Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sweater Weather
"Sweater Weather" — amerikan alternativ rok qrupu The Neighbourhood-un mahnısı. Mahnı qrup üzvləri Cessi Ruterford, Zak Ebels və Ceremi Fridman tərəfindən yazılıb, prodüserliyi Castin Pilbrou etmişdir. Mahnı onların debüt albomu I Love You.-nun aparıcı sinqlı kimi yer alır. "Sweater Weather" 2013-cü ilin iyun ayında "Billboard Alternativ Mahnılar" hit-paradında birinci sıraya yüksəldi. 2020-ci ildə mahnı TikTok sosial şəbəkəsində yenidən populyarlıq qazandı. Mahnı 2022-ci il tarixində Spotify-da ən çox oxunan mahnılar arasında ilk 100-də yer alıb.
Sweather Weather
Sclater
Philip Lutley Sclater (ing. Philip Lutley Sclater; 4 noyabr 1829, Hempşir — 27 iyun 1913) — Britaniya vəkil və zooloqudur. İlk dəfə Lemuriya adasının mövcudluğu haqda fərziyyəni irəli sürmüşdür.
Fallout Shelter
Fallout Shelter (azərb. Radioaktiv-yağıntı sığınacağı‎) — "Bethesda Game Studios" və "Behaviour Interactive" tərəfindən hazırlanan və "Bethesda Softworks" tərəfindən nəşr olunan free-to-play simulyasiya videooyunu. "Fallout" videooyun seriyasının bir parçası olaraq dünya səviyyəsində 14 iyun 2015-ci ildə iOS platforması, 13 avqust 2015-ci ildə Android platforması, 14 iyul 2016-cı ildə Microsoft Windows platforması, 7 fevral 2017-ci ildə Xbox One platforması və son olaraq 10 iyun 2018-ci ildə PlayStation 4 və Nintendo Switch platformaları üçün buraxılmışdır. Həmçinin, oyunu "Tesla" avtomobillərində oynamaq mümkündür. "Fallout Shelter" oyunçulara öz sığınacaqlarını (ing. Vault) tikmək və təşkil etmək tapşırığını verir. Buraxılmasından sonra "Fallout Shelter" əsasən müsbət rəylər almışdır. Tənqidçilər oyunun "Fallout" kainatının bir uzadılması olmasını, əsas geympleyini və vizual üslubunu tərifləmişdir. Adi tənqidlər arasında oyunda dərinlik azlığının olması, lazımsız mikroödənişlərdən istifadəsi və sonluq azlığı var idi. Oyun buraxılışının ilk iki həftəsində mikroödənişlərlə 5.1 milyon ABŞ dolları qazanmışdır.
Goodbye (Shelter)
Goodbye (Shelter) (azərb. Əlvida (Sığınacaq)‎) — Serbiyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Sanya Vuçiç "Goodbye (Shelter)" mahnısı ilə Serbiyanı İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı İvana Petersin bəstələdiyi mahnının eyni zamanda Iza osmehla adlı serb dilində olan versiyası da mövcuddur.
Shelter (mahnı)
Shelter (ing. Sığınacaq) — elektronik musiqinin prodüsserləri Madeon və Porter Robinson yaratdığı mahnı. == Klip == 2016-cı ilin oktyabrın 14-də Robinson elan edib ki, bir ildən artıq A-1 Pictures studiyası ilə Shelter üçün klip hazırlayırdı. Video oktyabrın 18-də Crunchyroll əməkdaşlığı ilə Porter Robinsonun YouTube kanalında üzə çıxıb.
Sopater (Apemeyalı)
Sopater Apemeyalı (yun. Σώπατρος ὁ Ἀπαμεύς ; ölümü BE 337), görkəmi sofist və neoplatonist filosof.
Stater dövrü
Stater — (yun. σταθερός (statherós) — sabit, möhkəm) və ya Stater dövrü — Paleoproterozoy erasında son geoloji dövrdür və 1800–1600 milyon il əvvəlləri əhatə edir. Bu tarixlər stratiqrafiyaya deyil, xronometriyaya əsaslanır.Dövr müvafiq qitələrdə yeni platformaların yaranması ilə səciyyələnir. Oksigen səviyyəsi indiki dəyərinin 10–20%-i qədər idi.Straterin əvvəllərində, superqitə Kolumbiya yaranmışdır.
