlıq dükanı açıb və bir müddət ticarətlə məşğul olub. Sonra o dövrün məşhur həkimlərindən təbabət elmini öyrənib. Bu sahədə biliklərini təkmilləşdirmək üçün Tehrana gedib. Sonra Təbrizə qayıdaraq həkimlik etməyə başlayıb. Öz bilik və təcrübəsini artırmaq üçün Misirə, İstanbula, hətta Avropanın bəzi şəhərlərinə səfərlər edib.
Harab (Bostanabad)
Harab (fars. هراب‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 276 nəfər yaşayır (68 ailə).
Harami yaylaqları
Harami yaylaqları — Ermənistan Respublikasının cənubunda, keçmiş Qafan rayonunda, Gığı dərəsi ərazisində yerləşən yaylaq. Yaylaqdan qədim zamanlardan Sovet dövrünə kimi Cəbrayıl, Füzuli elləri mal-qara otarılması üçün istifadə edib. Gığı dərəsində Acıbac kəndindən yuxarıda Sarıdərə çayının başında yerləşən Harami yaylaqları qədim yaylaq yerlərindən biridir. Yaylaq ərazisində eyniadlı ərazicə iri Harami qəbiristanlığı da yerləşib ki, burada yaylaq vaxtı dünyadan köçənlər dəfn ediliblər. Erməni qadağalarına baxmayaraq Azərbaycanlıların Qafan rayonu ərazisindən deportasiyasına kimi Cəbrayıl rayonunun Hovuslu, Horovlu (Horavlı), Şahvəlli (Şahvəlili), Qovşudlu (Qovşud), Mahmudlu, Çərəkən fermaları Harami yaylaqlarına gəliblər. Yaylaq yaxınlığındakı azərbaycanlı kəndləri ilə Cəbrayıl rayonunda yerləşən kəndlər arasında qohumluq münasibətləri bugünə kimi qalır.
Haramı aşırımı
Haramı (Hərəmi) — Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxəsində, Qaradərə-Gilançay suayırıcısında, Biləv kəndindən 4 km qərb-cənub-qərbdə aşırım (hünd. 1290,0 m). Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin çökmə süxurlarının aşınması nəticəsində yaranmış gəzdəkdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin cənub-qərb cinahına aid Gilançay antiklinalının şimal-şərq qanadında yerləşir. HƏRƏMİ AŞIRIMI – Ordubad rayonu ərazisində Haramı aşırımının əhali arasında işlədilən başqa adı.
Haramı dağı
Haramı (Hərəmi) — Ordubad rayonu ərazisində dağ (hünd. 1316,7 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxəsində, Qaradərə-Gilançay suayırıcısında, Biləv kəndindən 4 km qərb-cənub-qərbdə zirvə. Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin cənub-qərb cinahına aid Gilançay antiklinalının şimal-şərq qanadında yerləşir. HƏRƏMİ DAĞI – Ordubad rayonu ərazisində Haramı dağının əhali arasında işlədilən başqa adı.
Haramı düzü
Haramı düzü — Füzuli rayonunu və Beyləqan rayonunun böyük bir sahəni əhatə edən ərazi. Toponim 2 sözdən ibarətdir. Düz coğrafi termini mənfi relyef forması ifadə edir. Oronimiyada enişi, yoxuşu, təpəsi, çuxuru olmayan,ümumi fondan çox da kənara çıxmayan hamar relyef səthinə düz deyilir. Oronimin tərkibindəki haram sözü ərəbcə "qadağan edilmiş", "yasaq olunmuş", "toxunulmaz", "haram mala əl uzadan", "yolkəsən", "quldur", "qaçaq","soyğunçu" mənalarındadır. Ərazi vaxtilə bu düzlərdə məskən salmış qaçaq-quldurlara (Azərbaycanın bəzi zonalarında onlar haramı adlanır) görə belə adlandırılmışdır. Bəzi araşdırıcılar isə oronimin tərkibində olan haramı sözünü İran dillərindəki hor/har ("isti") komponenti ilə əlaqələndirir.Bu yerlər xüsusilə yay aylarında çox isti olur. Şamaxı rayonu ərazisində, Udulu kəndinin cənub-qərbində Haramı dağı, Quba rayonu ərazisində Qudyal çayının sahilində yerləşən Haramtala dağı toponimləri də bu qəbildən olan coğrafi adlardandır. armenianvandalism.
