Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şırşır
Şırşır (Çaroymaq) — İranda kənd. Şırşır (bulaq) — Kəlbəcər rayonunda bulaq.
Şırşır (Çaroymaq)
Şırşır (fars. شرشر‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 38 nəfər yaşayır (7 ailə).
Sırsıra
Sırsıra — hamar buz layı şəklində döşənmə yollarda və s. görünən yağıntılara deyilir. Sırsıra qırova nisbətən daha ağır olduğundan ağaclara daha çox zərər verir.
Fırfıra
Fırfıra-əksəriyyətlə küncləri yuvarlaşdırılmış konus şəklində, iti ucu üzərində və şaquli bir ox ətrafında dönən oyuncaq. İş prinsipi və fiziki xüsusiyyətləri giroskopa bənzər. Dönən bir fırfıraya yüngülcə vurularsa maili şəkildə dairələr çəkməyə başlar.Bir fırfıra maili halda döndürülürsə qısa müddət sonra dik vəziyyətə gəlir və sürtünmə səbəbiylə dayanana qədər dönər. Bəzi fırfıraları bir ip (qamçı) vasitəsiylə çevirərlər.Qamçılı fırfıraların dönmə müddəti, qamçılamaq surətiylə uzadılar.
Çırçıra (Çaroymaq)
Çırçıra (fars. چرچرا‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 122 nəfər yaşayır (17 ailə).
Sirmiya
Sirmiya (yun. Σίρμιο; lat. Sirmium), tetrarxiya dövründə imperator Qaleriyin rezidensiyası kimi çıxış edən Roma Pannoniyasında (indiki Serbiya) şəhər. Son antik dövrdə şəhərin əhəmiyyəti o dərəcə yüksək idi ki, Ammian Marsellin şəhəri "şəhərlərin əzəmətli anası" adlandırmışdı. Hal-hazırda şəhərin müasir ərazisində Sremska Mitroviça şəhəri yerləşir. Sirmiyadan həmçinin tarixi Srem oblastının da adı törəyib. I əsrdə romalıların gəlişinə qədər Sirmiyanın yerində illiriyalıların yaşayış məskəni var idi. Prinsipiat dövründə şəhər, daklar və germanlara qarşı hərbi hücumlar üçün tramplin kimi xidmət edirdi. Mark Avreli vaxtının böyük hissəsini burada keçirirdi. Sirmiyada doğulmuş və ya böyümüş şəxslər arasında bir sıra imperatorlar da var: Herenniy Etrusk, Hostilian, Desiy, II Klavdiy, Kvintill, Avrelian, Prob, Maksimian, I Konstansiy və Qrasian.
Simsia
Simsia (lat. Simsia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
SİRİZA
Radikal Sol Koalisiya (yun. Συνασπισμός Ριζοσπαστικής Αριστεράς, qısa SYRIZA kimi tanınır) - Yunanıstanda fəaliyyət göstərən sosialist siyasi partiyası. 2015-ci ilin əvvələrində Yunanıstanda keçirilən parlament seçkilərinin ardından, partiya ölkə parlamentində 300 yerdən 149-una sahib çıxaraq hakimiyyətə gəlmişdir. Partiya üç müxtəlif qrupun birləşməsi ilə Synaspismós adlı sol siyasi hərəkatı yaradılmış və daha sonra hərəkat Radikal Sol Koalisiya adı altında birləşmişdir. Synaspismós hərəkatının əsas liderlərindən olan Aleksis Tsipras hal-hazırda SYRIZA partiyasının rəhbəri vəzifəsini icra edir.
Mimosa sirissa
Albizia lebbeck (lat. Albizia lebbeck) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güləbrişin cinsinə aid bitki növü. Acacia lebbeck (L.) Willd. Acacia macrophylla Bunge Acacia speciosa (Jacq.) Willd. Albizia latifolia B. Boivin Feuilleea lebbeck (L.) Kuntze Inga borbonica Hassk. Inga leucoxylon Hassk. Mimosa lebbeck L. Mimosa lebbek L. (orth.var.) Mimosa sirissa Roxb. Mimosa speciosa Jacq. Pithecellobium splitgerberianum Miq.
