Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Brida (roman)
Brida — Brida 1990 -cı ildə nəşr olunan Paulo Koelyo tərəfindən yazılmış bir romandır. Xristian və ezoterik ənənələr və onların başlanğıc yolu kimi müəllif üçün əziz olan mövzulardan bəhs edir. == Məzmun == Brida həyatda şəxsi yolunu axtaran,gənc qızdır. O , biliklərə və sehr yiyələnmək istəyir.O, səyahətində onu müşayiət edən və həyatın müəllimi olacaq müxtəlif iki şəxsiyyətlə tanış olur. Xalq Sehrbazı kimi tanınan, " Günəş ənənəsinin" qoruyucusu, kosmosdan keçən hər şeyi aşkar etməyə qadir olan insan ; Wicca adlanan qadın, " Ay Ənənəsi" ilə əlaqəli biliklərin daşıyıcısı, cadugərlərə xas olan , zaman şəbəkəsində olan sirləri bilən insan.
Rebekka Brids
Rebekka Elizabet Brids (ing. Rebecca Elizabeth Breeds; 17 iyun 1987, Sidney) — Avstraliya aktrisası.
Teodoziya Brıj
Teodoziya Markovna Brıj (18 fevral 1929, Berejnitsa[d] – 4 iyul 1999, Lvov) — Ukrayna heykəltaraşı, Ukraynanın əməkdar rəssamı (1997), SSRİ Rəssamlar İttifaqının üzvü. Teodoziya Brıj 18 fevral 1929-cu ildə Sarnı rayonunun Berejnitsa kəndində anadan olub. O, Sarnı gimnaziyasından məzun olmuşdur. 1954-cü ildə Lvov Tətbiqi və Dekorativ İncəsənət İnstitutunu bitirmişdir. İvan Severa və Leopold Levitski kimi şəxslər onun müəllimləri olmuşdurlar. Brıj Lvovda yaşamış və işləmişdir. Bryzh iki yüzdən çox heykəlin müəllifi olmuşdur. Onun əsərlərinə abidələr, məzar daşları, xatirə lövhələri, dekorativ və park heykəlləri daxildir. Lesia Ukraynkanın "Meşə mahnısı" əsasında yaratdığı silsilə əsərləri böyük maraq oyatmışdır. Brıj lvovlu abidə və qrafika sənəçisi Yeven Beznisk ilə evlənmiş, onunla bir çox sənət layihəsi həyata keçirmişdir.
My Dying Bride
My Dying Bride — Death/doom metal qrupu, 1990-cı ildə İngiltərənin şimalında yerləşən Bradford şəhərində, gitarist Andrew Craighan və barabançı Rick Miah-nın Abiosis-dən ayrıldıqdan sonra aralarına vokalist Aaron Stainthorpe və gitarist Calvin Robertshaw tərəfindən quruldu. Anathema, Paradise Lost və Katatonia ilə birlikdə, My Dying Bride qrupuda death/doom metal üslubunun liderlərindən hesab edilir. 6 aylıq çalışmalardan sonra qrup "Towards the Sinister" adlı ilk demo albomunu buraxdı. Qısa bir sürədən sonra qrup "God Is Alone" adlı ilk siqnllarını buraxdı. Bu sinqldan sonra qrup, Peaceville Records şirkətilə ilə müqavilə imzalayaraq 1991-ci ildə "Symphonaire Infernus Et Spera Empyrium" adlı ilk EP albomlarını çıxartdı. Bu albomdan sonra qrupa bas gitara üçün Adrian Jackson qatıldı. 1992-ci ildə qrup ilk debüt studio "As the Flower Withers" adlı albomunu çıxartdı. Death/doom metal üslubunda ifa edən qrup bu relizlərdən sonra, Böyük Britaniyada və digər Avropa ölkələrində konsertlər də çıxış etdi. Bu müvəffəqiyyət sonra növbəti EP "Thrash Of Naked Limbs" adlı albom buraxıldı. Daha sonra qrupa skripkaçı və kalvişə Martin Powell dəvət edildi.