Haray (film)
Haray (film, 1989) —
Haray (roman)
Haray — Əlisəfa Məmmədovun 1984-cü ildə nəşr olunmuş ilk romanı. Əsərin qəhrəmanı Kazım kişi qəzaya uğradığı gəmidə tənha qaldığı günlərdə ömrünün müxtəlif mərhələlərində rastlaşdığı yaxşı, pis adamları yada salır, təzadlı hadisələri xatırlayır. Beləliklə, Xəzər dənizi və Kür çayı gəmiçilərinin bir neçə nəslinin sevincli, fərəhli, həm də çətin, dolanmbac yollu həyat salnaməsi gözlərimiz qarşısında canlanır.
Harem (janr)
Harem (ハーレムもの, hāremumono, "hərəm" sözündən) — poliqamiya və ya məhəbbət üçbucağı ilə xarakterizə olunan anime və manqa altjanrı. Bu altjanrda baş qəhrəman adətən əks cinsin bir neçə nümayəndəsi və ya eşq münasibətində olduğu bir neçə şəxslə əhatə olunur. Harem yuri janrı ilə birləşibsə, o zaman poliqamik münasibətlər qadın haremi və ya seraqliosaya aid edilir. Amma harem yaoy janrı ilə birləşibsə, o zaman poliqamik münasibətlər kişi haremi, tərs harem və ya qyakuharemuya (逆ハーレム) aid edilir. Bütün seriya üçün romantika nadir hallarda əsas diqqət mərkəzində olduğundan haremin strukturu anlaşılmazdır. Gözəçarpan səciyyəvi xüsusiyyət qızlardan və ya oğlanlardan ibarət qrupun baş qəhrəmanı müşayiət etməsidir. Xüsusi hallarda baş qəhrəmanla nikahsız yaşayırlar. Haremdə azı iki personajın baş qəhrəmana qarşı marağı olmalıdır. Harem janrı çox vaxt eççi janrı ilə əlaqədə olur. Əsasən baş qəhrəmanın oğlan olduğu haremlərə üstünlük verilir.
Harim dənizi
Harim dənizi — Sakit okeanın yarımqapalı dəniz olaraq Daxili Yapon dənizinin şərqində yerləşir. Dəniz adalarla hüdudlanır. Şərqində Avaci, şimalda Xonşu, qərbdə Sedo və cənubda Sikoku adaları yerləşir. Dəniz eyni adlı vilayyətin adından götürülmüşdür. Sahəsi 2500 km² təşkil edir. Dayaz dənizlər qrupuna daxildir. Ən dərin yeri 42 metrdir. Daxili Yapon dənizinin qərb hissəsindən Bisan boğazı, şərq hissədən isə Akosi və Naruto boğazları ayırır. Şimalında İesima adaları yerləşir. İesimdən Avaci adaları arasında Sika və Murosa çökəklikləri sıralanır.
Hiram Abas
Mustafa Hiram Abas (1932, İstanbul — 26 sentyabr 1990, İstanbul). 1932-ci ildə İstanbulda doğuldu. 1957-ci ildə Ankara Universiteti Siyasi Məlumatlar Fakültəsini bitirdi. Müfəttişlik vəzifəsindən sonra ehtiyat zabit olan və M İ T-də işə başlayan Hiram Abas 12 mart dövründə M İ T-də böyük vəzifələrdə olan Abbas, 1978-ci ildə Namiq Kamal Ersun'un tasfiyesiyle əlaqəli olaraq öz istəyiylə təqaüdə ayrıldı. 1983-cü ildə ikinci dəfə Milli İstihbarat Təşkilatına dönən Abbas, 1988-ci ildə nümayiş olunan MİT hesabatı hadisəsində məsul görülərək, hesabatı qələmə alan Mehmet Eymür'le passiv vəzifəyə alınmaq tələb edilib, ikinci dəfə təşkilatdan öz istəyi ilə ayrıldı. Qorqud Eken ilə abi qardaş, köhnə M İ T məsləhətçisi və general-leytenant Mehmet Fuad Doğu ilə ata oğul əlaqəsi içində olduğu müxtəlif kitablarda belrtilmiştir. Amerika silah firmalarının Türkiyə nümayəndəliyini edən bir şirkətdə çalışarkən 26 sentyabr 1990 səhəri işinə getmək üçün yola çıxdığında uğradığı sui-qəsddə həyatını itirdi. Evinin yaxınlığında, bələdiyyə işçisi kimi geyinmiş insanların açdığı çarpaz atəşin ortasında qalan Abas, hadisə yerində öldü. Cinayəti DEV-SOL üstlense də, Hiram Abasın faili məchul iddiası tozlu rəflərdə çürüyüb getmişdir. Kurtlar Vadisindəki köhnə xarakterlərdən Aslan Akbeyin (Aslan Amca-serialdakı gerçək adı: Abbas Ustaoğlu) Hiram Abası təmsil etdiyi irəli sürülür.
