Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Urup
Urup adası (yap. 得撫島, aynu. ウルㇷ゚, Уруп; həmçinin Rakkoşima; 1760—1806-cı illər ərzində Aleksandr adası) — Kuril adalarına daxil olan Böyük Kuril cırgəsinə aid olan ada. Ümumilikdə isə arxipelaqın dördüncü ən böyük adası. İnzibati cəhətdən isə Saxalin vilayətinin Kuril şəhər dairəsinə aiddir. 1946—1991 illərdən adada sərhəd zastavası fəaliyyət göstərmişdir. Burada Sovet sərhəd konringenti xidmət edirdi. Hazırda isə daimi əhaliyə sahib deyildir. Ada Urup boğazı ilə Çornıye Bratya adalarından ayrılır. Bu ada Urupdan 30 km şimal-şərqdə yerləşir.
Urup boğazı
Urup boğazı (rus. Уруп (Пролив)) — Sakit okeanına daxil olan Urup adasını Qara qardaş (Brat Ciopoev) adasından ayırır. Oxot dənizini Sakit okeanı ilə birləşdirir. Uzunluğu 20 km, ən dar eni isə 30 km təşkil edir. Dərinliyi 500 m-ə çatır. Sahilləri sıldırımlı və qayalıdır. Boğazda Semenova (Sırnoy), Kaetrikum və Svitoy (Urup) burunları vardır. Şimal hissədə Uqlovaya buxtası yerləşir. Urup adası yaxınlığında Tayra adası vardır. Boğazın sahillərində dərinlik 1 m təşkil edir.
Urup rayonu
Urup rayonu (abq. Уарп район, kab.-çərk. Уарп район / Уарп куей, qaraç.-balk. Уруп район, noq. Уруп район) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Preqradnaya qəsəbəsidir. Urup rayonu Qaraçay-Çərkəz Respublikasının cənub-qərb hissəsində yerləşir. Rayonun ümumi sahəsi 2782.00 km²-dir. Aşağıdakı ərazilərlə həmsərhəddir:şərqdə Zelençuk rayonu, qərbdə Krasnodar diyarının Mostovski, şimalda isə Labinski və Otradnenski rayonları, cənubda qismən tanınmış Abxaziya Respublikası. Rayonun ərazisi respublikanın dağlıq hissəsində yerləşir.
Urup çayı
Urup (adıq və kab.-çərk. Уэрп, qaraç.-balk. Уруп) — Şimali Qafqazda çay. Kuban çayının sol qolu. Çay Qaraçay-Çərkəz Respublikasının ərazisindən öz başlanğıcını götürərək Krasnodar diyarı ərazisində Kuban çayına birləşir. Hidronimin mənşəyi haqqında dəqiq bir fikir yoxdur. A. V. Tverdıy və X. İ. Xajıbaev bildirir ki, sözün adıge dilindən tərcüməsi "gür, sürətli" deməkdir. "-P" sonluğu isə mənsəb mənasını veriri. Qısaca çayın adı belə səslənir:"gür çayın mənsəbi". M. A. Xabiçev bildirir ki, adıq ур "çay", adıq уп isə — "su" deməkdir.
Qrup
Qrup – 1)bir yerdə, bir-birinə yaxın olan bir neçə adam, heyvan, şey və s.; dəstə. Məsələn, bir qrup adam; 2)siyasi görüşləri, məqsədləri, peşələri və s. bir olan adamlar birləşməsi (dəstəsi). Məsələn, ictimai qruplar, ədəbi qruplar, təbliğatçılar qrupu, desant qrupu; 3)elmi təsnifatda: ümumi sistemin hissəsi, qismi, şöbəsi. Məsələn, elmlər qrupu, bitki maddələri qrupu. Qrup (riyaziyyat) — G çoxluğu qrup adlanır. Qrup nəzəriyyəsi Qrup 84 — Ankaralı 4 gənc tərəfindən qurulan musiqi qrupu. Qrup Yorum — protest və folk-rok kimi müxtəlif janrlarda musiqilər yaradan siyasi, inqilabçı türk musiqi qrupu. Qrup Hepsi (Hepsi) — Türkiyə musiqi qrupu. Sosial qrup — Qrup seks Qruplaşma Musiqi qrupu R.Əliquliyev, S.Şükürlü, S.Kazımova.
