Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yanıq
Yanıq — termiki, kimyəvi, elektrik, günəş, şüa agentlərinin təsirindən orqanizmin dəri və toxumaların zədələnməsi. Zədələnmənin kütləvi xarakter aldığı fövqəladə vəziyyətlərdə (təbii fəlakətlər zamanı, istehsalat qəzalarında, hərbi münaqişələr zamanı və s.) yanıqlar xüsusi diqqət tələb edir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə yanıqlar bütün travmatik zədələnmələr arasında 3-cü yeri tutur. Hər il min nəfərdən biri yanıq zədəsinə məruz qalır. Son illərdə lokal müharibələrdə zədələnmələrin 10%-ini yanıqlar təşkil edir. Statistik məlumatlara görə, dünyada hər dəqiqədə kimsə yanıqla zədələnir. Alovla bağlı yanıqlar hər il bütün dünyada dörd yüz minə yaxın ölüm hadisəsinə səbəb olmuşdur. Bunların çox hissəsi (96%-i) inkişaf etməkdə olan ölkələrdə baş vermişdir. Azərbaycanda il ərzində ağır yanıqları olan xəstələrin sayı 1000 və daha artıq olur. Yanğınlara, əsasən uşaqlar və qocalar məruz qalır.
Yanıx
Yanıx, Nşxark — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. Rayon mərkəzindən 13 km şimal-şərqdə, Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan dilində «yanmış, susuz, quru yer» mənasında işlənən yanıx sözü əsasında əmələ gəlmişdir. Quruluşca sadə toponimdir. Kənddə 1873 - cü ildə 194 nəfər, 1886-cı ildə 245 nəfər, 1897-ci ildə 303 nəfər, 1908-ci ildən 360 nəfər, 1914 - cü ildə 730 nəfər, 1916-cı ildə 423 nəfər azərbaycanlı yaşamışdır. 1919 - cu ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişdir. 1922-ci ildə burada 66 nəfər azərbaycanlı, 1926-cı ildə 37 nəfər azərbaycanlı, 163 erməni yaşamışdır. Göründüyü kimi, ermənilər buraya 1922-ci ildən sonra, 1923-1925-cı illərdə köçürülmüşdür.
Nevin Yanıt
Nevin Yanıt (16 fevral 1986, Mersin) — 100 metrlik maneələrlə qaçış üzrə yarışan Türkiyə yüngül atleti. Fenerbahçe Athletics klubunda çıxış edir. 60 və 100 metrlik maneələrlə qaçış üzrə Türkiyə rekordlarının sahibidir. 100 metrlik maneələrlə qaçış yarışlarında ikiqat Avropa çempionudur. 29 Avqust 2013-cü ildə Yanıt müsbət dopinq testi səbəbiylə iki il yarışlardan kənarlaşdırılmışdır. Lakin IAAF uzaqlaşdırma müddətinə etiraz etdi və Arbitraj Komitəsi diskvalifikasiya müddətini daha bir ilə qədər uzatdı. Yanıt 2007-ci ildə Banqkokda keçirilən Yay Universiadasında gümüş medal qazanmışdır. 2008-ci ildə Pekində keçirilən Yay Olimpiya Oyunlarında 100 metrlik maneələrlə qaçış üzrə yarımfinala çıxaraq, Türkiyənin Olimpiya Oyunlarında sprint növlərində bu mərhələyə çatan ilk təmsilçisi oldu. 2009-cu ildə Peskara şəhərində keçirilən Aralıq dənizi Oyunlarında iştirak edərək 100 metrlik maneələrlə qaçış yarışında qızıl medal qazandı. 2010-cu ildə Barselonadakı Avropa çempionatında o, 100 metrlik maneələrlə qaçış yarışında 12,63 saniyə nəticəsini göstərərək (milli rekord) qızıl medal qazandı.
Yanıq (Həştrud)
Yanıq (fars. يانوق‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 452 nəfər yaşayır (84 ailə).
Yanıq Kərəmi
Yanıq Kərəmi — aşıq havası. "Əsli və Kərəm" dastanı ilə bağlıdır. Poetik mətni qoşmadır. Dilqəmi kökündə ifa olunur. "Yanıq Kərəmi"də kədər, qəm ifadə edilir. ASE, V cild, Bakı, 1981, səh.
Yanıq məscid
Yanıq məscidi (digər adı Ərəb Məscidi) — Türkiyənin Ərdəhan şəhərinin Xəlil Əfəndi məhəlləsində məscid. Məscidin nə vaxt və kim tərəfindən inşa edildiyi dəqiq bilinmir. "93 hərbi" kimi tanınan 1877-1878 Osmanlı-Rus Müharibəsində və bundan sonrakı erməni işğalı illərində məscid yağmalanaraq xarab hala gətirilmişdir. 3 yanvar 1917-ci ildə isə erməni quldurları məscidə toplanan 373 müsəlman-türkü məscidlə birlikdə diri-diri yandırmışlar.
Yanıq Ələz
Yanıq Ələz — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Əhalisinin sayı 48 nəfərdir (2009-cu il). Yanıq Alayaz Siyəzən rayonunun Ərziküş inzibati ərazi vahidində kənd. Ələz çayı sahilində, dağlıq ərazidədir. Yerli əhali kəndi Yanıq Ələz də adlandırır. Yaşayış məntəqəsini XIX əsrdə Yuxarı Alayaz kəndindən çıxmış ailələr Yanıq (quru, bitkisiz) adlanan ərazidə salmışlar. Oykonim “yanıq (quru, bitkisiz) ərazisində salınmış Alayaz kəndi” mənasın­dadır.
