Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bukarka
Bukarka (lat. Neocoenorhinidius pauxillus) — Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinin Borulayıcı böcəklər fəsiləsinə aid olan növ. == Həyat tərzi == Ağac və kol dekorativ bitkilərinin yarpaqlarına, xüsusilə cicəkli bitkilərdən ərik, gavalı ağaclarına və digər bəzək bitkilərinə (katalpa, söyüd, qovaq və s.) 14–22% zərər verir. Böcək imaqo mərhələsində torpaqda qışlayır. Mart-aprel aylarında ağaclarda tumurcuqlar əmələ gələndə qışlama yerlərindən çıxırlar və tumurcuqlarla qidalanırlar. Bu vaxt havanın orta günlük temperatur 12–16oC olur. Müşahidələrimizə əsasən, böcəklər 2–3 ay təbiətdə görünürlər. Abşeronda zərərvericinin yumurta qoyması bitkilərin çiçəkləməsi ilə eyni vaxta düşür. Yumurtalarını (bir ədəd olmaqla) yarpağın alt səthinə, yarpaq damarlarının bitişən yerlərinə qoyur. Ümumiyyətlə bir dişi fərd 100–120-yə qədər yumurta qoya bilir.
Bukovina
Bukovına (ukr. Буковина, rum. Bucovina) — Şərqi Avropada tarixi bölgə. == Tarixi == Bukovina 1786-cı ildə Avstriyanın tərkibinə qatıldı. 1918-ci ildə Rumıniya Bukovinanı istila etdi. İkinci Dünya müharibəsi nəticəsində SSRİ-nin ərazisində də dəyişikliklər oldu. Belə ki, Postdam və Paris konfranslarının qərarları əsasında Köniqsberq (Kalininqrad), həmçinin Pribaltika respublikaları, Zakatpat Ukraynası, Bukovina və Bessarabiya SSRİ-yə verildi. Müharibə ərəfəsində SSRİ-yə birləşdirilmiş Pribaltika respublikaları, Qərbi Ukrayna, Qərbi Belarusiya, Şimali Bukovina və Bessarabiyada kollektivləşmə həyata keçirildi. Bu dövrdə iri kolxozların yaranması prosesi sürətləndirildi. 254 min kolxoz 93 min iri kolxozda birləşdirildi.
Buzovna
Buzovna — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. == Tarixi == Bu ərazilərdə əhalinin məskunlaşması eramızdan əvvəl III əsrə təsadüf edilir. Qədimdə bu ərazilərdə kənd əhalisi köçəri həyat tərzi sürmüş, taxılçılıq, maldarlıq və balıqçılıqla məşğul olmuşdur. Həmçinin Azərbaycanın digər bölgələrindən də yay aylarında bu ərazilərə gələnlər mal-qara saxlayırdılar. Məhz bu amili nəzərə alaraq Buzovna kəndinin adı maldarlıqla əlaqədar yaranması və "buzov" mənasını verməsi güman olunur. Lakin bəzi tarixi qaynaqlarda (XIII-XIV əsrlər) bu ərazi "Bozok" tayfalarının adı ilə bağlıdır. Bozok tayfaları qış aylarında bu ərazilərdə məskunlaşmış və təsərrüfat ilə məşğul olurdular. Yay aylarında isə onlar dağlara çəkilirdilər. Buzovna özünün qədim tarixi memarlıq abidələri ilə də zəngindir. Kənddə ən qədim qəbiristanlıq "Hun qəbiristanlığı"dır.
Zubovka
Şirvan (əvvəlki adları Zubovka (1938-ci ilədək); Əli-Bayramlı (1938–2008)) — Azərbaycanda şəhər. Azərbaycan Respublikası Milli Məclisinin 25 aprel 2008-ci il tarixli, 594-IIIQ saylı Qərarı ilə şəhər Şirvan adlandırılmışdır. Şirvan 1938–1954-cü illərdə qəsəbə, 28 iyul 1954-cü ildə rayon tabeli şəhər statusu almışdır. 4 yanvar 1963-cü ildən respublika tabeli şəhərdir. Onun ərazisi 72.7 km², əhalisinin sayı 87946 nəfər, əhalinin sıxlığı isə hər 1 kv. km-də 2457 nəfər təşkil edir. Şəhərə həmçinin Hacıqəhrəmanlı və Bayramlı qəsəbələri də aiddir. Şəhər əhalisinin 98,5%-ni azərbaycanlılar, yerdə qalanlarını isə ruslar, ukraynalılar, tatarlar, türklər və digər xalqların nümayəndələri təşkil edir. Azərbaycanda Şirvan işıq adası, nur şəhəri sayılır. Küçələrin genişliyi, səkilər boyunca sıralanan ağaclar bu aran şəhərinin istisini azaldır.
