Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Begonia
Beqoniya (lat. Begonia) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin beqoniyakimilər fəsiləsinə aid bitki cinsi. Bu fəsilə və cins fransız Mişel Begonun şərəfinə adlandırılmışdır.Fəsiləyə təxminən mindən çox növ-çoxillik ot bitkisi,kollar və lianlar daxildir. Beqoniyanın bir çox növləri dekorativ bitkilərdir. Açıq torpaqda 3 növü əkilir. Onlardan xüsusilə ən çox yayılmışı mürəkkəb, hibrid mənşəli sortlara aid olan kök yumrulu beqoniyadır. Kök yumrulu beqoniya istisevən bitkidir. Hər il bitkinin yerüstü hissələri məhv olur, torpaqda isə kök yumruları qalır. Beqoniyanın gövdəsi 25-30 sm hündürlüyə çatır. Gövdə sulu, ətli və budaqlıdır.
Bergün
Bergün (alm. Bergün‎) — İsveçrədə kənd. Kənd "çox gözəl olduğu üçün və sosial şəbəkələrdə paylaşılan şəkilləri kənddə olmayan insanları pis hiss etdirdiyi üçün" turistlərin kənddə şəkil çəkdirməsi qadağan olunub.. Kəndin fotosunu çəkənləri 5 avro miqdarında cərimə gözləyir.
Biruni
Əl-Biruni Əbu Reyhan Muhəmməd ibn Əhməd (4 sentyabr 973, Kayat[d], Xarəzm, Samanilər dövləti – 9 dekabr 1048, Qəzni, Qəznəvilər dövləti) – iranlı ensiklopediyaçı alim və mütəfəkkiri. == Həyatı == Əl-Biruni 4 sentyabr 973-cü ildə Xarəzmdə anadan olmuşdur. Əbu Reyhan Məhəmməd əl-Biruni Xarəzm şəhərinin qədim paytaxtı "Kayat" şəhərində dünyaya gəlib. Uşaqalıqdan valideynlərini itrib, tərbiyəsi ilə bir yunan məşğul olub və onda təbiətşünaslığa maraq yaranıb. == Elmi fəaliyyəti == Əl-Biruni XI əsrin ən böyük coğrafiyaşünası hesab olunur. Əl-Biruni tarix, etnoqrafiya, təbiət elmləri, riyaziyyat, astronomiya, mineralogiya və s. elm sahələrinə aid 150-dən çox əsərin müəllifidir. Özünün uzun səyahətləri zamanı İran yaylasını, Xəzər dənizinin şərq və cənub sahillərindəki ölkələri, Mərkəzi Asiyanın böyük hissəsini öyrənmişdir. O, özündən əvvəlki coğrafiyaşünaslardan irəli gedərək, Hind okeanı ilə Atlantik okeanının Afrikanın cənubunda dar bir boğaz vasitəsilə birləşdirildiyini söyləmişdir. Əl-Biruni Pəncaba etdiyi səyahət zamanı hind elminə və mədəniyyətinə aid topladığı materiallar və özünün empirik müşahidələri əsasında Hindistana həsr olunmuş iri həcmli əsər yazmışdır.
Brauni
Brauni (ing. Chocolate brownie) — şokoladlı pirojna. Xarakterik qəhvəyi rəngdə (ing. brown — «qəhvəyi») olduğu üçün brauni adlandırılmışdır. Düzbucaqlı formada kəsilmiş şokolad piroqu olan brauni amerikan mətbəxinin ənənəvi yeməyidir. == Tərkibi == 4 yumurta 1 st şəkər tozu 150 qr. kərə yağı 150 qr. tünd şokolad 1 xörək qaş. kakao 1 paket vanil 1 paket qabartma tozu 4 xörək qaş. un == Hazırlanması == Qaba yumurtaları qırın və şəkəri əlavə edib, əriyənə qədər çırpın.
Buruni
Buruni (mald. ބުރުނީ) - yaşayışı olan ada, inzibati baxımdan Maldiv adalarının Txaa atoluna daxildir. == Coğrafi yerləşmə == Buruni adası Txaa atoluna daxil olan 66 adadan biridir. Lakkadiv dənizində yerləşən ada ölkənin paytaxtı Male şəhərindən 196 km cənub-qərbdə yerləşir. == Əhali == 2006-cı il məlumatına əsasən Burunidə 1130 nəfər yaşayır: 48,84 % kişi və 51,15 % qadın. Əhalinin yaş strukturu: 44,69 % — 18 yaşından aşağı; 14,07 % — 19 - 25 yaş arası; 35,57 % — 26 - 64 yaş arası və 5,66 % — 65 yaş və yuxarı. Savadlılıq səviyyəsi — 98, 93 %.
