Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gümrah Ömər
Gümrah Ömər (23 iyul 1973, Bakı) — Azərbaycan teatr rejissoru, "Səda" Tədris Teatrının Direktoru və Bədii rəhbəri(2017-ci ildən). Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi. == Həyatı == 1973-cü ildə Gürcüstan respublikasınında anadan olmuşdur. 1991-1996-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram teatrı və kino aktyorluğu" fakültəsində təhsil almış. 1995-ci ildən "Yuğ" Dövlət Teatrında aktyor, 2000-ci ildən rejissor kimi fəaliyyətə başlamışdır.2010-2013 illərdə Gəncə Dövlət Dram Teatrının, 2014–2017-ci il "Yuğ" Dövlət Teatrında baş rejissor vəzifəsində çalışıb, 2017-ci ildən "Səda" Tədris Teatrının direktorudur. 2017-ci ildən "Səda" Tədris Teatrında direktor və bədii rəhbər vəzifəsində çalışır.Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr Sənəti" fakültəsinin "Dram teatrı və kino aktyoru" kafedrasında müəllim vəzifəsində çalışır. == Quruluş verdiyi tamaşalar == == İştirak etdiyi teatr festivalları == "Milli klassika Festivalı" (Bakı-Azərbaycan)-2001-ci il; "Üfüq-XXI" monotamaşalar Festivalı (Bakı-Azərbaycan)-2002-cı il; "Qafqaz Kültürləri festivalı-2" (Kars-Türkiyə)-2005-ci il; "Beynəlxalq Teatr yarmarkası" (Tibilisi-Gürcüstan)-2005-ci il; "Boş Məkanın dolğunluğu " (Bakı-Azərbaycan)-2006-cı il; "Orta Asiya məmləkətlərinin I Beynəlxalq teatr festivalı (Alma–ata)"-2006-cı il; "Milli Teatr Festivalı" (Estoniya-Sarema)-2008-ci il; "Üfüq-XXI" monotamaşalar Festivalı (Bakı-Azərbaycan)-2002-ci il; "Beynəlxalq Teatr yarmarkası" (Tibilisi-Gürcüstan)-2005-ci il; "Boş Məkanın dolğunluğu" (Bakı-Azərbaycan)-2006-cı il; "Orta Asiya məmləketlərinin I Beynəlxalq Teatr Festivalı" (Alma–ata-Qazaxıstan)2006-cı il; "Sərgüzəşti Mirzə Fətəli" festivalı (Bakı-Azərbaycan)-2012-ci il; "Tuğanlıq festivalı"- (Ufa-Başqırdıstan)-2012-ci il; "Bin nəfəs bir səs-Konya teatr festivalı"-(Türkiyə-Konya)-2013-cü il; "Sabah İncəsənət Festival"(Bakı-Azərbaycan)-2018-ci il; "Qits Ustad Dərsləri Festivalı"(Rusiya Moskva)-2019-cu il; "33-cü Amotör Teatr Festivalı" (Türkiyə-Dənizli)-2019-cu il; == Mükafatları == "Üfüq-XXI" Monotamaşalar festivalı. "Ən yaxşı rejissor işi (Diplom). (Bakı-Azərbaycan 2002) İlin ən yaxşı teatr rejissoru(Diplom)-Azərbaycan Gənclər İdman və Turizm Nazirliyi. (Bakı-Azərbaycan 2003) Gənclər-mükafatı (Diplom)-Azərbaycan Gənclər İdman və Turizm Nazirliyi.
II Ömər
Ömər ibn Əbdüləziz və ya II Ömər (2 noyabr 681, Mədinə, Əməvilər xilafəti – təq. 5 fevral 720) — səkkizinci Əməvi xəlifəsi. Yaşadığı illər: 682–720 illər. Hakimiyyət illəri 717–720 illər. Onun sələfi xəlifə Süleyman idi . Ömər ibn Əbdüləziz həmçinin ikinci rəşidi xəlifəsi Ömər ibn əl-Xəttabın nəticəsidir. Dindarlığı və qeyri-adi düzgünlüyü ilə seçilirdi. Həm əhli sünnə, həm də əhli şiə arasında özü barəsində çox yaxşı xatirə qoymuşdur. II Ömər 5-ci Raşidi Xəlifə hesab olunur. == Mənşəyi == Ömər ibn Əbdüləziz hicri 60-cı ildə (miladı 682) Mədinədə anadan olmuşdur.
Molla Ömər
Məhəmməd Ömər (tam adı: Məhəmməd Ömər Mücahid 1960, Xakrez rayonu[d], Qəndəhar vilayəti – 23 aprel 2013, Zabul vilayəti, Əfqanıstan İslam Respublikası[d]) — "Taliban" hərəkatının lideri. Məhəmməd Ömər (Molla Məhəmməd Ömər kimi də tanınır) 1962-ci ildə doğulub (başqa bir versiyaya görə 1959-cu ildə). Puştu tayfasındandır. Ailəsi yoxsul idi. Ömər hələ lap uşaq ikən Quranın əsaslarını öyrədən və səyyari müəllim olan atası vəfat etdi. Anası mərhumun qardaşına ərə getdi. O da ətraf kəndlərdə dinin əsaslarını təlim edirdi. Buna görə də Muhəmməd Ömər bütün uşaqlığı boyu Əfqanıstan kəndinin din mədəniyyətini mənimsədi. Quran məktəbindəki təhsildən sonra molla olan Ömər öz nəslinin taleyni anladı.SSRİ-Əfqanıstan müharibəsinin iştirakçısı olub.O zaman mühafizəkar “Hərakate-İnqilabe-islam” partiyasının sıralarında müqavimətə qoşuldu. Cəbhədə üç dəfə yaralandı.
Məhəmməd Ömər
Məhəmməd Ömər (tam adı: Məhəmməd Ömər Mücahid 1960, Xakrez rayonu[d], Qəndəhar vilayəti – 23 aprel 2013, Zabul vilayəti, Əfqanıstan İslam Respublikası[d]) — "Taliban" hərəkatının lideri. Məhəmməd Ömər (Molla Məhəmməd Ömər kimi də tanınır) 1962-ci ildə doğulub (başqa bir versiyaya görə 1959-cu ildə). Puştu tayfasındandır. Ailəsi yoxsul idi. Ömər hələ lap uşaq ikən Quranın əsaslarını öyrədən və səyyari müəllim olan atası vəfat etdi. Anası mərhumun qardaşına ərə getdi. O da ətraf kəndlərdə dinin əsaslarını təlim edirdi. Buna görə də Muhəmməd Ömər bütün uşaqlığı boyu Əfqanıstan kəndinin din mədəniyyətini mənimsədi. Quran məktəbindəki təhsildən sonra molla olan Ömər öz nəslinin taleyni anladı.SSRİ-Əfqanıstan müharibəsinin iştirakçısı olub.O zaman mühafizəkar “Hərakate-İnqilabe-islam” partiyasının sıralarında müqavimətə qoşuldu. Cəbhədə üç dəfə yaralandı.
