Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Antinomiya
Antinomiya (alm. Antinomie‎; fr. Antinomie; ing. Antinomy;yun. Antinomia; q.türk tesavi-i nakizeyn; türk. çatışkı;ərəb. اَلؼ ذثاو‎) – iki qanun və ya qayda arasındakı təzad, qanunların, qaydaların, prinsiplərin bir-birinə tərs düşməsi. Yunan mənşəli kəlimədir. Kainatda 4 növ antinomiya var idi: Kainat və qalaktika zaman baxımından əbədi deyil, antitez – əbədidir. Hər şeyin özlüyündən ibarət olduğu son, saf hissələr mövcuddur, antitez – yoxdur.
Actinotia
Actinotia (lat. Actinotia) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin sovkalar fəsiləsinə aid heyvan cinsi.
Actinotia (cins)
Actinotia polyodon
Actinotia polyodon (lat. Actinotia polyodon) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin sovkalar fəsiləsinin actinotia cinsinə aid heyvan növü. == Təsviri == Qanadları açılmış halda 25–30 mm-dir. Ön qanadları qırmızımtıl-qonur olub, qəhvəyi və qırmızımtıla çalır. Böyrəkşəkilli naxış böyükdür, bozumtul rənglə haşiyələnmişdir, ortasında ağ cizgi var. Yumuruvə pazşəkilli naxışlar görünmür. Dalğavari zolaq diş-diş olub, "w" hərifinə oxşayır. Arxa qanadı bulanıq-ağdır. Ön kənarı tünd, enli sarğı ilə əhatələnmişdir. == Yayılması == Şimali Avropa, Rusiya, Qafqaz və Sibirin cənubundan başlamış Yaponiyaya qədər və Türkmənistan ərazilərində yayılmışlar.Azərbaycanda Böyük Qafqazın dağətəyində rast gəlinir.
Actinotia radiosa
Actinotia radiosa (lat. Actinotia radiosa) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin sovkalar fəsiləsinin actinotia cinsinə aid heyvan növü. == Təsviri == Qanadları açılmış halda 32-36 mm-dir. Ön qanadlar qırmızımtıl-qonur rəngdədir, üzərindəki haşiyə ağdır, qara rəngli pazşəkilli naxışla kəsişir. Yumuru və pazşəkilli naxışlar zəif görünür. Böyrəkşəkilli naxış qonur rəngdə olub, ortası qara, kənarları isə ağdır. Dalğavari zolaq dişlidir və "w" hərifinə oxşayır. Arxa qanadlar ağımtıldır. == Yayılması == Avropa, Rusiyanın cənubu və cənubi-şərqində, Şimali Qafqaz ərazilərində rast gəlinir. Azərbaycanda Kiçik Qafqazın cənub yamaclarında yayılıb.
Panthera pardus antinorii
Afrika bəbiri (lat. Panthera pardus pardus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin bəbir növünə aid heyvan yarımnövü. Bəbirlərin ölçüsü və çəkisi yaşayış yerlərinin coğrafi ərazisindən asılıdır və çox dəyişir. Meşələrdə yaşayan fərdlər adətən daha kiçik və yüngül olur, açıq yerlərdə yaşayanlar isə əksinə, meşə həmkarlarından daha böyük olurlar. Ancaq orta hesabla kişilər qadınlardan üçdə bir böyükdür. Bəbirin bədən uzunluğu 200-250 sm-ə çatır (bundan 75-110 sm quyruğudur). Kişilərin çəkisi 60 kq-a qədər, qadınların çəkisi 40 kq-a qədərdir. Rəng dəyişir - sıra və yaşayış yerindən asılı olaraq, rəng qırmızı və qəhvəyi rəngdən sarıya qədər dəyişə bilər. Afrikada həm qitənin mərkəzi rayonlarının rütubətli cəngəlliklərində, həm də Mərakeşdən Kapa qədər olan dağlarda, savannalarda və yarımsəhralarda yaşayır. Bəbir böyük səhralardan və susuz quraq ərazilərdən qaçır və buna görə də Saxara və Namibiyanın ən quraq bölgələrində yoxdur.