Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kəramət
Kəramət – xariqüladə hadisə olub, ruhi paklıq, batini saflıq və Allaha yaxınlıq sayəsində baş verir. Bəzən haqqın təntənəsi və ucalığı haqqında yaranan qeyri-adi hallara kəramət deyilir. Kəramət dedikdə fövqəladə şeylər nəzərdə tutulur. Bu fövqəladəlik bir peyğımbərdə olduğu halda möcüzə, vəlilərdə, seyidlərdə və s. olduğu halda isə kəramət adlanır. Peyğəmbərdə vəhylə həyata keçirildiyi üçün möcüzə, vəlilərdə ilhamla gerçəkləşdiyi üçün kəramətdir. Kəramət əsla peyğəmbərlik iddiasında olmayan şəxsə aiddir.
Zəmanət
Zəmanət və qarant — zəmanət verən şəxs; dövlət, təşkilat, müəssisə, fərd ola bilər. Subyekt hər hansı öhdəliklərə və ya bir şeyin keyfiyyət və xüsusiyyətlərinə görə müəyyən məsuliyyət (öhdəlik) elan edir və öz üzərinə götürür. Zamin duran şəxsə zəmanətçi və ya qarantçı deyilir. Dövlət vətəndaşlara və ya hüquqi şəxslərə hər hansı öhdəlikləri yerinə yetirmək üçün təminatlar verə bilər. Məsələn, dövlət zəmanəti dövlətin vətəndaşlar və ya hüquqi şəxslər qarşısında maddi və ya qeyri-maddi nemətlərin verilməsini nəzərdə tutan öhdəliyidir. Hüquqi təminatlar isə qaydalar toplusudur ki, onlara əsasən dövlət şəxsə məxsus bütün qanuni hüquqlara hörmət etməlidir. Zəmanətin subyekti təsərrüfat subyekti ola bilər. Məsələn, bank zəmanəti borclunun (əsas verənin) tələbi ilə bankın, digər kredit təşkilatının, sığorta təşkilatının və ya digər kommersiya təşkilatının (zəmanətçinin) verdiyi öhdəliklərin yerinə yetirilməsini təmin etmək üsullarından biridir. kreditora (faydalanan şəxsə) onun ödənilməsi tələbi ilə onlara pul məbləği ödəmək öhdəliyi. Marketinq vasitəsi kimi zəmanət məhsulun satışa çıxarılan istehlak xüsusiyyətlərinə uyğunluğunun göstəricisidir.
Ziyamət
Ziyamət — Osmanlı imperiyasının torpaq sistemində illik gəliri 20.000 axça ilə 100.000 axça arasında dəyişiklik göstərən torpaqlar və bu torpaqlardan alınan vergi. Əyalət mərkəzlərində yaşayan ali səviyyəli idarəçilərə (xəzinə və timar xəzinədarlarına, sancaqlardakı alay rəhbərlərinə, qalaların dizdarlarına, divan məmurlarına və s.) verilirdi.
Zəhmət
Zəhmət (1935-ci ildən), Haçaparaq — Qərbi Azərbaycanda azərbaycanlıların yaşamış olduğu kənd. Kənd rayon mərkəzindən 3 km şimal-qərbdə, Zəngi çayının sağ sahilində yerləşir. Zəngibasar rayonu təşkil edilənədək (14 yanvar 1969) Vağarşabad rayonunun tərkibində olmuşdur. Erməni mənbələrində kəndin tarixi adı Xacaparaq, Azərbaycan mənbələrində Xocəparak kimi qeyd edilir. 1728-ci il tarixdə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan dilində «haçalanmanın başlandığı yer» mənasında işlənən haça sözü ilə, qədim türk dilində «gecələr heyvan salınan, hasarlanmış yer» mənasında işlənən parax sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 .l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Zəhmət qoyulmuş, Ermənistan prezidentinin 19.IV. 1991-ci il fərmanı ilə yenidən dəyişdirilərək Xaçpar adlandırılmışdır. Kənddə 1831-ci ildə 326 nəfər, 1873 - cü ildə 716 nəfər, 1886-cı ildə 753 nəfər, 1897-ci ildə 1059 nəfər, 1904 - cü ildə 992 nəfər, 1914 - cü ildə 1135 nəfər, 1916-cı ildə 1113 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunmuşdur.
