Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pərdis
Pərdis (fars. پرديس‎‎) — İranda şəhər, Tehran ostanının Pərdis şəhristanının inzibati. Tehran şəhərinin 42 km şərqindədir. 2006-cı il əhalinin siyahıyaalınmasına əsasən, şəhərin əhalisi 25,360 nəfər və 7,228 ailədən ibarət idi.
Vərdiş
Vərdiş – mütəmadi olaraq təkrarlanan və şüuraltı olaraq baş verməyə meylli davranışların rutinidir. American Journal of Psychology (1903) "psixologiya nöqteyi-nəzərindən vərdişi, zehni təcrübənin əvvəlki təkrarı nəticəsində əldə edilmiş az və ya çox sabit düşüncə tərzi, istək və ya hisslər kimi" müəyyənləşdirib. Adi davranış onu nümayiş etdirən insanlarda çox vaxt diqqətdən kənarda qalır, çünki insanın gündəlik işləri görərkən özünü təhlil etməyə ehtiyacı yoxdur. Vərdişlər bəzən məcburidir. Vərdiş tədqiqatçısı Wendy Wood və onun həmkarları tərəfindən 2002-ci ildə gündəlik təcrübə araşdırması aşkar etdi ki, gündəlik davranışların təxminən 43%-i vərdişdən kənar həyata keçirilir. Yeni davranışlar vərdiş formalaşması prosesi ilə avtomatik ola bilər. Köhnə vərdişləri pozmaq və yeni vərdişləri formalaşdırmaq çətindir, çünki insanların təkrar etdiyi davranış nümunələri sinir yollarına həkk olunur, lakin təkrarlar vasitəsilə yeni vərdişlər formalaşdırmaq mümkündür. Davranışlar ardıcıl kontekstdə təkrar olunduqda, kontekstlə hərəkət arasındakı əlaqədə artan artım müşahidə olunur. Bu, həmin kontekstdə davranışın avtomatikliyini artırır. Avtomatik davranışın xüsusiyyətləri hamısı və ya bir neçəsidir: səmərəlilik; məlumatlılığın olmaması; qərəzsizlik və nəzarətsizlik.
Bernis Mənuçöhriyan
Bernis Mənuçöhriyan (1930) — Amerika İsrail İctimai Əlaqələr üzrə Komitəsinin keçmiş prezidenti.O, hal hazırda AIPAC Direktorlar Milli Heyətinin üzvüdür. == Mənbə == U.S.-Israeli Ties to Unite AIPAC Summit — article by Manocherian on US-Israeli ties.
Bernis Orviq
Bernis Orviq (d. 24 noyabr 1976) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Bernis Orviq, ABŞ yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Avstraliya yığmasına 4:5 hesabı ilə məğlub olan ABŞ yığması, Sidney Olimpiadasının gümüş medalına sahib oldu.
Bərdic şəhəri
Bərdic şəhəri — orta əsrlərdə Azərbaycanın şimalındakı mühüm şəhərlərdən biri də Bərdic idi. Mənbələrin verdiyi məlumatdan məlum olur ki, Bərdic Bərdədən 14 fərsəx aralıda, Kür çayı sahilində mövcud olmuşdu. Hüdudü’l-Aləm müəllifi Bərdicin rifah və nemətlər şəhəri olduğunu yazır. Bərdə, Beyləqan kimi Arranın mərkəzi və qərb şəhərləri Kür çayı vasitəsilə dəniz ticarəti ilə məşğul olduğunu təxmin etmək olar. Çünki İbn Hövqəl Kürün böyük və gəmilərin üzməsi üçün əlverişli çay olduğunu qeyd edir. Bu qədim şəhərin adı mənbələrdə bəzən Bərzənc, Bərzənd və yaxud Bərdic kimi çəkilir. Tarixi faktlardan belə məlum olur ki, indiki Zərdab ərazisində mövcud olmuş bu şəhər X-XIII əsrin ən böyük şəhərlərindən biri imiş. X-XIII əsrlərdə bu şəhərə uzaq-uzaq ellərdən alış-verişə gələrmişlər. Bu şəhər tacirlərin qazanc yerlərindən biri imiş. O da qeyd olunur ki, həmin dövrdə bu şəhərin adı Təbriz, Dərbənd, Bərdə və digər böyük şəhərlər ilə yanaşı çəkilərmiş.