Leta Stetter Hollinqvort
Leta Stetter Hollinqvort (25 may 1886 – 27 noyabr 1939) — amerikalı psixoloq. Xüsusilə İntellekt əmsalı və istedadlı uşaqlar üzərində gördüyü işlər ilə tanınan psixoloqdur. İstedadlı uşaqlarla yanaşı, klinik psixologiya, təhsil psixologiyası və qadınların psixologiyası ilə bağlı araşdırmalar aparmışdır. Eyni zamanda qadınlarla bağlı stereotiplərin aşılmasına mühüm töhfələr vermişdir. == Həyatı == L. S. Hollinqvort 1886-cı ildə Nebraska-da anadan olmuşdur. Anasının erkən ölümü və atasının evi tərk etməsi səbəbiylə çətin bir uşaqlıq həyatı olmuşdur. 15 yaşında yerli qəzetlərdədə məqalələr dərc etməyə başladı. 1902-ci ildə orta məktəbi bitirdikdən sonra Nebraska Universitetində ədəbiyyat təhsili aldı. Bu vaxt, psixologiya aspirantı olan Harri Levi Hallinqvor ilə nişanlandı. Nişanlısı doktorluq təhsili almaq üçün Kolumbiya Universitetinə getdi və Ceyms Makkin Kettellin tələbəsi oldu.
Fiji Water
Fiji Water — Ficidən ixrac olunan su brendi. Mənbəyi Viti-Levu şəhərində yerləşir. Artezian tipli quyudan çıxarılır. 330 ml, 500 ml, 700 ml, 1 litr və 1,5 litrlik qablarda satılır. Mərkəzi Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşir.Kanadalı iş adamı Devid Qilmor 1996-cı ildə Natural Waters adı altında Fiji Water şirkətini qurdu. 2004-cü ildə Fiji Waterin satışı 50 milyon ABŞ dolları təşkil etmişdir. Fiji Water-in sahibi Resnik Holding Teleflora, POM Wonderful və Suterra adlı şirkətlərində sahibidir. 2009-cu ildə Fiji Water-in satışı 85 milyon dollar təşkil edib. 2010-cu ilin sonunda Fiji Water şərab istehsalına başladı. Fiji Water-in qırmızı və qara şərabları dünya miqyasında tanınılır.
Theater an der Wien
An der Vin (alm. Theater an der Wien‎) — Avstriyanın paytaxtı Vyanada teatr binası.
God Eater (anime)
God Eater (ゴッドイーター, Goddo Ītā, azərb. Tanrı yeyən‎) — Shift şirkəti tərəfindən istehsal olunmuş "God Eater" videooyun seriyası əsasında Ufotable studiyası tərəfindən çəkilmiş anime serialı. 12 iyul 2015-ci ildən 26 mart 2016-cı ilə kimi yayımlanmışdır və 13 seriya davam etmişdir. == Məzmun == Hadisələr 2071-ci ilin Yaponiyasında baş verir. Demək olar ki, bütün dünya Araqami adlandırılan müəmmalı bədheybətlər tərəfindən məhv edilmişdir. Ancaq bir neçə təşkilat güclü texnologiyalarının köməyi ilə Araqamilərə qarşı döyüşə bilir. Bu təşkilatlardan biri də Fenrirdir. Fenrir Araqamilərlə döyüşmək üçün Araqami hüceyrələrindən hazırlanmış Tanrı arkları adlı xüsusi silahlar istehsal edir. Bu silahlardan istifadə edib Araqamilərə qarşı döyüşən xüsusi şəxslər isə Tanrı yeyən adlandırılır. Tanrı arkları ancaq bir tipdə ola bilər: ya pulemyot, ya da bıçaq.
Walk on Water
Walk on Water (azərb. Su üstündə gəzmək‎) — Maltanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.İra Losko "Walk on Water" mahnısı ilə Maltanı İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı Liza Dezmond, Tim Larsson, Tobias Lundqren, Molli Pettersson Hammar və ifaçı İra Losko tərəfindən bəstələnmişdir.
Sətər
Sətər — İranın Kirmanşah ostanının Sonqur şəhristanının Kolyai bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,284 nəfər və 354 ailədən ibarət idi.