Şirşova silsiləsi
Şirşov silsiləsi — sualtı silsilə Berinq dənizində, 170—171° ş. u boyunca yerləşir. Şirşova silsiləsi Olyotor yarımadasından başlayaraq 670 km cənuba istiqamətlənir. Şimalda eni 200 km, cənubds isə 25 km təşkil edir. Cənuba doğru Bauers silsiləsinə keçir. Silsilə Təbaşir dövrü vulkan məşəlli suxurlardan təşkil olunmuşdur. Silsilə öz adını məşhur sovet alimi Pyotr Pyotroviç Şirşovun şərəfinə adlandırılmışdır.
Dea Siriya
Atarqatis, Atarateh (klass. süry. Atar'atheh/Tar'atheh), Derketo (yun. Δερκετὼ), Dea Siriya (lat. Dea Syria) və ya Deyasura (lat. Deasura) — antik dövrdə, Şimali Suriyada yaşayanların əsas ilahəsi. O, bərəkət və sevgi ilahəsi olmaqla yanaşı, həm də şəhərinin və xalqının baalatı (sahibə) idi, onları müdafiə edirdi. Onun əsas şəhəri Heliopol idi. Onun əri Baal-Hadaddır. Göyərçin və balıqlar Atarqatis üçün müqəddəsdir.
Səbahəddin Şimşir
Səbahəddin Şimşir (türk. Sebahattin Şimşir; 9 fevral 1966, Balıkəsir ili) — Türkiyə tarixçisi, Azərbaycan siyasi mühacirət tarixinin araşdırıcısı, tərcüməçi, tarix elmləri doktoru, professor. Səbahəddin Şimşir 9 fevral 1966-cı ildə Türkiyə Cümhuriyyətinin Balıkesir bölgəsinin Kayapa ilçəsinə bağlı İvrindi məhəlləsində anadan olmuşdur. Kayapa ibtidai məktəbini, Bandırma Şəhid Süleyman bəy orta məktəbini, Balıkesir Muharrem Hasbi Koray Liseyini bitirmişdir. 1990-cı ildə Ege Universitetinin Ədəbiyyat fakültəsinin Tarix bölümündən məzun olmuşdur. Təhsilini bitirdikdən sonra Ege Universitetinin Tarix bölümündə müəllim kimi çalışmağa başlamışıdr. Magistratura və doktorantura təhsilini Ege Universiteti Sosial Elmlər İnstitutunda (Sosyal Bilimlər Enstitüsü) tamamlamışdır. 2001-ci ildə de Balıkesir Universiteti Atatürk İlkeləri ve İnkılab Tarixi bölümündə müəllim kimi fəaliyyətə başlamışdır. 2002-ci ildə Balıkesir Universitetinin Tarix bölümündə Türk dünyası tarixi ixtisası üzrə dosent əvəzi, daha sonra dosent adını almışdır. 2004–2008-ci illərdə Qazaxıstanın Almatı şəhərindəki Abay Dövlət Pedaqoji Universitetində bölüm başkanı kimi fəaliyyət göstərmişdir.
Şiriya burnu
Şiriya burnu (yap. 尻屋崎) — Yaponiyaya məxsus olan Honşu adasının şimal-şərq nöqtəsini təşkil edir. Şimokita yarımadasında, Hisaqidori və Aomori şəhərləri arasındakı sərhəddə yerləşir. Şimokito-Hanto parkı ərazisinə daxildir. Yapon dənizi ilə Sakit okean arasında sərhəd Honşü adasında yerləşən Şiriya və Hokkaydo adasında olan Esan burunlarından keçir. Kandaçime atlarının vətənidir.
Əlifba sırasına görə paytaxtların siyahısı
Ölkə paytaxtlarının siyahısı