Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qırıqlı
Qırıqlı (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Qırıqlı (Göygöl) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Dönük Qırıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun inzibati ərazi vahidində kənd. Düz Qırıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun inzibati ərazi vahidində kənd. Qırıxlı (Sarvan) — Gürcüstan Respublikasının Aşağı Kartli diyarının Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Qıyıqlı
Qıyıqlı — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Dəstəfur kənd inzibati ərazi dairəsində kənd. Toponim, çox güman ki, Səlcuq oğuzlarının kıyıq tayfasının adından və mənsubiyyət bildirən "-lı" şəkilçisindən ibarət olub, "kıyık tayfasından olanlar" mənasını bildirir. Yerli əhalinin məlumatına görə, kənd rayonun Muşavaq kəndindən köçüb gəlmiş Qıyıq Alının nəslinin məskunlaşması nəticəsində yaranmışdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd dağətəyi ərazidə yerləşir. Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Kənddə Qıyıqlı kənd kitabxana filialı, Qıyıqlı kənd Mədəniyyət Evi fəaliyyət göstərir. Kənddə Daşkəsən rayon Qıyıqlı kənd ümumi orta məktəbi fəaliyyət göstərir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə Qıyıqlı kənd tibb məntəqəsi yerləşir.
Dönük Qırıqlı
Dönük Qırıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Dönük Qırıqlı kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsini XVIII əsrin axırlarında Düz Qırıqlı kəndindən köçüb gəlmiş ailələr salmışlar. Oronimin ikinci komponenti (qırıqlı) oğuz tayfalarından birinin adı ilə bağlıdır. Dönük komponenti isə düz sözünun qarşılığı kimi "əks tərəf" və ya qədim türk dilinin dil vahidi olan tanuq sözünun ifadə etdiyi "dik" mənası ilə əlaqədardır. 1917-ci ildə həmin komponent Danuk variantında qeydə alınmışdır. == Tarixi == === Tarixi abidələri === Dönük Qırıqlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == === Şəhidləri === Nurlan Sultanov — Vətən müharibəsi şəhidi. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti əkinçilik, bağçılıq və maldarlıqdır. Əkinçilikdə suvarma əkinçiliyindən istifadə olunur. Əsasən kartof və taxıl istehsalına üstünlük verilir.
Düz Qırıqlı
Düz Qırıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Düz Qırıqlı kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Oykonim düz və qırıqlı (oğuz tayfalarından biri olan qırıqların adını əks etdirən etnotoponim) komponentlərindən düzəlib. Kənd düzənlikdə salındığına görə və Dönük Qırıqlı kəndindən fərqləndirmək məqsədilə belə adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Düz Qırıqlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində, Kür çayının cənub–şərqində, İpək yolunun üzərində ("Qırıq ocaq" adlandırılan yerdə) yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Qənirə Paşayeva — jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin üzvü. Qəzənfər Paşayev — Filologiya elmləri doktoru və professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, ədəbiyyatşünas, folklorşünas, publisist, dilçi, yazıçı və tərcüməçi. === Şəhidləri === Bədirov Nəcməddin Nurəddin oğlu (2001-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Əliyev Asim Nuru oğlu (1999-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Salmanov Sahil Vüqar oğlu (2002-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. == İqtisadiyyatı == Kəndin iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir.
Qırıqlı-Muğanlı
Qırıqlı-Muğanlı — Tiflis quberniyasının Borçalı qəzasında kənd adı. Qırıqlı-Muğanlı- Tiflis quberniyasının Borçalı qəzasında kənd adı. Muğanlı tayfasının məskunlaşması nəticəsində yaranmış məntəqələrdəndir. Muğanlı kəndlərinin bir-birindən fərqləndirmək üçün "qırıqlı kəndi yaxınlığında yerləşən Muğanlı kəndi" mənasındadır.
Qırıqlı (Goranboy)
Qırıqlı — Azərbaycan Respublikasının Goranboy rayonunun Qırıqlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Goranboy rayonunun Qırıqlı kəndi Goranlı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qırıqlı kənd Soveti yaradılmışdır. Oykonim türkdilli qırıqlı tayfasının adı ilə bağlıdır. Tədqiqatlara əsasən, qırıqlı tayfaları XII əsrdən Yaxın Şərqdə məşhur idilər. Sonralar əfşar tayfasının tərkibində olmuşdular. Səfavilər dövıündə də qırıqlılar acarların bir qolu kimi göstərilir. Türkiyə ərazisində Qırıqlı kəndinin olması tayfanın orada da yaşamasını göstərir. Qırıqlılar XIX əsrin əvvəllərində Qazax va Borçalı mahallarnda yaşamışlar. Nadir şah Əfşar (XVIII əsr) da mənşəcə həmin tayfadan olmuşdur. Kənd Korçayın (Kürək çayının qolu) sahilində, düzənlikdə yerləşir.