Yanıq xəstəliyi
Yanıq xəstəliyi - geniş sahəli dərin yanıqlar nəticəsində əmələ gəlib, orqanizmin daxili orqanlarının və sistemlərinin funksional pozulmaları ilə müşayiət olunur. Yanıq xəstəliyinin inkişafında 5 mərhələ ayırd edilir. Yanıq şoku Yanıq toksemiyası Yanıq septikotoksemiyası Üzülmə Nəticə Yanıq şoku yüksək temperaturun bədən səthinə təsirindən dərhal sonra inkişaf edir. Bu mərhələdə ağrı əsas rol oynayır. Yanıq şoku da travmatik şok kimi iki mərhələdən ibarətdir: erektil mərhələ vegetativ sinir sisteminin simpatik şöbəsinin fəallığının artması ilə müşayiət olunur, qana çoxlu miqdarda adrenalin, noradrenalin, kortikosteroidlər, vazopressin keçir; torpid mərhələdə vegetativ sinir sisteminin parasimpatik şöbəsinin tonusu artır. Travmatik şokdan fərqli olaraq, yanıq şokunda damar-hərəki mərkəzin rezistentliyi ilə əlaqədar arterial təzyiq nisbətən az dəyişir. Yanıq toksemiyası – zədələnmiş toxumalardan ümumi qan dövranına denaturasiyaya uğramış zülalların, toksik məhsulların keçməsi, maddələr mübadiləsinin pozulması nəticəsində yaranır. Bu zaman əmələ gələn bioloji fəal maddələrin (histamin, bradikinin, prostaqlandinlər) təsirindən damar divarının keçiriciliyi artır, nəticədə yanıq nahiyəsindən çoxlu miqdarda plazma itirilir, qan qatılaşır, özlülüyü artır. Dövr edən qanın həcmi azalır. Bütün bunlar ürəyin işini çətinləşdirir, mikrosirkulyasiya pozulmaları törədir.
Yanı Yapon Muhbiri
Yanı Yapon Muhbiri (azərb. Yeni yapon müxbiri‎) – 1931–1938-ci illərdə Yaponiya tatarları tərəfindən Tokioda nəşr olunmuş tatardilli jurnal. "Matbaa-i İslamiye" nəşriyyatı tərəfindən nəşr olunmuş bu jurnal Yaponiyada yaşayan tatar icmasının fəaliyyətlərinə və həyatına həsr olunmuşdu. "Yani Yapon Muhbiri" 1930-cu ildə Tokioda tatarlar tərəfindən qurulmuş "Matbaa-i İslamiye" nəşriyyatının əsas nəşri olmuşdur. Jurnalın ilk sayı 25 may 1931-ci ildə "Yapon Muhbiri" adı ilə çıxmışdır. İlk sayda jurnala təbrik yazısı göndərənlərdən biri Yaponiyadakı tatar icmasının dəstəkçisi olan, ultramillətçi Toyoma Mitsuru olmuşdur. 4–5 saydan sonra 1932-ci ildə "Yanı Yapon Muhbiri" adı ilə nəşr olunmağa başlamışdır. Jurnal 1938-ci ilə qədər nəşr olunmuş, 33 ölkəyə göndərilmiş, bir çox abunəsi olmuşdur. 1938-ci ildə jurnalın nəşrindən məsul olan Muhammed Abdulhay Kurbanaliyevin Yaponiyadan xaric edilməsindən sonra jurnal fəaliyyətini dayandırmışdır. Nəşr olunduğu illər ərzində 50-ə yaxın sayı nəşr olunmuşdur.
Nə qədər ki, işıqlar yanır (film, 2012)
Nə qədər ki, işıqlar yanır (ing. Keep The Lights On) — ABŞ-nin dram janrında çəkilmiş filmidir. Filmin təqdimatı ilk dəfə 2012-ci ildə Sandens Film Festivalında baş tutmuşdu. Xarici və müstəqil filmlərin distribütoru sayılan Music Box Films 7 sentyabr 2012-ci ildə filmi Nyu-York və Los-Anceles şəhərlərində təqdim etmişdi. Filmin rejissoru Ayra Saks, müəllifi isə Saks və Maurisio Zaxariasdır. Baş rolda Ture Lindhardt, Zaxari But və Culiana Nikolson oynamışdırlar. Filmin süjeti rəssam Averi Uillard barədə sənədli film üzərində işləmək üçün Nyu-York şəhərinə köçən Erik adlı danimarkalı kinorejissor və onun Paul adında nəşriyyat sektorunda hüquqşünas vəzfəsində çalışan və narkomaniya ilə mübarizə aparan gənc oğlanla uzunmüddətli mürəkkəb sevgi əlaqələri haqqda bəhz edir. İkincidərəcəli rollarda David Anzuelo, Maria Dizzia, Süleyman Say Savane, Migel Del Toro və Paprika Stin oynamışdılar. Filmin məzmunu rejissor Saksın keçmişdə sevgi əlaqələrində olduğu Bill Klegg adlı yazıçının 2010-cu ildə Portrait of an Addict as a Young Man adı altında narkomaniya ilə mübarizələrini xatirə (memuar) şəklində nəşr etdiyi romana əsaslanır. 1998-ci il.
Kroders Yanis
Kroders Yanis (latış dilində: Jānis Kroders; 2 fevral 1935 — 6 sentyabr 2016, Latviya) — Latviya və sovet basketbolçusu, basketbol hakimi. Latviya basketbol ittifaqının fəxri üzvü . 1950-ci illərin sonlarında Latviyanın "Dauqava" basketbol komandasında oynamış, sonralar hakimlik fəaliyyəti ilə məşğul olmuşdur. 1992-1996-cı illərdə Latviya qadın basketbol liqasının baş hakimi olmuşdur. O, 1967-ci ildə basketbol üzrə dünya çempionu olmuş Silviya Kroder ilə ailə həyatı qurmuşdur.