Kazimej Deymek
Kazimej Deymek (pol. Kazimierz Dejmek; 17 may 1924[…], Kovel[d] – 31 dekabr 2002[…], Varşava) — Polşalı teatr rejissoru və aktyoru, dövlət və ictimai xadimi, Polşanın mədəniyyət və incəsənət naziri (1993–1996), Polşa Seyminin deputatı (1993–1997), Polşanın əməkdar mədəniyyət işçisi (1981). Polşa Dövlət Mükafatı laureatı (1953, 1955, 1984) Mənşəcə çex olan Kazimej Deymek İkinci Dünya müharibəsi illərində müqavimət hərəkatında iştirak etmişdir. 1943-cü ildən Daxili Ordunun əsgəri olmuşdur. 1946-cı ildə əlavə olaraq dramatik aktyor kimi imtahan da vermişdi. 1947-ci ildə teatr səhnəsində debüt edir. 1949-cu ildə Lodzidəki Kino Məktəbinə daxil olur. Jeşuv, Yelena-Qura və Lodz teatrlarının səhnələrində də oynamışdır. 1949–1961-ci illərdə Lodzidəki Nova Teatrının təşkilatçısı və rejissoru olub. Burada o, Kaninin "Karqanın daşlama dəstəsi" (1949), Ostrovskinin "Tufan" (1952), Vladimir Mayakovskinin "Hamam" (1954), Vilyam Şekspirin "Yuli Sezar" (1960), Vilkovetskdən olan Mikolayın "Rəbbin şanlı dirilməsinin hekayəsi" əsərlərinə (1961) quruluş vermişdir.
Hiram Usta
Hiram usta hekayəsi yəhudilərin müqəddəs və mistik iudaizmin kitabı olan Kabalada nəql edilən hekayələrdən biridir. Süleyman peyğəmbər (e.ə. 965–926) yəhudi dini ədəbiyyatında, eləcə də tarixində mühüm yer tutan bir şəxsdir. Bunun səbəbi onun peyğəmbər olmaqla yanaşı həm də yəhudilərin krallarından biri olmasıdır. Süleyman peyğəmbərin yəhudi tarixində mühüm yer tutmasının bir səbəbi də bu gün yəhudilərin müqəddəs hesab etdikləri yerlərdən biri olan və Qüdsdə yerləşən "Ağlama Divarı" ilə olan əlaqəsidir. Yəhudi dini təliminə görə "Ağlama Divarı" əfsanəvi "Süleyman Məbədi"-nin müasir dövrə qədər gəlib çatmış yeganə qalığıdır. Süleyman Məbədi e.ə. 587-ci ildə, Yahuda dövlətinin işğalı vaxtı, Babil kralı Nabukodonosorun əmri ilə yerlə yeksan edilmişdi. Süleyman Məbədinin inşa edilməsi hekayəsi mistik iudaizmin kitabı olan Kabalada, "Krallar, 7-ci Bab"-da ətraflı izah edilir. Bu məbədin baş memarı, dul bir qadının oğlu olan, Hiram Abif adlı bir usta idi.
