Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sixto Duran Ballen
Siksto Alfonso Düran-Balen Kordoves (d.9 iyul, 1921, Boston, Massaçusets - 15 noyabr 2016, Kito, Ekvador) — Ekvadorun keçmiş prezidenti.
Sibay
Sibay — Rusiya Federasiyasında yerləşən şəhər Başqırdıstan Respublikasına daxildir
Sibth.
Con Sibtorp (ing. John Sibthorp; 28 oktyabr 1758, Oksford – 8 fevral 1796, Bat, Somerset qraflığı) — ingilis botaniki. Sibthorp, J. (1794). Flora oxoniensis. 422 p. Sibthorp, J.; Smith, J.E. (1806—1813). Florae Grecae prodromus. 2 vols. Sibthorp, J.; Smith, J.E.; Lindley, J. (1806—1840). Flora graeca.
Sietl
Sietl (ing. Seattle) — Amerika Birləşmiş Ştatlarının şimal-qərbində və Vaşinqton ştatında şəhər, iri dəniz portu.
Sirte
Sirt və ya Surt (ərəb. سرت‎) — Liviyanın Sirt vilayətin paytaxtı. Müəmmər əl-Qəzzafinin doğum yeridir.
Sitta
Sitta (lat. Sitta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sittalar fəsiləsinə aid heyvan cinsi.
Wibty
Sirt
Sirt və ya Surt (ərəb. سرت‎) — Liviyanın Sirt vilayətin paytaxtı. Müəmmər əl-Qəzzafinin doğum yeridir.
SİTA
TASS — Rusiya İnformasiya Teleqraf Agentliyi. 1992-ci ildə SİTA-nın bazası əsasında yaradılmışdır.
I Mixay
I Mixay (rum. Mihai; 25 oktyabr 1921[…], Sinaya[d] – 5 dekabr 2017[…]) — Hohensollern-Ziqmarinqen sülaləsindən olan, 1927 — 1930 və 1940 — 1947-ci illərdə Rumıniya kralı olmuş rumın dövlət xadimi.
Kutubi-sittə
Altı kitab (ərəbcə: الكتب الستة‎, farsca: صحاح سته). Əhli Sünnə tərəfindən ən etibarlı hədis mənbələri kimi qəbul edilmiş 6 kitaba verilmiş ümumi ad. Həmin kitablar aşağıdakılardır: Səhihi Buxari (صحيح البخاري) Səhihi Müslim (صحيح مسلم) Sünəni Nəsai (النسائي سُنن) Sünəni Tirmizi (سُـنَن الترمذي) Sünəni Əbu Davud (سُنن أبو داوود) Sünəni İbn Macə (سُنن ابن ماجة) == Həmçinin bax == Dörd kitab: Cəfəri məzhəbinin 4 əsas hədis kitabı.
Lantana mixta
Tikanlı lantana (lat. Lantana camara) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinin lantana cinsinə aid bitki növü. == Arealı == Vətəni Amеrikadır (trоpik və subtrоpikləri). == Botaniki təsviri == Hündürlüyü 1,5-3 m-ə çatan, 4 tilli zоğları оlan, üzəri хırda tikanlarla örtülü kоldur. Yarpaqları оval və ya yumurtavari, bоz-yaşıl rəngli, üzbəüz düzülüşlü, kənarları dişlidir. Bir kоl üzərində оlan sarı, çəhrayı, qırmızı, bənövşəyi, narıncı rəngli хırda çiçəklər çətirşəkilli çiçək qrupuna yığılmışdır. Maydan оktyabra qədər çiçəkləyir. Mеyvələri isə ardıcıl оlaraq avqustdan dеkabra qədər yеtişir. Tохumlarla və yarım оduncaqlaşmış qələmlə çохaldılır. == Ekologiyası == Bitki işıq və istisеvən, rütubətə tələbkardır.