Bərdik dağı
Bərdik dağı – Culfa rayonu ərazisində dağ (hünd. 2053,6 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun Göydağ zirvəsindən ayrılan cənub-qərb istiqamətli Qılıncyurd şaxəsinin qurtaracağında, Əlincəçayın sol sahilində, Xanəgah kəndindən 1,8 km şimal-şərqdə zirvə. Şimal-şərq istiqamətli Əlincəçay və Xanəgah-Dəmirlisu dərinlik qırılmaları və onların şaxələrinin nəzarət etdiyi intruziyalar qrupuna daxil olan və Üst Eosenin Priabon mərtəbəsinə aid Üst Paradaş yarımlay dəstəsinin çökmə süxurlarını yarıb çıxan diorit və kvarslı diorit-porfir tərkibə malik Alt Miosen yaşlı eyniadlı subvulkanik intruziyanın əmələ gətirdiyi dairəvi sıldırım yamaclı massivin ən yüksək nöqtəsidir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin şimal-şərq qanadında müşahidə edilən Tivi-Yarpaqlı antiklinalının maqmatık kütlə ilə yarılmış şimal-qərb periklinal hissəsində yerləşir. Cənub-qərb yamacında şimal-qərb istiqamətli fay qırılması izlənilir.
Pərdis şəhristanı
Pərdis şəhristanı (fars. شهرستان پردیس‎) — Tehran ostanında inzibati ərazi vahidi. İnizbati mərkəzi Pərdis şəhəridir. Şəhristan 29 dekabr 2012-ci ildə Tehran şəhristanının bir qismi hesabına təşkil edilib.
Berdi Kerbabayev
Berdi Kerbabayev (туркм. Berdy Myradowiç Kerbabaýew; 15 (27) mart 1894 – 23 iyul 1974, Aşqabad) — sovet türkmən yazıçısı, dramaturqu, Türkmənistan SSR xalq yazıçısı (1967), Türkmənistan SSR Elmlər Akademiyasının akademiki (1951), "Sosialist Əməyi Qəhrəmanı" (1969), iki "Stalin" mükafatı laureatı (1948, 1951). == Həyatı == Berdi Muradoviç Kerbabayev 1894-cü il martın 3-də Türküstan vilayətinin , indiki Türkmenistanın Əhal vilayətinə daxil olan Təcən qezasının Qovgözərən kəndində anadan olmuşdur. Uşaq ikən Amanşa-Kapan kəndində mollanın nəzdindəki məktəbdə oxuyub. O, Təcən və Kaahk şəhərlərində mədrəsələrdə, sonra Buxarada ərəb və fars dillərini öyrənib. Vətəndaş müharibəsi başlayanda, 1918-ci ilin iyun ayından Əziz xanın basmaçı dəstəsində kargüzar idi. 1918-ci ilin sonunda bolşeviklərlə əlaqədə şübhəli bilinərək ağqvardiyaçılar tərəfindən həbs edildi, lakin səhraya qaçdı və orada uzaq köçərilərdə gizləndi. 1919-cu ilin mayında Qızıl Ordunun Zakaspiysk cəbhəsində siyasi şöbəsinə daxil olur. 1919-cu ilin sonunda ordudan tərxis olundu, Təcənə qayıtdı, vilayət və volost xalq maarif şöbələrində təlimatçı işlədi, təhsil kursları açıb, özü dərs keçirdi. O, Təcən volostunun icraiyyə komitəsinin sədri olub, sonra "Türkmənistan şuraları" qəzetində işləyib.
