Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Belsı
Belsı və ya Beltsı (mold. Bălţi/Belisty) — Moldovada şəhər. == Əhali == Doğulanlar (2010): 1573 (1000 nəfərə 10.6) Ölənlər (2010): 1447 (1000 nəfərə 9.7) Təbii artım (2010): 126 (1000 nəfərə 0.9)Etknik qruplar, 2014: Qeyd: * Moldovada etnik olaraq rumınlar və moldovanları ayırmaqda müəyyən mübahisələr var. Siyahıyaalınmalara görə Belsının illər ərzində əhalisi sayındakı dəyişmə.
Selsi
Selsi şkalası (şərti işarəsi: °C) — Beynəlxalq Vahidlər Sistemində (BS) Kelvin şkalası ilə bərabər geniş istifadə olunan istilik ölçü vahidi. Selsi şkalası 1742-ci ildə bu temperatur ölçü sistemini ilk dəfə təklif etmiş İsveç alimi Anders Selsinin (1701-1744) şərəfinə adlandırılmışdır. Onun təklif etdiyi şkalada suyun donma temperaturu 0°, qaynama temperaturu isə 100° müəyyən edilmişdi. Lakin sonradan digər məşhur İsveç alimi Karl Linney (1707-1778) (bəzi mənbələrə görə isə Martin Ştremer) bu şkalanı bizim bu gün adət etdiyimiz şəklə salmışdır. Belə ki, o suyun donma temperaturunu 0°, qaynama temperaturunu isə 100° kimi təklif etmişdir. Bu şkalanın tətbiqi barədə ilk yazılı qeyd 1745-ci ildə Karl Linneyin öz tələbəsi Samuel Naklerə yazdığı məktub hesab edilir. Məktubda Linney Uppsala Universitetinin Botanika bağında qeydə aldığı temperatur fərqləri barədə tələbəsini məlumatlandırır. Əvvəllər Selsi şkalasında dərəcənin təyin olunması standart atmosfer təzyiqinin müəyyən edilməsindən asılı idi, çünki, suyun donma və qaynama temperaturları atmosfer təzyiqi ilə birbaşa bağlıdır. Bu hal hər hansı ölçü vahidinin standart olaraq qəbul edilməsi üçün əlverişli deyil. Buna görə də Kelvin şkalasının temperaturun ölçülməsi üçün əsas ölçü vasitəsi kimi qəbul edilməsindən sonra Selsi şkalasında 1 dərəcənin müəyyən edilməsi qaydası dəyişmişdir.
Velsk
Velsk (rus. Вельск) — Rusiyada yerləşən şəhər, Arxangelsk vilayətinin Velsk rayonunun inzibati mərkəzi. Sahəsi — 2650 ha. Əhalisi — 22 776 nəfər (2017). Şəhər Vaqa çayının sol sahilində, Arxangelskdən 510 km məsafədə, Vel çayının axdığı yerdə yerləşir. == Tarixi == Yaşayış məntəqəsi ilk dəfə 1137-ci ildə Novqorod knyazı Svyatoslav Olqoviçin nizamnaməsində kilsə xəracı toplama nöqtəsi kimi qeyd olunmuşdur; 1397-ci il tarixlərində bu yer Vel kilidi olaraq xatırlanır. 1462-ci ildə Novqorod Respublikası ilə Moskva knyazlıqları arasındakı sərt mübarizə nəticəsində Vajsk volostunun bir hissəsi olan Velsk kilsəsi Moskvanın Böyük Moskva knyazlığına aid olmağa başladı. 1708-ci ildə Velsk yeni yaradılan Arxangelsk əyalətinin tərkibinə daxil oldu. Sonradan, Velsk, Ketrin II-nin islahatlarına uyğun olaraq, 25 yanvar 1780-ci ildə Arxangeloqorod vilayətindən ayrılmış Voloqda vilayətinin Vologda vilayətinin Vajsk mahalı (1715-dən 1719-cu ilədək — Vajsk payı, 1727-ci ilədək — rayon) Verkhovazhsky yarısında yerləşdi. 30 iyun 1780-ci ildə Velsk rəsmi olaraq açıldı, Velsk bir mahal şəhəri statusu aldı və Verxovaj yarısından meydana gələn Velsk mahalı Vologdanın hissəsi oldu.
