Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Theremin
Termenvoks (ing. theremin və ya thereminvox) — 1918-ci ildə rus ixtiraçısı Lev Termen tərəfindən yaradılmış elektromusiqi aləti. Alətin ən məşhur xüsusiyyəti onu çalarkən ifaçının alətlə təmasına ehtiyac olmamasıdır. 1928-ci ildə ixtiraçısı tərəfindən patentləşdirilmişdir. Orijinal adı termenvoks və ya ezerfondur. İfa iki metal anten sayəsində təmin edilir. Bu antenlər aləti çalan adamın əllərinin mövqeyinə görə səs çıxarırlar. Bir əl ilə titrəyiş dalğaları göndərilir, digər əl ilə isə səsin şiddəti müəyyən edilir. Elektrik siqnalları termenvoks üzərində yaradılır və səs dinamiklərinə göndərilir.
Theresa
Başlıqotu (lat. Scutellaria) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Heroin
Heroin və ya diasetilmorfin (diamorfin) – XIX–XX əsrin əvvəllərində dərman kimi qəbul edilən narkotik növü. XIX əsrin sonundan XX əsrin əvvəllərində dərman kimi istifadə edilən yarı sintetik ağır opioid dərmandır. Asılılığa səbəb olur. Formulu: C21H23NO5. XX əsrin sonu və XXI əsrin əvvəlindən opioid narkotik istifadəçilərinin əksəriyyəti heroindən istifadə edir. Bu, onun bariz narkotik təsiri, nisbi ucuzluğu və sürətlə inkişaf edən fiziki və əqli asılılığı ilə bağlıdır. Heroinin bir çox jarqon adları var: eriz (aries), harri (harry), tiqer, cenni (jenny), spayder, svit drims (sweet dreams), antifriz (antifreeze), bonita, heyzel (hazel), qara qartal, dinamit, predator.
Termin
Termin (lat. terminus — sərhəd, son hədd) — müxtəlif ixtisas və peşə sahibləri ilə əlaqədar sözlər (ixtisas sözləri). Terminlər hansısa sahənin predmetləri, halları, anlayışları üçün ixtisaslaşmış məzmun daşıyır Adi sözlərdən fərqli olaraq terminlər birmənalıdır və ədəbi izah deyildir. Terminlər, əsasən, elmi üslubda işlədilir. Dilimizdə elə sözlər var ki, onlar yalnız termin kimi işlənir. Məsələn, relyef, qrafient, fiksaj, akvarel, metafor, sinexdoxa və s. Elə sözlər var ki, onlar həm termin, həm də ümumişlək söz kimi işlənir. Məs: aşıq, ada, bənd, isim, güc, bucaq, qüvvə, enerji, zərf və s. Cəmiyyətin inkişafı ilə əlaqədar olaraq terminlərdən bəziləri ümumişlək sözlərə çevrilir. Məsələn: ekran, solo, aspirin, arayış, protokol, soyuducu, komputer və s.
Theria
Vəhşi heyvanlar (lat. Theria) — məməlilər sinfinə aid yarımsinif. Müasir diri bala doğan məməliləri özündə cəmləşdirir. Belə ki, yarımsinfə aid olan nümayəndələr yumurta qoymadan bala doğmaqla çoxalırlar. Plasentalılar və kisəlilər bu yarımsinfi təşkil edirlər. Xarici qulağa və topuğa malikdirlər.
Monodelphis theresa
Monodelphis theresa (lat. Monodelphis theresa) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin opossumkimilər dəstəsinin opossumlar fəsiləsinin kisəli yerqazanlar cinsinə aid heyvan növü.