Pir Ömər
Pir Ömər (v. 1420, Ərzincan) — Qaraqoyunlu sərkərdəsi. Qara Yusif 1410-cu ildə Ərzincanı Ağqoyunlulardan aldıqdan sonra Pir Ömər bəyi Ərzincan hakimi təyin etdi. Ardınca Bayburt, Tərcan və İspiri də ələ keçirərək bu əraziləri də Pir Ömərə verdi. Bundan sonra Qara Yusif geriyə Təbrizə qayıtdı. Qara Yusifin başının Sultan Şahruxa qarışmasından istifadə edən Ağqoyunlu Osman bəy 1416-cı ildə Ərzincana yürüş etdi. Pir Ömər tezliklə Qara Yusifdən kömək istədi. Qara Yusif oğlu Qara İsgəndərin başçılığı ilə Ərzincana ordu göndərdi. Bundan xəbər tutan Qara Yuluq Osman bəy geri çəkildi. Ağqoyunluların Qaraqoyunlular ilə münasibətləri sabitləşdikdən sonra Qara Yusifin elçiləri ilə birlikdə Pir Ömər bəyin elçilərinin də Ağqoyunlu sarayına göndərildikləri mənbələrdə qeyd edilir.
Ömər
Ömər ibn əl-Xəttab və ya I Ömər (ərəb. عمر بن الخطاب‎; təq. 586, Məkkə – 3 noyabr 644, Mədinə) — 634–644-cü illərdə I xəlifə Əbu Bəkrin vəfatından sonra onun təyinatı ilə Rəşidi xilafətinin ikinci xəlifəsi․ 581-ci ildə Məkkədə doğulub. 3 noyabr 644-cü ildə Mədinədə vəfat edib. Müsəlmanların Suriya və Fələstinin fəthi sırasında Bizanslılarla ilk döyüşü. Sosial nəticə: Müharibə müsəlmanların zəfəri ilə başa çatdı (28 Cəmaziyəəvvəl 13/30 Temmuz 634). Bu müharibədə 3000 düşmən əsgəri öldürüldü; müsəlmanlar isə sadəcə 14 şəhid verdilər. Siyasi nəticə: Bizans imperatoru Herakleios bu müharibədən çox qorxaraq Humus’tan Antakyaya qaçmışdır. Əcnadeyn savaşı ilə Fələstin və Suriyanın qapıları müsəlmanlara açılmış, 2 il sonra Yərmuk döyüşündə zəfər qazanılması nəticəsində bölgənin fəthi tamamlanmışdır. Bu döyüş nəticəsində Suriya, 637-ci ildə isə Fələstin torpaqları alındı.
Səidə Ömər
Ömər Assar
Ömər Assar (22 iyul 1991) — Misiri təmsil edən stolüstü tennisçi. Ömər Assar Misiri 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, Komanda turnirində isə 9-cu pillənin sahibi olub. Daha sonra Ömər Assar Misiri 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Ömər Ağayev
Ömər Ağacahangir oğlu Ağayev (1 yanvar 1928, Leninabad, Mərəzə rayonu – 1 oktyabr 2017, Bakı) — istehsalat qabaqcılı, Sosialist Əməyi Qəhrəmanı (1974), Azərbaycan SSR dövlət mükafatı laureatı (1976). Ömər Ağayev 1928-cı ildə Şamaxının Leninabad (indiki Təklə) kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1944-cü ildən başlamışdır. 1952-ci ildən Bakı elektrik maşınqayırma zavodunda çalışmışdır. 1959-cu ildən Sov.İKP üzvü olmuşdur. 1960-cı ildən hopdurucular briqadasının briqadiri olmuşdur. AKP 28 və 29-cu qurultaylarında AKP MK-nın üzvü seçilmişdir. Sov.İKP 22 və 25-ci qurultaylarının nümayəndəsi olmuşdur. 3 yanvar 1974-cü ildə sənayenin inkişafında göstərdiyi xidmətlərə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, 2 dəfə Lenin ordeni, Oktyabr İnqilabı ordenləri ilə təltif olunmuşdur. 2002-ci ildən prezident təqaüdçüsü olub.
Ömər Aşiq
Ömər Faruk Aşıq (türk. Ömer Faruk Aşık)—;(d.4 iyul 1986) Türkiyəli profisional basketbolçudur. O Milli Basketboll Assosasiyasının Nyu Orlean Pelikansında oynuyur. 19 yaşında Avropa Beynəlxalq oyununda 7:0 hesabı ilə qalin gəlmişdi. O ilk dəfə Türkiyənin Fənərbaxça basketbol qrupunda 2005-06-cı illerde oynayıb. Alpellada birinci mövsümündən sonra yenidən Fənərbaxçaya qayıdır ancaq 2009-cu ilde Oradan çıxır. 2009-10-cu illərdə Türkiyənin əsas komandasında oynayır. 2010-cu ildə FİFA-nın dünya çempionatında oynayır. Bu oyunlar zamanı Türkiyə gümüş medal qazanır. 2010-cu ildə Aşıq Çikaqo Bullsa komandasına qatılır.
Ömər Buludov
Ömər Buludov (15 dekabr 1998, Azərbaycan) – Misli Premyer Liqasında çıxış edən Neftçinin futbolçusu. Neftçidə ilk matçına 25 noyabr 2017-ci ildə keçirilən Neftçi-Keşlə matçında çıxıb. Matç Neftçinin 3–1 hesablı qələbəsi ilə başa çatıb. Neftçidə ilk qolunu 10 mart 2019-cu ildə keçirilən Sumqayıt-Neftçi matçının 87-ci dəqiqəsində vurub. Matç Neftçinin 1–2 hesablı qələbəsi ilə başa çatıb.