Səftər Cəfərov
Səftər Məmməd oğlu Cəfərov (1900, Pirşağı, Bakı qəzası – 16 noyabr 1961, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1959–1961). == Həyatı == Səftər Cəfərov 1900-cü ildə Bakı qəzasının Pirşağı kəndində kəndli ailəsində anadan olmuşdur. 15 yaşından işləməyə başlamış, xüsusi sahibkarların yanında fəhləlik etmişdir. Həmin illərdə fəhlə hərəkatına qoşulmuşdur.1920-ci ilin aprelində Azərbaycanda Sovet hakimiyyəti qurulduqda Səftər Cəfərov Qızıl Orduya daxil olmuş, həmin ilin oktyabrında isə Sov.İKP üzvlüyünə qəbul edilmişdir. O, Qızıl Orduda 1932-ci ilədək xidmət etmiş, sıravi əsgər rütbəsindən siyasi işçi vəzifəsinədək yüksəlmişdir. Batalyon və polk hərbi komissarı, diviziya qərargahı rəisinin siyasi hissə üzrə köməkçisi, sonra isə Styopin adına Azərbaycan ikinci Qafqaz atıcı diviziyasının və Xəzər hərbi donanmasının hərbi prokuroru olmuşdur.1932-ci ildən 1935-ci ilədək Azərbaycan SSR-in prokuroru, 1933-cü ildən eyni zamanda Azərbaycan SSR xalq ədliyyə komissarı vəzifəsində işləmişdir. Sonralar Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin sədri, Moskvada SSRİ Xalq Komissarları Soveti yanında Azərbaycan SSR-in daimi nümayəndəsi olmuş, 1940-cı ilin oktyabrında isə Azərbaycan SSR xalq torpaq komissarı vəzifəsinə təyin edilmişdir.Səftər Cəfərov 1947-ci ildən Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi, 1958-ci ildən sədr müavini, 1959-cu ilin noyabrından isə sədri olmuşdur. 1959-cu ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü olmuşdur.Sov.İKP 22-ci qurultayının, Azərbaycan KP 19–25-ci qurultaylarının nümayəndəsi olmuşdur. Sov.İKP 22-ci qurultayında Sov.İKP mərkəzi təftiş komissiyasının üzvü seçilmişdir. Azərbaycan SSR Ali Sovetinin 1–5 çağırış deputatı olmuşdur.Səftər Cəfərov 16 noyabr 1961-ci ildə Bakıda ürək-damar xəstəliyindən vəfat etmiş və 19 noyabrda Fəxri Xiyabanda dəfn edilmişdir.
Səftər Məmmədov
Səftər Əlihüseyn oğlu Məmmədov (1995, Seyidsadıqlı, Salyan rayonu – 1 avqust 2014, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Səftər Məmmədov 1995-ci ildə Salyan rayonunun Seyidsadıqlı kəndində anadan olub. == Hərbi xidməti == Əsgər Səftər Məmmədov 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub. Avqustun 1-i isə Səftər Məmmədov doğulduğu Salyan rayonunun Seyidsadıqlı kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Məmmədov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Səftər Məmmədov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Səftər Quliyev
Quliyev Səftər Mehdi oğlu - texnika elmləri doktoru (1948), professor, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü (1959). == Həyatı == Səftər Quliyev 1908-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ali təhsilini 1930-cu ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft və qaz quyularının qazılması ixtisası üzrə bitirmişdir. 1939-cu ildə "Qazıma boruları dəstəsinin tarazlığının dayanıqlı formaları barədə" mövzusunda namizədlik dissertasiyasını müdafiə edə­rək texnika üzrə fəlsəfə doktoru, 1948-ci ildə isə "Neft quyuları üçün çınqıllı filtrlər" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək texnika üzrə elmlər doktoru elmi də­rəcələrini almışdır. Səftər Quliyev 1955-ci ildə Azərbaycan EA müxbir üzvü, 1959-cu ildə isə həqiqi üzvü seçilmişdir. == Əmək fəaliyyəti == Əmək fəaliyyətinə 1928-ci ildə başlayan Səftər Quliyev 1928-1942-ci illərdə "Azərneft" İB-nin qazma müəssisələrində texnik vəzifəsində çalışmış, baş mühəndisə qədər müxtəlif vəzifələri icra etmişdir. 1932-1960-cı illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Neft və qaz quyularının qazılması kafedrasında assistent, dosent, professor kimi fəaliyyət göstərmiş, habelə ilk azərbaycanlı kafedra rəhbəri işləmişdir. 1945-ci ildə Quliyev S.M. Azərbaycan EA-nın yenidən yaradılmış Neft İnstitutunda elmi işlər üzrə direktor müavini təyin edilmişdi. 1960-1971-ci illərdə AEA-nın Dərin Neft Qaz Yataqları Problemləri İnstitutunun direktoru ol­muş­dur. Səftər Quliyev uzun müddət keçmiş İttifaqın Ali Attestasiya Komissiyasının Dağ Ekspert Komissiyasının üz­vü, neft və qaz səna­yesinin Azərbaycan Elmi-Texniki Cəmiyyətinin fəxri üzvü olmuşdur.
