Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çaxnaşma
Çaxnaşma, bir affekt növü, doğru ya da yalan təhlükə ilə birgə gələn dəhşət duyğusudru. Çaxnaşmaya düşdüyü zaman insan keçirdiyi böyük qorxu nəticəsində özünü düşüncəli kontrol edə bilmir.
Bazar çaxnaşması
Bazarlıq təşvişi — fövqəladə hal baş verdikdə və ya baş verməsi gözlənildikdə; və ya yüksək qiymət artımı və ya defisit əvvəlcədən hiss edildikdə istehlakçıların eyni bir məhsulu tələbatdan artıq sayda, çox miqdarda alması. Bazar çaxnaşması sürü psixologiyasının bir növüdür. "Moda, keçici həvəs, səhm bazarında atılan addımlar, istehlak mallarının əldə edilməsi, alış-veriş xəstəliyi, məhsul ehtiyatlarının toplanması və bank çaxnaşması kimi kollektiv hərəkətlər"i araşdıran iqtisadi tədqiqatların geniş bir sahəsi olan istehlakçı davranışı nəzəriyyəsində maraq kəsb edən sahələrdən biridir.Bazar çaxnaşması qıtlıq riskinin real olub-olmamasından asılı olmayaraq əsl qıtlıqla nəticələnə bilər; axırıncı ssenari gözlənti effektinə nümunədir. == Nümunələr == Bazar çaxnaşması aşağıdakı hadisələrdən əvvəl, hadisələrin gedişində və ya bitdikdən sonra baş vermişdir: Veymar Respublikasında hiperinflyasiya Benqaliyada kütləvi aclıq (1943) 1962-ci il Karib böhranı — ABŞ-da konservləşdirilmiş qidaların alınmasında çaxnaşmaya səbəb oldu. 1979-cu il neft böhranı — Neftin alınmasında Yaponiyanın başlatdığı çaxnaşmaya səbəb oldu. 2000-ci il problemi — ərzaq. 2001 — 11 sentyabr terror aktlarının ardınca beynəlxalq əmtəə bazarlarında metal, qızıl və neft alışında çaxnaşma. 2003-cü ilin yanvar-fevral aylarında SARS infeksiyasının yayıldığı dövrdə Çinin Quandun əyalətində və qonşu Haynan və Honkonqda duz, düyü, sirkə, bitki yağı, antibiotiklər, maska və Çin xalq təbabəti vasitələri kimi bir sıra məhsulların alışında çaxnaşma baş vermişdi. 2000 və 2005-ci illərdə Böyük Britaniyada dizel yanacağı ilə bağlı etiraz aksiyaları keçirilmişdir. 2005-ci ildə Cilin kimya zavodunda partlayışlar — su, ərzaq 2008–13-cü illərdə Amerika Birləşmiş Ştatlarında sursat çatışmazlığı — prezident Barak Obamanın hakimiyyəti dövründə mülki silahlanma ilə bağlı qanunların sərtləşməsindən qorxan silah sahiblərinin çaxnaşması silah-sursat çatışmazlığının səbəblərindən biri idi.
Adaptiv yanaşma
Adaptiv yanaşma — insan psixikasının fəaliyyətinə və prinsiplərinə dair neofreydçi nəzəri baxışlardan biridir. Bu yanaşma, genetik yanaşma ilə yanaşı, Ziqmund Freydin metapsixologiya sahəsindəki ilkin inkişaflarına əlavə olaraq, 1940-cı illərin əvvəllərində ingilis psixoanalitiki Edvard Qlover tərəfindən tərtib edilmişdir.Adaptiv yanaşma müxtəlif psixososial amillərin insan psixikasına təsirini nəzərdə tutur. Bu yanaşmaya görə, insanın qəbul etdiyi istənilən qərarlar, hətta nevrotik qərarlar da (məsələn, iddia) fərdin ətraf mühitlə qarşılıqlı əlaqə təcrübəsinə əsaslanır. Ümumiyyətlə, adaptiv nöqteyi-nəzər nəzərə alır ki, insan ətraf mühitə uyğunlaşma prosesini heç vaxt dayandırmır (uyğunlaşma prinsipcə mövcudluğun ayrılmaz hissəsi kimi əldə edilir) — müvafiq olaraq, fərdlərin ətraf mühitin təsiri altında dəyişməsi faktı fiziki və sosial mühit nəzərə alınır.
