Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Akmal Nur
Əkməl Nur (əsl adı Əkməl Vahaboviç Nurəddinov, özb. Akmal Vahobovich Nuriddinov; 27 fevral 1959, Nəməngan) — Özbəkistanın xalq rəssamı, Özbəkistan Rəssamlıq Akademiyasının sədri, akademik. == Həyatı == Əkməl Nur 1959-ci ildə Özbəkistanın Nəməngan şəhərində anadan olub. 1984-ci ildə Daşkənd Dövlət Teatr və Rəssamlıq İnstitutunu bitirib. 1987-2011-ci illərdə Rusiya, ABŞ, Mərakeş, Niderland, Hindistan, Almaniya, Türkiyə, Çin və s. ölkələrdə keçirilmiş fərdi və kollektiv sərgilərin iştirakçısıdır. 1997-ci ildə Özbəkistan Rəssamlıq Akademiyasının həqiqi üzvü seçilib. 2011-ci ildə incəsənət və ədəbiyyat sahəsində Özbəkistanın Dövlət mükafatına layiq görülüb.
Sabahattin Kudret Aksal
Sabahattin Kudret Aksal (25 aprel 1920 və ya 1920, Konstantinopol – 19 aprel 1993 və ya 1993, İstanbul) — şair, ssenarist və yazar. 1937-ci ildə "Işık Lisesin"dən məzun oldu.1943-cü ildə İstanbul Universiteti nin Ədəbiyyat Fakültəsi Fəlsəfə Bölümünü bitirdi.1943–1948 illər arasında İstanbul'da müxtəlif ali məktəblərdə fəlsəfə dərsləri verdi. 1950-ci ildə qısa bir müddət iş müfəttişliyi icra etdi. İstanbul Konservatoriya Müdirlüyü, bələdiyyə yazı işləri müdirlüyü, bələdiyyə iqtisad müfəttişliyi vəzifələrində çalışdı. 1961-ci ildə Şəhər Teatrının Müdirü oldu. Bələdiyyə Konservatoriyası Estetik Və Psixoloji müəllimliyindən təqaüdə çıxdı. İlk şeiri 1938-ci ildə "Varlıq" dərgisində, ilk hekayəsi 1940-cı ildə "Küllük" dərgisində çıxdı. İlk oyunu "Evin Üstündəki Bulud" 1948-ci ildə oynandı. 1940-cı illərdə yeni ədəbiyyatlar içində yer aldı. 1976-cı ildən sonra isə isə dildə dərinlik arayışına başladı.
Feras Abu Akal
Feras Abu Akal (8 fevral 1997) – Azərbaycan Premyer Liqasında çıxış edən Qəbələnin futbolçusu. == Karyerası == === Hapoel İroni === Hapoel İroninin heyətində ilk matçına 27 avqust 2018-ci ildə keçirilən Hapoel Aşkelon-Hapoel İroni matçında çıxıb. Matç Hapoel Aşkelonun 2–1 hesablı qələbəsi ilə başa çatıb. === Aşdod === Aşdodda ilk matçına 19 avqust 2019-cu ildə keçirilən Aşdod-Bney Yehuda matçında çıxıb. Matça start heyətdə başlayan Feras Abu Akal 59-cu dəqiqədə əvəzlənib. Matç 1–1 hesablı bərabərliklə başa çatıb. Aşdodda ilk qolunu isə 15 iyul 2021-ci ildə keçirilən Aşdod-Hapoel Beer Şeva matçının 58-ci dəqiqəsində vurub. Matça start heyətdə başlayan Feras Abu Akal 78-ci dəqiqədə əvəzlənib. Matç Hapoel Beer Şevanın 1–2 hesablı qələbəsi ilə başa çatıb. === Qəbələ === 5 iyul 2022-ci ildə rəsmi olaraq Qəbələ ilə müqavilə imzaladı.