Naci əl-Əli
Naci əl-Əli (ərəb. ناجي سليم العلي ‎; təq. 1937 – 29 avqust 1987, London) — Fələstinli karikaturist. Ərəb ölkələrinin apardığı siyasəti və İsraili tənqid edən karikaturaları ilə məşhurlaşmışdır. Fələstinli və ərəb siyasi xadimləri ilə bağlı sərt üslublu karikaturaları ilə tanınan Naci əl-Əli fəaliyyəti dövründə topamda 40.000 dən çox karikatura çəkmişdir. Naci əl-Əli daha çox Hanzala adlı karikatura personajının yaradıcısı kimi xatırlanır. Hanzala qısa zamanda məşhurlaşaraq, Fələstin Azadlıq Hərəkatının simvollarından birinə çevrilmişdir. Naci əl-Əli Londonda işlədiyi və Küveytə aid olan Əl-Qabas qəzetinin ofisindən çıxarkən silahlı hücuma məruz qalmış və ağır yaralanmışdır. Sui-qəsd cəhdi 1987-ci ilin 22 iyun tarixində baş vermişdi. Karikaturist üzündən ağır yaralandığından 5 həftə reanimasiyada saxlanılsada həmin ilin 29 avqust tarixində vəfat etmişdir.
Əli Əl Qrari
Əli Əl Qrari (31 yanvar 1997) — Liviyalı oxatan. Əli Əl Qrari Liviyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Əli Əl Qrari birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Amerika Birləşmiş Ştatlarının nümayəndəsi Bredi Ellison ilə üz-üzə gəldi. Həmin görüşdə Əli Əl Qrari rəqibinə 0:6 hesabı ilə uduzdu.
Əli əl-Əkbər
Əli əl-Əkbər (ərəb. علي الأكبر بن حسين‎‎) — İmam Hüseyn və Ümmü Leylanın oğlu. Kərbəla döyüşündə şəhid olub.
Əli əl-Əsğər
Əli əl-Əsğər (ərəb. ‎عبدالله بن حسین علی الأصغر‎‎) — İmam Hüseynin (ə) kiçik oğlu. Kərbəla döyüşündə şəhid olmuş ən azyaşlı şəhid. Əli əl-Əsğər ibn Hüseyn 680-ci ildə anadan olmuşdur. Aşura günü İmam Hüseyn düşmən müqabilində dayanıb oğlu Əli Əsğəri əlinə alıb düşmənə su üçün müraciət etdi:"Ey düşmən! Siz mənim yaxınlarımı, qardaşlarımı, övladlarımı öldürdünüz. Onların arasında tək 6 aylıq körpəm qalıb. Susuzluqdan quş kimi ləhləyir. Bu körpənin heç bir günahı yoxdur. Ona görə sizin yanınıza gətirdim ki, ona su verəsiniz.
Əli Məmmədov (əmək qəhrəmanı)
Əli Cəlil oğlu Məmmədov (1898–1968) — Sosialist Əməyi Qəhrəmanı (1949). Əli Məmmədov 1898-ci ildə İliç rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. 1928-1953-cü illərdə Naxçıvan rayonunun "Azərbaycan" kolxozunda sədr işləmişdir. 1948-ci ildə qoyunçuluq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Naxçıvan MSSR Ali Sovetinin (2-ci çağırış) deputatı olmuşdur. Azərbaycan SSR və Zaqafqaziya MİK-lərinə, Azərbaycan KP MK Naxçıvan Vilayət Partiya Komitəsinə üzv seçilmişdir. 24 iyun 1949-cu ildə qoyunçuluğun inkişafında göstərdiyi xidmətlərə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, Lenin ordeni, "Qırmızı Əmək Bayrağı" ordenləri ilə təltif olunmuşdur. Əli Məmmədov 1968-ci ildə Naxçıvanda vəfat etmişdir. Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: Куба—Мисир.