Yanis Adamsons
Yanis Adamsons (latış. Janis Ādamsons‎: d. 3 noyabr 1956, Preyl rayonu, Latviya SSR) — latviyalı zabit, dövlət və siyasi xadim; Latviyanın daxili işlər naziri (1994—1995); Latviya Seyminin VI (1995—1998), VII (1998—2002), X (2010—2011), XI (2011—2014), XII (2014—2018) və XIII (2018—) çağırış üzvü. Yanis Adamsons 1956-cı il noyabrın 3-də Preyl rayonunda anadan olub. Yanis Adamsons 1979-cu ildə Kiyev ali hərbi-dəniz siyasəti üzrə təhsil müəssisəsini bitirib.
Yanis Apsitis
Yanis Livens
Yanis Livens (16 aprel 1884 — ölüm tarixi məlum deyil) — Latviyalı keçmiş peşəkar velosiped yarışçısı. Yanis Livens Rusiyanı 1912-ci ildə V Yay Olimpiya Oyunlarında təmsil etdi. Yanis Livens birinci dəfə Olimpiya Oyunlarına 1912-ci ildə qatıldı. O, Stokholmda baş tutan V Yay Olimpiya Oyunlarında iki yarışda iştirak etdi. Yarışı sona qədər başa vura bilmədi.
Yanis Pratnieks
Yanis Pratnieks (29 iyul 1887 — ölüm tarixi məlum deyil) — Latviyalı keçmiş peşəkar velosiped yarışçısı. Yanis Pratnieks Rusiyanı 1912-ci ildə V Yay Olimpiya Oyunlarında təmsil etdi. Yanis Pratnieks birinci dəfə Olimpiya Oyunlarına 1912-ci ildə qatıldı. O, Stokholmda baş tutan V Yay Olimpiya Oyunlarında iki yarışda iştirak etdi. Yarışı sona qədər başa vura bilmədi.
Yanis Simze
Yanis Simze (latış. Jānis Cimze‎) — Latviya xor dirijoru, bəstəkar və pedaqoq, Latviya xor musiqisinin banisi. O, 1814-cü il iyunun 21-də Livoniya əyalətinin Venden rayonunda yerləşən Simze malikanəsində, mülk müdirinin ailəsində anadan olub. İlk təhsilini 1830-cu ildə bitirdiyi Rauna məktəbində alıb. Rauna və Smiltenedə ev müəllimi kimi çalışır, 1833-cü ildən Volmardakı kilsə məktəbində dərs deyir. 1835-ci ilin payızında o, Vaysenfelsdəki müəllim seminariyasına oxumağa göndərilir, İsveçrə və Avstriyadakı xalq məktəblərinin təcrübəsini öyrənir, Valmierada bunların bənzəri olan seminariya qurmağa hazırlaşır. 1838-ci ildə seminariya kurslarını bitirmiş, F. A. Disterveqdən didaktika və riyaziyyat kurslarında əlavə təhsil almışdır. Elə həmin illərdə o, skripka çalmağı ciddi şəkildə öyrənməyə başlayır, xalq musiqisi məsələləri ilə maraqlanır. Müəllim Lüdviq Erkdən alman folkloru və musiqisini öyrənmişdir. 1839-cu ildən Volmarda, 1853-cü ildən ölümünə qədər isə Valkada müəllimlər seminariyasına rəhbərlik etmişdir.
Yanis Varoufakis
Yanis Varoufakis (yun. Ιωάννης "Γιάνης" Βαρουφάκης Ioannis "Gianis" Varoufakis; 24 mart 1961, Afina) — Yunanıstan iqtisadçısı, ictimai xadim və keçmiş Yunanıstan Maliyyə naziri. 2015-ci il yanvarda parlament seçkilerdə, SYRIZA partiyasını təmsil edərək Yunan parlamentinə seçildi ve iki gün sonra siyasi iqtisadçı ve yazıçı olaraq 27 yanvar 2015 tarixinde Aleksis Tsiprasın yeni hökümetinde işə başladı.
Yanis Varufakis
Yanis Varoufakis (yun. Ιωάννης "Γιάνης" Βαρουφάκης Ioannis "Gianis" Varoufakis; 24 mart 1961, Afina) — Yunanıstan iqtisadçısı, ictimai xadim və keçmiş Yunanıstan Maliyyə naziri. 2015-ci il yanvarda parlament seçkilerdə, SYRIZA partiyasını təmsil edərək Yunan parlamentinə seçildi ve iki gün sonra siyasi iqtisadçı ve yazıçı olaraq 27 yanvar 2015 tarixinde Aleksis Tsiprasın yeni hökümetinde işə başladı.
Yanis Çaqste
Yanis Çaqste (14 sentyabr 1859[…] – 14 mart 1927[…], Riqa) — Latviyalı Dövlət və Siyasi Xadim; 18 noyabr 1922-ci ildən 14 mart 1927-ci ilə qədər Latviya Respublikasının 1-ci Prezidenti və Latviya Respublikasının Milli Silahlı Qüvvələrinin Ali Baş Komandanı olan Yanis Çaqste, Latviya tarixinin ilk Prezidenti olub.
