Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qostanay
Qostanay (qaz. Қостанай); 1878 ildən 1905 ilə qədər Nikolayevsk, 17 iyun 1997 ilə qədər Qostanay — Qazaxıstanda şəhər, Qostanay vilayətinin inzibati mərkəzi. Şəhər çöl zonasında Torğay platosunun şimalında Tobol çayı üzərində, Nur-Sultandan 571 km şimal-qərbə (770 nömrəli trasda) yerləşir. Ən yaxın böyük şəhər, Qostanaydan 260 km (yolla 300 km) şimal-qərbdə yerləşən Çelyabinskdir. Quru isti yayı və söyuq az qarlı qışı ilə sərt kontinentaldır. İyulun orta temperaturu: +20,9 °C (Maksimal +42,5 С), yanvarda: −14,5 °C (Minimal −49,7 С); gün ərzində kəskin temperatur tərəddüdləri səciyəvidir; küləyin orta sürəti — 3,2 m/s, qışda əsasən cənub istiqamətli, və yayda şimala. Orta illik yağıntı: 300–350 mm, yağıntıların maksimumu yay vaxtına düşür. Havanın orta illik rutubətliyi — 71 %. Vegetasiya mərhələsi - 170 sutka.
Qıstıbıy
Qıstıbıy və ya yaqmış (başq. ҡыҫтыбый, tatar. кыстыбый, qıstıbıy, və ya кыстымбый, tatar. якмыш, yaqmış) — tatar və başqırd mətbəxlərinə aid olan dolumlu xəmir xörəyi. Lavaş kimi (ondan qalın) çörəydən və onun içinə qoyulmuş sıyıq (əsasən darı sıyığı), raqu və ya kartof əzməsindən ibarətdir.
Qostinq
Ghosting (ing. ghosting; ghost "kabus") — hər hansı bir əlaqənin xəbərdarlıq edilmədən və ya mümkün səbəbləri izah etmədən qəfil dayandırılması. Termin müxtəlif sahələrdə istifadəsinin populyarlığının aktiv artımı 2010-cu illərdə baş verdi. Anlayışın ilk rəsmi şərhi 2015-ci ildə Collins English Dictionary tərəfindən edilmişdir. Qostinq insanlar arasında romantik və ya dostluq münasibətlərinə son qoymağın yollarından biridir. Bu sahədə fenomen müasir texnologiyaların istifadəsinin yüksək populyarlığı səbəbindən xüsusi populyarlıq qazanmışdır (tekstinq, onlayn tanışlıq, sosial şəbəkələr və s. ). Şəxsi görüşlərdən və ünsiyyətdən imtina etməklə yanaşı, sosial şəbəkələrdə digərini bloklamaqla qarşılıqlı əlaqəni dayandırmaq mümkündür. Həm də bu gün tanışlıq partnyorlar arasında sosial əlaqələr olmadan mümkündür, bunun vasitəsilə lazım olduqda gələcəkdə bir insan tapmaq olar, bu da qostinq prosesini asanlaşdırır. Qostinq əlaqəni bitirməyin ən ağrılı yoludur .
Qostanay vilayət
Qostanay vilayəti (qaz. Қостанай облысы) — Şimalı Qazaxıstan regionda vilayət. Qazaxıstanın Aqtöbe, Karağandı, Aqmola və Şimalı Qazaxıstan vilayətləri, Rusiyanın isə Orenburq, Çelyabinsk və Kurqan vilayətləri ilə həmsərhəddir.
Qostanay vilayəti
Qostanay vilayəti (qaz. Қостанай облысы) — Şimalı Qazaxıstan regionda vilayət. Qazaxıstanın Aqtöbe, Karağandı, Aqmola və Şimalı Qazaxıstan vilayətləri, Rusiyanın isə Orenburq, Çelyabinsk və Kurqan vilayətləri ilə həmsərhəddir.
Eharius kostini
Eharius kostini (lat. Eharius kostini) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin eharius cinsinə aid heyvan növü.
Kostinin binası (Rostov-na-Donu)
Tacir Kostinin gəlirli binası - Rostov vilsyəti Rostov-na-Donu şəhərinin ərazisində yerləşən tarixi bina. Tikili Rostov-na-Donu şəhəri, Çexov prospekti, Suvorov küçəsi ev 29/37 ünvanında yerləşir. Bina XIX əsrdə inşa edilmişdir. XIX əsrin sonları XX əsrin əvvəlləri tacir Efim Yakovleviç Kostinə mənsub olmuşdur. Bina regional əhəmiyyətli tarixi, arxitektur və monumenal abidələri siyahısına daxil edilmişdir. Bina dörd mərtəbədən ibarətdir. Vəziyyəti idealdır. Bina XIX əsrin sonlarında inşa edilmişdir. 1917-ci ilə qədər bina Malaya-Sadovnaya küçəsi, ev 37/35, Malıy prospekti ünvanında yerləşirdi. Tacirin bu binadan başqa Yağ zavodu belə olmuşdur.