Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Artemia
Artemia (lat. Artemia) cinsi Zirehsiz xərçənglər (Anostraca) dəstəsinə və müstəqil Artemiidae fəsiləsinə daxildir. Planktonlar olub əsasən dayaz dəniz və duzlu göl sularında yaşayırlar. Fitoplanktonlarla qidalanırlar. Ən geniş yayılmış növü Artemia salina adlanır. == Çoxalması və həyat mərhələləri == Təbiətdə iki fərd vastəsi ilə çoxalsalarda bəzən ancaq dişilərdən ibarət koloniyalara belə rast gəlinir. Erkəklərdə dişini saxlamaq məqsədi ilə güçlü ətraflar mövcuddur Artemiyalara daxil olan növlərin iki variantı vardır. Onlar ya diri doğur ya da yumurta qoyaraq çoxalır. Bu strategiya əsasən onların yaşayış mühiti və genetik xüsusiyyətləri ilə əlaqədardır.. Yumurta qoyarkən mayalanmış yumurta dişinin böyüründə olan kisəciyə düşür oradan isə suya atılır..
Asterid
Asterid (lat. Asteridae) — i̇kiləpəlilər sinfinə aid bitki yarımsinfi.
Asterina
Asterina (lat. Asterina) — asterinidae fəsiləsinə aid heyvan cinsi.
Austenit
Austenit — saf dəmirin 911÷1392 °C-də kub səthi mərkəzləşmiş kristal formasıdır. Bu, bəzən dəmir də adlandırılır (dəmir-karbon hal diaqramı). Legirləmənin köməyi ilə austenitin mövcud olduğu sahəni böyütmək və ya kiçiltmək olar. Poladın bir çox termiki emal növləri üçün onun austenit sahəsində qızdırılması ilkin addımdır. Austenit ferritə nisbətən daha möhkəm və bərkdir (HB 180–200). Yaxşı plastikliyi və antimaqnit xassələri ilə fərqlənir. == İstinad == Rezo Əliyev. Maşınqayırma leksikonu. I hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 430 s.
Eitenia
Eitenia (lat. Eitenia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Eitenia polyseta R.M.King & H.Rob. Eitenia praxeloides R.M.King & H.Rob.
Lasthenia
Lasthenia (lat. Lasthenia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Lasthenia burkei (Greene) Greene Lasthenia californica DC. ex Lindl. Lasthenia californica subsp. bakeri (J.T.Howell) R.Chan Lasthenia californica subsp. macrantha (A.Gray) R.Chan Lasthenia carnosa (Greene) Greene Lasthenia chrysantha (Greene ex A.Gray) Greene Lasthenia conjugens Greene Lasthenia coronaria (Nutt.) Ornduff Lasthenia debilis (Greene ex A.Gray) Ornduff Lasthenia ferrisiae Ornduff Lasthenia fremontii (Torr. ex A.Gray) Greene Lasthenia glaberrima DC. Lasthenia glabrata Lindl. Lasthenia glabrata subsp. coulteri (A.Gray) Ornduff Lasthenia gracilis (DC.) Greene Lasthenia kunthii (Less.) Hook. & Arn.
Actebia
Actebia (lat. Actebia) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin sovkalar fəsiləsinə aid heyvan cinsi.
Satenik
Satenik (erm. Սաթենիկ; Alaniya) —və ya Satana Ermənistan kralı Artaşeslə evlənən şahzadə. Onların '"Artaşes və Satenik"' kimi tanınan sevgi hekayəsini erməni tarixçisi Movses Xorenli özünün '"Ermənistan tarixi"' əsərində təqdim edir. Movses qeyd edib ki, bilavasitə sitat gətirdiyi hekayə onun dövründə Ermənistanın sadə xalqı arasında səyahət edən nağılçılar və ozanların danışdığı məşhur dastan olub. Adı yunan formasında Artaksias kimi də görünən Artaşes, təxminən eramızdan əvvəl 189-cu ildə Ermənistan taxtına yüksəldi və həm Roma, həm də Parfiya tərəfindən tanındı. Kral I Artaşesin (e.ə. 189–159) hakimiyyəti dövründə alanların Ermənistan Krallığını işğalı Artaşes və Satenik arasında romantik nağıl fonunda rol oynayır. Alanlar İberiya torpaqlarını fəth etdikdən sonra daha da cənuba doğru hərəkət edərək Kür çayını keçərək Ermənistana daxil oldular. Artaşes Alaniya təhlükəsini qarşılamaq üçün böyük bir qüvvə topladı və iki tərəf arasında şiddətli müharibə baş verdi, nəticədə Alaniya kralının kiçik oğlu əsir alındı. Alanlar Kür çayına geri çəkilməyə məcbur oldular və orada çayın şimal tərəfində düşərgə qurdular.