Əlamət
Əlamət dəqiq elmlərdə hansısa halın faktlarının təsviri.
Firuz Səxavət
Firuz Əmirxan oğlu Məmmədov (Firuz Səxavət) (23 avqust 1972, Gülablı, Ağdam rayonu) — xanəndə, muğam ustası, Azərbaycan Respublikasının əməkdar artisti (2005). Məşhur xanəndə Səxavət Məmmədovun qardaşıdır. == Həyatı == Firuz (Fehruz) Əmirxan oğlu Məmmədov 1972-ci il avqust ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olmuşdur. 1979–1990-cı illərdə Ağdam Abdal-Gülablı kənd məktəbində orta təhsil almışdır. 1985–1990-cı illərdə ilk musiqi təhsiliniXan Şuşinskinin adını daşıyan Ağdam musiqi məktəbində almışdır. İlk müəllimi, Qarabağ xanəndəlik məktəbinin ənənələrini qoruyub yaşadan, zənginləşdirən və bu gün də yeni gələn xanəndələr nəslinin təlim – tərbiyəsində əməyini əsirgəməyən Əlisəfa Hüseynov olmuşdur. 1984–1985-ci illərdə "Qarabağ bülbülləri" ansamblında fəaliyyət göstərmişdir. 1990–1992-ci illərdə Hərbi xidmət keçmişdir. 1994–1998-ci illərdə Azərbaycan Milli Konservatoriyasında professor Arif Babayevin sinfində ali təhsil almışdır. 2000-ci ildən Xətai rayonu 25 saylı musiqi məktəbində pedaqoji fəaliyyətə başlamışdır.
Kəramət Böyükçöl
Kəramət Böyükçöl (tam adı: Kəramət Qəşəm oğlu Nəcəfov; 17 oktyabr 1987, Əliqullar, İmişli rayonu) — Azərbaycan yazıçısı, publisist. == Həyatı və fəaliyyəti == Kəramət Böyükçöl 17 oktyabr 1987-ci ildə İmişli rayonunun Əliqulular kəndində anadan olub. Səbail rayonu 51 saylı orta məktəbini bitirib. 2007–2011-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Azərbaycan ictimaiyyəti onu ANS TV-də qonaq olduğu bir verilişdə dediyi erotik şeirlə tanıdı. 2010-cu ildə Azərbaycan Yazıçılar Birliyinə üzv olmuşdur. 11 noyabr 2015-ci ildə sərt tənqidləri və çıxışları səbəbilə Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən kənarlaşdırılıb. Böyükçöl 18 avqust 2020-ci ildə kirayə qaldığı bir evdə sərxoş halda "Facebook" hesabından açdığı canlı yayımda hökuməti tənqid edərkən polis tərəfindən basılmış və zor tətbiq edilərək saxlanılmışdır. O, canlı yayımda ölkənin digər bəzi məşhurlarına qarşı təhqirlər də etmişdir. Polis verdiyi açıqlamada qonşuların bu vəziyyətdən rahatsız olduğunu və şikayət etdiklərini bildirmişdir.
Kəramət Hüseynov
Kəramət Hüseynov (30 avqust 1998, Bakı) — Azərbaycanı təmsil edən cüdoçu. == Həyatı == Kəramət Hüseynov 1998-ci il avqustun 30-da anadan olub. 2007-ci ildən cüdo ilə məşğul olur. İdmana gəlməsinə dayısı (anasının qardaşı), olimpiya çempionu Elnur Məmmədli ilham olub. Atilla İdman Klunun üzvüdür. Şəxsi məşqçisi Emin Fətullayevdir. == Karyerası == Kəramət Hüseynov 2014-cü ilin aprelində Portuqaliyada baş tutan yeniyetmələr arasında European Cup beynəlxalq turnirinin qalibi oldu. Bu onun beynəlxalq turnirlərdə birinci uğuru idi. 2015-ci ildə Antalya şəhərində European Cup beynəlxalq turnirinin qalibi olan Kəramət Hüseynov iyulda Gürcüstanda Avropa Gənclər Olimpiya Festivalını gümüş medalla başa vurdu. 2016-cı il ərzində Kəramət Hüseynov Avstriya, Çexiya və Almaniyada baş tutan European Cup beynəlxalq turnirlərində bir dəst medala sahib oldu.
