Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Submədəniyyət
Submədəniyyət (lat. sub — altında və cultura — mədəniyyət; mədəniyyətyanı) sosiologiya, antropologiya və kulturologiyada termin — əksəriyyətin akademik mədəniyyətindən fərqlənən modern mədəniyyət, həmçinin bu mədəniyyətin daşıyıcıları. Submədəniyyət çoxluğun mədəniyyətindən öz dəyərlər sistemi, danışıq jarqonu, davranış mədəniyyəti və geyimi ilə fərqlənməyə çalışır.. Milli, demoqrafik,ixtisas, coğrafi və digər əsaslar üzrə formalaşan submədəniyyətləri təsnifat edirlər. Ən diqqəti çəkən isə gənclərə xas olan submədəniyyətdir.
Pank (submədəniyyət)
Pank submədəniyyəti 1970-ci illərin ortalarında ifadə azadlığı hərəkatı və üsyan olaraq ortaya çıxmışdır. Bu submədəniyyət minimalist sistem əleyhdarı musiqiyə Punk Rocka əsaslanır. Punk öz geyim tərzi, fəlsəfəsi, ədəbiyyatı (fanzinlər), rəqsləri (pank şouları) və vizual görüntüləri ilə güclü bir submədəniyyət yaratmışdır. Yaratdığı mədəniyyət populyar mədəniyyətin mənbəyi olmaqla yanaşı, öz daxilində də alt subkulturalar yaratmışdır. punk mədəniyyəti; Cəmiyyətə özlərini onlarla eyniləşdirmədiklərini və insanlar arasında sinfi fərqlər olduğu müddətcə onlarla eyniləşməyəcəkləri mesajını verdilər. Pank rok Amerikada 1960-cı illərin sonu və 1970-ci illərin əvvəllərində Avropa və Şimali Amerikada pre-punk qruplarına da təsir etdi. Xüsusilə də The New York Dolls- dan təsirlənən bir çox punk qrupları vardır. Punklar içində olduqları vəziyyətə etiraz etmək üçün əllərində olan hər cür materialla istehza ilə özlərini, o cümlədən bədənlərini ironiya ilə "cəmiyyətin tullantısı" təqdim etdilər: qul geyimləri, zəncirlər, dərilər, basqın cinsiyyətçi modaya qarşı androjiniya, cırıq geyimlər, rəngli və dik saç düzümləri və pank simvollarından ibarət bədənə bərkidilmiş sancaq… Panklar dəb əleyhdarıdır . Məqsədi ənənəvi qəliblərin içində yaşayan cəmiyyətə etiraz etmək və qəbul edilmiş normalları pozmaqdır. Pank estetikasının yaradıcısı sayılan və Londonda yaşayan modelyer Vivienne Westwood (" Sex Pistols "un yaranmasının səbəblərindən biri olan "Sex" adlı mağazanın ortalarından biri) aşağıdakı sözlərlə punk estetikasının səbəbini belə ifadə edir: Onun paltarlarını geyinmək üçün cəsarətli olmalısan.
Qot (submədəniyyət)
Qot – 1980-ci illərin əvvəllərində Birləşmiş Krallıqda ortaya çıxan və musiqiyə əsaslanan bir subkulturadır. Postpank musiqi janrının bir qolu olan qotik rok pərəstişkarları tərəfindən əmələ gətirilmişdir. Goth(Qot) adı birbaşa musiqi janrından götürülüb. Qotik rok janrını ifa edən və Qotik subkulturanın formalaşmasında və inkişafında böyük əmək sahibi görkəmli post-pank sənətçilərindən bəziləri: Siouxsie and the Banshees, Bauhaus, The Cure və Joy Division . Goth subkulturası öz dövrünün digər subkulturalarına nəzərən daha uzun müddət populyarlığını qoruyaraq qaldı və şaxələnməyə, bütün dünyaya yayılmağa davam etdi. Onun təsvirlərində və mədəni meyllərində 19-cu əsr Qotika fantastikasından və qorxu filmlərindən təsirlər gözə çarpır. Səhnə olaraqda əsasən Qərbi Avropada təşkil olunan musiqi festivalları, gecə klublarında təşkil edilən görüşlər istifadə olunurdu. Subkultura özlüyündə musiqi, estetika və moda ilə əlaqəli zövqlərə sahibdir. Qotların üstünlük verdiyi musiqi janrlarına qotik rok, ölüm rok, soyuq dalğa, qaranlıq dalğa və efir dalğası kimi bir sıra janrlar daxildir. Subkultura daxilində geyim üslubları siyahısına punk, yeni dalğa və Yeni Romantik kimi moda üslubları vardır.
Pank submədəniyyəti

Qot submədəniyyəti