Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nicotiana tabaca
Əsl tütün (lat. Nicotiana tabacum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin tütün cinsinə aid bitki növü. Nicotiana florida Salisb. Tabacum nicotianum Bercht.
Tapança
Tapança — qısa lüləli bir atəşli silahdır. Tapançalar, iş prinsiplərinə və güllə mühafizə hissələrinin şəklinə görə, daraqlı (pistol) və ya toplu (revolver) olaraq adlandırılır və istifadə edilən güllələrin çaplarına görə təsnif edilirlər.
Avtomatik tapança
Pulemyot-tapança, tapança gülləsi istifadə edən, avtomatik tüfənglərdən daha kiçik həcmdə olan və ümumiyyətlə yaxın atışmalar və basqınlar üçün hazırlanmış silah növüdür.
Pulemyot-tapança
Pulemyot-tapança, tapança gülləsi istifadə edən, avtomatik tüfənglərdən daha kiçik həcmdə olan və ümumiyyətlə yaxın atışmalar və basqınlar üçün hazırlanmış silah növüdür.
Pulemyot tapança
Pulemyot-tapança, tapança gülləsi istifadə edən, avtomatik tüfənglərdən daha kiçik həcmdə olan və ümumiyyətlə yaxın atışmalar və basqınlar üçün hazırlanmış silah növüdür.
Tarança (Əhər)
Tarança (fars. ترانچه‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 26 nəfər yaşayır (5 ailə).
ASP (tapança)
ASP — Paris Teodor tərəfindən 1960-cı illərdən 1970-ci illərin əvvəllərinə qədər ABŞ məxfi agentləri üçün nəzərdə tutulmuş yığcam tapança. 1960-cı illərdən 1970-ci illərin əvvəllərinə qədər Dizayn Smith & Wesson Model 39 tapançasına əsaslanır. == Tarixi == ASP tapançası ABŞ məxfi agentlərini qəfil çıxarmaq və istifadə etmək üçün əlverişli olan yığcam və güclü tapança ilə təchiz etmək üçün nəzərdə tutulmuşdur. "Smith & Wesson Model 39" tapançası əsas götürülmüşdü, burada lülə və boltun qısaldıldığı, həmçinin sapın və tətik qoruyucunun forması. 1983-cü ildə "Armament Systems & Procedures" təxminən 250 ASP tapançasından ibarət bir partiya istehsal etmişdi. Bundan sonra silah daha istehsal olunmamışdır.
Albanca
Alban dili (gjuha shqipe) — Hind-Avropa dilləri ailəsinə aiddir. Balkan yarımadasında, Kosovo, İtaliya və Yunanıstan ərazisində yayılmışdır. Alban dili iki əsas dialektə bölünür: cənub (tosk) və şimal (qek). Alban dilinin fonoloji sistemi 7 sait və 29 samit fonemdən ibarətdir. Qrammatik quruluşuna görə sintetik-flektiv dillərə aiddir. Sintaktik baxımdan sərbəst söz sırası üstünlük təşkil edir.
Tahanea
Tahanea (fr. Tahanea) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Faaitedən 12 km cənub-şərqdə, Tatitidən 530 km şərqdədir. Atollun sahəsi 7,7 km²-dir. Uzunluğu 48 km, eni isə 15 km təşkil edir. Daxilində laqun vardır. 3 hissədən okeanla birləşir. İnzibati baxımından Anaa kommunasına daxildir. Tahanea ilk dəfə 1772-ci ildə ispan dənizçisi Dominqo de Boneçea tərəfindən kəşf edilmişdir. Faddey Bellinshauzen Birinci Rus Antarktika ekspedisiyası atoll yaxınlıqlarından keçərkən adanı Çiçikov olaraq adlandırır.
Tamania
Espeletia (lat. Espeletia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Tatarca
Таtar dili (tatar. татар теле / tatar tele, татарча / tatarça) — tatarların milli dili, Rusiya Federasiyasının Tatarıstan Respublikasının dövlət dili, yayılmasına görə Rusiyada rus dilindən sonra ən yayqın ikinci dil. Türk dillərinin qıpçaq qrupunun Volqaboyu-qıpçaq yarımqrupuna aiddir. Leksikasına görə daha çox başqırd, qazax, noqay və nisbətən qaraqalpaq, qaraçay-balkar, qumuq, özbək, azərbaycan və türk dillərinə yaxındır. Ахатов Г.Х.. Язык сибирских татар. Фонетические особенности (монография). Уфа, 1960. Ахатов Г.Х. Диалект западносибирских татар (монография). Уфа, 1963.
Tayanna
Tayanna (ukr. Тетяна Михайлівна Решетняк; 29 sentyabr 1984, Çernovtsı) — Ukrayna müğənnisi.