Berdi qalası
Berdi qalası — Culfa rayonunun Qazançı kəndindən cənub-şərqdə tarixi-arxeoloji abidə. Ad qədim türk dillərində, eləcə də yakut türklərinin müasir dillərində "qala" mənasını daşıyır. Bu ad hazırda Azərbaycanın Bərdə şəhər, Berdi qala, Berd qala və Berdi bəy kimi türk sərkərdələrinin adlarında qalmaqdadır. Sözün birinci "börü" tərkibi həm qədim türk dillərində, həm də F. Rəşidəddinin "Oğuznamə" əsərində "qurd" mənasını daşıyır. Hər iki halda söz qədim türk sözü olub, "qala", "qurdlu dik" mənalarını daşıyır. Qala təbii qayanın üzərindədir. O, hər tərəfdən sıldırım qayalarla əhatə olunmuşdur. Qalanın yalnız şərq tərəfində müdafiə divarının qalıqlarına rast gəlinmişdır. Onun mərkəzi hissəsində heyvan saxlamaq üçün kələk və dördkünc formalı yaşayış binalarının qalıqları durmaqdadır. Yaşayış binaları bir otaqlıdır.
Bədiş dili
Bədiş dili — Pakistanda danışılan, demək olar ki, nəsli kəsilmiş, təsnif edilməmiş Hind-İran dili. Dilin fərqliliyi təsdiqlənməyib, dil ailəsi adı da ola bilər. 2014-cü ildə "Ethnologue, Languages of the World"ində qeyd edilmişdir ki, bədiş dili ən azı üç nəsildir danışılmır, lakin 2018-ci ildə "BBC" hələ də bu dildə danışa bilən üç kişini taparaq mövzu haqqında süjet çəkmişdir. Sahə dilçisi Məhəmməd Zaman Sağar bu dil üzərində işləyirdi, lakin iki il ərzində apardığı araşdırmalar nəticəsində cəmi yüzə yaxın söz toplaya bilmişdir. 2007-ci ilin iyul ayında o, yenidən Bişiqram vadisini ziyarət Setmiş və orada bir neçə gün insanlarla birlikdə olmuşdur. Digərləri ilə yanaşı, dilçi Zübeyr Torvali bu dildə qeydləri qorumaq üçün cəhdlər edilir. 2018-ci ildə "BBC" müxbirləri Pakistanın şimalındakı Bişiqram vadisində hələ də bədiş dilində danışa bilən üç qoca kişi (Səidgül, Əlişir və Rəhimgül) tapmışdır. Onlar bildirmişdilər ki, onların kəndində insanlar bədiş dili əvəzinə torvali dilində danışır. Onlar həmçinin, Svat vadisinin puştu dilinin danışıldığı turizm bölgələrində işləyirdilər. Bədiş dilinə aid bəzi ifadələri bunlar idi: Min naao Rəhim Gül ti – Mənim adım Rəhimgüldür.
Pərdis Fərcad-Azad
Pərdis Fərcad-Azad (12 aprel 1988, Şərqi Berlin) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Zirə klubunda ikinci strayker kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. Fərcad-Azad futbolçu karyerasına Herta 03 Zehlendorf klubunda start vermişdir. 2007-ci ilin yay ayında Karl Zeyss Jena klubunun A gənclər millisinə transfer olmuşdur. İki il Karl Zeyss Jena klubunda çıxış etdikdən sonra Pərdis 7 iyul 2009-cu ildə Plauen klubu ilə bir illik müqavilə imzalamışdır. 28 yanvar 2015-ci ildə Fərcad-Azad Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Sumqayıt klubu ilə 18 aylıq müqavilə imzalamışdır. Dizindən zədə aldıqdan sonra Pərdis altı ay yaşıl meydanlardan uzaq qalmışdır. 23 iyul 2018-ci ildə Fərcad-Azad Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Zirə klubu ilə müqavilə imzalamışdır. Fərcad-Azad Azərbaycan milli futbol komandası ilə debütünü 22 mart 2013-cü ildə Lüksemburq millisinə qarşı oyunda etmişdir. 24 sentyabr 2018 tarixində yenilənib Fərcad-Azadın valideynləri İran vətəndaşlarıdır.