Urap
Urap- buğa verilmiş tərəvəzlər ilə rəndələnmiş ədvalı kokos parçalarının qarışığından hazırlanan salat növü. Bu salat İndoneziya mətbəxinə, daha dəqiq desək, Yava mətbəxinə aid edilir. Urap salatından vegeterianlar üçün yeməklərə də aid edilir.
Urud
Urud (Zəngəzur) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. Urud (Loru) — Tiflis quberniyasının Borçalı qəzasında, indi Cəlaloğlu (Stepanavan) rayonunda kənd.
Urum
Urum- Arsakda IX əsrdə mahal adı. Ə.Ələkbərov bu mahalı Qarabağda orta əsrlərdə "Urum"»adı ilə bağlı toponimlərin yayılma ərazisi ilə lokalizə etnonimdir. Eramızın I minilliyinin I yarısında Qarabağda məskunlaşmış yunan (yerli əhalinin danışığında Urum) tayfasının adını əks etdirir. Strobon Xəzərin cənub qərbində ana, riak,mard, pars, uta və b. tayfalarla yaşadığını yazarkən onlarla yanaşı eniam adlı tayfasının da yaşadığını onların köçkün yunanlar olduğunu qeyd etmişdir. Erkən orta əsrlərdə Azərbaycanda Yunan (Bərdə yaxınlığında) Bu şəhəri VII əsrlə əlaqədar hadisələrdə Əhməd ibn Əsəm əl Kufi də çəkmişdir və Yunanşəhr (Bakı-Salyan yolu içərisində) və s. adlar göstərir ki, həmin elianlar ( yunanlar) buraya gəlmiş və yerli əhali onları Urum adlandırmışlar. Gürcüstanda yaşayan yunanları oradakı azərbaycanlılar indi də Urum adlandırırlar. Arsak Qafqaz Albaniyası ""ARSAK VƏ YA ARSAX" TOPONİMİ" ( (az.)). karabakhinfo.com.
Dəyirman (qrup)
Dəyirman — 1999-cu ildən 2010-cu ilə qədər fəaliyyət göstərmiş Azərbaycan hip-hop qrupu. Qrupun orijinal tərkibinə Miri Yusif, ABD Malik, Elmir Məhərrəmov (L-Mir) və daha sonra qrupu tərk etmiş Anar Abdulla daxil idi. "Dəyirman" 1996-ci ildə Azərbaycan musiqi səhnəsində "Ya Qarabağ, Ya Ölüm" mahnısı ilə uğur qazanmışdır. Qrup müxtəlif dövrdə Anar Nağılbaz, Aygün Kazımova, Coolio, Elşad Xose, Faiq Ağayev, H.O.S.T., Röya, Samirə Allahverdiyeva və digər sənətkarlar ilə əməkdaşlıq edib. == Tarixi == === Qrupun yaranması === Anar Abdulla istisna olmaqla, Dəyirman qrupunun heyəti və qrupun prodüseri Emin Əfəndi İnşaat İnstitutunda (hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetində) birlikdə təhsil alıblar. Anar Abdulla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi idi və Səudiyyə Ərəbistanında işinə görə qrupu tərk etmişdi. Buna baxmayaraq, Abdulla keçmiş həmkarları ilə dostluq əlaqələrini davam etdirməyə davam edirdi. 1995-ci ildə yaranan "G.G.G.Аіlesi" (Qara Qan Qardaşları Ailəsi) qrupu, 1999-cu ildə adını "Dəyirman"-a dəyişdi. Qrupun ilk olaraq müqavilə imzaladığı VVS-records musiqi studiyası qrupun ilk albomu üçün xalq mahnılarının sintezində rep konsepsiyasını təklif etdi. === Populyarlıq qazanması === "Dəyirman" 1996-ci ildə Azərbaycan musiqi səhnəsində "Ya Qarabağ, Ya Ölüm" mahnısı ilə uğur qazanmışdır.