Ömər Cəbrayılov
Ömər Dimayev
Ömər Dimaeviç Dimayev (çeç. Дима́ев, Ума́р Димаевич; 1 oktyabr 1908, Urus-Martan – 26 dekabr 1972, Qroznı) — Çeçen musiqiçisi və bəstəkarı, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının xalq artisti, musiqiçi və bəstəkar Əli Dimayev və Səid Dimayevin atası. 1908-ci il oktyabrın 1-də Çeçenistanın Urus-Martan kəndində anadan olub. 1924-cü ildən Urus-Martan rayonu radio mərkəzində musiqiçi işləyib. 1929-cu ildən Qroznıda Çeçen-İnquş Dram Teatrında xalq çalğı alətləri orkestrinin solisti vəzifəsində çalışıb. 1934-cü ildə respublika radio komitəsinin xalq çalğı alətləri orkestrinin solisti kimi çıxış edib. 1939-cu ildə Moskvada xalq çalğı alətləri üzrə ifaçıların birinci Ümumittifaq müsabiqəsinin laureatı olub. Böyük Vətən müharibəsi illərində bir çox vətənpərvərlik əsərləri yazıb. Çeçenlərin və inquşların deportasiyasına qədər o, cəbhə musiqi briqadalarının tərkibində fəal işləyib, cəbhədə, xəstəxanalarda, cəbhəçilərə və cəbhəyə gedənlər üçün konsertlər verib. Deportasiya illərində Qırğızıstan SSR-in Bişkek stansiyasında yaşayıb.
Ömər Döngəloğlu
Ömər Döngəloğlu (türk. Ömer Döngeloğlu; d.1968 Zile, Tokat - 3 may 2020, İstanbul) — Türk ilahiyyatçı, yazıçı, proqram prodüseri və aparıcısı. Kanal 7-də aparıcısı olduğu dini verilişləri ilə tanınır. 2020-ci ildə Koronavirüs səbəbindən dünyasını dəyişib. 1968-ci ildə Ziledə anadan olan Ömər Döngəloğlu ibtidai təhsilini Zile Altunyurt İbtidai məktəbində, orta təhsilini Zile İmam Hatip liseyində almışdır. Daha sonra Sakarya Universiteti İlahiyyat fakültəsini bitirib. Ərəb və ingilis dillərini yaxşı bilir. 1986-1996-cı illər arasında məmləkəti Tokatda İmam-Hatip kimi işləməyə başladı. Uzun illər dövlət sektorunda müxtəlif inzibati vəzifələrdə çalışan Döngəloğlu illər boyu İslam tarixi və Siyer-i Nebi haqqında araşdırma aparmış, səyahət etmişdir. 3 may 2020-ci ildə tutulduğu koronavirüs xəstəliyi səbəbi ilə müalicəsi aldığı Başakşehir Dövlət Xəstəxanasında vəfat etdi.
Ömər Eldarov
Ömər Həsən oğlu Eldarov (21 dekabr 1927, Dərbənd, Dağıstan MSSR) — Azərbaycan heykəltaraşı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru (2001–2023), Azərbaycan SSR xalq rəssamı (1982), SSRİ (1980) və Azərbaycan SSR (1982) Dövlət mükafatları laureatı, "Heydər Əliyev" ordeni laureatı (2017), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüçüsü(2024). 1927-ci dekabrın 21-i Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərində anadan olub. Azərbaycan Rəssamlıq Məktəbinin heykəltaraşlıq bölməsini qurtardıqdan sonra peşə biliyini artırmaq məqsədilə Leninqraddakı İ. Repin adına rəngkarlıq, heykəltaraşlıq və memarlıq institutunun heykəltaraşlıq fakültəsində təhsilini davam etdirib. 1946-cı ildən etibarən mütəmadi olaraq müxtəlif respublika, regional və beynəlxalq sərgi və müsabiqələrin iştirakçısı olub. Sənətkarın yaratdığı heykəllər dünyanın bir çox muzeylərində layiqli yer tutmaqdadır. Bu cür əsərlər sırasında şairə Natəvanın, şair Məhəmməd Füzulinin, şair-dramaturq Hüseyn Cavidin, Azərbaycanın görkəmli oftalmoloq alimi Zərifə Əliyevanın, professor İhsan Doğramacının heykəlləri, prezident Heydər Əliyevin, bəstəkar Üzeyir Hacıbəyovun, rəssam Səttar Bəhlulzadənin, yazıçı Süleyman Rəhimovun, akademik Ziya Bünyadovun və başqalarının qəbirüstü abidələrini göstərmək olar. Eyni zamanda sənətkar bir sıra kamera xarakterli, kiçik həcmli əsərlərin müəllifidir. Yaradıcılıqla yanaşı, həm də Azərbaycanın ictimai və mədəni həyatının fəal iştirakçısıdır. 1958–1968-ci illərdə o, Rəssamlar İttifaqının Katibliyinə üzv seçilib. 1970-ci ildə isə o, SSRİ Rəssamlıq Akademiyasının heykəltaraşlıq üzrə Bakıdakı yaradıcılıq emalatxanasının rəhbəri təyin edilib.
Ömər Çəlik
Ömər Çelik (15 iyun 1968, Adana) — türk jurnalist və siyasətçi. Ömər Çelik 1968-ci ildə Adanada anadan olub. Çelik Qazi Universitetinin məzunudur. 3 dəfə Adanadan millət vəkili seçilən Çelik Ədalət və İnkişaf Partiyasının xarici əlaqələr üzrə sədr müavini olub.
Ömər İzgi
Ömər İzgi (türk. Ömer İzgi; 1 yanvar 1940) — Türkiyə siyasətçisi və hüquqşünası. 2000–2002-ci illərdə Türkiyə Böyük Millət Məclisinin sədri olmuşdur İzgi 1999–2002-ci illərdə Milliyətçi Hərəkat Partiyasından (MHP) Konya seçki dairəsi üzrə millət vəkili olmuş, lakin 2002-ci il ümumi seçkilərində yerini itirmişdir. Ömər İzgi 1 yanvar 1940-cı ildə Türkiyədə, Konyanın Doğanhisar şəhərində anadan olmuşdur. Onun atası Mehmed Səlim, anası isə Zeynəb xanımdır. O, Ankara Universitetinin Hüquq fakültəsini bitirmiş və eyni zamanda həmin fakültədə mülki hüquq üzrə magistr dərəcəsi almışdır. İzgi azad hüquqşünas olmamışdan əvvəl Türkiyə Baş Nazirliyində baş ekspert vəzifəsində çalışmışdır. Ömər İzgi 1983-cü ildə Mühafizəkarlar Partiyasının qurucu üzvlərindən biri olmuşdur. Mühafizəkarlar Partiyası 30 noyabr 1985-ci ildə adını dəyişərək Milliyətçi Əmək Partiyası olmuşdur. İzgi daha sonra yeni partiyanın baş katibinin müavini seçilmişdir.
