Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şeyx Ədəbalı
Şeyx Ədəbali (Osmanlıca: شيخ اده بالي) (Balışeyx, Şeyx Adabalı və ya Şeyx Atası) (1206–1326) — Osmanlı Dövlətinin qurulduğu illərdə yaşamış bir İslam ilahiyatçısı-din alimi, Ahi şeyxi, Osman Qazinin qayınatası və müəllimi, Osmanlı Dövlətinin fikir atası. 1206-ci ildə doğulduğu təxmin edilməkdədir. 1326-cı ildə 120 yaşında Biləcikdə vəfat etmiş, dərgahının zikr otağında basdırılmışdır. Rəbia Bala Malhun Xatun atası. İlk Osmanlı şeyxülislamı Şeyx Ədəbali əslən Qaramanlıdır. Qaramanda başladığı təhsilini Şamda tamamladı. Təfsir, hədis və İslam hüququnda uzmanlaştı. Mövlana Cəlaləddin Rumi və Hacı Bektaşı Vəli kimi zamanının böyüklərinin söhbətlərində iştirak etmişdi. Əskişəhir yaxınlarında o zamankı adıyla İtburnu kəndində yaşamışdır. Öz tikdirdiyi mədrəsədə şagird yetişdirdi və xalqı işıqlandırdı.
Şeyx Ədəbalı türbəsi
Şeyx Ədəbalı türbəsi Osmanlı dövlətinin mənəvi və ruhani yaradıcısı Şeyx Ədəbalının cənazəsinin yerləşdiyi türbədir. Türbə Orxan Qazi tərəfindən Köhnə Biləcik şəhərinin əsasının qoyulduğu vadinin arxasında kiçik bir təpə üstündə inşa edilmişdir. Əvvəllər günbəzli olan, lakin yunanların hücumları nəticəsində dağıdılan türbənin üzərinə kirəmitli dam örtülmüşdür. Zal və iki ayrı otaqdan ibarət olan türbədə böyük otaq mehrablı məscid, qarşı tərəfdəki otaq isə söhbət otağı və qonaqxana kimi istifadə olunmuşdur. Şeyx Ədəbalı və qohumlarının yerləşdiyi hissədə günbəzli tavan düzbucaqlı formada olmaqla yeddi böyük və dörd kiçik sənduqə mövcuddur.
Şeyx Ədəbali
Şeyx Ədəbali (Osmanlıca: شيخ اده بالي) (Balışeyx, Şeyx Adabalı və ya Şeyx Atası) (1206–1326) — Osmanlı Dövlətinin qurulduğu illərdə yaşamış bir İslam ilahiyatçısı-din alimi, Ahi şeyxi, Osman Qazinin qayınatası və müəllimi, Osmanlı Dövlətinin fikir atası. 1206-ci ildə doğulduğu təxmin edilməkdədir. 1326-cı ildə 120 yaşında Biləcikdə vəfat etmiş, dərgahının zikr otağında basdırılmışdır. Rəbia Bala Malhun Xatun atası. İlk Osmanlı şeyxülislamı Şeyx Ədəbali əslən Qaramanlıdır. Qaramanda başladığı təhsilini Şamda tamamladı. Təfsir, hədis və İslam hüququnda uzmanlaştı. Mövlana Cəlaləddin Rumi və Hacı Bektaşı Vəli kimi zamanının böyüklərinin söhbətlərində iştirak etmişdi. Əskişəhir yaxınlarında o zamankı adıyla İtburnu kəndində yaşamışdır. Öz tikdirdiyi mədrəsədə şagird yetişdirdi və xalqı işıqlandırdı.
Nəcəfalı
Nəcəfalı (Zərdab)
Nəcəfalı (Kəlbəcər)
Nəcafalı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Comərd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Kilsəli kənd Sovetindən Nəcəfalılar kəndi Comərd kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. Yerli məlumata görə, yaşayış məntəqəsini Dağıstandan gəlmiş Nəcəf və All adlı iki şəxs saldığı üçün adi Nəcəf Alı kəndi olmuşdur. Oykonim sonralar Nəcəfalilar şəklinə düşmuşdür. Cəbrayıl rayonunda da eyniadli kənd mövcud olmuşdur. Hazırda həmin kənd rəsmən yaxınligindaki Tulus kəndinin bir hissəsi hesab olunur. Lakin bu yaşayış məntəqəsinin adını Nəcafalı şəxs adi ilə bağlayırlar. Oykonimi etnotoponim hesab etmək məqsədəuyğundur.