Wella
Wella - Almaniyanın Darmştadt şəhərində yaradılmış dünya səviyyəli kosmetik məhsulların və qadın baxım ləvazimatlarını istehsalı ilə məşğul olan şirkət. 1880-cı ildə yaradılmış şirkət fəaliyyətinin 123-cü ilində Procter & Gamble şirkətinin tərkibinə daxil olmuşdur. Bu gün Wella məhsulları dünyanın 150 ölkəsinə idxal olunur. == Tarixi == 1880-cı ildə Darmştadt şəhərində qadın bərbəri kimi işləyən Franz Ströher bu sahədə olan biliklərini biznes mühütində sınamaq qərarına gəlir. Bu baxımdan atılan ilk addım Ströher tərəfindən həmin şəhərdə kiçik dükkanın açılması və hazırlanan məhsualları oradan satılması ilə başlayır. İlk dövrlərdə satılan məhsulların tərkibinə qadın parik saçlarının hazılanmasında istifadə edilən məhsullardan vurulurdu. XIX əsrin sonlarına yaxın Almaniyada parik saçların istifadəsi qadınlar arasında dəb halına almışdı. Bu səbəbdən Wella tərəfindən istehsal edilən ilkin məhsullar Darmştadt şəhərində yaşayan xanımların diqqətini çəkə bilir. Qısa zamanda Franz Ströherin oğullarıda ataları tərəfindən yaradılan biznesə qoşulurlar və onların əsas işi hazır qadın tül saçlarının satışı ilə məşğul olmaq olur. XX əsrin əvvələrində ailə şirkəti olaraq fəaliyyət göstərən Wella sürətlə böyüməyə başlasada, Avropada da təsirləri hiss edilən maliyyə böhranları şirkətdən yan keçmir və nəticədə əldə edilən qazancın böyük hissəsi ziyanların ödənilməsinə sərf edilir.
Çelsi
Çelsi (ing. Chelsea) — London şəhərinin rayonudur. Rayonda hər il dünyanın ən iri gül və landşaft sərgisi açılır. İngiltərə Premyer Liqasında çıxış edən Çelsi FK rayonunda yerləşir. == Tarixi == == Mədəniyyəti == === İdman === İngiltərə Premyer Liqasında çıxış edən Çelsi FK rayonda yerləşir.
Rels
Rels — kötüklərin üzərində qoyulmuş xüsusi en kəsiyə malik polad tirlərdir. Onlar adətən iki srada quraşdırılaraq dəmiryolu nəqliyyatının, həmçinin şaxtalarda xüsusi vaqonların və kranların hərəkətinə xidmət edir. Rels ilk dəfə dəmir yolunda tətbiq olunduğundan onun adı da bu nəqliyyat növü ilə bağlıdır. Bərkitmə, kərənlər, balastlar və qoruyucu örtüklə o, dəmir yolunun üst qatını təşkil edir. Relsin iki əsas funksiyası vardır: çarxların təzyiqini qəbul edib və kərənlərə ötürmək. Yük götürmək üçün relsin profili böyük əhəmiyyət kəsb edir. Profildən asılı olaraq yaranan müqavimət momenti relsə təsir edən əyilmə-dartılma-gərginliyini, həmçinin onun uzunömürlülüyünü müəyyən edir. Qatarların sürətləri artdıqca yaranan dinamik qüvvələrin meyillənməsi də artır. Profil ölçüləri dəyişmədikdə bu ona təsir edən gərginliyin artmasına gətirib çıxarır. Onları yalnız buraxılabilən gərginliyin sərhəd qiymətinə qədər yükləmək olur.
Uels
Uels (ing. Wales, Uels dilində: Cymru) — Böyük Britaniya krallığına daxil olan tarixi və inzibati ərazi. Böyük Britaniya adasının cənubi-qərb hissəsində yerləşir. Paytaxtı Kardiffdir. == Tarix == == Coğrafiya == Uels ərazisi əsasən dağlıq relyefə malikdir. Ən böyük adası olan Anqlsi adası ölkənin əsas hissəsindən Menay boğazı ayırır. Böyük Britaniyanın bir hissəsidir. Uels yarımadasından ibarətdir. Sahil xətti güclü şəkildə parçalanmışdır. Yarımadanın böyük hissəsini yüksək olmayan (500–700 m) Kembric dağ massivi təşkil edir.
