Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vanina Vanini
Vanina Vanini (fr. Vanina Vanini) — əsl adı Mari-Henri Beyle olan fransız yazıçı Stendalın 1829-cu ildə nəşr olunmuş povesti. Fransız yazıçısı Stendalın “Vanina Vanini” povesti italyan vətənpərvərlərin (Karbonarilər) Avstriya hökmranlığına qarşı mübarizəsindən bəhs edir. Öz vətənlərinin azadlığı uğrunda döyüşən xalqa hüsnü-rəğbətini gizlətməyən Stendal, gənc karbonari – Tyetro Missirillinin parlaq surətini yaradır. Pyetronun qəlbindəki inqilabi borc hissi kübar və həm də gözəl Vaniniyə olan məhəbbət hissi ilə daima mübarizə aparır. Vanini isə Missirilinin yalnız ona məxsus olmasından ötrü karbonarilərin ittifaqını düşmənə satır, lakin Missirili əqidəsindən dönməyərək Vaniniyə olan məhəbbətindən imtina edir və məsləkdaşları ilə vətənin azadlığı uğrundakı mübarizəsini davam etdirir. Əsər Vidadi Paşayev tərəfindən Azərbaycan dilinə tərcümə edilib, Bakıda kirilcə 1969-cu ildə Gənclik, latınca 2017-ci ildə Bakı Kitab Klubunda 80 səhifədə nəşr edilib. "Vanina Vanini (povest)" ( (az.)). bbclub.az. 2019-11-03 tarixində arxivləşdirilib.
Yasnıy
Yasnı — Rusiya Federasiyasında yerləşən şəhər Orenburq vilayətinə daxildir Şəhərin əsası 1961-ci ildə qoyulub. 1979-cu ildən şəhər statusunu daşıyır. 2017-ci ildə şəhər əhalisi 15000 nəfər təşkil edib.
Mannı
Mannı və ya irmək, yarma buğdasının üyüdülməsi və ələnməsi nəticəsində əldə edilən qidadır. Mannı dənələri 125–140 mikrometr, sarı rəngli, parlaq və bucaqlıdır. Ümumiyyətlə sərt buğdadan mannı hazırlanmasında istifadə olunur. Mannı, yüksək qida dəyəri olan bir qidadır. Tərkibində 73% karbohidrat var. 100 qram mannıda təxminən 360 kcal enerji var. Mannı makaronun əsas tərkib hissəsidir. Ayrıca, Türkiyə, Yunanıstan, İran, Hindistan və Pakistan kimi ölkələrdə mannı halvası və Ərəbistanda hazırlanan südlü mannı deserti, desert olaraq istehlak edilir.
Vanil
Vanil- bir ədviyyə və dadvericidir.Səhləbkimilər fəsiləsinin Vanil cinsindən olan bitkidən əldə edilir.
Vanna
Vanna və ya ləyən – yuyunmaq üçün nəzərdə tutulmuş su tutan konteyner. Vannalar, adətən, 2 üslubda olur: Qərb üslubunda – içindəndə uzanılan. Belə vannalar çox vaxt qayıq kimi yastı və uzun olur. Şərq üslubunda – içində oturulan. Belə vannalar qısa və dərin olur. Məsələn, Yaponiyada furo vannaları bu üsluba aiddir. Hazırkı dövrdə, əsasən, çuqun vannalardan istifadə olunur. Lakin, qranit və taxta vannalar da geniş yayılmışdır.
Yanni
Yanni (tam adı Yiannis Hrysomallis ya da məşhur olduğu adıyla John Yanni Christopher; 14 noyabr 1954[…], Kalamata[d]) — Yunan pianoçu və bəstəkar. 1992-ci ildə "Dare to Dream" albomu ilə Grammy mükafatı qazanmışdır. Başqa uğurlu albomlarından biri isə 1993-cü ildə çıxardığı "My Time" albomu olmuşdur. Əsl müvəffəqiyyəti 1994-cü ildə çıxardığı "Yanni Live at the Acropolis" albomu ilə qazanan sənətçinin bu əsəri bütün zamanların ən çox satan ikinci video-klipi olmuşdur. 2011-ci ilə qədər 20 ölkədə, 2 milyondan çox konsert vermiş; 20 milyonun üzərində albom satmışdır. 1993-cü ildə İngilis Kraliyət Simfonik Orkestri ilə Acropolis-də verdiyi konsertlə özünü dünyaya tanıtdırmışdır. Özü xüsusi bir musiqi təhsili almadığı halda Simfoniyalar yazan bir musiqiçidir. 1987-ci ildəki ilk albomu " Keys to Imagination " olan məşhur musiqiçinin eyni zamanda Yunanıstan gənclər üzmə rekorçuluğu və Amerikadakı Minnesota Universitetindən psixologiya lisenziya var. Optimystique (1980) Keys to Imagination (1986) Out of Silence (1987) Chamaleon Days (1988) Niki Nana (1989) Reflections of Passion (1990) In Celebration of Life (1991) Dare to Dream (1992) In my time (1993) Live at the Acropolis (1993) In the Mirror (1997) Tribute (1997) If I Could Tell You (2000) Ethnicity (2003) Yanni Live!