Nəcəfalı (Zərdab)
Nəcəfalı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd.
Nəcəfalı (İğdır)
Nəcəfalı — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. Kənd 1901-ci ildən bəri eyni adı daşıyır. 1919-cu ildə ermeni daşnaq qüvvələrinin basqınına uğrayır. Kənd Kadıqışlaq kimi daşnaqlar tərəfindən yandırılmışdır. İğdırdan 13 km uzaqlıqdadır. Kəndin qərbində Yüzbaşılar, Sarıçoban, Çavuşbağça, Qazancı; qüzeyində Kadıqışlaq; güneyində Evci, Tacirli və Özdəmir; şərqində isə Mürşüdəli kəndləri yer alır. 1886-cı il məlumatına görə kənddə 66 nəfər azərbaycan türkü və 404 erməni yaşayırdı.
Cəfalı (Marağa)
Cəfalı — İranın Şərqi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Mərkəzi bölgəsinin Qavdul kəndistanında, Marağa şəhərindən 42 km cənub-şərqdədir.
Rəcəbli
Rəcəbli — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd.
Ağcaköhül Rəcəbanlı (Bostanabad)
Ağcaköhül Rəcəbanlı (fars. اغچه كهل رجبانلو‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 334 nəfər yaşayır (63 ailə). == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Bostanabad bölgəsinin Ocan kəndistanında, Bostanabad qəsəbəsindən 9 km cənubda, Miyanə-Təbriz avtomobil yolunun 4 kilometrliyindədir.
Cəbəli
Cəbəli (türk. Cebeli) — Osmanlı imperiyasında süvari qoşunları kateqoriyası, feodal – timar sahibi və ya bəy tərəfindən verilən döyüşçülər. Hər bir cəbəli ağasının tam dəstəyini alırdı və onun qulu sayılırdı.
Əqəbli
Əqəbli (ərəb. أقبلي‎) — Əlcəzairin cənubunda, Adrar vilayətində şəhər və kommuna. Şəhər vilayətin şərq hissəsində, Böyük Səhranın mərkəzi vahələrindən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 1,120 kilometr (700 mil) cənub-cənub-qərbdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 252 metrdir. Şəhərin iqlimi quraq kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı 12,7 mm-dir). Orta illik temperatur 26,7-dir °C . 2008-ci ilin rəsmi siyahıyaalınmasına əsasən, kommunanın əhalisi 10,171 nəfər idi. Əhalinin savadlılıq səviyyəsi 73,3 faiz təşkil etmişdir. Kişilər arasında savadlılıq səviyyəsi 83,2%, qadınlar arasında isə 63,4% təşkil etmişdir.
Ərəbli
Ərəbli (Meşkinşəhr)
Eleyalı Zenon
Elealı Zenon (yun. Ζήνων, m. ö. 490 – 430) — qədim yunan filosofu, Eleya məktəbinin təmsilçisi, Parmenidesin şagirdi olmuşdur. == Aporiaları == == Mənbə == Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 39-40. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF).
Faiq Rəcəbli
Faiq Rəcəbli — Azərbaycanın tanınmış idman fotoqrafı == Həyatı == Faiq Rəcəbli 1927-ci ildə Gəncə şəhərində anadan olub. Hər şey atasının Faiqin şagird olan vaxtlarında fotoaparat bağışlaması ilə başlayıb. Başlanğıcda həvəskar kimi çəksədə, ama vaxt keçdikcə bu bir xobbiyə çevrilib. Uşaqlıq illərindən etibarən idmana maraq göstərən F. Rəcəbli orta məktəbi bitirdikdən sonra əvvəlcə texnikumda oxuyur. Daha sonra isə Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutuna daxil olur və 1954-cü ildə oranı bitirir. O, idmançı kimi fəaliyyət göstərməsə də, idmandan da kənarda qalmır. Belə ki, o, institutu bitirdikdən sonra idman sahəsi üzrə fotoqraf işləməyə başlayıb. F. Rəcəbli "Sovet idmanı" qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri, SSRİ jurnalistlər birliyinin üzvü olub. Qeyd edək ki, Faiq Rəcəblinin şəxsi arxivində fotoqraf kimi çalışdığı 60 il ərzində 100 mindən artıq orijinal şəkil yığılıb. Tanınmış idman fotoqrafı Faiq Rəcəbli 2012-ci ildə 85 yaşında uzunsürən xəstəlikdən vəfat edib.