Bayılma
Bayılma, özündəngetmə, ürəkgetmə (lat. syncope) — beyində qısamüddətli qanazlığı nəticəsində birdən-birə halsızlaşma, başgicəllənməsi, gözün qaralması və nəhayət huşun itməsi. Bayılma zamanı xəstə huşunu tamamilə itirməyə də bilər. Bayılma beyinə gələn qanın qəflətən azalması nəticəsində huşun qısamüddətli itməsidir. Bu, adətən ayaqüstü və ya oturaq vəziyyətlərdə baş verir. Bayılma bayılmaönü vəziyyətlə müşayiət olunur. Belə ki, bayılmadan öncə xəstə özünü pis hiss edir, ayaqları sanki ağırlaşır, göz önündə qaralma və işartılar, qulaqlarda cingilti ola bilər, bəzən ürəkbulanma və qusma da olur. Xəstənin rəngi avazıyır, dərisi soyuyur, soyuq tər basır. Bütün bu əlamətlər çox zaman xəstəyə imkan verir ki, yıxılmamaq üçün tədbirlər görsün. Lakin bayılma qəfləti də ola bilər.
Yaxroma
Yaxroma (rus. Я́хрома) — Rusiya Federasiyasında yerləşən şəhər. Moskva vilayətinə daxildir.
Yaşılca
Yaşılca (lat. Callophrys) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin göycələr fəsiləsinə aid heyvan cinsi.
Qustav Yani
Qustav Yani (mac. Jány Gusztáv; d. 21 oktyabr 1883, Rayka — ö. 26 noyabr 1947, Budapeşt) — İkinci dünya müharibəsi ərzində baş verən Stalinqrad döyüşündə 2-ci Macar Ordusuna rəhbərlik etmiş macar hərbi xadim.
Yuy Yani
Yuy Yani (çin. 余泱漪, 8 iyun 1994, Xuanşi, Çin) — Çin şahmatçısı, qrosmeyster (2009). 2014-cü ilin noyabrında Vladimir Kramnik və Aniş Qiri kimi rəqibləri də məğlub edərək Qatar Masters Open turnirinin qalibi oldu. 2013-cü ilin sentyabrında 13 oyundan 11 xal toplayaraq gənclər arasında Dünya Çempionatını birinci pillədə bitirdi və bu qələbə birbaşa ona Dünya Kubokunda oynamaq hüququ verdi. Mart 2014: Çin Çempionatında 11 oyundan 7 xal toplayaraq Dinq Liren ilə birinci yeri bölüşdürdü. Əlavə göstəricilərə görə ölkə çempionu oldu. Aprel 2014: Asiya Çempionatında məğlubiyyətsiz 9 oyundan 7 xal ilə Ni Hua, Rüstəm Qasımcanov və Adhiban B. kimi şahmatçıları geridə qoyaraq qalib oldu. İyun 2015: Havanada keçirilən 50-ci "Capablanca in Memoriam" turnirini birinci yerdə bitirdi. Yu Yangyi. Chess-DB.com Arxivləşdirilib 2016-09-13 at the Wayback Machine (ing.) Yu Yangyi.
Fraktal sıxılma
Fraktal, müxtəlif miqyaslı və ölçülü oxşar forma və rəsmlərdə təşkil olunmuş strukturdur. İlk dəfə olaraq bu termini Benua Mandelbrot, bir çox strukturlarda rast gəldiyi təkrar olunan rəsmləri təsvir etmək üçün işlətmişdir. O, müəyyən etdi ki, fraktalları riyazi təsvir etmək mümkündür və onları çox sadə alqoritmlərlə yaratmaq olar. Əgər hər hansı bir döşəməyə nəzər salsaq, orada çoxlu sayda oxşar, təkrar olunan fraqmentlərə rast gəlmək olar. Bu halda, döşəmənin səthinin necə olması heç bir əhəmiyyət kəsb etmir. Döşəmənin parketdən, betondan olmasından, xalçayla döşənməsindən və s. asılı olmayaraq, şəkillər ən kiçikdən tutmuş, lap böyüyə qədər təkrarlanacaq. Əgər döşəmənin səthinin bir hissəsinin üzünü köçürsək, demək olar ki, eynilə bu hissədən döşəmənin başqa yerində də tapmaq olar. Bundan başqa, əgər bir hissənin ölçülərini dəyişsək, firlatsaq və ya güzgü əksini alsaq, onda oxşar hissələrin sayı daha da çox olacaq. Onda bütün oxşar sahələri və kopyanın üzərində aparılmış bütün (riyazi) çevirmələri saymaq olar.
Yazışma komitələri
Yazışma komitələri — ABŞ İstiqlal müharibəsi başlamazdan əvvəl, Britaniya Parlamentinə qarşı müxalifəti və daha sonra ABŞ-nin müstəqilliyinə dəstəyi koordinasiya etməyə çalışan ABŞ siyasi təşkilatları toplusu. Bostondan olan patriot Samuel Adamsın ideyası olan komitələr məktublar yazmaqla On üç koloniyadakı patriot liderləri arasında yeraltı rabitə şəbəkəsi yaratmağa çalışırdılar. Komitələr Filadelfiyada keçirilən Birinci Kontinental Konqresin yaradılmasında mühüm rol oynamışdılar. Komitələrin funksiyası müəyyən bir koloniyanın sakinlərini Britaniya tacının gördüyü tədbirlər barədə xəbərdar etmək və şəhərlərdən kəndlərə məlumat yaymaqdan ibarət idi. Xəbərlər adətən atda və ya gəmilərdə kuryerlər tərəfindən daşınan əl ilə yazılmış məktublar və ya çap edilmiş broşürlər vasitəsilə yayılırdı. Komitələr bu xəbərin fikirləri düzgün əks etdirməsinə cavabdeh idi və lazımi qəbul edən qruplara göndərildi. Bir çox müxbirlər müstəmləkə qanunvericilik məclislərinin üzvləri idi. Onlardan digərləri də "Azadlıq oğulları" və Gerb Aktı Konqresində fəal idilər. Komitələr patriotizmi və evdə istehsalı təşviq edir, amerikalılara dəbdəbədən çəkinməyi və daha sadə həyat sürməyi tövsiyə edirdi. Komitələr Amerika ictimai həyatının bir çox aspektləri üzərində öz səlahiyyətlərini tədricən genişləndirmişdilər.