Ömər (ad)
Ömər — kişi adı. Ömər — I xəlifə Əbu Bəkrin vəfatından sonra onun təyinatı ilə Rəşidi xilafətinin ikinci xəlifəsi․ Ömər Qudinq — ABŞ aktyoru.
Ömər razılaşması
Ömər razılaşması, həmçinin Ömər əhdi, Ömərin paktı, Ömərin müqaviləsi və ya Ömər qanunları (ərəb. شروط عمر‎ or عهد عمر or عقد عمر) — Levant (Suriya və Livan), Mesopotamiya (İraq) və ya Qüdsün müsəlmanları ilə qeyri-müsəlman sakinləri arasında bağlanmış müqavilə və sonradan islam hüquqşünaslığında kanonik status. Bu, zimmilər və ya "kitab əhli" üçün hüquq və məhdudiyyətləri, yəni islam tərəfindən tanınan və qorunan qeyri-müsəlman xalqlar təbəqəsi – yəhudilər, xristianlar, zərdüştilər və islam hakimiyyəti altında yaşayan bir sıra digər tanınmış dinləri əhatə edir. Razılaşmanın həm strukturu, həm də şərtləri ilə fərqlənən bir neçə variantı var. Razılaşmanın ənənəvi olaraq ikinci Raşidi xəlifəsi Ömər ibn Xəttaba aid edilməsinə baxmayaraq, digər hüquqşünaslar və şərqşünaslar bu aidiyyəti şübhə altına alırlar. Müqavilə bunun əvəzinə IX əsrin müctəhidlərinə (islam alimləri) və ya Əməvi xəlifəsi II Ömərə aid edilir. Bu müqavilə Ömərin Eliya xalqına təhlükəsizlik zəmanətindən (ərəb. العهدة العمرية‎) fərqlidir. Ümumiyyətlə, razılaşma qeyri-müsəlmanlar (zimmilər) üçün hüquq və məhdudiyyətlərin siyahısını özündə əks etdirir. Onlara riayət etməklə qeyri-müsəlmanlar öz canlarının, ailələrinin və mallarının təhlükəsizliyinə nail olurlar.
Ömər zəmanəti
Ömər zəmanəti (ərəb. العهدة العمرية‎) — xəlifə Ömər ibn Xəttab tərəfindən romalılar tərəfindən Eliya adlanan Yerusəlim xalqına verilən təhlükəsizlik zəmanəti. Zəmanətin bir neçə variantı və onların həqiqiliyinə dair müxtəlif baxışlar mövcuddur. Ənənəvi görüşdə bu, xəlifə Ömər ibn Xəttaba və b.e. 637–638-ci illərdə müsəlmanların Yerusəlimi ələ keçirdikləri vaxta aid edilir. Xristianlara kilsələri və digər mülkləri ilə bağlı verilən zəmanətlər onu şəhərin tarixinin ən mühüm sənədlərindən birinə çevirir. Zəmanətin əhəmiyyəti Vakidi kimi erkən müsəlman tarixçiləri tərəfindən müzakirə edilir. Sənədin mətni IX, X və sonrakı əsrlərə aid əsərlərə qısaldılmış və ya tam şəkildə daxil edilmişdir. Ömər razılaşması El-Awaisi, Abd al-Fattah. Umar’s Assurance of Safety to the People of Aelia (Jerusalem): A critical Analytical Study of the Historical Sources.
Ömər Öcalan
Ömər Öcalan (1987, Ömərli[d], Şanlıurfa ili) — jurnalist və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27-ci və 28-ci çağırışlarının deputatı. Ömər Öcalan 1987-ci ildə Şanlıurfa ilinin Halfeti ilçəsində anadan olub. Ankara Universiteti Ünsiyyət Bölməsindən məzun olub. DBP, HDP və DEM üzvü olub. 2014-2016-cı illərdə Bölgələr Partiyası (BDP) Mardin il şöbəsinin həmsədri olub. 2018 və 2023-cü illərdə Şanlıurfa ilindən Türkiyə Böyük Millət Məclisinin 27-ci və 28-ci çağırışlarının deputatı seçilib. 27-ci və 28-ci çağırışlarda TBMM Sənaye, Ticarət, Enerji, Təbii Sərvətlər, İnformasiya və Texnologiyalar Komissiyasının üzvü vəzifəsində təmsil olunub. Kürdcə bilir. Evli və 2 uşaq atasıdır. Kürdüstan Fəhlə Partiyasının (PKK) həbsdə olan sabiq lideri Abdullah Öcalanın qardaşı oğludur.
Ömər İsgəndərov
Ömər Bəşir
Ömər əl-Bəşir (tam adı: Ömər Həsən Əhməd əl-Bəşir, ərəb. عمر حسن أحمد البشير‎; 1 yanvar 1944, Hoş Bonnaqa[d], Nil vilayəti[d]) — Sudan dövlət və siyasi xadimi, 30 iyun 1989-cu ildən 11 aprelin 2019-cu ilədək Sudanın VII Prezidenti, 1996-cı ildən etibarən aparıcı "Milli Konqres" partiyasının sədri. 2019-cu ilin aprel ayında hərbi çevriliş nəticəsində hakimiyyətdən endirilmişdir. Ömər Əl-Bəşir 1944-cü ildə kəndli ailəsində dünyaya gəlib. Sudan Britaniya və Misir müstəmləkəçiliyindən azad olanda, o yeniyetmə idi. 16 yaşlı Ömər ordu sıralarına yazıldı, Xartum və Qahirədə təhsil aldı. 1973-cü ildə Misir ordusunun tərəfində İsrailə qarşı döyüşdü. Bundan sonra, əl-Bəşir ölkənin cənubunda ordu komandanı oldu, burada üsyançı qüvvələrlə mübarizəyə rəhbərlik etdi. Dünya Ömər əl-Bəşirin adını ilk dəfə 1989-cu il Sudan Nicat İnqilabı zamanı eşitdi. Bu inqilabın əsas simalarından biri Həsən əl-Turabi idi.