Vərdiş (film, 2006)
"Məzməzə" — Asif Abramovun rejissoru olduğu 2006-cı ildə çəkilən 10 qısametrajlı bədii süjetdən ibarət olan Azərbaycan uşaq satirik kinojurnalıdır. Bütün süjetlərin bəstəkarı Vüqar Camalzadə, "Atama deyərəm" süjetindən başqa, digər bütün süjetlərin ssenaristi Müşfiq Hətəmov, operatoru isə Samir Həsənovdur. Hər bir süjet 3–8, ümumilikdə isə 38 dəqiqədən ibarətdir. Film dərsə qulaq asmayan dəcəl şagirdlərdən bəhs edir. Ssenari müəllifi: Arzu Soltan Rejissor: Asif Abramov Operator: Yusif Şəfiyev Bəstəkar: Vüqar Camalzadə Prodüser: Tural Məmmədov Aynur Məmmədova — müəllimə Taleh Səmədov — dəcəl Vimeo-da izlə Myvideo.az-da izlə Arxivləşdirilib 2017-06-14 at the Wayback Machine Ssenari müəllifi: Elşən Həsənzadə Rejissor: Asif Abramov Operator: Samir Həsənov Qrim edən: Maqsud Məmmədov Montaj edən: Aqil Əliyev Bəstəkar: Vüqar Camalzadə Musiqi tərtibatı: Mahir İbrahimov Redaktor: Nazpəri Məmmədova Filmin direktoru: Saleh Məmmədov Prodüser: Müşfiq Hətəmov Ruhəngiz Qasımova — nənə Mübariz Tağıyev — baba Murad Dadaşov — ata İranə İlkin — ana Cahid Məmmədov — uşaq YouTubeda izlə Filmdə anasını bulvarda itirən uşağın başına gələn əhvalat əks etdirilir. Kinosüjetdə uşaqlarına biganə yanaşan analar və televiziya kanallarındakı açıq-saçıqlığın uşaqların tərbiyəsini pozması tənqid edilir. Ssenari müəllifi: Arzu Soltan Rejissor: Asif Abramov Operator: Samir Həsənov Qrim edən: Maqsud Məmmədov Montaj edən: Aqil Əliyev Bəstəkar: Vüqar Camalzadə Musiqi tərtibatı: Mahir İbrahimov Redaktor: Nazpəri Məmmədova Filmin direktoru: Saleh Məmmədov Prodüser: Müşfiq Hətəmov Könül Mehrəliyeva — ana Rəşid Əbdül Vahid — uşaq Günay İsmayılova — uşaq YouTubeda izlə Əzəli düşmən olan iki aktyor rol xatirinə bir-birilərinə əziz dost deyirlər. Hətta belə vəziyyətdə belə çəkiliş arası yapışırlar bir-birilərinin yaxasından. Bəzən böyüklərdə də belə olur. Ssenari müəllifi: Elşən Həsənzadə Rejissor: Asif Abramov Operator: Samir Həsənov Qrim edən: Maqsud Məmmədov Montaj edən: Zumrad Muradov Bəstəkar: Vüqar Camalzadə Musiqi tərtibatı: Mahir İbrahimov Redaktor: Nazpəri Məmmədova Filmin direktoru: Saleh Məmmədov Prodüser: Müşfiq Hətəmov İntiqam Soltan — rejissor Kərəm Sərxanoğlun — aktyor Kənan Sərxanoğlu (Kənan Quliyev kimi) — aktyor Vimeo-da izlə Film marşrut avtobuslarda pulyığan uşaqlardan bəhs edir.
Bahirə Bediş Morova Aydilək
Bahirə Bediş Morova Aydilek (1897, Bosniya vilayəti – 10 noyabr 1965 və ya 10 noyabr 1938, Türkiyə) ― türk rəssam və siyasətçi,Türkiyə Böyük Millət Məclisinə seçilən ilk 18 qadın millət vəkilindən (deputat) biri. O, Türkiyənin 5-ci parlamentində Konya seçki dairəsinin millət vəkili kimi fəaliyyət göstərib. == Erkən həyatı == Bahirə Bediş Aydilək 1897-ci ildə Osmanlı imperiyasında, Bosniya vilayətində anadan olub. Atası Salonikidən Bosniyaya köçüb gəlmiş yəhudi əsilli Hasbi əfəndi, anası isə Əsma xanımdır. Lozanna müqaviləsindən sonra Aydilək və ailəsi İstanbula köçmüş və çətin günlərdən keçmişdir. Onun atası ticarətlə məşğul olur, Aydilək də çəkdiyi rəsmləri İstanbulun zənginlərinə sataraq evə kömək edirdi. Aydilək Boluda ibtidai və orta məktəbi bitirmiş və bundan sonra oradakı rəssamlıq məktəbində rəsm müəllimi kimi işləmişdir. O 1927-ci ildə görmə problemləri səbəbi ilə işini tərk etmiş, Cümhuriyyət Xalq Partiyası (CHP) və Bolu halkevində işləmişdir. 1930-cu ildə Bolu Bələdiyyə Məclisinə üzv seçilmişdir. == Siyasi fəaliyyəti == 1934-cü ildə Aydilək, Mustafa Kamal Atatürk ilə tanış olmuş və Atatürk ona "rəssam" mənasını verən "Bediz" (sonralar "Bediş" kimi yazılmağa başlamışdır) adını vermişdir.