Ali Canib Yöntem
Ali Canib Yöntem (1 yanvar 1887 və ya 1887, Konstantinopol – 26 oktyabr 1967 və ya 1967, İstanbul) — Milli ədəbiyyat cərəyanının qabaqcıl nümayəndələrindən və nəzəriyyəçilərindən olan bir şair, yazıçı, ədəbiyyat tədqiqatçısı, redaktor, müəllim və siyasətçi == Həyatı == Milli ədəbiyyat cərəyanının qabaqcıl nümayəndələrindən və nəzəriyyəçilərindən olan Ali Canib Yöntem 1887-ci ildə İstanbulda anadan olmuşdur. İbtidai təhsilini Üsküdarda "Gülfem Hatum" məktəbində, orta təhsilini isə "Toptaşı Askeri Rüşdiyyəsində almış, iki ilə qədər də "Fransız məktəbində" oxumuşdur. Atasının Selanikə sürgün edilməsi ilə əlaqədar olaraq, Ali Canib buradakı "Mülkiye" orta məktəbində təhsilini davam etdirmiş və axırıncı sinifdə olarkən imtahan verib. İstanbul Hüquq məktəbinə daxil olmuşdur. Bir il İstanbulda, dörd il də Selanik Hüquq məktəbində təhsil alsa da, Balkan müharibəsi başladığına görə o, təhsilini bitirmədən İstanbula getmişdi. 1908-ci ildən ədəbiyyat aləminə qatılan Ali Canib "Bahçe", "Aşiyan", "Kadın" jurnallarında şeirlər və məqalələr yazmağa başlayır. İstanbulda təşkil olunan "Fecri-Ati" cəmiyyətinin Selanikdə müxbiri olmuş və "Fecri-Ati"dən ayrıldıqdan sonra şeirlərini "Genç kalemler" məcmuəsində çap etməyə başlayır. 1911-ci ildə "Genç kalemler" jurnalının baş redaktoru olan Ali Canib, Ömər Seyfəddin ilə birlikdə "Yeni lisan" dil hərəkatının və "Milli ədəbiyyat" cərəyanının yaranmasına rəhbərlik etmişdir. Ali Canib həmçinin bir müəllin kimi fəaliyyət göstərmiş, "Selanik İttihat ve Terakvi" məktəbində, "Ali Ziraat" məktəbində, Çanakkale ve Gelenbevi Sultanilərində, "Kabataş liseyi" və "İstanbul erkek öğretmen" məktəblərində müəllimlik etmişdir. O, həmçinin Ali müəllimlər məktəbində ədəbiyyat müəllimi, Universitetdə də Türk ədəbiyyatı müəllimi olaraq işləmişdi.
Yani Yapon Mohbiri
"Yani Yapon Mohbiri" (tatar. یاڭی یاپون مخبری; yap. ヤニヤポンモフビリー) — 1931–1938-ci illərdə Yaponiya tatarları tərəfindən Tokioda nəşr olunmuş tatardilli jurnal. "Mətbəəyi-İslamiyə" nəşriyyatı tərəfindən nəşr olunmuş bu jurnal Yaponiyada yaşayan tatar icmasının fəaliyyətlərinə və həyatına həsr olunmuşdu. == Tarixi == "Yani Yapon Mohbiri" 1930-cu ildə Tokioda tatarlar tərəfindən qurulmuş "Mətbəəyi-İslamiyə" nəşriyyatının əsas nəşri olmuşdur. Jurnalın ilk sayı 25 may 1931-ci ildə "Yapon Müxbiri" adı ilə çıxmışdır. İlk sayda jurnala təbrik yazısı göndərənlərdən biri Yaponiyadakı tatar icmasının dəstəkçisi olan, ultramillətçi Toyoma Mitsuru olmuşdur. 4–5 saydan sonra 1932-ci ildə "Yani Yapon Mohbiri" adı ilə nəşr olunmağa başlamışdır. Jurnal 1938-ci ilə qədər nəşr olunmuş, 33 ölkəyə göndərilmiş, bir çox abunəsi olmuşdur. 1938-ci ildə jurnalın nəşrindən məsul olan Məhəmməd Qabdulxay Kurbanqaliyev (1889–1972) Yaponiyadan xaric edilməsindən sonra jurnal fəaliyyətini dayandırmışdır.
Vergidən yayınma
Vergidən yayınma — vergi üstünlüyü əldə etmək məqsədilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat.
