Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yukka
Yukka (lat. Yucca) — qulançarkimilər fəsiləsinə aid bitki cinsi. Clistoyucca (Engelm.) Trel. Samuela Trel. Sarcoyucca (Engelm.) Linding. Yukka bitkisinin üzərində böyük yarpaqlardan ibarət xonça forması, onun da mərkəzində krem rəngli çiçəkləri olan bir sap yerləşir. Avizə ağacının xüsusiyyəti tozcuqlarının maili olmasıdır. Buna görə bitkinin erkəkciklərindəki çiçək tozunu ancaq maili ağız quruluşuna malik güvə növü toplaya bilir. Yukka ağacının güvəsi topladığı çiçək tozlarını bir-birinə sıxıb top formasına salır və bunu başqa yukka ağacının çiçəyinə daşıyır. Əvvəlcə çiçəyin dibinə enir və öz yumurtalarını qoyur.
Yuyka
Yuyka — ad. Yuyka Suqasava — Yaponiya qadın futbolçusu. Yuyko Konno — Yaponiya qadın futbolçusu.
Yuka
Yuka — yapon qadın adı. Yuka Yamazaki — keçmiş Yaponiya qadın futbolçusu. Yuka Momiki — Yaponiya qadın futbolçusu. Yuka Kado — Yaponiya qadın futbolçusu. Yuka Miyazaki — keçmiş Yaponiya qadın futbolçusu.
Göyümtül yukka
Göyümtül yukka (lat. Yucca glauca) — qulançarkimilər fəsiləsinin yukka cinsinə aid bitki növü. Şimali Amerikanın şərq rayonlarında yayılmışdır. Bitki gövdəsizdir. Yarpaqların uzunluğu 70 sm-dək, göyümtül-yaşıl, ağ haşiyəli və kənarlarında seyrək, nazik buruq saplıdır. Çiçək süpürgəsi ensiz, az budaqlıdır. Çiçəkləri yaşılımtıl-ağ və ya sarımtıl rəngli, uzunluğu 7 sm-dək, sallaq, müxtəlif formalı, çox vaxt zəngvaridir. Çiçək saplağının uzunluğu 300 sm-dir. Toxum və kök pöhrələri ilə çoxaldılır. Günəşli, isti yerlərdə bitir.
Lifli yukka
Lifli yukka (lat. Yucca filamentosa) — qulançarkimilər fəsiləsinin yukka cinsinə aid bitki növü. Şimali Amerikada Missisipi, Cənubi Karolina və Floridada geniş yayılmışdır. Hündürlüyü 2-4 m-ə qədərdir. Gövdəsi yoxdur və ya çox zəif inkişaf etmişdir. Yarpaqları göyümtül-yaşıl rəngli, uzunluğu 70 sm-ə qədər, eni 4 sm olub, ucu biz xətvaridir, kənarlarında şoxsaylı ağ, nazik, buruq saplaqları, çoxlu yarpaq rozetləri vardır. Sarı və ya ağ yarpaqları olan alabəzək yarpaqlı formaları vardır. Çiçək süpürgəsinin hündürlüyü 1-3 m-ə çatır, süpürgə oxu çılpaqdır. Çiçəkləri sallaq, sarımtıl-ağ rəngdədir, 5-7 sm uzunluqdadır. Çiçəkləmə dövründə dekorativ görünür.
Qısayarpaq yukka
Qısayarpaq yukka (lat. Yucca brevifolia) — qulançarkimilər fəsiləsinin yukka cinsinə aid bitki növü. ABŞ-da, Yutanın cənub-qərbindən Kaliforniyanın ortalarınadək yayılmışdır. Hündürlüyü 4-9 m, gövdəsinin diametri 50 sm-ə qədər olan, çox şaxələnmiş budaqsız kiçik ağac və ya koldur. Gövdəsinin yerə yaxın hissəsi yoğundur. Yarpaqları lansetvari, sərt, üst tərəfi çökək, kənarları xırda iti dişli, uzunluğu 20-35 sm, eni 7-25 mm-dir. Yaşıl, göyümtül, oxşəkilli-xətvari yarpaqları gövdənin ucunda dəstəyə yığılmışdır. Süpürgə çiçək qrupunun oxu tüklüdür, çiçəkləri sıx, yaşılımtıl ağdır, çiçək saplağı qısadır. İyul-avqust aylarında çiçək açır. Gövdə zoğları, bəzən də toxumla çoxaldılır.