Qırıqlı (Göygöl)
Qırıqlı, Qırıxlı—Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Qırıqlı oyk., düz. Goranboy r-nunun Goranlı i.ə.v.-də kənd. Korçayın (Kürək çayı¬nın qolu) sahilində, düzənlikdədir. Oykonim türkdilli qırıqlı tayfasının adı ilə bağlıdır. Tədqiqatlara əsasən, qırıqlı tayfaları XIII əsrdən Yaxın Şərqdə məşhur idilər. Sonralar əfşar tayfasının tərkibində olmuşdular. Səfəvilər dövründə də qmqlılar əfşarların bir qolu kimi göstərilir. Türkiyə ərazisində Qırıqlı kəndinin olması tayfanın orada da yaşamasım göstərir. Qınqlılar XIX əsrin əvvəllərində Qazax və Borçalı mahallarında yaşamışlar.
Qırıqlı bələdiyyəsi
Qırıqlı bələdiyyəsi (Goranboy) — Goranboy rayonunda bələdiyyə. Qırıqlı bələdiyyəsi (Göygöl) — Göygöl rayonunda bələdiyyə.
Aşağı sıxlıqlı lipoproteinlər
Aşağı sıxlıqlı lipoproteinlər (ing. Low Density Lipoprotein qısa olaraq LDL)- Tərkibində xolesterin olan aşağı sıxlıqlı lipoproteinlər LDL-xolesterin adlanır. Bu xolesterin ateromanın və ya qan damarının divarında kirəcin formalaşmasında əsas rol oynadığı üçün tez-tez pis xolesteroin adlandırılır. Ateroma müxtəlif ürək-damar xəstəliklərinin əsas səbəbidir. Adətən qanda xolesterinin təxminən 70%-i LDL xolesterin formasında olur, lakin faiz nisbəti insanlarda fərqli ola bilər. Ümumiyyətlə, LDL-xolesterinin (ASLP) səviyyəsi nə qədər yüksək olsa, sağlamlıq üçün daha çox risk təşkil edər. Lakin, orqanizminizdə xolesterinin səviyyəsinə bütün ürək-damar sisteminizin sağlamlığına olan riskin bir hissəsi kimi baxılmalıdır. Belə ki, yanaşı xəstəliklər (məs., şəkərli diabet, ürəyin işemik xəstəliyi, keçirilmiş infarkt və ya insult), habelə ürək-damar sisteminin mövcud vəziyyəti ilə yanaşı qanda HDL-xolesterinin səviyyəsindən asılı olaraq sağlamlığınızı qorumaq üçün fərdi LDL-xolesterin səviyyəsi fərqli ola bilər. Məsələn, şəkərli diabeti olan xəstələr üçün tövsiyə olunan LDL-xolesterinin səviyyəsi şəkrəli diabeti olmayan şəxslərlə müqayisədə daha aşağı götürülür.
Qırıqlı bələdiyyəsi (Goranboy)
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qırıqlı bələdiyyəsi (Göygöl)
Göygöl bələdiyyələri — Göygöl rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Nurlan Şirinli
Vüqar Şirinli
Vüqar Tofiq oğlu Şirinli (14 sentyabr 1992) — Azərbaycanı təmsil edən cüdoçu. 2020-ci ildə XVI Yay Paralimpiya Oyunlarının qalibi olub. Vüqar Şirinli 1992-ci il sentyabrın 14-də anadan olub. Vüqar Şirinli 2016-cı ildə Kazan şəhərində (Rusiya) baş tutan Avropa Çempionatında mübarizə apardı və bürünc medala sahib oldu. 2018-ci ildə gözündə olan problemlərə görə Vüqar Şirinli para-cüdo üzrə turnirlərdə mübarizə aparmağa başladı. Vüqar Şirinli 2018-ci ildə Portuqaliyada baş tutan Dünya Çempionatını bürünc medalla başa vurdu. Komanda turnirində də o, bürünc medalın sahibi oldu. 2019-cu ilin may ayında Qran-Pridə qalibi olan Vüqar Şirinli, 2021-ci ilin may ayında həmin turnirin bürünc medalına sahib oldu və il ərzində beynəlxalq turnirlərdə topladığı reytinq xalları hesabına Paralimpiya Oyunlarına vəsiqə qazandı. 2021-ci ilin avqust ayında Vüqar Şirinli Yaponiyada baş tutan XVI Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Vüqar Şirinli Paralimpiadanın 1/4 final mərhələsi çərçivəsində Türkiyə nümayəndəsi Rəcəb Çiftçi ilə üz-üzə gəldi.