Ayrılma (film)
Ayrılma (ing. Detachment) — Toni Key tərəfindən çəkilmiş Amerikalı əvəzedici müəllimin dağınıq və depressiv həyatı haqqında film. == Süjet == Əvəzedici müəllim Henry Barthes bir aylıq vəzifəyə çağırılır və bir çox şagirdin aşağı səviyyədə çıxış etdiyi orta məktəbdə ingilis dili dərsi keçir. İlk günündə o, tələbələrinin yazı bacarıqlarını, öldükdən sonra necə xatırlanacaqlarına inandıqları ilə bağlı inşa ilə qiymətləndirir. Bu dərs zamanı o, bir çox düşmənçilik və antaqonizm hərəkətlərini, o cümlədən bir tələbənin ona qışqırmasını və onu fiziki təhdid etməsini, həmçinin dərsdən sonra tanış olduğu şagird Merediti şifahi şəkildə təhqir edən iki tələbəni müşahidə edir. Həmin gün müəllim Sarah Madisonu təqib etdiyinə görə məktəbdən qovulan tələbənin anası onunla qarşılaşanda o, daha çox aqressivliyin şahidi olur. Dərsdən sonra Henri demensiyadan əziyyət çəkən babasını görmək üçün baxım müəssisəsinə çağırılır, çünki o, vanna otağına qapanıb və çölə çıxmır. Ziyarətdən sonra yola çıxarkən, Henri babasına lazımi qayğı göstərilmədiyinə inandığı üçün bir işçi ilə məyusluğunu bildirir. Henri avtobusla evə gedərkən gənc seks işçisi Erikanın ona pul verməkdən imtina edən bir adam tərəfindən vurulduğunu görür. Erika Henrini onunla cinsi əlaqədə olmağa inandırmağa çalışır, o isə bundan imtina edir.
Maska (yarışma)
Maska — Munhwa Broadcasting Corporation-a məxsus beynəlxalq Masked Singer formatının Azərbaycan versiyası. Layihə çərçivəsində müxtəlif məşhurlar kimliklərini gizlədərək qeyri-adi geyimlərdə çıxış edirlər. == Qaydalar == Məşhurlar, münsiflər heyəti və tamaşaçılar qarşısına şəxsiyyətlərini tamamilə gizlədən müxtəlif maskalar altında çıxırlar. Müsabiqə iştirakçılarının əsl səsi yalnız mahnıların ifası zamanı və əsl simasını üzə çıxan zaman eşidilir. Qalan vaxtlarda onların səsləri təhrif edilmiş formada səslənir. Çıxışdan əvvəl sirli iştirakçının öz imicindən danışdığı, real şəxsiyyəti ilə bağlı ipuçlarını paylaşdığı video nümayiş etdirilir. Çıxışlardan sonra tamaşaçılar arasında səsvermə keçirilir və bir maska gözləmə zalına göndərilir. Hər buraxılışın sonunda bir məşhur öz maskasını açır. Layihədə finala 4 məşhur qalana qədər hər buraxılışda bir iştirakçı yarışmanı tərk edir. == İstehsal == Yarışmanın Azərbaycan versiyası İctimai Televiziya tərəfindən istehsal olunub.
Yenidən axıtma
Yenidən axıtma yazılı mətnin yenidən düzləndirilərək sətirlərin sonlarının səviyyələrinin nisbətən yaxınlaşdırılması. Məsələn, Bir çox tətbiqi proqramlarda – mətn redaktorlarında, hesabat genatorlarında, qrafik proqramlarda, masaüstü nəşriyyat sistemlərində və elektron cədvəl proqramlarında müxtəlif cür düzləndirmə imkanları vardır. Mətni yenidən axıtmadan sonra aşağıdakı şəklə düşür: Bir çox tətbiqi proqramlarda – mətn redaktorlarında, hesabat genatorlarında, qrafik proqramlarda, masaüstü nəşriyyat sistemlərində və elektron cədvəl proqramlarında müxtəlif cür düzləndirmə imkanları vardır. Yenidən axıtmadan sonra sətirlərin sayı dəyişdiyindən, səhifə sonu simvollarının da yeri dəyişilir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Uzunmüddətli sıxılma sindromu
Uzunmüddətli sıxılma sindromu (Travmatik toksikoz, Kraş-sindrom) (ing. Crush syndrome) — Bədənin hər hansı bir hissəsinin 2-4 saat və daha çox sıxılması nəticəsində zədələnmiş yerdən distalda yerli qan dövranının pozulmasına və yumşaq toxumaların dağılmasına uzunmuddətli sıxılma sindromu deyilir. Sindromu ilk dəfə 1918-ci ildə Birinci Dünya müharibəsi zamanı fransız cərrah Kenyu (E. Quenu, 1918) tərəfindən təsvir edilmişdir. 1941-ci ildə, İkinci Dünya müharibəsi dövründə, alman təyyarələri tərəfindən Londonun bombalanması zamanı qurbanların müalicəsində iştirak edən İngilis alimi Bayuoters (E. Bywaters) Bu sindromu araşdırılması zamanı nozoloji müstəqil bir vahid olaraq təcrid etmişdir (qurbanların % 3,5-də müşahidə edilmişdir). Bu sindromun əsas kliniki əlamətləri sıxılmış toxumalar azad olduqdan sonra başlayır. Uzunmüddətli sıxılma sindromu toxuma və üzvlərdə baş vermiş zədəyə görə aşağıdakı qaydada təsnif olunur: toxumanın sıxılma növünə görə (sıxılma, əzilmə); yerləşməsinə görə (yuxarı, aşağı ətraflar, çanaq, qarın, döş); müştərəkliyinə görə (örtük toxumaların cırılması, sınıqlar, damar, sinir, daxili üzvlərin, baş-beyin və onurğa beyin zədələnmələri ilə); qarışıqlığına görə (yanıq, donma, şüalanma, zəhərləyici maddələrin iştirakı ilə); dərəcəsinə görə (yüngül, orta, ağır); dövrünə görə (sıxılma, erkən şok, böyrək çatışmazlığı, gecikmiş fəsadlar və sağalma); fəsadlarına görə (ətrafların, daxili üzvlərin sıxılması, irinli infeksiyanın inkişafı). Təbii fəlakətlər (zəlzələ), texniki (şaxtaların uçması), istehsalat, nəqliyyat qəzaları, partlayışlar (bomba) zamanı insan bədəninin hər hansı bir hissəsi üzərinə sıxıcı amillərin (beton, dəmir lövhələr, ağır mexanizmlər, torpaq, ağac) təsirindən toxumalar dağılır (əzilir, didilir), sıxılır və yerli qan dövranı pozulur. Sıxılmış toxumalarda irimənfəzli arterial və venoz damarların sıxılması ilə əlaqədar mikrosirkulyasiya pozulur. Toxumalarda kəskin hipoksiya, metabolik asidoz inkişaf edir və işemik nekroz yaranır. Uzunmüddətli sıxılma sindromunun kliniki gedişi üç dövrə ayrılır: şok dövrü - ödemin artması və damar çatışmazlığı 1-3 gün davam edir; kəskin böyrək çatışmazlığı dövrü -3-9 gün davam edir; sağalma dövrü.