Ananiy Zayonçkovski
Ananiy Zayonçkovski (pol. Ananiasz Zayączkowski; 12 noyabr 1903, Trakay, Vilen quberniyası[d] – 6 aprel 1970, Roma) — türk əslilli polyak alimi, şərqşünas, türkoloq, Polşa Elmlər Akademiyasının (PEA) akademiki (1952), Varşava Universitetinin professoru (1935-ci ildən). Polşa Karaimlər Birliyinin sədri. Ananiy Zayonçkovski 12 noyabr 1903-cü ildə Vilna (indiki Vilnüs) şəhərində anadan olmuşdur. Valideynləri əslən Trakay karaimləri olan Akhiezer (Aleksandr) Zayonçkovski və Emiliya Bezekoviçdir. Ananiy iki il Vilnadakı Siqmund Avqust gimnaziyasında oxumuşdur. 1915-ci ildə, Birinci Dünya Müharibəsi zamanı, almanların Litvanı işğalı təhlükəsi yarananda Zayonçkovskilər ailəsi Krıma, doğma ata-baba yurduna köçürlər. Həmin dövrdə valideynləri Ananiyi Simferopol gimnaziyasına göndərirlər. Orta məktəbdə oxuyanda teatr gənc oğlanı o qədər özünə cəlb edirdi ki, yay tətillərində öz tamaşaları ilə bütün Cənub Sahilini gəzən həvəskar truppa təşkil edirdi. Anani bu tamaşalarda Otello, Onegin və Çatski rollarını canlandırırdı.
Bidens mannii
Bidens mannii (lat. Bidens mannii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yatıqqanqal cinsinə aid bitki növü.
Bulbophyllum mannii
Bulbophyllum cochleatum (lat. Bulbophyllum cochleatum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum cochleatum növü Tropik Afrika üçün endemik növdür. == Sinonim == Bulbophyllum cochleatum var. cochleatum Bulbophyllum jungwirthianum Schltr. Bulbophyllum mannii Hook.f. Bulbophyllum pholidotoides Kraenzl.
Casearia mannii
Casearia mannii (lat. Casearia mannii) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin kaseariya cinsinə aid bitki növü.
Gardenia mannii
Gardenia mannii (lat. Gardenia mannii) — boyaqotukimilər fəsiləsinin qardeniya cinsinə aid bitki növü.
Inula mannii
Inula mannii (lat. Inula mannii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Kristian Bannis
Kristian Bannis (4 yanvar 1992-ci ildə Danimarkada anadan olub) — Tarup-Paarup klubunda müdafiəçi kimi çıxış edən peşəkar Danimarkalı futbolçudur. Millinin əsas oyunçuları federasiya ilə mübahisə zamanı yığmanı tərk etdikləri üçün Anders Fonss 2018-ci ilin sentyabr ayında Danimarka milli futbol komandasında debüt etmişdir. 2018-ci ilin sentyabr ayında Danimarka Futbol Assosiasiyası və futbolçular birliyi UEFA Millətlər Liqasında Uels millisinə qarşı açılış oyununda və Slovakiya millisinə qarşı yoldaşlıq oyununda iştirak edəcək milli komandanın futbolçuları haqqında yeni müqaviləni imzalamalı idilər. Lakin müqavilədə futbolçuların kommersiya hüquqları ilə bağlı bənd mübahisəyə səbəb olmuşdur. Beləliklə, onlar müqaviləni imzalamaqdan imtina etmişlər. Gələcək danışıqları təmin etmək üçün əvvəlki sövdələşmənin uzadılması təklifinin verilməsinə baxmayaraq, DBU UEFA-nın cəzasından yaxa qurtara bilmək üçün komandanın əsas oyunçularını millidən göndərmişdir. Onun əvəzində Yon Yensen yeni baş məşqçi təyin edilmiş və komandanın heyəti yenidən qurulmuşdur. Yeni heyət Danimarka 2-ci divizionu və Danimarka Seriyasında (Danimarkanın üçüncü və dördüncü liqası) çıxış edən futbolçuların qarışığından, həmçinin Danimarka milli futzal komandasında çıxış edən futzal oyunçularından təşkil olunmuşdur. 4 sentyabr 2018-ci ildə Bannis 24 oyunçudan ibarət olan heyətə daxil edilmişdir. O, milli ilə debütünü 5 sentyabr 2018-ci ildə Slovakiya millisinə qarşı yoldaşlıq oyununda etmişdir.