Əli İsmayılov (əmək qəhrəmanı)
Əli Qurbanəli oğlu İsmayılov (1909, Şərur-Dərələyəz qəzası – 5 oktyabr 1969, İliç rayonu) — pambıqçı, Sovet İttifaqı Kommunist Partiyası üzvü (1941), Sosialist Əməyi Qəhrəmanı (1950). Əli İsmayılov 1909-cu ildə İrəvan quberniyasının Naxçıvan qəzasının (indiki Şərur rayonu) Mahmudkənd kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1938-ci ildə H.Aslanov adına kolxozda başlamış, 1968-ci ilə qədər bu kolxozda manqabaşçısı işləmişdir. 1941-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuşdur. 1949-cu ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 17 iyun 1950-ci il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni, ilə təltif olunmuşdur. Əli İsmayılov 5 oktyabr 1968-ci ildə İliç rayonunda vəfat etmişdir.
Əli Əliyev (əmək qəhrəmanı)
Əli Nağı oğlu Əliyev (1932, Nehrəm, Naxçıvan MSSR – 22 may 1995, Nehrəm, Naxçıvan Muxtar Respublikası) — Naxçıvanın əmək qabaqcılı, Sosialist Əməyi Qəhrəmanı (1982). Əli Nağı oğlu Əliyev 1932-ci ildə Azərbaycan Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm kəndində anadan olmuşdur. 1963-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu (indi ADAU) məktəbini bitirib. 30-ildən çox Babək rayonunun "Kommunizm" kalxozunda birqadir işləmiş, "Usta pambıqçı", "Usta tütünçü", "Usta üzümçü" adlarına layiq görülüb. 1976–1980-ci ildə yüksək əmək göstəricilərinə nail olmuşdur. 2 çağırış SSRİ Ali Sovetinin, 2 çağırış Naxçıvan MSSR Ali Sovetinin deputatı olmuşdur. Gərgin əməyi yüksək qiymətləndirilən Əli Əliyev kalxozçuluq sahəsində qazandığı nailiyyətlərə görə bir çox orden və medallarla təltif edilmiş, 2 dəfə "Lenin" ordeni, "Oktyabr İnqilabı", ən əsası 1982-ci ildə sovet dövrünün ən yüksək adlarından biri olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. 1978-ci ildə Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb.
Mirzə Əli Xan Ləli
Mirzə Əli Ləli və ya Mirzə Əlixan İrəvani (1845, Təbriz və ya İrəvan, Gürcüstan-İmeretiya quberniyası – 1907, Tiflis və ya Təbriz) — azərbaycanlı şair, həkim. Mirzə Əli Ləli 1845-ci ildə Təbrizdə dünyaya gəlib. Ata-anası əslən irəvanlı olub. Təbriz mədrəsələrində təlim-tərbiyə alıb. Ərəb və fars dillərini öyrənib. Təbrizdə əttarlıq dükanı açıb və bir müddət ticarətlə məşğul olub. Sonra o dövrün məşhur həkimlərindən təbabət elmini öyrənib. Bu sahədə biliklərini təkmilləşdirmək üçün Tehrana gedib. Sonra Təbrizə qayıdaraq həkimlik etməyə başlayıb. Öz bilik və təcrübəsini artırmaq üçün Misirə, İstanbula, hətta Avropanın bəzi şəhərlərinə səfərlər edib.
Əl-Vəli
Əl-Vəliyy (ər. الولي) — Allahın adlarından biri.
Adi badam
Adi badam (lat. Prunus amygdalus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Müxtəlifliyinə görə iki yerə ayrılır: Şirin badam – Prunus dulcis var. dulcis; Acı badam – Prunus dulcis var. amara. Şirin badam təzə halda yeyilir və geniş miqyasda qənnadı sənayesində istifadə edilir. Acı badamdan badam yağı və 0,5-0,8% miqdarında efir yağı alırlar. Bu məhsullar ətriyyat, əczaçılıq sənayesində kamfora, məlhəm, emulsiya istehsalı üçün istifadə olunur. Badam efir yağından bəzi ətriyyat məmulatlarının ətirləndirilməsi üçün istifadə edilir. Ondan, həmçinin aktivləşdirilmiş kömür də alırlar.
Beyrək
Bamsı Beyrək — Kitabi Dədə Qorqudda əsas personaj. Beyrək Fezullayev — Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri, Vətən müharibəsi şəhidi. Beyrək (Ərdəbil) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd.