Typhlodromus theroni
Typhlodromus theroni (lat. Typhlodromus theroni) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. Typhlodromus theroni Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Alpaqut (termin)
Alpaqut — Alpaqut cəsur döyüşçü, igid deməkdir. Mahmud Qaşqarlı tərəfindən XI əsrdə yazılmış Divanü Lüğat-it-Türk kitabında "alpaqut" sözü 3 dəfə çəkilib. == Tarixçə == "Alpaqut" (Alpagut, Alpağut, Alpaq, Alpat və s.) kəlməsinin tarixdəki ilk Türk Dövləti olan Hunlardan bu tərəfə istifadə edildiyi təsbit olunmuşdur. Uyğurlarda "Döyüşçü" mənasında istifadə olunurdu. Hunlarda isə Ordu Komandiri, indiki Hərbi General mənasında işlədilirdi. Sonunda; "Alpaqut" kəlməsi əsgərliklə bağlı olmuş, "cəsur", "igid" və "döyüşçü" mənasını verir. Mahmud Qaşqarlı bu kəlməni Divai Luğatit Türk əsərində, "Düşmənə tək başına hücum edən və heç bir tərəfən tələyə düşməyən igid (Türkiyə türkcəsində: Tek başına düşmana saldıran, hiç bir yandan yakalanmayan yigit – I, 144; III 422)" anlamında izah edir. Orxun kitabələrində də alpaqutalpaqut adı keçir. Orta əsr türk tayfaları arasında alpagut adlı boy vardı. Daha sonrakı illərdə bu kəlməyə Türk tayfalarının adlarıı olaraq Anadoluda Alpaqut Türkləri kimi rastlanmışdır.
Hakim (termin)
Hakim — Ərəb dilində "hökm edən, hakim olan". Hədis elmində ən yüksək mərtəbəyə çatmış şəxslərə verilən ləqəbdir və Azərbaycanca(Azərbaycan Türkcəsi) Yarğıc kimi bilinir. == İstinadlar == == Həmçinin bax == Hədis == Xarici keçidlər == Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Höccət (termin)
Höccət — Ərəb dilində "dəlil, bürhan" mənasını verir. Bir həqiqəti ortaya çıxaran istər əqli, istər nəqli dəlilə "höccət" deyilir. Hədis üsulunda iki müxtəlif mənada işlədilir: Birincisi, tədil ləfzidir. İbn Əbi Hatimin təsnifatına görə tədilin birinci mərtəbəsinə, İbn Həcərin təsnifatına görə isə ikinci mərtəbəsinə aiddir. İkincisi, mühəddislərə verilən ləqəblərdəndir. "Hafiz" mərtəbəsindən bir pillə yüksək mərtəbədir. Bəzi mühəddislərin fikrincə, 300 min hədisi sənədləri ilə birlikdə əzbər bilən şəxsə deyilir. == İstinadlar == == Həmçinin bax == Hədis == Xarici keçidlər == Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Həsən (termin)
Həsən — Ərəb dilində "gözəl, xoş" mənalarını ifadə edir. İstilahi mənası barədə müxtəlif fikirlər var. Həsən hədis ədalət şərtini daşımaqla bərabər zəbt baxımından səhih hədis ravilərindən aşağı dərəcədə olan ravilərin müttəsil sənədlə rəvayət etdikləri, o cümlədən şazz və illətdən uzaq hədisdir. Həsən hədis qüvvət baxımından səhih hədisdən aşağı olsa da, dəlil olma və əməl etmə baxımından eynilə səhih hədis kimidir. Həsən terminini hədis elminə ilk dəfə Tirmizi gətirmişdir. == İstinadlar == == Həmçinin bax == Hədis == Xarici keçidlər == Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Müvəssəq (termin)
Müvəssəq — Şiə hədis elminə görə sənədində 12 İmam şiəsinə müxalif olan firqələrdən birinə mənsub olan, lakin hədisşünaslara görə etibarlı hesab edilən ravi olan hədisə deyilir. Səhih hədis kimi etibarlıdır. Hədis Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Oyunçu (termin)
Geymer (ing. gamer) və ya oyunçu — müntəzəm olaraq kompüter oyunları oynayan şəxs. Geymerlər və onların sevdikləri oyun proqramları kompüterlərin aparat təminatının imkanlarının genişlənməsində başqa istifadəçilərin tələblərindən daha çox təsirli olur.
Reyd (termin)
Reyd ya Lövbərsalma (ing. Roadstead, fr. Rade) — dənizçilik termini olub, gəmilərin limanda və ya dəniz buxtasında gözləmə mövqeyi tutaraq lövbər saldığı dayanacaq akvatoriyasına deyiliir.