Hadi Rəcəbli
Hadi Musa oğlu Rəcəbli (Rəcəbov) (25 oktyabr 1947, Viravul, Lənkəran rayonu – 17 aprel 2024, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisinin I–V çağırış deputatı (1995–2020), Əmək və Sosial Siyasət Komitəsinin sədri, siyasi elmlər doktoru, professor. == Həyatı == Hadi Musa oğlu Rəcəbli 1947-ci il oktyabrın 25-də Lənkəran rayonunun Viravul kəndində anadan olmuşdur. Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirmişdir. 1963-cü ildən Lənkəran çörək zavodunda fəhlə, mühasib, texnoloq, iqtisadçı işləmişdir. 1971-ci ildən Lənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibi, 1972-ci ildən birinci katibi, 1978-ci ildən "Bakinski raboçi" qəzetinin xüsusi müxbiri, 1980-ci ildən Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri olmuşdur. 1981-ci ildən Azərbaycan KP MK-nın inspektoru, 1983-cü ildən Şəki Şəhər Partiya Komitəsinin birinci katibi, 1989–1995-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışmışdır. Ehtiyatda olan mayor olmuşdur. 9 kitabın və 220-dən çox elmi-publisistik məqalənin müəllifidir. Azərbaycanda ilk siyasi elmlər namizədidir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olmuşdur.
Hadı Rəcəbli
Hadi Musa oğlu Rəcəbli (Rəcəbov) (25 oktyabr 1947, Viravul, Lənkəran rayonu – 17 aprel 2024, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisinin I–V çağırış deputatı (1995–2020), Əmək və Sosial Siyasət Komitəsinin sədri, siyasi elmlər doktoru, professor. == Həyatı == Hadi Musa oğlu Rəcəbli 1947-ci il oktyabrın 25-də Lənkəran rayonunun Viravul kəndində anadan olmuşdur. Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirmişdir. 1963-cü ildən Lənkəran çörək zavodunda fəhlə, mühasib, texnoloq, iqtisadçı işləmişdir. 1971-ci ildən Lənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibi, 1972-ci ildən birinci katibi, 1978-ci ildən "Bakinski raboçi" qəzetinin xüsusi müxbiri, 1980-ci ildən Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri olmuşdur. 1981-ci ildən Azərbaycan KP MK-nın inspektoru, 1983-cü ildən Şəki Şəhər Partiya Komitəsinin birinci katibi, 1989–1995-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışmışdır. Ehtiyatda olan mayor olmuşdur. 9 kitabın və 220-dən çox elmi-publisistik məqalənin müəllifidir. Azərbaycanda ilk siyasi elmlər namizədidir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olmuşdur.
Kamran Rəcəbli
Kamran Rəcəbli — aktyor. == Həyatı == 1966-1976-cı illərdə Bakıda 1 nömrəli məktəbdə təhsil almışdır. ABŞ-də yaşayır. Uşaq rollarının ən mahir ifaçlarından biridir. Ailəlidir. İki övladı var. 2010-cu ildə Azərbaycanda olmuşdur. == Filmoqrafiya == Torpaq. Dəniz. Od.
Rəcəbəli Mənsur
Rəcəbəli Mənsur (1895, Tehran – 8 dekabr 1974, Tehran) — İranın baş naziri, diplomat. Mirzə Rəcəbəli xan Mirzə Əli xan Aştiyaninin oğlu idi. 1895-ci ildə Tehran şəhərində doğulmuşdu. Mənsurülmülk ləqəbini daşıyırdı.Əvvəlcə mədrəsə, sonra Tehran Darülfünunu bitirmişdi. Xorasan əyalətinin valisi olmuşdu.