Aberdin
Aberdin — Böyük Britaniyada, Şotlandiyada şəhər. Aberdin Birləşmiş Krallığın nəhəng liman şəhəridir. Buradan neft buruqlarına xidmət göstərmək üçün xeyli gəmi yola çıxır. Şəhərin və qraflığın əhalisi birlikdə yarım milyondan artıqdır. Bilavasitə Aberdində 200 mindən artıq insan yaşayır. Aberdində iki universitetdən və çox sayda tədris və təhqiqat intstitutlarından ibarət güclü akademik baza var. Şotlandiyada əsas fəaliyyəti bütün sənaye sektorlarının inkişafına və onların əməkdaşlarının ixtisaslarının artırılmasına yönəlmiş bir sıra şirkətlər çalışır. == Tarixi == Şəhərin əsası Qədim Romanın müstəmləkəsi Devanın yerində qoyulub və iki çayın – Di və Donun məcraları arasında uzanır. Bu çaylar şəhəri iki hissəyə — Köhnə Aberdinə (şimal hissə) və Yeni Aberdinə (cənub hissə) ayırır. XII əsrdən başlayaraq XV əsrə qədər Aberdin Şotlandiya krallarının iqamətgahı olub.
Bellis
Qızçiçəyi (lat. Bellis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Bellis L.-cinsin adı yunancadan "gözəl" kimi tərcümə olunur. Aralıq dənizi sahillərində, Amerikada, Avstraliyada və Yeni Zelandiyada yayılmış qızçiçəyi cinsinin 80 növü məlumdur. Gülçülükdə bir növdən istifadə olunur. Çoxillik qızçiçəyi (B.perennis) çoxillik ot bitkisidir. Azərbaycanda müxtəlif rəngli formaları yabanı halda geniş yayılmışdır. Birinci il yarpaqları, ikinci il çiçək saplağı tək-tək səbətlərdə inkişaf edir. Çiçəkləri yastı dilcikli ya da boruşəkilli olur. Çiçək qrupunun mərkəzində boruşəkilli sarı dişciyi var.
Bendik
Bendik (erm. Բենդիկ) — Ermənistan Respublikasının Loru mərzində kənd. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən Şamlıq şəhəri və Axtala kəndi ilə birlikdə "Şamlıq bələdiyyəsi"ni (erm. Շամլուղի քաղաքային համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən şəhərin (de–yuri) daimi əhalisi 101 nəfərdir.
Bergia
Bergiya (lat. Bergia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin elatinaceae fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Lancretia Delile Merimea Cambess. Sphondylococca Willd.
Berlin
Berlin (alm. Berlin‎ [bɛɐ̯ˈliːn], ) — Almaniyanın paytaxtı və ən böyük şəhəridir. Berlin həm də Almaniyanın 16 federal əyalətindən biridir. Əhalisi təqribən 3400000 nəfər, ərazisi isə 891,85 km²-dir. Şəhərin şimalındandan cənubuna doğru olan məsafə 38 km-ə, şərqindən qərbinə qədər olan məsafə isə 45 km-ə bərabərdir. Öz tarixi dövründə Berlin bir neçə dəfə alman dövlətlərinin (Brandenburq kürfürstlüyü, Prussiya krallığı, Almaniya İmperiyası, Veymar Respublikası, Üçüncü reyx) paytaxtı olmuşdur. 1990-cı ildən, Almaniyanın birləşməsindən sonra Berlin AFR-in paytaxıdır. == Ümumi məlumat == Berlin Avropada ən mühüm siyasət, media, mədəniyyət və elm mərkəzidir. Metropol Avropada ən mühüm nəqliyyat düyümü sayılır və qitənin ən çox səyyah gələn şəhərdir. Burada yerləşən ali məktəblər, elmi idarələr, teatr və muzeylər beynəlxalq aləmdə tanınmışdılar.