Mixay Eminesku
Mixay Eminesku (15 yanvar 1850[…] – 15 iyun 1889, Buxarest, Rumıniya Krallığı[d]) - rumınyali şair, nasir və jurnalist. Mixay Eminesku (əsl soyadı – Eminoviç) 15 yanvar, 1850-ci ildə, Rumıniynın Botoşani şəhərində çoxuşaqlı ailədə dünyaya göz açıb. Mixay uşaqlığının erkən illərini doğulduğu Botoşani və İpoteşti şəhərində, atasının ailəsinə məxsus evdə keçirib. 1858-ci ildən 1866-cı ilə qədər o, Çernivçidə orta məktəbdə oxuyub, son illərdə isə təhsilini davam etdirməkçün gimnaziyaya gedib. Gimnaziyadakı təhsilini başa çatdırmayıb, 1869-cu ildə, 19 yaşında Mixay atasının qərarı ilə ali təhsil almaq üçün Vyana Universitetinə göndərilib. Mixayın atası çox uşaq sahibi olduğuna baxmayaraq o, bütün övladlarının ali təhsil alması üçün əlindən gələni edir, maddi sıxıntıya baxmayaraq onlara bu yolda hər zaman dəstək olurdu. Mixay isə yüksək qiymət almaqda həmişə qardaşlarından geri qalırdı. Lakin onun sevdiyi elm sahəsi vardı – dil və ədəbiyyat fənni. Ona rumın dilini və ədəbiyyatı sevdirən isə sevimli müəllimi, 1848-ci ilin inqilab iştirakçısı, filoloq Aron Pumnul olub. Aron Pumnul tək Mixayda deyil, gimnaziyada dərs dediyi bütün tələbələrində rumın dilinə sevgi və bununla birlikdə onlarda güclü vətənpərvərlik hissi yaratmışdı.
Mixay Gimpu
Mixay Gimpu Rumınca: Mihai Ghimpu; Latınca: Michaël Gimpius (19 noyabr 1951 Kolonita, Moldova) Moldovalı siyasətçi.28 avqust 2009-cu ildən 30 dekabr 2010-cu ilə qədər parlament spikeri idi. və 11 sentyabr 2009-cu ildən 28 dekabr 2010-cu ilədək müvəqqəti prezident idi.
Mixay Lantoş
Mixay Lantoş (mac. Lantos Mihály; 29 sentyabr 1928, Budapeşt, Macarıstan – 31 dekabr 1989, Budapeşt), həmçinin Mixay Lendenmayer kimi də tanınır (alm. Mihály Lendenmayer‎) — müdafiəçi mövqeyində çıxış etmiş Macarıstan futbolçusu və məşqçisi. 1948-ci ildə Lantoş MTK üçün oynayırdı. 1949-cu ildə Macarıstan kommunist dövlət halına gəldikdən sonra MTK Dövlət Təhlükəsizlik Müdirliyinə təhvil verildi və klub daha sonra adını bir neçə dəfə dəyişdirdi. 1949-cu ildən 1956-cı ilə qədər Lantoş 52 matç oynadı və Macarıstan milli komandası üçün beş qol vurdu. Polşa ilə matçda 10 iyul 1949-cu ildə beynəlxalq arenada debüt etdi. Komandası 8:2 hesabı ilə qalib gəldi. Dünya Kubokunun son mərhələsində, Macarıstanın bütün beş matçını oynadı, Cənubi Koreyaya qarşı ilk matçda qol vurdu. Mixay Lantoş 31 dekabr 1989-cu ildə dünyasını dəyişib.
Passiflora mixta
Passiflora mixta (lat. Passiflora mixta) — qonaqotukimilər fəsiləsinin qonaqotu cinsinə aid bitki növü.
Saxta xəbərlər
Saxta xəbərlər (ing. fake news) və ya yanlış xəbərlər — Sarı jurnalistikanın növü sayılır və ənənəvi çap, yayım xəbərləri mediası və ya onlayn sosial media vasitəsilə yayılmış qəsdən səhv məlumatlar və ya xaoslardan ibarətdir. Saxta və ya yanlış xəbərlərin arxasında müxtəlif məqsədlər durur, lakin ekspertlərin fikrincə, bu xəbərlər əsasən maddi gəlir və ya siyasi hədəflərdən ilhamlanır.