Tapılma (1939 film)
Tapılma (rus. Подкидыш) — Rina Zelenaya və Aqniya Bartonun ssenarisi əsasında rejissor Tatyana Lukaşeviç tərəfindən 1939-cu ildə Mosfilm kinostudiyasında çəkilmiş sovet bədii filmi. Film 27 yanvar 1940-cı il tarxində ekranlara çıxıb. Bu film, ilk sovet ailə filmlərindən biri olur. Əvvəlcə qara-ağ rəngdə olan film, 2010-cu ildə rəngli olaraq təkrar istehsal edilmişdir. 1930-cu illərin ikinci yarısında Aqniya Barto və Rina Zelenaya evdən çıxıb Moskva küçələri ilə gəzintiyə çıxan və onu "Mosfilm" kinostudiyasına gətirən qızın axtarışı haqqında ssenari yazırlar. Baxmayaraq ki, o vaxt hər ikisinin hələ kino üçün ədəbi-dramaturji materialla işləmək təcrübəsi yox idi və hətta kinostudiya ilə ilkin razılaşma da olmasa da, buna baxmayaraq, Mosfilmdə heç bir redaktə tələb olunmadan ssenari dərhal təsdiq olunur. 1939-cu ildə rejissor Tatyana Lukaşeviçin rejisorluğa ilə filmin istehsalına başlanılır. Tatyana Lukaşeviç 3 may 1939-cu ildə çəkiliş üçün hazırlıq işlərinə başlayır. Həmin il dekabrın 1-də film ilk görünüşü üzərində işlər tamamlanır.
Tapılma (film, 1939)
Tapılma (rus. Подкидыш) — Rina Zelenaya və Aqniya Bartonun ssenarisi əsasında rejissor Tatyana Lukaşeviç tərəfindən 1939-cu ildə Mosfilm kinostudiyasında çəkilmiş sovet bədii filmi. Film 27 yanvar 1940-cı il tarxində ekranlara çıxıb. Bu film, ilk sovet ailə filmlərindən biri olur. Əvvəlcə qara-ağ rəngdə olan film, 2010-cu ildə rəngli olaraq təkrar istehsal edilmişdir. 1930-cu illərin ikinci yarısında Aqniya Barto və Rina Zelenaya evdən çıxıb Moskva küçələri ilə gəzintiyə çıxan və onu "Mosfilm" kinostudiyasına gətirən qızın axtarışı haqqında ssenari yazırlar. Baxmayaraq ki, o vaxt hər ikisinin hələ kino üçün ədəbi-dramaturji materialla işləmək təcrübəsi yox idi və hətta kinostudiya ilə ilkin razılaşma da olmasa da, buna baxmayaraq, Mosfilmdə heç bir redaktə tələb olunmadan ssenari dərhal təsdiq olunur. 1939-cu ildə rejissor Tatyana Lukaşeviçin rejisorluğa ilə filmin istehsalına başlanılır. Tatyana Lukaşeviç 3 may 1939-cu ildə çəkiliş üçün hazırlıq işlərinə başlayır. Həmin il dekabrın 1-də film ilk görünüşü üzərində işlər tamamlanır.
Yeni Dalğa (yarışma)
Yeni Dalğa (rus. Новая волна, latış. Jaunais Vilnis‎) — 2002-ci ildə rus bəstəkarı İqor Krutoy və Latviyalı pianoçu və bəstəkar Raymond Pauls tərəfindən yaradılan daha sonra isə rus superstarı Alla Puqaçova tərəfindən inkişaf etdirilən populyar musiqinin gənc ifaçıları üçün nəzərdə tutulmuş beynəlxalq bir yarışmadır. Müsabiqə ümumilikdə altı gün davam edir: 3 müsabiqə günü, 2 xüsusi tədbir günü və sonunda yarışmanın nəticələrinin açıqlandığı gün konsertlə bitir. İlk 14 il ərzində Yeni Dalğa Latviyanın sahil şəhəri olan Yurmalada keçirildi lakin 2015-ci ildə Soçiyə(Rusiya Federasiyası) köçürüldü (digər potensial yerlərə Bakı, Kalininqrad, Kazan və Krım daxil idi). Təşkilatçı İqor Krutoyun dediyinə görə, köçürülmənin əsas səbəbi Rusiyanın müğənniləri Valeriya, İosif Kobzon və Oleq Qazmanovun Xarici İşlər Naziri Edqars Rinkeviçs tərəfindən Krımın ilhaq edilməsinə səsləndirdikləri dəstəkdən ötəri Latviyaya girişinə icazə verilməməsi idi. Yarışmanın məqsədi Avropanın hər yerindən, keçmiş SSRİ-dən və ABŞ-dən yeni ulduzları populyarlaşdırmaq məqsədi daşısa da, bir çox indiki və keçmiş super ulduzlar burada iştirak edir. Yeni Dalğada ölkələrini Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş Jamala (Ukrayna), DoReDos (Moldova) və Demy (Yunanıstan) iştirak ediblər.