Anders Selsi
Anders Selsi (isv. Andres Celcius; 27 noyabr (8 dekabr) 1701[…], Uppsala[d] – 25 aprel (6 may) 1744[…], Uppsala[d]) — İsveç astronomu və fiziki, İsveç Elmlər Akademiyasının üzvü. Elmi tədqiqatları astronomiyaya, fizikaya və geofizikaya həsr olunmuşdur. Temperatur vahidi onun şərəfinə adlandırılıb.
Deutsche Welle
Deutsche Welle — 1953-ci ildə yaranan Almaniya beynəlxalq xəbərlər telekanalı.
Helah Kiprop
Helah Kiprop (d. 7 aprel 1985) — Keniyanı təmsil edən marafonçu. Helah Kiprop Keniyanı 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. O, həm də 2015-ci il Dünya Çempionatında gümüş medal qazanıb. == Karyerası == Helah Kiprop birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınasa da məsafəni sona gədər qət edə bilmədi.
Kelsk platosu
Kelsk platosu-(gürc. ყელის ზეგანი, oset. Хъелы фæз)- Qafqazda vulkanik plato. Sönmüş vulkanların və vulkanik gölləri məskəni. == Coğrafi mövqeyi == Dəniz səviyyəsindən 2600–3300 m- hündürlükdə Baş Qafqaz silsiləsinin cənub hissəsində, Belaya Araqvi çayının sahilində Cənubi Osetiya ərazisində yerləşir. Qərbdən tranqafqaz magistralı ilə kəsişir. Şərqdən isə Krestov silsiləsi ilə kəsişir, hansı ki, Hərbi Gürcüstan yolunun kənarından keçir. Şimalında Trusovsk dərəsi ilə sərhədlənir ki, onu da Kazbek yaylasından ayırır. == Sönmüş vulkanları == Xorisar 3736 m Şadilxox Şarxox Mepiskalo 3519 m Narvanxox 3247 m == Gölləri və çayları == Platonun qərb hissəsində Keli gölü, mərkəzi hissəsində Arcvebistva gölü, şərqində isə Keliçad gölü yerləşir. Platodan bir çox çaylar başlanğıcını götürür.
Melih Gökçek
İbrahim Melih Gökçək (türk. İbrahim Melih Gökçek ; 20 oktyabr 1948, Keçiören ilçəsi, Ankara ili[…]) — Türkiyə siyasətçisi, dövlət quluqçusu. 29 mart 1994–28 oktyabr 2017 tarixləri arasında Ankara Böyük Şəhər Bələdiyyəsinin Başçısı. == Həyatı == Melih Gökçək Keçiören şəhərində anadan olub. Atası hüquqşünas idi. Atası əslən Şanlıurfa anası əslən Kosovo-Prizrendən olan mühacir ailəsindən idi. Melih doğulandan bir müddət sonra ailəsi Qaziantepə köçüb. Atasının peşəsinə görə uşaqlığını Qaziantepdə keçirib. Atası vəkil Əhməd Gökçək Ədalət Partiyasının Gaziantep İli şöbəsinin sədri idi. Melih Gökçək məktəbi Qaziantepdə başa vurub.
Melih Gökçək

Prinsessa Çelsi
Prinsessa Çelsi (ing. Princess Chelsea, əls adı – ing. Chelsea Nikkel; d. 4 sentyabr, 1992) — Yeni Zellandiyanın Oklend şəhərindən olan sinti-pop ifaçısı, bəstəkar müğənnidir. Əvvəllər The Brunettes və Teenwolf kimi tvi-pop qruplarının üzvü olmuşdur. Lil' Chief Records şirkətinin leyblı ilə birlikdə çalışır. Həmçinin The Cosbys və Disciples of Macca qruplarının üzvüdür. Hal-hazırda Oklenddə bəstəkar kimi fəaliyyət göstərir. Müğənninin klasssik musiqi təhsilinə malik olması, onun əsrarəngiz musiqini stilinin sirri hesab edilir. Ən məşhur mahnılarından biri «The Cigarette Duet» hesab edilir.