Saxta xəyanət
Saxta xəyanət, kəşfiyyat dairələrində adətən "təxribat" və ya "podstava" — kəşfiyyat agenti tərəfindən saxta iddialar əsasında edilən xəyanət. Saxta xəyanətkarlar dezinformasiya yaya və ya köstəbəklərin ifşa edilməsində kömək ola bilər. Xəyanətin saxta olması ehtimalı adətən xəyanətkarlar haqqında məlumat verən kəşfiyyat agentliklərində narahatlıq doğurur.
Sietl, Vaşinqton
Sietl (ing. Seattle) — Amerika Birləşmiş Ştatlarının şimal-qərbində və Vaşinqton ştatında şəhər, iri dəniz portu.
Sietl, Vaşiqnton
Sietl (ing. Seattle) — Amerika Birləşmiş Ştatlarının şimal-qərbində və Vaşinqton ştatında şəhər, iri dəniz portu.
Sietl (Vaşinqton)
Sietl (ing. Seattle) — Amerika Birləşmiş Ştatlarının şimal-qərbində və Vaşinqton ştatında şəhər, iri dəniz portu.
Sietl Supersoniks
Seattle SuperSonics, NBA-də Pasifik Grupunda yer almış, 1967-2008-ci illərdə fəaliyyətdə olmuş, Sietl, Vaşinqtonu təmsil etmiş basketbol klubudur.
Sinta Nuriya
Sinta Nuriya Vahid (həmçinin Sinta Vahid, 8 mart 1948) keçmiş İndoneziya prezidenti Abdurrahman Vahidin dul qadınıdır. 1999-cu ildən 2001-ci ilədək İndoneziyanın birinci xanımı idi. Sinta 1948-ci ildə Combanq inzibati ərazisində 18 uşağın ən böyük qızı olaraq dünyaya gəldi. 13 yaşındaykən İslam internat məktəbinə daxil olan Sinta orada müəllim olan Vəhidə aşiq olur. Peşəkar xəttat olan atası evlilik təklifini rədd etdi,atası Nəhdlətul Uləmanın lideri olan Vahid xaricə təhsil almaq üçün getdi. Vahidə Bağdaddan təklif edilərkən Sinta Vahidin babasının vəkil olaraq olduğu bir mərasimdə İndoneziyaya onun qayıdışından üç il əvvəl onları evləndirdi.. 1992-ci ildə Sinta beldən aşağısını şikəst edən qəza keçirdi. O qollarını hərəkət etdirmədən əvvəl bir il fiziki müalicə aldı. İndoneziya Universitetində universitet işçiləri tərəfindən binanin dördüncü mərtəbəsinə qədər qaldırılan Sinta qadın kurslarını bitirdi. Ərinin impiçmentindən sonra Sinta orta İslamın açıq bir müdafiəçisi idi.
Sinti-metal
Sinti-metal (ing. Synth-metal) — heavy metal və elektronika elementləri özündə əks etdirir. Sinti popda əsas sintezator alətinin yüksək tembrdə səsləndirilməsinə yer verilir. Çünki sintezatorun səsi musiqini daha da mükəmməlləşdirir.
Sinti-pop
Sinti pop (elektropop və ya texnopop) — pop musiqisinun bir növüdür. Sinti popda əsas sintezator alətinin yüksək tembrdə səsləndirilməsinə yer verilir. Çünki sintezatorun səsi musiqini daha da mükəmməlləşdirir. Bu janrın ilk pionerləri Almaniyanın "Kraftwerk" qrupu Yaponiyanın qrupu "Yellow Magic Orchestra", Böyük Britaniyanın "Ultravox" və "The Human League" qrupları hesab edilir. Онлайн радио: Оригинальный синти-поп и нью-вэйв 80х Arxivləşdirilib 2018-05-02 at the Wayback Machine Международное синти-радио Synth.