Beşdaş
Beşdaş (Qərcimədaş) — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər mövsümlərdə uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim oyun. == Oyunun quruluşu == Bu oyunu iki və ya dörd uşaq oynayır. Hər uşaq beş balaca daş hazırlayır. Qurrə (çöp) atıb oyuna başlayırlar. Oyuna başlayan daşın birini əlində saxlamalıdır ki, buna saqqa deyərlər. Saqqanı göyə tullayıb ovucunun içində olan daşları yerə tökməli, saqqanı göydə tutmalıdır. Əvvəl saqqanı yuxarı tullamaqla daşları bir-bir ovucuna yığmalıdır. Əsas şərt ondan ibarətdir ki, daş götürülərkən nə başqa daşa dəyməli, nə də saqqa yerə düşməlidir. İki əllə götürmək və saqqanı tutmaq olmaz. Daşları bir-bir götürüb qurtarandan sonra yerə tökməli, yuxarıdakı şərtlərə əməl etmədən daşlərı yerdən iki-iki, sonra üçünü birdən, birini tək, sonra dördünü də birdən götürməlidir.
Bəlqis
Bilqeys Zişərh qızi, Səba məlikəsi və ya Makida – hazırkı Efiopiya və ya Yəmənin ərazisində mövcud olduğu guman edilən tarixi Səba Krallığının (İbricə Sh'va və ya Səba שבא, Ərəbcə Səba və ya Səba سبأ, Amhar dilində: ሳባ) hökmdarıdır. Müasir arxeologiyaya görə bu krallığın mövcudluğu mübahisəlidir. Kitabı Müqəddəsdə kraliça haqqında söhbət açılmır. == İslama görə == Nəml surəsində 22-44-cü ayələrində Səba məlikəsi haqında söhbət gedir. Quranda məlikənin adı çəkilməsə də ərəb mənbələrində o, "Bilqeys" olaraq adlandırılır. Bilqeys haqqında Quran və Əhdi-Ətiq rəvayətləri bir-birinə çox bənzəyir.
Bərdax
Bərdax (əsl adı: Berdimurad Kaqabaylı qaraq. Berdaq, Бердақ; 1827[…], Xivə xanlığı – 1900[…], Qaraqalpaqıstan Respublikası) — qaraqalpaq şairi. == Həyatı == Qaraqalpaqların konqrat qəbiləsinə mənsub olan Berdimurad Kaqabaylı 1827-ci ildə Aral ətrafında doğulub. Kiçik yaşlarında valideynlərinin hər ikisini itirməsi onun həyatla erkən tanış olmasına səbəb olub. Kənd məktəbində oxuduğu vaxtlarda çobanlıqla da məşğul olurdu. Mədrəsədə təhsil aldıqdan sonra varlı ailələrin övladlarına dərs deyərək pul qazanmağa başladı. Təhsilini mədrəsədə davam etdirərkən, türk və şərq ədəbiyyatı klassikləri ilə tanış olması gənc yaşlarında yaradıcılığa həvəs göstərməsinə vəsilə oldu. Türk ləhcələrini və ərəb fars dillərini dərindən mənimsəməsi şairin yaradıcılığını inkişaf etdirməsinə şərait yaradırdı. İlk şeirini 13 yaşında qələmə alan Berdimurad Kaqabaylı Bərdax təxəllüsü ilə illər sonra Qaraqalpaq ədəbiyyatında möhürünü vuran şairə çevriləcəkdi. Mübaliğəsiz demək olar ki, həm poeziyadan, həm də etnoqrafiyadan uğurla bəhərlənən Bərdax, yaradıcılığı ilə Qaraqalpaq ədəbiyyatında zirvəyə çevrilməyə nail oldu.