Selsi şkalası
Selsi şkalası (şərti işarəsi: °C) — Beynəlxalq Vahidlər Sistemində (BS) Kelvin şkalası ilə bərabər geniş istifadə olunan istilik ölçü vahidi. Selsi şkalası 1742-ci ildə bu temperatur ölçü sistemini ilk dəfə təklif etmiş İsveç alimi Anders Selsinin (1701-1744) şərəfinə adlandırılmışdır. Onun təklif etdiyi şkalada suyun donma temperaturu 0°, qaynama temperaturu isə 100° müəyyən edilmişdi. Lakin sonradan digər məşhur İsveç alimi Karl Linney (1707-1778) (bəzi mənbələrə görə isə Martin Ştremer) bu şkalanı bizim bu gün adət etdiyimiz şəklə salmışdır. Belə ki, o suyun donma temperaturunu 0°, qaynama temperaturunu isə 100° kimi təklif etmişdir. Bu şkalanın tətbiqi barədə ilk yazılı qeyd 1745-ci ildə Karl Linneyin öz tələbəsi Samuel Naklerə yazdığı məktub hesab edilir. Məktubda Linney Uppsala Universitetinin Botanika bağında qeydə aldığı temperatur fərqləri barədə tələbəsini məlumatlandırır. Əvvəllər Selsi şkalasında dərəcənin təyin olunması standart atmosfer təzyiqinin müəyyən edilməsindən asılı idi, çünki, suyun donma və qaynama temperaturları atmosfer təzyiqi ilə birbaşa bağlıdır. Bu hal hər hansı ölçü vahidinin standart olaraq qəbul edilməsi üçün əlverişli deyil. Buna görə də Kelvin şkalasının temperaturun ölçülməsi üçün əsas ölçü vasitəsi kimi qəbul edilməsindən sonra Selsi şkalasında 1 dərəcənin müəyyən edilməsi qaydası dəyişmişdir.
Weishi raketi
Weishi raketi Çin mənşəli bir döyüş raketidir. 1980-ci ildə Sichuan Aerospace Industry Corporation tərəfindən hazırlanmışdır və reaktiv yaylım atəş sistemidir. Ədəbiyyatda WS qısaltması ilə qeyd edilmişdir. Bu raket Türkiyə tərəfindən Qasırğa adı ilə inventara qəbul edilmişdir.
Çelsi (Manhetten)
Çelsi (ing. Chelsea) — Nyu-York şəhəri Manhetten borosunun qərb hissəsində yerləşən tarixi rayon. Rayonun sərhədləri cənubda 14-cü küçə, qərbdə Hudzon çayı və Vest Sayd Hayvey, şərqdə Altıncı prospektdə bitir, şimal sərhəd isə bəzən 20-ci küçə, bəzən isə başqa böyük küçə olan 34-cü küçə kimi qeyd olunur. Çelsidən şimal qərbdə Cəhənnəm mətbəxi və Hadson Yard rayonları yerləşirlər; şimal şərqdən isə Dərzi kvartalı və Midataun Souzun qalan hissələrinə çatmaq olar; şərqdə NoMad və Fletayron rayonları salınıb; cənub qərbdə Mitpekinq; nəhayət cənub və cənub şərqdə Vest Villic və Qrinviç Villic kvartalları yerləşirlər. Çelsi İngiltərənin London şəhərində yerləşən Çelsi Kral Xəstəxanasının adını daşıyır. Çelsi rayonuna tarixi Çelsi rayonu və oraya əlavə olunmuş ərazi daxildir, hansı ki Nyu-Yorkun görməli yerlərin qoruması komissiyası tərəfindən 1970 və 1981-ci illərdə təyin olunmuşdur. Rayon 1977-ci ildə Tarixi Yerlərin Milli Reyestrinə əlavə edilmiş və 1982-ci ildə dövrün xüsusilə əhəmiyyətli memarlıq nümunələrini özündə əks etdirən qonşu kvartalları əhatə etmək üçün genişləndirilmişdir. Rayon əsasən yaşayış yerləri, kirayə evləri, mənzil blokları, şəhər evləri və təmirli teras evlərin qarışığından ibarətdir, lakin çoxsaylı pərakəndə satış məntəqələri əhalinin etnik və sosial müxtəlifliyini əks etdirir. Bu rayonda çox sayda LGBTQ üzvləri yaşayır. 200-dən çox qalereyası olan Çelsi rayonu şəhərin sənət dünyasının mərkəzlərindən biri olaraq tanınır.