Mequmi
Mequmi — Yaponiya qadın adı. Mequmi Oqava — keçmiş Yaponiya qadın futbolçusu. Mequmi Toriqoe — keçmiş Yaponiya qadın futbolçusu. Mequmi Sakata — keçmiş Yaponiya qadın futbolçusu. Mequmi Kamionobe — Yaponiya qadın futbolçusu. Mequmi Takase — Yaponiya qadın futbolçusu.
Yəqubi
Yəqubi (ö. 897–ci il) — tarixçi, səyyah Əhməd ibn Əbu Yəqub İshaq ibn Vazeh İsfahani tarixdə "Yəqubi" və "İbn Vazeh" kimi daha məşhurdur. Onun üçüncü nəsildən babası Vazeh xəlifə Mənsur Dəvaniqinin qulamı idi. O, Bağdad şəhərinin salınmasında fəal iştirak etmiş, şəhərin böyük bir hissəsinin tikintisinə rəhbərliyi həyata keçirmişdi. 775-ci ildə Mənsur onu Ərməniyyə vilayətinin valisi təyin etdi. Növbəti Abbasi xəlifəsi Mehdi onu Misirə vali göndərdi. Lakin az sonra Vazeh xəlifə Mehdinin əmri ilə edam olundu (785-786; bəzi məlumatlara görə Vazehin edamı Harun ər-Rəşidin zamanında baş vermişdir). Yəqubi ehtimala görə Bağdadda doğulmuş, gənclik illərini Ərməniyyə vilayətində (yəni Azərbaycan torpaqlarında) keçirmişdi. Onun Tahirilərin xidmətində olması barədə də ehtimallar vardır (Yəqubi Tahirilərin fəthləri barədə müstəqil kitab da yazmışdır). Təqribən 874-cü ildə Yəqubi əvvəlcə Hindistana, daha sonra Misirə və məğrib diyarına səfər edir.
Zegani
Şeqini
Şehıni (ukr. Шегині) — Ukraynanın Lvov vilayətinin Javorivskiy rayonunda kənd. Polşa ilə sərhəddə yerləşən bu kənddə "Şehıni" beynəlxalq buraxılış məntəqəsi yerləşir.
Zeqani
Zeqan -(gürc. ზეგანი) keçmiş Xabiuk, 3 sentyabr 1948-ci ildə adı dəyişdirilib ) — Abxaziya Muxtar Respublikasında, Suxumi Bələdiyyəsinin ( Əmək İcması ), Abxaziyanın ətəklərində kənd . Dəniz səviyyəsindən 280 m yüksəklikdə , Suxumidən 12 km. 2008 -ci ildən Rusiya Federasiyası tərəfindən işğal edilmişdir ენციკლოპედია „საქართველო“, ტ. 3, თბ., 2014. — გვ. 329.
Bəqli (Beqli)
Bəqli (Beqli) — Arsakda məntəqə adı. == Toponim == Kutaisi quberniyasının Şorapan qəzasında (indiki Zestafoni rayonunda) Beqlevi kənd adı . Cənub-şərqi Avropada yaşamış qıpçaqların Burcabo tayfa üç qoldan ibarət idi. Aklan, Osoluk və Beqlik. Bu kənd Beqlik qolunun adını əks etdirir. Gürcüstanda Beqlevi, Beqleti və Beqli. Ermənistanda Biqli kənd adlarında da əksini tapmışdır. Albaniyada erkən orta əsrlərdə Tatev monastırının (Zəngəzurda) adında da eb sözü iştirak edir. Qafqazın toponimiyasında Beqle, Beqli formalarındadır. XIX əsrdə İrəvan quberniyasının Novobayazid qəzasında Beqludağ, Şimali Qafqazda Dağıstan əyalətinin Dargin dairəsində Beqala-Moxi (Beqlidağ deməkdir), Batumi dairəsində Beqleti, Borcalı qəzasında Böyük Beqler və Kicik Beqler, Azərbaycanda Şamaxı rayonunda Bəklə.