Abana
Abana (Kastamonu) — Türkiyənin Qara dəniz sahilində, Kastamonuda şəhər və rayon. Abana (kənd) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd.
Albanca Vikipediya
Albanca Vikipediya — Vikipediyanın alban dilində olan bölməsidir. Bu günə qədər 100.048 məqalə yaradılıb.
Hacı Sabancı
Hacı Sabancı (1935-ci il, Akçakaya, Kayseri – 26 iyul, 1998-ci il) - Türkiyə iş adamı. == Həyatı == Orta məktəbi Adanada bitirib. Əmək fəaliyyətinə ailələrinin Sabancı Grubunda başlayıb. Çukurova Universitetii və Şərqi Aralıq Dənizi Universiteti tərfindən "Fəxri Doktor" adına layiq görülüb. Tükiyə Prezidenti Süleyman Dəmirəl tərəfindən Türkiyə Cumhuriyyyəti Dövlət Yüksək Xidmət Medalı ilə təltif edilib. Balkanların ən Üstün Təşkilatçısı fəxri adına layiq görülüb. 1958-ci ildə Özcan xanımla ailə hayatı qurub. Ömər, Dəmət və Mehmet adında üç oğlu var.
Qaranca (Xoy)
Qaranca (fars. قارنجه‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Qayanca (Bükan)
Qayanca (fars. ‎‎‎گاينجه‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 97 nəfər yaşayır (21 ailə).
Sabancı (Avurğazı)
Sabancı (başq. Һабансы, rus. Сабанчи) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Batır kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 13 km, ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 21 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlarlar (78%) üstünlük təşkil edir.
Sabancı Universiteti
Sabancı Universiteti (azərb. Sabancı Üniversitesi‎) — 1994-cü ildə Sabancı Cəmiyyəti tərəfindən Hacı Ömer Sabancı Vəqfinin rəhbərliyi ilə qurulan və ilk tələbələrini salamlayaraq 1999-cu ilin oktyabrında tədrisə başlamış bir özəl universitet. Sabancı Universiteti, Türkiyədə liberal elmlər tərzi təhsil verən tək ali təhsil təşkilatıdır. Bu sistemə əsasən, bütün tələbələr birinci sinifdə əsas sinif qrupuna məruz qalırlar, ikinci sinifdə müəyyən bir kafedraya fokuslandıqdan sonra ikinci sinifdəki təcrübələri nəticəsində proqramlarını ikinci sinifin sonunda seçə bilərlər. Sabancı Universitetinin qurulma prosesi, ali təhsil müəssisələrini özəl fondlara açmaq və fəaliyyət göstərmək hüququnun tanınması ilə başladı. Sabancı Qrupu, 1994-cü ildə Hacı Ömər Sabancı Vəqfinin rəhbərliyi ilə Sabancı Universitetinin təsis qərarını qəbul etdi. 1995-ci ilin avqustunda, 22 fərqli ölkədən, müxtəlif universitetlərdən, elm mərkəzlərindən 50-dən çox alim, tədqiqatçı, tələbə və iş adamı İstanbulda bir araşdırma konfransında bir araya gəldi. Konfrans salonunda qurulacaq universitetin fəlsəfəsinin "Birlikdə yaradılması və inkişaf etdirilməsi" qərara alındı. Bu konfrans tələbə istiqamətləri araşdırması və akademik proqramlar tərəfindən dəstəklənən dizayn komitələrinin işi ilə izlənildi. Sabancı Universitetinin yaradılmasına icazə verən qanun 5 iyun 1996-cı ildə qəbul edildi və Universitet şəhərciyinin təməli 31 iyul 1997-ci ildə qoyuldu.
Sapanca gölü
Sapanca gölü — Adabazarı ilə İstanbul arasında Kocaeli sərhədinə yaxın bölgədə, Sapanca ilçəsi içində göl. Sapanca gölü, Şərqi Mərmərə bölgəsində, Sakarya şəhər mərkəzinin 12 km qərbində, İzmit şəhərinin isə 27 km şərqində yerləşən tektonik mənşəli bir şirin su gölüdür. Şərq-qərb uzanımlı olan gölün şərq seqmenti Sakarya ilinin sərhədləri içərisində, qərb seqmenti isə Kocaeli ilinin sərhədləri içində yerləşir. Gölün içində olduğu bölgə, cənubda Samanlı dağları, şimalda isə Kocaeli Penepleni olaraq adlandırılan morfotektonik strukturlar arasında yer alan və Şimali Anadolu fayının şimal qoluna aid segmentlərlə məhdudlaşdırılmış olan İzmit-Sapanca dəhlizi üzərindədir.