Teodoziya Markovna Brıj
Teodoziya Markovna Brıj (18 fevral 1929, Berejnitsa[d] – 4 iyul 1999, Lvov) — Ukrayna heykəltaraşı, Ukraynanın əməkdar rəssamı (1997), SSRİ Rəssamlar İttifaqının üzvü. Teodoziya Brıj 18 fevral 1929-cu ildə Sarnı rayonunun Berejnitsa kəndində anadan olub. O, Sarnı gimnaziyasından məzun olmuşdur. 1954-cü ildə Lvov Tətbiqi və Dekorativ İncəsənət İnstitutunu bitirmişdir. İvan Severa və Leopold Levitski kimi şəxslər onun müəllimləri olmuşdurlar. Brıj Lvovda yaşamış və işləmişdir. Bryzh iki yüzdən çox heykəlin müəllifi olmuşdur. Onun əsərlərinə abidələr, məzar daşları, xatirə lövhələri, dekorativ və park heykəlləri daxildir. Lesia Ukraynkanın "Meşə mahnısı" əsasında yaratdığı silsilə əsərləri böyük maraq oyatmışdır. Brıj lvovlu abidə və qrafika sənəçisi Yeven Beznisk ilə evlənmiş, onunla bir çox sənət layihəsi həyata keçirmişdir.
Arida
Arida (lat. Arida) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Arida arizonica (R.C.Jacks. & R.R.Johnson) D.R.Morgan & R.L.Hartm. Arida blepharophylla (A.Gray) D. R. Morgan & R. L. Hartm. Arida carnosa (A. Gray) D. R. Morgan & R. L. Hartm. Arida coulteri (A. Gray) D. R. Morgan & R. L. Hartm. Arida crispa (Brandegee) D. R. Morgan & R. L. Hartm. Arida mattturneri B.L.Turner & G.L.Nesom Arida parviflora (A. Gray) D. R. Morgan & R. L. Hartm. Arida riparia (Kunth) D. R. Morgan & R. L. Hartm.
BRICS
BRICS — beş sürətlə inkişaf edən ölkədən ibarət olan bir qrupdur. Üzvlər: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası (Brazil, Russia, India, China, South Africa, BRICS). 2011-ci ilə qədər təşkilatla bağlı BRIC abreviaturası istifadə olunurdu. BRIC-ə CAR-ın birləşməsiylə əlaqədar 18 fevral 2011-ci ildə, hind maliyyə nazirinin ərizəsi üzrə bundan sonra qrup BRICS adını daşımağa başladı. Goldman Sachs-ın fikrincə, 2050-ci ilə ümumi ölçü üzrə qrupun ölkələrinin iqtisadiyyatları dünyanın ən zəngin ölkələrinin iqtisadiyyatlarının ümumi ölçüsünü ötəcək. BRICS üzvləri ən tez inkişaf edən böyük ölkələr kimi səciyyələnirlər. Əlverişli vəziyyət bu ölkələrə onlarda mövcudluğu resursların dünya iqtisadiyyatı üçün böyük miqdarda əhəmiyyətli təmin edir: Braziliya — kənd təsərrüfatı məhsuluyla zəngindir; Rusiya — dünyada ən böyük mineral resursların eksportçusudur; Hindistan — ucuz intellektual resurslar; Çin — ucuz əmək resurslarının sahibidir; Cənubi-Afrika respublikası — təbii resurslar. == Xarici keçidlər == Goldman Sachs — BRICs Arxivləşdirilib 2009-05-14 at the Wayback Machine Thomas Harr. BRIC The Major Issues Kristalina Georgieva.
Baidu
Baidu — Veb xidmətlər göstərən Çin şirkəti. Şirkətin əsas xidməti, öz axtarış motoru olan "Baidu Search" adlı internet axtarış sistemidir. Çin axtarış motorları arasında liderdir. Qlobal axtarış motorları bazarında 1.06 faiz bazat payı ilə dördüncü yeri tutur. Şirkət Kayman Adalarında qeydiyyatdan keçsədə mərkəzi Çinin Pekin şəhərində yerləşir. Çin bazarı şirkətin gəlirlərinin 98 faizini təşkil edir. Şirkət bir neçə dəfə digər ölkələrin bazarlarına girməyə cəhd göstərsədə bu uğursuz olub. "Forbes Global 2000"in 2019-cu il üçün dünyanın ən böyük şirkətləri siyahısında 297-ci, bazar kapitallaşmasına görə 186-cı, xalis mənfəətə görə 181-ci, dövriyyəyə görə 675-ci və aktivlərə görə 693-cü yeri tutub. Bu siyahıda Çin şirkətləri arasında 45-ci yeri tutub. Baidu, məqalə sayında Çin Vikipediyasını geridə qoymuş onlayn ensiklopediyaya, Baidu Ensiklopediyasına da sahibdir.
Birdja
Birdja (gürc. ბირჯა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 400 m hündürlüktə, Qara dənizdən 11 km və Suxumidən 15 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ენციკლოპედია „საქართველო“, ტ. 1, თბ., 1997. — გვ. 443.