Devrək
Devrək (türk. Devrek) — Zonquldak ilinin ilçəsi. Əhalisi 57.540 nəfərdir. 14 may 1920-ci ildə Zonquldak ilinin ilçəsi statusu almışdır. Məmur Ümid Altay, bələdiyyə başçısı isə Çətin Bozqurddur. Qədim dövrlərdən bəri dərin köklü bir tarixə sahib olan Devrek bölgənin sosial və mədəni yükünü digər qonşuları ilə birlikdə icra edirdi. Bu çərçivədə, Devrek erkən xalkolit dövründə (e.ə. 5500) məskunlaşma səhnəsi idi və bu vəziyyət erkən tunc dövrünün sonuna qədər davam etdi. Eramızdan əvvəl 2000-ci ildən Yunan dövrünə qədər 'Qaranlıq Əsr' adlandırdığımız bu illərdə heç bir yaşayış məskəninin olmadığı Devrəkin Ellinizm Dövründən bəri tikintiyə məruz qaldığı aydın olur. Buna görə Devrekdə və ətrafındakı ərazilərdə Hitti yaşayış yeri yoxdur.
Deyhuk
Deyhuk-İranın Cənubi Xorasan ostanının Təbəs şəhristanının Deyhuk bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,767 nəfər və 766 ailədən ibarət idi.
Deyləm
Deyləm (ərəb. ديلام‎, fars. دیلمان‎) — Xəzər dənizinin qərbindəki dağlıq bölgənin tarixi adı. Şərqindəki Təbəristan (bugünkü Mazandaran) qərbindəki Gilanda geniş anlamla tarixi Deyləm bölgəsini əhatə edir. Deyləm (Gilan) hakimi Mərzban ibn Məhəmməd axırıncı Saci hökmdarı Deysəmə (Sacilər dövlətində hakimiyyəti ələ keçirən qulam) 941-ci ildə qalib gəlib ölkənin paytaxtı Ərdəbili ələ keçirdi. Mərzban ibn Məhəmməd Salarilər (941-981) sülaləsindən olduğu üçün bu dövlət Azərbaycan tarixində Salarilər dövləti kimi tanınır. Mərzban ibn Məhəmməd çətin mübarizə şəraitində Sacilər dövlətinin hakimiyyəti altında olan Azərbaycan torpaqlarına sahib olaraq öz səltənətini möhkəmləndirməyə çalışırdı. Onun məqsədi Azərbaycanın qədim sərhədlərinin bütövlüyünə nail olmaq idi. Salarilər dövlətinin paytaxtı Ərdəbil şəhəri idi. Salarilər, çox keçmədən, Azərbaycanın şimal-qərb torpaqlarını və Şirvanşahlar dövlətini də özlərindən asılı hala saldılar, Dərbəndi ələ keçirdilər.
Deymos
Deymos (Mars)
Döyməc
Döyməc və ya Döymac (az-əbcəd. دؤیماج،دؤیمَج‎) Cənubi Azərbaycanda Qəzvin və Təbriz şəhərlərinə aid olan qəlyanaltıdır, Şimali Azərbaycanda isə Şəki və Oğuz rayonlarına aid olan, əzilmiş meyvədən (alça, zoğal, alma, gavalı və s.) hazırlanan qəyanaltı. 1 stəkan su 200 q pendir (küp pendiri daha yaxşıdır) 4 ədəd quru lavaş çörəyi 100 q kərə yağı Lazım olan miqdarda doğranılmış göyərtilər 100 q qızardılmış soğan Lazım olan miqdarda qoz içi İstəyə görə qaymaqlı qatıq İlk olaraq quru çörəkləri geniş bir qabda yaxşıca doğrayıb sonra bir stəkan suyu az-az üstünə töküb qarışdırın. Pendiri doğrayıb və əlavə edin. Kərə yağını əridib doğranmış qoz,doğranmış göyərti və öncədən qızardılmış soğan ilə üzərinə töküb əllə yaxşıca qarışdırın.Bu mərhələdə döyməc otaq mühitində (nə ocaq üstündə) dincəlməlidir. Dincəlməkdən sonra döyməci əl və ya incə belli stəkan ilə (Qəzvinə aid incə belli stəkan ki Armudu stəkanı kimindir) dürməkləyib, şəkil verməliyik.Qəyd edək ki hazırlandıqdan dərhal sonra dürməkləsək, əmələ gəlməz yoxsa bir az əmələ gəlməkdən sonra parçalanar. Bir azdan sonra, döyməci yuvarlaq yaxud oval formada əllərinizdə sıxın ki, tamamilə yapışsın və dağılmasın. Açılırsa bir az su və ərinmiş yağ əlavə edin. Hazırlandıqdan sonra, istənirsə, bir az bərk qaymaqlı qatıq ya süzmə və nanə üstünə töküb süfrəyə verin.
