Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Allar
Allar (Yardımlı) — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Allar (Gorus) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində kənd.
Allar (Yardımlı)
Allar — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Alar Yardımlı rayonu ərazisində kənd. Alar çayının (Viləş çayının qolu) sahilindədir. Etnooykonimdir. Müxtəlif məlumat kitablarında Alar/Allar/Alılar Şəklində qeydə alınmışdır. Alarlar monqol yürüşlərində (XIII əsr) iştirak etmiş türk-monqol mənşəli oyrat tayfasının bir qolu olub, həmin əsrdə Talış zonasına köçürülmüşlər. XIX əsrin ortalarında alarlar canşalı (cahanşahlı) tayfa birliyinə daxil idilər. == Tarixi == Türk tayfasının adıdır. Xalq ehtimalına görə İrandan gəlib burada ilk binə salan Alı xan və övladlarının şərəfinə əvvəlcə Alılar adlandırılıb. Sonra Allar və nəhayət Alar formasına düşüb.
Allar mağarası
Allar mağarası — mağara insanların daş dövründə (orta paleolit) yaşadıqları yaşayış yeri olmuşdur. Mağara Yardımlı rayonunun Allar kəndində Viləş çayın sol sahilindədir. Allar mağarası 1500 metr yüksəklikdə yerləşir. Mağara 1993-cü ildə Azərbaycan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən təşkil edilən və A. Q. Cəfərovun rəhbərlik etdiyi ekspedisiya zamanı aşkarlanmışdır. Araşdırmalar nəticəsində mağaradan 9 daş əmək aləti tapılmışdır. Texniki və tipoloji baxımından alətlər orta paleolit dövrünə aiddir. == Mənbə == Azərbaycan Milli Elmlər Akademiyası. Arxeologiya və Etnoqrafiya İnstitutu. Azərbaycan Arxeologiyası. Daş dövrü (6).
Zəhran Alluş
Zəhran Alluş (1971 - 25 dekabr, 2015)—Terrorçu lider. Zəhran Alluş 1971-ci ildə Suriyada dünyaya gəlib, sələfi əqidəsində olub və Səudiyyə Ərəbistanının sələfi ideologiyasına bağlı təhsil müəssisəsində təhsil alıb. Suriyada vətəndaş müharibəsi başlayandan əvvəl bir dəfə milli-dini ayrı-seçkilik saldığına görə məhkəmə hökmü ilə həbs olunub. Daha sonra Bəşər Əsəddən əfv istəyən Alluş "əfv siyahısı"na düşərək azad olub. Daha sonra o, "Əl Qaidə"yə bağlı qruplaşmalara qoşulur, qısa zaman ərzində Səudiyyədə təlim alma səbəbinə görə komandirlik vəzifəsinə çatır. "İslami cəbhə" bir neçə terrorçu qruplaşmanın birləşməsilə təsis olunub. Bu terrorçu təşkilat Səudiyyə Ərəbistanı başda olmaqla bəzi ölkələrin yardım-dəstəyilə fəaliyyət göstərib. "Əl Qaidə"yə beyət etmiş Alluş 2013-cü ildə Dəməşqdəki şiə və ələvilərə qarşı təkfirçi açıqlaması ilə yadda qalıb. Zəhran Alluş 25 dekabr, 2015-ci ildə öldürülüb..
Kristobal Qonsales-Aller Xurado
Kristobal Qonsales-Aller Xurado — İspaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2011-ci ildən)
Sent-Mari-d'Allua
Sent-Mari-d'Allua (fr. Izeaux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Ot-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38194. Kommunanın 2012-ci il üçün əhalisi 550 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.
Allium album
Allium neapolitanum (lat. Allium neapolitanum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. == Sinonimləri == Allium album Santi Allium amblyopetalum Link Allium candidissimum Cav. Allium candidum C.Presl Allium cowanii Lindl. Allium gouanii G.Don Allium inodorum Aiton Allium lacteum Sm. Allium laetum Pollini Allium liliflorum Zeyh. Allium neapolitanum var. angustifolium Täckh. & Drar Allium sieberianum Schult. & Schult.f.