Şaxta
Şaxta — havanın temperaturunun 0°-dən aşağı göstəricisidir. Bioiqlimşünaslıqda şaxta orqanizmə təsirinə görə: zəif (0°-dən -2,4°-dək), mülayim (-2,5°-12,4°), şaxtalı (-12,5°-22,4°), bərk (-22,5°-32,4°), sərt (-32,5°-42,4°), və şiddətli (-42,4°-dən aşağı) şaxtaya bölünür. Bir neçə dərəcə şaxta şiddətini ("yüngül"dən "çox ağır"a qədər) müəyyən edən bəzi tərəzilər mövcuddur. Şaxtalı havanın əsas əlaməti suyun donmasıdır. Temperatur kifayət qədər uzun müddət aşağı olarsa, göllərdə, çaylarda və dənizdə donma baş verəcək. Bu, hətta yollarda, su təchizatı şəbəkələrində də baş verə bilər. Şaxtasız dövr yazın son şaxtalı (ayazı) orta günü ilə payızın ilk şaxtalı (ayazı) orta günü arasındakı dövrdür. Aqroiqlimşünaslıqda böyük əhəmiyyət daşıyaraq hər hansı bir məkanda bu və ya digər bitkinin yetişdirilməsi imkanını müəyyənləşdirir.
Şaxtı
Şaxtı — Rusiya Federasiyasında yerləşən şəhər. Rostov vilayətinə daxildir.
Şixam
Toratau və ya Şixan (Tratau, Toratau; başq. Торатау — «qala-dağ») — Rusiya Federasiyasının Başqırdıstan Respublikası İşimbay rayonu və İşimbay şəhərinin rəmzi. Bu zirvə istər şəhərin istərsə rayonun gerbində əks olunmuşdur. 1965-ci ildən etibarən təbiət abidəsidir. İşimbay rayaonu ərazisində olan şahid dağlar arasında olan Kuştau, Yuraktau və Şaxtau Rusiyanın yeddi möcüzəsinə namizəd olaraq göstərilirdi. Toratau dağının Ağidel çayı sahilindən olan hündürlüyü 275 metrdir. Ətrafında olan düzənlikdən isə 280 metr hündürlüyə malikdir. Dağın dəniz səviyyəsindən olan hündürlüyü isə 406 metr təşkil edir. Dağ üzərində və çevrəsində 100 növdən çox ot bitkisinə rastlamaq mümkündür. Zirvənin qərb və cənub-qərb ətəklərində mağaralar vardır.
Şıxbəy
Şıxbəy — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Göyçay rayonunun Məlikkənd inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Əsli Şıxbəydir. Şıxbəy kəndin əsasını qoymuş ailələrin başçısının adı olmuşdur. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 518 nəfər əhali yaşayır.
Şıxlı
Şıxlı — Azərbaycanda daha çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar İsmayıl Şıxlı — nasir, ədəbiyyatşünas, publisist, yazıçı, ssenarist. Elçin Şıxlı — "Ayna" - "Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru. Afaq Şıxlı — həkim, şairə, publisist, tərcüməçi. Nilufər Abdullayeva-Şıxlı — yazıçı, tərcüməçi, publisist. Kəndlər Şıxlı — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Şıxlı — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Şıxlı — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Şıxlı — Gürcüstan Respublikasının Tetritskaro bələdiyyəsinin inzibati ərazi vahidində kənd. Birinci Şıxlı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd.