Səftər Turabov
Səftər Turabov (15.03.1910 Bakı - 26.11.1989 Bakı) — Azərbaycan rejissoru, əməkdar incəsənət xadimi. == Həyatı == 16 yaşında Milli Dram Teatrında səhnə fəhləsi kimi əmək fəaliyyətinə başlayıb. 1934-cü ildə Bakı Teatr Məktəbini bitirib. Səftər Turabov Milli Dram Teatrında Nəcəf bəy Vəzirovun "Müsibəti Fəxrəddin", Zeynal Xəlilin, "İntiqam", Mir Cəlalın "Mirzə Xəyal", Tur qardaşlarının "Bir evin sirri", Əbdürrəhim bəy Haqverdiyevin "Köhnə dudman" və digər əsərlərə quruluş vermişdir. Səftər Turabov 1954-cü ildə Azərbaycan Musiqili Komediya Teatrında, 1956-cı ildən Dövlət Radiosunda rejissor işləyib. Azərbaycan İncəsənət İnstitutunda rejissor və aktyorluq sənəti müəllimi vəzifəsində işləyib.
Səttər Piriyev
Səttdər Fuad oğlu Piriyev (25 oktyabr 1998; Quba rayonu, Azərbaycan — 7 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Quru Qoşunlarının Leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səttər Piriyev 1998-ci il oktyabrın 25-də Quba rayonunun Zərdabi qəsəbəsində anadan olub. 2004-2012-ci illərdə B. Şıxəmirov adına Zərdabi qəsəbəsi tam orta məktəbində, 2012-2015-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) alıb. == Hərbi xidməti == Səttər Piriyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Səttər Piriyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə bölmələrin mühasirədən çıxarılmasın da, həmçinin yaralı hərbçilərin döyüş meydanından təxliyəsində fərqlənib. Səttər Piriyev noyabrın 7-də Hadrutun azad edilməsi zamanı "Qızılqaya" və "Üçtəpə" adlandırılan ərazilər istiqamətində şəhid olub. Quba rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səttər Piriyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Səttər Piriyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Səttər Piriyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Səftər Quliyev küçəsi
Səftər Quliyev küçəsi — Bakıda, İçərişəhər tarixi rayonunda, Əziz Əliyev küçəsindən, Neftçilər prospektinə qədər, qısa bir küçədir. == Tarixi == Azərbaycan SSR-in neftşünaslarından Səftər Quliyev (1908-1973) adına layiq görülmüşdür. 19-cu əsrin ikinci yarısında Hacı Ağa Zeynalın (Bakı milyoner Ramazanovun babası) əmrinə əsasən, ənənəvi sxemə əsasən yaşayış binasında hamam kompleksi qurulmuşdur: vestiyer, hovuz, soyuq və isti su ilə bir hovuz və istilik otağı. == Tikili == Küçədə bir sıra evlər (3, 7, 9, 11) yerli əhəmiyyətli memarlıq abidələri elan edilir (XIX - XX əsrin əvvəlləri). == Görməli yerlər == 5 - Ağa Zeynal hamamı. == Mənbə == Ичери-шехер. Памятники местного значения Arxivləşdirilib 2018-01-21 at the Wayback Machine Ичери-шехер.