Sergey Bubka
Sergey Nazaroviç Bubka — hündürlüyə tullanmaq üzrə olimpiya və dünya çempionu. Sovet və Ukrayna idmançısı. Bubka Voroşilovqradda (indiki Luqansk) anadan olmuşdur. 1983-cü ildə o, beynəlxalq səviyyədə tanınmasa da Finlandiyanın Helsinki şəhərində dünya çempionatında qalib gəlmişdir.Həmin il 5.85 m (19 ft 2 in)hündürlüyə tullanaraq özünün ilk dünya rekordunu qırdı. 1991-ci ilin sonlarında SSRİ-nin dağılmasına qədər Bubka Sovet komandasında mübarizə aparmışdır. Sovet İttifaqının idman sistemi yeni dünya rekordu qazanan idmançıları mükafatlandırırdı, beləcə, o, çox kiçik fərqlərlə dünya rekordunu qırması ilə məşhurlaşdı. 1992-ci ildə o, artıq Sovet sisteminin tərkibində deyildi və Nayk ilə hər bir yenilədiyi dünya rekorduna görə 40000 dollar qazanacağı müqavilə bağlamışdı. O, 1991-ci ildə Sovet İttifaqının süqutuna kimi onu təmsil etmişdir. Bubka iki dəfə Trak and Fild Nyus tərəfindən ilin idmançısı seçilmişdir və Beynəlxalq Atletizm Federasiyası Assosiasiyasının 24 fəxri idmançı üzvündən biri olmuşdur. Bubka altı dəfə ardıcıl BAFA Dünya çempionatında qızıl medal qazanmış və hündürlüyə tullanmaq üzrə kişilərin dünya rekordunu 35 dəfə qırmışdır (17 xarici və 18 daxili).
Yukka Poyka
Yukka Rousu (19 iyul 1980, Haukipudas, Oulu əyaləti[d]) və ya Yukka Poyka — fin reqqi sənətçisi.
Yuyka Suqasava
Yuyka Suqasava (d. 5 oktyabr 1990) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 60 oyun keçirib, 17 qol vurub.
Şərəfli yukka
Şərəfli yukka (lat. Yucca gloriosa) — qulançarkimilər fəsiləsinin yukka cinsinə aid bitki növü. Yavaş böyüyür, təbii mühitdə hündürlüyü 2 m-ə çatan, şarşəkilli kol və ya ağac formasını alır. Tək və ya zəif şaxələnmiş, cod və əyri yarpaqlı rozetləri olan ağacşəkilli gövdəsi vardır. Kökümsov gövdəsi yaxşı inkişaf edir, qısadır, torpaşın səthinə yayılır. Yarpaqların uzunluğu 40-50 sm, eni 6-13 mm, ensiz xətvarı, göyümtül-yaşıl kənarları ağ və ya boz rənglidir, liflidir. Cavan yarpaqları düzünə yuxarıya, kənar yarpaqları isə aşağıya əyilir. Bu yarpaqlar bitkinin aşağı hissəsində narın dişli, təpə hissəsində isə bərk sivri uclu olur. Süpürgə çiçək qrupunun hündürlüyü 1-2 m-dir, qol-budaqlıdır, zəngşəkilli çiçəkləri ağ rəngli, qonur və ya yaşılımtıl çalarlı olub, 6-7 sm uzunluqdadır. Aprel-may aylarında çiçək açır.
Əyilmişyarpaq yukka
Əyilmişyarpaq yukka (lat. Yucca recurvifolia) — qulançarkimilər fəsiləsinin yukka cinsinə aid bitki növü. Vətəni ABŞ-dır. Meksika körfəzində Georgi ştatında və Missuri gölünə qədər təbii halda yayılmışdır. Hündürlüyü 2 m-ə qədər olan həmişəyaşıl koldur. Gövdəsi kifayət qədər yumşaq, tünd-yaşıl rənglidir. Təpə hissəsi xətvari yarpaqların sıx topası ilə qurtarır. Qısa, şaxələnmiş gövdəsi 1-1,5 m-ə qədərdir. Cod lifli yarpaqları gövdənin ucunda rozetə yığılmışdır. Yarpaq ayası uzunsov-lansetvari, dərili, boz-yaşıl, uzunluğu 90 sm-ə çatan, sallaq, kənarları dişli və ucu iynəlidir.
