Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vuktıl
Vuktıl — Rusiya Federasiyasında yerləşən şəhər. Komi Respublikasına daxildir.
Yustin
Yustín Filósof (Əzabkeş Yustin; q.yun. Ιουστίνος ὁ Φιλόσοφος; təq. 100[…], Nablus – təq. 165, Roma) — erkən xristian apologeti. İlk dəfə xristian ehkamlarını antik fəlsəfi kateqoriyalarla uyğunlaşdırmaq yolunu tutmuşdur. Tarixin ilahiyyat baxımından izah edilməsinin əsasını qoymuşdur. Müqəddəs kilsə atasıdır. 100-cü ildə Flavia Neapolis (Fələstindəki Nəblusdur) şəhərində bütpərəst ailəsində doğulmuşdur. Ola bilsin onun ata-anası bura Yəhudu savaşlarından sonra şəhəri bərpa etməyə ezam olunmuşdurlar. "Yəhudi Trifonla dialoq" əsərində öz həyat yolunu təsvir etmişdir.
Bucin
Bucin (fars. بوجین‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 348 nəfər yaşayır (93 ailə).
Butin
Butin (C4H6) — Alkinlər sinfindən doymmamış karbohidrogen.
Mücin
Mojen — İranın Semnan əyalətinin Təbəri (Mazandarani) şəhərlərindən biri, Şahrud şəhərinin şimal-qərbində yerləşir. Mojen xalqının (Təbəri etnik qrupu) mənşəyi Mazandaranidir və onlar Təbəri, Qorqani, Həzərcəribi, Kiasri və Elikai adlı dörd mühacir tayfasındandırlar və Mazandarani ləhcəsinin ləhcəsi olan Mojen ləhcəsində danışırlar. Dəyişməkdədir, çünki bu şəhərin Təbəri ləhcəsi Şahrudi fars dilinin güclü təsiri altında olmuşdur, lakin Mojenin Təbəri ləhcəsi hələ də öz Mazandarani kimliyini və mədəniyyətini, adət-ənənələrini və əcdadını, hələ də Təbəri adət və ənənələrini qoruyub saxlayır.
Nucin
Nucin-İranın Fars ostanının Fəraşbənd şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,356 nəfər və 772 ailədən ibarət idi.
Putin
Vladimir Vladimiroviç Putin (rus. Владимир Владимирович Путин; 7 oktyabr 1952[…], Leninqrad, SSRİ[…]) — Rusiya Federasiyasının Dövlət və Siyasi Xadimi, Rusiya Federasiyasının 2-ci və 4-cü Prezidenti (2000–2008-ci illərdə və 7 may 2012-ci ildən), Rusiya Federasiyası Hökumətinin sədri (1999–2000; 2008–2012-ci illərdə), Təhlükəsizlik Şurasının sədri (1999-cu ildə), Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru (1998–1999). Vladimir Putin 7 oktyabr 1952-ci ildə Leninqradda anadan olub. Leninqrad Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1975-ci ildən SSRİ DTK-də xidmətə başlayıb. Bir müddət Almaniyada işləmişdir. 1989-cu ildə istefaya çıxaraq Leninqrad Dövlət Universitetinin prorektoru Anatoli Sobçakın köməkçisi işləyib. 1983-cü ilin iyulunda Lyudmila Aleksandrovna ilə evlənib. İki qızları var: Mariya (1985-ci ildə Leninqradda) və Katerina (1986-cı ildə Drezdendə anadan olublar.) Mariya Sankt-Peterburq Dövlət Universitetində bioloji-təbiət, Katerina şərq fakültəsində təhsil alıblar (2003-cü ildə qəbul olunublar). V. Putinin qızları haqqında məlumat mətbuatda az verilir.
Vecin
Veçin və ya Vecin (farsca:وچین / وجین) — İran İslam Respublikasının Ərdəbil ostanında kənd. Vecin Kosar şəhristanının Şimali Səncəbəd dehistanında yerləşir. 2006-cı ildə aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə görə kəndin əhalisi 101 nəfər (kişilər: 54 nəfər - qadınlar: 47 nəfər) olmuşdur. Kənddə 26 ailə yaşayır. Kəndin əhalisi Azərbaycan türkləridir və Azərbaycan türkçəsində danışırlar. Ərdəbildən ? km cənub-şərqdə, Givi şəhərindən 45 km şimal-şərqdə, 37° 51' 59.50" şimal enliyi və 48° 26' 50.66" şərq uzunluğunda, dəniz səviyyəsindən 1940 m yüksəklikdə yerləşir. Kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Kənddə ibtidai məktəb fəaliyyət göstərir. Kənd əhalisi azərbaycanlılardır və Azərbaycan dilində danışırlar.
