Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bioqrafiya
Bioqrafiya və ya tərcümeyi-hal — bir şəxsin doğum tarixi, atasının, anasının kimliyi, aldığı təhsili, ümumi həyatının mənbələri haqqında konkret məlumatlardan ibarət olan adətən qısa mətn.
Bioqrafik film
Bioqrafik film — adından da göründüyü kimi şəxsin həyatından bəhs edən film janrıdır. Bu, şəxsin (əsasən məşhur) həyatının ən maraqlı məqamlarını və ya müəyyən bir hissəsini də əks etdirə bilər.
Bioqrafik metod
Bioqrafik metod — "yazıçı"nın yaradıcılığını onun şəxsi həyat təcrübəsinin ifadəsi kimi öyrənmək metodu. Bu metodun başlıca janrı yazıçı "portretidir". Fridrix Şleyermaxerin təfsir elminə görə, yazıçının yaradıcılığını yaxşı başa düşmək üçün onun daxili və mənəvi həyatının faktlarını öyrənmək zəruridir. Bədii metodun banisi fransız tənqidçisi Sent-Böv hesab edilir ("Ədəbi-tənqidi portretlər", c 1 - 5, 1836 - 39). Onun fikrincə, yazıçının irsinin, ədəbi və siyasi mühitinin öyrənilməsi onun yaradıcılığının dərk olunmasının vacib şərtləridir. Bədii metod mədəni-tarixi məktəblərin nəzəriyyəsində və təcrübəsində tətbiq olunmuş (Q.Lanson, İppolit Adolf Ten), Georq Brandesin "tarixi-psixoloji" metodunun təşəkkülünə təsir etmiş, XIX - XX əsrlərdə mətndə yazıçının "daxili mən"ini axtaran "impressionizm" tənqidində əks olunmuşdur. Ədəbiyyatşünaslığın bir janrı kimi, ədəbi portretin təşəkkülü bədii metodla əlaqəlidir ("Qədim portretlər", Nestor Aleksandroviç Kotlyarevsk, 1907; "Rus yazıçılarının siluetləri", Yuli İsayeviç Ayxenvald, 1-3-cü nəşrləri, 1906 - 10 və başqaları). Bəzi ədəbiyyatşünaslar bədii metodu tədqiqat vasitəsi kimi qəbul edir, bioqrafik ünsürləri bədii obrazın qaynaqlarından biri kimi öyrənirlər. == Ədəbiyyat == Mirəhmədov Ə. Ədəbiyyatşünaslıq. Ensiklopedik lüğət.
Bioqrafiya (jurnal)
Bioqrafiya beynəlxalq jurnalı
Karl Popper Bioqrafiya
Karl Raymond Popper— avstraliyalı və britaniyalı filosof və sosioloq == Bioqrafiya == Karl Raymond Popper 28 iyul 1902-ci ildə Vyanada boqemiyalı hüquqşünas Simon Zigmund Karl Popper və Cenni Şiffin ailəsində doğulmuşdur. Oğulları doğulmamışdan əvvəl yəhudi mənşəli olan valideynləri lüteranlığı qəbul etdilər. Atası Vyana Universitetində hüquq professoru, fəlsəfə, sosiologiya və politologiya problemləri ilə maraqlanmışdır. Böyük kitabxanası olduğuna görə oğlu ilə tez-tez ictimai və siyasi məsələləri müzakirələr aparmışlar. Bunun sayəsində Karl hələ gənc yaşlarında klassik fəlsəfəyə dair çoxsaylı əsərlərlə, habelə K.Marks, F.Engels, K.Kautski, E.Bernşteyn və başqalarının sosial fəlsəfə əsərlərinə marağı artır. Karl 1918-ci ildə Vyana Universitetinə daxil olaraq riyaziyyat və nəzəri fizikanı öyrənir, eyni zamanda fəlsəfə ilə maraqlanmağa davam edir. Hələ gənclik yaşlarında Popperə anası musiqi sevgisi aşıladığı üçün (1920-1922) o musiqiçi olmaq haqqında düşünür. O, A.Şenberqin Şəxsi Konsertlər Cəmiyyətinə daxil olaraq, 1 il Vyana Konservatoriyasında təhsil alır. Lakin özünü yetərincə bacarıqsız hesab etdiyi üçün musiqi təhsilini dayandırır. O doktorluq imtahanı zamanı əlavə fənn kimi musiqi tarixini seçir.