Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sulfamidlər
Sulfamidlər — Poliaminlərin kənar amin qrupunda əvəzedilmiş funksional fraqment varsa, onda monosulfamid alınır. Doğrudan da kənar amin qrupunda alkil piridin fraqmenti olduqda monosulfamid alınır . N-əvəzolunmuş diaminlə arilsulfoxloridlər arasındakı reaksiya vasitəsilə alınmışdır. Bu monosulfamidlər güclü antivirus xassəyə malikdirlər. Tədqiqatlar göstərmişdir ki, arilsulfoxloridlərlə dietilentriamin arasındakı reaksiya nəticəsində mono-və disulfamidlər alınır. Dietilentriamininin artıq miqdarı və sulfoxloridə görə molyar nisbəti 1:1,5-2 olduqda monosulfamidin çıxımı artır. Mis katalizatoru iştirakı ilə benzil C-H əlaqəni birli və ikili sulfonamidlərlə aminləşdirmək mümkün olduğu müəyyən edilmişdir. R1C6H4Me + R2NHSO2R3 +10 mol % [Me(CN)4 Cu(J)F6] 1,5 mol % 1,3-indandion. Bu qarışığa 2 ekv 3 CF3C6H4CO3Bu-1230C -də əlavə etdikdə sulfamidin N-alkil törəmələri alınır: R1C6H4CH2NR2SO2R3 Aşağıdakı formulaya malik sulfamidi: ArCH=NSO2Py-2 1 – alkenil-1,1-borsink reagenti ilə allilamin törəməsi ArCH(NHSO2Py-2 Bpin)=CHR1 əmələ gətirir . Bu maddə oksidləşdirildikdə £-aminoketonlar əmələ gətirirlər: ArCH(NHSO2Py-2) C (O) CH2R1 Bismut (III) katalizatoru [(BiCl3 və Bi(OTF)3] vasitəsi ilə karbon turşularının anhidridləri və xloranhidridləri vasitəsi ilə sulfamidləri N-asilləşdirmək çox asan olduğu müəyyən edilmişdir .
Sulamiş noyon
Sulamiş noyon Adak noyon oğlu (?-1299)—Besut ulusundan elxanlı sərkərdəsi. Sulamiş noyon tanınmış sərkərdə idi. Ünlü bir ailədən çıxmışdı. Atası Adak noyon, babası Baycu noyon Elxanilər dövlətinin adlı-sanlı sərkərdələri idilər. O da bir çox döyüşlərdə özünü tanıtmışdı. Elxanlı taxtında əyləşən Qazan xan, qarşılarında heç cür bacarıqlı olmadıqları Məmlüklərə qarşı cavab vermək üçün 1298-ci ildə Diyarbəkri işğal etdi. Bu sırada Məmlüklər, türkmənlərlə bərabər Maraşı ələ keçirdiler. Daha sonra Hələbdəki Məmlük əsgərləri Sisi vurdu. Buna görə Qazan xan onlara qarşı Suriyaya yönəldi və öncəki Rum valisi Sulamiş ibn Əfak (Üvək) bin Baycu ət-Tatariya bu səfərə qatılmasını əmr etdi. Ancaq Sulamiş bu əmrə tabe olmadı və Qazan xana qarşı üsyan bayrağı açdı (1298).
Sulamif Messerer
Sulamif Mixaylovna Messerer (Meşoyrer) (rus. Сулами́фь Миха́йловна Мессере́р (Мешойрер); 27 avqust 1908, Moskva – 3 iyun 2004, London) — Sovet balerinası və balet müəllimi, üzgüçü. Asap Messerer və Rahila Messerer-Plisetskayanın bacısı, Mixail Messererin anası, Maya Plisetskayanın xalası və övladlığa götürən ökey anası. RSFSR xalq artisti (1962). Sulamif Plisetskaya 27 avqust 1908-ci ildə Vilnoda diş həkimi Mendel Berkoviç (Mixail Borisoviç) Messerer (1866–1942) və Sima Moiseevnanın (qızlıq soyadı Şabad, 1870–1929) ailəsində anadan olub. Milliyyətcə valideynləri yəhudi idi. Ailədə ondan başqa daha 9 uşaq var idi. Atası Dolqinovodan, anası Antakalnisdən Vilnüsə gəliblər. Sulamifin atası Mendel 8 xarici dil bilirdi. O, Xarkovda diş həkimi diplomu alıb və 1904-cü ildə həyat yoldaşı və uşaqları ilə birlikdə yaşadığı yeri tərk edərək Moskvaya gedə bilib.
