Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Urakəran
Urakəran — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Yardımlı rayonunun Urakəran kəndi Çay Üzü kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Urakəran kənd inzibati ərazi dairəsi yaradılmışdır. Kəndin keçmiş adı Gavran olmuşdur. Oykonimin ura (farsca oura "qala") və talış dilindəki kəran (evlər, məhəllə kənd) sözlərinin birləşməsindən əmələ gəlib, "qala kəndi", "qala yaxınlığında kənd" mənasında olması güman edilir. Kəndin adını uran/oran tayfa adı ilə də bağlayırlar. Urağaran sözü dilçilik ədəbiyyatlarında Urakəran şəklində qeyd olunur. Odur ki, toponimin Urağaran fonetik variantı üzərində çox dayanmaq istəmirik. B.Sultanlı kəndin adını "ur" və "ağaran" şəklində- Ur "bol", "çox", agaran sözünü isə "ağartı" mənasında ("ağaranın bol olduğu yer") izah etmişdir. ("Tək Dam" qəz., 2008). Lakin oykonimin əvvəlki adının mənşəyi deyilənləri inkar edir.
Othonna barkerae
Othonna osteospermoides (lat. Othonna osteospermoides) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin othonna cinsinə aid bitki növü.