Abdal
Qafqaz Albaniyasında hələ eradan əvvəl yaşaması ehtimal olunan abdalıların (heftal/heptal/eftal) adına qazax, qaraqalpaq, türkmən və türk toponimiyasında da rast gəlmək mümkündür. Abdal dağı — Ordubad rayonu ərazisində dağ. Abdalçay — Tovuz rayonu ərazisində çay. Abdal tayfası — qədim türk tayfası. Abdal (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Abdalı — Əfqanıstanda puştun tayfalarından biri.
Akkad
Akkad dövləti və ya Akkad padşahlığı — Cənubi Mesopotamiyanın(İkiçayarası) şimalında Sippar (indiki Abu Habba) yaxınlığında qədim şəhər. Akkad şəhəri İkiçayarasının zəngin şəhərlərindən, Akkad dövləti isə regionun qüdrətli dövlətlərindən idi. Babilin sami əhalisinin yaşadığı şəhərlərdən biri. == Tarixi haqqında == Akkad dövlətinin yaradıcısı I Şarri-kin (akkad:Şarrumkenu) olmuşdur. O, e.ə. 2316–2261 illərdə bu dövlətin çarı olmuşdur. Yunanlar ona Sarqon deyirdilər. O sami olmuşdur və Kiş şəhərinin çarı Ur-Zababanın bağbanı vəzifəsində çalışırdı. Ur-Zababa Umma şəhərinin çarı tərəfindən savaşda məğlub edildiyindən sonra, bilinməyən səbəblər nəticəsində (əfsanəyə görə tanrıca İştarın himayəçiliyinin nəticəsində Sarqon çarlığı ələ keçirmişdi. Çar olandan sonra o, Kişdən Akkad şəhərinə köçmüş və onu ölkəsinin baş şəhəri elan etmişdir.
Aksak
Aksak — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında kənd adı. İrəvan xanlığı dövründə bir mahal bu kəndin adı ilə Seyidli-Axsaqlı (Ayrım elinin Seyidli qolunun adı) adlanırdı. XIX əsrin II yarısında bu mahal İrəvan quberniyasının İrəvan qəzasının tərkibində idi. Axsaqlının əsl adı Aksakludur. Kəndin adı isə Türkiyədə orta əsrlərdə Aksakqala nahiyəsinin adı ilə bağlıdır. Ermənistan ərazisində XIX əsrdə Anqar-Saq (Əngər-sak), Sarsaxlı (Sarı-Saklı), Seyid-Axsaqlı, Talış dağ silsiləsində Mirzə-Saq dağ adı və Pir-Sak toponimləri ilə sıra təşkil edir. Türk dillərində rəng bildirən ak və sak — "içməli su" sözlərindən ibarətdir.
Aksay
Aksay (rus. Аксай) — Rusiya Federasiyasının Rostov vilayətində şəhər. Aksay rayonunun inzibati mərkəzidir. Rostov-Dondan 18 kilometr aralıda yerləşir. Konserv, şüşə, plastik kütlə, kərpic və s. zavodları var. 1957-ci ilə qədər Aksayskaya stansiyası adlandırılmışdır.
Aktau
Aqtau / Ağdağ (qaz. Aqtau) — Qazaxıstanın qərbində, Xəzər dənizi sahilində Manqışlaq yarımadasında yerləşən şəhər. Şəhər 1964-1991-ci illər aralığında Şevçenko adlandırılıb, hal-hazırda Manqıstau əyalətinin əyalət mərkəzidir. == Tarixi == Aqtaunun yerləşdiyi ərazi neft və uran ehtiyatları ilə zəngin olduğundan SSRİ dövründə 1961-ci ildə bu ərazidə yeni yaşayış məntəqəsinin tikintisinə başlanıldı. Salınan yeni yaşayış məntəqəsi isə 1963-cü ildə şəhər statusu aldı. Şəhərin adı 1963-cü ildən 1991-ci ilə kimi Ukrayna şairi Taras Şevçenkonun xatirəsinə Şevçenko adlandırılsa da 1991-ci ildə şəhərin adı dəyişdirilərək Aqtau (aq [aқ] -ağ, tau [тау] -dağ; Ağdağ) edildi.