Birds
Birds — (Azərbaycanca: Quşlar) Niderlandın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Birdy
Jasmin van den Boqard (15 may 1996) — Birdy təxəllüsü ilə tanınan Britaniya müğənnisi. == Bioqrafiya == Jasmin van den Boqard 15 may 1996-cı ildə, Layminqton şəhərində anadan olmuşdu. Anası pianoçu olduğundan, Jasmin artıq 7 yaşından pianoda ifa edə bilir, 8 yaşından isə artıq öz mahnılarını yazırdı. Birdy təxəllüsü — (ing. quşcuğaz) valideynlərindən ona verilən addır.
Blida
Blida vilayəti — Blida vilayətinin ərazisi 1 575 Km2-dır. Blida vilayətinə 10 rayon daxilidir. Blida (şəhər) — Əlcəzairin şimalında şəhər, eyniadlı vilayətin inzibati mərkəzi.
Bradi
Bradi — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 443 nəfərdir. == Toponimiyası == XIX əsrdə Bradi (indiki Yuxarı Bradi) kəndindən çıxmış bir qrup ailənin məskunlaşması nəticəsində yaranmışdır. Toponimin ikinci komponenti Talış dilində bur (hündür, yüksək) və di (kənd) sözlərindən ibarət olub (-a bitişdirici sait), "yüksəklikdə yerləşən kənd" deməkdir. Birinci komponent isə kəndin coğrafi mövqeyini göstərir. Oykonim "Bradi kəndinin aşağı hissəsi" deməkdir. == Tarixi == 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Dəstər kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Bradi kəndi Bradi kəndi adlandırılmışdır.
Brior
Brior (fr. Briord) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Lyui kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01064. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 893 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə 587 nəfər əmək qabiliyyətli insanlar arasında (15-64 yaş) 457 nəfər İqtisadi cəhətdən fəal, 130 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 77.9%, 1999-cu ildə 74.9%). 457 fəal sakindən 411 nəfər (221 kişi və 190 qadın) işləyir, 46 nəfər işsizdir (17 kişi və 29 qadın). 130 hərəkətsiz 36 nəfər arasında şagird və ya tələbə, 40 nəfər təqaüdçü, 54 digər səbəblərə görə hərəkətsizdir.
Brioş
Brioş - keksə bənzəyən yüngül, şirin fransız çörəyi. Yüksək miqdarda yumurta və kərə yağı ehtiva edir. İstehsalı mayalama və gözlətmə əməliyyatları təxminən 1.5 gün çəkir.
Erida
Erida (simvolı: ; q.yun. Ἔρις, lat. Eris, əvvəllər 2003 UB|313) şərti adı istifadə edilirdi — cırtdan planet, 5 yanvar 2005-ci ildə astronomlardan ibarət qrup tərəfindən kəşf edildi. Qrupa Maykl Braun (Kaliforniya texnologiya institutu), Devid Rabinovic, Cedvik Truxilo (Cemini rəsədxanası) daxil idi. Qrup Palomar rəsədxanasındakı 122 sm-lik teleskopdan istifadə etmişdir. 29 iyul 2005-ci ildə kəşf haqqında artıq ictimaiyyətə məlumat verildi. Perihelisi 5.7 milyard km, afelisi 14,6 milyard km-dir. Orta radiusu 1163 km-dir. Səthində temperatur −231S dir. Günəş ətrafında 1 dövrü 557 ildir.
İrida
İrida, İris (yun. Ίρις "göyqurşağı") yunan mifologiyasında yerlə göyün əlaqəsini tərənnüm edən, qanadlı göyqurşağı ilahəsi, okeanidalar nəslinə aid olub, Elektra və Tavmantın qazı. Harpiyaların bacısı, Zefirin arvadı. İrida da Hermes kimi tanrı Zevsin sərəncam və göstərişlərini çatdırmaq, yerinə yetirməklə məşqul olarmış. Yelenanın Paris tərəfindən qaçırılması xəbərini Kritdə olan Menalaya məhz İrida çatdırmışdır.