Çelsi FK
Çelsi FK (ing. Chelsea Football Club) — 1905-ci ildə qurulan ingilis futbol klubu. Klubun prezidenti Roman Abramoviç, baş məşqçisi isə Frenk Lemparddır. Klub 2007/2008 mövsümü UEFA Çempionlar Liqasında finalda Mançester Yunayted ilə qarşılaşmış və oyunun əsas vaxtı 1-1 hesabı ilə başa çatmışdır. Penaltilərdə 6-7 hesabı ilə məğlub olan "Çelsi" tarixində ilk dəfə UEFA Çempionlar Liqası qalibi adını qazanmaq imkanını əldən vermişdi. 2009/2010 mövsümündə İngiltərə Premyer Liqasında çempion olan "Çelsi" 2011/2012 mövsümündə UEFA Çempionlar Liqasının final mərhələsinə yüksəlmişdir. Finaldakı rəqibi Bayern Münhen ilə əsas vaxtda 1-1 oynayan klub penalti zərbələrini daha uğurla yerinə yetirərək turnirin qalibi olmuşdur. İngiltərənin ən titullu klubu Manchester Uniteddir (70titul) == Emblem == "Çelsi"nin 1905-ci ildə yaradılan emblemi bir məmurun və klubun adının kombinasiyasından ibarət idi. Buna görə də klubun ləqəbi The Pensioners (Məmurlar) idi. 1953 ilə qədər bu emblem "Çelsi"nin formasını bəzəmişdir.
Çelsi hoteli
Çelsi hoteli (ing. hotel Chelsea, həmçinin Chelsea hotel və ya sadəcə the Chelsea) — Nyu-York şəhərinin ən məşhur hotellərindən biri. Manhettenin Çelsi rayonu Yeddinci və Səkkizinci prospektlər arasındakı 23-cü küçədə yerləşir. Tünd qırmızı kərpicdən tikilən 13 mərtəbəli bu bina 1884-cü ildə inşa edilmiş və 1905-ci ilə qədər yaşayış kooperativi kimi istifadə olunurdu. Mehmanxana Nyu-Yorkda yerləşən ilk yer idi ki, ABŞ Tarixi Yerlərin Milli Reyestrinə əlavə olunmuşdur (1977-ci il). 2008-ci ildə Kann Film Festivalında Abel Ferraranın Çelsi hoteli və qonaqları haqqında çəkdiyi sənədli filmin premyerası baş tutmuşdur. == Məşhur qonaqları == hotelin otaqlarında Mark Tven, O. Henri, Dieqo Rivera ilə Frida Kalo, Jan Pol Sartr, Edit Piaf kimi məşhurlar qalmışdılar. Gəmi dokların yaxınlığı səbəbindən açılışdan sonra hotelin əsas müştəriləri qızlarla əylənmək istəyən dənizçilər idi və 1912-ci ildə "Titanik" in sağ qalan sərnişinləri məhz burada məskunlaşdırılmışdılar. Artur Klarkın 2001:Kosmik odisseya romanını burada yazmışdır. and poets Allen Ginsberg.