Basteria
Basteria Houtt. — Cullumia bitki cinsinin sinonimi. Basteria Mill. — Calycanthus bitki cinsinin sinonimi.
Asaemia
Athanasia (lat. Athanasia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Antena
Antena — elektromaqnit dalğalarının şüalandırılması və qəbulu üçün istifadə olunan radiotexniki qurğudur. Antena istənilən radioverici və radioqəbuledici qurğunun əsas tərkib hissələrindən biridir. Bu qurğuların işinin effektivliyi antena-fider sisteminin düzgün seçilməsindən və razılaşdırılmasından əhəmiyyətli dərəcədə asılı olur. Antena-fider sistemləri aviasiyada xüsusi əhəmiyyət kəsb edirlər. Belə ki, burada radiotexniki sistemlərə və vasitələrə spesifik tələblər qoyulur. Müasir hava limanları və gəmiləri tərkibində antena olan müxtəlif lokasiya, naviqasiya və rabitə qurğuları ilə təmin olunur. Antenanın növü, onun konstruksiyası və parametrləri həlli tələb olunan məsələnin xarakterindən asılı olur. Burada rupor, dalğaötürən-yarıq, parabolik-güzgü və s. antenalardan geniş istifadə olunur. Bu qurğular ifratyüksək tezlikli (İYT) şüalanma mənbələri olub, bəzi hallarda insan orqanizmi üçün təhlükəlidirlər.
Astana
Astana (qaz. Astana, Астана; 1961-ci ilə qədər Aqmolinsk, 1961–1992-ci illərdə Selinoqrad, 1992–1998-ci illərdə Aqmola (Qazax dilindən tərcümədə "Ağ Qəbir"), 1998–2019-cu illərdə Astana (Qazax dilindən tərcümədə "Paytaxt"), 2019–2022-ci illərdə Nur-Sultan (Qazaxıstanın 1-ci prezidenti Nursultan Nazarbayevin şərəfinə) — Qazaxıstanın paytaxtı. Şəhər XIX əsrin 30-cu illərində İşim çayının sahilində salınıb. Əsası 1830-cu ildə qala kimi qoyulmuş, 1832-ci ildən isə şəhərdir. Burada 100-dən çox millətin nümayəndəsi yaşayır. İqlim kontinentaldır. Belə ki yayda həddindən artıq isti, qışda isə uzunmüddətli şaxtalı günlər müşayiət olunur. 1997-ci ilin dekabr ayının 10-dan Qazaxıstanın paytaxtıdır. Adı bir neçə dəfə dəyişdirilib. Belə ki, 1830-dan 1961-ə kimi Aqmolinsk, 1961-dən 1992-ə kimi Çelinoqrad, 1992-dən 1998-ə kimi isə Aqmola adlandırılmışdır.
Stevia
Stevia (Şəkər Otu) – rebaudiana bitkisinin yarpaqlarından əldə edilən bir dadverici və şəkər əvəzləyicisidir. Stevianın birləşmələri – şəkərə nisbətən 150 dəfə çox şirinliyə və sabit pH-a malik olan, istiyədavamlı və fermentləşdirilməyən steviol glikozidlərdir (əsasən steviosid və rebaudiosid). Stevianın qida və pəhriz əlavəsi kimi hüquqi statusu müxtəlif ölkələrdə müxtəlifdir. Amerika Birləşmiş Ştatlarında yüksək saflığa malik (təmiz) stevia glikozidi ümumiyyətlə təhlükəsiz olaraq tanınır və qida məhsullarının tərkibində istifadə olunmasına icazə verilir, lakin stevia yarpağı və xam ekstraktın qidalarda istifadəsi üzrə Ərzaq və Dərman İdarəsi tərəfindən razılıq yoxdur. Avropa Birliyi 2011-ci ildə Stevia əlavəsini təsdiqlədi və Yaponiyada stevia illərdir dadverici olaraq yayılmış bir şəkildə istifadə olunur. Stevia rebaudiana Cənubi Amerikanın Quarani xalqları tərəfindən 1500 ildən çoxdur ki, istifadə olunur və onu "Ka'a He'ê" (Şəkər Otu) adlandırırlar. Yarpaqları Braziliya və Paraqvayda yüz illər boyunca ənənəvi olaraq yerli çaylar və dərmanlara dad vermək üçün "şirin müalicə" kimi istifadə edilir. Bu bitki Valensiya Universitetinin botanika üzrə professoru, ispan botaniki və həkim Petrus Jacobus Stevusun (Pedro Jaime Esteve 1500–1556) şərəfinə olaraq stevia adlandırılmışdır. Stevia bitkisi ilk dəfə olaraq 1899-cu ildə İsveçrəli botanik Moyses Santyaqo Bertoni tərəfindən Şərqi Paraqvayda etdiyi axtarışlar nəticəsində kəşf olunmuşdur . Lakin araşdırmalar məhdud aparılıb, sonradan 1931-ci ildə iki fransız kimyaçısı Steviaya şirin dad verən glikozidləri bitkinin tərkibindən kimyəvi maddə kimi izolə edib ayıra bilmişlər.