Aktual
Akşam
= Akşam = Akşam, gündəlik çap olunan Türk dilli qəzet. Murat Kelkitlioğlunun baş redaktorluğu ilə, Esmedya tərəfindən çap olunur. == Tarixi == Akşam, 1918-ci il sentyabrın 20-də Necmettin Sadak tərəfindən təsis edilmişdir. Qəzetin baş redaktoru Muammer Senihi, Enis Tahsin Til idi. İlk nömrə kiçik və tək idi. Milli mübarizəni dəstəkləyirdi.Uzun illər Necmettin Sadak (Sivas Millət vəkili, Xarici İşlər Naziri) baş redaktor olmuşdur. Falih Rıfkı Atay milli mübarizəyə qarşı çıxanları tənqid etdi. İkinci Dünya Müharibəsi zamanı Axşam qəzetinin redaktoru Necmettin sadak Nazı Almaniya ilə yaxınlığıyla tanınırdı. Almanlar Sadaka bir Mercedes hədiyyə etdi və Türkiyədəki Alman səfirliyi onun böyük qumar borclarını qarşıladı. 1965-ci ildə qədər CHP-nin tərəfini tutdu.
Ammal
Ammal (ərəb. عمال‎)— Əlcəzairin şimalında, Bumerdes vilayəti ərazisində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 102 metr yüksəklikdə yerləşir. Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 62 kilometr (39 mil) şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 28 kilometr (17 mil) cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 8505 nəfər idi.
Areal
Areal (lat. area — sahə) – hər hansı bir bitki və ya heyvan növünün yer səthində (akvatoriya) təbii yayıldığı sahə. Növün yarandığı yer onun ilkin arealı sayılır. İlkin areal növün təbii surətdə və insan tərəfindən yayılması ilə genişlənə və ya onun məhv edilməsi nəticəsində darala bilər. Bütün dünyada yayıla bilən növlər və orqanizm qrupları kosmopolit areala malikdir, hər hansı növ Yerin məhdud ərazisində rast gəlinirsə o, endemik areala malikdir. Qədimdə yaranıb geniş yayılan növlərin qalıqları relikt areal sayılır. Əgər növ ona müvafiq ərazilərin hamısında yayılarsa ona başdan-başa areal, əgər növ bir-birindən aralı sahələrdə yayılarsa ona kəsilən areal deyilir. Arealı öyrənmək üçün onun xəritəsini tərtib etmək lazımdır. Arealın müqayisəli öyrənilməsi flora və faunanın tədqiqində böyük əhəmiyyətə malikdir. == Növləri == Törəmə areal – digər sistematik qrupun müəyyən sahədə yaratdığı areal.
Avdal
Avdalar — İrəvan quberniyasının İrəvan qəzasında kənd, türk mənşəli toponim. Avdal (Tovuz) — Tovuz rayonunda kənd.
Ayxal
Ayxal (saxa Айхал; mənası – şöhrət) — Rusiyada, Saxa Respublikasının Mirni ulusunda şəhər tipli qəsəbə. Udaçnı şəhərindən 60 km cənubda yerləşir. 1961-ci ildə Ayxal kimberlit borusunun kəşfi ilə əlaqədar yaranmışdır. 2021-ci ildə əhalisi 13,725 nəfər olmuşdur. == Coğrafiya == Qəsəbə Soxsolox çayının sol sahilində üzərində salınmışdır. Əfsanəyə görə, buzla örtülü çayda hərəkət edən marallar suda boğularaq ölmüşdür. Müasir Ayxal iki hissəyə bölünür: yuxarı və aşağı yaşayış məntəqələri. Aşağı qəsəbə köhnə hissəsidir, taxta evlər var. Yuxarı qəsəbə beton beşmərtəbəli binalardan təşkil olunmuşdur. == Tarixi == Qəsəbənin əsası 1961-ci ildə Ayxal borusunun kəşfi ilə əlaqədar Amakinskaya geoloji-kəşfiyyat ekspedisiyasının geoloqları tərəfindən qoyulmuşdur.
