Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dəmək
Dəmək — Azərbaycanın əsasən Şimal rayonlarında ev quşlarının saxlanması üçün tikiliyə verilən ad. Kiçik və alçaq ev mənasında; daxma. Heyvanların torpaq altında qazıdıqları yuva. 1. Heyvanların torpaq altında qazıdıqları yuva. Tülkü dəməyi. Siçan dəməyi. – Günorta vaxtı siçan öz dəməyində olur, ona binaən ol zaman mallar yeri tapdalamaqdan dəməklərin deşikləri tutulduğuna siçanın nəfəsi darıxıb boğulub tələf olur. \"Əkinçi\". 2.
Önləmə təyyarəsi
Önləmə təyyarəsi (İngiliscə: Interceptor aircraft), düşmən təyyarələrinin vəzifələrini yerinə yetirməsinə maneə olmaq üçün yaradılmış olan təyyarə növüdür. Xüsusilə də, kəşfiyyat təyyarəsi və bombardmançı kimi müdafiəsiz təyyarələrə qarşı istifadə edilirlər. Çox yüksək performans üçün yaradılmış olan yüngül önləmə təyyarələri və hər bir hava şəraitində, gecə və uzun mənzildə xidmət edə bilən daha ağır önləmə təyyarələri olmaqla iki fərqli dizayn fəlsəfəsi ilə yaradıla bilər.
Ölmək hüququ
Ölmək hüququ — insanın öz həyatını sonlandırmaq və ya könüllü evtanaziyaya məruz qalmaq hüququ haqqında fikirlərə əsaslanan konsepsiya. Bu hüquqa görə, ölümcül xəstəliyi olan və ya yaşamaq arzusunda olmayan şəxslərə öz həyatlarını bitirməsinə, köməkli intihardan istifadə etməsinə və ya ömrü uzatmağa xidmət edən müalicədən imtina etməsinə icazə verilməlidir. Bu qərarı qəbul etmək səlahiyyətinin kimə məxsus olması çox zaman müzakirələrə səbəb olur. Bəzi müəlliflər və filosoflar, eləcə də Devid Benatar insanların həyatın keyfiyyətinə olan baxışlarının, həmçinin həyatın müsbət və mənfi tərəfləri arasındakı tarazlıq haqqında düşüncələrinin olduqca optimist olduğunu düşünür. Ölmək hüququ antinatalizm, kiminsə doğumu ilə əlaqədar təmsilçiliyin olmaması və kiminsə yaşamaq və ya ölmək seçimi ilə bağlı qərar qəbul etmək səlahiyyəti olan şəxsin inkar edilməsi şərtləri kimi hesab edilə bilər. Konsepsiyanın tərəfdarları ölmək hüququnu "bir kəsin bədəni və həyatı onun özünündür" və özünə uyğun gördüyü ilə bağlı sərəncam vermək azadlığı fikri ilə əlaqələndirirlər. Halbuki, irrasional intiharların qarşısını almağa çalışan legitim dövlət marağı bəzən mübahisələrə səbəb olur. Pilpel və Amsel yazır: Hinduizm ölümcül xəstəlikdən əziyyət çəkən və ya həyatda qalmaq üçün arzusu, istəyi və məsuliyyəti olmayan insanların ölmək hüququnu qəbul edir və qeyri-zorakı üsullarla - insanı aclıq həddinə çatdırmaqla ölümə icazə verir. Caynizmdə də eyni praktika var və santara adlanır. Digər dinlərin isə intihara yanaşması fərqlənir: onlar intiharı qınayır və ölmək hüququnu inkar edirlər.
Geri ödəmə müddəti metodu
Geri ödəmə müddəti metodu (ing. payback period) — ilə bir investisiyaya çəkilən xərcin nə qədər müddətə geri dönəcəyi hesablanır.[1] Misal üçün hər il 1000 AZN gəlir gətirən 3000 AZN-lik bir investisiya üç illik geri ödəmə müddətinə sahibdir. İnvestisiyanın gətirdiyi gəlirlərin kumulyativ cəminin investisiya məbləğinə bərabər olduğu və ya onu keçdiyi il geri ödəmə ili olur. == Məqsədi == Geri ödəmə müddəti metodu tez-tez istifadə edilən bir metoddur. Çünki akademik təhsil və çalışma sahəsindən asılı olmayan çox insan üçün istifadəsi asan və anlaşıqlıdır. Müəssisə bu metod vasitəsi ilə investisiya xərclərinin nə zaman geri dönəcəyini görür və buna uyğun olaraq investisiya layihəsinin reallaşdırılması ilə bağlı qərarını verir. == Düsturu == Geri ödəmə müddəti əsasən il olaraq ifadə olunur. Hər il üçün xalis nağd pul mədaxili(1) = Nağd pul mədaxili(1) - nağd pul məxarici(1)hesablanır. Daha sonra xalis nağd pul mədaxillərinin kumulyativ cəmi hesablanır. Cəmi investisiya məbləğinə bərabər edən il isə geri ödəmə ili olur.[2] Əgər hər il üçün pul daxil olmaları sabit(eyni) olarsa, geri ödəmə müddəti = İnvestisiya məbləği(C0) / təxmin olunan xalis nağd pul mədaxili(C) P P = C 0 C {\displaystyle PP={\mathbb {C} _{0} \over C}} Pul daxil olmaları müxtəlif olduqda isə aşağıdakı düsturdar istifadə edilir: P P = n + ( C 0 − C k ) C {\displaystyle {\displaystyle PP={n+{{(\mathbb {C} _{0}-\mathbb {C} _{k})} \over C}}}} [3] n - Pul daxilolmaların kumulyativ cəminin müsbətə keçdiyi ildən əvvəlki il C0 - İnvestisiya məbləği Ck - n -ci ilə qədər(n-ci ildə daxil olmaqla) pul daxil olmalarının kumulyativ cəmi Bu düstur geri ödəmə müddətindən sonra ortaya çıxacaq dəyərləri (mənfi və ya müsbət) nəzərə almır.
Olmek mədəniyyəti
Olmek mədəniyyəti — Meksikada arxeoloji mədəniyyət. Mezoamerikada məskunlaşan ilk insanların qoyub-getdikləri dəlillərin tarixi 20 min il bundan öncəyə gedib çıxır. Belə ki, Valsikimo, Tlapakoya ərazilərində tapılmış mızraq və ucluqlar belə sübutlardandır. 5000 ildən sonra artıq burada təsərrüfatla məşğul olan tayfalar məskunlaşmağa başlayır. B.e.ə. II minillikdən başlayaraq dağlıq və sahil ətrafında oturaq həyat tərzinə keçən tayfalar hakim mövqe əldə edirlər. B.e.ə. 1500-1000-ci illərdə Atlantik sahillərində yerləşən Verakrus ştatında mədəniyyət öz yüksək səviyyəsinə çatır. Olmek xalqının adı ilə həmin ərazi elə bu cür də adlandırıldı. Alimlər demək olar ki, bu xalqın mənşəyi haqqında heç bir məlumata malik deyillər.