Allium subhirsutum subsp. album
Allium neapolitanum (lat. Allium neapolitanum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. == Sinonimləri == Allium album Santi Allium amblyopetalum Link Allium candidissimum Cav. Allium candidum C.Presl Allium cowanii Lindl. Allium gouanii G.Don Allium inodorum Aiton Allium lacteum Sm. Allium laetum Pollini Allium liliflorum Zeyh. Allium neapolitanum var. angustifolium Täckh. & Drar Allium sieberianum Schult. & Schult.f.
ALJİR
Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsi (rus. Акмолинский лагерь жён изменников Родины) və ya qısaca ALJİR — Stalin repressiyalarının qurbanı olmuş şəxslərin ailə üzvü olan qadınların məcburi saxlanıldığı islah əmək düşərgəsi. Qaraqanda İslah Əmək Düşərgəsinin tərkibində Qazaxıstanın Akmola bölgəsində yerləşib. Sürgün olunan qadınların arasında Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Cavad, Fətəli xan Xoyskinin qızı Tamara Xoyskaya və Quba Qızlar Seminariyasının rəhbəri Sənubər Eyyubova kimi onlarla azərbaycanlı qadın da var idi. Düşərgənin adı qısalaşdırılıb və insanlar arasında "ALJİR" adlandırılıb. SSRİ-də mövcud olmuş ən böyük qadın düşərgələrindən biri və "QULAQ arxipelaqı"nın "ada"larından biridir. 1938-ci ildə düşərgədə 8 minə yaxın məhbus qadın var idi onlardan 4500 nəfəri "Vətən xainlərinin ailə üzvləri" (VXAÜ) idilər. Bundan başqa 1500 nəfər "VXAÜ" də Karaqanda İslah Əmək Düşərgəsinin digər bölmələrində saxlanılırdılar. == Tarixi == SSRİ Xalq Daxili İşlər Komissarlığının 15 avqust 1937-ci il əmrinə əsasən Akmolinsk (Qazaxıstanın indiki paytaxtı Nursultan şəhəri) şəhərinin cənub qərbində Akmol yaşayış məntəqəsində Karaqanda düşərgəsinin bir bölməsi kimi yaradılıb. SSRİ Mərkəzi İcraiyyə Komitəsinin 8 iyun 1934-cü ildə verdiyi qərarına əsasən "Vətən xainlərinin" yaxınlarına ya 5–10 il azadlıqdan məhrumetmə ya da Sibirin uzaq bölgələrinə 5 il sürgün edilmək cəzası verilməli idi.
Adlar
Ad — Canlı və cansız varlıqları, duyğu və düşüncələri, müxtəlif vəziyyətləri bildirən sözlər. Adlar ümumi və xüsusi ad olmaq üzrə ikiyə ayrılar. Xüsusi ad: Dünyada tək bir varlığı ifadə edən adlara deyilir. Ümumi adlar ayrılar: Maddə adları: Əllə tutulub gözlə görülən varlıqlara verilən adlara deyilir. Məsələn: masa, paltar, daş, düzənlik, prospekt, küçə…. Məna adları: Əllə tutulmayan və gözlə görülə bilməyən varlıqlara verilən adlara deyilir. Məsələn: səs, yuxu, sevinc, acı/ağrılı, yuxu, ağıl, xasiyyət, xoşbəxtlik, həsrət, sevgi və s. Birlik adları: Eyni növdən olan varlıqların toxlu olaraq ol/tapıldıqları vəziyyətlərə verilən adlara deyilir. Məsələn: məktəb, sinif, lağ/alay, batalyon, sürü, meşə, xalq, millət, ailə, xor… == Adlarda təklik və çoxluq == Bir tək varlığı ifadə edən tək ad, eyni cinsdən bir çox varlığı ifadə edən adlara isə çoxluq ad deyilir. == Şəxs adları == Bizdən sonra dünyada qalan həyatdakı əməllərimizin güzgüsü adımızdır və heç nəyə görə yox, məhz adımıza görə də bizi yad edəcəklər.