Mannix reaksiyası
Mannix reaksiyası və ya Mannixə görə aminometilləşmə reaksiyası - ammonyak, birli və ya ikili aminin və tərkibində heç olmasa bir mütəhərrik hidrogen atomu olan birləşmənin formaldehidlə kondensləşməsindən - Mannix adlanan əsasın əmələ gəlməsindən ibarətdir. Əgər kondensasiyaya daxil olan birləşmədə iki və daha çox karbon atomlarında aktiv hidrogen atomları varsa, onda N−CH2- aminometil qrupları müxtəlif vəziyyətləri tutmaqla izomer qarışıqları əmələ gətirir. Ammonium duzu ilə reaksiya apardıqda, əksər hallarda əmələ gələn birli amin sonradan reaksiyaya girərək ikili və üçlü amin əmələ gətirir. Bundan başqa, ammonium duzunun formaldehidlə qarşılıqlı təsiri nəticəsində əmələ gələn metilamin reaksiyada iştirak etməklə onu çətinləşdirir. İlk dəfə Mannix tipli kondensasiyanı Tollens asetofenonun formaldehid və ammonium xloridlə reaksiya məhsulundan üçlü amini ayıran zaman müşahidə etmişdir. Sonralar, Petrenko-Kritçenko və onun əməkdaşları bu tipli kondensasiyanı öyrənmişlər, lakin onlar bu reaksiyanın ümumi xarakterini müəyyən edə bilməmişlər. 1917-ci ildə Mannix, antipirin salisilatın formaldehid və NH4Cl-lə qarşılıqlı təsirindən üçlü aminin əmələ gəlməsini müşahidə etməsi, başladığı tədqiqatlarına hərtərəfli təkan verdi. Belə ki, 4-dimetilaminoantipirin oxşar reaksiyaya girmədiyindən, tamamilə aydın olur ki, reaksiyada iştirak edən antipirin molekulunda 4 vəziyyətində olan hidrogen atomudur. Baş verən çevrilmələrin dəqiq mexanizmi müəyyən edilməmişdir. Hazırda güman edilir ki, Mannix reaksiyası, CH2O və amindən əvvəlcə imin(ium) duzları , sonra isə amin törəmələri əmələ gəlməsilə baş verir.
Oleq Vınnık
Oleq Anatolyeviç Vinnik (ukr. Олег Анатолійович Винник) — Ukraynalı müğənni, bəstəkar və mahnı müəllifi(ukrayna və rus dillərində); Səhnə adı-OLEGG ilə Almaniya, Avstriya və İsveçrədə bir sıra tanınmış müziklların baş rollarının ifaçısı kimi məşhurluq qazanmışdı.
Phyllorkis mannii
Bulbophyllum cochleatum (lat. Bulbophyllum cochleatum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. Bulbophyllum cochleatum növü Tropik Afrika üçün endemik növdür. Bulbophyllum cochleatum var. cochleatum Bulbophyllum jungwirthianum Schltr. Bulbophyllum mannii Hook.f. Bulbophyllum pholidotoides Kraenzl.
Vaynay Sadayuki
Vaynay Sadayuki (和井内貞行, 29 mart 1858 – 16 may 1922) – Yaponiya balıq seleksiyaçısı. Heç bir balığın yaşaya bilməyəcəyi düşünülən Tovada gölü üçün alabalıq cinsi yetişdirməsinə görə tanınır. 1858-ci ildə Yaponiyanın Mutsu əyalətində (hazırda Akita prefekturası) anadan olub. 1884-cü ildə Tovada gölü üçün iki karp cinsi yetişdirsə də, uğur qazana bilməyib. 1902-ci ildə Hokkaydonun Şikotsu gölündən gətirilmiş nerkaları gölə uyğunlaşdırmağa çalışıb. 1905-ci ildə nəhayət göl üçün balıq cinsi yetişdirməyi bacarıb. Daha sonra Yaponiyada bir çox balıq yaşamayan gölə də bu cinsi təqdim edib. Yetişdirdiyi balıq cinsi onun şərəfinə Vaynay alabalığı kimi tanınır. 1922-ci ildə ölmüşdür. Kodansha Encyclopedia of Japan.
Veronica mannii
Veronica mannii (lat. Veronica mannii) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bulaqotu cinsinə aid bitki növü.