Ömər Faiq
Ömər Faiq Lömən oğlu Nemanzadə (24 dekabr 1872, Azğur, Axalsıx qəzası, Tiflis quberniyası – 10 oktyabr 1937, Tbilisi, Gürcüstan SSR, SSRİ) — Azərbaycan ədibi, ictimai-siyasi xadim, mollanəsrəddinçi, publisist, pedaqoq, "Qeyrət" mətbəəsinin sahibi və "Molla Nəsrəddin" jurnalının həmtəsisçisi, Gürcüstan SSR Müvəqqəti İnqilab Komitəsinin üzvü və Gürcüstan SSR Müsəlman İşləri Üzrə Şuranın 1-ci sədri. Axısqa türkü. Ömər Faiq 1872-ci ilin 24 dekabrında Axalsıx qəzasının Azğur kəndində kəndli ailəsində anadan olmuşdur. O, bir neçə il molla məktəbinə getsə də, dinə maraq göstərməmiş və yenicə açılmış rus məktəbinə daxil olmuşdur. Atası onu Qori müəllimlər seminariyasına qoymaq istəyirdi, lakin dindar qadın olan anasının: "Mən oğlumu kafirlərin içərisinə buraxa bilmərəm" deyə etiraz etməsi buna mane olmuş və anasının təkidi ilə 1882-ci ildə İstanbula getmiş, "Fateh" məktəbində təhsilini davam etdirmişdir. Təbiət elmlərinə həvəsi olduğuna görə sonradan "Darüş-şəfəq" məktəbinə daxil olmuşdur. 1891-ci ildə həmin məktəbi bitirdikdən sonra Qalata poçt və teleqraf idarəsində əmək fəaliyyətinə başlamışdır. O, burada qəzet və jurnallar vasitəsilə Avropadakı demokratik ruhlu türk mühacirlərinin əhval-ruhiyyəsi və türk inqilabçı şairlərin bədii yaradıcılığı ilə yaxından tanış olmuşdur. Bir müddətdən sonra sultan istibdadına qarşı gizli çalışan cavanlara qoşulmuşdur. 1894-cü ildə, Axısqada milli münasibətlərin kəskinləşməsi dövründə vətənə qayıtmışdır.
Ömər Kafiəddin
Ömər ibn Osman Kafiəddin (1080, Şamaxı – 1150, Şamaxı) – mənşəcə Azərbaycan türklərindən olan məşhur təbib-alim. Şamaxıda Sağlamlıq evi yaradaraq orada fəaliyyət göstərmiş, oradan şöhrəti bütün Şərqə yayılmışdır. Ömər Kafiəddinin təqribən 1080-ci ildə Şirvanın paytaxtı Şamaxı şəhərində anadan olduğu ehtimal edilir. O öz dövrünün ən görkəmli şəxsiyyətlərindən idi və onun bir alim kimi şöhrəti Şirvanın hüdudlarından çox-çox uzaqlara yayılmışdı. Kafiəddin yüksək savad sahibi olan bir adam idi, bir neçə dil bilir, fəlsəfə, ilahiyyat, astronomiya, riyaziyyat, təbabət, kimya və farmokologiya elmlərinə vaqif olmuşdu, mədrəsədə dərs deyirdi. Xaqani onun haqqında yazırdı:"Əgər əmim qoymasa, məni heç şeytan da yolumdan azdıra bilməz. O, mədəniyyət və elm adamıdır. Su günəşin təsiri altında yüksəkliyə qalxan kimi mən də onun sayəsində ucalmışam. O, riyaziyyatın, fəlsəfənin dərin bilicisidir, demək olar ki, o, öz dövrünün Ərəstunudur." Belə bir rəvayət danışırlar: Ömər Kafiəddin öz müalicə mərkəzinin yaratmazdan qabaq şagirdlərinə tapşırır ki, bir neçə qoyun kəsib, Şamaxı ətrafında heyvan ağzı çatmayan yerlərdən assınlar. Bir həftədən sonra Kafiəddin atla bu yerləri bir-bir gəzir və görür ki, hər yerdə cəmdəklər korlanıb.
Dədə Ömər Rövşəni
Dədə Əmir Rövşəni (1407, Osmanlı imperiyası – 1487, Təbriz) — türk mənşəli ələvi şair, XV əsr xəlvəti şeyxi və Seyid Yəhya Bakuvinin öndə gələn xəlifələrindən biri. == Həyat və fəaliyyəti == "Ləmazat" əsərində "nur əhlinin seçgini", "aləm və adəmin işığı", "can və tən əhlinin eşq sirlərinin rəhbəri", "aləm imamlarının qütbü", "sirlər aləminin eşq və sevgi nuru", "yetişdirici qütblərin məna iqliminə gedən aydınlıq yolu" deyə tövsif edilmişdir. Daha çox şeirlərində istifadə etdiyi Rövşəni məxləsi ilə tanınır. Əsl adı Əmir Əli'dir, ləqədi Dədə, künyəsi Əli ibnu binti Umur bəydir. Atası haqqında məlumat olmadığı halda ana babsı "Töhfətül-mücahid" əsərinə görə İldırım Bəyazidin əmirlərindən Qara Timuurtaş Paşanın oğlu Qazi Umur bəydir. "Ləmazat" da Aydın oğlu Umur bəy göstərilir. Şairin babasının bölgədə Osmanlılardan əvvəl hökm sürən Aydınoğulları sülaləsindən əlli il ara ilə bəylik edən iki Umur bəydən biri, böyük ehtimalla birincisi olduğu qəbul edilir. Belə ki,Ömər Rövşəni Aydın ili bölgəsinin o vaxtkı mərkəzlərindən Gözəlhisara aid Tirədən olduğunu bildirir: – demişdir. Doğulduğu il dəqiq olara bilinməsə də aparılan araşdırmalar doğum ili kimi 1407–1417-ci illər arasını göstərib. Təsəvvüfə və Bakıya gələrək Seyid Yəhya Bakuviyə bağlanmasına böyük qardaşı Əlaəddin Əli səbəb olmuşdur.
Elvin Ömərov
Hacı-Ömər Alborti
Hacı-Ömər Alborti (oset. Ӕлборты Хадзы-Умар; 15 iyul 1939, Sarabuk[d], Cənubi Osetiya Muxtar Vilayəti – 30 mart 2001) — Cənubi Osetiya şairi, publisist və ədəbiyyatşunas. == Bioqrafiyası == 1939-cu ildə Cənubi Osetiya Muxtar Vilayətinin Sarabuk kəndində kəndli ailəsində anadan olmuşdur. İbtidai məktəbi doğma kəndində bitirdikdən sonra Uanat kəndindəki səkkizillik məktəbdə təhsil alır. 1959-cu ildə Tsxinvali Pedaqoji Məktəbini bitirdikdən sonra, 1964-cü ildə bitirdiyi Cənubi Osetiya Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olur. Pedaqoji texnikum tələbəsi olaraq 1955-ci ildə "Fidiuaq" ədəbi jurnalında ilk şeirini nəşr etdirir. 1964-cü ildə oset. «Фæдосин» adlı ilk şeirlər toplusunu nəşr etdirir. Tiflis Universitetində aspiranturanı bitirir, "30 -cu illərdə Osetiya ədəbi tənqidi" mövzusunda filologiya elmləri namizədi elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edir. "Soyuzpeçat"-ın Cənubi Osetiya şöbəsində çalışır, oset.