Noxud sıyığı
Noxud sıyığı — Suda bişirilmiş noxudlara qaymaq, yağ və ədvalardan istifadə edərək hazırlanır. Noxudlu sıyıq əsas yemək ola bilər. Ona çox vaxt soğan, qara istiot da əlavə edirlər. Qarniyer kimi üzərinə balıq və ətdən istifadə edirlər. O dietik yeməkdir. Yüksək koloriliyi və tutumu ilə seçilir. Çox vaxt idmançılar tərəfindən istifadə edilir. Vegeteriyanlar isə ondan ağardıcı və ət əvəzləyicisi kimi istifadə edirlər. Orta əsirlərdən Polşada o mal əti ilə hazırlanır. Məlumdur ki, III Sigizmund onu çox bəyənirdi.
Qarabaşaq sıyığı
Qarabaşaq sıyığı — Qarabaşaq sıyığından hazırlanan məşhur rus, belarus, ukrayn və polşa yeməyidir. V.Poxlebkinə görə slavyan xalqlarında qarabaşaq da taxıllar qrupuna daxildir. Şirin və kəmşirin sıyıqlar üçün südə samalensk taxılı əlavə edilirdi. Ovulmuş hissəciklər əzilmiş sıyıqda istifadə edilir.Qarabaşaq sıyığı su və süd də hazırlanır. O adi yemək (bəzən, süd, kərə yağı, şəkər də əlavə edilir) ola bilər. Bəzən qarniyer kimi də istifadə edilir. Dietik yeməklər içərisində ön planda durur. Poxlebkina görə qarabaşaq sıyığı rus mətbəxində ikinci növ milli yemək hesab edilir. Belə ki, xalq mahnılarında da hansı sıyıq olursa qarabaşaq sıyığı olmalıdır. O həmçinin rahat hazırlanma qaydasına görə də fərqlənir.
Quryevsk sıyığı
Quryevsk sıyığı-Manna yarmasının süd və çərəzlərlə qarışığından hazırlanır. Qaymaq, quru meyvələr də qatılır. Rus mətbəxinin milli yeməyidir. XIX əsrdə ilk dəfə olaraq hazırlanıb. Qraf Dmitri Quryevin adından öz adını götürüb. Rusiya Federasiyasının Maliyyə Nazirinin adından götürüb. Onu ilk hazırlayan Zaxar Kuzminim idi ki, hansı ki, Quryevsk onun evində qonaq qalırdı.Sonra o Kuzmini öz sarayının aşbazı oldu.Bəzi fərziyyələrə görə isə Quryevsk özü bu sıyığın reseptini icad eləmişdir. Bu sıyıq III Aleksandrın ən sevimli yeməyi idi. 1888-ci ildə imperatorun qatarı aşan zaman ona məhz bu desert təqdim edilirdi. Ofisant qaymağı tökən zaman qatar resysdən çıxmış və qaymaq tökülmüşdür.
Yulaf sıyığı
Yulaf sıyığı-Yulaf yarmasından hazırlanır. Yulaf unundan hazırlanır. Bu yemək Şotlandiya, Skandinaviya və Rusiyada həmçinin şərq slavyan xalqlarında bu sıyıq bəzən süd bəzən isə suda hazırlanırdı. Xeyirli yemək olduğu üçün son illərdə çox ölkərdə xeyli popilyarlıq qazanmışdır. Yüksək koloriliyi və tutumu ilə əlaqədar səhər yeməyi kimi istifadə edilir və çox gün ərzində adamı tox tut ur. Milli yemək olan bu sıyığın ovulmuş bəzən də çox da xırdalanmamış çeşidindən istifadə edilir. Hazırlanması bir və ya bir saat yarım çəkir. Hazır sıyığın rəngi bozlu-sarımtıl olur. Sıyıq hazırlanan zaman həcmi azı 4 dəfəyə qədər artıq. Yulaf sıyığına şəkər, duz, süd, qatıq, yağ, mürəbbə, quru meyvələr, darçın, çərəzlər və pendir də əlavə edilir.
Şırımlı Avstraliya yastıcası