Xucin
Xucin (fars. خوجين‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 2,720 nəfər yaşayır (773 ailə).
Austin Metro
Austin Metro — British Leyland şirkətinin Austin Rover Group bölməsi tərəfindən istehsal edilən avtomobil modeli. 1980-ci ildə Austin miniMetro adı ilə istifadəyə verilmişdir. Mini üçün tamamlayıcı bir nəqliyyat vasitəsi olması məqsədləri üçün hazırlanmışdır. Onun kod adı LC8-dir. 1980–1997-ci illər arasında 2.078.218 ədəd istehsal edilib. İstehsal edildiyi 18 il ərzində avtomobil bir çox fərqli adlar altında satılıb: Austin Metro, MG Metro və Rover Metro. 1995-ci ilin yanvarında o, Rover 100 seriyası adlandırılmışdır. Avtomobilin panel furqon versiyaları da Morris Metro və Metrovan adları altında istehsal edilmişdir.
Dustin Clare
Dustin Clare (d. 2 yanvar 1982) — Logie mükafatı qazanan avstraliyalı aktyor. Dustin Avstraliyada doğuldu və orada böyüdü. Əslən Ballina, Yeni Cənubi Uelslidir. O dramatik sənətlər bölümündən 2004-cü ildə məzun olmuşdur. 2006–2007-ci illərdə McLeod's Daughters serialının 48 bölümündə Riley Ward rolunu canlandırmışdır. Amma Dustini daha çox məşhurlaşdıran Spartacus: Gods of the Arena, Spartacus: Vengeance və Spartacus: War of the Damned seriallarındakı Qannikus rolu olmuşdur.
Gennadi Yuxtin
Gennadi Yuxtin (Geni; 30 mart 1932 – 18 fevral 2022, Moskva) — Rusiyanın xalq artisti (1994). Kuybışevsk vilayətinin Çubovka kəndində anadan olub. Əsl adı Geni olmuşdur.
Justin Bieber
Castin Drü Biber (ing. Justin Drew Bieber; 1 mart 1994[…]) — kanadalı müğənni və aktyor. Karyerası, video paylaşma saytı Youtube saytına qoyduğu videoların 2008-ci ildə Scoot Braun tərəfindən kəşf edilməsiylə başladı. Daha sonra Scoot Braun, Castin Biberin meneceri olmuşdur. Scoot Braun Atlantada, Castini və R&B sənətçisi Aşerı tanış etmişdir. Biber Scoot Braun'nun ortaq şirkəti "Raymond Braun Media Group" ilə razılaşma imzalamış, ardından Island Records ilə albom kontraktı etmişdir. Fanatlarının fandom qrupu "Belieber"lərdir Castin Biber'in ilk single'ı "One Time" olduqca uğurlu olmuşdur və Biber'in ilk albomu "My World" 17 Noyabr 2009-cu ildə çıxmışdır. "My World 2" albomunda yer alan "Baby" mahnısıyla beynəlxalq müvəffəqiyyətlər əldə etmiş və həmin mahnının klipiylə dünyanın ən böyük video paylaşma saytı Youtubeda ən çox izlənilən video rekordunu qırmışdır. 2010-cu ilin Amerikan Musiqi Mükafatlarında "İlin Sənətçisi" , "İlin pop/Rock Albomu" , "İlin Ən Yaxşı Çıxış Edən Sənətçisi" və "İlin Ən Yaxşı Pop/Rock Kişi Sənətçisi" , 2010-cu ilin MTV Video Musiqi Mükafatlarında "Ən yaxşı Yeni Sənətçi" və 2010-cu ilin MTV Avropa Musiqi Mükafatlarında "İlin Kişi Sənətçisi" mükafatını qazanmışdır. 3-cü albomu Believe'i 19 İyun 2012-ci ildə 4 versiyonla çıxaran müğənni, bu albomla birlikdə 18 yaşında satış rekordu qıran tək sənətçi olaraq 2013 Guinness Rekordlar Kitabına girdi və tarixə keçdi.
Justin Enen
Jüstin Enen (1 iyun 1982[…], Lyej, Valloniya[d]) — tennisçi. İdman karyerasını 2005-ci ilin mayında 25 yaşında başa vurub. O zaman Jüstin dünyanın bir nömrəli tennisçisi idi. O, Avstraliyanın Açıq Çempionatının (2004), Roland Garrosun (2003, 2005, 2006, 2007) və ABŞ-nin Açıq Çempionatının (2003, 2007) qalibidir. 2004-cü ildə Afinada keçirilən 2004 Yay Olimpiya Oyunları çempionu olub.
Quştin (Xudabəndə)
Quştin (fars. گوشتين‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 19 nəfər yaşayır (5 ailə).