Hacı Ömər Əfəndi
Hacı Ömər Əmir oğlu Əfəndi (Birinci Şıxlı, Qazax qəzası – 1916, Birinci Şıxlı, Qazax qəzası) — dövrünün görkəmli alimi, ilahiyyat nəzəriyyəsinə və təsəvvüf (sufi) fəlsəfəsinə dair əsərlərin müəllifi. == Həyatı == Hacı Ömər Əfəndi Qazax mahalının I Şıxlı kəndində anadan olub. Ömər Əfəndi gənc yaşlarından ömrünü elmə həsr edərək böyük bir müctəhid səviyyəsinə qədər yüksələ bilib. Qazax şəhərinin Şıxlı kəndində ilk məktəbi məhz Hacı Ömər Əfəndi acıb.Onun fəlsəfəyə, riyaziyyata, həndəsəyə, məntiqə dair əsərləri onu dövrünün tanınmış alimləri sırasına cıxara bilib. == Fəaliyyəti == Hacı Ömər Əfəndiyə daha cox şöhrət gətirən ilahiyyət nəzəriyyəsinə və təsəvvüf fəlsəfəsinə dair əsərləri olub. O zamanln bir cox dini məktəblərində onun ilahiyyatdan yazdığı "Qur`ani Kərimin təfsiri" kitabı dərslik kimi tədris olunurdu. Yaradıcılığında təsəvvüf elminə önəm verərək "Təsəvvüfün sirləri, "Şah Nəqşbəndinin hikmətləri" əsərləri ilə sufizm fəlsəfəsinə qiymətli tövfələr verib. XIX əsrin məşhur sufi şairi Mir Həmzə Əfəndinin şeir məktəbinin nümayəndəsi kimi tanınıb. Mir Həmzə Əfəndi öz yetirmələri Hacı Mahmud Əfəndi və Hacı Ömər Əfəndiyə həmişə etiramla yanaşaraq onların böyük övliyalığından söhbət acardı.Hətta Hacı Mahmud Əfəndi uzaqdan gələn müridləri əvvəlcə Hacı Ömər Əfəndinin ziyarətinə göndərib sonra onları qəbul edərdi. Hacı Ömər Əfəndi 1916-cı ildə vəfat edib.
Həfsə binti Ömər
Həfsə binti Ömər (ərəb. حفصة بنت عمر بن الخطاب‎; 604, Məkkə – noyabr 665, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, möminlərin anası. == Bioqrafiyası == Həfsə binti Ömər Ömər ibn Xəttabın qızı idi. O, Məhəmmədin peyğəmbərliyinin başlamasından təxminən beş il əvvəl anadan olmuş və atası ilə Məkkədə İslamı qəbul etmişdir. Təqiblərdən qaçan Həfsə əri Hüneys ibn Xuzafə ilə birlikdə əvvəlcə Efiopiyaya, sonra isə Mədinəyə hicrət etmişdir. Hüneys Bədr və Uhud döyüşlərində iştirak etmişdir. Uhud döyüşündə ağır yaralanaraq dünyasını dəyişmişdir. Həfsə dul qaldıqdan sonra atası onu Osman ibn Əffana, sonra isə Əbu Bəkr əs-Siddiqlə evləndirməyə çalışdı. Onların heç birindən razılıq almayan Ömər Məhəmməd peyğəmbərə üz tutur. Peyğəmbər cavabında, özü Həfsə ilə, qızı Ümmü Gülsüm isə Osmanla evlənəcək deyə bildirir.
Həmidə Ömərova
Həmidə Ömərova (25 aprel 1957, Bakı) — Azərbaycan kino və teatr aktrisası, televiziya aparıcısı, Azərbaycan Respublikasının xalq artisti (2005), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2006), dosent, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin üzvü (24 may 2021). == Həyatı == Həmidə Ömərova 25 aprel 1957-ci ildə Bakıda anadan olmuşdur. 1975–1979-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil almışdır. 1979–1993-cü illərdə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, 1992–1993-cü illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqında çalışmışdır. Filmlərə çəkilməklə yanaşı, 500-dən artıq bədii filmin dublyajı və səsləndirilməsində fəal iştirak etmiş, "Azərbaycan kinosunda feminizm", "ABŞ kinosu: 1895–1945-ci illər", "Amerika kino tarixi" kitablarını qələmə almışdır. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kinoşünaslıq" kafedrasına rəhbərlik edir. 1986-cı ildən Azərbaycan Dövlət Televiziyasında "Retro" kinozalının aparıcısı, 2002-ci ildən "Kinoştrix" verilişinin ssenari müəllifi olmuşdur. Şəfiqə ("Qızıl uçurum"), Çinarə ("Anlamaq istəyirəm"), Zümrüd ("Yol əhvalatı"), gəlin ("Vah!"), Zeynəb ("Babamızın babasının babası"), Telli ("Qorxma, mən səninləyəm"), Məleykə ("Üzeyir ömrü"), Afaq ("Nizami"), Şəfiqə ("Musiqi müəllimi"), Tamara ("Burulğan"), Nazlı ("Şirbalanın məhəbbəti"), Nuriyə ("Divlər zindanı", İran k/s), Nurzad ("Əzablı yollar"), Zivər ("Doğma sahillər"), xan qızı ("Dədə Qorqud oğuznamələri"), Elmira ("Dronqo") və s. obrazlar yaratmışdır. == Mükafatları və fəxri adları == Azərbaycan SSR Lenin komsomolu mükafatı — 1986 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 31 dekabr 1987 "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 1 avqust 2005 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 31 iyul 2006-cı ildən Cəfər Cabbarlı mükafatı — 2010 "Sənətkar" medalı (Azərbaycan Teatr Xadimləri İttifaqı) — 10 mart 2021 Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu — 13 dekabr 2023 == Teatr səhnəsindəki rolları == === Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı === === Azərbaycan Teatr Xadimləri İttifaqı === == Filmoqrafiya == Anlamaq istəyirəm (film, 1980) — Çinarə Arşınmalçı (film, 1985) Ata ocağı (film, 2017) — Şəfiqə Azərbaycan çayı (film, 2003) Babamızın babasının babası (film, 1981) — Zeynəb Bayramda yağış (film, 1985) — Pərvin Bir axşam...