Erida (mifologiya)
Erida (yun. Ἔρις mübahisə, mübarizə) yunan mifologiyasında mübahisə ilahəsi, ilk kosmoqonik güvvə: gecə ilahəsi Niksin qızı, Xaosun qız nəvəsi, bəzən Aresin bacısı kimi təqdim olunur. Aclıqın, döyüşün, qətlin, mübahisənin, haqsızlığın və əməyin anası. Hesioda görə iki cür: biri araqarışdıran, müharibələr törədən, digəri isə insanlarda əmək rəqabəti yaradan Erida mövcuddur. O, döyüşçüləri coşdurur və ehtiraslaşdırı. Fetida ilə Peleyin Pelionda möhtəşəm toy mərasimi keçirilir. Tanrılar olimpdən enərək toya təşrif buyuraraq çoxlu hədiyələr gətirirlər. Muzaların gözəl nəğmələri və Apollonun kifar çalması məclisi daha da canlandırmışdır. Toya dəvətli olmayan yeganə ilahə Erida idi. Bunun qisasını almaq üçün Erida məclisdə şənlənənlərin arasına "gözəllər gözəlinə" yazılmış bir alma atmış olması, onu əldə etmək üçün Hera, Afina (mifologiya) və Afrodita arsında qızğın mübahisəyə səbəb olur.
Erida planeti
Erida (simvolı: ; q.yun. Ἔρις, lat. Eris, əvvəllər 2003 UB|313) şərti adı istifadə edilirdi — cırtdan planet, 5 yanvar 2005-ci ildə astronomlardan ibarət qrup tərəfindən kəşf edildi. Qrupa Maykl Braun (Kaliforniya texnologiya institutu), Devid Rabinovic, Cedvik Truxilo (Cemini rəsədxanası) daxil idi. Qrup Palomar rəsədxanasındakı 122 sm-lik teleskopdan istifadə etmişdir. 29 iyul 2005-ci ildə kəşf haqqında artıq ictimaiyyətə məlumat verildi. Perihelisi 5.7 milyard km, afelisi 14,6 milyard km-dir. Orta radiusu 1163 km-dir. Səthində temperatur −231S dir. Günəş ətrafında 1 dövrü 557 ildir.
Frida Kahlo
Frida Kalo de Rivyera (isp. Frida Kahlo de Rivera; 6 iyul 1907[…] – 13 iyul 1954[…]) və ya Maqdalena Karmen Frida Kalo Kalderon (isp. Magdalena Carmen Frieda Kahlo Calderón) — yaratdığı avtoportretlərlə tanınan meksikalı rəssam, kubist rəssam Dieqo Riveranın həyat yoldaşı. Frida Kalo 6 yaşında poliomielit xəstəliyinə tutulur və bundan sonra ömrünün sonunadək axsayır. 18 yaşında avtomobil qəzası yaşayır. 17 sentyabr 1925-ci ildə baş verən qəzada onun evə getdiyi avtomobil tramvay ilə toqquşur. Zərbədən tramvayın kollektorunun sınıq dəmir çubuğu Fridanın mədəsindən keçib çanaq sümüyünü parçalayaraq, sol qasığından çıxır. Onurğa sümüyü üç yerdən zədələnir və iki budu sınır. Bundan sonra Frida çoxsaylı əməliyyatlar keçirməli olur. 1929-cu ildə o, Dieqo Rivera ilə evlənir və onun kimi kommunist partiyasını dəstəkləyir.
Frida Kalo
Frida Kalo de Rivyera (isp. Frida Kahlo de Rivera; 6 iyul 1907[…] – 13 iyul 1954[…]) və ya Maqdalena Karmen Frida Kalo Kalderon (isp. Magdalena Carmen Frieda Kahlo Calderón) — yaratdığı avtoportretlərlə tanınan meksikalı rəssam, kubist rəssam Dieqo Riveranın həyat yoldaşı. Frida Kalo 6 yaşında poliomielit xəstəliyinə tutulur və bundan sonra ömrünün sonunadək axsayır. 18 yaşında avtomobil qəzası yaşayır. 17 sentyabr 1925-ci ildə baş verən qəzada onun evə getdiyi avtomobil tramvay ilə toqquşur. Zərbədən tramvayın kollektorunun sınıq dəmir çubuğu Fridanın mədəsindən keçib çanaq sümüyünü parçalayaraq, sol qasığından çıxır. Onurğa sümüyü üç yerdən zədələnir və iki budu sınır. Bundan sonra Frida çoxsaylı əməliyyatlar keçirməli olur. 1929-cu ildə o, Dieqo Rivera ilə evlənir və onun kimi kommunist partiyasını dəstəkləyir.