Seyran Səxavət
Xanlarov Seyran Əsgər oğlu — yazıçı, şair, nasir, tərcüməçi, 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Seyran Səxavət 1946-cı il martın 23-də Füzuli rayonunun (keçmiş Qarabulax rayonu) Yağlıvənd kəndində anadan olmuşdur. Həmin kənddə orta məktəbi bitirdikdən sonra Natəvan adına Füzuli şəhər məktəbində direktorun köməkçisi vəzifəsində işləmişdir (1962-1964). Sonra ADU-nun şərqşünaslıq fakültəsində təhsil almışdır (1964-1970). Sovet Ordusu sıralarında əsgəri xidmət zamanı SSRİ Müdafiə Nazirliyində tərcüməçi olmuşdur (1970-1972). "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında xüsusi müxbir, ədəbi işçi kimi çalışmış, sonra iki il İranda tərcüməçi işləmişdir (1974-1976). Yenidən Bakıda "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi kimi fəaliyyət göstərmişdir (1976-1981). Sonra "Ulduz" jurnalı redaksiyasında nəsr şöbəsinin müdiri işləmişdir (1981-1991). Bədii yaradıcılığa 1962-ci ildən dövri mətbuatda çap etdirdiyi şeir, hekayə və publisist yazıları ilə başlamışdır. Həmin vaxtdan mərkəzi və respublika mətbuatı səhifələrində müntəzəm çıxış edir.
Səxavət Abbasov
Səxavət Baxışov
Səxavət Mamed oğlu Baxışov (3 aprel 1979, Tüntül, Qutqaşen rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. 3 aprel 1979-cu ildə Qəbələ rayonu Tüntül kəndində anadan olmuşdur.1994-cü ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur və 1997-ci ildə oranı bitirərək, elə həmin ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2001-ci ildə Hərbi məktəbi "Tankçı" ixtasısı üzrə bitirmişdir. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Səxavət Baxışova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.
Səxavət Hacıyev
Hacıyev Səxavət Əbi oğlu (d.01.12.1966-v.25.01.1993) — Hacıyev Səxavət Əbi oğlu (01.12.1966–25.01.1993) Lerik rayonunun Rvarud kəndində anadan olmuşdur. 1974–1984-cü illərdə Rvarud kənd orta məktəbində oxumuşdur. 1984-cü ildə Bakı Politexnik Texnukumuna daxil olmuşdur.1984-cü ilin noyabrından 1986-cı ilin noyabrına qədər Həqiqi Hərbi xidmətdə olmuşdur. Səxavət hərbi xidmətdən sonra texnikumda oxudu və 1989-cu ildə oranı bitirmişdir. Erməni dığaları Moskvanın köməyi ilə Azərbaycan torpaqlarında yeni-yeni qəddarlıqlar törədirlər. Xocalı faciəsi bunların ən dəhşətlisi idi. Səxavət heç cür özünə yer tapa bilmirdi. O, 1992-ci ilin fevralın sonuncu günundə Bakıda Hərbi Qərargaha yollandı və könüllü olaraq Qarabağa getdi. Səxavətin ilk döyüş yeri qədim və əzəmətli Şüşa şəhəri oldu. Cəsur igid burda neçə-neçə döyüşdə fərqləndi, döyüş dostlarını mübarizəyə ruhlandırdı.