Həmidə Ömərova. Kinomuzun ilham pərisi... (film, 2012)
Həmidə Ömərova. Kinomuzun ilham pərisi... — 2012-ci ildə rejissor Elvin Vəlimətovun Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Film teatr, kino və dublyaj aktrisası, Azərbaycanın xalq artisi Həmidə Ömərovanın 55 illik yubileyinə həsr olunur. == Film haqqında == Filmdə "Qızıl uçurum", "Anlamaq istəyirəm", "Yol əhvalatı", "Babamızın babasının babası", "Qorxma, mən səninləyəm", "Əzablı yollar", "Nizami", "Gümüşü furqon", "Bayramda yağış", "Burulğan", "Şirbalanın məhəbbəti" filmləri, "Dədə Qorqud oğuznamələri" bədii televiziya filmi və "Tənha durna uçuşu" film-tamaşasındakı kadrlardan istifadə edilmişdir.
Kənan Ömərli
Mir Ömər (Xoy)
Mir Ömər (fars. ميرعمر‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.114 nəfər yaşayır (176 ailə).
Molla Məhəmməd Ömər
Məhəmməd Ömər (tam adı: Məhəmməd Ömər Mücahid 1960, Xakrez rayonu[d], Qəndəhar vilayəti – 23 aprel 2013, Zabul vilayəti, Əfqanıstan İslam Respublikası[d]) — "Taliban" hərəkatının lideri. Məhəmməd Ömər (Molla Məhəmməd Ömər kimi də tanınır) 1962-ci ildə doğulub (başqa bir versiyaya görə 1959-cu ildə). Puştu tayfasındandır. Ailəsi yoxsul idi. Ömər hələ lap uşaq ikən Quranın əsaslarını öyrədən və səyyari müəllim olan atası vəfat etdi. Anası mərhumun qardaşına ərə getdi. O da ətraf kəndlərdə dinin əsaslarını təlim edirdi. Buna görə də Muhəmməd Ömər bütün uşaqlığı boyu Əfqanıstan kəndinin din mədəniyyətini mənimsədi. Quran məktəbindəki təhsildən sonra molla olan Ömər öz nəslinin taleyni anladı.SSRİ-Əfqanıstan müharibəsinin iştirakçısı olub.O zaman mühafizəkar “Hərakate-İnqilabe-islam” partiyasının sıralarında müqavimətə qoşuldu. Cəbhədə üç dəfə yaralandı.
Murad Ömərov
Murad Ənvər oğlu Ömərov — azərbaycan əsilli Ukrayna alimi, texniki elmləri doktoru, professor, Belorus, Rusiya və Ukrayna Tətbiqi Radioelektronika Akademiyasının akademiki, Xarkov Milli Radioelektronika Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, Xarkov vilayəti "Azərbaycan-Ukrayna dostluq cəmiyyəti" idarə heyətinin sədri . Murad Ömərov 28 mart 1963-cü ildə Kürdəmir rayonunun Xırdapay kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1980-ci ildə Xarkov Radio Elektronika İnstitutuna qəbul olunmuş, 1985-ci ilədək instututda muxtəlif vəzifələrdə calışmışdır. 1991-ci ildə İnformasiya oturulməsi uzrə fiber-optik rabitə sistemləri sahəsində namizədlik dissertasiyasını mudafiə etmişdir. 2004-cu ildə Ukrayna Tətbiqi Radio Elektronika Akademiyasının akademiki secilmişdir. 2009-cu ildə professor adını qazanmışdır. 2009-cu ildən etibarən Xarkov Milli Radio Elektronika Universitetinin Xarici Vətəndaşların Tədris Mərkəzinin direktoru olmuşdur. 2015-ci ilin oktyabrında Xarkov Milli Radioelektronika Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru təyin edilmişdir. 2000-ci ildən etibarən Xarkov vilayəti Azərbaycan Ukrayna “Dostluq” cəmiyyətinin uzvu olmuş, 2001-ci ildə isə bu cəmiyyətin sədri secilmişdir. 2002-ci ildə Murad Omərov Ukrayna Milli Mədəni Birlik Assosiasiyasının vitse-prezidenti secilmişdir.
Orxan Ömərov
Pir Ömər Naxçıvani ziyarətgahı
Pir Ömər Naxçıvani ziyarətgahı — Naxçıvanın orta əsrlərdə tanınmış ziyarətgahlarından biri. XIV əsr İran tarixçisi Zeynəddin bin Həmdullah Qəzvininin "Zeyle-tarixe-qozide" ("Seçilmiş tarix"in davamı) əsərində Pir Ömər Naxçıvani ziyarətgahının adı çəkilir. Müəllifin məlumatına görə, Cəlalilər dövlətinin (1341–1431) şahzadəsi Sultan Əhmədin (1382–1410) hakimiyyət uğrunda mübarizəsi dövründə əsaslı surətdə qarət olunmuşdur. Zeynəddin bin Həmdullah Qəzvini. Zeyle-tarixe-qozide. (fars dilindən tərcümə, müqəddimə, qeydlər və göstəricilər M. D. Kazımov və V. Z. Piriyevindir.) Bakı, 1990.
Qabriel Ömər Batistuta
Qabriel Batistuta (1 fevral 1969[…]) – Argentinalı keçmiş futbolçu. FIFA tərəfindən yaşayan ən yaxşı 125 futbolçu arasına seçilmişdir. İtaliya A Seriyasında 1991–2003 illəri arasında oynadığı 318 matçda vurduğu 184 qol ilə liqanın qurulduğu tarixdən bu yana ən çox qol vuran səkkizinci futbolçu ünvanına malikdir. Argentina Milli Futbol Komandasında vurduğu 56 qol ilə Argentina Milli Komandasında ən çox qol vuran ikinci futbolçusudur. 1994, 1998, 2002-ci il Dünya çempionatlarının iştirakçısı. Bir çox məşhur futbol klublarında, o cümlədən İtalyanın "Fiorentina", "Roma", İnter Milan kimi komandalarının şərəfini qorumuşdur. Qabriel Ömər Batistuta, Peşəkar futbol həyatına 1988-ci ildə ölkəsində Newell's Old Boys komandasında başlayan Batigol, 1989/1990 mövsümündə River Plate, 1990/1991 mövsümündə isə Boca Juniorsda oynayıb. 1991-ci ildə ACF Fiorentina klubuna keçən Batistuta, 1993-də Fiorentinanın Serie B'yə düşməsinə baxmayaraq komandasından ayrılmadı. Komandasının Serie A'ya geri yüksəlişində böyük rol oynayaraq daha böyük tərəfdar kütləsinin sevgisini qazandı. 2000-ə qədər ACF Fiorentinada oynayan Batistuta artıq ACF Fiorentinanın simvol futbolçularından biriydi.
