Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Svyatoy Nos burnu
Svyatoy Nos burnu — Şimal Buzlu okeanın Dmitriy Laptev boğazında yerləşir. İnzibati cəhətdən Yakutiya ərazisinə daxildir. Svyatoy Nos burnu Syorryoktyax və Abelyaxaya buxtası arasında yerləşir. Hündürlüyü 28–56 fut təşkil edir. Lyaxovski adalarına gedənlər burada çoxlu sayda xaç quraşdırmışlar. Svyatoy Nos burnu 1648-ci ildə Budlakov tərəfindən aşkarlanmışdır. Sonradan Hedenştorm və Pyotr Anju tərəfindən ziyarət edilmişdir. Sovet dönəmində burada rabitə xətti ilə əlaqəli 11/103 "Kvarc" stansiyası qurulmuşdur.
Svyatoy Nos yarımadası
Svyatoy Nos yarımadası (bur. Хилмэн хушуун, rus. Святой Нос) — Baykal gölü ərazisində yerləşən iri yarımada. İnzibati baxımından Rusiya Federasiyası, Buryatiya Respublikası, Barquzin rayonu ərazisinə daxildir. Əhatə etdiyi su sahəsi ilə birlikdə Zabaykal Milli parkı ərazisinə daxildir. Ərazisində ən iri yaşayış məntəqəsi Kurbulıkdır. Yaşayış məntəqələri əsasən adanın şərqində, Civıykuy körfəzi sahilində yerləşir. Yarımadada yerləşən yaşayış məntəqələri:Uroçişe Qlinka, Katun, Kurbulık, Yarımadanın sahəsi 596 km², uzunluğu 53 km, ən enli hissəsi 20 km-dir. Ən hündür nöqtəsi Markov dağıdır (1878 m). Svyatoy Nos yarımadası ərazisindən su ayrıcı Akademik silsiləsi keçir.
Satoy
Satoy (v. 399) — Qafqaz Albaniyası çarı. Onun hakimiyyət illərini dürüst demək çətindir lakin çarlar siyahısında olduğu dəqiqdir.
Ələkbər Ziyatay
Ələkbər Ziyatay (tam adı: Ələkbər Həsən oğlu Cəfərov; 21 dekabr 1913, Yelizavetpol – 2 iyul 1982, Bakı) – azərbaycanlı şair, tərcüməçi, 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Ələkbər Ziyatay 1913-cü il dekabrın 21-də Gəncədə qulluqçu ailəsində doğulmuşdur. Yeddi illik şəhər məktəbini bitirib orada inşaat texnikumuna daxil olmuşdur (1930). Tələbəlik dövründə bədii ədəbiyyata onda güclü meyl oyanır. 1933-cü ildə texnikumu bitirir. Həmin ili APİ-nin ədəbiyyat fakültəsinə daxil olur. İnstitutu qurtaran il "Ədəbiyyat qəzeti" redaksiyasında poeziya şöbəsinin müdiri təyin olunur (1937–1940). Qiyabi pedaqoji institutda baş müəllim (1940–1941), Azərbaycan Sovet Yazıçıları İttifaqının Gəncə şöbəsində məsul katib (1941–1950), eyni zamanda Həsən bəy Zərdabi adına Kirovabad Pedaqoji İnstitutunda baş müəllim, ikiillik və qiyabi pedaqoji institutlarda, respublika partiya məktəbində müəllim işləmişdir. 1940–1950-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı Gəncə filialında məsul katib vəzifəsində çalışmışdır. Gəncə şəhər zəhmətkeş deputatları Sovetinin deputatı seçilmişdir (1948).
Şu Siyao
Şu Siyao (d. 12 sentyabr 1992) — Çini təmsil edən bədii gimnast. Şu Siyao, 2016-cı ildə Çini XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. Şu Siyao, 2016-cı ildə Çin bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Bao Yuqinq, Yanq Ye, Janq Linq və Jao Jinqnan ilə birgə təsnifat mərhələsində 32.133 xal topladı və 11-ci yeri tutaraq mübarizəni dayandırdı.
Qala Rəsul Siyat (Bükan)
Qala Rəsul Siyat (fars. قلعه رسول سيت‎‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 478 nəfər yaşayır (104 ailə).
Şatoy pusqusu
Şatoy pusqusu və ya Yarışımardi döyüşü (rus. Бой у Ярышмарды) - 1996-cı ilin 16 aprel tarixində Çeçenistanın cənub ərazisində yerləşən Şatoy kəndi yaxınlığında Rusiya ordusu ilə Çeçen İçkeriya Respublikasına bağlı döyüşçülər və mücahid qrup arasında baş vermiş döyüş. Şatoy pusqusu Rus ordusuna məxsus hərbi kanvoyun pusquya salınmaq yolu ilə sıradan çıxarılmasına hesablanmışdır. Pusqu nəticəsində rus komandir Pyotr Terzovets və daha 75 əsgər öldürülmüşdür. Hadisə Birinci Çeçen-Rus Müharibəsinin ən qanlı döyüşlərindən biri hesab olunur.
Şatoy rayonu
Şatoy rayonu (çeç. Шуьйтан кӀошт) — Rusiya Federasiyası, Çeçenistan Respublikasının tərkibindəki inzibati ərazi vahidi. İnzibati mərkəzi Şatoy kəndidir. Rayon respublikanın cənub hissəsində, dağlıq bir ərazidə yerləşir. Şimalda Qroznı rayonu, qərbdə Çeçenistanın İtum-Kali rayonu, şərqdə Şaroy rayonu və cənubda Urus-Martan rayonu ilə həmsərhəddir. Hər tərəfdən ölkənin rayonları ilə sərhəddir. Rusiyanın digər subyektləri və xarici ölkələrlə sərhədə malik deyil. Rayonun ərazisi 876.26 km²-dir. Onun ərazisinin əhəmiyyətli bir hissəsini Arqun dərəsi tutur. İstər Birinci, İstərsə İkinci Çeçensistan Müharibəsi dönəmində rayon ərazisində əhəmiyyətli döyüşlər olmuşdur.