EXO (qrup)
Exo (mifologiya)
Equinox (qrup)
Equinox — Bolqar ifaçılar Jana Berqendorf, Qeorqi Simyonov, Vladimir Mixaylov və Amerikan ifaçıları Conni Manuel və Trey Kempbelldən təşkil olunan Bolqarıstan musiqi qrupu. Qrupun prodüseri Borislav Milanov qrupun adının gecə və gündüzün bərabərliyi anlamına gələn Ekinoks terminindən götürüldüyünü bildirmişdir. Equinox qrupu "Bones" mahnısı ilə Bolqarıstanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər. Müsabiqənin final mərhələsinə yüksələn qrup nəticədə 166 xal toplayaraq, 14-cü yerdə qərarlaşmışdır. == Heyət == Jana Berqendorf (bolq. Жана Бергендорф) 20 oktyabr 1985-ci ildə Bolqarıstanın paytaxtı Sofiya şəhərində anadan olmuşdur. O, 7 yaşından oxumağa başlamışdır. Jana musiqi ailəsindən gəlir və onun anası və nənəsi musiqiçilər olmuşdurlar. 18 yaşında ikən Berqendorf Cənubi Koreyaya köçmüş və bir müddət orada musiqi fəaliyyətinə davam etmişdir. 2010-cu ildə o, nişanlısı Stefan ilə birlikdə Danimarkaya köçmüşdür.
Eskulap (qrup)
Eskulap — Azərbaycan rok qrupu. == Tarixi == Rafiq Babayev "Eskulap" qrupunu 1966-cı ildə Azərbaycan Tibb İnstitutunun tələbələrindən təşkil edib. Qrup fəaliyyəti dövründə eyni tərkiblə çıxış edib: Eldar Bağırov (vokal), Murad Vəzirov (vokal), Vaiz Səmədov (vokal), Əli Babayev (piano), Cəbrayıl Məstanov (solo gitara), Abbas Vəlibəyov (bass gitara), Emin Seyidəliyev (zərb aləti), Mehdi Əliyev (saksofon), Fuad Vəlibəyov (orqan). "Eskulap" müasir mahnı yaradıcılığından məharətlə istifadə etdiyi üçün öz ətrafına xeyli pərəstişkar toplaya bilir. Qrupun repertuarında həm xalq mahnıları, həm də xarici mahnılar var idi. 1966-cı ildə Azərbaycan Dövlət Rus Dram Teatrında keçirilən festivalda Vaiz Səmədov vokalçılar arasında birinci yerə layiq görülür. 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin 51 illiyi münasibətilə təşkil olunan rok festivalında "Eskulap" 2-ci yeri "Eksperiment OK" qrupu ilə bölüşür. 1969 və 1971-ci illərdə "Qızıl Payız" festivallarının laureatı olan qrup üzvləri diplom və medalla təltif edilir. 1971-ci ildə "Gün keçdi" filmində ekranlarda görünən, həmin dövrdə keçirilən bir çox müsabiqə və festivallarda iştirak edən "Eskulap" qrupu 1972-ci ildən fəaliyyətini dayandırır.
Etnik qrup
Etnik qrup — müəyyən qrup fərdlərin, adətən dil, əcdad, tarix, cəmiyyət, mədəniyyət, milliyət və ya sosial davranış bənzərliklərinə və ya eyniliyinə əsaslanaraq digər insanlar tərəfindən təsnifləndirilməsidir. Etnik qrup anlayışı tez-tez milliyət, etnik milliyət və bir qrup insanın digərlərindən milli zəmində fərqləndirilməsi üçün istifadə edilir. Etnik qrup — etnososial təhsil, xüsusi etnik, oxşar etnopsixoloji, etnomədəni, dil və dini əlamətlərə malikdir. Onun başa düşülməsi siyasi-hüquqi terminlərdə "milli azlıq" kimi şərh edilir. Beynəlxalq hüquqi aktlarda, BMT Konvensiyalarında "milli azlıq" və "etnik azlıq" (qrup) çox zaman adekvat kimi işlənilir. Etnik qruplar etnik ərazidə yaranır və inkişaf edir. Etnik ərazi dedikdə, müəyyən xalqın yerləşdiyi vilayət başa düşülür. Bu ərazi onu başqa xalqlardan fərqləndirən mühüm əlamətlərdən biridir. == Azərbaycanda etnik qruplar == Azərbaycanda ləzgilər, avarlar, saxurlar, rutullar, udinlər, xınalıqlar, qrızlar, buduqlar, gürcülər, talışlar, tatlar, türklər, ruslar kimi onlarla fərqli etnik qrup yaşayır. Etnik qruplar tatlar, talışlar, kürdlərin dilləri – Avropa dil ailəsinin İran budağına aiddir.