Səxavət Həsənov
Səxavət Məhərrəmov
Səxavət Məhərrəmov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. 5 dekabr 1973-cü ildə Qərbi Azərbaycanın Şörəyel mahalında Amasiya rayonunun Qaraçanta kəndində anadan olmuşdur. 1988-ci illərdə erməni faşistləri Azərbaycanlıları buradan deportasiya edərkən Səxavət Məhərrəmovun ailəsi 11 dekarda 1988-ci il tarixində Gümrü-Dilican-Qazax yolu erməni seperatçı quldur dəstələri tərəfindən Dövlət səviyyəsində Azəri Türklərinin kecidinə bağlandigından,Qar-Axan dag silsiləsinin,Qar-Axac dağ aşırımını keçərək Gürcüstanın Marneuli rayonunun Daştəpə kəndinə köç etmiş, 21 dekabr 1988-ci ildə isə daha münasib, Gürcüstanın Caqareco rayonunun Düzəyrəm kəndinə pənah aparmışlar.Səxavət Məhərrəmov Düzəyrəm kənd orta məktəbində 6 ay təhsilini davam etdirmişdir.1989-cu ilin iyun ayının 22-də ailəsi ilə birlikdə Qaradağ rayonunun Lökbatan qəsəbəsində daimi məskunlaşmışlar. Səxavət 1991-cı ildə burada 106 saylı məktəbi bitirir. Milli Azadlıq Hərəkatının fəal üzvlərindən biri olur. O, şer yazardı, musiqiyə, şerə həvəsi sonsuz idi. 1992-ci il 27 iyun Ağdərənin Kiçik Qarabəy (keçmiş Möhrətağ) kəndi uğrunda qanlı döyüşlər gedirdi onlarla erməni yarqlısı məhv edildikdən sonra bölmə geri dönərkən meşədə mühasirəyə düşür, Səxavət 19 yaşında canından əziz tutduğu vətən uğrunda qəhrəmancasına həlak oldu. Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə Məhərrəmov Səxavət Ələmdar oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Lökbatan qəsəbəsindəki 106 saylı məktəbə qəhrəmanımızın adı verilib, burada büstü qoyulub.
Səxavət Məmmədov
Səxavət Əmirxan oğlu Məmmədov (23 oktyabr 1953, Gülablı, Ağdam rayonu – 30 sentyabr 1991, Azərbaycan) — Azərbaycan xanəndəsi. Səxavət Məmmədov 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olmuşdur. Səxavətin də səsi "Segah"a yatımlı idi, ruhu "Segah"a bağlı idi. Oxuduğu mahnıların əksəriyyəti məhz "Segah" ladındadır. "Ay Bəri Bax", "Uca Dağlar", "Yar Bizə Qonaq Gələcək", "Ay Çiçək", "Sarı Bülbül" "Sona Bülbüllər" və s. 1971-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumununa daxil olan Səxavət ustad xanəndə, xalq artisti Hacıbaba Hüseynovdan muğamın sirlərini öyrənir. 1976-cı ildə "Hümayun" xalq ansmblının solisti olur. 1983–88-ci illərdə Dövlət İncəsənət İnstitutunda təhsil alan Səxavət Məmmədov Azərbaycan muğamını bir çox ölkələrdə təmsil edir. Yaratdığı “Qarabağ” instrumental ansamblı isə xanəndənin şah əsərlərindən biri kimi bu gün də yaşayır. “Qarabağ” instrumental ansamblı Qarabağ hadisələrinin ilk illərində yarandı.
Səxavət Nur
Nurullayev Səxavət Xudabaxış oğlu (25 yanvar 1979, Quba) — radio və televiziya aparıcısı, aktyor. Səxavət Nur (Səxavət Nurullayev) 25 yanvar 1979-cu ildə Qubada anadan olub.1996-cı ildə Bakıda 109 saylı orta məktəbi bitirib. 2000-ci ildə Təfəkkür universitetinin Hüquq fakültəsindən məzun olub. 1999-cu ildə Burç fm radiosunda dj fəaliyətinə başlayıb. 2001-ci ildə STV (indiki Xəzər TV) telekanalında ilk dəfə teleaparıcılığa başlayıb. Bir müddət "Kokteyl" musiqili-əyləncəli verilişin aparıcısı olub. 2003-cü ildə Lider TV-də yayımlanan "Teletime" intellektual-əyləncəli verilişinə dəvət olunub və 2007-ci ilin may ayına qədər Burç FM-də radioaparıcılıqla yanaşı, "Teletime"-ın aparıcısı olub. 2007-2009-cu illərdə AzTV-nin "Səhər" verilişinin, eləcə də 2007-ci ildə AzTV-də yayımlanan "Muğam Televiziya Müsabiqəsi"-nin aparıcısı olub. Bir sıra kütləvi tədbirlərin və bayramların aparıcılığını edib. 2009-cu ildə Bakıda keçirilən "Beynəlxalq muğam Festivalı"-nın aparıcılarından biri olub.
