Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Termoelektrik materiallar
Termoelektrik materiallar — Termoelektrik materiallar termoelektrik xassələrə malik olan və müasir sənayedə bu və ya digər dərəcədə tətbiq olunan metal ərintiləri və ya kimyəvi birləşmələrdir. Termoelektrik materialların üç əsas tətbiq sahəsi vardır istiliyin elektrik enerjisinə çevrilməsi (termoelektrik genereator) termoelektrik soyutma temperaturun ölçülməsi (mütləq sıfırdan min dərəcəyədək). Termoelektrik xassələrə metallar və onların birləşmələri – oksidlər , sulfidlər , selenidlər, telluridlər, fosfidlər, karbidlər və digərləri malikdirlər. Termoelektrik xassələr habelə metal ərintilərində , metal birləşmələrinin ərintilərində və inetermetal birləşmələrində aşkar edilmişdir. Termo — EHQ (mkV/K) –in böyüklüyündən, ərimə temperaturundan , istilik və elektrik keçiriciliyindən , mexaniki xarakteristikasından asılı olaraq , termoelektrik materiallar aşağıdakılara bölünürlər: Pirometriyada temperaturun ölçülməsi üçün materiallar. Termoelektrik generatorlar üçün materiallar. Termoelektrik soyuducular üçün materaiallar.
Termoelektron emissiya
Termoelektron emissiya — yüksək tempraturun köməyi ilə elektronun metaldan ayrılması hadisəsi. İlk dəfə 1881‐ci ildə Amerika ixtiraçısı Tomas Edison tərəfindən aşkar edilmişdir. O, kömür elektrodlu közərmə lampaları ilə təcrübələr apararkən lampada vakuum yaratmış və buraya kömür teldən əlavə, həm də müstəvi metal lövhə yerləşdirmişdir. Metal lövhəni naqil vasitəsi ilə qalvanometrə sonra isə xarici gərginlik mənbəyinin müsbət qütbünə birləşdirdikdə, qalvanometrin cərəyan göstərdiyini müşahidə etmişdir. Həmin lövhəni mənbəyin mənfi qütbünə birləşdirdikdə isə qalvanometrdən cərəyan keçməmişdir. Bu effekt, Edison effekti, qızmış metalların və başqa cisimlərin qaz və ya vakuumda özündən elektron buraxması hadisəsi isə termoelektron emissiya adlandırıldı.