Europe (qrup)
Europe — 1979-cu ildə İsveçin Upplands Vasbi şəhərində qurulan isveç rok qrupu. Vokalist Joey Tempest, gitaraçı John Norum, basist Peter Olsson və nağaraçı Tony Renodur. 1982-ci ildə İsveçdə "Rock-SM" (İsveç Rok Çempionatı) televiziya yarışmasında qalib gəlməklə böyük bir irəliləyiş əldə etdilər: ilk dəfə bu yarışma keçirildi və Europe yarışın özündən daha böyük bir uğur qazandı. Yarandıqdan bəri 11 studiya albomu, 3 canlı albom, 3 kompilyasiya və 24 musiqi videosu yayımladı. 1980-ci illərdə üçüncü albomu olan 1986-cı ildə ABŞ-də 3 milyon nüsxədən çox və dünyada 15 milyon nüsxə (albom və tək daxil olmaqla) satılan Avropa beynəlxalq şöhrətə yüksəldi. Europe dünyada 25 milyondan çox qeyd satdı. 1992-ci ildə Europe hiatusa getdi, 1999-cu ildə Yeni il gecəsi Stokholmda birdəfəlik bir performans üçün bir araya gəldi və 2003-cü ildə rəsmi birliyə başladı. Europe 2015–2016-cı illərdə GEICO kabel televiziyası reklam kampaniyasında iştirak etdikdən sonra ABŞ-də yenidən diqqət qazandı. Qrupa əsasən Whitesnake, Dərin bənövşəyi, Rainbow, Led Zeppelin, İncə Lizzy, UFO və Michael Schenker Group təsir göstərir.
Fokus-qrup
Fokus qrup (müzakirə qrupu) son zamanlar geniş yayılmış informasiya toplamaq metodlarından biridir. Bazar tədqiqatlarında daha çox istifadə edilməsinə baxmayaraq, müzakirə qrupu metodu sosial tədqiqatlarda da geniş tətbiq olunur. == Haqqında == Əsasən keyfiyyət tədqiqatları aparanlar tərəfindən istifadə edilən fokus qrupda əsas məqsəd iştirakçıların mövzu barədə rəylərini və məsələlərə baxışlarını kollektiv müzakirə mühitində öyrənməkdir. Tədqiqatçıya lazım olan informasiya iştirakçıların qarşılıqlı müzakirə və söhbəti əsasında əldə edilir. Fokus qrup insanların şəxsi fikir, təcrübə, rəy, narahatlıq və arzularını öyrənmək üçün faydalı tədqiqat metodudur. Burada respondentlərin birbaşa iştirakı ilə tədqiqatçı tərəfindən müəyyən edilmiş spesifik mövzular qrup halında müzakirə olunur. Fokus qrup müzakirəsi müxtəlif mövzular üzrə aparıla bilər. Mövzular kimi fokus qrupun məqsədləri də müxtəlif ola bilər. == Tarixi == Fokus qrup informasiya toplamaq metodu kimi XX əsrin əvvəllərində yaransa da, əsasən 1990-cı illərdən etibarən sürətlə yayılmağa başlayıb. Fokus qrupları ilk dəfə 1940-cı illərdə radio studiyaları ilə əlaqəli bazar araşdırmaları kontekstində bir tədqiqat metodu kimi meydana gəlmişdir.