Sifon (termin)
Sifon (rus. сифон, ing. siphon) — yun.siphon-kiçik boru, nasos – geomorfologiyada, yeraltı karst çaylarının kanalının şaquli səthdə dirsəkvari əyilməsi.
Siqə (termin)
Siqə — Ərəb dilində mənası "güvənilən"dir. Hədis üsulunda ədalət və zəbt sifətlərinə sahib olan raviyə deyilir. Bir hədisin səhih hesab edilməsi üçün ilk əvvəl ravilərinin ədalət və zəbt cəhətdən güvənilən, etibarlı olması lazımdır. Buna görə də ravilərin siqə olub-olmaması böyük əhəmiyyət kəsb edir. Hədis Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Səbt (termin)
Səbt — Ərəb dilində "sabit" və "sağlam" mənalarını verən kəlmədir. Hədis elmində etibarlı şəxsləri tərif etmək üçün istifadə edilən ümumi bir ifadədir. "Səbtun" şəklində tək işlədildikdə tədilin üçüncü mərtəbəsinə, "səbtun-səbtun" şəklində təkrarən işlədildikdə tədilin ikinci mərtəbəsinə dəlalət edir. Hədis Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Səduq (termin)
Səduq — Ərəb dilində "doğrudanışan" deməkdir. Hədis elmində doğrudanışan ravilərə deyilir. Hədis Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Yarma (termin)
Yarma (rus. прорва, ing. cut-off) meandr boynunda əmələ gələn yeni məcra; çayın deltasında yeni qol; qum dilinin yuyulma yeri.
İn (termin)
Taksonların adlandırılmasında istifadə olunan işarələmələr. ex (latınca) — dan, ilə, birlikdə, əlbir. 1. Botanikada iki müəllifin soyadı ilə bağlı işlənir və onu göstərir ki, taksonun adını ikinci müəllif həqiqətən nəşr etdirib, birinci müəllif isə təklif edib və nəşr etdirməyib; 2. Zoologiya və bakteorologiyada soyadla bağlı işlənir və onu göstərir ki, birinci müəllif taksonun adını nəşr etdirmiş, ikinci müəllif tərəfindən ad təklif olunmuş, amma nəşr etdirilməmişdir. in (lat.) — da, də; iki müəllifin adı ilə əlaqədar işlədilir. Belə ki, ikinci müəllif bütün nəşr və işlərin müəllifi, birinci isə taksonun adının elan edilməsi və ya yararlı olmasına məsul olur. Nümunə: Pimpinella hookeri C.B.Clarke in Hook.f. — o deməkdir ki, Cozef Dalton Hukerin işində taksona verilən adı Çarlz Beron Klark elan etmişdir. nom.
Aliya (termin)
Aliyah (İvrit dilində: עֲלִיָּה) yəhudilərin diasporadan İsrail torpağına immiqrasiyasını bildirən termindir. Bundan əlavə, “yuxarı qalxmaq” (Qüdsə getmək) və “İsrail torpağından keçərək Aliyah etmək” kimi təyin olunan vəziyyət sionizmin əsas prinsiplərindən biridir. Aliyahın əksi Yeridadır (İbranicə: ירידה), mənası “enmə” deməkdir. İsrailin Qayıdış Qanunu dünyadakı yəhudilərə, onların övladlarına və nəvələrinə avtomatik yaşayış və İsrail vətəndaşlığı hüququ verir. Yəhudi xalqının tarixinin əksər hissəsində “Aliyah” özünü əsrlər boyu milli arzu kimi ifadə edib və diasporda yaşayan yəhudi xalqının həsrəti olmuşdur. O, ümumiyyətlə, XIX əsrin sonlarında sionist hərəkatının inkişafına qədər yerinə yetirilməmişdir. Yəhudilərin Fələstinə genişmiqyaslı köçü 1882-ci ildə başlanmışdır. 1948-ci ildə İsrail Dövlətinin qurulmasından bəri 3 milyondan çox yəhudi İsrailə köçmüşdür. 2014-cü ilə olan məlumata görə, İsrail və Fələstin ərazilərində birlikdə dünya yəhudi əhalisinin 42,9%-i yaşayır.