Rəcəbəli Təbrizi
Molla Rəcəbəli Təbrizi (1669–1701) — islam alimi, müctəhid, Azərbaycanlı filosof Molla Rəcəbəli təxminən 1669-cu ildə Təbriz şəhərində dünyaya gəlmişdir. Həyatı haqqında məlumatlar çox azdır. Bağdadda ictihad dərəcəsinə çatdıqdan sonra riyazətlərə və nəfsin təzkiyəsinə başlamışdır. Onun mürşidinin kimliyi barədə məlumat yoxdur. Təhsilini bitirdikdən sonra İsfahana getmiş, ömrünün axırınadək orada yaşamışdır. Buna görə bəzən ona İsfəhani də deyilmişdir. Molla Rəcəbəli dövrünün hökmdarları yanında böyük hörmət və izzətə malik olmuşdur. II Şah Abbas Səfəvi və Şah Süleyman Səfəvi ona xüsusi ehtiram bəsləmişlər. Nəql olunur ki, İkinci Şah Abbas daim onun yanına gəlir, ondan məsləhətlər alırdı. Molla Rəcəbəli Məhəmməd Hüseyn, Qazi Səid Qumi, Əmir Qivaməddin Məhəmməd İsfəhani, Molla Məhəmməd Şəfi İsfəhani, Məhəmməd Rəfi Pirzadə, Mir Məhəmməd Yusif Taliqani kimi alimlər yetişdirmişdir.
Əbülfəz Rəcəbli
Əbülfəz Rəcəbli (tam adı: Əbülfəz Əjdər oğlu Rəcəbli) — Talış əsilli Azərbaycan alimi; türkoloq; ümumi dilçi; filologiya elmləri doktoru; professor; Əməkdar müəllim. Əbülfəz Əjdər oğlu Rəcəbli 1936-cı il mayın 6-da Lənkəran şəhərində anadan olmuşdur. 1954-cü ildə orta məktəbi bitirmişdir. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinə daxil olmuş və 1959-cu ildə filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1971-ci ildə isə ikinci institutu – Azərbaycan Dövlət Pedaqoji Dillər institutunun ingilis dili fakültəsini bitirmişdir. 1985-ci ildə isə Markizm-leninizm universiteti ideoloji kadrlar fakültəsinin beynəlxalq münasibətlər şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1959-1963-cü illərdə nəşriyyatlarda əvvəlcə korrektor, sonra redaktor işləmişdir. 1963-cü ildə BDU-nun aspiranturasına daxil olmuş və Qırğızıstan EA-ya ezam edilmişdir. 1967-ci ilin dekabrında “Qədim türk yazısı Orxon-Yenisey abidələrinin dili. Morfologiya” mövzusunda namizədlik, 1978-ci ilin martında “Orxon-Yenisey abidələri dilində felyaratma” mövzusunda doktorluq dissertasiya müdafiə etmişdir.