Dözmək
Dözmək — Davam gətirmək, tab gətirmək, səbirlə keçirmək, qatlaşmaq. Ağrıya dözmək. Əziyyətə dözmək. Misal: Səbir etmək, təhəmmül etmək, səbirlə gözləmək. Dözürsən döz bu ayrılıq dağına; Mən dayannam, amma sən dayanmazsan! M. P. Vaqif. Razılaşmaq, barışmaq, keçirmək, yol vermək. Misal: Belə şeylərə dözmək olmaz. – Yox, sən buna dözməzsən, elin vuran qolusan; Sən namus aşiqisən, şərəflisən, ulusan. M. Rahim.
Dürmək
Dürmək — Azərbaycan milli mətbəxinə daxil olan qəlyanaltı növlərindən biri. Adətən səhər yeyilir. Tez və asan hazırlanması ilə seçilən yeməkdir. Dürməyin iki forması məlumdur: bükmə dürmək və cibli dürmək. Bükmə dürməkdə yaxma ərzaq (pendir, göyərti, qızardılmış ət, yumurta və s.) yuxanın bir qırağına qoyulur, yuxanı alt tərəfdən bir az içliyin üzərinə büküb dürməkləyirlər. Alt tərəfi də qatlandığı üçün içlik tökülmür. Silindr şəklində bükülmüş, bürmələnmiş bu yemək çox ləzzətli olur. Çox vaxt quymaq, halva, eləcə də pendir, yağ, şor və s. ağartı məhsulları bu qayda ilə dürmək edilərək yeyilir. Azərbaycanın bir çox bölgələrində yas üçün bişirilən halvalar yuxaya bükülərək süfrəyə qoyulur.
Dəllək
Yaxa Dəllək — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Çöl Dəllək — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Dəllək Murad – XVIII əsr aşıqlarından biri.
Dəvdək
Dəvdək və ya Davdax — VII əsr Qafqaz albanı şairi. Həyat və yaradıcılığı haqqında məlumat azdır. Musa Kalankatlının yazdığına görə, Dəvdək filosof, gözəl natiq və ustad şair olmuşdur. Uzun müddət Cavanşirin sarayında yaşamışdır. Cavanşirin xəyanət nəticəsində öldürülməsi münasibətilə yazdığı qəsidəni Musa Kalankatlı "Alban tarixi" əsərinin ikinci kitabına daxil etmişdi. "Alban tarixi"nin əsli hələlik tapılmamışdır, elm aləminə bu əsərin və qəsidənin XI–XII əsrlərdə qədim erməni dilinə tərcüməsi məlumdur. Təqribən 140 misralıq bu qəsidədə mədhiyyə və mərsiyə ünsürləri birləşmişdir. Qəsidə janr etibarı ilə qədim yunan, formaca isə şərq poeziyasında geniş yayılmış müvəşşəh şəklində yazılmışdır.
Dəyənək
Dəyənək — hüquq-mühafizə orqanlarının cinayətkarlara və hüquq pozucularına qarşı istifadə etdiyi vasitə. Müxtəlif dövrlərdə orqan əməkdaşları bu vasitənin taxta və plastik maddələrdən düzəldilmiş növlərindən istifadə ediblər. Hal-hazırda isə dünya ölkələrindən əsasən bəlkidilmiş rezin maddədən olan növü daha çox yayılıb. Bir çox inkişaf etmiş ölkələrin qanunlarında bu vasitənin, uşaqlara, hamilə qadınlara, yaşlılara, fiziki əlilliyi olan insanlara istifadəsi qadağan edilmişdir. Lazım gəldikdə istifadə olunan bu vasitədən bədənin boyun və baş hissəsinə vurulmağı qəti-qadağan olunur.