Yevgeni Vuçetiç
Yevgeni Viktoroviç Vuçetiç (15 (28) dekabr 1908, Dnepr – 12 aprel 1974, Moskva) — sovet heykəltaraşı, pedaqoq, professor. SSRİ Rəssamlıq Akademiyasının vitse-prezidenti (1970—1974). Sosialist Əməyi Qəhrəmanı (1967). SSRİ xalq rəssamı (1959). Yevgeni Vuçetiç 28 dekabr 1908-ci ildə Ukraynanın Yekaterinoslav (indiki Dnipro) şəhərində anadan olmuşdur. Atası—Viktor Vuçetiç milliyətcə Çernoqoriya serbi idi və Rusiya vətəndaş müharibəsində iştirak etmişdi. Anası—Anna Andreyevna isə fransız idi. Yevgeni 1931—1933-cü illərdə İ.E.Repin adına rəssamlıq, heykəltəşlıq və memarlıq institutunda təhsil almışdır. 1941-ci ildə Böyük Vətən müharibəsi başlandıqdan sonra Yevgeni Vuçetiç orduya çağırılır. Döyüşlərdə fərqləndiyinə görə Vuçetiç podpolkovnik vəzifəsinə yüksəlir və Vətən Müharibəsi Ordeni ilə təltif olunur.
Yustin Canelidze
Yustin Yulianoviç Canelidze (rus. Иустин Ивлианович Джанелидзе, gürc. იუსტი ივლიანე ჯანელიძე; 20 iyul (1 avqust) 1883, Samtredia, İmereti – 14 yanvar 1950, Leninqrad) — Gürcüstan-sovet cərrahı, SSRİ Tibb Elmlər Akademiyasının akademiki (1944), SSRİ Tibb EA-nın Rəyasət Heyətinin üzvü (1944–46), RSFSR əməkdar elm xadimi (1936), Sosialist Əməyi Qəhrəmanı (1945), SSRİ Dövlət mükafatı laureatı (1949), tibb xidməti general-leytenantı. Tibb təhsilinə Xarkov Universitetində başlamış İsveçrədə başa çatdırmışdır. Moskva universitetində həkim diplomu alaraq (1910), Peterburq Qadın Tibb İnstitutunun hospital cərrahlıq kafedrasında (1911–14), hərbi-sanitar qatarında (1914–18) işləmişdir. Petroqrad Tibb İnstitutunda ümumi cərrahlıq kafedrasında ordinator (1918-ci ildən), 1921-ci ildən professor, ümumi cərrahlıq kafedrasının müdiri, 1927–43-cü illərdə hospital cərrahlıq kafedrasının müdiri, eyni zamanda (1932-ci ildən) Leninqrad Təcili Yardım İnstitutunun rəhbəri olmuşdur. 1939-cu ildən Hərbi Dəniz Donanmasının baş cərrahı və eyni zamanda 1943-cü ildən Hərbi Dəniz Tibb Akademiyasının hospital cərrahlıq kafedrasının rəisi işlə mişdir. Ümumi və bərpaedici cərrahlıq travmatologiya və ürək cərrahlığı məsələlərinə dair 100-dən artıq elmi əsərin müəllifidir. Yaralanmış ürək üzərində müvəffəqiyyətlə əməliyyat aparmış (1911) və dünyada ilk dəfə olaraq, qalxan aorta yarasına tikiş qoymuşdur (1913). Bir sıra əsərləri dərinin köçürülməsi və plastik əməliyyat məsələlərinə həsr edilmişdir.
Yustin Martir
Yustín Filósof (Əzabkeş Yustin; q.yun. Ιουστίνος ὁ Φιλόσοφος; təq. 100[…], Nablus – təq. 165, Roma) — erkən xristian apologeti. İlk dəfə xristian ehkamlarını antik fəlsəfi kateqoriyalarla uyğunlaşdırmaq yolunu tutmuşdur. Tarixin ilahiyyat baxımından izah edilməsinin əsasını qoymuşdur. Müqəddəs kilsə atasıdır. 100-cü ildə Flavia Neapolis (Fələstindəki Nəblusdur) şəhərində bütpərəst ailəsində doğulmuşdur. Ola bilsin onun ata-anası bura Yəhudu savaşlarından sonra şəhəri bərpa etməyə ezam olunmuşdurlar. "Yəhudi Trifonla dialoq" əsərində öz həyat yolunu təsvir etmişdir.
Əzabkeş Yustin

Cun Yucin
Jung Yoo-jin (19 fevral 1989, Cənubi Koreya), həmçinin Eugene Jung kimi tanınan Cənubi Koreyalı model və aktrisadır. O, karyerasına YG Entertainment-də model kimi başlamışdır. O, "Heard It Through the Grapevine (2015)", "Moorim School" və "W" kimi Koreya dramlarındakı rolları ilə tanınır. 2018-ci ilin fevralında Cun FNC Entertainment idarə agentliyi ilə müqavilə imzaladı.