Buzovna bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Buzovna zeytunu
Buzovna zeytunu - Qədim mənşəli yerli Azərbaycan zeytun sortudur. Azərbaycan ET Çoxillik Bitkilər İnstitutu tərəfındən Abşerondakı (Nardaran və Buzovna qəsəbələri) — köhnə zeytun ağacları içərisindən seçilmişdir. Ağacı iridir. Şarşəkilli, bir qədər dağınıq, srx çətirə malikdir. Budaqları yuxarı qalxmış vəziyyətdədir. Meyvələri tünd zoğalı rənglidir. Budaqda meyvələr tək-tək, nadir halda iki-iki yerləşir. Meyvələr saplağa kifayət qədər möhkəm birləşməmiş- lər. Ona görə də meyvələr yarıyetişmiş halda olduqda tökü- lürlər. Meyvənin qabığı bərkdir.
Vladimir Bukovski
Vladimir Konstantinoviç Bukovski (30 dekabr 1942, Bələbəy, Başqırd MSSR – 27 oktyabr 2019, Kembric) — sovet və rus hüquq müdafiəçisi, yazıçı, publisist və ictimai xadim. SSRİ-də disedent hərəkatının fəal yaradıcılarından və iştirakçılarından biri. SSRİ-də disedentlərə qarşı cəza kimi psixiatriya təcrübəsini ictimailəşdirməsi onu Qərbdə tanıtmışdı. Ümumilikdə həyatının 12 ilini həbsxanalarda və məcburi müalicədə keçirmişdir. 1976-cı ildə Sovet hakimiyyəti Bukovskini Çili kommunistlərinin lideri Luis Corvalana dəyişdirdi. Bundan sonra Bukovski Kembricə köçdü. Bir neçə kitabın, o cümlədən "Geri qayıdan külək", "Rus səyyahın məktubları", "Bir qala qurmaq" və bir çox məqalə ilə oçerklərin müəllifidir. 2008-ci il prezident seçkilərində iştirak etmək istəsə də, namizədliyi qeydə alınmamışdır. 2008-ci ildə "Həmrəylik" siyasi hərəkatının yaradılmasında iştirak etmişdir. 2014-cü ildə Rusiya Xarici İşlər Nazirliyi Bukovskinin Rusiya vətəndaşlığı verilməsinə rədd cavabı vermişdir.
Çarlz Bukovski
Çarlz Bukovski (əsl adı: alm. Heinrich Karl Bukowski‎; 16 avqust 1920[…], Andernax[d] – 9 mart 1994[…], San Pedro[d], Kaliforniya) — alman mənşəli ABŞ yazıçı və şairi. Əsərlərində bəzən Henry Chinaski adını da istifadə etmişdir. Həyatının çoxunu ABŞ-nin Los-Anceles şəhərində keçirmişdir. Əsərlərində ümumiyyətlə cəmiyyət xarici insanları və depressiyasini mövzu götürməsi və alkoqolizmə yaxın bir həyat tərzini izah etməsiylə məşhurdur. Bunun səbəbi olaraq özünün bu həyatı yaşaması göstərilə bilər. Bukovskinin yazılarında öz həyatını yazıb yazmadığı müzakirə mövzusu olmuşdur. Pərəstişkarlarının bir qismi bunları hazırladığını, əksəriyyəti isə yaşamadan bu tip fantastikaları etməsinin mümkün olmayacağını və o xarakterdə bir insanın bu həyatı yaşamağının onsuz da təbii olduğu fikrini müdafiə etməkdədir. Birinci dünya müharibəsinin sonlarında Almaniyaya hərbi xidmət səbəbiylə gələn polyak əsilli Amerikan bir atanın və dərziliklə məşğul olan alman mənşəli bir ananın uşağı olan Çarlz Bukovski 1920-ci ildə Almaniyaın Andernax şəhərində anadan olmuşdur. Bukovski 2 yaşındaykən ailəsi Los-Ancelesə köçdülər.
Anna Burova
Olqa Buzova
Olqa İqorevna Buzova (rus. Ольга Игоревна Бузова; 20 yanvar 1986, Leninqrad) — Rusiya media şəxsiyyəti və müğənnisi. Buzova Rusiyanın ən uğurlu modellərindən biri hesab edilir. Olqa İqorevna Buzova 20 yanvar 1986-cı ildə Leninqrad şəhərində SSRİ SQ veteranı İqor Dmitriyeviç Buzovun və stomatoloq İrina Aleksandrovna Buzovanın ailəsində anadan olmuşdur. Buzovanın Anna adlı kiçik bacısı var. Buzova 2012-ci ilin iyun ayından 2016-cı ilin dekabr ayına qədər futbolçu Dmitri Tarasov ilə evli idi. O, 23,4 milyon abunəçidən qazandığı təxminən 3,3 milyon ABŞ dolları xalis gəlirlə 2021-ci ildə Rusiya üzrə Instagram və YouTube platformalarında onuncu ən çox qazanan olmuşdur.