Takson (termin)
Takson (rus. таксон, ing. taxon) — yun.taxis-dərəcə, sıra, nomos-qanun – dərəcəsini və ya sistemdə yerini göstərən təsnifat vahidinin adı. Coğrafi təsnifatda və rayonlaşmada geniş istifadə edilir. Məs: fiz. coğ.rayon, vilayət, torpaq tipi, bitki formasiyası və s.
Tağ (termin)
Tağ (rus. свод, ing. arch) — en kəsiyi onlarla və ya yüzlərlə kilometrdən çox olan iri izometrik günbəzvari platforma strukturu; özülün tağvari qalxması.
Şott (termin)
Şott (rus. шотт, ing. shott) — ər. – şimal-qərbi Afrikada, Böyük Səhranın şimal-qərbində yumşaq duz qatı olan çökəklik. Şott gur yağışlar zamanı şor gölə çevrilir. Əlcəzairdə Melkir Şott dibi dəniz səviyyəsindən aşağıda yerləşir.
Sunja (Terekin qolu)
Sunja (rus. Sunja,inquş. Шолжа , çeçen. Соьлжа , Qumuq. Сююнч ) çayı- Şimali Qafqazın şərq hissəsində yerləşir. Terek çayının sağ qoludur. Uzunluğu - 278 km, hövzə sahəsi - 12 000 km². Mənbə Böyük Qafqaz dağ silsiləsinin şimal yamacında, 1200 m yüksəklikdədir, orta bulanıqlıq 3800 q / m³: çay ildə 12,2 milyon ton çöküntü daşıyır. Suvarma üçün istifadə olunur. Sunja çayı, Uşkort dağ silsiləsindəki buzlaqlardan qaynaqlanır, Üçxut dağ silsilələrini keçərək Suqulta və Sunji-kort dağları arasındakı dərəyə girir.
Hərsin
Hərsin (fars. هرسين‎) — İranın Kirmanşah ostanının şəhərlərindən və Hərsin şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 51,562 nəfər və 12,001 ailədən ibarət idi.
Sərein
Səreyn (Sarıqaya) — Iran Ərdəbil ostanında, Savalan dağının ətəyində yerləşən şəhər. Bölgənin adı farsca "baş, üst, təpə" mənalarını daşıyan "sər", və ərəbcə "göz, bulaq" mənalarını daşıyan "eyn / əyn" sözlərindən ibarətdir; adın mənası "bulaq başı", "bulaqlı təpə" kimi açıqlana bilər. Bölgənin Azərbaycan türkcəsindəki keçmiş adı isə Sarıqayadır. Bu şəhər təqribən 8000 nəfər əhaliyə malikdir və istisuyuna görə məhşurdur. Səreyn müalicə əhəmiyyətinə malik istisuyu ilə şöhrət qazanmışdır. Belə yüksək müalicəvi xassəyə malik suya dünyanın çox az yerində rast gəlmək olar. Məhz bu səbəbdən istisu özünə həm ölkədaxilindən, həm də ölkəxaricindən hər il minlərlə turist cəlb edir. Səreynin tanınmış istisuları arasında Qarasu, Sarısu, Camışgölü, Qəhvəsuyu, Beşbacılar istisularının adlarını çəkmək olar. Həmçinin Səreyn yaxınlığında yerləşən Vilədərə kəndi öz qazlı müalicəvi mineral suyuyla məşhur bulağa sahibdir.
Hərsin şəhristanı
Hərsin şəhristanı — İranın Kirmanşah ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Hərsin şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 90,452 nəfər və 20,788 ailədən ibarət idi.
Sərein şəhristanı
Səreyn şəhristanı - Ərdəbil ostanının (vilayətinin) şəhristanlarından biri. Şəhristanın inzibati mərkəzi Səreyn (Sarıqaya) şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 17,197 nəfər və 3,937 ailədən ibarət idi. Bölgənin adı farsca "baş, üst, təpə" mənalarını daşıyan "sər", və ərəbcə "göz, bulaq" mənalarını daşıyan "eyn / əyn" sözlərindən ibarətdir, mənası "bulaq başı", "bulaqlı təpə" kimi açıqlana bilər. Bölgənin Azərbaycan türkcəsindəki keçmiş adı isə Sarıqayadır. Əhalisinin əksəriyyəti Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.