Ağsal
Ağsal — Şərur rayonunun Şimal-Şərqində dağ. Ağsal — Culfa rayonunun Ərəfsə kəndi yaxınlığında, Ağsal dərəsində mineral bulaq.
Ağyal
Ağyal — Gədəbəy rayonu ərazisində dağ; Ağyal — Qazax rayonu ərazisində dağ; Ağyal — Tovuz rayonu ərazisində dağ; Ağyal — Zəngilan rayonu ərazisində dağ.
Bakal
Bakal — Rusiya Federasiyasında yerləşən şəhər Çelyabinsk vilayətinə daxildir
Fatih Akyel
Fatih Akyel (26 dekabr 1977, İstanbul) — Türkiyə futbolçusu. == Həyatı == Fatih Akyel 1977-ci ildə Türkiyənin İstanbul şəhərində doğulub. Sağ cinah müdafiəçisidir. Karyerasına 1997-ci ildə "Qalatasaray"da başlayıb. "Qalatasaray"ın heyətində 4 dəfə (1997, 1998, 1999, 2000) Türkiyə çempionluğunu qazanıb. 2000-ci ildə isə UEFA Kubokunu və Avropa Superkubokunu başı üzərinə qaldırıb. Həmin il Avropa Superkuboku uğrunda matçda möhəşəm çıxış etmiş və komandasının qələbəsində əsas fiqurlardan biri olmuşdu. 2001-ci ildə İspaniyanın "Malyorka" klubuna tansfer olsa da, bu komandanın heyətində bir rəsmi matça belə çıxa bilmədi. 2002-ci ilin yayında "Fənərbağça"ya transfer edildi. Bu komandanın heyətində 2 il yüksək səviyyədə çıxış etdi.
Frederik Antal
Frederik Antal (mac. Antal Frigyes; 21 dekabr 1887, Budapeşt – 4 aprel 1954, London) — macar sənətşünas. == Həyatı == 21 dekabr 1887-ci ildə Budapeştdə Yəhudi əsilli Macar ailəsində anadan olmuşdur. Ali məktəbi hüqüqşünas ixtisası üzrə bitirdikdən sonra, Frederik Antal sənətşünaslıq ixtisasına yiylənmək qərarına gəlmişdir. 1914-cü ildə Vyanada Maks Dvorakın rəhbərliyi altında sənətşünaslıq sahəsi üzrə doktorluk dissertasiyasını müdafiə etmişdir. Univeristet illərində o, Bila Balaj, Görgi Lukaz və başqaları tərəfindən formalaşdırılan “Bazar günü dairəsi” adlı intellektual qrupun üzvlərindən biri idi. == Karyerası == Frederik Antal öz karyerasına 1914-cü ildə Budapeşt Milli İncəsənət Muzeyində könüllü olaraq başlamışdır. 1919-cu ildə o, muzeyin idarə heyətinin sədri vəzifəsinə təyin olunsa da, bir neçə ay sonra Macarıstan Sovet Resprublikasının dağılması ilə ölkəni tərk etmişdir. 1923-cü ilə qədər İtaliyada yaşadıqdan sonra Berlinə köçərək burada “Sənətşünaslıq ədəbiyyatı haqqında mühüm məlumatlar “ adlı qəzetin redaktoru vəzifəsində çalışmışdır. Lakin Nasist partiyasının Almaniyada yüksəlməsi ilə başlayan qarışıqlıq nəticəsində Frederik Antal yenidən yaşadığı ölkəni tərk etmək məcburiyyətində qalmışdır.