Qara Ömər (Takab)
Qara Ömər (fars. قره عمر‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 406 nəfər yaşayır (81 ailə).
Qoşqar Ömərov
Sahib Ömərov
Samanizadə Ömər Hulusi Əfəndi
Samanizadə Ömər Hulusi Əfəndi (1727, Konstantinopol – oktyabr 1812, Konstantinopol) — Osmanlı dövlət xadimi, müdərris, qazı və şeyxülislam. Kürəkəni Məkkəyizadə Asım Əfəndi də şeyxülislamlığa gətirilmişdir. 1728-ci ildə İstanbulda dünyaya gəlmişdir. İstanbul qazısı Samanizadə Həsən Əfəndinin oğludur. Atasından və dövrün digər alimlərindən dərslər aldı, qabiliyyəti sayəsində təhsilini qısa zamanda tamamladı və 1749-cu ildə şeyxülislam Əbuishaqzadə Əsad Əfəndidən icazət alaraq müdərris olaraq fəaliyyətə başladı. Qısa müdərrislik xidmətinin ardından qazı olaraq təyin olundu. 1777-ci ildə təyin edildiyi İzmir qazılığında bir il xidmət etdi. 1783-cü ildə Misir qazısı, 1785-ci ilin sentyabrında Məkkə qazısı təyin olundu. 30 dekabr 1786-cı ildə mərasimlə İstanbula qayıtdı. 1790-cı ildə İstanbul qazılığına, 1794-cü ilin iyulunda Anadolu başqazılığına gətirildi.
Silahdar Ömər Paşa
Silahdar Ömər Paşa (ö. 1691) — IV Mehmed və II Süleyman səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. Doğum tarixi haqqında məlumat yoxdur. Əndərunda təlim-tərbiyə edildikdən sonra Sultan Mehmedin silahdarlığına təyin edildi. Ardından 1664-cü ilin martında vəzir rütbəsi alaraq Misir bəylərbəyi oldu. Ancaq 28 yanvar 1667-ci ildə vəzifədən alındı. 1669-cu ilin yanvarında Diyarbəkir, 1672-ci ildə Ərzurum, 1675-ci ildə Van, 1677-ci ilin noyabrında isə Bağdad bəylərbəyi təyin olunub, 1681-ci ilin mayında bütün vəzifələrindən azad edildi. 1682-ci ildə yenidən Ərzurum, 1684-cü ilin oktyabrında yenidən Bağdad bəylərbəyi oldu. Ancaq bir il sonra vəzifədən alındı. 1687-ci ilin sentyabrında yenidən Bağdad, 1688-ci ildə yenidən Diyarbəkir, 1689-cu ilin yanvarında yenidən Bağdad, 1690-cı ilin yanvarında yenidən Van, 1691-ci ildə isə yenidən Ərzuruma təyin olundu.
Taryel Ömərov
Taryel İsgəndər oğlu Ömərov (4 aprel 1980, Diyallı, İsmayıllı rayonu) dünyada qlobal səviyyədə istifadə olunan bir neçə cərrahiyyə metodunun müəllifidir. Aşırı piylənmənin müalicəsində kəşf etdiyi cərrahiyyə metodu Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən Beynəlxalq İdeya Müəllifliyi kimi seçilib və qlobal səviyyədə bir neçə dəfə patenləşdirilib. Mədəkiçiltmə əməliyyatlarında icad etdiyi yeni bir modifikasiyası və laparoskopik bariatrik cərrahiyyə əməliyyatları zamanı tətbiq etdiyi yeni modifikasiyası Avrasiya Patent Təşkilatı tərəfindən patentləşdirilib. Dünyanın bir çox nəşrlərində cərrah Tariyel Ömərovun 2013–2017-ci illərdə hazırladığı bu metodu barədə elmi məqalələr dərc olunub. Azərbaycanda ilk bariatrik metabolik cərrahi əməliyyatları aparan cərrahlardan biri hesab olunur. Taryel Ömərov Beynəlxalq İdeya Müəllifləri siyahısına daxil edilib. Taryel Ömərov 1980-ci ilin aprelin 4-də İsmayıllı rayonunun Diyallı kəndində anadan olmuşdur. İlk təhsilini A. Məmmədov adına Diyallı kənd orta məktəbində almış, 1997-ci ildə Azərbaycan Tibb İnstitutu, 1-ci Müalicə — Profilaktika fakültəsinə daxil olmuş və 2003-cü ildə məzun olmuşdur. Taryel Ömərov əmək fəaliyyətinə 2008-ci ildə Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasında müəllim kimi başlamışdır. 2003-cü ildə Moder Hospitalda fəaliyyətinə davam etmiş və hazırda həmin hospitalın baş həkimidir.
Omer Adam
Omer Adam (ivr. ‏ עומר אדם‏‎; 22 oktyabr 1993, Şimali Karolina, ABŞ[…]) — İsrail müğənnisi. Mizrahi şərq musiqisi üslubunda müasir musiqi alətlərinin müşayəti ilə mahnılar ifa edir. 2009-cu ildə İsraildə keçirilən Koxav Nolad musiqi müsabiqəsinə qatıldıqdan sonra məşhurlaşmışdır. 2010-cu ildə "Names Mimeh" adlı ilk albomunu satışa çıxarmışdır.
Ömer Ayçiçek
Ömer Ayçiçek (2 oktyabr 1995, Türkiyə) — Türkiyəli xizək yürüşçüsü. Ömer Ayçiçek Türkiyəni 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. Ömer Ayçiçek birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər klassik sprint yarışlarında iştirak etdi. Ayçiçek 3:57.91 saniyəlik nəticəsi ilə 80 atlet arasında 77-ci yeri tutdu və növbəti mərhələyə vəsiqə qazana bilmədi.