Yelizaveta Bıkova
Yelizaveta Bıkova (rus. Елизаве́та Ива́новна Бы́кова; 4 noyabr 1913 – 8 mart 1989, Moskva) — SSRİ şahmatçısı qadınlar arasında üçüncü və beşinci dünya çempionu. Yelizaveta Bıkova 1913-cü il noyabrın 4-də Vladimir vilayətində anadan olub. Dördüncü sinfi bitirdikdən sonra təhsilini davam etdirmək üçün Moskvaya, qardaşının yanına gedir. Məktəbi bitirdikdən sonra əvvəlcə plan-iqtisadiyyat texnikumunu, sonra isə ali məktəbi qurtarmışdır. Şahmat oynamağı qardaşından öyrənmişdir. Lakin oxuduğu üçün turnirlərdə iştirak etməmişdir. İlk dəfə 1935-ci ildə Moskva çempionatında oynayan Bıkova sonuncu yeri tutmuşdur. Lakin tezliklə istəyinə nail olaraq, şahmat məktəbinə üzv yazıldı və nəzəriyyəni öyrənməyə, tez-tez turnirlərdə çıxış etməyə başladı. Çox keçmədi ki, Moskvanın, sonralar isə ölkənin ən güclü qadın şahmatçılarından biri oldu.
İrina Bokova
İrina Georgiyevna Bokova (d. 12 iyul 1952, Sofiya, Bolqarıstan) — Bolqarıstanın siyasi və ictimai xadimi, diplomat. 15 noyabr 2009-cu ildən UNESCO-nun Baş Direktoru. Bokova bu vəzifədə çalışan ilk qadındır.
İrina Jukova
İrina Jukova (22 noyabr 1974, Çerkasi) - Ukraynalı karyerasını başa vurmuş voleybolçu. 1974-cü il təvəllüdlü və 178 sm boyu olan İrina Jukova ölkəsinin yığmasının da şərəfini qoruyur. Ukraynalı voleybolçu Avropa kubokunda mübarizəyə ilk dəfə "Ximvolokno Çerkası"nin heyətində "ayaq basıb". O, daha sonra "Modena" (2001-2003), "Foppapedretti" (2003-2005), "Kruq Çerkası" (2006-2007), və "Zariçye-Odinçeva" (2007-2009) klublarının heyətində qitənin müxtəlif kubok yarışlarının iştirakçısı olub. 4 dəfə Çempionlar Liqasının "Dördlər finalı"nda qüvvəsini sınayan Jukova "Berqamo" və "Modena"nın heyətində Çempionlar Liqasının qızıl medalını qazanıb. Bundan əlavə, bir dəfə fəxri kürsünün ikinci pilləsinə yüksəlib və 1 dəfə dördüncü olub. O, həmçinin Rusiya, İtaliya və 5 qat Ukrayna çempionudur. 2010-cu ilin mayında Rabitə Bakı klubu ilə müqavilə bağlayıb.
Cümə məscidi (Buzovna)
Buzovna "Cümə" məscidi — Bakı şəhəri Xəzər rayonunun Buzovna qəsəbəsində məscid. == Tarixi == İnşasına 1896-cı ildə başlanmış Buzovna Cümə məscidinin tikintisi 1900-cü ildə yarımçıq qalmışdır. 1918-ci ildə tikinti işlərinə yenidən başlansa da, tam yekunlaşmamışdır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra bu məscidin binasından anbar və dükan kimi istifadə olunmuşdur. 2007-ci ildə Buzovna sakinlərinin Cümə məscidində bərpa işlərinin başa çatdırılması ilə bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciəti tez bir zamanda öz həllini tapmışdır. Həmin ilin fevralında başlanan yenidənqurma işləri qısa vaxtda başa çatdırılmış, məscid dekabrın 19-da 2009-cu ildə istifadəyə verilmişdir. Məscidin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak etmişlər. Məsciddə qeydiyyata alınmış dini icma fəaliyyət göstərir.