Bərdiya
Qaumata (e. ə. VI əsr, Pasargad, Fars ostanı – e.ə. 522, Pasargad, Fars ostanı) — kahin, üsyan rəhbəri, yalançı şahzadə, hökmdar. == Həyatı və fəaliyyəti == Fars epik əsərlərinin leytmotivi olan İran-Turan qarşıdurmasının qaynağı, fars-türk münaqişələrinin başlanğıcı pers və mada əyanlarının hakimiyyət uğrunda mübarizəsi, İran imperiyası sarayındaki çevrilişlərdə gah pers, gah da mada sülalələrinin qələbəsi ilə bağlı yaranmışdır. Belə saray çevrilişlərindən biri də məşhur Qam Ata (Qaumata) üsyanıdır. Bu tarixi şəxsiyətin İran imperiyasındakı rolunu geniş tədqiq və təsvir edən onlarla iranşünasın heç biri onun etnik mənsubiyətini açmağa cəhd göstərməmişdir. Herodot bu etnik qarşıdurmanı Əhəmənilər sülaləsindən olan İran şahı Kambizin (Kuruşun oğlu) dilindən verir. Qam Ata üsyanını eşidən Kambiz ölümqabağı fars əyanlarını yanına çağırıb deyir: "Şahların öcünü sürdürən Tanrıların adını anaraq, sizlərə borcunuzun nə olduğunu söyləyirəm; bunu hamınıza, xüsusilə aranızda olan əhəmənilərə deyirəm. Taxtın madalılara keçməsinə yol verməyin, əgər hiylə ilə ələ keçirsələr, siz də hiyləyə baş vurun, əgər zorla alsalar, siz də zorla ordularınızla onların əlindən alın.
Bərdsir
Bərdsir və ya Məşiz— İranın Kirman ostanının şəhərlərindən və Bərdsir şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 31,801 nəfər və 7,391 ailədən ibarət idi.
Bərdəi
Bərdəi (və ya Bərdəvi) — Azərbaycanda daha işlədilən təxəllüs, əslən Bərdədən olanlar tərəfindən istifadə olunur. Bu təxəllüsü olan tanınmış insanlar Əbusəid Bərdəi - hənəfi alimi.
Bərtaş
Bərtaş (digər adı: Bürtaş) — sülalə Bərtaş Xəzər dənizinin şimalında və Volqa çayının şərqində yaşayan bir nəsil – sülalə olmuşdur. Ərəb coğrafiyaşünaslarının yazdığına görə, bu nəslin yaşadığı yer də Bərtas və ya Bürtaş adlanırmış. == Tarixi == Bir sıra tədqiqatçıların fikrincə, VIII-X əsrin I-ci rübündə B.Donets-Don çay arasındakı meşə-çöl zonasında, xəzərlər ilə Volqaboyu bulqarları arasında yaşamışlar. Saltovo-Mayats mədəniyyətinin meşə-çöl (alan-as) variantının arxeoloji abidələri onlarla əlaqələndirilir. Xəzər xaqanlığının tələbi ilə zəruri olduqda 10 min nəfərə qədər silahlanmış süvari çıxarırdılar. 965 ildə Kiyev knyazı Svyatoslavın Xəzər xaqanlığına yürüşü zamanı darmadağın edilmişlər. Bundan sonra şm. və şm.-ş.-ə, Volqaboyu bulqarları və mordvaların ərazisinə köçmüşlər. Digər mülahizəyə (A.X.Xalikov və b.) görə, B.eramızın I-ci minilliyinin sonlarında Sura və Mokşa çayları hövzəsində təşəkkül tapmışlar.' XII-əsrin əvvələrində rus salnamələrində B.(mordvalar və çeremislərlə yanaşı) Kiyev knyazlarından asılı xalq kimi qeyd olunurlar; 1380 ildə B. Kulikova vuruşmasında (1380) iştirak edən bəylərbəyi Mamayın qoşununun tərkibində idilər. XVI-XVII əsrlərin akt sənədlərində B. Mordva və Meşşera diyarlarında gəlmələr kimi qeyd edilirlər.
Bəxşiş
Bəxşiş (fars. بخشش‎) — çaypulu, ianə və Yaxın Şərq və Cənubi Asiyada siyasi korrupsiyanın və rüşvətin müəyyən formalarından biri.