Əhməd Rəcəbli
Əhməd Rəcəbli (28 sentyabr 1898, İrəvan – 15 dekabr 1963, Moskva) — azərbaycanlı polimat, bioloq, seleksiyaçı alim, genetik, professor, aqronom, pedaqoq, cümhuriyyət tələbəsi, Lenin adına Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyasının (VASXNİL) akademiki. Stalin repressiyalarının qurbanlarından olan Əhməd Rəcəbli 100-dən çox elmi məqalənin və 24 monoqrafiyanın müəllifidir. O, Azərbaycanda ilk dəfə meyvə və dənli bitkilərin xalq seleksiyasının əvvəllər məlum olmayan nadir sortlarını qeydə alıb təsvir etmiş, onların istehsalata tətbiqini tövsiyə etmişdir. Əhməd Rəcəbliyə məxsus sənədlər hazırda Azərbaycan Dövlət Elm və Texnika Sənədləri Arxivində mühafizə edilir. Əhməd Rəcəbli 1898-ci il sentyabrın 28-də İrəvan şəhərində Məşədi Cabbar Məşədi Cəfər oğlunun və Kübra xanım Hacı Xəlil qızının ailəsində anadan olub. 1907-ci il sentyabrın 15-də İrəvan şəhərindəki İrəvan kişi gimnaziyasına daxil olub və 1916-ci il iyunun 1-də tam səkkizillik kursu bitirib. Hələ 1916-cı il yanvarın 1-də gimnaziyanın pedaqoji şurasının qərarı ilə nümunəvi davranışı və təhsildə qazandığı uğurları ilə əlaqədar Əhməd Məşədi Cabbar oğlu Rəcəbliyə gümüş medal verilib. O, elə həmin il Moskva Dövlət Universitetinin tibb fakültəsinə daxil olub. 1918-ci ildə "Azərbaycan füqərası" qəzetinin redaksiyasında korrektor işləyib. 1919-cu il sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yüz nəfər tələbənin xarici universitetlərdə təhsil almasının təmin edilməsi üçün Təhsil Nazirliyinin büdcəsinə 7 milyon rubl pul köçürülməsinə dair qərarından sonra Azərbaycan Xalq Cümhuriyyətinin dəstəyi ilə təhsilini davam etdirmək üçün Avropaya göndərilib.
Əhməddin Rəcəbli
Əhməddin İzzət oğlu Rəcəbli (d. 1945, Acıaxur, Qusar, Azərbaycan SSR, SSRİ) – Azərbaycan samboçusu və cüdoçusu, cüdo və sambo məşqçisi. Azərbaycan əməkdar məşqçisi (1981). Cüdoçu Zaur Rəcəbli və Elxan Rəcəblinin atası.
Əli Rəcəbli
Əli Məhəmməd oğlu Rəcəbli (1927, Göyəm, Zaqatala rayonu – 12 noyabr 2022, Bakı) — tarix elmləri doktoru, professor, numizmat-arxeoloq, Azərbaycan Tarixi Muzeyinin Numizmatika və Epiqrafika elmi-fond şöbəsinin şöbə müdiri. Professor Əli Məhəmməd oğlu Rəcəbli 1927-ci il avqustun 2-də Zaqatala rayonunun Göyəm kəndində anadan olmuşdur. Əli Rəcəbli 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan Dövlət Muzeyinin (hazırda Milli Azərbaycan Tarixi Muzeyi) direktoru, məşhur arxeoloq Saleh Qazıyevin təklifi ilə "numizmatika" ixtisası üzrə respublikada ilk aspirant olaraq muzeyin aspiranturasına daxil olmuşdur. Əli Rəcəbli 12 noyabr 2022-ci ildə uzunsürən xəstəlikdən sonra Bakı şəhərində vəfat edib. Azərbaycan numizmatikasının layiqli nümayəndəsi, əməkdar mədəniyyət işçisi, tarix elmləri doktoru, professor Əli Məhəmməd oğlu Rəcəbli respublikamızda numizmatika elminin və numizmatika fondunun əsasını qoymuş məşhur numizmat-arxeoloq, prof. Yevgeni Aleksandroviç Paxomovun yeganə yetirməsi olaraq bu elmin inkişafı üçün bütün səy və bacarığını sərf etmişdir. Əli Rəcəbli 1951-ci ildə S.М.Кirov adına Azərbaycan Dövlət universitetinin (hazırda Bakı Dövlət universiteti) "şərqşünaslıq" fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan Tarixi Muzeyinin (hazırda Milli Azərbaycan Tarixi Muzeyi) sabiq direktoru, məşhur arxeoloq, professor Saleh Qazıyevin təklifi ilə muzeyin aspiranturasına ("numizmatika" ixtisası üzrə) daxil olmuşdur. 1963-cü ildə Qəbələ rayonunda aşkarlanmış dəfinədəki (158 ədəd) sikkələri təyin və tədqiq edən t.e.d., professor Əli Rəcəbli II Bəhram dövrünə aid çoxsaylı gümüş dirhəmlərin əksəriyyət təşkil etdiyini (154 ədəd) müəyyən etmişdir. 1968-ci ildən hal-hazıradək Milli Azərbaycan Tarixi Muzeyinin "Numizmatika və epiqrafika" şöbəsinin müdiri vəzifəsində çalışan Əli Rəcəbli Milli Azərbaycan Tarixi Muzeyinin elmi ekspozisiyasının yaradıcılarından biri olmaqla yanaşı respublikamızda diyarşünaslıq işinin təşkili sahəsində də xüsusi yeri olan aparıcı mütəxəssislərdəndir. Məhz onun səyləri nəticəsində mühafizi olduğu və 150 mindən çox sikkə və digər maddi-mədəniyyət abidəsinin saxlanıldığı Muzeyin Milli Numizmatika Fondu Azərbaycanın yeganə va zəngin sikkə xəzinəsi, numizmatik tədqiqatlar mərkəzi kimi şöhrət tapmışdır.