Natrium sulfid
Natrium sulfid- mürəkkəb qeyri üzvü maddədir. Kimyəvi formulu- Na2S. Natrium sulfid-oksigensiz duzdur. Sənayedə-Na2SO4•10H2O mirabilit mineralının közərdilməsindən alınır. Na2SO4+4H2→Na2S+4H2O Na2SO4+4C→Na2S+4CO Na2SO4+4CO→ Na2S+4CO2 Adi halda ağ rəngli çox hidroskopik tozdur. Parçalanmadan əriyir, termiki davamlıdır. Texniki natrium sulfid sarımtıl və ya qəhvəyi (qirmizımtıl) rəngdədir, tərkibində 60%-ə qədər natrium sulfid var. Suda yaxşı həll olur, anionundan hidroliz olur, məhlulda yüksək qələvilik yaradır. Havada dayanma müddətində məhlul bulanır (kolloid kükürd) və saralır (polisulfid rəngində). Tipik reduksiyaedicidir. Kükürdü birləşdirir.
Hidrogen-sulfid qazı
Hidrogen-sulfid qazı (H2S) - rəngsiz, kəskin iyli, suda yaxşı həll olan yanar qaz. Sıxlığı 1,538 q/l; hidrogen-sulfid qazı yüksək dərəcədə zəhərlidir. Havada ehtimal olunan miqdarı 0,01mq/l-ə yaxındır. Sərbəst halda biokimyəvi mənşəli təbii qazlarda (~1% yaxın), metamorfik və maqmatik qazlarda və həmçinin fumarollarda rast gəlinir. Təbii qazlarda hidrogen-sulfid qazı miqdarı, adətən 1%-dən çox olmur. Karbonat süxurların üstünlük təşkil etdiyi, xüsusilə sulfat mineralları ilə zəngin olan kəsilişlərin sularında həll olmuş hidrogen-sulfid qazı miqdarı yüksək olur. == Həmçinin bax == Hava Təbii qaz Fumarollar == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Qurğuşun(II) sulfid
Qurğuşun(II) sulfid PbS formullu mürəkkəb qeyri-üzvi maddədir.O, elektron qurğularda az istifadə olunur.PbS həmçinin qalenit də adlanır. Qurğuşun ionlarını həll etmək üçün sulfid duzları və ya hidrogen-sulfid alavə olunur.
Əbu Abdürrəhman əs-Sulami əl-Kufi
Əbu Abdürrəhman əs-Sulami əl-Kufi (ən geci 632 – ən tezi 693 və ən geci 695, Kufə, ərəb. أبو عبد الرحمن عبد الله بن حبيب السلمي‎) — hədis ravisi, Quran hafizi. Tam adı Əbu Əbdürrəhman Abdullah ibn Həbib ibn Rəbiə əs-Sulami əl-Kufidir. Məhəmməd (s.a.v) peyğəmbərin sağlığında doğulub. Atası Həbib ibn Rəbiə əl-Sulami Məhəmməd peyğəmbərin səhabəsi olmuşdur. Əbu Əbdürrəhman əl-Sulaminin ya hicri 73 (692/693), ya da hicri 74 (693/694) ildə Kufədə vəfat etdiyi güman edilir. Əbu Əbdürrəhman əs-Sulami Quran hafizi olaraq Osman ibn Əffan, Əli ibn Əbu Talib, Zeyd ibn Sabit, Abdullah ibn Məsud və Ubeyy ibn Kəbdən Quran oxumağı öyrənmişdir. Onun tələbələri arasında: Asimə ibn Əbu ən-Nəcudə, Yəhya ibn Vətəba, Ata ibn əl-Saibə, Abdullah ibn İsa ibn Əbdürrəhman ibn Əbu Leyla, Məhəmməd ibn Əbu Əyyub, Əmir əş-Şəbi və İsmayıl ibn Əbu Xalid var idi. Osman ibn Əffanın səltənətindən ölümünə qədər Kufə Böyük Məscidində Quran tilavəti dərsləri keçdiyi bilinir. Əbu Əbdürrəhman əs-Sulami heç vaxt Quran oxumaq üçün ödənc almamışdır.