Vinnie Jones
Vincent Peter Jones (5 yanvar 1965, Uotford, İngiltərə) — keçmiş ingilis futbolçusudur. Futboldan sonra onun aktyorluq karyerası başlamışdır. 2011-ci ildə çəkilmiş Cross (Azərbaycan dilində: Atışma) filmində rol almışdır. O, 5 yanvar 1965-ci ildə Uotfordda Piter və Qlenda (Harris) Consun ailəsində anadan olub. 1994-cü ildə Tanya Terri ilə evlənmişdir. Tanyanın keçmiş həyat yoldaşından (Stiv Terri) Kayli (1987-ci il təvəllüdlü) adlı qızı və Vinni Consdan da Aaron (1991-ci il təvəllüdlü) adlı bir oğlu vardır. Oğlu Aaron Cons Kral Hərbi Kollecində oxumuşdur. O, 2008-ci ilin avqustunda məzun olmuş və Britaniya ordusunun Sahil Mühafizəsi bölməsində xidmət edir.
Vışniy Voloçyok
Vışniy Voloçyok — Rusiya Federasiyasında yerləşən şəhər. Tver vilayətinə daxildir.
Yannis Adetokunbo
Yannis Adetokunbo, (yun. Γιάννης Αντετοκούνμπο, yunan tələffüzü: [ˈʝanis a(n)detoˈkun(m)bo]) Amerika Milli Basketbol Assosiasiyasında mübarizə aparan Miluoki Baks komandasında forma geyən yunan peşəkar basketbol oyunçusu. 2.11 metr boylu bu basketbolçu əsasən yaxın hücumçu mövqeyində oynayır. Böyük qardaşı Tanasis Andetokunmbo, NBA seçmələrində Nyu-York Niks tərəfindən 2014-cü ildə seçilmişdir. Yannis özü isə 2013 NBA seçmələrində Miluoki Baks tərəfindən 15-ci sıradan seçilmişdir. Əslən nigeriyalı olan basketbolçu ilk dəfə 2017-ci ildə NBA All-Star heyətinə düşməklə yanaşı, bu heyətin ilk beşliyinə daxil ola bilmişdir.
Yannis Letard
Yannis Letard (18 avqust 1998-ci ildə anadan olub) — 3.Bundesliqa təmsilçilərindən olan Aalen klubunda müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. Letard Renn akademiyası vasitəsilə inkişaf etmişdir. O, Genqam II klubu ilə debütünü 20 avqust 2016-ci ildə Brest II klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. National 3 görüşündə Genqam rəqibinə 1-3 hesabı ilə məğlub olmuşdur. 11 iyun 2018-ci ildə Letard Aalen klubu ilə müqavilə imzalamışdır. Letard klub ilə debütünü 28 iyul 2018-ci ildə Vehen Visbaden klubuna qarşı oyunda etmişdir. O, 84-cü dəqiqədə Gerrit Veqkamp ilə əvəz olunmuşdur. 3.Bundesliqa görüşündə Aalen rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur. 28 iyul 2018 tarixində yenilənib 1UEFA Avropa Liqası görüşləri daxildir.
Sesbania mannii
Sesbania grandiflora (lat. Sesbania grandiflora) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin sesbaniya cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 3–5 m-ə çatan ağacdır. Yarpaqları lələkvari, oval şəkilli olub kənarları düzdür. Çiçəkləri böyük və ağ rəngdə olur. Meyvələri hamar və zərif yaşıl rəngdə paxlalardır. == Sinonimləri == === Homotipik sinonimləri === === Heterotipik sinonimləri === Agati grandiflora var. albiflora Wight & Arn. Dolichos arborescens G.Don Dolichos arboreus Forssk.
Vani
Vani (gürc. ვანი) — Gürcüstanın İmereti diyarında, Sulori çayının sahilində (Rioni çayının qolu), Kutaisi şəhərinin 41 km cənub-qərbində yerləşən şəhər. 2014-cü ilin siyahıalmasına görə şəhərin əhalisi 3744 nəfərdir. Vani şəhəri 40 kənddən ibarət Vani bələdiyyəsinin (sahəsi 557 km2, əhalisi 24.512 (2014)) mərkəzidir. 1947-ci ildə Vani şəhəri ətrafında aparılan arxeoloji qazıntı işləri zamanı (N. Xoştariya və O. Lortkifanidze) qədim Kolxida şəhərinə aid yaşayış məntəqəsi ilə bağlı artifaktlar tapılmışdır. Bu şəhərin adı məlum olmasa da, tarixi 4 dövrə ayrılır. E.ə. VII–VIII əsrlərdə Vani şəhərinin mədəni mərkəz olduğu fərz edilir. Vanin e.ə VII–VI əsrlərdəki tarixi qədim mədni qatlarla, taxta məmulatlarla, qurbangahlarla, qəbiristanlıqlarla təmsil olunur. Vaninin Kolxida şəhərinin siyasi mərkəzi olduğu güman olunur.
Fanni Kadeo
Fanni Kadeo (it. Fanny Cadeo) — məşhur italyan müğənnisi, aparıcısı, aktrisası və modelidir.