Stegia
Əməköməci (lat. Malva) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. Çiçəkləri bənövşəyidir, yarpaq qoltuğundan çıxır, salxım, bəzən də, tək-tək yerləşir. Yarpaqları dilimlidir. Meyvəsi qutucuqdur. Latınca adı: Malva. Əməköməci cinsinin Azərbaycanda 10 növü bitir, onlar əkin sahələrində, tarlalarda, bağlarda, meşə və yol kənarlarında, münbit torpaqlarda yabanı halda tapılmışdır. Gövdə və yarpaqları bişmiş və çiy halda yeyilir. Göyərti kimi xörəklərə qatılır, yaxşı bal verən bitkidir. BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqları, Qobustanın rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır.
Asena
Asena (lat. Acaena) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Antonia Santilli
Antonia Santilli (it. Antonia Santilli; 8 avqust 1949) — italyan aktrisası. == Bioqrafiya == Antonia Santilli 8 avqust 1949-cu ildə İtaliyanın Latina vilayətinin Spiqno-Saturniya şəhərində anadan olub. 1973-cü ildə Roma Sapienza Universitetini bitirib. == Filmoqrafiya == Bokaçço — 1972 Paolinanın yaxşı tərəfi — 1973 İtalyanların Rusiyada ağlasığmaz macəraları — 1973 O və mən — 1973 == Ədəbiyyat == Manlio Gomararasca, Davide Pulici: 99 Donne. Milano, 1999. Manlio Gomararasca, Davide Pulici: Nocturno Dossier n.36: Le sorelle di Venera.
Antonia Tomas
Antoniya Lora Tomas (ing. Antonia Laura Thomas; 3 noyabr 1986) — Böyük Britaniya aktrisası. "Misfits" serialında Alişia Beyli roluna görə tanınır. == Karyerası == Antonia Tomas London şəhərində anadan olub və böyüyüb. Uşaqlıqda Antonia Çelsi İncəsənət Kollecinə daxil olur. Lakin daha sonradan teatr dərnəklərinə yazılır və 2001-ci ildə Gənc Tamaşaçılar Teatrına daxil olur və qastrollarda iştirak edir. 2006-2009-cu illərdə Bristol şəhərində yaşayır və Old Vik teatr məktəbində təhsil alır. 2009-cu ildə televiziyada ilk rolunu Misfits teleserialında alır. Bu serialda Antonia Alişia Beyli rolunu ifa edir. Qısa zamanda serial böyük populyarlıq qazanır və 2010-cu ildə BAFTA (British Academy of Film and Television Arts) mükafatına layiq görülür.
Eupatorium ostenii
Praxelis ostenii (lat. Praxelis ostenii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin praxelis cinsinə aid bitki növü.
Passiflora actinia
Passiflora actinia (lat. Passiflora actinia) — qonaqotukimilər fəsiləsinin qonaqotu cinsinə aid bitki növü.
