Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ağburun
Ağ Burun — Ağburun dağı — Xocavənd rayonunda Ağcaqoşun çayının sağ sahildə dağ. Ağburun dağı (Qaradağ) — Qaradağ rayonu ərazisində, Lokbatan qəsəbəsindən qərbdə dağ.
Daşburun
Daşburun bu mənaları ifadə edə bilər:
Ağburun (dağ)
Ağburun — Azərbaycanın Xocavənd rayonunda Ağcaqoşun çayının sağ sahildə dağ. Hündürlüyü 450 m (bəzi mənbələrdə: Hündürlüyü 196 m) == Toponimikası == Ağburun-rəng bildirən ağ və burun (dağın burun formalı çıxıntısı) sözlərindəndir. Ağburun dağının hündürlüyü 450 m-dir.
Ağburun dağı
Ağburun — Azərbaycanın Xocavənd rayonunda Ağcaqoşun çayının sağ sahildə dağ. Hündürlüyü 450 m (bəzi mənbələrdə: Hündürlüyü 196 m) == Toponimikası == Ağburun-rəng bildirən ağ və burun (dağın burun formalı çıxıntısı) sözlərindəndir. Ağburun dağının hündürlüyü 450 m-dir.
Daşburun (Qaraqoyunlu)
Daşburun — İğdır ilinin Qaraqoyunlu ilçəsində belde. == Coğrafiyası == == İnzibati-ərazi bölgüsü == Daşburun beldesi inzibati cəhətdən üç məhəllədən ibarətdir: Mərkəz məhəllə, İslamköy və Cənnətabad. == Əhalisi == === Milli tərkibi === 1886-cı ilə olan məlumata əsasən Rusiya İmperiyasının Qars vilayətinin Daşburun şöbəsinin Daşburun kənd cəmiyyətinin Daşburun kəndində 1.673 nəfər əhali yaşayırdı, onların hamısını etnik ermənilər təşkil edirdi.
Daşburun dağı
Daşburun dağı — Sədərək rayonu ərazisində dağ (hünd. 1239,4 m). Naxçıvan dağarası çökəkliyinin şimal-qərbində, Sədərək düzünün şimal kənarındakı Bulaqbaşı silsiləsindən cənub-şərqə ayrılan eyniadlı qolun suayırıcısında zirvə. Sədərək kəndindən 2 km şimal-şərqdədir. Orta Devonun Jivet mərtəbəsinin üst yarımmərtəbəsinə aid Arpaçay lay dəstəsinin əhəngdaşılarından təşkil olunmuş qərb yamacı sıldırımlı konusvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-qərb qurtaracağında, Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin gömülmüş cənub-qərb cinahında, cavan çöküntülər altından yer səthinə çıxan Dəhnə-Vəlidağ qalxımının şimal tektonik blokuna aid edilir və geoloji quruluşda şimal-şərq istiqamətli fay qırılmaları ilə kiçik bloklara parçalanmış eyniadlı sinklinalın nüvə hissəsində yerləşir. Daşburun dağı el arasında digər adı ilə Əjdəkan dağı adlanır.
Daşburun (Beyləqan)
Daşburun — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində qəsəbə.
Daşburun (dəqiqləşdirmə)
Daşburun bu mənaları ifadə edə bilər:
Qışlaq-i Ağburun (Biləsuvar)
Qışlaq-i Ağburun (fars. قشلاق اق برون‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 20 nəfər yaşayır (5 ailə).
Şapurun Xosrovun yanına qayıtması
Şapurun Xosrovun yanına qayıtması — I Şah Təhmasibin sifarişi ilə 1539–1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Ağa Mirək Mirzə Qiyas tərəfindən çəkilmiş rəsm əsəridir. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. Nizaminin "Xosrov və Şirin" poemasında, Şapur Xosrovun şəkli vasitəsilə Şirində ona qarşı eşq oyatdıqdan sonra, Xosrova müjdə vermək üçün onun yanına qayıdır. Nizami poemada bu epizodu belə təsvir edir: Açıq çəmənlikdə zəngin bəzədilmiş çadır qarşısında saray əyanları və musiqiçilər əyləşmişlər. Təbiətin qoynunda, dağ döşündə kef məclisi qurulmuşdur. Qonaqlara naxışlı qablarda, üzəri sərpuşlarla örtülmüş yemək gətirilmişdir. Saqi qədəhlərə şərab süzür. Nimçələrdə meyvə və müxtəlif yeməklər görünür. Bəzəkli çadırda, qonaqların əhatəsində gənc Xosrov əyləşmişdir.
Şapurun Xosrovun rəsmini Şirinə göstərməsi
Xosrovun çimən Şirini görməsi - I Şah Təhmasibin sifarişi ilə 1539-1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Mirzə Əli tərəfindən çəkilmiş rəsm əsəridir. Tədqiqatçı N.Zamanovun fikrincə, "bu süjet bir çox Yaxın və Orta Şərq rəssamlarının fırçası ilə canlandırılsa da, o, Mirzə Əli Təbrizinin fırçasında özünün ən parlaq ifadəsini tapmışdır." Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. Nizaminin "Xosrov və Şirin" poemasında, Şirini öz sarayına dəvət etmək istəyən Xosrov şah, yaxın dostu və saray rəssamı olan Şapuru onun sarayına göndərir. Şirinin hüzuruna gələn rəssam, öz hökmdarını nə qədər tərifləsə də, Şirində təəssürat yarada bilmir. Bundn sonra şahın portretini çəkərək Şirinə təqdim edir. Rəsmi görən qız aşiq olsa da, ismətini qoruyaraq Şapurla getməkdən imtina edir: "Şapurun Xosrovun rəsmini Şirinə göstərməsi" miniatüründə Mirzə Əli bilərəkdən ədəbi mətndən yayınmışdır. Rəssam verilmiş konret epizodla yanaşı, Nizami süjetinin məzmununu əsas götürmüş, nəticədə müstəqil və orijinal əsər yarada bilmişdir. Mirzə Əli, miniatürdə hadisəni mətndəki kimi yabanı çəmənlikdə, yaxud keçilməz dağ yamaclarında deyil, o dövr üçün səciyyəvi olan cah-cəlallı saray bağında təsvir etmişdir. Kompozisiyanın mərkəzində yaşıla çalan sal daşlarla döşənmiş meydança dayanır.