Putin — xuylo!
Putin — xuylo! (ukr. Пу́тін — хуйло́) — Rusiya Federasiyasının Prezidenti Vladimir Putini ələ salan ukraynca və rusca mahnı-şüar. İlk dəfə 30 mart 2014-cü ildə Ukraynanın "Metallist" və "Şaxtyor" futbol klublarının radikal azarkeşləri tərəfindən ifa olunub. 2014-cü ildə Rusiyanın Ukraynaya qarşı təcavüzü nəticəsində geniş yayılmış və müxtəlif variasiyaları yaranmışdır. İfadə Vladimir Putin siyasətinin həm Ukraynadakı, həm də onun hüdudları xaricindəki əleyhdarları arasında populyarlıq qazanıb. Mutterlandpop. Lokale Markierung und Entgrenzung musikalischer. Darbietungen auf ukrainischen Feiertagen (PDF) // Speaking in Tongues: Pop lokal global. Beiträge zur Popularmusikforschung, Vol.
Sanya Vuçiç
Sanya Vuçiç (serb. Сања Вучић, Sanja Vučić; d. 8 avqust 1993, Kruşevaç, Serbiya və Monteneqro) — Serbiya müğənnisi. O, əsasən ZAA qrupunun vokalisti kimi tanınır. Vuçiç Serbiyanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Sanya Vuçiç 8 avqust 1993-cü ildə Serbiya və Monteneqronun Kruşevaç şəhərində anadan olmuşdur. O, ibtidai və musiqi təhsilini məhz Kruşevaç şəhərində almışdır. Musiqi təhsili müddətində Vuçiç fərqli ansambllarda, folk musiqi qrupunda, şəhər caz orkestrında və kilsə xorunda çıxış etmişdir. O hal-hazırda Belqrad şəhərində yaşayır və Belqrad Filologiya Universitetinin Ərəb dili və ədəbiyyatı bölməsində təhsil alır. O, ana dili olan serb dili ilə yanaşı ingilis, ispan, italyan və ərəb dillərində də səlis danışa bilir.
Vladimir Putin
Vladimir Vladimiroviç Putin (rus. Владимир Владимирович Путин; 7 oktyabr 1952[…], Leninqrad, SSRİ[…]) — Rusiya Federasiyasının Dövlət və Siyasi Xadimi, Rusiya Federasiyasının 2-ci və 4-cü Prezidenti (2000–2008-ci illərdə və 7 may 2012-ci ildən), Rusiya Federasiyası Hökumətinin sədri (1999–2000; 2008–2012-ci illərdə), Təhlükəsizlik Şurasının sədri (1999-cu ildə), Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru (1998–1999). Vladimir Putin 7 oktyabr 1952-ci ildə Leninqradda anadan olub. Leninqrad Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1975-ci ildən SSRİ DTK-də xidmətə başlayıb. Bir müddət Almaniyada işləmişdir. 1989-cu ildə istefaya çıxaraq Leninqrad Dövlət Universitetinin prorektoru Anatoli Sobçakın köməkçisi işləyib. 1983-cü ilin iyulunda Lyudmila Aleksandrovna ilə evlənib. İki qızları var: Mariya (1985-ci ildə Leninqradda) və Katerina (1986-cı ildə Drezdendə anadan olublar.) Mariya Sankt-Peterburq Dövlət Universitetində bioloji-təbiət, Katerina şərq fakültəsində təhsil alıblar (2003-cü ildə qəbul olunublar). V. Putinin qızları haqqında məlumat mətbuatda az verilir.
Yucin Fama
Yucin Fama (ing. Eugene Francis "Gene" Fama; 14 fevral 1939[…], Boston) — amerikalı iqtisadçı. 2013-cü ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Xüsusilə portfel nəzəriyyəsi və varlıq qiymətləri mövzusunda olan tədqiqatları ilə tanınır. Yucin Fama çağdaş maliyyənin atası hesab olunur. İqtisadiyyat üzrə Nobel mükafatına varlıq qiymətləri mövzusundakı təcrübi analizlərlə bağlı tədqiqatlarına görə layiq görülmüşdür. Yucin Fama yeni məlumatların tez-tez daxil olduğunu söyləyərək, səhm qiymətlərini qısamüddətli dövrdə təxmin etmənin olduqca çətin olduğunu ifadə etmişdir.
Yucin Odum
Yucin Odum (ing. Eugene Pleasants Odum; 17 sentyabr 1913 – 10 avqust 2002) – ABŞ ekoloqudur. Ecology Одум Ю. Экология: В 2х т. — Пер. с англ. — М.:. Мир, 1986. Т.1. — 328 с. Т.2.