Senecio ostenii
Senecio ostenii (lat. Senecio ostenii) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Actebia praecox
Actebia praecox (lat. Actebia praecox) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin sovkalar fəsiləsinin actebia cinsinə aid heyvan növü. == Qısa təsviri == Qanadları açılmış halda 45-48 mm-dir. Ön qanadları yaşılımtıl-qonur, yaxud yaşıl olub göyümtülə çalır. Arxa qanadları qonur, kənarları tünddür, kənarları ağ saçaqlıdır. == Arealı və sayı == Palearktikanın səhra-meşələrində və Rusiyada geniş yayılmışdır. Azərbaycanda arealı olduqca məhduddur, yalnız Böyük Qafqazın dağətəyi və dağlıq hissəsində nadir hallarda təsadüf edilir. Cəmi 2 kəpənəyi Quba rayonundan iyunda toplanmışdır. == Yaşayış yeri və həyat tərzi == Meşə açıqlıqlarında, çay kənarları və meşəətrafı sahələrdə yaşayır. Azərbaycanda biologiyası öyrənilməmişdir.
Pro Armenia
Pro Armenia (azərb. Ermənistan tərəfdarı‎) — iki həftədə bir buraxılan fransızdilli jurnal. 1900-cü ildə təsis edilmişdir və ermənipərəst mövqe tuturdu. Jurnalın məqsədi Avropada Osmanlı imperiyasında yaşayan ermənilərinin vəziyyəti haqqında məlumat yaymaq idi. Bu, Daşnaksutyunun həmtəsisçisi Xristofor Mikaelyanın təşəbbüsü ilə bir sıra tanınmış Dreyfusçu və solçu ziyalıların köməyi ilə yaradılmışdır. Pyer Kiyar onun baş redaktoru, Jan Longe isə katibi idi. Onun redaksiya komitəsinin üzvləri Jorj Klemanso, Anatol Frans və başqaları idi. 1908-ci il Osmanlı konstitusiya inqilabından sonra nəşri müvəqqəti olaraq dayandırılmışdır. 1912 və 1913-cü illərdə "Pour les Peuples d'Orient" adı ilə yenidən nəşr olunmuşdur. 1914-cü ildə orijinal adı bərpa edilmişdir, lakin həmin il nəşrini dayandırmışdır.
Armenia Now
ArmeniaNow — Ermənistan müstəqil onlayn xəbər saytı. Mərkəzi İrəvanda yerləşir. İngilis və erməni dillərində dərc edilmişdir. Sayt 2002-ci ilin iyulunda təsis edilib və son nömrəsini 2016-cı ilin iyununda dərc edib. O, Ermənistanda əsas internet qəzetlərindən biri kimi tanınırdı. Qəzetin baş redaktoru amerikalı proqressivist Con Xyuz idi və 20 jurnalistdən ibarət heyəti var idi. "ArmeniaNow"a müxtəlif müəlliflər və siyasi analitiklər, həmçinin "Human Rights Watch", "Amnesty International" və "Freedom House" kimi beynəlxalq təşkilatlar istinad ediblər.
Praxelis ostenii
Praxelis ostenii (lat. Praxelis ostenii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin praxelis cinsinə aid bitki növü.
Pink Armenia
Çəhrayı Ermənistan (erm. Փինք Հայաստան; ing. Pink Armenia) – Ermənistanda LGBTQIA+ hüquqlarını müdafiə edən ilk qeyri-hökumət təşkilatı. "Çəhrayı Ermənistan" 2007-ci ildə yaradılmış və qərargahı İrəvanda yerləşir. Təşkilatın məqsədi Ermənistandakı lezbiyan, gey, biseksual, transgender fərdlərə dəstək olmaq, onların hüquqlarını müdafiə etmək, ölkədə LGBT məsələləri ilə bağlı ictimai fikri dəyişməkdir. "Çəhrayı Ermənistan" LGBT icmasının üzvləri üçün müxtəlif proqramlar və kampaniyalar təşkil edir. Təşkilatın xidmətlərinə təcili hüquqi yardım, sosial yardım, ailə dəstəyi, təcili vəziyyətlərdə kömək, psixoloji dəstək daxildir. Təşkilat cinsi sağlamlıq, insan hüquqlarının qorunması, ayrı-seçkiliyə qarşı mübarizə, bərabərlik və müxtəlifliyi müdafiə etmə, gender məsələlərini təbliğ etmə üzrə fəaliyyət göstərən yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. "Çəhrayı Ermənistan"ın hazırkı direktoru Mamikon Hovsepyandır. Təşkilatın trans məsələri üzrə ixtisaslaşmış "Sağ tərəf" təşkilatı ilə yaxın əlaqələri var.