Fokus Qrup
Fokus qrup (müzakirə qrupu) son zamanlar geniş yayılmış informasiya toplamaq metodlarından biridir. Bazar tədqiqatlarında daha çox istifadə edilməsinə baxmayaraq, müzakirə qrupu metodu sosial tədqiqatlarda da geniş tətbiq olunur. == Haqqında == Əsasən keyfiyyət tədqiqatları aparanlar tərəfindən istifadə edilən fokus qrupda əsas məqsəd iştirakçıların mövzu barədə rəylərini və məsələlərə baxışlarını kollektiv müzakirə mühitində öyrənməkdir. Tədqiqatçıya lazım olan informasiya iştirakçıların qarşılıqlı müzakirə və söhbəti əsasında əldə edilir. Fokus qrup insanların şəxsi fikir, təcrübə, rəy, narahatlıq və arzularını öyrənmək üçün faydalı tədqiqat metodudur. Burada respondentlərin birbaşa iştirakı ilə tədqiqatçı tərəfindən müəyyən edilmiş spesifik mövzular qrup halında müzakirə olunur. Fokus qrup müzakirəsi müxtəlif mövzular üzrə aparıla bilər. Mövzular kimi fokus qrupun məqsədləri də müxtəlif ola bilər. == Tarixi == Fokus qrup informasiya toplamaq metodu kimi XX əsrin əvvəllərində yaransa da, əsasən 1990-cı illərdən etibarən sürətlə yayılmağa başlayıb. Fokus qrupları ilk dəfə 1940-cı illərdə radio studiyaları ilə əlaqəli bazar araşdırmaları kontekstində bir tədqiqat metodu kimi meydana gəlmişdir.
Fusedmarc (qrup)
Fusedmarc — vokalist Viktoriya İvanovskaya, multi instrumentalist Denisas Zuevas və dizayner Stasis Jakasdan ibarət Litvalı musiqi qrupu. Onlar "Rain of Revolution" mahnısı ilə Litvanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər. Nəticədə qrup müsabiqənin ikinci yarımfinal mərhələsində 17-ci yeri tutaraq, finala adlaya bilməmişdir.
Grup Gündoğarken
Grup Gündoğarken — 1982-ci ildə İlhan Şeşen, Burhan Şeşen və Gökhan Şeşen tərəfindən əsası qoyulmuş Türkiyə musiqi qrupu.
Grup Yorum
Grup Yorum — protest və folk-rok kimi müxtəlif janrlarda musiqilər yaradan siyasi, inqilabçı Türkiyə musiqi qrupu. 1985-ci ildən indiyədək siyasi baxışlarını musiqi vasitəsilə cəmiyyətə çatdırmağa çalışmışlar. Bu səbəbdən yarandığı vaxtdan bu günə qədər qrup 400 dəfədən çox məhkəməyə verilmişdir. 15 üzvü həbs edilmiş və çıxardıqları 20 albomla 2 milyondan çox satış həyata keçirmişlər. 1987-ci ildən indiyədək 20 albom çıxaran, Türkiyə və Avropada hər il konsert verən qrup bununla yanaşı, yüzlərlə kütlə hərəkatına, küçə nümayişinə, tətilə, fabrik və universitet işğalına qatılmışdır. Uzun illər konsert keçirmələrinə mane olunmuş, üzvləri nəzarətə götürülmüş, həbs edilmiş və bir çox şəhərlərdə disklərinin satışına qadağa qoyulmuşdur. Albomları mahnılarında cinayət ünsürləri olduğu iddiası ilə rəsmi olaraq yığılmışdır. == Tarixi == 1980-ci ildə Türkiyədə reallaşan hərbi zərbəyə və ondan sonrakı siyasətə müqavimət məqsədilə Mərmərə Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin 4 tələbəsi (Kamal Sahir Gürəl, Tuncay Akdoğan, Metin Kahraman, Ayşəgül Yordam) bir araya gələrək 1985-ci ildə qrupu yaratdılar. Qrup musiqi qrupu olmaqdan əlavə müxalif düşüncənin, hüquq və azadlıqlar uğrunda mübarizənin də öndə gələn adlarından biri olmuşdur. Anadolu və orda yaşayan xalqların səsini inqilabçı-sosialist bir musiqi anlayışıyla eşitdirməyi əsas məqsəd seçmişdir.