Eybalı Mehrəliyev
Mehrəliyev Eybalı Qara oğlu (1930, Bico – oktyabr 2011, Bakı) — coğrafiya elmləri doktoru, professor. == Həyatı == 1930-cu ildə Ağsu rayonunun Bico kəndində anadan olmuşdur. 1951-ci ildə ADPİ-nu bitirmişdir. İnstitutda laborant, Coğrafiya İnstitutunda kiçik elmi işçi, EA-nın İqtisadiyyat İnstitutunda kiçik və böyük elmi işçi, S.Dadaşov adına Tikinti Materialları Elmi-Tədqiqat İnstitutunda iqtisadi tədqiqatlar şöbəsinin müdiri, Neft Akademiyasında və İqtisadiyyat İnstitutunda dosent işləmişdir. APİ-nin dekanı olmuş, Kosmik tədqiqatlar EİB-nin laboratoriya müdiri işləmiş, Coğrafiya İnstitutunda "Əhali coğrafiyası" şöbəsini yaratmış və ona rəhbərlik etmişdir. E.Q.Mehrəliyev 1958-ci ildə Bakıda namizədlik, 1992-ci ildə Kiyevdə doktorluq dissertasiyası müdafiə etmişdir. 150-yə yaxın elmi məqalənin, 4 monoqrafiyanın, 4 kitabçanın, 14 çap olunmuş elmi işin, 14 elmi-tədqiqat hesabatının müəllifidir. Dövlət İdarəçilik Akademiyasında işləyirdi. 2011-ci ildə oktyabr ayında Bakı şəhərində vəfat etmişdir.
Rahil Ərəbli
Əhməd Cəbari
Əhməd əl-Cəbari (ərəb. أحمد الجعبري;‎) (1960–14 noyabr 2012) — Fələstinin Qəzzə zolağında Həmas hərakatının hərbi qanadının liderlərindən biri, "İzzədin Kəssam" briqadasının keçmiş komandiri. 2012-ci il noyabrın 14-də onun içərisində olduğu avtomobilin israillilər tərəfindən partladılması nəticəsində öldürülüb. Hücum nəticəsində onunla birlikdə olan daha iki "Həmas" komandiri ölüb. Əhməd əl-Cəbari son dörd ildə İsrail tərəfindən öldürülən ən yüksək rütbəli "Həmas" təmsilçisidir. Əhməd Cəbari verdiyi müsahibələrdə başçısı olduğu briqadanın vəzifəsinin bütün işğal altındakı Fələstin torpaqlarının azad edilməsindən ibarət olduğunu deyib. Əhməd əl-Cəbari uzun illər İsrailə qarşı raket hücumlarının, insan oğurluğu və terror əməliyyatlarının həyata keçirilməsinə rəhbərlik edib. Əhməd Cəbəri 1960-cı ildə Fələstində anadan olub. Siyasi mübarizəsinə "Fəth" təşkilatında başlayan Cəbəri 1982-ci ildə Qəzzədəki İslam universitetindən məzun olduqdan sonra Fələstin İslam Müqavimət Hərəkatının (HƏMAS) fəal üzvlərindən birinə çevrilib. Cəbəri sonralar hərəkatın silahlı qanadı "İzzəddin əl-Qəssam" briqadasının komandiri vəzifəsinədək yüksəlib.