Kibernetik yanaşma
Kibernetik yanaşma – kibernetik yanaşmanın mahiyyəti ondan ibarətdir ki, hər bir məqsədyönlü davranış idarəetmə kimi nəzərdən keçirilir. Geniş, kibernetik mənada idarəetmə – süni obyektlər və canlı orqanizmlərin idarə olunması haqqında müxtəlif elmlərdə toplanmış metod və üsulların ümumiləşdirilməsidir. İdarəetmə dedikdə mühitin, idarəetmənin obyekti adlandırılan bir hissəsinə məqsədyönlü təsirin təşkili prosesi başa düşülür. Bu proses zamanı obyektlə qarşılıqlı təsirdə olan subyektin tələbatları ödənilir. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Sistemli yanaşma
Sistemli yanaşma – mürəkkəb sistemlərin bütün baş xassələrini və onların qarşılıqlı əlaqələrini nəzərə alan, elmi cəhətdən əsaslandırılmış metoddur. Sistemli yanaşma mütəxəssislərin formal bilik və intuisiyalarını birləşdirərək məqsədyönlü analitik idəretməni stimullaşdırır. Sistemli yanaşmada tədqiqat prosesinin alt proseslərə ayrılması, proseslərin məqsədyönlü modelləşdirilməsi və təyin olunmuş problemlərin həlli üçün qərarların qəbulu alqoritmlərinin işlənməsi nəzərdə tutulur.
Fəal-xüsusi yanaşma
Temperamentin strukturuna fəal-xüsusi yanaşma — temperament xüsusiyyətlərinin necə təsnif və təşkil oluna biləcəyi modelini təsvir edən nəzəriyyə. Bu yanaşma, fəaliyyətin üç spesifik aspekti ilə əlaqəli əlamətləri ayırmağı təklif edir - fiziki, sosial-şifahi və zehni. Məsələn, insan uzun və/və ya gərgin fiziki işi uğurla yerinə yetirə bilər, lakin ünsiyyətdən çox tez yorulur və ya əksinə. Sürətli danışan insan fiziki obyektləri idarə etməkdə o qədər də sürətli olmaya bilər. Bu yanaşma yetkinlərin temperamentinin tədqiqində işlənib hazırlanmışdır və buna görə də Qərbdə uşaq psixologiyasında ümumi deyildi (burada temperament əsasən uşaqlarda fərdi fərqlərlə əlaqələndirilir). Bu yanaşmadan fərqli olaraq, temperamentin bütün digər modellərinə “enerjili” xüsusiyyətlər (məsələn, Fəaliyyət və ya Ekstraversiya) daxildir, lakin davranışın bu üç spesifik aspektinin tənzimlənməsi ilə bağlı enerji əlamətlərinin növləri arasında fərq qoyulmur. == Tarixi == Bu fikri ilk irəli sürən zehni əməliyyatlar zamanı yorğunluğu tədqiq edən Dodc olmuşdur. Dodc, fiziki və zehni səylərin müxtəlif sinir prosesləri tərəfindən tənzimləndiyini təklif etdi. Üç fərqli fəaliyyət növünə (fiziki, sosial-şifahi və zehni) aid olan davranış aspektlərini nəzərdən keçirmək ideyası həm neyroanatomik, həm də neyrokimyəvi cəhətdən dəstəklənmişdir. Tədqiqatın temperament əlamətlərinin neyrokimyasına inteqrasiyası 12 temperament əlamətinin tənzimlənməsində monoamin neyrotransmitterlərin, neyropeptidlərin və hormonların rolunu təsvir edən Funksional Temperamental Ansamblın neyrokimyəvi modelinin əsasını təşkil etdi.