Miskin Abdal
Miskin Abdal (1430, Zərgərli – 1535, Zərgərli, Çuxursəəd) — Səfəvilərin görkəmli dövlət xadimi, diplomat, Şah İsmayıl Xətainin mürşidi, "Ricalül-Qeyb" ("Qeyb Ərəni"), böyük Övliya, Sufi şeyxi, sərkərdə, sufi-şair, ozandan aşığa (Haqq aşiqliyinə), qopuzdan saza keçidin banisi, çoxsaylı aşıq havalarının müəllifi, Ocaq-Pir sahibi. Miskin Abdal adı ilə tarixə düşən Seyid Hüseyn Məhəmməd oğlu 1430-cu ildə Göyçə mahalının Sarıyaqub (Zərgərli) kəndində anadan olub. Hüseynin mənsub olduğu "Zərgərli" tayfası o dövrün tanınmış tayfalarından biri idi. Hüseynin ulu babası Yaqubla Şeyx Səfi arasında qırılmaz dostluq əlaqələri olmuş, bu mənəvi yaxınlıq sonralar hər iki nəslin törəmələri arasında davam etmişdir. Hüseynin babası Cəfər, atası Məhəmməd Ərdəbil şeyxlərinin ən sınanmış müridləri kimi Göyçədə sufiliyin təriqət ideyalarının yaranmasına hamilik etmişdilər. Belə bir mühitdə böyüyən Hüseyn müqəddəs nəslin tarixi və mənəvi-dini missiyasını ləyaqətlə daşıyır. Miskin Abdal adı ilə aşıq-sufi ədəbiyyatının binasını qoyur, Zərgərli şəcərəsinin Mövlana Miskin Abdalı — ruhun memarı kimi tanınıb şöhrət tapır. Təriqət ideologiyası ilə ədəbiyyata, aşıq sənətinə büllurluq, müqəddəslik gətirir. Əksər Haqq Aşiqləri kimi Miskin Abdala da yuxusunda Təbriz şəhərindən olan Sənubər adlı qıza buta verilmiş, Təbrizə gedib, butasına qovuşmuş, onunla evlənmişdir. Bir müddət sonra bədbəxt hadisə nəticəsində Sənubər vəfat etmiş, bundan sonra o uzun müddət evlənməmiş, yalnız 50 yaşından sonra İrəvandan tacir qızı Həlimə ilə evlənmiş, bu nikahdan onların 4 övladı – Şadman, Əli və Həsən adlı oğulları, Məleykə adlı qızı olmuşdur.
Mustafa Akkad
Mustafa Akkad (ərəb. مصطفى العقاد‎, ing. Moustapha Akkad; 1 iyul 1930, Hələb – 11 noyabr 2005[…], Amman) — Suriya əsilli ABŞ kinorejissoru və kinoprodüseri. Mustafa Akkad 1930-cu ildə anadan olmuşdur. 19 yaşında Kaliforniya Universitetində teatr təhsili almaq üçün Los-Anceles-ə getmişdir. Tanınmış ABŞ kinorejissorlarının yanında təcrübə keçmişdir. Dünyada ən çox "Allahın elçisi Məhəmməd" və "Səhra aslanı Ömər Muxtar" filmlərinin rejissoru, "Hellovin" ("İfritələr bayramı" silsiləsinin 8 filmin) prodüseri kimi tanınmışdır. Ən tanınmış filmi olan "Allahın elçisi Məhəmməd" Məhəmməd peyğəmbərin həyatından bəhs edir. Filmdə baş rol olan Həmzə roluna tanınmış Hollivud aktyoru Entoni Kuinn çəkilmişdir. Mustafa Akkadın "Allahın elçisi Məhəmməd" filmi qədər uğur qazanan ikinci filmi Ömər Muxtar haqqında çəkdiyi "Çöl aslanı" olmuşdur.