Tamania chardonii
Tamanna Bhatiya
Tamannaah Bhatia (; Doğum tarixi 21 dekabr 1989) — hind aktrisasıdır. Onun aktyorluğunun əksəriyyəti Teluqu, Tamil və Hind kinosunda çəkilir. O, 75-dən çox filmdə rol alıb. O, bir çox mükafatlar və fəxri adlara layiq görülüb. O, karyerasına hind filmi Chand Sa Roshan Chehra ilə başlayıb.
Tatarca Vikipediya
Tatarca Vikipediya (tatar. Татар Википедиясе)— Vikipediyanın tatar dilində olan bölməsidir. 2003-cü ilin sentyabrın 15-də açılıb və o vaxt orada ancaq latın əlifbadası işlənilirdi. İndi isə orada iki əlifbada istifadə edilir: latın və kiril. 15 iyun 2009–4000 məqalə. 28 dekabr 2009–5000 məqalə. 14 aprel 2010–6000 məqalə. 24 dekabr 2010–8000 məqalə. 8 iyul 2011–10 000 məqalə. 28 iyul 2011–50 000 məqalə.
Kürdlər-i Tarança (Əhər)
Kürdlər-i Tarança (fars. كردلرترانچه‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 137 nəfər yaşayır (28 ailə).
Kyara Tabani
Kyara Tabani (d. 27 avqust 1994) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Kyara Tabani, İtaliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:12 hesabı ilə məğlub olan İtaliya yığması, Rio-de-Janeyro Olimpiadasının gümüş medalına sahib oldu.
Rodriqo Tabata
Rodriqo Barbosa Tabata və ya sadəcə Rodriqo Tabata (19 noyabr 1980, Arasatuba[d], San-Paulu ştatı) — Qatar təmsilçilərindən olan Əl-Rayyan klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Qatar futbolçusudur. 19 noyabr 1980-ci ildə Braziliyada anadan olub.
Kamança
== Musiqi alətinin yaranması ilə bağlı rəvayət == Bu musiqi alətinin yaranması ilə bağlı tarixdə rəvayətlər dolaşmaqdadır. Əfsanəyə görə, min illər öncə göylər padşahı qartal bir ceyranı parçalayaraq onun bağırsaqlarını caynağına alıb ağacın başına atır. Bağırsaq budaqlara ilişir, isti günəş altında quruyub tarıma çəkilir, incəlir. Şiddətli küləyin təsirilə budaqlar ona toxunur, bu zaman əsrarəngiz səslər yaranır. Beləcə, günlər keçir, küləyin yaratdığı bu ecazkar səs hər kəsin zövqünü oxşayır. Günlərin bir günü külək dayanır, musiqi kəsilir. Bu ecazkar səs üçün insan övladı darıxmağa başlayır. Beləliklə, kamança musiqi aləti yaranır. Bu əfsanədə həqiqətə uyğun bir fakt vardır. Doğrudan da tarixən simli calğı alətlərinin gövdəsi, qolu və kəlləsi müxtəlif ağac növlərindən, simləri və qoluna bağlanmış pərdələri isə heyvan bağırsağından hazırlanır.
Sakıp Sabançı
Sakıp Sabançı — Türkiyə sahibkarı Sabançı 1933-cü il aprelin 7-də doğulub. Hacı Ömər və Sadiqə Sabançıların 6 oğul övladından ikincisidir. 1948-ci ildə aylıq 25 lirə maaşla "Akbank""da stajor məmur kimi fəaliyyətə başlamışdır. Xəstəliyi səbəbiylə heç liseydə təhsilini də tamamlaya bilməyən Sabançı bir qədər sonra BOSSA un fabrikində işə başlayıb. Fitri istedadı və qabiliyyəti sayəsində 24 yaşında fabrikdə baş direktor müavinliyinə qədər yüksəlib. Atası vəfat etdikdən bir il sonra - 1967-ci ildə qardaşları İhsan, Hacı, Şövkət, Erol və Özdəmirlə birlikdə sonradan bütün dünyaya səs salacaq "Hacı Ömər Sabançı Holdinq""i quraraq onun başçısı olub. Hazırda holdinqin tərkibində 30 min işçinin çalışdığı 73 şirkət var. Bank sektorundan sement istehsalına, avtomobil şinləri istehsalından qida sektoruna, pərakəndə ticarətə qədər 21 müxtəlif biznes sahəsində fəaliyyət göstərən holdinqin illik gəliri 10 milyard dollardan çoxdur. 1981-ci ildə xaricdə (Londonda) türk sərmayəsi ilə ilk bank quruldu – "Akinternational bank". Bu proyektin arxasında məhz Sabançı imzası vardı.