Karvan (qrup)
Karvan — 1984–1993-cü illərdə fəaliyyət göstərmiş Azərbaycan pop musiqi qrupu. == Tarixi == Qrup 1984-cü ildə Sevinc Kərimova tərəfindən Bakıda yaradılmışdır. S. Kərimova qrupun direktoru, eyni zamanda rejissoru idi. O, həm də Azərbaycan Televiziyasında ilk klip çəkən rejissor kimi tanınmışdır. Lakin bir sıra maliyyə və texniki çətinliklərə görə Karvan qrupu dağılır. Həmin vaxtlarda isə Yevgeni Baxtin və Tamilla Ağamiyeva da qrupun üzvləri idilər. Bakı Payızı-88 müsabiqəsindən sonra Karvan qrupu bərpa edilir. Müsabiqədən sonra qrupa yeni üzvlər dəvət edilir — İlqar Xəyal və Firuz İsmayılov. Qrup bərpa olunandan sonra ilk konsertini Türkiyənin İzmir şəhərində uğurla reallaşdırır. Daha sonra Bakıda Lenin Sarayında 5 gün ərzində konsert verir.
Kreator (qrup)
Kreator — Almaniyanın tanınmış rok-qrupu. == Qrup haqqında == Kreator 1984-cü ildə Almaniyanın Essen şəhərində gitara və vokalda Mille Petroza, bas gitarada Rob və vurma alətlərdə Ventor tərəfindən Tormentor adıyla qurulan qrup Essen, Ruhr çayı kimi ərazilərdə meydana gələn sənaye çirkliliyini mahnılarına mövzu etmişdir. Thrash metala yaxın xəttiylə olduqca sərt və sürətli bir musiqi hazırlayan və gedərək yerli çirklilikdən əlavə ümumi olaraq ətraf problemləri üzərində sıxlaşmağa başladı. Adlarını Kreator olaraq dəyişdirdikdən sonra «Endless Pain» adlı ilk albomlarını yayımladılar və underground bazarda böyük bir maraq gördülər. İkinci albomları «Pleasure to Kill» ilə Avropanın daxilində tanınmağa başladılar və thrash metala yaxşıca yaxınlaşdılar, ancaq musiqilərinə death metal ünsürlərini da qatmışdılar. İki albom da hazırladıqdan sonra «Extreme Aggression» albomunda son dərəcə keyfiyyətli bir iş ortaya qoydular və «Coma of Souls» albomunda da bu keyfiyyəti qorudular. Sözlərində həyatın qaranlıq və ağrılı tərəfini, yox edilən ətrafı, irqçiliyi, insanlığın təbiətə və bir-birlərinə qarşı tətbiq etdiyi vəhşiliyi kimi mövzulara toxunan qrup, musiqi olaraq bu dəhşət dolu mövzuları səslə dəstəklədilər. Ancaq Almaniyanın irqçi seqmenti neonazilərin də etirazı ilə qarşılaşdılar. Lakin heavy metalın ümumi quruluşu içində bu irqçi hücumlara qarşı arxalarında daim dəstək var idi. Kreator hazırladığı musiqi ilə siyasət və ətraf mövzusunda ən sərt ifadələri istifadə edən qrup oldu və hardcore qruplarının üslublarını meydana gətirmədə nümunə aldıqları bir qrup halına gəldi.