Xəzri Buzovna FK
Xəzri Buzovna FK — Azərbaycanda futbol klubu 1992-ci ildə Bakı şəhərində, Buzovna qəsəbəsində yaranmışdır. Müxtəlif vaxtlarda "Xəzri", "Xəzri-Eltac" adları ilə 4 dəfə futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir. Bir dəfə gümüş medal, bir dəfə də bürünc medal qazanmışdır. Futbol üzrə Azərbaycan Kubokunun finalında 1 dəfə oynamışdır. Azərbaycan çempionatı: Gümüş medal (1) – 1995/1996 Bürünc medal (1) – 1996/1997 Azərbaycan Kuboku: Finalçı (1) – 1996/1997 "Xəzri" UEFA bayrağı altında keçirilən və Azərbaycan klublarının qatıldığı 5 qitə turnirinin 1-də, ümumilikdə 1 dəfə iştirak edib.
Yeni Qurovka (Avurğazı)
Yeni Qurovka (başq. Яңы Гуровка, rus. Новогуровка) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Terəpə kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 26 km, kənd sovetliyindən (Terəpə): 1 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 16 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (75%) üstünlük təşkil edir.
Çukotka Muxtar Dairəsi
Çukotka Muxtar Dairəsi — Rusiya Federasiyasının subyektlərindən biri.
Buzovna Cümə məscidi
Buzovna "Cümə" məscidi — Bakı şəhəri Xəzər rayonunun Buzovna qəsəbəsində məscid. == Tarixi == İnşasına 1896-cı ildə başlanmış Buzovna Cümə məscidinin tikintisi 1900-cü ildə yarımçıq qalmışdır. 1918-ci ildə tikinti işlərinə yenidən başlansa da, tam yekunlaşmamışdır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra bu məscidin binasından anbar və dükan kimi istifadə olunmuşdur. 2007-ci ildə Buzovna sakinlərinin Cümə məscidində bərpa işlərinin başa çatdırılması ilə bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciəti tez bir zamanda öz həllini tapmışdır. Həmin ilin fevralında başlanan yenidənqurma işləri qısa vaxtda başa çatdırılmış, məscid dekabrın 19-da 2009-cu ildə istifadəyə verilmişdir. Məscidin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak etmişlər. Məsciddə qeydiyyata alınmış dini icma fəaliyyət göstərir.
Bakı bağları. Buzovna
== Məzmun == Bakı bağlarından bəhs edən filmlər silsiləsinin bu hissəsi Buzovna kəndinin tarixi və əhalisinin məşğuliyyəti haqqındadır. Paytaxt Bakı şəhərindən 38 kilometr aralıda yerləşən Buzovna kəndi Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri hesab olunur. Bu ərazilərdə əhalinin məskunlaşması eramızdan əvvəl III əsrə təsadüf edilir. Qədimdə bu ərazilərdə kənd əhalisi köçəri həyat tərzi sürmüş, taxılçılıq, maldarlıq və balıqçılıqla məşğul olmuşdur. Həmçinin Azərbaycanın digər bölgələrindən də yay aylarında bu ərazilərə gələnlər mal-qara saxlayırdılar. Məhz bu amili nəzərə alaraq Buzovna kəndinin adı maldarlıqla əlaqədar yaranması və "buzov" mənasını verməsi güman olunur. Lakin bəzi tarixi qaynaqlarda (XIII-XIV əsrlər) bu ərazi "Bozok" tayfalarının adı ilə bağlıdır. Bozok tayfaları qış aylarında bu ərazilərdə məskunlaşmış və təsərrüfat ilə məşğul olurdular. Yay aylarında isə onlar dağlara çəkilirdilər. Buzovna özünün qədim tarixi memarlıq abidələri ilə də zəngindir.
Anna Mariya Jukovska
Anna Mariya Jukovska (pol. Anna Maria Żukowska; 11 iyun 1983, Varşava, Polşa Xalq Respublikası) — Polşalı hüquqşünas, filoloq və siyasi fəalı. Eyni zamanda Yeni Sol Partiyasının üzvü, Solların parlament klubunun lideri. O, 2019-cu ildən Polşa Respublikası Seyminin IX və X çağırış deputatıdır. == Həyatı == 11 iyun 1983-cü ildə Varşavada anadan olan Mariya Jukovska, Varşavanın Mokotov rayonunda böyüyüb. Varşavada 42 saylı məktəbdə təhsil alıb. Tanınmış aktyor Andjey Şepkovskinin nəvəsi aktrisa Hanna Konarovska ilə bir sinifdə oxuyub. Varşava Universitetinin Müasir Dillər fakültəsində bakalavr dərəcəsinə yiyələn Mariya Jukovska, 2015-ci ildə eyni Universitetin Hüquq və İdarəetmə fakültəsində hüquq təhsili üzrə magistr dərəcəsinə yiyələnib. Tərcüməçi kimi fəaliyyət göstərən Anna Mariya həmçinin anası ilə birlikdə ailə biznesini də idarə edib. === Siyasi həyatı === Demokratik Sol Qüvvələr Birliyinə (DSQ) üzv olan Anna Mariya 21 noyabr 2010-cu ildə keçirilən yerli seçkilərdə Mokotov rayonundan namizədliyini irəli sürsə də seçilmədi.