Feşmək
Feşmək — karameləoxşar Azərbaycan şirniyyatı Tərkibinə un, şəkər tozu, kərə yağı, sirkə, cövhər, rəngli yeyinti boyaları daxildir. Mənbələrə əsasən pərvərdənin ilk reseptlərinin qədim İranda, xüsusilə ölkənin şimal hissəsində yaranmış, fars kulinariya mədəniyyətinin Azərbaycan kulinariya mədəniyyətinə təsiri nəticəsində bu şirniyyat Azərbaycan mətbəxində də geniş yayılmışdır. Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Geymer
Geymer (ing. gamer) və ya oyunçu — müntəzəm olaraq kompüter oyunları oynayan şəxs. Geymerlər və onların sevdikləri oyun proqramları kompüterlərin aparat təminatının imkanlarının genişlənməsində başqa istifadəçilərin tələblərindən daha çox təsirli olur.
Kərmək
Dəvəayağı (lat. Limonium) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin plumbaqokimilər fəsiləsinə aid bitki cinsi.
Leylək
Leylək (lat. Ciconia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin leyləkkimilər dəstəsinin leyləklər fəsiləsinə aid heyvan cinsi.
Qeymer
Geymer (ing. gamer) və ya oyunçu — müntəzəm olaraq kompüter oyunları oynayan şəxs. Geymerlər və onların sevdikləri oyun proqramları kompüterlərin aparat təminatının imkanlarının genişlənməsində başqa istifadəçilərin tələblərindən daha çox təsirli olur.
Seçmək
Seçmək (ing. choose) – qrafik istifadəçi interfeysində: komandanın çalışdırılmasına səbəb olmaq və ya parametri seçmək. Bu prosedur bir neçə hərəkətdən ibarət ola bilər; məsələn, dialoq boksunda parametrin seçilməsi bir hərəkətlə yerinə yetirilir, ancaq menyudan komandanın seçilməsinə ən azı iki hərəkət lazımdır (öncə ekrana menyunun komandalarının siyahısını çıxarmaq, sonra isə lazım olan komandanı seçmək). Çox zaman bu terminin əvəzinə, onun ingilis sinonimi olan "select" terminindən istifadə olunur, ancaq "choose" daha münasib variantdır, çünki "select" başqa spesifik anlamda işlədilir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Çeşmək
Eynək, gözlük və ya çeşmək — insanın gözlərinin qarşısında saxladığı, müxtəlif üsullarla bərkidilən bir cüt linza və ya digər şəffaf materialdan hazırlanan lövhəciklər. Eynəklərin müxtəlif təyinatları vardır: Optik eynəklər Günəş eynəkləri Üzgüçülər üçün eynəklər Sürücü eynəkləri Yüksək müdafiəli eynəklər "Xameleonlar" Şaxtaçılar üçün eynəklər 3 ölçülü film eynəyi və s. Adi gün eynəkləri orta qurşağın tələblərinə cavab verən yay eynəkləridir. Yüksək müdafiəli eynəklər isə ilk növbədə hündür dağlıq ərazi, qütbarxası ərazilər, ozon anomaliyalı regionlar üçün nəzərdə tutulub. Onlar həm yay, həm də qış mövsümü üçün vacibdir. Optik eynəklər görmə qabiliyyəti zəif olan insanlar üçün nəzərdə tutlur. Yaxındangörməni səpici linzalı eynək, uzaqdangörməni isə toplayıcı linzalı eynək taxmaqla aradan qaldırırlar. İlk eynək elə optik eynək olmuşdur. O 1280-ci ildə italyada ixtira olunmuşdur və bu ixtiranın müəllifi Salvinio delli Armati olmuşdur. Əşyaların daha yaxşı görünməsini təmin edirdi.
Zeybək
Zeybək bu mənaları ifadə edə bilər: Zeybəklər Zeybək (rəqs) == Həmçinin bax == Zeynəko — Azərbaycanın Lerik rayonunun inzibati ərazi vahidində kənd.