Benni
Benni — ad. Benni Urkides Benni Benson — Alyaska bayrağının yaradıcısı Benni Kristo — müğənni. Benni Devis — bəstəkar, musiqi yazıçısı, müğənni. Benni Cin Edkins — təqaüdə çıxmış Amerika Birləşmiş Ştatları Ordusunun əsgəri. == Həmçinin bax == Stefano Benni — italyan yazıçı-satirik, şair, dramaturq, kinodramaturq, jurnalist.
Beqli
Bexleti (Xaşuri) (gürc. ბეღლეთი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Toponimkası == Beqli — Tiflis quberniyasının Qori qəzasında (indi Xaşur rayonunda) kənd adı. Beqle toponimindən və gürcücə yer, məkan bildirən "eti" şəkilçisindən ibarətdir. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 22 nəfər idi. 2014-cü ildə 22 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, II cild, səh.
Berni
Berni (fr. Bernie) rejissor Alber Düpontelin 1996-ci ildə çəkdiyi faciəvi komediyadır. == Məzmun == Berni 30 yaşlı yetim oğlandır. Günlərin bir günü o ata və anasını axtarıb tapmaq qərarına gəlir. Lakin bu axtarışlar ona baha oturur. Xüsusilə atasını tapdıqdan sonra onunla birlikdə anasının yeni ailəsinin bütün üzvlərini amansızcasına qətlə yetirərək, anasını atasının köməyi ilə qaçırır. Bu da daha böyük faciəyə gətirib çıxarır. Filmin yaradıcıları "məcburi xoşbəxtlik olmaz" deyimini kinematoqrafik dillə izah etməyə çalışmışlar. Əlbəttə bu məcburiyyət digərlərinin bəlasına səbəb olur və qəhrəman yavaş-yavaş məhvə doğru addımlayır.
Elvin Beqiri
Elvin Beqiri — Albaniya futbolçusu Elvin 27 sentyabr 1980-ci ildə Albaniyada dünyaya gəlib və ampulası müdafiəçidir. Karyerasına 1999-cü ildə "Vllazniya"da başlayıb. 2003-cü ildə Donetsk "Metallurq"una keçib. 2005-ci ildə Rusiyaya üz tutaraq, Vladiqafqaz "Alaniya"sı ilə anlaşıb. 2005/06 mövsümünü Təl-Əviv "Makkabi"sində keçirdikdən sonra, yenidən "Metallurq"a dönüb. 2008-ci ildə Kiyev "Arsenal"ının şərəfini qoruyub və daha sonra "Vllazniya"ya dönüb. İndiyə qədər 47 dəfə Albaniya millisinə dəvət alıb. Məşhur transfermarkt.co.uk saytı ona 1 milyon 250 min avro qiymət qoyub. Qeyd edək ki, Beqiri 2008-ci ildə Bakıda Azərbaycan və Albaniya yığmaları arasında baş tutan yoldaşlıq oyununda iştirak edib. Həmin görüşün ilk yarısında qırmızı vərəqə alaraq, meydandan qovulmuşdu.
Gequti sarayı
Gequti kral sarayı (gürc. გეგუთის სასახლე, translit. gequtis sasaxle) — Gürcüstan Respublikasının İmereti diyarının Tsxaltubo bələdiyyəsinin Gequti kəndində orta əsrlərə aid kral sarayı. Kutaisi şəhərindən 7 km (4.3 mil) uzaqlıqda yerləşən saray hal-hazırda xarabalıq vəziyyətindədir. == Memarlıq xüsusiyyətləri == Gequti saray kompleksinin xarabalıqları Rioni çayı sahilindəki 2,000 m2 (0.20 ha) ərazini əhatə edir. 1953-cü və 1956-cı illərdə aparılan ekstensiv tədqiqat işləri mütəxəssislərə tikilinin ilkin arxeoloji təbəqələrini anlamağa və memarlıq üslubunu, eləcə də orta əsrlərə aid dekorasiyaları rekonstruksiya etməyə imkan yaratmışdır. Saray kompleksinin əsas hissəsi hündürlüyü üç metr olan daş postamentin üzərində kərpiclə inşa edilmiş dördmərtəbəli bir tikilidir. Tikilinin geniş, xaçşəkilli bir mərkəzi zalı, zalın üstündə isə diametri 14 m (550 düym) olan tromplara dayanmış günbəz var. Tikilinin nəhəng sütunlarla möhkəmləndirilib. Tikilinin qərbində yerləşən əlavə strukturlar və saray kilsəsi növbəti dövrlərdə – təxminən XIII–XVI əsrlərdə tikilmişdir.