Qayğusuz Abdal
Qaygusuz Abdal ( 1341- 1444) əsl adı Əlaəddin Qeybi olan Ələvi və Bəktaşi xalq ozanı. Babası Əlaəddin bin Yusif, atası isə Alaiyə bəyi Hüsaməddin Mahmud olduğu söylənilir. Bəktaşi böyüyü Abdal Musaya bağlanaraq təsəvvüf yoluna girdi. Misirə gedərək Bəktaşiliyi yaymaya çalışdı və orada vəfat etdi. Didaktik janrdakı əsərlərində açıq və aydın bir dil işlətdi. İncə və iynəli bir üslubu vardı. Ələvi və Bəktaşi şeir ənənələrini yaşatdı. Bəzi şeirlərində Yunus Əmrənin təsiri görünür. Divan Saray-name Minber-name Dil-güsa Gevher-name Budala-name Məsnəvi Muglata-name Əsrar-i Hurûf Vücûd-name' Prof. Dr.
Riçard Aksel
Riçard Aksel (ing. Richard Axel) - amerikan alim, molekular bioloq, 2004-cü ildə iybilmə reseptorlarının kəşfi və iybilmə sisteminin quruluşu üzrə araşdırmalarına görə Dr. Linda B. Buck-la birgə Nobel mükafatına layiq görülüb . Riçard Aksel 1946-cı ilin iyul ayının 2-də ABŞ-də Nyu-York şəhərində anadan olub. 1970-ci ildə Johns Hopkins Universitetini bitirib. 1978-ci ildə Columbia Universitetinin Patologiya and Biokimya fakultəsinin professoru olub. 1984-ci ildən bəri Columbia Universitetinin nəznində Howard Hughes Tibb İnstitutunun araşdırmacısı, 1999-cu ildən isə Universitet professorudur. 1969 - Johns Hopkins adına Tibbi Toplumun Tədqiqat Ödülü 1983 - Eli Lilly Ödülü 1983 - Amerikada Milli Elmlər Akademiyasının üzvü 1983 - Amerikada Humanitar və Təbii Elmlər Akademiyasının üzvü 1984 - Nyu-York Akademiyasının biologiya və tibb üzrə Təbii Elmlər ödülü 1989 - Amerikanın Milli Elmlər Akademiyasının Riçard Lounsbery ödülü 1996 - Dr. Linda Buck ilə birgə Unilever Təbii Elmlər Ödülü 1997 - Elm və Texnologiyada Təkmilləşməyə görə Nyu-York Şəhər Merinin Ödülü 1998 - Nevrologiji tədqatda yüksək nailiyyətlərə görə Bristol-Myers Squibb Ödülü 1999 - Columbia Universitetinin Aleksander Hamilton Ödülü 2001 - Biotibbi elmlərdə yüksək xidmətlərə görə Nyu-York Tibbi Academiyasının medalı 2003 - Gairdner Fondunun Nevrologiyada nailiyyətlərinə görə Beynəlxalq ödülü 2003 - Dr.
Serenay Aktaş
Serenay Aktaş (d. 1 oktyabr 1993)— Türk futbolçu və aktrisa. Serenay Aktaş 1 oktyabr 1993-cü ildə İstanbul vilayətində dünyaya gəlmişdir. Serenay Aktaş aktrisa olmaqla yanaşı, həm də futbolçudur. O, bir çox futbol komandasında oynayıb və hazırda futbola davam edir. Serenay Aktaş kiçik yaşlarından etibarən teatrla böyük bir əlaqəsi olub. Aktrisa bir çox seriallarda iştirak edib, "Türk malı", "Şübhə", "Yaxşı Cazibə", "Qəlbim səni seçdi" və "Möhtəşəm yüz il" kimi seriallarda rol alıb. O, 2014-cü ildə Acun İlıcalının təşkil etdiyi, dünyanın ən çətin yarışmalarından biri olan "Survivor"a qatılmışdır.
Sinan Akçıl
Sinan Akçıl — Sinan Siam oğlu Akçıl (20 may 1982, Leyvarden) Türk aktyor, müğənni və bəstəkardır. 2012-ci ildə Azərbaycanın Xalq Artisti Aygün Kazımova ilə "İkinci sen" duetini ifa etmişdir.