Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xaçşəkilli tikmə
Xaçşəkilli tikmə (azərb. Sanama tikmə ?‎, türk. Çarpma işi, Kanaviçe içi, özb. İroqi ) — qədim bədii tikmə növüdür. == Tarixçə == == Növləri == Sadə xaç Yarıxaç Uzunsov xaç Slavyan xaçı Düz xaç Dəyişgən xaçlar İkiqat xaç Ulduz-xaç Bolqar xaçı (Leviafan) Düyü xaçı == İstinadlar == == Şəkillər == Xaçşəkilli tikiş növləri == Video == Вышивка крестом. Советы для начинающих Kanaviçe nasıl işlenir?
Pazşəkilli yemişan
Pazşəkilli yemişan (lat. Crataegus cuneata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Çin, Yaponiya və Tayvunda geniş yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 5 m, çətrinin diamеtri 3 m olan ağacdır. Çətiri kürəvi və ya yumurtavari formada olur. Budaqlarında nazik tikanlar yеrləşir. Yarpaqların kənarı tam, yumurtavaridir, üstü çılpaq, parlaqdır. Çiçəkləri ağ rənglidir, sıх, çətirvari çiçək qrupuna toplanmışdır. Kasa yarpaqcıqları və ləçəkləri 5-dir. Yumurtalıq 1-5 mеyvə yarpaqcığından əmələ gəlmişdir.
Pazşəkilli çinar
== Təbii yayılması: == Mədəni şəraitdə Kiçik Asiya, Cənubi-Şərqi Avropa, Qafqazın Qara dəniz sahilinin şimal hissəsi, Türkmənistanda rast gəlinir. == Botaniki təsviri: == Pazşəkilli çinara bəzi botaniklər tərəfindən şərq çinarının forması kimi baxılır. Kiçik ağacdır, gövdəsi çətirinə qədər tünd xırda yarıqlı qabıqla örtülmüş, budaqları enli laylarla soyulan, açıq, yaşılımtıl-boz rəngli, hamar qabıqlıdır. Yarpaqları əsasən 7 hissəli, onlardan aşağı cüt-kiçik, inkişaf etməmiş hissələr, digər 5 hissəsi dərin, ensiz (onların uzunluğu bütün yarpağın 2/3 uzunluğuna bərabərdir), düz, barmaqvari yerləşmişdir. Yarpaqların kənarları bütöv və ya kiçik, küt dişli; bünövrəsi simmetrik, qövsvari əyilmişdir. Yarpağın saplağının uzunluğu 4,5-5,2 sm, çox tükcüklüdür. Bir saplaqda hamaş meyvələrin başcıqları 2-3, bəzən 4 ədəd, diametri 2-2,5 sm, möhkəm, sıx yerləşmiş, tünd qonur rəngli, sütuncuqludur. == Ekologiyası: == Rütubətsevən, işığa həssas, bəzən qızmar günəş altında yarpaqları qaralır. == Azərbaycanda yayılması: == Bir çox rayonlarda mədəni şəraitdə becərilir. == İstifadəsi: == Dekorativ bağçılıqda geniş istifadə olunur.
Ağacşəkilli karaqana
Ağacşəkilli xostək (lat. Caragana arborescens) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin xostək cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Şimali və Qərbi Monqolustanda bitir. Buna bəzən sarı akasiya da deyilir. == Botaniki təsviri == Hündürlüyü 3 m olan ağac və ya kol bitkisidir. Gövdəsi hamar, yaşılımtıl, qabığı boz rənglidir. Cavan budaqları yaşılımtıl, tilli, boz, uzunsov zolaqlıdır. Yarpaqları cütlələkvari olub, 1 sm uzunluqda 4-8 cüt yarpaqcıqlardan ibarətdir. Yarpaqcıqları 10–35 mm uzunluqda, 5–13 mm enində, uzunsov-ellipsvari və ya tərs-yumurtavari olub, üstdən açıq yaşıldır. Cavan vaxtı yarpaqcıqlar və budaqlar ipək tüklü olub, sonradan çılpaqlaşır.
Ağacşəkilli əzvay
Ağacşəkilli əzvay (lat. Aloe arborescens) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin əzvay cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik həmişəyaşıl, sukkulent bitki olub, 4 m-ə qədər hündürlüyə malik olur. Gövdəsi budaqlanan seyrəkyarpaqlıdır. Yarpaqları lətli, növbəli, gövdənin yuxarı hissəsi çətirəbənzər, qılıncabənzər, kənarları dişcikli və tikanlı, yuxarı hissəsi çökük, aşağı hissəsi isə qabarıq olub, uzunluğu 20-65 sm, eni 3-6 sm, qalınlığı isə 1,2-5 sm-ə bərabərdir. Çiçəkləri iri (4 sm-dən böyük), çəhrayı, əyilmiş, sadə tac olub, silindrik fırçadan ibarət, uzunluğu 20-40 sm olur. Gürcüstanda çöl şəraitində aprel-noyabr aylarında becərilir. Soyuqlar düşdükdə üstü örtülür. Yayda mütəmadi olaraq gövdəsi, orta və aşağı yarpaqları toplanılaraq şirəsi çıxarılır. Toplanılan gövdənin qalınlığı 12 mm, uzunluğu isə 3-15 sm olmalıdır.
Ağacşəkilli xostək