Çelsi oteli

Arvids Pelse
Arvids Pelse (latış. Arvīds Pelše‎;26 yanvar (7 fevral) 1899 – 29 may 1983, Moskva) — Sovet Latviya partiya və dövlət xadimi, tarixçi, iki dəfə Sosialist Əməyi Qəhrəmanı (1969, 1979). 1915-ci ildən partiya üzvü; Oktyabr inqilabının iştirakçısı. 1919-cu ildə - Sovet Latviya Xalq Komissarlığının əməkdaşı. 1941-ci ildən - katib, 1959-1966-cı illərdə - Latviya Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi. Sov.İKP MK Siyasi Bürosunun üzvü, Sov.İKP MK yanında Partiya Nəzarəti Komitəsinin sədri (1966-1983). Latviya SSR Elmlər Akademiyasının müxbir üzvü (1946). == Həyatı == O, 1899-cu il yanvarın 26-da [7 fevral] saat 14-də Kurland əyalətinin Bauska rayonunun İecava volostunun Mazie fermasında “həyət sahibi” Yohan Pelşe və həyat yoldaşı Lizanın kəndli ailəsində anadan olmuşdur. Həmin il martın 14-də kənd kilsəsində vəftiz olundu. 1915-ci ildə Latviya Ərazisinin Sosial Demokrat Partiyasına (SDLC), daha sonra Bolşevik Partiyasına qoşuldu.
Kontakt relsi
Kontakt rels — hərəkət heyətinin pantoqrafı (elektrik lokomotiv, avtomobil vaqonu) ilə sürüşmə əlaqə yaratmaq üçün nəzərdə tutulmuş sərt təmas naqili və ya üçüncü rels olan əlaqə şəbəkəsinin bir növüdür. Amerikalı mühəndis Granville Woods tərəfindən icad edilmişdir. Yumşaq poladdan hazırlanmışdır, forma və kəsik ölçüləri adi relslərə bənzəyir.
Covani Lo Selso
Covani Lo Selso (9 aprel 1996-cı ildə anadan olub) — Rosario Sentral klubunda yarımmüdafiəçi kimi çıxış edən Argentina futbolçusudur. == Klub karyerası == Lo Selso öz karyerasına Rosario Sentral klubunun gənclər yığmasında başlamışdır. O, öz karyerasında debütünü komandasının evdə Velez Sarsfild klubu ilə 0-0 bərabərə qaldığı oyunda gerçəkləşdirmişdir.
Wells Fargo Plaza
Wells Fargo Plaza — Hyustonda yerləşən 302,4 m hündürlüyü olan binadır. Qüllə Hyuston şəhərinin mərkəzində 1979-ci ildə tikilmiş, 1983-cü ildə açılışı olmuşdur. Lakin qasırğa nəticəsində binanın bir sıra pəncərələri sınmışdır. Bina öz adını Wells Fargo kampaniyasından götürür.
Xəlsə
Xəlsə — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Xəlsə oyk., sadə. Kürdəmir r-nunun Qocalı i.ə.v.-də kənd. Kür çayının sahilində, Şirvan düzündədir. Oykonimin ərəb dilindəki xəlisə (xanın bəylərə bağışladığı mülk) sözündən olması ehtimal edilir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 628 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Cimmi Uels
Cimmi Donal Uels (ing. Jimmy Donal "Jimbo" Wales; 7 avqust 1966[…], Hantsvill, Alabama) — internet-sahibkar, viki konsepsiyasının ideoloqu, Vikipediyanın yaradıcısı. Cimmi Uels həm də Vikipediya və müxtəlif viki-layihələri idarə edən və qeyri-kommersiya təşkilatı olan Vikimedia Fondunun və Vikimedia Fondu ilə əlaqəsi olmayan Wikia adlı şirkətin qurucusudur. == Həyatı == 1966-cı ildə Amerika Birləşmiş Ştatlarının Alabama ştatının, Hantsvill şəhərində anadan olmuşdur. Kiçik bir özəl məktəbi bitirəndən sonra universitetə hazırlıq məktəbi olan "Randolph School"da təhsilini davam etdirmişdir. Uels iqtisadiyyat istiqaməti üzrə Aubern Universitetində bakalavr və Alabama Universitetində isə magistr dərəcəsinə yiyələnmişdir. 1996-cı ildə Uels "Bomis" əyləncə xarakterli axtarış portalının əsasını qoymuşdur. Hazırda Uels bu şirkətin fəaliyyətində aktiv iştirak etmir. 2000-ci ilin martında Uels ingilis dilində "Nupedia.com" ensiklopediyasını yaratmış və baş redaktor vəzifəsinə Larri Senqeri təyin etmişdir. Cimmi Uels 2001-ci ilin 15 yanvarında "Vikipediya" ensiklopediyasını yaratdı.