Yemilian Bukov
Yemilian Nestoroviç Bukov (rum. Emilian Radu Bucov, rus. Емилиа́н Не́стерович Бу́ков; 26 iyul (8 avqust) 1909 – 17 oktyabr 1984, Kişinyov) — SSRİ-Moldava şairi. Yemilian Nestoroviç Bukov 8 avqust 1909-cu ildə Rusiya imperiyasının Bessarabiya quberniyasında yerləşən Yeni Kiliya şəhərində (indiki Ukrayna) anadan olmuşdur. O, 1931–1936-cı illərdə Buxarest Universitetində təhsil almış, mütərəqqi Rumıniya jurnalları ilə əməkdaşlıq etmişdir. Bukov "Zəhmət qaynayır" (1932), "Günəşin sözü" (1937), "Çin", "Səni görürəm, Moldaviya" (1942), "Dnestrdə bahar" (1944), "Bu gün, sabah" (1967), "Həyat ağacı" (1974) kitablarının müəllifidir. Bukovun "Ölkəm" (1947) poeması, "Reut şəhəri" (1956) mənzum roman, "Dunay - narahat sular" (1956; 1957 ildə "Dalğalanan Dunay" adı ilə tamaşaya qoyulmuşdur) pyesi, "Magistral" (1969) romanı və s. əsərləri var. O, Azərbaycan haqqında şeirlər yazmışdır. "Səməd" poeması Səməd Vurğuna həsr edilmişdir.
Bakı bağları. Buzovna (film, 2007)
== Məzmun == Bakı bağlarından bəhs edən filmlər silsiləsinin bu hissəsi Buzovna kəndinin tarixi və əhalisinin məşğuliyyəti haqqındadır. Paytaxt Bakı şəhərindən 38 kilometr aralıda yerləşən Buzovna kəndi Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri hesab olunur. Bu ərazilərdə əhalinin məskunlaşması eramızdan əvvəl III əsrə təsadüf edilir. Qədimdə bu ərazilərdə kənd əhalisi köçəri həyat tərzi sürmüş, taxılçılıq, maldarlıq və balıqçılıqla məşğul olmuşdur. Həmçinin Azərbaycanın digər bölgələrindən də yay aylarında bu ərazilərə gələnlər mal-qara saxlayırdılar. Məhz bu amili nəzərə alaraq Buzovna kəndinin adı maldarlıqla əlaqədar yaranması və "buzov" mənasını verməsi güman olunur. Lakin bəzi tarixi qaynaqlarda (XIII-XIV əsrlər) bu ərazi "Bozok" tayfalarının adı ilə bağlıdır. Bozok tayfaları qış aylarında bu ərazilərdə məskunlaşmış və təsərrüfat ilə məşğul olurdular. Yay aylarında isə onlar dağlara çəkilirdilər. Buzovna özünün qədim tarixi memarlıq abidələri ilə də zəngindir.
Sahib əz-Zaman məscidi (Buzovna)
Sahibəz-Zaman məscidi - Bakı şəhəri Xəzər rayonunun Buzovna qəsəbəsi. Buzovna qəsəbəsində 1688-ci ildə inşa olunan bu məscid Abbasqulu ağa Bakıxanovun ana babası Hacı Məlik Məmmədxan Hacı Əmir Məhəmməd oğlu tərəfindən tikilib. Bu məscid də başqa məscidlər kimi, sovetlər dövründə bağlı qalıb. 1991-ci ildən sonra mərhum Axund Hacı Rasimin təşəbbüsü ilə məscid fəaliyyətini yenidən bərpa etmiş və məsciddə bir çox gənc tələbələr yetişdirilmişdir. 2014-cü ildə məsciddə təmir-bərpa işləri aparılmış və bir il sonra tam başa çatdırılmışdır. Hal-hazırda dini tədbirlər bu məsciddə keçirilir. Məscid "T" hərfi formasında inşa edilib. İç sahəsi 100 m²-dir. Yerden tavanadək olan hündürlüyü 3.77-3.79 metr arası dəyişir. Yerden günbəzədək hündürlüyü isə 7.65 metrdir.