Maxima
GNU Maxima — sərbəst yazılış modelinə görə genişləndirilmiş, Lisp dili ilə yazılmış komyuter dəstəkli cəbri sistemidir. Maxima bünövrəsini Macsyma sistemindən götürür. GNU TeXmacs riyaziyyat yönümlü redaktorlar Maxima üçün istifade edilək interfeyslərdən biridir. Maxima Common Lisp dili ilə yazıldığı üçün Lisp proqramlama mühitindən də Maximaya bağlanmaq mümkündür.
Dağılma dönəmi Osmanlı sədrəzəmləri
== Quruluş dövrü == Quruluş dövrü Osmanlı sədrəzəmləri siyahısı Osman Qazioğlu Ələddin Paşa Çandarlı Xəlil Paşaya qədər, yəni 1320–1453 dönəmində, sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmləri siyahısıdır. == Yüksəliş dövrü == Yüksəliş dövrü Osmanlı sədrəzəmləri siyahısı Zağanos Paşadan Sokollu Mehmed Paşaya qədər, yəni 1453–1579 dönəmindəki Osmanlı sədrəzəmlərinin siyahısıdır. Təqribən 126 ildə 34 sədrəzəm dəyişmişdir. == Durğunluq dövrü == Durğunluq dövrü Osmanlı sədrəzəmləri siyahısı Səmiz Əhməd Paşadan Almas Mehmed Paşa da daxil olmaqla, yəni 1579–1697 illəri arasında sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmlərinin siyahısıdır. == Geriləmə dövrü == Geriləmə dövrü Osmanlı sədrəzəmlərinin siyahısı, Körpülü Hacı Hüseyn Paşadan Muhsinzadə Mehmed Paşaya qədər, yəni 1697–1773 dönəmində, sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmləri siyahısıdır. == Dağılma dövrü == Dağılma dövrü Osmanlı sədrəzəmlərinin siyahısı, İzzət Mehmed Paşadan Əhməd Tofiq Paşaya qədər, yəni 1773–1922 dönəmində, sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmləri siyahısıdır.
Dağılma dövrü Osmanlı sədrəzəmləri
== Quruluş dövrü == Quruluş dövrü Osmanlı sədrəzəmləri siyahısı Osman Qazioğlu Ələddin Paşa Çandarlı Xəlil Paşaya qədər, yəni 1320–1453 dönəmində, sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmləri siyahısıdır. == Yüksəliş dövrü == Yüksəliş dövrü Osmanlı sədrəzəmləri siyahısı Zağanos Paşadan Sokollu Mehmed Paşaya qədər, yəni 1453–1579 dönəmindəki Osmanlı sədrəzəmlərinin siyahısıdır. Təqribən 126 ildə 34 sədrəzəm dəyişmişdir. == Durğunluq dövrü == Durğunluq dövrü Osmanlı sədrəzəmləri siyahısı Səmiz Əhməd Paşadan Almas Mehmed Paşa da daxil olmaqla, yəni 1579–1697 illəri arasında sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmlərinin siyahısıdır. == Geriləmə dövrü == Geriləmə dövrü Osmanlı sədrəzəmlərinin siyahısı, Körpülü Hacı Hüseyn Paşadan Muhsinzadə Mehmed Paşaya qədər, yəni 1697–1773 dönəmində, sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmləri siyahısıdır. == Dağılma dövrü == Dağılma dövrü Osmanlı sədrəzəmlərinin siyahısı, İzzət Mehmed Paşadan Əhməd Tofiq Paşaya qədər, yəni 1773–1922 dönəmində, sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmləri siyahısıdır.
Nanıc
Nanıc — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Lahıc turizm zonasında yerləşir. Əhalisi 73 nəfərdir ki onunda 33 nəfəri kişi, 40 nəfəri qadındır.. Kənd əhalisi maldarlıqla və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 10 km yolu piyada və ya atla eləcə də Namazgah kəndindən Müdrü çayı boyunca 8 km yolu atla və ya piyada getmək olar. Nanıc kəndindən Küpüc dağını aşmaqla atla Aşağı Cülyan kəndinə gəlmək üçün dağ yolu (cığır) vardır. İlin aprel-may aylarında kəndin ərazisində məşhur "Xarı-bülbül" çiçəyinə rast gəlmək olar.
Yango
Yango bir çox xidmət göstərən texnoloji xidmətlər ekosistemidir. Məsələn: taksi, çatdırılma və e-mağaza xidməti və s. Yango Azərbaycanda daxil olmaqla, Avropa, Afrika, Yaxın Şərq və Cənubi Amerikada fəaliyyət göstərir və mobil proqram vasitəsilə əlçatandır. Yango Hollandiyada yerləşən Ridetech International BV şirkəti, əvvəllər Yandex Taxi BV, Rusiya İT konqlomeratı Yandex MMC üçün Hollandiyada qeydiyyatdan keçmiş holdinq şirkəti Yandex NV-nin törəmə şirkəti tərəfindən idarə olunur. 2023-cü ildən etibarən xidmət Afrika, Asiya, Avropa və Cənubi Amerikada fəaliyyət göstərir. Yango-nun bütün məlumatları Rusiyadakı məlumat mərkəzlərində saxlanılır və Rusiya daxilində və xaricində istifadəçilərdən toplanan məlumatlar arasında heç bir maddi və ya məntiqi bölgü yoxdur.