Happiness Begins
Happiness Begins ("Xoşbəxtlik Başlayır") — Jonas Brothers-in 5-ci studiya albomu. 7 iyun 2019-cu ildə Republic Records tərəfindən işıq üzü görmüşdür. Bu onların 2013-cü ildəki Live albomundan və 2009-cu ildəki Lines, Vines and Trying Times studiya albomundan sonrakı ilk albomlarıdır. Albomdan əvvəl qrupun qayıdış sinqlları "Sucker" və "Cool" buraxılmışdır. Albom ABŞ-nin Billboard 200 siyahısına 2017-ci ildən bəri həftənin ən çox satılan albomu olaraq zirvədən debüt etmişdir.
Mequmi Kamionobe
Mequmi Kamionobe (d. 15 mart 1986) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 34 oyun keçirib, 2 qol vurub.
Mequmi Oqava
Mequmi Oqava (18 mart 1980, Yaponiya) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Mequmi Sakata
Mequmi Sakata (d. 18 oktyabr 1971) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 10 oyun keçirib.
Mequmi Takase
Mequmi Takase (d. 10 noyabr 1990) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 61 oyun keçirib, 9 qol vurub.
Mequmi Toriqoe
Mequmi Toriqoe — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 8 oyun keçirib.
Milena Benini
Milena Benini (24 noyabr 1966, Zaqreb – 4 iyun 2020, Zaqreb) — xorvat elmi fantastika yazıçısı və tərcüməçisi. Benini 24 noyabr 1966-cı ildə Yuqoslaviyanın Zaqreb şəhərində anadan olub. 6 dəfə (1999, 2006, 2010, 2012, 2016, 2017) SFERA mükafatı da daxil olmaqla bir sıra mükafatlara və əsərlərinə görə çoxsaylı artifakt mükafatlarına layiq görülüb. Benini 4 iyun 2020-ci ildə Xorvatiyanın Zaqreb şəhərində ciddi xəstəlik səbəbiylə 53 yaşında vəfat etdi.
Roberto Benini
Roberto Beninyi (it. Roberto Benigni, d. 27 oktyabr 1952, Kastilyon Fiorentino, Aretsso, Toskana, İtaliya) — italyan aktyor, rejissor, ssenarist və prodüser, "Oskar" və "BAFTA" mükafatları laureatı. Roberto Beninyi 1970-ci illərdə İtaliya komediya seriallarında çəkilməyə başlayıb. Az sonra məşhur italyan komiki Totonun ənənələrinin davamçısı kimi məşhurlaşıb. İtalya sərhədlərindən kənarda Beninyinin ekssentrik kimliyi o Cim Carmuşun art-haus layihələri olan "Qanundan kənar" (1986) və "Yer üzündə gecə" (1991) filmlərində çəkildikdən sonra şöhrət qazanıb. Onun əcaibliyi rejissoru olduğu "Həyat gözəldir" filmi 1997-ci ildə Kann kinofestivalının qran-prisini alandan sonra özünə daha çox diqqət çəkib. Qeyri-adi hərəkətləri ilə tanınan aktyor bu mükafatı ona təqdim edən Martin Skorsezenin qarşısında diz çöküb onun əlini öpüb. Film bir neçə nominasiya üzrə "Oskar" mükafatına təqdim olunmuş və "Ən yaxşı kişi rolu" nominasiyasında Beninyiyə qələbə qazandırmışdır. Bu iki mükafatı qazanandan sonra Beninyinin uzun müddət daha hansı işlər ortaya qoyacağı müzakirə predmeti olmuşdur.
Sofyan Fequli
Sofyan Fequli (fr. Sofiane Feghouli; 26 dekabr 1989, Levallua-Perre, Fransa) — əlcəzairli futbolçu, "Qalatasaray" futbol klubunun və Əlcəzair millisinin yarımmüdafiəçisi.