Musa Urud
Musa İsa oğlu Quliyev (25 noyabr 1961, Urud, Sisian rayonu) – Milli Məclisin deputatı, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Tibb üzrə fəlsəfə doktoru, şair-publisist. Musa Quliyev 1961-ci il noyabrın 25-də Qərbi Azərbaycanın Zəngəzur bölgəsinin Sisyan rayonunun Urud kəndində anadan olmuşdur. Burada orta məktəbi qızıl medalla bitirmişdir. N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu (1984) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını (2003) qırmızı diplomla bitirmişdir. Əmək fəaliyyətinə 1984-cü ildə təyinatla göndərildiyi Gəncə şəhərində həkim kimi başlamışdır. Gəncə şəhər Abbas Səhhət adına 1 saylı xəstəxanasında həkim-intern (1984–1985), Gəncə şəhər 1 saylı poliklinikasında sahə həkimi (1985–1986), Gəncə rayonlararası narkoloji dispanserində həkim-narkoloq vəzifəsində (1986–1990) çalışmışdır. Musa Quliyev 1990–1994-cü illərdə Bakı şəhərində 7№-li poliklinikada həkim nevropatoloq, Yasamal rayon həkim əmək ekspertiza komissiyasının ekspert nevropatoloq işləmişdir. 1994–1997-ci illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şöbə müdiri, Respublikanın Baş həkim-əmək eksperti, 1997–2000-ci illərdə isə həmin nazirlikdə idarə rəisi vəzifələrində çalışmışdır. Musa Quliyev bu dövr ərzində Qarabağ müharibəsi əlillərinin ekspertizası, reabilitasiyası, o cümlədən protezləşməsi və ölkə xaricində müalicə-bərpa kursları keçməsinin təşkil olunmasında yaxından iştirak etmişdir. Musa Quliyev 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1998-ci ildən isə Yazıçılar Birliyinin İdarə Heyətinin üzvüdür.
NCT (qrup)
NCT (kor. 엔시티) — SM Entertainment tərəfindən yaradılan Cənubi Koreyalı bir oğlan qrupudur. Qrupun 2016-cı ilin yanvar ayında yerli leybl qurucusu tərəfindən ilk təqdimatından bəri, qrup 2021-ci ilin yanvar ayından etibarən ümumilikdə dörd fərqli alt qrupda iştirak edən 23 üzvdən ibarətdir. Qrup, 9 Aprel 2016-cı il tarixində "The 7th Sense" və "Without You" rəqəmsal sinqlları ilə ilk alt qrupları olan NCT U-nu təqdim etdi. Ardından, 7 iyul 2016-cı ildə Seulda yerləşən NCT 127 alt qrupu, daha sonra isə 24 Avqust 2016-cı il tarixində "Chewing Gum" rəqəmsal mahnısı ilə yalnız yeniyetmə üzvlərdən ibarət NCT Dream alt qrupu debut etmiş oldu. Qrup daha sonra 17 yanvar 2019-cu il tarixində The Vision albomu ilə Çində yerləşən yeddi üzvlü WayV adlı alt qrupunu təqdim etdi. Beşinci alt qrup isə 2021-ci ildə debüt edəcək. Hər bir alt qrupun ayrı-ayrı fəaliyyətləri ilə yanaşı, NCT qrupu bu günə qədər tam albomlarını tanıtmaq üçün iki dəfə birləşdi, ilk dəfə NCT 2018 Empathy'nin 2018 mart çıxışı, ikincisi isə 2020-ci ilin oktyabr və noyabr aylarında iki hissəli albom olan NCT 2020 Resonance Pt. 1 və Pt. 2 çıxışıdır, hansı ki, bu iki hissəli albom iki ayda 2,6 milyondan çox nüsxə sataraq SM Entertainment-in bir aktı ilə indiyə qədər çıxan və ən çox satılan fiziki albomu olub, 2020 Asia Artist Awards-da qrupa ilk Grand Daesang Mükafatını qazandırmışdır.