Nauli Canaşia
Nauli Canaşia (gürc. ნაული ჯანაშია; d. 1 mart 1947, – ö. 17 mart 2015, Tbilisi, Gürcüstan) — Gürcüstan parlamentinin müxalifət fraksiyasını təmsilçisi, "Vahid Milli Hərəkat" partiyasının üzvü. == Həyatı == 1 mart 1947-ci ildə anadan olmuşdur. == Fəaliyyəti == 2012-ci ilin oktyabrında Gürcüstan parlamentinə keçirilən seçkilərdə Sameqrelo-Zemo Svaneti bölgəsinin Martvili rayonundan mojaritar qaydada deputat seçilmişdir. Parlamentdə fraksiya katibi, həmçinin beynəlxalq işlər və aqrar məsələləri üzrə komitələrin, Moldova, Belarus və Qazaxıstan dostluq qruplarının üzvü olmuşdur.17 mart 2015-ci ildə Tbilisidə vəfat etmişdir.
Simon Canaşia
Simon Canaşia (gürc. სიმონ ჯანაშია; 26 iyul 1900 – 5 noyabr 1947, Tbilisi) — gürcü tarixçisi və ictimai xadimi. Tarix professoru və Gürcüstan Milli Elmlər Akademiyasının qurucularından biri idi. Canaşia, 1900-cü ildə, Gürcüstanın cənub-qərbindəki Quriya əyalətindəki Makvanetidə anadan olmuşdur. Atası Nikoloz Canaşia (1872–1918), Abxaziyada anadan olmuş, pedaqoq, etnoqraf idi. 1922-ci ildə Simon Canaşia Tbilisi Dövlət Universitetini bitirdi. 1924–1977-ci illərdə orada müəllim (1924–1930), dosent (1930–1935) və professor (1935–1947) vəzifələrində çalışmışdır. 1941-ci ildə Gürcüstan Milli Elmlər Akademiyasının (GMEA) yaradıcılarından biri, 1941–1977-ci illərdə akademiyanın vitse-prezidenti və GMEA Tarix İnstitutunun direktoru olmuşdur. 1943-cü ildə Canaşia Sovet İttifaqı Elmlər Akademiyasının (indiki Rusiya Elmlər Akademiyası) üzvü seçildi. 1940-cı illərdə Gürcüstanın şərqindəki Msxeta və Armazidə arxeoloji qazıntılar təşkil etdi.
Gürcüstanın Simon Canaşia Muzeyi
Simon Canaşia Gürcüstan Muzeyi (gürc. სიმონ ჯანაშიას სახელობის საქართველოს მუზეუმი) əvvəllər Gürcüstanın Dövlət Tarixi Muzeyi kimi tanınan, ölkənin əsas arxeoloji tapıntılarını nümayiş etdirən Gürcüstanın paytaxtı Tiflisdəki əsas tarix muzeylərindən biridir. Muzey Rusiya İmperiya Coğrafiya Cəmiyyətinin Qafqaz Bölməsinin Muzeyindən yaranaraq, 10 may 1852-ci ildə qurulmuş və 1865-ci ildə Alman tədqiqatçısı Gustav Radde'nin təşəbbüsü ilə Qafqaz Muzeyinə çevrilmişdir. Gürcüstan Rusiyadan müstəqillik qazandıqdan sonra (1918), muzeyin adı 1919-cu ildə Gürcüstan Muzeyi olaraq dəyişdirildi. Noe Kipiani muzeyin ilk direktoru idi. Kolleksiyanın böyük bir hissəsi 1921-ci ildə Bolşeviklərin ölkəni ələ keçirilməsindən sonra Gürcüstan hökuməti tərəfindən Avropaya təxliyə edildi və 1945-ci ildə gürcü mühacir alimi Ekvtime Takaishvilinin səyləri ilə Sovet Gürcüstanına qaytarıldı. 1947-ci ildə muzeyə mərhum gürcü tarixçisi Simon Canaşianın adı verildi. 1990-cı illərin əvvəllərində Gürcüstanda postsovet qarışıqlıqları dövründə muzey xeyli zərər gördü. Əvvəlcə 1991-1992-ci illərdə baş verən hərbi çevriliş zamanı döyüşlərdə ziyan gördü və sonra kolleksiyasının bir hissəsi atəşlə məhv edildi. 2004-cü ildə Canaşiya Muzeyi Gürcüstan Milli Muzeyinin birgə idarəetmə sistemi altında digər aparıcı gürcü muzeyləri ilə birləşdirildi.