Adler
== Şəxslər ==
Alaqur
Allah
Allah ( الله , romanlaşdırılmış : , , ar) — İbrahimi dinlərdə yeganə Tanrını bildirən ərəb sözüdür. Allah adı müsəlmanlardan başqa Yəmənli və bəzi Mizrahi ərəbdilli yəhudilərin, eləcə də Maltada yaşayan Roma Katolikləri, Yaxın Şərq semit xristianları, Aramilər, Maronitlər, Assuriyalılar və Keldanilər tərəfindən də istifadə olunur. İbrahimi dinlərin kitablarında Allah təcəssüm olunmuş yaradıcıdır. O, birinci şəxslə danışır və bəzən insanların qarşısına “insan obrazı” ilə çıxır. İslamda Allah Müntəkim (intiqam alan), Mütəkəbbirdir (El mütekabbir sözünün kökü kebir sözündəndir. Kebir hərfi mənada böyük deməkdir.), Sabur (çox səbirli), Cəlil (Cəlalət; 1/əzəmət, 2/qəzəb, qəzəb), Rəhim (çox mərhəmətli), Həlim (mülayim), Vədud (sevgili) kimi insani hissləri ifadə edən adlarla da tanınır. Xristianlıqda Allah ata, sufizmdə dost kimidir. Tanaxda da Yehova çox vaxt təcəssüm etdirilir. Allahı təsvir etmək üçün antropomorfik dilin istifadə edilib-edilməməsi yəhudi, xristian və islam düşüncə tarixində gərgin müzakirələrin mövzusu olmuşdur. İbrahimi dinlərin müqəddəs kitablarında antropomorfik nümunələr, həm də onu məxluqlara bənzəməkdən kənarlaşdıran ifadələr var.
Allan
Allan — ad. Allan Fakir — Pakistanın xalq mahnılarının ifaçısı. Allan Lalin — Honduras futbolçusu Allan Kanningem — Böyük Britaniya botaniki.
Allel
Allel bir genin müxtəlif formalarını ifadə edir. == Ümumi məlumat == Bir əlamətin müxtəlif formasına allel əlamətlər və onların inkişafına səbəb olan genlərə allel genlər deyirlər. Allel genlər homoloji xromosomların eyni sahəsində (lokosunda) yerləşir. Allel əlamətlərə misal olaraq insanda qara göz-mavi göz; qara rəngli saç-açıq rəngli saç; qıvrım saç-hamar saç; uza boy-qısa boy; iyi göz-xırda göz; tünd rəngli dəri-açıq rəndli dəri bə i.a. göstərmək olar. Allel əlamət və genləri hərflərlə işarə edilər. Dominant əlamət böyük hərflərlə, resessiv əlamət isə həmin hərfin kiçiyi ilə yazılır. Məsələn, qara gözü A hərfi ilə yazsaq, mavi gözü a ilə yazmaq lazımdır. Başqa allerləri yazanda da bu qayda tətbiq edilir. F1 -onlardan alınan birinci nəsil (övlad); AA – qara gözlü, aa – mavi gözlü valideyn; A və a – onların cinsi hüceyrələri – qametləri; Aa birinci nəsil (övlad.) Vurma işarəsi (x) – Genetikada çarpazlaşma və evlənməni bildirir.
Allium
Soğan (lat. Allium) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Qida məhsulu kimi mətbəxdə bişmiş və çiy halda istifadə edilir. == Müalicəvi əhəmiyyəti == Soğanın insan sağlığına çox böyük xeyri varmış. ABŞ-nin Kaliforniya Universitetinin əməkdaşı Dr.M.Lepinsky öz araşdırmaları nəticəsində bu qənaətə gəlmişdir ki, soğan istifadə olunması vacib olan qida məhsulları arasında mühüm yerlərdən birini tutur. Soğan qanda şəkərin miqdarını və təzyiqi aşağı salır Həzmi asanlaşdırır Bağırsağı təmizləyir Bədəndəki yaraların yaxşılaşmasını sürətləndirir Ürəyin funksiyasını gücləndirir Bütün bunlarla yanaşı soğanın antibakteriyal təsirindən istifadə edərək epidemik xəstəliklərin qarşısını almaq mümkündür. Bu zaman 300 qram soğanı əzdikdən sonra üzərinə 600 qram şərab əlavə edərək 100 qram balla qarışdırın və hər gün bir qaşıq istifadə edin.