Şibuy
Şibuy (渋い) – yapon dilində sadə, gözə çarpmayan, incə gözəlliyi ifadə edən termin. Muromaçi dövrünün sənətkarları tərəfindən yaradılmış konsepsiyadır. Termin rəng, dizayn, dad, səs, hətta insan davranışına şamil edilə bilər. Şibusa (渋さ) və şibumi (渋み) isim formalarıdır. Şibuy anlayışı Yaponiyada orta əsrlərin estetika anlayışı nəticəsində yaranmış, vabi-sabi və iki kimi konsepsiyaları əhatə etmişdir. "Şibuy" sözü kal, yetişməmiş alçaya istinadən hərfi mənada "büzücü" və ya "turş" deməkdir. Belə ki, bu termin ortaya çıxdığı ilk vaxtlarda alçaldıcı mənada işlədilirdi. Lakin orta əsrlərin sənətkarları sadə, gözə çarpmayan gözəlliyi ön plana çıxardıqdan sonra müsbət mənada işlədilən terminə çevrilmişdir. Xüsusilə, Edo dövründə səssiz və cəlbedici atmosferə üstünlük verən şəxslər arasında geniş istifadə olunan termin olmuşdur. Usta müğənninin sakit mahnısı, təcrübəli aktyorun intizamnlı performansı və ya tanınmış keramika sənətçisinin sadə dizaynı şişirdilmiş, təvazökar gözəlliyə malik olduğu üçün şibuy kimi qiymətləndirilirdi.
Elçin Şıxlı
Elçin İsmayıl oğlu Şıxlı (4 oktyabr 1957, Bakı) — "Ayna" — "Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru (2001–2014), 1989-cu ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, 2006-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin sədri. == Həyatı == Elçin Şıxlı 1957-ci il oktyabrın 4-də Bakı şəhərində, İsmayıl Şıxlının ailəsində anadan olmuşdur. Əslən Qazax rayonunun İkinci Şıxlı kəndinin Şıxlinskilər soyundandır. 1964-cü ildə Bakı şəhəri 190 №-li orta məktəbin birinci sinfinə getmiş və 1974-cü ildə həmin məktəbi bitirmişdir. 1974-cü ildə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsinə daxil olmuş və 1979-cu ildə həmin institutu ingilis və alman dilləri müəllimi ixtisası alaraq bitirmişdir. 1979-cu ilin avqustundan oktyabrınadək Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsi informasiya-reklam şöbəsinin müfəttişi işləmişdir. 1979-cu ilin oktyabrından 1981-ci ilin mayınadək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuş və həmin müddət ərzində o zamankı Almaniya Demokratik Respublikası ərazisində yerləşmiş sovet ordusu hərbi komendatlıqlarından birində mütərcimlik etmişdir. == Fəaliyyəti == 1981-ci ilin iyul-avqust aylarında "İnturist" ÜSC Bakı şöbəsində tərcüməçi işləmişdir. 1981-ci ilin avqustundan 1986-cı ilin sentyabrınadək Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin xaricdə yaşayan həmvətənlərlə əlaqələr şöbəsinin referenti olmuşdur. 1986-cı ilin sentyabrından 1988-ci ilin mayınadək Azərbaycan SSR Maarif Nazirliyi Kollekgiyasının katibi vəzifəsində işləmişdir.
Fərrux Şıxlı
Fərrux Şıxlinski (Fərrux İsmayıl oğlu Şıxlinski; 16 yanvar 1962, Bakı) — rəssam, jurnalist, "Ayna" — "Zerkalo" qəzetlərinin məsul katibi (2001-ci ildən). Xalq yazıçısı İsmayıl Şıxlının oğlu, Elçin Şıxlının qardaşı. == Həyatı == Fərrux Şıxlinski 1962-ci ildə Bakı şəhərində anadan olub. Əslən Qazax rayonunun İkinci Şıxlı kəndindəndir. 1981-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini, 1986-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət incəsənət İnstitutunun Rəssamlıq fakultəsini bitirib.Universiteti bitirdikdən sonra hərbi xidmət etmişdir (1986–1988) Elmi-Tədqiqat Texniki Estetika İnstitutunda (ÜETTEİ) dizayner, "Ədəbiyyat və İncəsənət" qəzetində (1989–1991), və "Ayna" — "Zerkalo" qəzetlərində rəssamlıq etmişdir. "Həftə sonu plyus" — "Week-end plyus" qəzetində baş redaktor işləmişdir "Ayna" — "Zerkalo" qəzetlərinin məsul katibidir. == Ailəsi == Xalq yazıçısı İsmayıl Şıxlının oğlu, jurnalist Elçin Şıxlının qardaşı, yazıçı Reyhan Yusifqızının həyat yoldaşıdır. Evlidir. İki övladı var.