Nirvana (grup)
Nirvana — "Seattle"nin ana damarlarını təşkil edən Pearl Jam , Soundgarden , Alice in Chains ilə müəyyən bir müddət ərzində grunge rok a öz töfhəsini verən qrupdur. Kurt Kobeyn (vokal, gitarist), Krist Novoselic (bass) tərəfindən 1985-ci ildə Vaşinqtonda qurulub bu qrup. Bir neçə il ayrı-ayrı qruplarda ifa edən ikili 1988-ci ildə Chad Chaining-in(baraban alətləri) gəlməsiylə ilk albomlarını hazırlamağa başladılar. İlk mahnı "Love Buzz/Big Cheese"i 1988-ci ildə yayınlayan Nirvana,1989-cu ildə"Bleach" adlı ilk albomunu çıxartdı. Musiqi olaraq Melvins, Mudhoney, Black Sabbath və Led Zeppelin-dən yararlanan qrup, albomu olduqca ucuz qiymətə ərsəyə gətirə bilmişdilər. Albomun hazırlanmasına böyük köməyi olan Jason Everman albom çıxandan sonra qrupa 2-ci gitarist kimi qatıldı. Ancaq qrupun ilk Amerika turnesi sonrası Everman qrupdan çıxarıldı və o qısa müddətə "Soundgarden"ə qatıldı. 1990-cı ildə prodüser Butch Vig ilə birlikdə yeni albomun üzərində işləməyə başlayan Nirvana, ilk mahnı köçürmələrindən sonra Chainig ilə də yollarını ayırdılar. Melvins qrupunun köməyi ilə tanışdıqları Scream qrupundan Deyv Qrohlu (baraban) qrupa götürdükdən sonra həmin il Sonic Youth qrupunun köməyi ilə tanış olduqları David Geffen ilə razılaşaraq 2-ci albomu çıxartmağı qərara aldılar. 1991-ci ildə çıxarılan 2-ci albom "Nevermind" ilə musiqi dünyasında yeni bir dönəmi başladan Nirvana, özəlliklə albomun soundunda distore gitar riffleri, ağır baraban səsləri və səs-küylü bassları və Cobain-in vokalları ilə dövrün ən yaxşı grunge rocklarını dünyaya tanıtdılar.
Nirvana (qrup)
Nirvana — "Seattle"nin ana damarlarını təşkil edən Pearl Jam , Soundgarden , Alice in Chains ilə müəyyən bir müddət ərzində grunge rok a öz töfhəsini verən qrupdur. Kurt Kobeyn (vokal, gitarist), Krist Novoselic (bass) tərəfindən 1985-ci ildə Vaşinqtonda qurulub bu qrup. Bir neçə il ayrı-ayrı qruplarda ifa edən ikili 1988-ci ildə Chad Chaining-in(baraban alətləri) gəlməsiylə ilk albomlarını hazırlamağa başladılar. İlk mahnı "Love Buzz/Big Cheese"i 1988-ci ildə yayınlayan Nirvana,1989-cu ildə"Bleach" adlı ilk albomunu çıxartdı. Musiqi olaraq Melvins, Mudhoney, Black Sabbath və Led Zeppelin-dən yararlanan qrup, albomu olduqca ucuz qiymətə ərsəyə gətirə bilmişdilər. Albomun hazırlanmasına böyük köməyi olan Jason Everman albom çıxandan sonra qrupa 2-ci gitarist kimi qatıldı. Ancaq qrupun ilk Amerika turnesi sonrası Everman qrupdan çıxarıldı və o qısa müddətə "Soundgarden"ə qatıldı. 1990-cı ildə prodüser Butch Vig ilə birlikdə yeni albomun üzərində işləməyə başlayan Nirvana, ilk mahnı köçürmələrindən sonra Chainig ilə də yollarını ayırdılar. Melvins qrupunun köməyi ilə tanışdıqları Scream qrupundan Deyv Qrohlu (baraban) qrupa götürdükdən sonra həmin il Sonic Youth qrupunun köməyi ilə tanış olduqları David Geffen ilə razılaşaraq 2-ci albomu çıxartmağı qərara aldılar. 1991-ci ildə çıxarılan 2-ci albom "Nevermind" ilə musiqi dünyasında yeni bir dönəmi başladan Nirvana, özəlliklə albomun soundunda distore gitar riffleri, ağır baraban səsləri və səs-küylü bassları və Cobain-in vokalları ilə dövrün ən yaxşı grunge rocklarını dünyaya tanıtdılar.
Drip Drop
Drip Drop (azərb. Damla damla‎) – Azərbaycanı 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Səfurə Əlizadənin müsabiqədə ifa etdiyi mahnı. Mahnının sözləri Sandra Bjurmana, musiqisi isə Stefan Örn və Anders Baggeyə aiddir. "Drip Drop" üç mahnı arasından seçilmişdir.