Leydis Brito
Leydis Brito (5 iyul 1984, Maturin[d], Venesuela) — Venesuela oxatanı. Leydis Brito Venesuelanı 2008, 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. Leydis Brito 2006-cı ildə Mərkəzi Amerika Oyunlarında gümüş və bürünc medal qazanıb. Leydis Brito birinci dəfə Olimpiya Oyunlarına 2008-cı ildə qatıldı. O, Pekində baş tutan XXIX Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Çin Taybeyinin nümayəndəsi Vu Hui-Ju ilə üz-üzə gəldi. Həmin görüşdə Leydis Brito rəqibinə 104:98 hesabı ilə qalib gəlsədə, növbəti görüşdə Gürcüstan idmançısı Xatuna Nərimanidzeyə 98:111 hesabı ilə uduzdu. Leydis Brito növbəti Olimpiya Oyunlarına 4 ildən sonra Londonda qatıldı. O, XXX Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Çin Xalq Respublikasının nümayəndəsi Çeng Ming ilə üz-üzə gəldi. Həmin görüşdə Leydis Brito rəqibinə 2:3 hesabı ilə uduzdu. Leydis Brito özünün üçüncü Olimpiya Oyunlarına 2016-cı ildə Rio-de-Janeyroda qatıldı.
Lərba (Blida)
Lərba (ərəb. الأربعاء‎, fr. Larbaâ) — Əlcəzairin şimalında, Blida vilayətinin ərazisində kommuna. Kommuna vilayətin şərq hissəsində, dəniz səviyyəsindən 104 metr yüksəklikdə yerləşir. Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 29 kilometr cənub-şərqdə və Blidə vilayətinin inzibati mərkəzindən 20 kilometr şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 83,819 nəfər idi.
Metyu Bredi
Metyu Bredi (18 may 1822, Uorren[d], Nyu-York ştatı və ya Nyu-York ştatı – 15 yanvar 1896[…], Manhetten, Nyu-York ştatı) — Amerika vətəndaş müharibəsi zamanı ən vacib şəxslərin fotolarını çəkərək XIX əsrin ən məşhur fotoqrafı olmuşdur. Metyu Bredi fotoqrafiyanın qurucusu hesab olunur. Bredi Nyu-Yorkun Uorren qraflığında irlandiyalı mühacir Endryu və Culiya Bredinin ailəsində anadan olub. Gələcək fotoqraf 16 yaşında Nyu-Yorkun Saratoqa qraflığına köçdü. 1841-ci ildə Bredinin bədii qabiliyyəti ona ixtisaslı mütəxəssis Samuel Morse ilə təhsil almağa icazə verdi. 1844-cü ildə Nyu Yorkda öz fotoqrafiya studiyası var. Bredi məşhur amerikalıların portretlərini sərgiləməyə başladı. 1849-cu ildə Bredi Vaşinqtonda studiya açdı və burada 1850-ci ildə evləndiyi Culiya Handi ilə tanış oldu. Bredi nin ilk işi dagerreotip texnikasında edildi, və işinə görə bir çox mükafatlar aldı. 1850-ci illərdə dagerreotip məşhurlaşan ambrotiplə əvəz olundu.
Moon Pride
Moon Pride (və ya MOON PRIDE) — 30 iyul 2014-cü ildə yayımlanan, Yaponiyanın Momoiro Clover Z qız musiqi qrupunun 12-ci sinqlı. Sinqlda 2014-cü ildən göstərilməyə başlanılan "Sailor Moon Crystal" cizgi serialının mövzu musiqiləri yer almışdır. ("Moon Pride" açılış mahnısı, "Gekko" bağlanış mahnısıdır.) "Moon Pride" Sound Horizon orkestrından Revo tərəfindən yazılmış, bəstələnmiş və hazırlanmışdır. Qitara soloları ABŞ rok musiqiçisi Marti Fridman tərəfindən ifa edilmişdir. Sinqlın yayınlanmış 2 versiyası mövcuddur: "Sailor Moon Edition" və "Momoclo Edition". "Sailor Moon Edition"-nun Blu-ray diski və musiqili videosu mövcuddur. "Momoclo Edition"-nun sadəcə CD formatı mövcuddur, bununla əlavə "Seylor Mun R: Film" filmindən "Moon Revenge" mahnısı əlavə olunmuşdur. Musiqili video Yasuşi Uemura tərəfindən hazırlanmış, "Sailor Moon Crystal" cizgi serialının direktoru Munehisa Sakai tərəfindən nəzarət edilmiş və Toei Animation tərəfindən canlandırılmışdır. Musiqili videoda "Sailor Moon Crystal" cizgi serialından səhnələr var. Videoda 3 Seylor döyüşçüsünün çevrilməsinə yer verilmişdi: Seylor Mars, Seylor Venera və Seylor Yupiter.