II Şıxlı
İkinci Şıxlı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Düzənlikdədir. 1950-ci ildə r-nun ərazisindəki Sarıvəlli və Dəllər (Hüseynoğlu) kəndlərinin genişlənərək birləşməsi nəticəsində yaranmış bu yaşayış məntəqəsi yaxınlığındakı eyniadlı kəndin adı ilə Şıxlı adlandırılmış, sonralar bu kəndlər birinci və ikinci komponentləri ilə fərqləndirilmişdir. Oykonimin ikinci komponenti etnotoponimdir. == Tarixi == İkinci Şıxlı kəndi düzənlikdə yerləşir. 1950-ci ilə qədər mövcud olmuş Sarıvəllı və Dəllər kəndlərinin genişlənərək birləşməsi nəticəsində yaranmış və İkinci Şıxlı adlandırılmışdır. Kənd Gürcüstanla sərhəddə, Qazax rayonu mərkəzindən 34 kilometr aralıqda yerləşir. Gəncə arxeoloji ekspedisiyası tərəfindən aparılan qazıntılar zamanı Kürlə Anaxatır (Xrami) çayının birləşdiyi yerdə qədim şəhərin xarabalıqları aşkar edilmişdir. Arxeoloqların rəyinə görə, xarabalıqlar bu vaxtadək Tovuz rayonu ərazisində lokalizə edilən Xunan şəhərinə aiddir (1↑ В Азербайджане обнаружен старинный город (рус.), Day.Az (18 мая 2011). Bundan əlavə kənd özü də çox qədimdir.
I Şıxlı
Birinci Şıxlı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd Şıxlı kəndinin tarixi qədim olsa da XIX əsrin əvvəllərində Birinci Şıxlı kimi adlandırılmışdır == Toponimikası == Birinci Şıxlı oyk, mür. Qazax r-nunun eyniadlı i.ə.v.-də kənd. Kür çayının sağ sahilində, Gəncə-Qazax düzənliyindədir. Kəndin adındakı birinci komponent onu ərazidəki İkinci Şıxlı kəndindən fərqləndirmək üçün artırılmışdır. İkinci komponent isə qazaxların şıxlı qolunun adını əks etdirir. Mənbələrdə 1537-ci ildə Şəmkirdən köçüb Qazax mahalına gələn Ağdolaqlı Məhəmməd ağanın oğlu şıxı və onun övladları haqqında məlumat verilir. == Əhalisi == 2009-cu ilin əhalinin siyahıyaalınmasına əsasən kəndə 3414 nəfər əhali yaşayır. Əhalinin 1628 nəfəri kişilərdən, 1786 nəfəri qadınlardan ibarətdir. == Tanınmış sakinləri == Molla Vəli Vidadi – (1707–1809) görkəmli Azərbaycan şairi.
Katsuyoşi Şinto
Katsuyoşi Şinto (d. 15 sentyabr 1960) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 15 oyun keçirib, 1 qol vurub.
Mallı Şıxlı
Mallı Şıxlı — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Göyçay rayonunun Mallı Şıxlı kəndi Yeniarx kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi bu kənd olmaqla, Mallı Şıxlı kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Şıxlı Malı olmuşdur. Kəndin adı XIX əsrda Göyçay qəzasında şahsevən tayfa ittifaqına daxil olan 105 ailədən ibarət şıxlıların adı ilə bağlıdır. Tədqiqatçıların fikrincə, şıxlı XIX əsrin ortalarında Muğandakı köçəri muğanlı tayfasının 275 şəcərəsindən birinin adıdır. Mallılar isə şıxlıların bir qolu idi. Yerli əhalinin məlumatına görə, kəndin sakinləri qara mal saxladığına görə kənd belə adlandırılmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1646 nəfər əhali yaşayır. == Din == Kənddə Mallı Şıxlı kənd məscidi dini icması fəaliyyət göstərir.