Alloa
Alloa (ing. Alloa, şot.kelt Alamhagh) — Böyük Britaniyada, Şotlandiya (Şotlandiya Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Allos
Allos (fr. Allos, oks. Alòs) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Allos-Kolmar kantonuna daxildir. Kommunanın dairəsi — Kastelan. INSEE kodu — 04006. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 695 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını turizm təşkil edir. 2007-ci ildə əmək qabiliyyətli 471 nəfər (15–64 yaş) arasında 360 nəfər iqtisadi fəal, 111 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 76,4%, 1999-cu ildə 79,8%).
Allüvi
Allüvi (yun. alluvio - gətirmə) — Daimi və müvəqqəti çayların çaydaşı, qum, çınqıl, gil və s.-dən ibarət topladığı çöküntülər. Allüvidə bitki və heyvan qalıqlan da olur. == Allüvial su == Müasir və ya gömülmüş çay dərələrinin allüvial çöküntülərində yayılmış yeraltı su. == Allüvial-delüvial çöküntülər == Eroziya və yamacların delüvial yuyulma proseslərinin birgə fəaliyyəti nəticəsində toplanan çöküntülər. Vadilərin yamaca yaxın hissələrində və ya dərələrdə güclü daşqınlar zamanı allüvium və delüvium yığımlarının növbələşməsi nəticəsində formalaşır. Xarakter xü­susiyyəti; qırıntı materialının zəif çeşidləşməsi və yuvarlaqlığı; kəsiliş boyu allüvial (çaqıllar, qumlar) və delüvial (qumcalar, gilcələr, narın xır) akkumilyasion fazalara uyğun gələn çöküntülərin növbələşməsi.
Alnus
Qızılağac (lat. Alnus) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Adi qızılağac (Alnus glutinosa (L.) Gaertn.) Yumşaqtüklü qızılağac (Alnus hirsuta (Spach) Turcz.
Alolar
Alolar — Azərbaycanın Kəlbəcər rayonunun Yellicə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Keşdək kənd Sovetindən Alolar kəndi Yellicə kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Toponimikası == Yaşayış məntəqəsi XIX əsrin ortalarında Keştək kəndinə məxsus binə olmuşdur. Sonralar həmin kənddən alolar nəslinə mənsub ailələrin burada daimi məskunlaşması nəticəsində yaşayış məntəqəsi yaranmışdır. Etnotoponimdir. Digər məlumata görə Alolar kəndi Dərələyəzdən gəlib burada məskunlaşan Alo adlı kişinin adı ilə bağlıdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Tərtərçayın qolu olan Keşdək çayının (digər adı Alolar suyu) sahilində yerləşir. === Yaylaqları === Çəvlik yurdu, Yuxarı Pələngə yurdu, Aşağı Pələngə yurdu, Daşınbaşı yurd, Bağırxan yurdu, Dəlihəsən yurdu, Əlinin yurdu, Əyri yurd === Bulaqları === Qara bulaq, Çoban bulağı, İşgəsu bulağı, Ağqaya bulağı, Xırmandaşının bulağı, Ağ bulaq, Daş bulaq, Həmərsinlinin bulağı, Kolludaş bulağı, Xəlyarlı bulaqları, Səvlik bulağı, Qoyun kahasının bulağı, Quzu kahasının bulağı, Yanıq bulaq, Pırtpırt bulaq, Qıjılı bulaq, Dərə yurdunun bulaqları, Əyri yurdun bulağı, Şırşır bulaq === Məşhur yerləri === Bostanlar, Göyüşün yal yeri, Dikgüney, Dalmeşə, Yal yeri, Qalaça quzeyi, Yuxarı kor bulaq, Aşağı kor bulaq, Qalaça, Keşdəyin düzü, Murtuzabiçən, Xarrat, Danadaşı, Xırmandaşı, Zalın meşə yeri, Ağqaya, Çiçəkli, Molla Allahverdinin biçənəyi, Palçıqlı yal, Kolludaş, Vəliölən, Rzanın damı, Paşa düzdağı, Xəlyarlı, Yanıq, İbrahimin kahası, Taruçan, Biçilənyal, İtlərqırılan, Şirinin şamı, Qaraqaya, Ellaz ayı tutan, Ələmağacı === Binələri və qışlaqları === Pələngə binəsi == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil etmişdir.