Səxavət Quliyev
Səxavət Sahil
Səxavət Sahil (1 yanvar 1982) — azərbaycanlı yazıçı, şair; Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü. Səxavət Sahil 1982-ci il yanvarın 1-də anadan olub. 1999–2003-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyasında ali təhsil alıb. 2003–2004-cü illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib. 2005-ci ildə Bakıdakı Niderland Jurnalistika Məktəbini bitirib. 2000–2006-cı illərdə "Gün" qəzetində çalışıb. 2006–2010-cu illər ərzində "Azad Azarbaycan" Televiziyasının Xəbərlər departamentində müxbir işləyib. 2010–2014-cü illərdə "Azad Azarbaycan" televiziyasında "Atvxeber.az" xəbər saytının rəhbəri olub. 2012–2014-cü illərdə Bakı Slavyan Universitetinin "Yaradıcılıq fakültəsi"ndə təhsil alıb. 2012-ci ildə yaratdığı "Avanqard.net" mədəniyyət portalının qurucusu və baş redaktorudur.
Səxavət Səttarov
Səxavət Talıbzadə
Səxavət İsmayılov
Səxavət Şərifov
Zəmanət İbrahimli
Kəramət (ad)
Kəramət Böyükçöl — Azərbaycan yazıçısı, publisist. Kəramət Hüseynov — Azərbaycanlı cüdoçu.
Zəhmət Şahverdiyev
Zəhmət Əbülfət oğlu Şahverdiyev (11 noyabr 1942, Kotanlı, Paşalı rayonu – 5 mart 2022, Bakı) — Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor. AMEA-nın müxbir üzvü (2014). Zəhmət Şahverdiyev 1 noyabr 1942-ci ildə Qərbi Azərbaycanın Dərələyəz mahalının Kotanlı kəndində anadan olmuşdur. 1949–1958-ci illərdə Kotanlı kəndində səkkizillik, 1958–1961-ci il illərdə Qovuşuq kəndində tam orta məktəbi bitirmişdir. 1966–1970-ci illərdə Bakı şəhərində, ADPİ-də əyani şöbə üzrə təhsil almış, buranı tarix ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1968–1970-ci illərdə həmin institutda "Beynəlxalq münasibətlər üzrə mühazirəçi" ixtisası almışdır. 1970-ci ildə Azərb.SSR Ali və Orta Təhsil Nazirliyinin göndərişi ilə ADPİ-nun Naxçıvan filialına müəllim təyin edilmişdir. 1978–1981-ci illərdə Azərb.SSR EA Tarix İnstitutunun aspiranturasında qiyabi şöbə üzrə təhsil almışdır. 1984-ci ildə elmlər namizədi adı almaq üçün dissertasiya müdafiə etmişdir. 1978-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunda baş müəllim, 1989-cı ildən isə dosent vəzifələrində çalışmışdır.
Sexmet
Sexmet (/ˈsɛkˌmɛt/ və ya Şaxmis /ˈsækmɪs/, digər orfoqrafiyalarda — Səxmet, Səxət, Saxet, qibt. Ⲥⲁⲭⲙⲓ) — Şəfa və döyüşçü ilahəsi. O, aslan kimi təsvir edilmişdir. O, fironların qoruyucusu kimi təqdim olunur və onları müharibədə yönləndirirdi. Öləndən sonra Sexmet onları ölümdən sonrakı həyata daşıyaraq qorumağa davam etdi. Sekhmet günəş tanrısıdır, bəzən Ra qızı adlanır və tez-tez Hathor və Bastet ilahələri ilə əlaqələndirilir. O, onu Wadjet və royalti ilə əlaqələndirən Uraeus və günəş diski taxır. Sekhmet günəş tanrısı Ra'nın qızı idi və Ra'nın gücünün intiqamçı təzahürü olan Ra'nın Gözü kimi çıxış edən ən əhəmiyyətli ilahələrdən biri idi. Sekhmetin odla nəfəs aldığını deyirdilər və nəfəsini səhranın isti küləklərinə bənzədirdilər. O, həm də xəstəliklərdən qorunmağa çağırıldığı halda, epidemiyalara səbəb olduğuna inanılırdı (onları xidmətçiləri və ya elçiləri adlandırırdılar).