Əzvayyarpaq yukka
Əzvayyarpaq yukka (lat. Yucca aloifolia) — qulançarkimilər fəsiləsinin yukka cinsinə aid bitki növü. Şimali Amerika, Bermud adaları və Yamaykaya qədər təbii halda yayılmışdır. Yavaş böyüyür və tədricən hündürlüyü 8 sm olan şarşəkilli kol və ya kiçik ağac formasını alır. Gövdələrinin aşağı hissəsi çılpaqdır. İri bitkilərin oduncaqlı gövdəsi çox şaxələnmiş olur. Budaqların uclarında cod lifli yarpaqların möhkəm rozetləri vardır. Yuxarı hissəsi köhnə yarpaqların qalıqları ilə örtülmüşdür; təpəsində tünd-yaşıl rəngli, sərt, lətli yarpaq topası yerləşir. Yarpaq ayası uzunsov lansetvari, tünd-yaşıl dərili, uzunluğu 40–75 sm, eni 30–40 mm-dir. Yanları xırda dişli, təpəsində uzunluğu 50 mm olan iti tikanları var, kənarları dişli olub, bir iynə ilə qurtarır.
Yuka Kado
Yuka Kado (d. 19 iyun 1990) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Yuka Mannami
Yuika Mannami (萬波ユカ, 23 avqust 1992, Mie prefekturası) – Yaponiya fotomodeli. The Society Management (Nyu-York), Elite Model Management (Paris, London, Barselona), Why Not Model Management (Milan), Donna Models (Tokio) agentlikləri ilə əməkdaşlıq edir. Yuka Mannami 23 avqust 1992-ci ildə Yaponiyanın Mie prefekturasında anadan olmuşdur. 18 yaşına kimi balerina olmuşdur. Mannami karyerasına tibb bacısı kimi başlamışdır. 23 yaşında ikən Instagram vasitəsilə kəşf edilmiş və Tokiodakı Fendi şousunda model kimi çıxış etmişdir. Shiseido, Uniqlo, Givenchy, Gap, Nordstrom, Aldo Shoes və Bottega Veneta kimi brendlərin reklamlarında iştirak etmişdir. Manami "Teen Vogue", "Harper's Bazaar Hong Kong", "CR Fashion Book", "Vogue Italia" və "American Vogue" jurnallarında model kimi görünmüşdür.
Yuka Miyazaki
Yuka Miyazaki (d. 13 oktyabr 1983) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 18 oyun keçirib, 2 qol vurub.
Yuka Momiki
Yuka Momiki (d. 9 aprel 1996) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 21 oyun keçirib, 6 qol vurub.
Yuka Yamazaki
Yuka Yamazaki (d. 29 iyun 1980) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 7 oyun keçirib.
Yuba qraflığı (Kaliforniya)
Yuba — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 72,155 nəfər olmuşdur. Mərkəzi Merisvill şəhəridir.
Cubba
Cubba — Somalinin cənubunda Cubbalend adlanan yerdə çay. Uzunluğu 1600 kilometr. Əsasını Efiopiya ilə sərhəddə Daya və Genale çaylarının kəsişdiyi yerdən götürür və cənuba, Hind okeanına axır. Çayın adı ilə Somalinin əyalətləri adlanır: Orta Cubba və Aşağı Cubba.
Cubqa
Cubqa — Krasnodar diyarının Tuapse rayonunda şəhər tipli qəsəbə (kurort qəsəbəsi). Cubqa şəhər qəsəbəsinin inzibati mərkəzi. Qəsəbə Qara dənizin Cubqa körfəzinin sahilində və Cubqa çayının mənsəbində yerləşir. Ərazidə enliyarpaqlı və iynəyarpaqlı meşələr üstünlük edir. Rayon mərkəzindən 52 km şimal-qərbdə — Tuapse şəhəri yerləşir. Krasnodardan Cubqaya Adıgeysk, Qoryaçıy Klyuç və Xrebtovı marşrutu ilə 108 km uzunluğunda avtomobil yolu gəlir. Cubqa çimərlikləri əsasən qumlu və qumlu-çınqıldır. Burada düşərgələr, avtoturizm bazaları və "Qolubaya buxta", "Qornı vozdux", "İnal" kimi müxtəlif istirahət mərkəzləri fəaliyyət göstərir. Müxtəlif pansionatlar da var. Cubqa Aralıq dənizi iqlim zonasına daxildir.
