Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Səhralaşma
Səhralaşma — həm insan fəaliyyəti (antropogen səbəblər), həm də təbii amillər və proseslər nəticəsində dünyanın arid, yarımquraq və quraq rayonlarında torpaqların deqradasiyası. Arid ərazilərdə təbii mühitin pozulması təhlükəli vəziyyət almaqdadır, çünki səhralaşma prosesi getdikcə daha aydın nəzərə çarpır. == Əlamətləri == Ərazinin quru iqlim şəraiti – yəni, yüksək günəş radiasiyası, hava və yer səthində yüksək temperatur və səthi buxarlanma, yağıntıların çatışmazlığı və aşağı nisbi rütubət göstəriciləri səhralaşma əlamətləri kimi qəbul olunur. Bəzən, torpaqların səmərəsiz və hədsiz istifadə olunması nəticəsində ekosistemin pozulması səhralaşmaya səbəb olur. Bu zaman əkin sahələri və otlaqlarda bioloji və iqtisadi məhsuldarlığın aşağı enməsi, yəni deqradasiyası müşahidə edilir. Torpaq qatının nazilməsi və strukturunun pozulması, bitki kütləsinin və növ sayının azalması ərazidə külək eroziyasının şiddətini artırır. Səhralaşma çox çətinliklə bərpa olunan bir landşaft prosesidir. Onun 1 sm-lik torpaq qatının bərpasına 70 – 150 il vaxt tələb olunur. Azərbaycanın dağətəyi və düzən rayonlarında səhralaşma prosesi meşələrin müxtəlif tipli şibləklərə (kol-kos), bedlendlərə, otlaq və əkin yerlərinin isə şorlaşmış sahələrə, bataqlıqlara çevrilməsi istiqamətində gedir. Bu proses suvarma kanallarının təşkili və istifadəsinin düzgün aparılmaması, sistemsiz mal-qara otarılması, aqrotexniki qaydalara riayət olunmaması, texnikadan düzgün istifadə edilməməsi, plansız yol şəbəkəsinin salınması və s.
BMT-nin səhralaşma ilə mübarizə Konvensiyası
Xüsusilə Afrikada Ciddi Quraqlıq və / və ya Səhralaşma Yaşanan Ölkələrdə Səhralaşma ilə Mübarizə Konvensiyası (ing. The United Nations Convention to Combat Desertification in Those Countries Experiencing Serious Drought and/or Desertification, Particularly in Africa, UNCCD) — dövlətlərin və ictimai təşkilatların beynəlxalq, regional, milli və yerli səviyyələrdə səhralaşma, torpaq deqradasiyası və quraqlığın təsirlərini azaltmaqla mübarizə səylərini birləşdirmək üçün yaradılmış BMT konvensiyası. Konvensiya, 17 iyun 1994-cü ildə Rio-de-Janeyroda Birləşmiş Millətlər Təşkilatının Ətraf və İnkişaf Konfransının (UNCED) nəticəsi olaraq Parisdə qəbul edildi və 26 dekabr 1996-cı ildə qüvvəyə mindi. 29 may 2012-ci il tarixindən etibarən Konvensiya 195 ölkə tərəfindən təsdiq edilmişdir. == Tarixi == 1977-ci ildə Birləşmiş Millətlər Təşkilatının Səhralaşma Konfransı səhralaşmaya qarşı mübarizə planı qəbul etdi. Bununla birlikdə, 1991-ci ildə Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP), "yerli müvəffəqiyyət hekayələri" nə baxmayaraq, quraq, yarı quru və quru sub-rütubətli ərazilərdə torpaqların deqradasiyasının daha da pisləşdiyi qənaətinə gəldi. 1992-ci ildə Rio-de-Janeyroda BMT-nin Ətraf və İnkişaf Konfransı keçirildi, bu müddətdə səhralaşma probleminə yeni inteqrasiya olunmuş yanaşma nəzərdən keçirildi. 1992-ci ilin dekabrında Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi 47/188 saylı qətnamə qəbul edərək Səhralaşma ilə Mübarizə Konvensiyasını hazırlamaq üçün Hökumətlərarası Müzakirə Komitəsi yaratdı. Konvensiya 17 iyun 1994-cü il tarixində Fransanın Paris şəhərində qəbul edilmiş, 14–15 oktyabr 1994-cü il tarixlərində imzalanmaq üçün açılmış və əllinci ratifikasiya alındıqdan 90 gün sonra 26 dekabr 1996-cı ildə qüvvəyə minmişdir. 2006-cı il BMT Baş Məclisi tərəfindən Beynəlxalq Səhra və Səhralaşma İli elan edildi (23 dekabr 2003-cü il tarixli, 58/211 saylı Qərar).
Səhralaşmış ekosistemlərin monitorinqi
Səhralaşmış ekosistemlərin monitorinqi — Monitorinqin bir növüdür == Ümumi məlumat == Səhralaşmaуa məruz qalmış ekosistemlərin vəziyyətinin monitorinqinin qarşılıqlı əlaqədə olan üç istiqaməti var I) ictimai-iqtisadi. 2) sanitar-gigiyena. 3) ekoloji Burda hadisələrin hərtərəfli əhəmiyyəti, bu cür ekosistemlərin ekoloji vəziyyətinə nəzarətin prinsip və metodlarının müxtəlifliyi əks olunur və o monitorinq zamanı alınmış məlumatların əsas fərqlərini göstərir. Monitorinqin bu növünün həyata keçirilməsində işin əsas mahiyyəti kompleksliliyin tələb edilməsidir. Səhralaşma zamanı təbii sistemlərin dinamikasının başa düşülməsi səhralaşmanın bütün amilləri, şəraiti və nəticələrinə nəzarət edilmədən mümkün deyil. Qarşılıqlı əlaqədə olan şaxələnmiş struktura malik bu mürəkkəb dinamik sistemin komponentlərindən hər hansı birinə təsir bütövlükdə bütün sistemin dəyişməsinə səbəb ola bilər. Torpaq—arid sistemlərdə maddə və enerji daşınmasının əsas tənzimləyicisidir qoruqlarin ekoloji monitorinqinin təşkil edilməsi nəinki torpağın özünü deqradasiyaya aparan proseslərə, hətta landşaftın digər komponentlərinin vəziyyətini tənzimləyən və onun deqradasiyası haqqında məlumat verə bilən torpaq xassələri, prosesləri və rejimlərinə sistematik nəzarət edilməsini tələb edir. Səhralaşmanın bütün göstəriciləri üzərində monitorinqin təşkil edilməsi lazımdır: iqlim; torpaq; bitki; hidroloji; geomorfoloji.Səhralaşmanın indikatorlarının seçilməsi bu tələblərə uyğundur. Səhralaşmanın monitorinqi zamanı tez-tez səhralaşmanın xarakteri, sürəti (tempi), dərəcəsi və dərinliyi kimi anlayışlardan istifadə edilir. “Səhralaşmanın xarakteri" termini səhralaşmanın əsas səbəblərini və onların səhralaşma prosesinə səbəb olmasını göstərmək üçün işlədilir ki, bu da səhralaşmanın tiplərini ayırmaq üçün əsasdır.