Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Feşmək
Feşmək — karameləoxşar Azərbaycan şirniyyatı Tərkibinə un, şəkər tozu, kərə yağı, sirkə, cövhər, rəngli yeyinti boyaları daxildir. Mənbələrə əsasən pərvərdənin ilk reseptlərinin qədim İranda, xüsusilə ölkənin şimal hissəsində yaranmış, fars kulinariya mədəniyyətinin Azərbaycan kulinariya mədəniyyətinə təsiri nəticəsində bu şirniyyat Azərbaycan mətbəxində də geniş yayılmışdır. == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Çeşmək
Eynək, gözlük və ya çeşmək — insanın gözlərinin qarşısında saxladığı, müxtəlif üsullarla bərkidilən bir cüt linza və ya digər şəffaf materialdan hazırlanan lövhəciklər. Eynəklərin müxtəlif təyinatları vardır: Optik eynəklər Günəş eynəkləri Üzgüçülər üçün eynəklər Sürücü eynəkləri Yüksək müdafiəli eynəklər "Xameleonlar" Şaxtaçılar üçün eynəklər 3 ölçülü film eynəyi və s. Adi gün eynəkləri orta qurşağın tələblərinə cavab verən yay eynəkləridir. Yüksək müdafiəli eynəklər isə ilk növbədə hündür dağlıq ərazi, qütbarxası ərazilər, ozon anomaliyalı regionlar üçün nəzərdə tutulub. Onlar həm yay, həm də qış mövsümü üçün vacibdir. Optik eynəklər görmə qabiliyyəti zəif olan insanlar üçün nəzərdə tutlur. Yaxındangörməni səpici linzalı eynək, uzaqdangörməni isə toplayıcı linzalı eynək taxmaqla aradan qaldırırlar. İlk eynək elə optik eynək olmuşdur. O 1280-ci ildə italyada ixtira olunmuşdur və bu ixtiranın müəllifi Salvinio delli Armati olmuşdur. Əşyaların daha yaxşı görünməsini təmin edirdi.
Üləşik
Ulaşıq, Üləşik, Ulya Şeyx — İrəvan əyalətinin, Dərəçiçək nahiyəsində, İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Ermənistan SSR, Razdan rayonunda, indiki Ermənistan Respublikası Kotayk mərzində kənd. Maymax dağının ətəyində, Töykəli kəndi yaxınlığında yerləşirdi. Kənd ötən əsrin 30-cu illərində ləğv edilib. Azərbaycanlılar yaşamış kəndin Azərbaycanlı əhalisi 1831-ci ildə 66, 1905-ci ildə 425, 1914-cü ildə 733, 1931-ci ildə 302 nəfər olub. Əhalinin 2 dəfə azalması 1918-1920-ci illər soyqırımının təzahürüdür.
Karen Ulenbek
Karen Keskalla Ulenbek (ing. Karen Keskulla Uhlenbeck; 24 avqust 1942[…], Klivlend, Ohayo) — ABŞ riyaziyyatçısı və Ostin Texas Universitetində fəxri professor. 2019-cu il üçün Abel mükafatının qalibi olmuş və bu mükafatı alan ilk qadındır. ABŞ Milli Elmlər Akademiyasının üzvüdür (1986), London Kral Cəmiyyətinin xarici üzvü (2023). O, ABŞ Milli Elm medalı (2000), eləcə də tədqiqata əsaslı töhfəsinə görə Stil mükafatına layiq görülmüşdür (2007). == Həyatı == Mühəndis Arnold Keskalla və məktəb müəllimi və rəssam Karolin Vindeler Keskallanın ailəsində anadan olmuşdur. O, ailənin ilk övladı olmuşdur. Gəncliyində öz dövrü üçün atipik olan idman yarışlarında fəal iştirak edirdi. Karen 1960-cı ildə fizika üzrə təhsil almağı planlaşdıran Miçiqan Universitetinə daxil olmuşdur. Təhsil prosesində isə məlum olmuşdur ki, o, riyaziyyatı daha çox sevir, laboratoriya işlərinin öhdəsindən zəif gəlirmiş.
Leszek Kuçarski
Leszek Kuçarski (29 iyul 1959) — Polşanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Leszek Kuçarski Polşanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 5-ci pillənin sahibi olub. Daha sonra Leszek Kuçarski Polşanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin sahibi olub. Leszek Kuçarski Polşanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin sahibi olub.