Alqua
Algua (it. Algua) — İtaliyada kommuna, Lombardiya bölgəsində, Berqamo əyalətindədir. Əhalisi 747 nəfərdir (2008), əhalinin sıxlığı 92 nəfər / km²-dir. Sahəsi 8 km² ərazini əhatə edir. Poçt kodu — 24010. Telefon kodu — 0345. Kommunanın hamisi Müqəddəs Məryəm (Santa Maria del Carmelo) hesab olunur. Hər il 16 İyulda onun şərəfinə bayram təşkil edilir.
Altar
Altar (isp. Gran Desierto de Altar) — Meksika ərazisində yerləşən Sonora səhrasının təribini hissəsini təşkil edən qumlu səhra. Səhra Kaliforniya körfəzinin şimal sahillərində qərarlaşır. Uzunluğu 40 km, eni isə 100 km təşkil edir.
Alper
Alper — türk adı. Alper Canıgüz — yazıçı. Fikrət Alper — Türk musiqiçi və müğənni. Tuğçe Alper — Türk müğənni. İsmail Alper Coşkun — Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2012–2016).
Allah-Allah türbəsi
Bərdə türbəsi, Allah-Allah türbəsi və ya Nüşabə qalası — Bərdə şəhərində yerləşən tarixi memarlıq abidəsi. == Tarixi == XIV əsrdə Bərdədə iki qülləvari türbə tikilmişdir ki, onlardan biri müasir dövrə qədər qalmışdır. Elmi ədəbiyyata 1322-ci il tarixli Bərdə türbəsi adı ilə daxil olan abidənin nə vaxt və kim tərəfindən tikildiyi üstündəki kitabələrdən məlumdur. Bərdə türbəsi hələ XIX əsrdən tədqiqatçıların diqqətini cəlb etmişdir. 1848-ci ildə Bərdəni ziyarət etmiş məşhur şərqşünas Xanıkov abidənin üzərindəki kitabələri oxumuş və bu kitabələr daha sonra 1861-ci ildə Bərdədə olmuş akademik Dorn tərəfindən nəşr edilmişdir. Akademik Dorn eyni zamanda Bərdə türbəsinin təsvirini də nəşr etmişdir. Bərdə türbəsindəki bu kitabə Naxçıvan memarlarının hələ XIV əsrdə məsul binaları tikmək üçün başqa şəhərlərə də dəvət edildiyini göstərməklə, Naxçıvan memarlıq məktəbi ənənələrinin davam etdiyini təsdiqləyən son dərəcə qiymətli bir sənət nümunəsidir. == Memarlıq xüsusiyyətləri == Bərdə türbəsi qülləvari türbələrə xas quruluşda olub, yeraltı və yerüstü hissədən ibarətdir. Türbənin yeraltı hissəsi xaçvari şəkildə olub, abidənin sərdabə hissəsini, yəni cənazənin dəfn edildiyi hissəni təşkil edir. Türbənin bu hissəsi vaxtilə günbəzlə örtülü olmuş və içərisi kaşıdan quraşdırılma ornamentlərlə bəzədilmişdir.
Chenopodium album var. album
Ağımtıl tərə (lat. Chenopodium album) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin tərə cinsinə aid bitki növü. == Sinonimləri == Anserina candidans (Lam.) Montandon Atriplex alba (L.) Crantz Atriplex viridis (L.) Crantz Blitum viride (L.) Moench Botrys alba (L.) Nieuwl. Botrys alba var. pauper Lunell Botrys pagana (Rchb.) Lunell Chenopodium agreste E.H.L.Krause Chenopodium album var. album album Chenopodium album subsp. bernburgense Murr Chenopodium album var. candicans Moq. Chenopodium album subsp. collinsii Murr Chenopodium album var.
Euxolus alius
Qırmızıbaldır pəncər (lat. Amaranthus blitum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin pəncər cinsinə aid bitki növü. == Sinonimləri == Albersia arenaria Schur Albersia ascendens Fourr. Albersia blitum Kunth Albersia livida Kunth Amaranthus adscendens auct. Amaranthus albus Rodschied ex F.Dietr. Amaranthus alius K.Krause Amaranthus ascendens Loisel. Amaranthus berchtoldii Seidl ex Opiz Amaranthus blitonius St.-Lag. Amaranthus blitum var. ascendens (Loisel.) DC. Amaranthus blitum var. blitum Amaranthus blitum var.