Dubna
Dubna — Rusiya Federasiyasında yerləşən şəhər, Moskva vilayətinə daxildir.
Lukka
Lukka (it. Lucca) — Toskananın yerləşən şəhərdir, eyni adlı vilayətin inzibati mərkəzidir.
Yolka
Yelizaveta Valdemarovna İvantsiv (ukr. Єлизаве́та Вальдема́рівна Іванці́в, Yolka azərb. Küknar‎ və ya Yeni il ağacı, rus. Ёлка, ukr. Йолка; 2 iyul 1982, Ujqorod) — Ukraynalı-rus müğənni və prodüser. Keçmişdə "6 nömrəli palata" Ujqorod şəhərinin KVN komandasının iştrakçısı olmuşdur. Yelizaveta Valdemarovna İvantsiv 2 iyul 1982-ci ildə Ujqorod şəhərində anadan olub. O, musiqiçi ailəsində anadan olub, belə ki, atası caz musiqidi kolleksiyaçısı idi, anası isə üç musiqi alətində ifa edə bilirdi. O, məktəbin xor cəmiyyətində oxumağa başlamış, daha sonra vokal dairəsinə keçmişdir. Məktəbin Şən və Hazırcavablar Klubunda iştirakı ona uğur qazandırmışdır.
Yucca
Yukka (lat. Yucca) — qulançarkimilər fəsiləsinə aid bitki cinsi. Clistoyucca (Engelm.) Trel. Samuela Trel. Sarcoyucca (Engelm.) Linding. Yukka bitkisinin üzərində böyük yarpaqlardan ibarət xonça forması, onun da mərkəzində krem rəngli çiçəkləri olan bir sap yerləşir. Avizə ağacının xüsusiyyəti tozcuqlarının maili olmasıdır. Buna görə bitkinin erkəkciklərindəki çiçək tozunu ancaq maili ağız quruluşuna malik güvə növü toplaya bilir. Yukka ağacının güvəsi topladığı çiçək tozlarını bir-birinə sıxıb top formasına salır və bunu başqa yukka ağacının çiçəyinə daşıyır. Əvvəlcə çiçəyin dibinə enir və öz yumurtalarını qoyur.
Yunko
Junco (lat. Junco) — Sərçəkimilər dəstəsinə Vələmir quşları fəsiləsinə aid cins. Bu cinsin nümayəndələri əsasən Şimali Amerika ərazisində yayılmışdır. Şimali Amerikanın iynəyarpaqlı meşələrindən tutmuş mərkəzin enliyarpaqlı meşələrinə kimi ərazilərdə yayılmışdır. Adətən cənuba miqrasiya edirlər. Bir qismi oturaq həyat sürür. Yer üzərində qidalanırlar. Quşlar sürülər halında yaşayırlar. Tum və həşaratlarla qidalanırlar. Yuvanı əsasən yerdə qururlar.
Yutpa
Rubia
Boyaqotu (lat. Rubia) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinə aid bitki cinsi. Boyaqotu Azərbaycanda qədim zamanlardan becərilən və xüsusi əhəmiyyət kəsb edən texniki bitkilərdən biridir. Boyaqotu adı ilə tanınan bu bitkidən toxuculuqda qırmızı rəng kimi istifadə edildiyi üçün ona qızıl boya adının verilməsi də təsadüfi deyildir. Azərbaycanda yabanı halda bitdiyini və toxuculuqda rəng üçün geniş istifadə edildiyini nəzərə alsaq, onun bu ərazidə hələ eramızdan çox-çox əvvəl becərildiyini ehtimal etmək olar. Lakin ilk orta əsrlərdə bu bitkinin Azərbaycanda geniş becərilməsi tamamilə qanunauyğun bir haldır. Bu dövrdə feodalizmin təşəkkülü, şəhərlərin yaranması və inkişafı bu şəhərlərdə toxuculuğun geniş miqyas alması və bununla əlaqədar olaraq rəngə olan tələbat boyaq kökünün daha bol istehsalını tələb edirdi. Ona görə də ölkədə boyaqotu bitkisinin əkin sahəsi də artırdı. Əsrlər boyu boyaqotu bitkisinin becərilməsində elə bir əsaslı dəyişiklik olmamışdır. Başqa bitkilər kimi, boyaqotu bitkisi xam torpaqda daha çox məhsul verir.