Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sirkətas
Sirkətas — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd. Rayon mərkəzindən 3 km məsafədə yerləşir. Toponim türk dilində «dərə», «təpə», «yarğan» mənasında işlənən sir (< sır) sözü ilə türk dilində «daş, qaya» mənasında işlənən tas sözünün birləşməsindən əmələ gəlmişdir. Fikrimizcə, «təpə, dərə, kiçik təpə, yarğan» mənasında işlənən sir (> sır) sözü Azərbaycan dilində «dağ beli, təpə, dağın hündür yamacı» mənasında işlənən sırt sözündə öz izini qoruyub saxlamışdır. Orotoponimdir. Quruluşca mürəkkəb toponinıdir. Kəndin adı 1920-ci ildə dəyişdirilib Xdrans qoyulmuşdur. Burada ermənilərdən başqa, 1926-cı ildə 6 nəfər azərbaycanlı yaşamışdır. 1929 - cu ildə azərbaycanlılar kənddən sıxışdırılıb çıxarılmışdır. İndi ermənilər yaşayır.
Çirkab (film, 2013)
Çirkab (ing. Filth) – 2013-cü ildə irland yazıçısı İrvin Uelşin eyniadlı romanı əsasında Con S. Beyrdin rejissorluğu ilə kriminal komediya-dram janrında çəkilmiş şotland filmidir. Film Şotlandiyada 27 sentyabr, İrlandiya və Britaniyada isə 4 oktyabr 2013-cü ildə vizyona girmişdir. ABŞ kinoteatrlarında filmin debütü 30 may 2014-cü ildə baş tutmuşdur. Bryus Robertson (Ceyms MakEvoy) Edinburqda polis serjantıdır; intriqant, manipulyativ, insanlara dəyər verməyən bir insandır, vaxtını narkotik alkoqol və bəzən də cinsi təcavüzlə keçirir, şəxsi evfemizmindən doğan çirkli oyunlarına ətrafındakı bir çox insanları cəlb edir. Robertson əxlaqlı və yaxşı tərbiyə görmüş dostu Klifford Bleysdi (Eddi Marsan) tez-tez qorxutmaqdan zövq alır, o, tez-tez masson lojasının üzvü olan bu dostunun arvadına zənglər edərək, oyunlarından biri kimi, onu qorxudur. Robertsonun həyatda əsas məqsədi detetktiv inspektor vəzifəsinə yüksəlməkdir və yapon tələbəbib öldürülməsi ilə bağlı araşdırmanı aparmağa başladıqda bu arzusuna gedən yolun açıldığını düşünür. Yavaş-yavaş o reallığa nəzarətini itirir, bununla belə oyunlarını davam etdirir, ağır hallüsinasiyalardan əziyyət çəkir. Filmin sonuna yaxınlaşdıqca onunhallüsinasiyaları daha da ağırlaşır və Bryus havalanır. Yuxu şəklində görünən və ona ağır psixotrapik dərmanlar verən həkimi vasitəsiylə məlum olur ki, Bryus körpəliyinin hansısa dövründə kiçik qardaşının ölümünə səbəb olmuş qəzanın baş verməsində özünü günahlandırır.