Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Skapolit
Skapolit (Na, Ca)4 (Cl, CO3) [Al (Si, Al) Si2O8]3 — tetraqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Marialit (Ma) – Na8 [(Cl2, SO4, CO3) | (AlSi3O8)6] — meyonit (Me) – Ca8 [(Cl2, SO4, CO3)2 | (Al2Si2O8)6] izomorf sırasının dəyişkən tərkibli mineral növüdür. Qlavkolit – skapolitin mavi və ya göyümtül-bənövşəyi, stroqanovit – bozumtul-yaşıl növ müxtəliflikləri. Rəng – ağ, boz, açıq-sarı, yaşılımtıl, bozumtul-yaşılımtıl, mavi, tünd-göy, yaxud qırmızı, bəzən rəngsiz; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə; ayrılma müstəvilərində sədəfiyədək; Şəffaflıq – işıqkeçirən, tutqun, nadir hallarda – şəffaf; Sıxlıq – 2,60–2,75; Sərtlik – 5–6; Kövrəkdir; Ayrılma – {100} üzrə orta, {110} üzrə qeyri-mükəmməl; Sınıqlar – pilləli-qeyri-hamar, qabıqlı; Morfologiya – kristallar: prizmatik kristallarının en kəsiyi, adətən, kvadrat formalı olur; Mineral aqreqatları: dənəvər, sıx, şüalı, lifli kütlələr, druzalar. Ən çox kontakt — metasomatik (skarnlar; dəmir filizi və şeelit yataqları) və metamorfik (mərmərlər, qneyslər, qranulitlər, şistlər, amfibolitlər) əmələgəlmələrdə yayılmışdır. Bəzən alp tipli damarlarda, peqmatitlərdə, habelə hidrotermal-dəyişilmiş əsasi süxurlarda, druzalar şəklində vulkanik süxur boşluqlarında qeyd edilir. Birlikdə rast gəldiyi minerallar: kvars, qranatlar, piroksenlər, kalsit, floqopit, epidot, apatit, daşkəsənit, vollastonit, maqnetit, kobaltin, şeelit və b. Mineralın tapıldığı yerlər: Madaqaskar adası; Tosatal (İtaliya); Tunaberq (İsveç); Parqas ad. (Finlandiya); Arendzal (Norveç); Pribaykalyedə Slyudyanka və Bıstraya çay hövzələri, Uralda İlmen dağları (Rusiya) və b.
Samolit
Böyük Samolit dağı
Samolit aşırımı
Samolit aşırımı — Baş Qafqaz silsiləsində yerləşən dağ keçidi. Aşırımın hündürlüyü 3260 m (digər mənbələrə görə 3240,4 m) təşkil edir. Böyük Samolit dağıının cənub-qərbində, Azərbaycan Respublikası (Zaqatala rayonu) və Rusiya Federasiyası (Dağıstan Respublikası) sərhədində yerləşir. Aşırımın şimal yamacının qırışıqlarında Samolit gölləri qrupunun ən böyük olanı Samolit gölü yerləşir.
Böyük Samolit dağı
Böyük Samolit dağı — Baş Qafqaz silsiləsində, Zaqatala rayonunun Dağıstanla sərhədində zirvə. Hündürlüyü 3452 m. Tala çayının mənbəyi buradadır. Bu çayın qollarından biri də dağın adı ilə Samolit çayı adlanır. Oronim qədim türk dillərindəki samal (tutqun, dumanli, ganli, qaranlıq) və -it (şəkilçi) komponentlərindən düzəlib, "başı dumanlı zirvə" mənasındadır.
Covanni Antonio Skopoli
Covanni Antonio Skopoli (it. Giovanni Antonio Scopoli, 3 iyun 1723[…], Kavaleze[d], Trentino-Alto Adice – 8 may 1788[…], Paviya), İtaliya-Avstriya təbiətşünası. == Əsas işləri == Methodus plantarum (1754) Flora carniolica (1760) Tentamina physico-chymico-medica (1761) De Hydroargyro Idriensi Tentamina (1761) Introductio ad usum fossuinm (1763) Entomologia Carniolica, Viienna: Trattner.
Kiçik Samolit dağı
Böyük Samolit dağı — Baş Qafqaz silsiləsində, Zaqatala rayonu ilə Dağıstanın sərhədində aşırım. Hündürlüyü 3260 m. Bu aşırımdan keçən yol Qaraçay ilə Samur çayının hövzələrini birləşdirir. Oronim qədim türk dillərindəki samal (tutqun, dumanlı, ganlı, qaranlıq) və -it (şəkilçi) komponentlərindən düzəlib, "başı dumanlı zirvə" mənasındadır.