Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çobanbəy
Çobanbəy — Osmanlı İmperatorluğunun yaradıcısı olan Osman bəyin oğludur. Məzarı Bursa şəhərindədir. Qəbrinin olduğu yerin yerləşdiyi rayona Çobanbəy adı verilmişdir. Türbəsinin yanında köhnə bir məsciddən qalmış xarabalıqlar və kiçik qəbiristanlıq yerləşir. Umurbəy rayonunda yerləşir. Türbənin qabağında yerləşən köhnə bir zavodun bağçasında Çobanbəyin adına tikilmiş mədrəsənin qalıqları tapılmış olsa da, lakin hazırda bu sahə qazıntı sahəsi kimi hələ də gözləyir.
Çobanbəy türbəsi
Çoban bəy türbəsi Bursanın Mollaarap məhəlləsində, onun adını daşıyan küçədə yerləşir. Osmanlı dövlətinin yaradıcılarından olan Osman bəyin oğullarından Çobanbəyə məxsusdur. Türbədə Çoban bəyin sarkofaqı da daxil olmaqla beş sarkofaq mövcuddur. Türbənin kitabəsi olmasa da, vəqf qeydlərindən onun XIV əsrin əvvəllərində tikildiyi məlumdur. Türbənin kənarları 6,45 m-dir. Türbə kvadrat formasında olub, üstü yastı günbəzlə örtülmüşdür. Daş və kərpicdən hörülmüş əsas divarlarından qübbəyə keçid türk üçbucaqları ilə təmin edilmişdir. Giriş qapısı kərpicdən tikilmişdir və sivri önlüklüdür. Türbə cənub və şərq tərəfdən iki yuxarı və aşağı istiqamətli pəncərə ilə işıqlandırılmışdır. Türbənin qərb hissəsində yerləşən Çobanbəy məscidinin yalnız bünövrə qalıqları günümüzə qədər gəlib çatmışdır.
Qiyasəddin Xaqanbəy xan
Xaqanbəy xan — Şeyban xanın nəslindən gəlirdi. Əslən Sibir xanı idi, 2 dəfə Qızıl Orda xanı olsa da 1380-ci ildə Sarayda öldürüldü. Sibir ölkəsində onu Dövlət Şeyx xan, Qızıl Ordada isə Toxtamış xan əvəz etdi.
Cucumis melo var. hasanbey
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.